Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-35/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs5, onun müdafiəçisi-Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi-Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1999-cu il tarixdə Rusiya Federasiyası, Komi Respublikası, Uxta şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, *9111 taksi xidmətində operator işləmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzası təyin edilmiş, cəzasının 03 ay hissəsi çəkilməmiş qalmış, Siyəzən şəhəri, H.Əliyev küçəsi ev 7, mənzil 18-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksində yaşamış, 03 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 iyun 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə, təqsirləndirilən şəxs xx xxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İİİ kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, ev 19-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi, ev 4-də yaşamış, 03 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 iyun 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1979-cu il tarixdə Ağdam rayonunun Gülablı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, “xxxx” QSC-nin Biləcəri lokomotiv deposunda maşinist işləmiş, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Gülablı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, “Azərneftyağ” İB-nin balansında olan inzibati binada yaşamış, 04 iyun 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, “xxxx” MMCdə sahə rəisi işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsi, ev 69-da qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, A.Məmmədov küçəsində nömrəsiz evdə kirayədə yaşamış, 03 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 iyun 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə, xx xxxx 1989-cu il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, “xxxx” MMC-də əczaçı işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, məhəllə 2383/87, mənzil 20-də yaşamış, 03 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 iyun 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq edib müqavimət göstərməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantirı rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli qərarının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq xxxxnin fəaliyyətinin bərpa edilməsinə dair Operativ Qərargahın 08 may 2020-ci il tarixli qərarının tələblərinə əsasən sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməsinin mütləq olduğu halda 31 may 2020-ci il tarixdə saat 17:10-da xxxxnin “Qara Qarayev” stansiyasında müəyyən olunmuş qaydaları pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən sosial məsafəni gözləməyərək tanışı Təqsirləndirilən şəxs5 ilə platformada söhbət edərkən stansiya ərazisində xidmət aparan Bakı şəhər Baş Polis idarəsinə bilavasitə tabe olan Bakı Metropoletinində Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs1 onlara yaxınlaşıb Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminə əməl edilməsini diqqətlərinə çatdırmaqla, infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə metro stansiyasında qoruyucu maskadan istifadə etmənin və sosial məsafənin gözlənilməsinin mütləq olduğunu bildirib qeyd edilən məzmunda xəbərdaredici lövhələrin metronun giriş-çıxış və platformasında vurulmasını xatırlatdıqda, ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs1 ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə stansiyada olan digər şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə ona təkrar xəbərdarlıq edən polis əməkdaşı Zərərçəkmiş şəxs1 əli ilə sinəsindən itələyərək tanışı Təqsirləndirilən şəxs5la birlikdə platformada dayanmış vaqona daxil olmuş, həmin vaxt polis əməkdaşı Zərərçəkmiş şəxs1 hadisə yerinə gələn xxxxndə Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs2 ilə birlikdə sərnişin Təqsirləndirilən şəxs2 hüquqazidd hərəkətlərə yol verdiyinə görə vaqondan düşürüb polis məntəqəsinə dəvət etdikdə, sonuncu polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb qeyri-etik, nalayiq ifadələr səsləndirməyi davam etməklə ətrafdakı sərnişinləri polis əməkdaşlarının qanuni hərəkətləri ilə bağlı onlara mane olmağa çağırmış, vaqondakı sərnişinlərdən Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 polis əməkdaşlarını əhatəyə almış, polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə qəsdən imkan verməyərək onlara zor tətbiq etməklə aktiv müqavimət göstərib polis əməkdaşlarının xidməti geyim formasının cırılıb sökülməsinə səbəb olmuş, daha sonra ünvanına qeyri-etik ifadələr səsləndirməklə digər sərnişinlərin rahatlığını və metro stansiyasının normal iş rejimini pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmuş, sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə polis əməkdaşları tərəfindən davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb polis əməkdaşlarına müqavimət göstərməklə məcburi qaydada vaqondan düşürməyə cəhd göstərmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini davam etdirərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 itələməklə, əlləri ilə tutub kənara çəkməklə, yumruq zərbələri ilə bədənlərinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub polis əməkdaşı Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol gicgah nahiyəsinin, sağ saidin, sol bazunun, sol kürək nahiyəsinin sıyrıqları və döş qəfəsinin dərialtı hematomasından ibarət olmaqla dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 sol dirsək oynağının bayır səthində, boyunun arxa sol orta nahiyəsində və döş qəfəsinin sol aşağı hissəsində bozumtul-göy rəngli qançırlardan ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə və öz hüquqazidd davranışları ilə müəyyən müddət ərzində qatarın hərəkətini dayandırıb xxxxnin normal iş rejimini pozmaqla Təqsirləndirilən şəxs2 digər sərnişinlər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs5 bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli Qərarının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq xxxxnin fəaliyyətinin bərpa edilməsinə dair Operativ Qərargahın 08 may 2020-ci il tarixli Qərarının tələblərinə əsasən sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi mütləq olduğu halda 31 may 2020-ci il tarixdə saat 17:10 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən, xxxxnin “Qara Qarayev” stansiyasında sərnişin kimi müəyyən olunmuş qaydaların tələblərini pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən sosial məsafəni gözləməyərək tanışı Təqsirləndirilən şəxs2 ilə ictimai yer olan stansiyanın platformasında söhbət edərkən stansiya ərazisində xidmət aparan Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan xxxxndə Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs1 xidməti geyim formasında onlara yaxınlaşıb Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminə əməl edilməsini diqqətlərinə çatdırmaqla, infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə metro stansiyasında qoruyucu maskadan istifadə etmənin və sosial məsafənin gözlənilməsinin mütləq olduğunu bildirib qeyd edilən məzmunda xəbərdaredici lövhələrin metronun girişçıxış və platformasında vurulmasını xatırlatdıqda o, tanışı Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs1 ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə stansiyada olan digər şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və Təqsirləndirilən şəxs2 xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə onlara təkrar xəbərdarlıq edən polis əməkdaşı Zərərçəkmiş şəxs1 zor tətbiq edib əli ilə sinəsindən itələdikdən sonra sonuncunun qanuni tələblərinə əməl etməyərək o, tanışı Təqsirləndirilən şəxs2lə birlikdə platformada dayanmış vaqona daxil olmuş, həmin vaxt polis əməkdaşı Zərərçəkmiş şəxs1 və hadisə yerinə xidməti geyim formasında gələn xxxxndə Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs2 sərnişin Təqsirləndirilən şəxs2 hüquqazidd hərəkətlərə yol verdiyinə görə vaqondan çıxıb polis məntəqəsinə getməyə dəvət etdikdə, o, Təqsirləndirilən şəxs2lə birlikdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb qanunsuz hərəkətlərini davam etdirərək vaqonda olan sərnişinləri polis əməkdaşlarının qanuni hərəkətləri ilə bağlı onlara mane olmağa çağıraraq sərnişinlərdən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birləşib bir qrup şəxs halında polis əməkdaşlarını əhatəyə alıb ünvanlarına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə digər sərnişinlərin rahatlığını və öz hüquqazidd davranışları ilə qatarın hərəkətini dayandırıb metro stansiyasının normal iş rejimini pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanın qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl edilməsi barədə davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb xidməti vəzifələrini yerinə yetirməsinə qəsdən imkan verməyərək o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərib sonunculara xidməti geyim formalarının cırılıb sökülməsinə səbəb olan zor tətbiq edərək onları itələməklə, əlləri ilə tutub kənara çəkməklə, yumruq zərbələri ilə bədənlərinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol gicgah nahiyəsinin, sağ saidin, sol bazunun, sol kürək nahiyəsinin sıyrıqları və döş qəfəsinin dərialtı hematomasından ibarət olmaqla dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs2 sol dirsək oynağının bayır səthində, boyunun arxa sol orta nahiyəsində və döş qəfəsinin sol aşağı hissəsində bozumtul-göy rəngli qançırlardan ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə onları məcburi qaydada vaqondan düşürməyə cəhd göstərib bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli Qərarının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq xxxxnin fəaliyyətinin bərpa edilməsinə dair Operativ Qərargahın 08 may 2020-ci il tarixli Qərarının tələblərinə əsasən sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi mütləq olduğu halda 31 may 2020-ci il tarixdə saat 17:10-da xxxxnin “Qara Qarayev” stansiyasında sərnişinlərdən Təqsirləndirilən şəxs2 müəyyən olunmuş qaydaları pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən sosial məsafəni gözləməyərək tanışı Təqsirləndirilən şəxs5 ilə platformada söhbət edərkən stansiya ərazisində xidmət aparan Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan xxxxndə Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs1 xidməti geyim formasında onlara yaxınlaşıb məlum qaydaları diqqətlərinə çatdırmaqla infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə metro stansiyasında qoruyucu maskadan istifadə etmənin və sosial məsafənin gözlənilməsinin mütləq olduğunu bildirib qeyd edilən məzmunda xəbərdaredici lövhələrin metronun giriş-çıxış və platformasında vurulmasını xatırlatdıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 bir qrup şəxs halında ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs1 ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə stansiyada olan digər şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və Təqsirləndirilən şəxs2 xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə onlara təkrar xəbərdarlıq edən polis əməkdaşı Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə əli ilə sinəsindən itələyərək tanışı Təqsirləndirilən şəxs5la birlikdə platformada dayanmış vaqona daxil olmuş, həmin vaxt polis əməkdaşı Zərərçəkmiş şəxs1 və hadisə yerinə xidməti geyim formasında gələn xxxxndə Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 hüquqazidd hərəkətlərə yol verdiyinə görə vaqondan çıxıb polis məntəqəsinə getməyə dəvət etdikdə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs5la birlikdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb qanunsuz hərəkətlərini davam etdirərək vaqonda olan sərnişinləri polis əməkdaşlarının qanuni hərəkətləri ilə bağlı onlara mane olmağa çağırdıqda o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və digər sərnişinlər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birləşib bir qrup şəxs halında polis əməkdaşlarını əhatəyə alıb ünvanlarına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə digər sərnişinlərin rahatlığını və öz hüquqazidd davranışları ilə qatarın hərəkətini dayandırıb metro stansiyasının normal iş rejimini pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanın qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl edilməsi barədə davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb xidməti vəzifələrini yerinə yetirməsinə qəsdən imkan verməyərək o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərib sonunculara xidməti geyim formalarının cırılıb sökülməsinə səbəb olan zor tətbiq edərək onları itələməklə, əlləri ilə tutub kənara çəkməklə, yumruq zərbələri ilə bədənlərinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol gicgah nahiyəsinin, sağ saidin, sol bazunun, sol kürək nahiyəsinin sıyrıqları və döş qəfəsinin dərialtı hematomasından ibarət olmaqla dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs2 sol dirsək oynağının bayır səthində, boyunun arxa sol orta nahiyəsində və döş qəfəsinin sol aşağı hissəsində bozumtul-göy rəngli qançırlardan ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə onları məcburi qaydada vaqondan düşürməyə cəhd göstərib bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli Qərarının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq xxxxnin fəaliyyətinin bərpa edilməsinə dair Operativ Qərargahın 08 may 2020-ci il tarixli Qərarının tələblərinə əsasən sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi mütləq olduğu halda 31 may 2020-ci il tarixdə saat 17:10-da xxxxnin “Qara Qarayev” stansiyasında sərnişinlərdən Təqsirləndirilən şəxs2 müəyyən olunmuş qaydaları pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən sosial məsafəni gözləməyərək tanışı Təqsirləndirilən şəxs5 ilə platformada söhbət edərkən stansiya ərazisində xidmət aparan Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan xxxxndə Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs1 xidməti geyim formasında onlara yaxınlaşıb məlum qaydaları diqqətlərinə çatdırmaqla infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə metro stansiyasında qoruyucu maskadan istifadə etmənin və sosial məsafənin gözlənilməsinin mütləq olduğunu bildirib qeyd edilən məzmunda xəbərdaredici lövhələrin metronun giriş-çıxış və platformasında vurulmasını xatırlatdıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 bir qrup şəxs halında ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs1 ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə stansiyada olan digər şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və Təqsirləndirilən şəxs2 xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə onlara təkrar xəbərdarlıq edən polis əməkdaşı Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə əli ilə sinəsindən itələyərək tanışı Təqsirləndirilən şəxs5la birlikdə platformada dayanmış vaqona daxil olmuş, həmin vaxt polis əməkdaşı Zərərçəkmiş şəxs1 və hadisə yerinə xidməti geyim formasında gələn xxxxndə Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 hüquqazidd hərəkətlərə yol verdiyinə görə vaqondan çıxıb polis məntəqəsinə getməyə dəvət etdikdə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs5la birlikdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb qanunsuz hərəkətlərini davam etdirərək vaqonda olan sərnişinləri polis əməkdaşlarının qanuni hərəkətləri ilə bağlı onlara mane olmağa çağırdıqda o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və digər sərnişinlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birləşib bir qrup şəxs halında polis əməkdaşlarını əhatəyə alıb ünvanlarına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə digər sərnişinlərin rahatlığını və öz hüquqazidd davranışları ilə qatarın hərəkətini dayandırıb metro stansiyasının normal iş rejimini pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanın qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl edilməsi barədə davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb xidməti vəzifələrini yerinə yetirməsinə qəsdən imkan verməyərək o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərib sonunculara xidməti geyim formalarının cırılıb sökülməsinə səbəb olan zor tətbiq edərək onları itələməklə, əlləri ilə tutub kənara çəkməklə, yumruq zərbələri ilə bədənlərinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol gicgah nahiyəsinin, sağ saidin, sol bazunun, sol kürək nahiyəsinin sıyrıqları və döş qəfəsinin dərialtı hematomasından ibarət olmaqla dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs2 sol dirsək oynağının bayır səthində, boyunun arxa sol orta nahiyəsində və döş qəfəsinin sol aşağı hissəsində bozumtul-göy rəngli qançırlardan ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə onları məcburi qaydada vaqondan düşürməyə cəhd göstərib, bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli Qərarının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq xxxxnin fəaliyyətinin bərpa edilməsinə dair Operativ Qərargahın 08 may 2020-ci il tarixli Qərarının tələblərinə əsasən sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi mütləq olduğu halda 31 may 2020-ci il tarixdə saat 17:10-da xxxxnin “Qara Qarayev” stansiyasında sərnişinlərdən Təqsirləndirilən şəxs2 müəyyən olunmuş qaydaları pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən sosial məsafəni gözləməyərək tanışı Təqsirləndirilən şəxs5 ilə platformada söhbət edərkən stansiya ərazisində xidmət aparan Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan xxxxndə Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs1 xidməti geyim formasında onlara yaxınlaşıb məlum qaydaları diqqətlərinə çatdırmaqla infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə metro stansiyasında qoruyucu maskadan istifadə etmənin və sosial məsafənin gözlənilməsinin mütləq olduğunu bildirib qeyd edilən məzmunda xəbərdaredici lövhələrin metronun giriş-çıxış və platformasında vurulmasını xatırlatdıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 bir qrup şəxs halında ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs1 ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə stansiyada olan digər şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və Təqsirləndirilən şəxs2 xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə onlara təkrar xəbərdarlıq edən polis əməkdaşı Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə əli ilə sinəsindən itələyərək tanışı Təqsirləndirilən şəxs5la birlikdə platformada dayanmış vaqona daxil olmuş, həmin vaxt polis əməkdaşı Zərərçəkmiş şəxs1 və hadisə yerinə xidməti geyim formasında gələn xxxxndə Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 hüquqazidd hərəkətlərə yol verdiyinə görə vaqondan çıxıb polis məntəqəsinə getməyə dəvət etdikdə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs5la birlikdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb qanunsuz hərəkətlərini davam etdirərək vaqonda olan sərnişinləri polis əməkdaşlarının qanuni hərəkətləri ilə bağlı onlara mane olmağa çağırdıqda o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və digər sərnişinlər, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birləşib bir qrup şəxs halında polis əməkdaşlarını əhatəyə alıb ünvanlarına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə digər sərnişinlərin rahatlığını və öz hüquqazidd davranışları ilə qatarın hərəkətini dayandırıb metro stansiyasının normal iş rejimini pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanın qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl edilməsi barədə davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb xidməti vəzifələrini yerinə yetirməsinə qəsdən imkan verməyərək o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərib sonunculara xidməti geyim formalarının cırılıb sökülməsinə səbəb olan zor tətbiq edərək onları itələməklə, əlləri ilə tutub kənara çəkməklə, yumruq zərbələri ilə bədənlərinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol gicgah nahiyəsinin, sağ saidin, sol bazunun, sol kürək nahiyəsinin sıyrıqları və döş qəfəsinin dərialtı hematomasından ibarət olmaqla dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs2 sol dirsək oynağının bayır səthində, boyunun arxa sol orta nahiyəsində və döş qəfəsinin sol aşağı hissəsində bozumtul-göy rəngli qançırlardan ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə onları məcburi qaydada vaqondan düşürməyə cəhd göstərib, bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, çox təəssuf edir ki, belə bir hadisə baş vermişdir. 31 may 2020-ci il tarixdə dostu Şirzadla metroya daxil olmamışdan əvvəl bir yerdə əyləşmişlər, sonra üzü metro tərəf getmişlər. “Q.Qarayev” metrostansiyasında karta pul vuranda onları maska ilə bağlı yoxlamış, qızdırmalarını ölçmüşlər. Metronun girişində yoxlayanda maska üzündə olmuş, platformaya keçəndən sonra bir az aşağı salmışdır. Çünki burnunda bir az problem var. Polis yaxınlaşmış, özünü təqdim etmədən kobud şəkildə bildirmişdir ki, “maskanı tax”. Həmin şəxs formada olmuş, amma elə yaxınlaşmağı xoş olmamışdır. Həmin polis, yəni Zərərçəkmiş şəxs1 platformada çox kobud şəkildə danışmışdır, onunla danışanda maskası aşağı düşmüşdür. O, bildirmişdir ki “kobud şəkildə danışmaq lazım deyil”. Sonra görmüşdür ki, artıq mübahisə yaranır, Samir biləyindən tutmuş, dartışdırmağa başlamışdır. O, demişdir ki, “neyləyirsən sən?” Görmüşdür ki, qatar gəlir, qapılar açılmış, Samir onun əlini buraxmış, o, qatara girmişdir. Sonra Samir qatara girmiş, əlindən tutmuşdur. O, trubadan tutmuş, lakin Samir ikinci dəfə yenə onu tutmuş, köynəyini tutub çıxarmışdır. Köynək boğazına dirənmiş, camaat qalxıb demişdir ki, “sən neyləyirsən, uşağı öldürmək istəyirsən, səbəb nədir?” Həmin vaxt onun maskası yerində olmuşdur. 50-60 nəfərə yaxın adam olmuşdur qatarda, necə ola bilər ki, hadisənin şahidi bir nəfər ola. Qatarda sıxlıq yaranmış, adamlar ayağa durmuşdur. O, artıq özünü itirmiş, gedib üç nəfərlik yerdə əyləşmişdir. Orada yumruq, təpik olmamışdır, o qədər sıxlıq olmuşdur ki, istəsə də belə, polisə xəsarət yetirə bilməzdi. Videoya baxın, görün orada polisə müqavimət var, ya yoxdur? Nə xəsarət, nəyə ekspert təyin olunub, bilinmir. Mümkün olmayan şeyləri yazıblar, o xəsarətlər mümkünsüzdür. Videoya baxın, görün orada müqavimət var? Orada heç nə yoxdur. Samir deyir ki “komandirə xəbər verdim”, 5-6 dəqiqə ərzində bu necə ola bilər? Bu, mümkünsüz bir şeydir. Hadisə ümumiyyətlə belə baş vermişdir. Xəsarət yetirmək olmamışdır, mümkünsüz bir şeydir, o, görməmişdir. Qapılar bağlanmış, onlar çıxıb getmişlər. Polislər hələ də platformanın qarşısında durmuşlar. O, özü polisi itələməmiş, müqamət göstərməmiş, səs-küy salmamışdır. İyun ayının 2-nə keçən gecə onu bölməyə aparmışlar, orada 4-5 nəfər olmuş, ona təzyiq olmuş, döymələr, təpik vurma olmuşdur. Başının üstündə durub demişlər ki, qol çək, söyüşün biri bir qəpikdən, narkotiki cibinə basıb demişlər “səni tutarıq”. Üzləşmə zamanı isə təzyiq olmamışdır, çünki vəkili orada olmuşdur. O, metroda heç kimi vurmamış, ümumiyyətlə kiminsə vurmağını da görməmiş, Samir onu saxlayanda ona qarşı təhqiredici ifadələr işlətməmiş, orada ümumiyyətlə söyüş olmamışdır. Camaatın polisə qarşı aqresiv reaksiyası ona görə olmuşdur ki, polis əməkdaşı onu tutub dartışdırmışdır. Əslində zor tətbiqi ona qarşı olmuşdur. Digər təqsirləndirilənlər tərəfindən də polislərə qarşı hər hansı bir fiziki təzyiq olmamışdır. Ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPMnin 327.1.3-cü maddəsinə əsasən onun həmin ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə 03 iyun 2020-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə təxminən saat 14 radələrində dostu Təqsirləndirilən şəxs5la metronun “Q.Qarayev” stansiyasının yaxınlığında görüşüb həmin ərazidə yerləşən “Joni pube” kafesinə gedərək orada spirtli içki olan pivə içmiş və daha sonra Bakı şəhərində gəzmək məqsədi ilə “Q.Qarayev” stansiyasında metroya daxil olmuşlar. Həmin vaxt qoruyucu maskadan istifadə etmədiyi üçün orada xidmət aparan polis əməkdaşı onlara yaxınlaşıb özünü təqdim etdikdən sonra Nazirlər Kabinetinin Operativ Qərargahının koronovirus Covid-19 pandemiyası ilə əlaqədar sonuncu metro ərazisində qoruyucu maskalardan istifadə olunmasının və sosial məsafənin saxlanılmasının məcburi xarakter daşıması ilə bağlı göstərişini xatırladıb maskadan qaydalara uyğun istifadə etməklərini xahiş etmişdir. Bu zaman qeyd olunan polis əməkdaşına maskadan istifadə etməyəcəyini deyib heç bir səbəb olmadan nalayiq ifadələr işlədərək əsəbləşib polisi təhqir etmişdir. Bu vaxt polis əməkdaşı qolundan tutaraq söyüş söyməməyi bildirib onun polis otağına getməyini tələb etsə də polisin qanuni tələbinə məhəl qoymayaraq kobud şəkildə dartıb qolunu polisin əlindən çıxardıb polisi yenidən təhqir edərək sinəsindən itələyib stansiyada dayanmış vaqonun qapısının açıq olduğundan istifadə edərək dostu Şirzadla vaqona daxil olmuşdur. Bu vaxt polis əməkdaşları da arxalarınca vaqona daxil olmuş və pandemiya qaydalarına riayət etməklərini xatırladıb vaqonu tərk edərək onunla polis otağına getməyi ona və dostu Şirzada bildirən zaman uca səslə ətrafda olan sərnişinlərə guya haqlı olduğumu deyib onu və dostu Şirzadı müdafiə etməyə orada olan bütün sərnişinləri səsləmiş, bu vaxt orada olan qadın rus dilində sərnişinlərin kömək etməsinə çağırış etmiş, həmin vaxt polis nəfərinin iş yoldaşı digər polis əməkdaşı qanunlara tabe olmaqlarını və vaqonu tərk etməklərini xahiş etsə də, o və dostu Şirzad, orada olan sərnişinlər qeyd olunan polis əməkdaşlarına müqavimət göstərərək vaqondan onları çıxartmağa başlamış, dostu Şirzad arxa tərəfdən polis sıravisi olan əməkdaşa kürək nahiyyəsinə yumruq vuraraq vaqonu tərk etməsinə nail olmaq istəyən zaman, o da həmçinin polis sıravisinin sol baş nahiyəsinə, sağ qoluna vurub xəsarət yetirmiş, əynində olan mavi rəngli uzunqol köynəyi olan şəxs isə polis sıravisinin sinəsindən və sol qoltuq nahiyəsinə vuraraq vaqondan itələyib sonuncunu çölə çıxartmışdır. Elə həmin vaxt vaqonun qapısının sağ tərəfində olan biri eynəkli şəxs balaca boylu polis əməkdaşının sinəsinə yumruqla vurmuş, hava rəngli gödəkçədə olan şəxs isə həmin polis baş serjantını sol qoluna və boyun nahiyəsinə vuraraq vaqondan itələyib çıxartmışlar. Həmin vaxt polislərin vaqondan çıxarılmasına nail olduqları üçün sevinib uca səslə polisləri təhqir edib qışqır-bağır etməyə başlamışlar. Bu vaxt artıq qatar metronun “Koroğlu” stansiyasına doğru hərəkət etməyə başlamışdır. Bundan sonra Bakı şəhərində bir az gəzdikdən sonra evlərinə qayıtmış, qeyd olunan hadisəni “votsap” proqramı vasitəsi ilə müzakirə etməyə başlamışlar. Şirzad narahat olduğunu bildirsə də, ona narahat olmamağı, polisləri lazımi cavabla yerlərinə otuzdurduqlarını deyib, eləcə də polisləri təhqir edib Şirzadı sakitləşdirməyə çalışmışdır. Törətdiyi hadisə ilə bağlı peşmandır. Platformanın üzərində dayanarkən polis əməkdaşının ona yaxınlaşıb pandemiya ilə əlaqədar qaydalara uyğun olaraq qoruyucu maskadan istifadə etməyi tövsiyə edən zaman kefinin olmaması səbəbindən çox əsəbləşdiyi üçün həmin qanunsuz hərəkətləri etmişdir. Hadisə zamanı vaqonda olan bəzi sərnişinlər polis əməkdaşına müqavimət göstərməkdə onlara köməklik etsələr də, onları tanımamış, hadisə təxminən 4-5 dəqiqə davam etmiş, polis əməkdaşları ona heç bir xəsarət yetirməmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o da təəssüf hissi keçirir ki, belə bir hadisə baş vermişdir. 31 may 2020-ci il tarixdə dostu Talehlə metroya daxil olanda ikisində də maska olmuşdur, sadəcə olaraq Talehin burnunda problem olduğuna görə burnundan aşağı olmuşdur. Polis əməkdaşı kobud şəkildə yaxınlaşmışdır ki “maskanı qaldır”. Taleh də maskasını düzəltmişdir. Söhbət edə-edə getmişlər, ola bilsin maska bir az sürüşüb aşağı düşmüşdür. İkinci dəfə Samir adlı həmin polis əməkdaşı daha kobud şəkildə yaxınlaşıb demişdir ki “maskanı qaldır” və başlamışdır əl-qol atmağa. X18 əlindən tutub, onu dartışdırmağa başlamışdır. Həmin vaxt qatar gəlmiş, Talehlə qatara daxil olmuşlar ki, getsinlər, mübahisə yaranmasın. Samir arxalarınca qatara daxil olmuş, yenidən Talehi dartışdırmağa başlamış, Talehin köynəyini dartıb çıxarmışdır. Orada nə gədər millət, qadın xeylağı olmuşdur. Qatarda hamı ayağa qalxmışdır ki, “niyə köynəyini çıxarırsan, niyə zor tətbiq edirsən?”. Hər kəs ayağa durmuş, sıxlıq yaranmışdır və sıxlıq yarandığına görə polis əməkdaşları qatara daxil ola bilməmişlər. Sonra yenə polis əməkdaşları qatara daxil olmaq istəmişlər, sıxlıq olduğu üçün daxil ola bilməmişlər, qatar getmişdir. Orada polis əməkdaşlarına heç bir zor tətbiq olunmamışdır, xəsarət yetirməmişlər, təziq göstərməmişlər, nalayiq ifadələr işlətməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumamışdır, beş nəfər üstünə düşmüşdür, necə qol çəkməyə bilərdi. O, “Coni Pab”da olmuş, lakin içki içməmişdir. Polis əməkdaşı Samir kobud şəkildə Talehə demişdir “ala, maskanı tax”. Onun özünə isə maska ilə bağlı şəxsən irad bildirilməmişdir. Onun özü də kiməsə qarşı təzyiq, söyüş, xəsarət yetirməmişdir. Əgər polis əməkdaşı qayda-qanunla onlara yaxınlaşıb, özünü təqdim edib, onlara maska taxmaq qaydalarına riayət eləmək barədə xəbərdarlıq eləsəydi, təbii ki, bu hadisə baş verməzdi. Yuxarıda metroya daxil olanda, aşağı düşməmiş, orada olan polis əməkdaşları onlara demişlər ki, “vətəndaş, zəhmət olmasa maskanı taxın, maskasız içəri daxil olmaq olmaz”. Talehin zərərçəkmiş şəxsləri təhqir etməsini, kobud davranmasını görməmişdir. Polisin də Talehdən başqa kimisə vurmasını görməmişdir. Polislərin köynəyini tutmaq, dartışdırmaq olmamışdır. İyunun 1-də polislər qolundan tutub metrodan çıxarmış, maşına mindirib aparmışlar. Rəisin otağında sorğu-sual olunmuş, rəis söyüş söyə-söyə, zor tətbiq edə-edə suallar vermiş, bölmənin həyətində əli qandallı üç gün saxlamışlar, bir ildir ki, həbsdədir. Ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPMnin 327.1.3-cü maddəsinə əsasən onun həmin ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs5 müdafiəçinin iştirakı ilə 03 iyun 2020-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə saat 14 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə “Qara Qarayev” metrosunun yaxınlığında görüşmüş və ad gününü qeyd etmək üçün həmin metroya yaxın bir ərazidə olan “Coni Pab” kafesinə getmişlər. Orada bir az spirtli içki pivə qəbul etdikdən sonra kafedən çıxıb Bakı şəhərində mərkəzdə gəzmək məqsədi ilə “Q.Qarayev” stansiyasında metroya daxil olmuşlar. Həmin vaxt üzərlərində qoruyucu maska olmasına baxmayaraq qaydalara uyğun olaraq taxmadığı üçün orada xidmət aparan polis əməkdaşı onlara yaxınlaşıb özünü təqdim etdikdən sonra Nazirlər Kabinetinin Operativ Qərargahının koronovirus Covid-19 pandemiyyası ilə əlaqədar sonuncu metro ərazisində qoruyucu maskalardan istifadə olunmasının və sosial məsafənin saxlanılmasının məcburi xarakter daşıması ilə bağlı göstərişini xatırladıb maskadan qaydalara uyğun istifadə etməklərini xahiş etmişdir. Dostu Təqsirləndirilən şəxs2 qeyd olunan polis əməkdaşına maskadan istifadə etməyəcəyini deyib heç bir səbəb olmadan nalayiq ifadələr işlədərək polisi təhqir etdiyinə görə, polis əməkdaşı Talehin qolundan tutaraq söyüş söyməməyi, polis otağına getməyi tələb etsə də, Taleh polisin qanuni tələbinə məhəl qoymayaraq kobud şəkildə dartıb qolunu polisin əlindən çıxardıb polisi yenidən təhqir edərək sinəsindən itələyib stansiyada dayanmış vaqonun qapısının açıq olduğundan istifadə edərək vaqona daxil olmuşdur. O, özü də həmin vaxt vaqona minmişdir. Bu vaxt polis əməkdaşı da arxalarınca vaqona daxil olmuş və pandemiya qaydalarına riayət etməklərini xatırladıb vaqonu tərk edərək onunla polis otağına getməyi bildirən zaman Taleh uca səslə ətrafda olan sərnişinlərə guya haqlı olduğunu deyib onu müdafiə etməyə hamını səsləmiş, bu vaxt orada olan qadın rus dilində sərnişinlərin onlara kömək etməsinə çağırış etmiş, həmin vaxt polis nəfərinin iş yoldaşı digər polis əməkdaşı vaqona daxil olub qanunlara tabe olmaqlarını və vaqonu tərk etməklərini xahiş etsə də, Taleh, o və orada olan sərnişinlər qeyd olunan polis əməkdaşlarına müqavimət göstərərək vaqondan onları çıxartmağa başlamış, arxa tərəfdən polis sıravisini əli ilə itələmiş, vaqonu tərk etməsinə nail olmaq istəmişdir. Taleh də həmçinin polis sıravisinin sol baş nahiyəsindən və sağ qolundan vurub xəsarət yetirmiş, əynində olan mavi rəngli uzunqol köynəyi olan şəxs isə polis sıravisinin sinəsindən və sol qoltuq nahiyəsindən vuraraq vaqondan itələyib çıxartmışdır. Elə həmin vaxt vaqonun qapısının sağ tərəfində olan iki nəfər biri eynəkli digəri isə hava rəngli gödəkçədə olan şəxs digər polis baş serjantını vuraraq vaqondan itələyib çıxartmışlar. Həmin vaxt polislərin vaqondan çıxarılmasına nail olduqları üçün sevinib uca səslə polisləri təhqir edib qışqır-bağır etməyə başlamışlar. Bu vaxt artıq qatar metronun “Koroğlu” stansiyasına doğru hərəkət etməyə başlamışdır. Bundan sonra Bakı şəhərində bir az gəzdikdən sonra evlərinə qayıtmış, lakin qeyd olunan hadisəni “votsap” proqramı ilə müzakirə etməyə başlamışlar. O, Talehə narahat olduğunu desə də, Taleh narahat olmamağı, polislərin lazımi cavabı aldıqlarını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə “Əhmədli” metrostansiyasından işə getdiyi vaxt “Qara Qarayev” stansiyasında əvvəl Taleh, sonra Samir adlı polis əməkdaşı qatara daxil olmuşdur. Samir Talehin qolundan tutub dartmağa başlamışdır. Samirin qışqırıq səsləri eşidilmişdir. O, lap başda oturmuşdur. O, bir müddət müşahidə etmiş, yaxınlaşmağa tərəddüd etmişdir. Görmüşdür ki, yox, iş böyüyür, qarışıqlıq yaranmışdır, o da hamı kimi qalxmışdır. Orada həddindən artıq çox adam olmuşdur, o da yaxınlaşıb onları sakitləşdirmək istəmişdir. Sonradan qatara daxil olan Zərərçəkmiş şəxs2ı görmüş, ona işə gecikdiyini bildirmişdir. Vüqar da hər şeyi aydınlaşdıracaqlarını, narahatçılığa səbəb olmadığını bildirmişdir. O, Vüqara qarşı heç bir zorakılıq tətbiq etməmişdir, hətta orada zorakılıq görməmişdir. Hadisə sıxlıq nəticəsində baş vermişdir, iki polis əməkdaşı bayıra çıxmış, bayırda gözləmişlər. Maşinist olduğuna görə sona gədər müşayiət eləmiş, onlar da platformada müşayiət etmişlər, sonra qatar yola düşmüşdür. O, ibtidai istintaqa ifadə verəndə ona qarşı zorakılıq olmuşdur. Vaqonda Samir qışqıra-qışqıra Talehi qolundan tutaraq çəkib vaqondan çıxarmaq istəmişdir. O, bir müddət səbirli olmuş, sonra yaxınlaşıb Vüqarın qolundan tutub demişdir ki, “mən işə gecikirəm, çox xahiş edirəm yoluna qoyun”, Vüqar da demişdir ki, “maska taxmayıb, yoluna qoyub aparacayıq”. Bu vaxt güclü iğtişaş yaranmış, başqa vaqonlardan da tökülüb gəlmişlər, hətta platformada onlarla insan olmuşdur. Taleh, Şirzad, Ramin, Allahverdi, bunlar həmin sıxlıqda olmuşlar, onlardan başqa bir hərəkət, polislərlə dartışmalarını görməmişdir. Polis əməkdaşları və metropolitenin işçiləri tərəfindən sosial məsafəni qorumaq barədə ona xəbərdarlıq olunmamışdır, o, istəsə də sosial məsafəni qoruya bilməzdi, orada adam həddindən artıq çox olmuşdur. Polis əməkdaşları vaqona daxil olanda o, vaqonda orta tərəfdə oturmuşdur. O, yerindən ona görə qalxmışdır ki, həddindən artıq adam çox idi, fikirləşmişdir ki, yəqin dava-dalaşdı, mübahisəni yatızdırar. O, polis əməkdaşları ilə mübahisə edən vətəndaşlardan təxminən iki oturacaq məsafəsində olmuşdur, istəsə də onlarla təmasda ola bilməzdi. Onun özü tərəfindən polis əməkdaşlarına qarşı hər hansı bir fiziki, başqa söz, təzyiq olmamışdır. İyunun 4-də səhər saat 8-də işə gedəndə, polis əməkdaşları mədəni surətdə özlərini təqdim edərək avtomobilə oturdub onu aparmışlar, əvvəlcə təzyiqlər başlamışdır, günortaya kimi dindirmişlər, orada onu Vüqarla üzləşdirmişlər, Vüqarın üzünə demişdir ki, onu vurmamışdır. Saxlanılandan bir neçə saat sonra onu məhkəməyə çıxarmışlar. O, digər təqsirləndirilən şəxsləri və polis əməkdaşlarını əvvəllər tanımamışdır. Ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPMnin 327.1.3-cü maddəsinə əsasən onun həmin ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçinin iştirakı ilə 04 iyun 2020-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə yaşadığı evdən çıxıb iş yeri X4 getmək üçün Əhmədli stansiyasında metroya daxil olmuş, “Dərnəgül” istiqamətində hərəkət edən qatara minmişdir. Qatar metronun “Qara Qarayev” stansiyasına çatıb dayanan zaman bir nəfər qadının rus dilində “ona kömək edin” deyib uca səslə qışqırdığını vaqonda olan zaman eşitmişdir. Vaqona nəzər salan zaman ondan sağ tərəfdə arıq bədən quruluşuna malik, orta boylu və digəri boyu uzun olan iki nəfərin polis siravi rütbəsi olan əməkdaşla mübahisə etdiyini görmüşdür. Polis əməkdaşının tələbindən anlamışdır ki, həmin şəxslər karantin qaydalarını pozaraq qoruyucu maskadan istifadə etmədiyindən qeyd olunan mübahisə baş vermişdir. Polis əməkdaşının bu tələbini hiddətlə qarşılamış və əsəbləşmişdir. Həmin vaxt vaqonda olan rus dilində danışan alçaq boylu bir qadın da həmin şəxsin müdafiəsinə çağırışlar etmişdir. Belə ki, həmin vaxt işə gecikdiyi üçün qatar stansiyada müddətdən artıq dayanmasın deyə polis əməkdaşına iradını bildirmişdir. Daha sonra digər boyu balaca olan polis baş serjantı vaqona daxil olmuş və həmin cavan oğlanlardan onların qanuni tələblərinə tabe olmasını tələb etmişdir. Polis əməkdaşı həmin arıq orta boylu şəxsin qoruyucu maskadan istifadə etmədiyinə görə qolundan tutub qatardan çölə çıxartmaq istəyən zaman orada olan sərnişinlər polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq onlara maneçilik törədib polis əməkdaşlarını vaqondan çıxışa doğru, yəni platformaya itələməyə başlamışlar. O da qeyd olunan sərnişinlərə qoşulub aktiv surətdə polislərə müqavimət göstərməyə başlamışdır. Belə ki, boyu balaca polis baş serjantının sol dirsək nahiyyəsindən bərk tutub həmçinin əlinin içi ilə boyun nahiyəsindən itələyib polis əməkdaşını vaqondan platformaya tərəf çıxartmışdır. Daha sonra vaqonun qapısının içəri sağ tərəfində digər maska taxmayan cavan oğlan, onun yanındakı dostu və əynində göy uzunqol köynəyi olan şəxslər polis siravisini vuraraq vaqondan platformaya çıxartmışlar. Həmin rus millətindən olan qadın onun və orada olan sərnişinlərin polis əməkdaşlarına qarşı kobudluq edərək onlara müqavimət göstərib vaqondan platformaya düşürdüklərinə görə rus dilində öz təşəkkürünü bildirmiş, onlara qalib gəldiklərini demişdir. Polis əməkdaşlarına qarşı qanunazidd hərəkətləri səbəbindən maşinist vaqonun qapısını bağlaya bilmədiyi üçün beş dəqiqədən artıq müddət ərzində qatar stansiyada hərəkətsiz qalaraq metronun normal iş rejimi də pozulmuşdur. Qatar metronun “Koroğlu” stansiyasına hərəkətə başlayarkən sərnişinlər polisləri qatardan çıxartdıqları üçün bir növ sevinərək uca səslə qışqırmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə iş yoldaşları ilə “Əhmədli” metrosunda ayrılmış, qatar “Q.Qarayev” stansiyasına çatanda yerində oturmuşdur. Həmin vaxt Taleh, arxasınca Samir qatara daxil olmuşlar. Samir Talehi bayıra çıxarmaq istəmişdir. Taleh duracağın trubasından tutmuş, Samir də onu dartmışdır. Görmüşdür ki, camaat çoxalır, dartışdırırlar, sonra görmüşdür ki, Talehi bölməyə aparırlar. Hadisə belə olmuşdur, o, polisə müqamət göstərməmişdir, onun polislə şəxsi-qərəzliyi yoxdur ki, onlara qarşı müqavimət göstərsin. Ona istintaq zamanı təzyiq göstərmişlər. Hadisə vaxtı orada səs-küy çox olmuşdur. Talehin maskası çənəsində olmuşdur. Axırda kimsə söyüş söymüş, o da demişdir ki, “söyüş söyməyin”. Orada polisləri vuran olmamış, Taleh də polislərə əl-qol atmamışdır. Hadisədən sonra saat 6-da işdən çıxmış, 7-də evə çatmış, ona zəng gəlmiş, demişlər ki, “valideynin yanımızdadı, gəl, səni gözləyirik”. Onunla elə danışmışlar ki, elə bil anası ilə qardaşını girov götürüblər, onu təhqir etmişlər. Onu “Nizami” metrosunun yanında bölməyə aparmışlar, kabinetə girmiş, biri ordan şillə, biri ordan təpik, 5-6 nəfər demişlər ki, “sən niyə polisi vurmusan”. İzahat almışlar, oxumağa qoymamışlar və imzalatmışlar. Onun qabağında üç nəfər olmuşdur, zərərçəkmiş Vüqara nə edə bilərdi? Onun istintaqda olan ifadəsində Allahverdinin polisi vurmağı barədə yazılan yalandı, elə şey olmayıb, qəbul eləmir. Hadisə baş verəndə o, oturmuş vəziyyətdə olmuşdur. Talehi ancaq qatara girəndə görmüş, sonradan görməmişdir. Samiri qışqıranda görmüşdür, o, qışqırmışdır ki “çıx bayıra”. O, Samirin qışqırığına ayağa durmuşdur. Həmin vaxt heç kim müqamət göstərməmişdir. Vüqar axırda gəlmişdir, Vüqarı kiminsə vurduğunu görməmişdir. Qatarın içində Samirin üstünün səliqəsizliyini, kiminsə onu dartışdırdığını görməmişdir. Qərar qəbul edilərkən humanist addım atılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPMnin 327.1.3-cü maddəsinə əsasən onun həmin ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs4 müdaiəçinin iştirakı ilə 03 iyun 2020-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə iş günü olmadığı üçün saat 14 radələrində “Əhmədli” metrosunun yaxınlıqında iş yoldaşı Əli Məmmədli ilə görüşüb həmin ərazidə olan kafelərin birində əyləşib hərəyə 2 bakal pivə içmişlər. Daha sonra təxminən saat 17 radələrində iş yoldaşı Əli ilə birlikdə evə getmək üçün kafedən çıxıb metronun “Əhmədli” stansiyasına gəlmiş, orada Əli ondan ayrılıb “H.Aslanov” metrostansiyasına doğru hərəkət edən qatara minmiş, o isə buradan metronun “N.Nərimanov” stansiyasına getdiyi üçün həmin istiqamətdə hərəkət edən qatarın 4-cü vaqonuna minərək əyləşmişdir. Qatar metronun “Q.Qarayev” stansiyasında saxladıqdan sonra platformadan 20-22 yaşlarında olan bir nəfər şəxs qoruyucu maskadan istifadə etməyərək səs-küy salaraq polis əməkdaşının qanuni tələblərinə tabe olmayb vaqona daxil olduğunu görmüşdür. Polis əməkdaşı həmin şəxsin qoruyucu maskadan istifadə etmədiyinə görə qolundan tutub qatardan çölə çıxartmaq istəyən zaman orada olan sərnişinlər polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq onu vaqondan platformaya itələmişlər. Bundan sonra həmin şəxsi vaqondan çıxartmaq istəyərkən o və orada olan digər tanımadığı, sonradan sosial şəbəkədə gördüyü hündürboylu, dolu bədən quruluşlu, enlikürək, əynində hava rəngli gödəkcə olan oğlanla birlikdə polis əməkdaşını vaqondan çıxartmaq istəyərkən polis baş serjantının sinəsindən yumruqla vurub itələyərək platformaya çıxartmağa çalışmışdır. Həmin vaxt əynində hava rəngli gödəkçəsi olan şəxs isə boyun nahiyəsindən vuraraq polis baş serjantını vaqondan platformaya itələyib çıxartmışdır. Həmin vaxt vaqonda olan rus dilində danışan alçaq boylu bir qadın da qeyd edilən şəxsin müdafiəsinə çağırışlar etmişdir. Belə ki, həmin qadın onu və orada olan sərnişinlərin polis əməkdaşlarına qarşı kobudluq edərək onlara müqavimət göstərib vaqondan platformaya düşürdüklərinə görə rus dilində öz təşəkkürünü deyərək onlara qalib gəldiklərini demişdir. Polis əməkdaşlarına qarşı qanunazidd hərəkətləri səbəbindən maşinist vaqonun qapısını bağlaya bilmədiyi üçün beş dəqiqədən artıq müddət ərzində qatar stansiyada hərəkətsiz qalaraq metronun normal iş rejimi də pozulmuşdur. Qatar “Koroğlu” metrostansiyasına hərəkətə başlayarkən sərnişinlər polisləri qatardan çıxartdıqları üçün bir növ sevinərək uca səslə qışqırmışlar. Hadisə zamanı vaqonda olan sərnişinlərin bəziləri polis əməkdaşına müqavimət göstərməkdə onlara köməklik etmişlər, lakin onları tanımamışdır, həmin sərnişinlərin anket məlumatları ilə bağlı heç bir məlumata malik deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əslində o, özünü qismən təqsirli bilir ki, gərək hadisəyə müdaxilə eləməzdi. Hadisə baş verən gün o, “Xalqlar”da metroya minib “Nərimanov”a işə gedirdi. Görmüşdür ki, metro dayanıb, hay-küy qopmuşdur, demişdir ki, bəlkə kiminsə halı pisdi, kömək etsin. Öz vaqonundan düşmüş, qonşu vaqona keçmiş, görmüşdür ki, polislər və vətəndaşlar arasında mübahisə yaranmışdır. Fikirləşmişdir ki, aranı sakitləşdirər, Samiri saxlamışdır ki, “ehtiyac yoxdu, qardaşımsan”. Bilməmişdir ki, maska söhbətidir, sonradan bu barədə bilmişdir. Biləndən sonra müdaxilə eləmək istəməmiş, işə gecikdiyi üçün istəmişdir ki, sakitçilik olsun, mübahisə olmasın, onları ayırmaq istəmişdir ki, qatar yoluna davam etsin. O, sadəcə görmüşdür ki, Samir Talehin qolundan tutub aparmaq istəyir. O, düyməni basıb maşinistə demişdir ki, “sür vaqonu”. Hadisədən üç gün sonra, iyunun 2-si və ya 3-də işə gedəndə onu metroda saxlamışlar. Özünü təqsirli bilmir, cavanlığını nəzərə alaraq, humanist qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPMnin 327.1.3-cü maddəsinə əsasən onun həmin ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə 03 iyun 2020-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvandan çıxıb Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən iş yeri olan “Zeytun” aptekə işə getmək üçün netronun “Xalqlar Dostluğu” stansiyasına gəlib şəhər istiqamətində hərəkət edən qatara minmişdir. Qatar metronun “Qara Qarayev” stansiyasında saxladıqdan sonra görmüşdür ki, digər vaqonda tanımadığı 20-22 yaşlarında olan bir şəxs polis əməkdaşı ilə mübahisə edir və onların mübahisəsi nəticəsində qatar hərəkətini dayandırmışdır. İşə gecikdiyi üçün mübahisəyə müdaxilə etmək məqsədi ilə olduğu vaqonu tərk edib mübahisə baş verən vaqona keçmişdir. Ora getdikdən sonra elə başa düşmüşdür ki, polis əməkdaşı mübahisə etdiyi şəxsi qatardan düşürmək istəyir və ətrafında olan sərnişinlər polisin işinə müdaxilə edib onu qatardan düşürmək istəyirlər. Həmin sərnişinlərə qoşulub mübahisəyə müdaxilə edərək polis sıravisini yumruğu ilə sinəsinə və sol qoltuq nahiyəsinə vurmuş və onu vaqondan çölə itələyib çıxarmışdır. Həmin vaxt sağ tərəfdə olan sərnişinlər digər polis baş serjantını vurub onu da vaqondan çıxartmağa nail olmuşlar. Burada ona məlum olmuşdur ki, polis əməkdaşı həmin şəxsi tibbi maskadan istifadə etmədiyinə görə onu qatardan düşürməyə çalışır. Sonra qatarın qapılarının bağlanması üçün vaqonda olan maşinistlə əlaqə saxlamaq üçün nəzərdə tutulan düyməni sıxaraq əlaqə yaratmışdır ki, vaqonun qapısını bağlasın və qatar hərəkətə başlasın. Bundan sonra qatarın qapıları bağlanmış və polis əməkdaşları qatara minə bilməmişlər. Daha sonra sosial şəbəkədə yayılan bu hadisəni görüb öz hərəkətlərindən utanmış və peşmanlıq hissi keçirmişdir. Həmin vaxt başa düşmüşdür ki, polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyən şəxsi müdafiə edərək polis əməkdaşlarının qanuni tələblərinə zidd hərəktlər edib onlara qarşı müqavimət göstərərək əli ilə polis əməkdaşını vurub sonra itələyib qatardan düşürmüşdür. Hadisə zamanı vaqonda olan sərnişinləri tanımamış, bəzi sərnişinlər polis əməkdaşına müqavimət göstərməkdə onlara köməklik etsələr də onları tanımamış, hadisə təxminən 4- 5 dəqiqə davam etmiş, polis əməkdaşları ona heç bir xəsarət yetirməmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının 16-dan Bakı şəhər BPİ-nə bilavasitə tabe olan xxxxndə Polis Şöbəsinin PPX-də polis nəfəri vəzifəsində xidmət edir. Xidməti vəzifəsi xxxxnin inzibati ərazisində ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizədən ibarətdir. Ölkə ərazisində yeni koronavirus (Covid-19) infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq xxxxnin fəaliyyətinin 09 may 2020-ci il saat 06:00-dan etibarən bərpa edilməsinə dair Operativ Qərargahın 08 may 2020-ci il tarixli qərarına əsasən sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləq olduğundan 31 may 2020-ci il tarixdə o, xxxxnin “Qara Qarayev” stansiyasında xidmət apararkən saat 17:10 radələrində stansiyada platformanın üzərində yanaşı dayanıb söhbət edən iki nəfər kişi cinsinə mənsub şəxsdən birinin, yəni 20-22 yaşlarında qarabəniz, orta boylu, arıq bədən quruluşlu şəxsin müəyyən olunmuş qaydalara riayət etməyərək qoruyucu maskadan istifadə etmədiyini görüb ona yaxınlaşmış və xidməti vəsiqəsini göstərib özünü təqdim edərək məlum qaydaları onun diqqətinə çatdırıb infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə metro stansiyasında qoruyucu maskadan istifadə etməsinin mütləq olduğunu bildirmişdir. Hətta həmin maskalardan metro ərazisində giriş-çıxış və pilləkən meydançalarında, platformada “diqqət, tibbi maska taxmadan giriş qadağandır” sözləri yazılmasını və fotoşəkilli görüntülər olmasına dair elanlar olmasını xatırlatmışdır. Həmin şəxs edilən xəbərdarlığa məhəl qoymamış və əli ilə işarə edib “ə, get işinlə məşğul ol, özüm bilərəm” deyərək saymazyana şəkildə üzünü çevirib platformaya yaxınlaşan qatara doğru hərəkət etmişdir. Bu zaman həmin şəxsin arxasınca gedib eyni şəkildə qoruyucu maskadan istifadə etməsini tələb etmişdir. Həmin şəxs gözləmədiyi halda əli ilə sinəsindən itələyib ünvanına nalayiq ifadə işlədərək yanındakı şəxslə birlikdə dayanmış qatarın qapısı yenicə açılan vaqonuna daxil olmuşdur. Həmin vaxt xüsusi rabitə vasitəsi ratsiya ilə kömək çağırdığı üçün yanına gələn manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs2la birlikdə vaqona daxil olmuş və həmin şəxsdən qanuni tələblərinə tabe olmayıb müqavimət göstərdiyi üçün onlarla birlikdə stansiyadakı polis otağına getməsini tələb etmişlər. Lakin həmin şəxs əvvəlki qanunazidd hərəkətlərini daha kobud və aqressiv şəkildə davam etdirərək ünvanlarına ucadan nalayiq ifadələr işlətmiş və qışqıraraq vaqondakı digər sərnişinləri özünə köməyə çağırmışdır. Bu zaman rus dilində danışan alçaqboylu orta yaşlı qadın həmin vətəndaşın müdafiəsinə çağıran qızışdırıcı söz dedikdən sonra, vaqondakı sıx dayanmış sərnişinlərin içərisindən bəziləri onları əhatəyə almışlar və xidməti vəzifələrinin icrasına aktiv şəkildə mane olmaqla fəal müqavimət göstərmişlər. Belə ki, yaranmış qarışıqlıqdan istifadə edən həmin maskasız şəxs, əvvəlcədən onun yanındakı uzun boyu olan və maskasını çənəsinin altına çəkmiş yoldaşı, onların qanunsuz hərəkətlərinə qoşulmuş tünd göy rəngli qısaqol köynəkli, saçının ön və arxa orta hissəsi tökülmüş eynəkli oğlan, hündürboylu, dolu bədən quruluşlu, enlikürək, əynində hava rəngli gödəkçə olan şəxs və hündürboylu, mavi rəngli uzunqol köynəkli oğlan onun və manqa komandiri Zərərçəkmiş şəxs2 qolundan tutub çəkərək, yumruq zərbələri ilə bədənlərinin müxtəlif nahiyələrinə vurub əlləri ilə itələyərək aktiv müqavimət göstərmişlər və bu şəkildə fiziki zor tətbiq edib davamlı müqavimət göstərməklə əvvəlcədən qanuni tələbə tabe olmayan şəxsi polis otağına aparmaqlarına imkan verməmişlər. Belə ki, ilk yaxınlaşdığı maskasız şəxs sol baş nahiyəsinə, sağ qoluna xəsarət yetirmiş, onun tanışı arxadan kürək nahiyyəsinə, hündür boylu mavi rəngli uzunqol köynəkdə olan şəxs isə sinəsindən və sol qoltuq nahiyəsindən vurub ona xəsarət yetirmişdir. Saçının ön və arxa hissəsi keçəl göy qısa qol köynəkli gözündə eynəyi olan şəxs manqa komandiri Zərərçəkmiş şəxs2 sinəsinə ymruqla xəsarət yetirmiş, əynində hava rəngli gödəkçəsi olan şəxs isə sol dirsək və sol boyun nahiyəsinə yumruqla vurub xəsarət yetirmişdir. Dəfələrlə etdikləri xəbərdarlıq və qanuni tələbə məhəl qoymayaraq onu və manqa komandiri Zərərçəkmiş şəxs2 fiziki zorun müşayiəti altında ünvanlarına nalayiq ifadələr işlədərək təhqir etməklə məcburi qaydada vaqondan itələyib çıxarmış və ünvanlarına nalayiq ifadələr işlədərək təhqir etmişlər. Hadisə nəticəsində bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Həmin xəsarətlər ona baş, sinə, sol qol, kürək və sol qoltuq nahiyələrinə yetirilmişdir. Göstərilən şəxslərin qanunazidd hərəkətləri səbəbindən maşinist “Dərnəgül” stansiyası istiqamətində hərəkət vaqonunun qapısını bağlaya bilmədiyi üçün beş dəqiqədən artıq müddət ərzində qatar stansiyada hərəkətsiz qalaraq metronun normal iş rejimi də pozulmuşdur. Hazırkı cinayət işi üzrə konflikt Təqsirləndirilən şəxs2 görə baş vermişdir, zərərçəkmiş şəxs kimi onunla barışmır, digər təqsirləndirilən şəxslərlə isə barışır, onlara qarşı şikayəti və tələbi yoxdur. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2001-ci ilin avqust ayının 25-dən etibarən Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan xxxxn PŞ-də 5-ci tağımın manqa komandiri kimi xidmət edir. Xidməti vəzifəsi xxxxnin inzibati ərazisində içtimai qaydanın qorunması, ictimai qaydanın təmin edilməsi və cinayətkarlığa qarşı mübarizədən ibarətdir. Ölkə ərazisində yeni koronavirus (Covid-19) infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq xxxxnin fəaliyyətinin 09 may 2020-ci il saat 06:00-dan etibarən bərpa edilməsinə dair Operativ Qərargahın 08 may 2020-ci il tarixli qərarına əsasən sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləq olduğundan 31 may 2020-ci il tarixdə o, xxxxnin “Qara Qarayev” stansiyasında xidmət apararkən 5-ci tağımın əməkdaşı Zərərçəkmiş şəxs1 xüsusi rabitə vasitəsi ilə ona məlumat verərək stansiyanın platformasında olan təxminən 20-22 yaşlarında, qarabəniz, orta boylu, arıq bədən quruluşuna malik bir sərnişinin maskadan istifadə etmədiyini və həmin sərnişinə maskadan istifadə qaydalarını izah etdiyi halda sərnişinin maska taxmaqdan imtina etdiyini, həmçinin müqavimət göstərərək tabe olmadığını bildirmişdir. Öz növbəsində dərhal stansiyada platformanın üzərində hadisənin baş verdiyi yerə getmiş, həmin vaxt orada qeyd olunan şəxsin polis nəfəri Zərərçəkmiş şəxs1 təhqir etdiyini və ona fiziki zor tətbiq etdiyini görmüşdür. O da həmin sərnişinə qanuni tələbə tabe olmasını bildirsə də, həmin sərnişin və yanındakı tanışı onu da təhqir etməyə başlamışdır. Sonradan qaydaları pozan şəxsin adının Təqsirləndirilən şəxs2, yanındakı tanışının isə Təqsirləndirilən şəxs5 olduğunu bilmişdir. Bundan sonra hər iki şəxs polisləri fiziki güclə özlərindən kənarlaşdırıb stansiyada dayanmış qatara daxil olmuşlar. Polis nəfəri Zərərçəkmiş şəxs1la birlikdə vaqona daxil olmuş və həmin şəxslərdən qanuni tələbə tabe olmayıb müqavimət göstərdiyi üçün onlarla birlikdə stansiyadakı polis otağına getmələrini tələb etmişlər. Lakin Təqsirləndirilən şəxs2 əvvəlki qanunazidd hərəkətlərini daha kobud və aqressiv şəkildə davam etdirərək onların ünvanına ucadan nalayiq ifadələr işlətmiş və qışqıraraq vaqondakı digər sərnişinləri özünə köməyə çağırmışdır. Bu zaman rus dilində danışan, sonradan adının Şahid olduğunu bildiyi alçaqboylu orta yaşlı qadının həmin vətəndaşın müdafiəsinə çağıran qızışdırıcı söz və hərəkətlərindən sonra vaqondakı sıx dayanmış sərnişinlərin içərisindən bəziləri onları əhatəyə alaraq xidməti vəzifələrinin icrasına aktiv şəkildə mane olmaqla fəal müqavimət göstərməyə başlamışlar. Həmin sərnişinlər Təqsirləndirilən şəxs2 yanındakı Təqsirləndirilən şəxs5, sonradan adlarını öyrəndiyi Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olmuşlar. Belə ki, yaranmış qarışıqlıqdan istifadə edən həmin maskasız şəxs, əvvəlcədən onun yanında olan alçaqboylu, maskasını çənəsinin altına çəkmiş yoldaşı, onların qanunsuz hərəkətlərinə qoşulmuş tünd rəngli qısaqol köynəkli, saçının ön və arxa orta hissəsi tökülmüş sonradan adının Təqsirləndirilən şəxs4 olduğunu öyrəndiyi eynəkli oğlan, hündürboylu, dolu bədən quruluşlu, enlikürək, əynində hava rəngli gödəkcə olan, sonradan adınının Təqsirləndirilən şəxs3 olduğunu öyrəndiyi şəxs və daha bir nəfər Allahverdi adlı şəxs onun və polis nəfəri Zərərçəkmiş şəxs1 qolundan tutub çəkərək, yumruqları ilə bədənlərinin müxtəlif nahiyələrinə vurub əlləri ilə zor tətbiq edərək, itələyib aktiv müqavimət göstərmiş, bu şəkildə fiziki zor tətbiq edib davamlı müqavimət göstərməklə əvvəlcədən qanuni tələblərinə tabe olmayan şəxsi polis otağına aparmağa imkan verməmişlər. Həmin vaxt maskasız şəxs sağ əlinin yumruğu ilə iş yoldaşı Zərərçəkmiş şəxs1 başından və sağ qoluna yumruqla vurub ona xəsarət yetirmişdir. Digər maskasız oğlanın dostu Zərərçəkmiş şəxs1 kürək nahiyəsinə, göy uzunqol köynəkdə olan şəxs sinəsindən sol qoltuq nahiyəsinə xəsarət yetirmişdir. Belə ki, vaqonun giriş qapısında dayanmış tünd rəngli qısaqol köynəkli, saçının ön və arxa orta hissəsi tökülmüş eynəkli oğlan aktiv hərəkətlərinə davam edib sinəsinə yumruğu ilə zərbə vurmuş, enlikürək, açıq hava rəngli gödəkçə əynində olan şəxs sol dirsək və boyun nahiyəsinə xəsarət yetirmiş və vaqondan onu platformaya itələyərkən könəyinin qurşaq nahiyəsində düyməsi qırılmış və düymə yeri cırılmışdır. Həmin yuxarıda əlamətlərini sadaladığı şəxslərə dəfələrlə etdikləri xəbərdarlıq və qanuni tələbə məhəl qoymayaraq onu və polis nəfəri Zərərçəkmiş şəxs1 fiziki zorun müşayiəti altında məcburi qaydada vaqondan itələyib çıxarmış və ünvanlarına nalayiq ifadələr işlədərək təhqir etmiş, xidməti vəzifələrini yerinə yetirən zaman stansiyada və vaqonda olan sərnişinlərin rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına, ictimai qaydanın kobud surətdə pozmaqla maskalardan istifadə etməmiş və etməyən şəxslərə dəstək olmaqla qanunların tələblərinə laqeyidlik, etinasızlıq göstərmişlər. Qeyd olunan hadisə nəticəsində bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Həmin xəsarətlər sinə, sol dirsək və boyun nahiyələrinə yetirilmişdir. Həmin şəxslərin qanunazidd nərəkətləri səbəbindən maşinist “Dərnəgül” stansiyası istiqamətində hərəkət vaqonunun qapısını bağlaya bilmədiyi üçün beş dəqiqədən artıq müddət ərzində qatar stansiyada hərəkətsiz qalaraq metronun normal iş rejimi də pozulmuş, metronun “Qara Qarayev” stansiyasında sərnişinlərin mübahisə edib onlara xəsarətlər yetirməsi təqribən 6-7 dəqiqə davam etmişdir. Onlar həmin sərnişinlərə heç bir xəsarət yetirməmişlər, sadəcə üzərlərinə düşən vəzifələri yerinə yetirərkən qanuni tələblərinə tabe olmalarını tələb etmişlər. Hazırda təqsirləndirilən şəxslərin heç birinə qarşı şikayəti və tələbi yoxdur. Onların barələrində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə səhər saatlarında yaşadığı ünvandan çıxıb atasının ildönümü ilə bağlı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan bacısı X2 getmişdir. Bacısı ilə atasının məzarını ziyarət etdikdən sonra evə getmək üçün təxminən saat 17 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasına gəlmişdir. Oradan isə “İnşaatçılar” metrosuna getdiyi üçün “Dərnəgül” metrosu istiqamətində hərəkət edən qatara minmişdir. Qatar metronun “Qara Qarayev” stansiyasında saxladıqdan sonra, qatarın qapıları acılan zaman tanımadığı 20-22 yaşlarında iki nəfər oğlanın qatara məcbur daxil olduğunu və həmin vaxt polis əməkdaşının onun arxasınca qatara daxil olub qatardan onları çıxarmaq istədiyini görmüşdür. Polis əməkdaşı qatardan çıxmağı tələb etsə də, həmin şəxs qatardan düşməyəcəyini deyib qışqıraraq sərnişinlərin diqqətini özünə cəlb edərək kənar sərnişinlərin ona kömək etməyini xahiş etdiyinin şahidi olmuşdur. Onlardan bir nəfər polis əməkdaşına müqavimət göstərib əl-qol hərəkətləri ilə danışaraq polis əməkdaşını vaqondan çölə tərəf platformaya itələməyə başlamışdır. Həmin vaxt bir polis əməkdaşı da qatara daxil olub qeyd etdiyi şəxsi qatardan düşürtməyə çalışmışlar. Həmin vaxt o, rus dilində uca səslə “ludi zastupayte”, yəni “həmin şəxsi müdafiə edin” deyə sərnişinlərə səslənmişdir. Belə ki, mübahisənin qoruyucu maskanın taxılması ilə bağlı olması onda bir növ həmin cavan oğlanları müdafiə etmək əzmi yaratmışdır. Bu vaxt qatarda olan başqa sərnişinlər həmin şəxsi polis əməkdaşlarının əlindən alıb polis əməkdaşlarına müqavimət göstərərək onları əlləri ilə itələyib qatardan düşürməyə başlamış və polis əməkdaşlarının həmin şəxsə yaxınlaşmağının qarşısını almağa çalışmışlar. Bu vaxt qatarda olan sərnişinlər qeyd etdiyi şəxsi polis əməkdaşının əlindən alıb polis əməkdaşlarını vaqondan kobud şəkildə “Qara Qarayev” stansiyasında platformaya çıxartmışlar. Həmin gənclərin vaqonda qalmaları onu bir ana olaraq çox sevindirmişdir. Polis əməkdaşlarının həmin gənci cəzalandırmayacaqları sevincinə səbəb olmuşdur. Buna görə də sevindiyindən rus dilində və azərbaycan dilində tərcümədə uca səslə eşidiləcəyi formada “bu, bizim kiçik qələbəmizdir” demişdir. Həmin sözü deməkdə başqa heç bir məqsəd güdməmişdir. Həmin şəxsin polis əməkdaşı ilə mübahisəsi onun karantin qaydalarına riayət etməməyi səbəbindən yaranmışdır. Özü polislərə qarşı heç bir müqavimət göstərməmiş və onlara xəsarət yetirməmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərində bəzi halların aydınlaşdırılması və zəruri suallara aydınlıq gətirilməsi üçün müdafiə tərəfinin vəsatəti əsasında ekspert məhkəmə iclasında dindirilmişdir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin Bakı şəhər şöbəsinin rəis əvəzi X9 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Daxili İşlər Nazirliyinin Tibbi Hospitalına müraciət etmiş, onda olan xəsarətlər və şikayətlər əsasında tibbi arayış (epikriz) təqdim olunmuş, bunun əsasında isə onun tərəfindən ekspert rəyi verilmişdir. Tibbi arayış əsasında o, xəsarəti “baş beyin silkələnməsi” kimi qiymətləndirmişdir. O, məhkəmə-tibbi ekspert kimi şəxsin kəllə-beyin sirkələnməsi almasını sübuta yetirən müayinə aparmalı deyil, zərərçəkmiş ona təqdim olunur, o da zərərçəkmişə baxıb arayışa (epikrizə) əsasən xəsarəti qiymətləndirir. O, Zərərçəkmiş şəxs1la bağlı diaqnoza əsasən xəsarəti qiymətləndirmişdir, ondan başqa isə həmin şəxsin sinəsində hematoma olmuşdur, bunlar ikisi də ayrı-ayrılıqda yüngül dərəcəli hesab olunur. O, tibbi ekspert kimi heç bir diaqnoz təyin edə bilməz, KATE müayinəsi təqdim olunub həkimə, həkim o diaqnozu təyin edib, verib ona. O, vizual olaraq müayinə aparır, zərərçəkmişin bədəni üzərində nə cür xəsarətlər görür, onu qiymətləndirir. Daxilində isə, lazım olanda rengenoskopiya edilir, UZİyə göndərir. O, epikrizi araşdırmır. Zərərçəkmiş şəxs1 kəllə-beyin sirkələnməsi alması ilə bağlı heç bir müayinə aparmamışdır, o, bu işin mütəxəssisi deyil. İdarədə təstiq olunmuş əmr var, ona əsasən kəllə-beyin sirkələnməsi yüngül zərər vurmaya aiddir. Dərəcəsindən də asılıdır xəsarətin yüngül olub-olmadığı. İstənilən hematoma üzərində aşkar olunan qançırlara verilən xəsarət dərəcəsi, onun ölçündən asılıdır. O, rəy verərkən ölçmüş, görmüşdür ki, bu hematoma yüngül dərəcəlidir, ona görə də onu yüngül dəyərləndirmişdir. Zərərçəkmiş şəxs2 Məhərərm oğlunda da müayinələr vizual olaraq aparılmışdır. Zərərçəkmiş şəxs1 hospitala müraciət etmişdir, ona görə onun epikrizi vardır, Zərərçəkmiş şəxs2 isə müraciət etmədiyinə görə onun epikrizi olmamışdır. İş üzrə keçirilmiş məhkəmə-kriminilastik ekspertizasının rəyində bəzi halların aydınlaşdırılması və zəruri suallara aydınlıq gətirilməsi üçün müdafiə tərəfinin vəsatəti əsasında ekspert məhkəmə iclasında dindirilmişdir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin məhkəmə-tibbi eksperti X1 göstərmişdir ki, iş üzrə verdiyi rəyə əsasən polis əməkdaşlarının xidməti köynəklərindəki düymənin öz yerində olmaması, məhdud cırılma və sökülmə müvafiq olaraq köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartmaqla), kəskin gərilib-dartılma nəticəsində əmələ gələ bilərdi. Polis xidməti köynəkləri üzərində aşkar edilmiş zədələr müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Həmin rəyini müdafiə edir. Lakin həmin zədələr müxtəlif şəraitlərdə də əmələ gələ bilər, başqa şəxslər, o cümlədən polis əməkdaşlarının özü tərəfindən yetirilə bilər. Paltarların 31 may 2020-ci il tarixdə, ya başqa bir tarixdə sökülməsi müddətini müəyyən edəcək metodika isə yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 03 iyun 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) -Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan xxxxn PŞ-də 5-ci tağımın manqa komandiri Zərərçəkmiş şəxs2 və həmin PŞ-nin polis nəfəri Zərərçəkmiş şəxs1 31 may 2020-ci il tarixli raportlarından görünür ki, xxxxnin “Qara Qarayev” stansiyası ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli qərarının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 31 may 2020-ci il tarixdə saat 17:10-da xxxxnin “Qara Qarayev” stansiyasında sərnişinlərdən Təqsirləndirilən şəxs2 müəyyən olunmuş qaydaları pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən sosial məsafəni gözləməyərək tanışı Təqsirləndirilən şəxs5 ilə platformada söhbət edərkən stansiya ərazisində xidmət aparan Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropoletinində Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs1 onlara yaxınlaşıb məlum qaydaları diqqətlərinə çatdırmaqla infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə metro stansiyasında qoruyucu maskadan istifadə etmənin və sosial məsafənin gözlənilməsinin mütləq olduğunu bildirib qeyd edilən məzmunda xəbərdaredici lövhələrin metronun girişçıxış və platformasında vurulmasını xatırlatdıqda, Təqsirləndirilən şəxs2 ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs1 ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə stansiyada olan digər şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə ona təkrar xəbərdarlıq edən polis əməkdaşı Zərərçəkmiş şəxs1 əli ilə sinəsindən itələyərək tanışı Təqsirləndirilən şəxs5la birlikdə platformada dayanmış vaqona daxil olmuş, bu zaman polis əməkdaşı Zərərçəkmiş şəxs1 hadisə yerinə gələn Bakı Metropoletinində Polis şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs2 ilə birlikdə sərnişin Təqsirləndirilən şəxs2 hüquqazidd hərəkətlərə yol verdiyinə görə vaqondan düşürüb polis məntəqəsinə aparmaq istədikdə, sonuncu polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb qeyri-etik, nalayiq ifadələr səsləndirməklə vaqondakı sərnişinləri “köməyə” çağırmış, bu zaman vaqondakı sərnişinlərdən Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 sosial məsafəni gözləmədən sıxlıq yaratmaqla polis əməkdaşlarını əhatəyə almış və polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə qəsdən imkan verməyərək onların ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə digər sərnişinlərin rahatlığını və metro stansiyasının normal iş rejimini pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmuş, sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə polis əməkdaşları tərəfindən davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb polis əməkdaşlarını məcburi qaydada vaqondan düşürməyə cəhd göstərmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini davam etdirərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 itələməklə, əlləri ilə tutub kənara çəkməklə, yumruq zərbələri ilə bədənlərinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub xəsarətlər yetirməklə və öz hüquqazidd davranışları ilə müəyyən müddət ərzində qatarın hərəkətini dayandırıb Bakı Metropoletinin normal iş rejimini pozmuşlar. (İ cild i.v. 5) - 31 may 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, xxxxnin “Qara Qarayev” stansiyası ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə xəbərdaredici lövhələr asılmışdır. (İ cild i.v. 6-9) - 31 may 2020-ci il tarixli protokollardan və fotocədvəldən görünür ki, polis nəfəri Zərərçəkmiş şəxs1 xidməti polis köynəyinin sol qoltuq hissəsində 12 sm, sağ bilək hissəsində 9 sm uzunluğunda 2 yerdə sökük mövcuddur. Polis baş serjantı Zərərçəkmiş şəxs2 xidməti geyim formasında isə köynəyin aşağı hissəsində düymənin qırıldığı və bağlanan yerinin 4.5 sm cırıldığı müəyyən edilmişdir. (İ cild i.v. 10-13) - 02 iyun 2021-ci il tarixli 2/3748 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 23:15-də keçirilən tibbi müayinəsi zamanı onda “yüngül dərəcəli alkoqol sərxoşluğu” müəyyən edilmişdir. (İ cild i.v. 30) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin 03 iyun 2020-ci il tarixli 269 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol dirsək oynağının bayır səthində, boynun arxa sol orta nahiyyəsində, döş qəfəsinin sol aşağı hissəsində bozumtul-göy rəngli qançırlar müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitə və tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (İ cild i.v. 52-53) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin 03 iyun 2020-ci il tarixli 270 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol gicgah nahiyyəsinin, sağ saidin, sol bazunun, sol kürək nahiyəsinin sıyrıqları, döş qəfəsinin dərialtı hematoması müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və tarixdə əmələ gələ bilərlər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. (İ cild i.v. 56-57) - 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, 31 may 2020-ci il tarixdə saat 17:10 radələrində bir qrup sərnişinlərin xxxxndə Polis şöbəsinin PPX-inin əməkdaşlarına qarşı törətdikləri xuliqanlıq hərəkətləri orada olan naməlum sərnişin tərəfindən video formatında çəkilmiş və sosial şəbəkələrdə yerləşdirilmişdir. Həmin fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xxxxnin “Qara Qarayev” stansiyasında 31 may 2020-ci il tarixdə saat 17:10 radələrində stansiyada dayanmış vaqonun daxilində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Respublika ərazisində yeni koronavirus (Covid-19) infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə qəbul edilmiş qərardan irəli gələn ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidməti vəzifələrini yerinə yetirən xxxxndə Polis şöbəsinin Post-patrul xidməti tağımının polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs1 və manqa komandiri Zərərçəkmiş şəxs2 orada olan sərnişinlərdən bir nəfər vətəndaşa vaqonu tərk etməsini tələb etsə də, onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, bu zaman rus dilində danışan qoruyucu maskadan istifadə etməyən alçaqboylu orta yaşlı qadın, araşdırma zamanı şəxsiyyətləri müəyyən edilmiş Şahid həmin vətəndaşın müdafiəsinə çağıran “ludi zastupayte”, yəni “həmin şəxsi müdafiə edin” deyib qızışdırıcı söz dediyi, videonun 43-44 saniyəsində Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının maskadan istifadə etməsi ilə bağlı tələbinə riayət etməyərək qoruyucu maskasız olduğu, vaqondakı sıx dayanmış sərnişinlərin içərisindən bəzi sərnişinlər, həmin maskasız şəxs Təqsirləndirilən şəxs2, onun yanındakı uzun boyu olan və maskasını çənəsinin altına çəkmiş dostu Təqsirləndirilən şəxs5, onların qanunsuz hərəkətlərinə qoşulmuş tünd göy rəngli qısaqol köynəkli, saçının ön və arxa orta hissəsi tökülmüş eynəkli Təqsirləndirilən şəxs4, hündürboylu, dolu bədən quruluşlu, enlikürək, əynində hava rəngli gödəkçə olan Təqsirləndirilən şəxs3 və hündürboylu, mavi rəngli uzunqol köynəkli Təqsirləndirilən şəxs1 manqa komandiri Zərərçəkmiş şəxs2 və polis siravisi Zərərçəkmiş şəxs1 aktiv surətdə əlləri ilə itələməklə müqavimət göstərdikləri və bu şəkildə fiziki zor tətbiq edib sonuncuların qanuni tələblərinə tabe olmayaraq vaqondan zorla polis əməkdaşlarını itələyib çıxartdıqları, polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədərək təhqir etdikləri, hətta orada olan sərnişinlərdən birinin “söyüş soymə” deyərək kütləyə müraciət etdiyi, Şahid rus dilində “Ludi maladçı, mı ne rabı, eta malinkaya pobeda” yəni “afərin, biz qul deyilik, bu kiçik qələbədir” dediyi, sərnişinlərdən bir nəfərin uca səslə “bağla qapını” deyərək sonrakı görüntüdə mikrafon vasitəsi ilə maşinistə müraciət etdiyi, bundan sonra qatarın hərəkətə başladığı müəyyən olunmuşdur. (İ cild i.v. 60-61) - 03 iyun 2020-ci il tarixli qərardan görünür ki, videogörüntünün olduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. (İ cild i.v. 62) -xxxxndə Polis şöbəsinin arayışının surətindən görünür ki, polis sıravisi Zərərçəkmiş şəxs1 16 yanvar 2020-ci il tarixdən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan xxxxndə Polis şöbəsinin polis nəfəri vəzifəsində xidmət aparır. (İ cild i.v. 64) -Vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan xxxxndə Polis Şöbəsinin manqa komandiri, polis baş serjantıdır. (İ cild i.v. 77) -“xxxx” QSC-nin 24 iyul 2020-ci il tarixli 40N-10/3-734 nömrəli məktubundan görünür ki, 31 may 2020-ci il tarixdə saat 17:11-də “Qara Qarayev” stansiyasının İİ yolunda olan 33 nömrəli marşrutda polis əməkdaşları ilə sərnişinlər arasında yaranmış insident zamanı hərəkət qrafikinin təşkilində gecikmə yaranmışdır. Belə ki, 33 nömrəli marşrutda “Qara Qarayev” stansiyasının İİ yolundan 17:11-də yola düşməli olduğu halda, 17:15-də yola düşmüşdür ki, bu da xətdə ümumi 4 dəqiqə gecikməyə səbəb olmuşdur. (İ cild i.v. 253) - 24 iyul 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 139-1.1, 221.2.1, 221.2.2 və 315-ci maddələrinə tövsif edilmişdir. (İİ cild i.v. 254-258) - 27 avqust 2020-ci il tarixli protokoldan və post cədvəlinin surətindən görünür ki, xxxxndə Polis şöbəsinin post-patrul naryadlarının yerləşdirilməsi barədə post cədvəlinə baxış keçirilmişdir, baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 manqa komandiri kimi, Zərərçəkmiş şəxs1 isə polis nəfəri kimi 31 may 2020-ci il tarixdə xidmətə çıxmışlar, xidmətin yoxlanılması zamanı postda olmuşlar. (İİİ cild i.v. 93-96) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin 19 avqust 2020-ci il tarixli 397-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus polis xidməti köynəyinin ön sağ yarımhissəsinə tikilmiş 6 ədəd düymələrdən birinin (yuxarıdan saymaqla 5-ci düymə) öz yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartmaqla) həmin düymənin qopub düşməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthində solda, 5-ci düyməyə uyğun yarıqşəkilli ilgəyin sol kənarında məhdud cırılma aşkar olundu. Bu cırılma köynəyin müvafiq nahiyyəsinin kəskin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus köynəyin sağ qolu birləşdirilən dairəvi tikişində arxada natamam məhdud sökülmə vardır. Bu sökülmə küt qüvvənin təsiri ilə köynəyin müvafiq nahiyyəsinin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Namq oğluna məxsus polis xidməti köynəyin sol qolu birləşdirən dairəvi tikişində arxada bir ədəd sökülmə aşkar olundu. Bu sökülmə küt qüvvənin təsiri ilə köynəyin müvafiq nahiyyəsinin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus polis xidməti köynəkləri üzərində aşkar edilmiş zədələr müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. (İİİ cild i.v. 159-161) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 26 avqust 2020-ci il tarixli 20/02-1512 nömrəli məktubundan görünür ki, adları qeyd edilmiş şəxslərdən saxlandıqları Bakı istintaq təcridxanasında COVİD-19 testləri aşağıdakı tarixlərdə götürülmüşdür: Təqsirləndirilən şəxs4 - 08.06.2020-ci il tarixdə (nəticə-“neqativ”), 14.07.2020-ci il tarixdə (nəticə-“neqativ”), 14.08.2020-ci il tarixdə (nəticə-“neqativ”); Təqsirləndirilən şəxs2 - 08.06.2020-ci il tarixdə (nəticə-“neqativ”), 30.06.2020-ci il tarixdə (nəticə-“neqativ”); Təqsirləndirilən şəxs5 - 08.06.2020-ci il tarixdə (nəticə-“neqativ”), 21.07.2020-ci il tarixdə (nəticə-“neqativ”); Təqsirləndirilən şəxs1 - 08.06.2020-ci il tarixdə (nəticə-“neqativ”), 10.07.2020-ci il tarixdə (nəticə-“neqativ”); Təqsirləndirilən şəxs3 - 08.06.2020-ci il tarixdə (nəticə-“neqativ”), 24.07.2020-ci il tarixdə (nəticə-“neqativ”). (İİİ cild i.v. 249) -Sübutların qiymətləndirilməsi haqqında 11 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Şahid əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, hadisə vaxtı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əynində olmuş xidməti polis geyiminin köynəyi maddi sübut kimi tanınmış və Nizami rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılmışdır. (İİİ cild 250-269) -“xxxx” QSC-nin 03 mart 2021-ci il tarixli 40N-10/3-304 nömrəli məktubundan görünür ki, 31 may 2020-ci il tarixdə “Qara Qarayev” metro stansiyasının platformasında sərnişinlərlə polis əməkdaşları arasında baş vermiş insidentlə əlaqədar QSC-nin arxivində yalnız stansiyanın videogörüntüləri saxlanılmışdır. -“xxxx” QSC-nin 03 mart 2021-ci il tarixli 40N-10/3-304 nömrəli məktubuna əlavə edilmiş bir ədəd DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş diskdə görüntülər 31 may 2020-ci il tarixdə qeydə alınmışdır, 3 ədəd fayla köçürülərək təqdim olunmuşdur. 24 461 KB ölçüdə 1-ci fayla baxış zamanı müəyyən olunur ki, şəxsiyyətləri sonradan müəyyən olunmuş və baxış zamanı təsdiq edilən təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs5 ilə xxxxnin “Q.Qarayev” stansiyasında metroya daxil olaraq görüntülərin 9-cu saniyəsində turniketdən keçirlər, 13-cü saniyədə Təqsirləndirilən şəxs2 üzündə olan tibbi maskanı çıxararaq əlində büküb əynindəki qolsuz arxalığın sağ cibinə qoyur. 93 610 KB ölçüdə 2-ci fayla baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 görüntülərin 23-cü saniyəsində platformaya daxil olurlar, Təqsirləndirilən şəxs2 üzündə tibbi maska yoxdur, Təqsirləndirilən şəxs5 isə maskanı üzündən aşağı, çənəsinin altına keçirmişdir. Görüntülərin 52-ci saniyəsində polis əməkdaşı, şəxsiyyəti müəyyən edilmiş Zərərçəkmiş şəxs1 həmin şəxslərə yaxınlaşır, onlara maskanı taxmaqla bağlı irad bildirir, 56-cı saniyədə həmin şəxslər polis əməkdaşından ayrılırlar, daha sonra xəttin “Dərnəgül” istiqamətində platformanın kənarına yaxınlaşırlar. 376 955 KB ölçüdə 3-cü fayla baxış zamanı müəyyən olunur ki, görüntülərin 1-ci saniyəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 xəttin “Dərnəgül” istiqamətində platformanın kənarında polis əməkdaşı Zərərçəkmiş şəxs1la dayanmışlar. Görüntülər uzaq məsafədən qeydə alınsa da, əvvəlki görüntülərdə qeydə alınmış halda geyimləri, boyları nəzərə alınmaqla dəqiq müəyyən olunur ki, həmin yerdə dayanan şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5dur, polis əməkdaşı Zərərçəkmiş şəxs1 onlarla söhbəti zamanı ətrafa bir neçə şəxs toplanmışdır. Görüntülərin 30-cu saniyəsində, saat 17:10:43-də qatar stansiyada platformaya daxil olur, 48-ci saniyədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 polis əməkdaşından ayrılırlar, 58-ci saniyədə isə artıq dayanmış və qapısı açıq olan vaqona daxil olurlar, onların arxasınca polis əməkdaşı Zərərçəkmiş şəxs1 vaqona daxil olur, Təqsirləndirilən şəxs2 tutub dartaraq 59-cu saniyədə vaqondan bayıra çıxarır, görüntülərin 1:00-cı dəqiqəsində Zərərçəkmiş şəxs1 müqavimət göstərib onun özünü dartaraq vaqona salırlar, 1:05-ci dəqiqədə isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 dartıb vaqondan bayıra çıxarır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 həmin vaxt Zərərçəkmiş şəxs1 müqavimət göstərirlər. Daha sonra digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 da həmin yerə yaxınlaşır və ətrafda çoxlu şəxslər toplaşdığına və görüntülər nisbətən uzaq məsafədən qeydə alındığına görə digər hərəkətləri dəqiq müşahidə etmək olmur. Bu hərəkətlər davam etdiyindən qatarın hərəkəti dayanır, yalnız 17:14:50-də öz yoluna davam edir. -Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının 02 noyabr 2020-ci il tarixli 238-2591-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 xəstəlik tarixindən çıxarış müdafiəçiyə göndərilir, Zərərçəkmiş şəxs2 isə son beş il ərzində Hospitala müraciət etməmiş və qeydiyyatda olmamışdır. Məktuba əlavə edilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, 03 iyun 2020-ci il tarixdə Hospitala müraciət etmiş Zərərçəkmiş şəxs1 əsas diaqnoz - S06.0 Baş beyin silkələnməsi. Diaqnoz şərhi: Qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol gicgah nahiyyəsi sıyrılmış yara, sağ dirsəkdə və sol bazuda sıyrılmış yara - qoyulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 7-ci maddəsinə əsasən xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci (qərarın qəbul edildiyi dövrdə qüvvədə olan) maddələri ilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Lakin təqsirləndirilən şəxslərin hər birinə Azərbaycan Respublikası CM-nin 139-1.1ci maddəsi ilə verilmiş ittiham sübuta yetirilmədiyindən, onlara həmin maddə ilə bəraət verilməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 digər maddələrlə yanaşı, həmin maddə ilə ittiham verilmişdir ondan ötrü ki, onlar, 31 may 2020-ci il tarixdə saat 17:10-da xüsusi karantin dövründə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyepa və ya karantin rejimlərini pozub, yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmaqla, bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişlər. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Cinayət qanunvericiliyinə görə, qeyd edilən cinayətin obyekti insanların normal sağlamlığını təmin edən ictimai münasibətlərdir. Həmin cinayətin obyektiv cəhəti elan edilmiş karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması və ya onların yayılması üçün real təhlükə yaratmaqdan ibarətdir. Əməlin tövsifi üçün xəstəliyin yayılması üsulunun heç bir əhəmiyyəti yoxdur, zəruri əlamətləri kimi karantin elan olunmuş rejim zamanı xəstəliyin yayılması və ya yayılması üçün real təhlükə yaratması hərəkətlərinin mövcudluğu əsas götürülməlidir. Bu cinayətin subyektiv cəhəti təqsirkarın həm birbaşa, həm də dolayı qəsd formasında təqsirini nəzərdə tutur. Təqsirkar özündə yayılan xəstəliyin olmasını, karantin rejiminə riayət olunmasının vacibliyini, buna görə məsuliyyət daşıyacağını bilir, lakin birbaşa qəsdlə onu yaymaq istəyir və ya dolayı qəsdlə orqanizmində olan xəstəliyin yayıla biləcəyinə şüurlu surətdə yol verir. Bu zaman qeyd edilən cinayətin motivi əməlin tövsifi üçün zəruri əhəmiyyət kəsb etməsə də, xəstəliklərin qəsdən yayılması hallarına səbəb kimi intiqam almaqdan, nifrətdən və ya digər şəxsi münasibətlərin pozulmasından ibarət ola bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 28 fevral 2020ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsi”nə dair müvəqqəti metodiki göstərişlərə əsasən COVİD-19-un törətdiyi infeksiyanın şübhəli halı aşağıdakılardır: kəskin respirator infeksiyanın, bronxitin, sətəlcəmin kliniki əlamətlərinin və aşağıdakı epidemioloji anamnezin olması; simptomlar başlamazdan əvvəl son 14 gün ərzində COVİD-19-a görə epidemioloji cəhətdən qeyri-əlverişli ölkə və regionlara getmək (əsasən Çin, Uhan ş. və s.); son 14 gün ərzində COVİD-19 yeni koronavirusun törətdiyi infeksiya üzrə müşahidə olunan və sonra xəstələnən şəxslərlə sıx təmasın olması; son 14 gün ərzində COVİD-19 diaqnozu təsdiq olunmuş şəxslərlə sıx təmasın olması. Koronavirus infeksiyasının kliniki xüsusiyyətləri isə aşağıdakılardır: İnkubasiya dövrü 2 gündən 14 günə qədərdir. COVİD- 19-un törətdiyi kəskin respirator virus infeksiyasının klinik simptomlarının mövcud olması xarakterikdir: bədən hərarətinin yüksəlməsi; 80% hallarda öskürək (quru və ya bəlğəmli); təngənəfəslik (55%); mialgiya və yorğunluq (44%); döş qəfəsinin tıxanması hissi (>20%). Ən ağır təngənəfəslik yoluxmanın 6-8-ci günü inkişaf edir. Eləcə də, təyin olunmuşdur ki, ilk simptomlar içərisində baş ağrıları (8%), qanlı öskürək (5%), diareya (3%), ürək bulanma, qusma, ürək döyünməsi olur. Bu simptomlar baş verən zaman bədən hərarəti yüksəlməyə bilər. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa İnsan Hüquqları Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi “hüquqi təhlükəsizlik konsepsiyasının” baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2004-cü il tarixli digər qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 sentyabr 2008-ci il tarixli başqa bir qərarında qeyd edilmişdir ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Cinayət işi üzrə əməlin 31 may 2020-ci il tarixdə baş verməsindən və artıq 02 iyun 2020-ci il tarixdə hazırkı təqsirləndirilən şəxslərin bir qisminin şəxsiyyətinin müəyyən edilməsindən sonra onların “COVİD-19” infeksiyasına yoluxub-yoluxmadıqlarını müəyyən etmək məqsədi ilə tibbi müayinədən, o cümlədən məhkəmə-tibbi ekspertizadan keçirilməmişlər, onların müayinəsinin nəticəsinin pozitiv (+) olması, sanitariya-gigiyena qaydalarını pozmaqla bədənlərində, paltarlarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşınması və digər şəxsləri yoluxdura biləcəkləri ehtimalı yoxlanılmamışdır. Müəyyən edilmiş qaydalara görə, “COVİD-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Hansı ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 26 avqust 2020-ci il tarixli məktubu ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 saxlandıqları Bakı istintaq təcridxanasında yalnız 08 iyun 2020-ci il tarixdə “COVİD-19” testi götürülmüş, hər birində nəticə “neqativ” (-) olmuşdur. Buradan da məlum olur ki, “COVİD-19” testinin götürüldüyü və nəticəsinin “neqativ” (-) olduğu 08 iyun 2020-ci il tarixindən 14 gün əvvəl, o cümlədən cinayət əməlinin baş verdiyi məhz 31 may 2020-ci il tarixində inkubasiya dövrü 2 gündən 14 günə qədər olan koronavirus (COVİD-19) infeksiyası təqsirləndirilən şəxslərdə olmamışdır. Belə olan halda, təqsirləndirilən şəxslər yoluxmadıqları yeni növ koronavirus (COVİD-19) infeksiyasını (xəstəliyi) yaya bilməzdilər və bu real təhlükə yarada da bilməzdi, o baxımdan onlara “xüsusi karantin dövründə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyepa və ya karantin rejimlərini pozub, yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmaq” ittihamının irəli sürülməsi üçün hər hansı qanuni əsas olmamışdır. Ona görə məhkəmə ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən yalnız mülahizə əsasında, qanunsuz olaraq təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini cinayət-prosessual qanunvericiliyinin müvafiq müddəaları (CPM-nin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1, 21.2, 21.3, 28.1, 28.2-ci maddələri) baxımından əsassız hesab edir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi təqsirləndirilən şəxslərin həmin maddə ilə təqsirli olmalarını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir; 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə, Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin eyni kateqoriyadan olan işlər üzrə gəldiyi hüquqi mövqelərinə, istinad edilən maddi hüquq normalarına və işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan əmələ görə təqsirsiz elan edilməli və onlara qarşı ittiham irəli sürülmüş həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1, onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməmələrini onların hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 aidiyyəti olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Bundan başqa məhkəmə paltarların kriminalistik ekspertizasını keçirmiş məhkəmətibbi ekspertin məhkəmə iclasında “polislərin xidməti geyimi olan köynəklərin üzərindəki zədələrin müxtəlif şəraitlərdə də əmələ gələ bilməsi, başqa şəxslər, o cümlədən polis əməkdaşlarının özü tərəfindən yetirilə bilməsi” barədə göstərdiklərinə münasibətdə qeyd edir ki, ekspert öz rəyində göstərmişdir ki, “ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus polis xidməti köynəkləri üzərində aşkar edilmiş zədələr müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi”. Bundan başqa məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 31 may 2020-ci il tarixdə baş vermiş hadisə zamanı polis əməkdaşları olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərib sonunculara xidməti geyim formalarının cırılıb sökülməsinə səbəb olan zor tətbiq edərək onları itələməklə, əlləri ilə tutub kənara çəkməklə, yumruq zərbələri ilə bədənlərinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub onlara bədən xəsarətləri yetirmişlər. Yəni zərərçəkmiş şəxslərin xidməti geyim formalarının cırılıb sökülməsi həmin hadisə zamanı və məhz təqsirləndirilən şəxslərin aktiv müqavimət göstərmələri nəticəsində baş vermişdir. Ona görə məhkəmətibb ekspertinin məhkəmə iclasında fikrini həmin qaydada ifadə etməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmış işin faktiki halının şübhə altına alınması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.2.1, 221.2.2 və 315-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə saat 17:30-da tutulmuşdur. (İ cild i.v. 112-113) -Tutma haqqında 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 şübhəli şəxs kimi həmin tarixdə saat 19:30-da tutulmuşdur. (İ cild i.v. 140-141) -Tutma haqqında 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 şübhəli şəxs kimi həmin tarixdə saat 21:15-də tutulmuşdur. (İ cild i.v. 168-169) -Tutma haqqında 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə saat 23:10-da tutulmuşdur. (İ cild i.v. 195-196) -xxxxndə Polis şöbəsinin CAQ-nun əməkdaşının 04 iyun 2020-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saxlanılmışdır. (İ cild i.v. 209) -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 09 iyul 2006-cı il tarixdə, X10 30 mart 2008-ci il tarixdə, X11 09 may 2011-ci il tarixdə doğulmuşlar. (İ cild i.v. 216-218) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 03 iyun 2020-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 33-34) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 03 iyun 2020-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 44-47) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 03 iyun 2020-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 57-58) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 03 iyun 2020-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 68-69) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 04 iyun 2020-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 79-82) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyul 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, X5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məhkumluqları haqqında məlumat yoxdur. (İİ cild i.v. 226-229) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyul 2020-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək həmin cəza hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. (İİ cild i.v. 230-239, İİİ cild i.v. 85-92) -Siyəzən rayon icra və probasiya şöbəsinin 24 may 2021-ci il tarixli 995/21-64-1 nömrəli məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsindəki 21 yanvar 2019-cu il tarixli qərarı 25 iyul 2019-cu il tarixdə həmin şöbənin icraatına daxil olmuş, məhkum 15 avqust 2019-cu il tarixdə şöbənin qeydiyyatına alınmış və ona Azərbaycan Respublikası CİM-nin 43-cü maddəsinin tələblərinə uyğun olaraq 3 ay müddətinə işə girməsi təklif olunmuşdur. Məhkum 02 sentyabr 2019-cu il tarixdə Siyəzən rayonu Kommunal Müəssisələri Kombinatına işə girmiş, bu səbəbdən də məhkəmə hökmü 04 sentyabr 2019-cu il tarixdə icra olunması üçün həmin müəssisəyə göndərilmişdir. Sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs qismində barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay hədində müəyyən edilmiş, həbsetmənin əvvəli 03 iyun 2020-ci il tarixdən hesablanmışdır. Məhkum barəsində həbs qətimkan tədbiri seçildiyi üçün aylıq əmək haqqından tutulmalar dayandırılmışdır. Beləliklə, məhkum Təqsirləndirilən şəxs2 04 sentyabr 2019-cu il tarixdən 03 iyun 2020-ci il tarixədək ona təyin olunmuş islah işləri cəzasının 09 ayını çəkmiş, cəzanın çəkilməmiş 03 ay hissəsi qalmaqdadır. Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, böyük ictimai təhlükə törətməyən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yoxdur, ona görə hazırda ona cəza təyin edilərkən həmin məhkumluğu nəzərə alınmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə törətdikləri əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində əməlində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə əlavə olaraq Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə əlavə olaraq Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hal qismində qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə himayəsində azyaşlı uşaqların olmasını və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə əlavə olaraq Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal qismində qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə himayəsində azyaşlı uşağın olmasını və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə əlavə olaraq Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal qismində qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə əlavə olaraq Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla qəsdən az ağır cinayət əməli törətməsini, onun cinayətin törədilməsində rolunu, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və CM-nin 66.2-ci maddəsinin tələbinə uyğun olaraq həmin cəzaların qismən toplanılmasını məqsədəuyğun sayır. Bununla yanaşı məhkəmə hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasının çəkilməmiş 03 ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd gününün bərabər tutulması qaydasında hesablanmaqla, 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs5 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla qəsdən az ağır cinayət əməli törətməsini, onun cinayətin törədilməsində rolunu, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və CM-nin 66.2-ci maddəsinin tələbinə uyğun olaraq həmin cəzaların qismən toplanılmasını məqsədəuyğun sayır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla qəsdən az ağır cinayət əməli törətməsini, onun cinayətin törədilməsində rolunu, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və CM-nin 66.2-ci maddəsinin tələbinə uyğun olaraq həmin cəzaların qismən toplanılmasını məqsədəuyğun sayır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla qəsdən az ağır cinayət əməli törətməsini, onun cinayətin törədilməsində rolunu, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və CM-nin 66.2-ci maddəsinin tələbinə uyğun olaraq həmin cəzaların qismən toplanılmasını məqsədəuyğun sayır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla qəsdən az ağır cinayət əməli törətməsini, onun cinayətin törədilməsində rolunu, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və CM-nin 66.2-ci maddəsinin tələbinə uyğun olaraq həmin cəzaların qismən toplanılmasını məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 03 iyun 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşlar, 04 iyun 2020-ci il tarixdə onların barələrində, o cümlədən həmin tarixdə saxlanılmış Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxslərin cəzaçəkmə müddətlərinin başlanğıcı tutulduqları tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; cinayət işi üzrə ibtidai istintaq zamanı maddi sübut qismində tanınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk, o cümlədən məhkəmə baxışı zamanı götürülərək baxış keçirilmiş və maddi sübut qismində tanınmış bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, xidməti polis geyiminin köynəkləri müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəməyədək icraatı dövründə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün ilkin mərhələdə dövlət hesabına dəvət olunmuş müdafiəçilərin işdə iştirak saatları və pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hansı miqdarda əmək haqqı ödənilməsi barədə məlumat qeyd olunmamış, müdafiəçilərin hesabat arayışları da əlavə edilməmişdir. İşin məhkəməyədək icraatının sonrakı dövründə və məhkəmə icraatı dövründə isə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkilləri tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxslərə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsi müzakirə olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasının çəkilməmiş 03 (üç) ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd gününün bərabər tutulması qaydasında hesablanmaqla, 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 qəti olaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq zamanı maddi sübut qismində tanınmış, videogörüntülərin əks olunduğu bir ədəd DVD disk, o cümlədən məhkəmə baxışı zamanı götürülərək maddi sübut qismində tanınmış bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan xidməti polis geyiminin köynəkləri müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-35/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-35/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver