Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-35/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs – mülki iddiaçı - Zərərçəkmiş şəxs Hasil oğlunun nümayəndəsi X2, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mürsəl qızının, təqsirləndirilən şəxs – mülki cavabdeh - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – mülki cavabdeh xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə, saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, minik modelli, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə H.Əliyev prospekti istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yəni avtomobilini öz hərəkət zolağı ilə hərəkət etdirməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmamalı, qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olması barədə tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Neptun” şadlıq sarayının qarşısında idarə etdiyi avtomobili əks istiqamətli hərəkət zolağına çıxarıb qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs Hasil oğlunun idarə etdiyi “Renault Megane” markalı, minik modelli, Aİ9570HT dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs Hasil oğlunun sol açıq-baldır oynağının əzilməsi, sağ ayağın bayır topuğun qapalı yerini dəyişən sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 21 aprel 2023-cü il tarixdə X1 “Toyota Prius” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili şifahi şəkildə alqı-satqı yolu ilə almış, Alxalov Məmmədov avtomobil ilə bağlı ona etibarnamə vermiş, maddi vəziyyətinin ağırlığı səbəbindən həmin avtomobili mülkiyyətinə keçirtmək imkanı olmamışdır. 28 aprel 2023-cü il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə Madonna dairəsi istiqamətində 50 km/saat sürətlə birinci zolaqla hərəkətdə olarkən M.Əliyev küçəsində yerləşən “Neptun” şadlıq sarayının qarşısında avtomobillərin hərəkət hissəsində olan sıxlığa görə düz orta xətti keçərək əks hərəkət istiqamətində olan birinci zolağa çıxmışdır. Təxminən 10 metr irəli hərəkət etdikdən sonra öz hərəkət zolağına geri dönmək istədikdə qarşıdan gələn “Renault Megane” markalı, minik modelli, Aİ9570HT dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra avtomobildən enmiş və “Renault Megane” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Hasil oğlunun xəsarət aldığını görmüşdür. Baş vermiş hadisə zamanı onun avtomobilində sərnişin olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə də sərnişin olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs Hasil oğlunun nümayəndəsi X3 məhkəməyə ərizə verərək zərərəçkəmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs Hasil oğlunun təqsirləndirilən şəxs - mülki cavabdehlə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxs-mülki cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığını, mülki iddiadan imtina etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Hasil oğlu istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 28 aprel 2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “Renault Megane” markalı, minik modelli, Aİ9570HT dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsi ilə Babək prospekti istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Neptun” şadlıq sarayının qarşısında anidən qarşı istiqamətdən gələn və onun hərəkət yoluna daxil olan “Toyota Prius” markalı, minik modelli, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sonra həmin avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Baş vermiş hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin olmamış, yəni o tək olmuş, digər “Toyota Prius” markalı avtomobildə də yalnız sürücünün olduğunu görmüşdür. Həmin hadisədən sonra çoxlu sayda adamlar gəlmiş, lakin həmin şəxslər avtomobil ilə oradan keçən şəxslər olmuşlar və kömək etmək üçün avtomobillərini bir müddət orada saxlamışlar. Sözügedən yol-nəqliyyat hadisəsi zamanı o xəsarət almış və hazırki vaxtadək tibbi müayinələri davam edir. Avtomobilin əvvəlki vəziyyətinə bərpa edilməsi üçün ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində xərc çəkilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə” dair 2/12652 saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:50-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 419 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş – sol aşıq-baldır oynağının əzilməsi; sağ ayağın bayır topuğun qapalı yerini dəyişən sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1458 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Prius” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Hasil oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - mülki iddiaçı qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Hasil oğlu mülki iddiaçı qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - mülki cavabdeh qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-64201/2023 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AE 315875 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Renault Megane” markalı, Aİ9570HT dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə təhvil verilməsi nəzərə alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-35/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs - mülki iddiaçı ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə zərərçəkmiş şəxs mülki iddiaçının nümayəndəsi ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxs ilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı; cinayət işi üzrə maddi sübut olan “Toyota Prius” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Renault Megane” markalı, Aİ9570HT dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmış hesab olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. İş materiallarında olan zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs Hasil oğlunun nümayəndəsi X3 tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs Hasil oğluna dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, verilmiş mülki iddiadan imtina etmişdir. Məhkəmə hesab edir ki, mülki iddiadan imtina edildiyinə zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs Hasil oğlu tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə iclas zalından dərhal azad edilsin. Cinayət işi üzrə maddi sübut olan “Toyota Prius” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Renault Megane” markalı, Aİ9570HT dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs Hasil oğlunun təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki iddiası üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-35/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-35/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver