Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-351/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkumluğu olmuş və ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz, çəkisi 1,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 08 yanvar 2025-ci il tarixdə saat lö:30-da Bakı şəhəri. Nizami RPl-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri. Nizami rayonu. Keşlə qəsəbəsi. Zəki Məmmədov küçəsi və 1-ci Köndələn küçələrinin kəsişməsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda üzərində yoxlama aparılarkən əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən xeyli miqdarda, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,519 qram. 0.484 qram. 0.308 qram, ümumi təmiz çəkisi 1,311 qram kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri müəyyən edilən 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs X6 oğlu ona qarşı elan edilmiş ittiham ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1 il olar ki, psixotrop maddə - metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində isə Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi ilə 1-ci Köndələn küçəsinin kəsişməsində 4 nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq Nizami RPİ-nin 23-cü PB-nin polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək hüquqları izah edilməklə üzərində videoçəkiliş vasitəsi ilə yoxlama aparılacağı qeyd edilmişdir. Həmin vaxt o, Keşlə qəsəbəsinə tanışın evinə birlikdə metamfetamin istifadə etmək üçün gedirmiş, lakin həmin əməli başa çatdıra bilmədən saxlanılmışdır. Onun üzərində 1 bükümdə psixotrop maddə metamfetamin olmuş, onu şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Lakin o, polis bölməsinə aparılmış, polis əməkdaşları həmin bir bükümü götürərək ona 3 büküm psixotrop maddə və elektron tərəzi verərək onları öz üzərində saxlamasını bildirmiş, ona qarşı təzyiq göstərmişlər. Lakin o qədər də güclü təzyiq olmamışdır. Daha sonra yenidən saxlanıldığı yerə qayıtmış və orada videoçəkiliş aparılmaqla yenidən üzərinə baxış keçirmişlər. Həmin 3 büküm və elektron tərəzi ona məxsus olmamış, o, heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmamış, ancaq istifadəçi olmuşdur. Suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları ona həmin 3 bükümü və elektron tərəzini verərək onları üzərində saxladığını deməsini bildirdikləri üçün o, həmin cür ifadə vermişdir. Həmçinin məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də polis əməkdaşlarından qorxduğu üçün törətdiyi əməli etiraf edərək psixotrop maddələrin satışı ilə məşğul olması barədə ifadə vermişdir. Həmçinin bildirdi ki, öz üzərində olan 1 büküm psixotrop maddə metamfetamini polis əməkdaşları götürmüş, həmin bükümün içərisində nə qədər psixotrop maddə olduğunu isə dəqiq bilmir. Sonda özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək barəsində ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 08 yanvar 2025-ci il tarixdə “Zaur" adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi barədə Nizami RPİ-nin 23-cü PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şəxsin ətrafında 08 yanvar 2025-ci il tarixdə saat 10:30 radələrində o, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid4 və Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 əməliyyat-axtarış tədbirləri keçirilərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi və 1-ci Köndələn küçəsinin kəsişməsində saxlanılmış, daha sonra isə hüquqlarını izah edərək videoçəkiliş vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək həmin ünvanda üzərində yoxlama aparılacağı ona bildirilmiş, o etiraz etməmiş və özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra isə ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmellər vardırsa, təqdim etməsi təklif olunmuş, o, əynində olan rəngli kağızma bükülmüş bükümü təqdim edərək onların “daş”, “patı” olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə axtarış və baxış elə saxlanıldığı yerdə dərhal həyata keçirilmiş, onun polis bölməsinə aparılaraq yenidən həmin yerə qaytarılması və yenidən orada üzərinə baxış keçirilməsi ilə bağlı verdiyi ifadə həqiqətə uyğun deyildir.Təqsirləndirilən şəxs qarşı nə o, nə də digərləri tərəfindən fiziki təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahis qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəməyə və ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid4 ibtidai istintaqa Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun qeyd etdiklərini bir daha təsdiq etmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 6/59 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №163” möhür əksi, “... Saxlanılan şəxs: Təqsirləndirilən şəxs....” və s. adlar, soyadlar, imzalar olan 01 ədəd zərfdə təqdim olunmuşdur. Zərfdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,519 qram; 0,484 qram; 0.308 qram; ümumi təmiz çəkiləri 1,311 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddəmetamfetaminin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 11 fevral 2025-ci il tarixli, 6/348 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs....” qeydli zərfdəki 03 ədəd bükümdə olan metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 24 yanvar 2025-ci il tarixli, 395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs PSİXOSTİMULYATROLARİN qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 xx.xx.2025-ci il tarixli, 20 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi, iş materiallarına əlavə edilmiş mesaj mətnləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər də qəsdən ağır cinayət əməli törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunduğunu nəzərə alaraq, ona həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əlavə edilmiş AR DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 09 ay 05 gün hissəsindən şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənildikdən sonra hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, hökm çıxarıldığı hazırki vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin qalığı məhv edilməli, axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il (dörd il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc – 220 (iki yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi qalıq çəkisi 1,191 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-351/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-351/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver