Məhkəmə qərarları › İş №1(007)-352/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-352/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-352/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1993-cü il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonunun Şağlaküçə kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 28 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 27 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə təkrarən saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmiş, bundan başqa, özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma uzündən məhv edərək və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 46 ünvanında yerləşən köşkün pəncərəsini sındırmaqla qanunsuz olaraq köşkə daxil olaraq oradan 100 manat dəyərində müşahidə kamerasını, 40 manat məbləğində qəpik pulları, 40 manat dəyərində müxtəlif növ energetik içkiləri və hər biri 10 manat dəyərində olmaqla, ümumilikdə 20 manat dəyərində 02 ədəd elektron qəlyanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 200 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 23 fevral 2022-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs5 məxsus, Zərərçəkmiş şəxs4 tərəfindən icarə əsasında işlədilən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 46 ünvanında yerləşən köşkə qanunsuz olaraq daxil olub köşkdən Zərərçəkmiş şəxs4 məxsus, 85 manat dəyərində siqaretləri gizli olaraq talayıb oğurluq edən zaman köşkün içərisində kibritlə siqaret yandıraraq odla ehtiyatsız davranma üzündən həmin kibriti yanmış vəziyyətdə köşkün döşəməsinə atması səbəbindən Zərərçəkmiş şəxs5 məxsus köşkdə baş vermiş yanğın zamanı ehtiyatsızlıqdan köşkün zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs5 7000 manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmuş, bundan başqa, yanğın zamanı köşkdə olan, Zərərçəkmiş şəxs4 məxsus 500 manat dəyərində üzərində “Coca-Cola” firmasının reklamı olan 01 ədəd soyuducunun, 10 manat dəyərində olan 01 ədəd elektrik sobasının, 200 manat dəyərində olan 01 ədəd kreslonun, həmçinin 1106 manat dəyərində 36 qutu “W XStyle Silver” markalı, 930 manat dəyərində 30 qutu “W XS Silver” markalı, 776 manat dəyərində 22 qutu “Sob KSSS Blue” markalı, 880 manat dəyərində 25 qutu “Sob KSSS Blue” markalı, 493 manat dəyərində 14 qutu “Sob KSSS Black” markalı, 846 manat dəyərində 24 qutu “Sob KSSS White” markalı, 430 manat dəyərində 17 qutu “LD Comp Wite” markalı, 217 manat dəyərində 8 qutu “LD Club Platinium” markalı, 271 manat dəyərində 12 qutu “X14” markalı, 113 manat dəyərində 5 qutu “Winch KSSS Silver” markalı, 583 manat dəyərində 19 qutu “W XStyle Dual” markalı, 446 manat dəyərində 13 qutu “X21” markalı, 552 manat dəyərində 18 qutu “W XStyle Caster” markalı, 420 manat dəyərində 13 qutu “Kent Nano-1” markalı, 230 manat dəyərində 10 qutu “Rothmans Silver” markalı, 235 manat dəyərində 7 qutu “NEO Boost Red” markalı, 260 manat dəyərində 8 qutu “X15” markalı, 138 manat dəyərində 6 qutu “X22 Sunset” markalı, 456 manat dəyərində 15 qutu “W XS One” markalı, 83 manat dəyərində 4 qutu “Winch KS Blue” markalı, 238 manat dəyərində 10 qutu “X23” markalı, 420 manat dəyərində 16 qutu “LD X12” markalı, 510 manat dəyərində 18 qutu “LD Club Platinium” markalı, 448 manat dəyərində 14 qutu “X4” markalı, 175 manat dəyərində 7 qutu “DAV Reach Silver” markalı, 96 manat dəyərində 6 qutu “Kingston Silver” markalı, 365 manat dəyərində 20 qutu “X24” markalı, 420 manat dəyərində 14 qutu “Sob KS Blue” markalı, 320 manat dəyərində 12 qutu “Sob KSSS Blue” markalı, 612 manat dəyərində 30 qutu “Kent 4” markalı, 552 manat dəyərində 17 qutu “Kent 8” markalı, 362 manat dəyərində 11 qutu “Kent Nano 4” markalı, 366 manat dəyərində 16 qutu “X25 Silver” markalı, 185 manat dəyərində 8 qutu “X26. Nights” markalı, 1186 manat dəyərində 30 qutu “Sobranie Blue” markalı, 358 manat dəyərində 20 qutu “Bakı” markalı, 295 manat dəyərində 14 qutu “West Silver KS” markalı, 344 manat dəyərində 17 qutu “X16 KS” markalı, 212 manat dəyərində 12 qutu “Viceroy N- Series White” markalı, 690 manat dəyərində 35 qutu “Magna” markalı, 388 manat dəyərində 18 qutu “X3” markalı, 314 manat dəyərində 13 qutu “Davidoff” markalı, 402 manat dəyərində 17 qutu “Rothmans Demi” markalı, 175 manat dəyərində 7 qutu “DAV Reach Purple” markalı, 155 manat dəyərində 10 qutu “Kingston” markalı, 170 manat dəyərində 9 qutu “Kingston nano” markalı, 248 manat dəyərində 14 qutu “Magna Nano” markalı, 67 manat dəyərində 4 qutu “Qarabağ” markalı siqaretlərin, 86 manat dəyərində 10 kaset “Coca-Cola Pet 2 lt”, 164 manat dəyərində 14 kaset “Coca-Cola Pet 1 lt 1X12”, 170 manat dəyərində 10 kaset “Coca-Cola Pet 0,5 lt 1X24”, 130 manat dəyərində 11 kaset “Coca-Cola qutu 0.33 lt 1X12”, 50 manat dəyərində 4 kaset “X27.Ananas qutu 0,33”, 75 manat dəyərində 8 kaset “Sprite Pet 0,5 lt 1X12”, 96 manat dəyərində 10 kaset “X11tu 0,33 lt”, 148 manat dəyərində 13 kaset “X5 0,5 lt 1X12”, 134 manat dəyərində 12 kaset “X6 0,5 lt 1X12”, 134 manat dəyərində 12 kaset “X18 0,5 lt 1X12”, 98 manat dəyərində 12 kaset “X13 0,5 lt”, 179 manat dəyərində 13 kaset “X9 200 ml”, 85 manat dəyərində 9 kaset “X10 200 ml”, 66 manat dəyərində 7 kaset “X19 200 ml”, 71 manat dəyərində 7 kaset “Fanta Portağal qutu 0,33 lt”, 39 manat dəyərində 5 kaset “X18 0,3 lt” növündə içki məhsullarının, ümumilikdə 21839 manat dəyərində əmlakın yanaraq məhv edilməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs4 21839 məbləğində - xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 fevral 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən meyvə-tərəvəz satılan köşkün qapısını ayağı ilə güc tətbiq edərək açıb qanunsuz olaraq köşkə daxil olub oradan rəfdə olan cəmi 150 manat məbləğində qəpik pulları və əskinaslarla cəmi 250 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 400 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 fevral 2022-ci il tarixdə saat 04:34 radələrində Zərərçəkmiş şəxs1 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 2 ünvanındakı köşkə qanunsuz daxil olub oradan oğurluq etdikdən sonra həmin köşk ilə Zərərçəkmiş şəxs2 icarə müqaviləsi əsasında işlətdiyi ərzaq mağazası arasında olan lambirin materialından arakəsməni əli ilə güc tətbiq etməklə sındırıb qanunsuz olaraq həmin ərzaq mağazasına daxil olub orada vitrində olan hər biri 4 manat olan 95 ədəd qutu “Sobraniya” markalı, hər biri 3 manat 70 qəpik olan 75 ədəd qutu “Kent” markalı, hər biri 3 manat 50 qəpik olan 83 ədəd qutu “Winston” markalı, hər biri 3 manat 70 qəpik olan 40 ədəd qutu “Davidoff” markalı, hər biri 9 manat olan 8 ədəd qutu “Parlament” markalı, hər biri 8 manat olan 7 ədəd qutu “Marlboro” markalı siqaretləri, ümumi dəyəri 25 manat olan 21 ədəd elektron qəlyanı, saxlanc yeri hesab edilən kassadan isə 65 manat nağd pul vəsaitini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 1814 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə 01 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3.-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, 28 yanvar 2022-ci il tarixdə isə cəzasını çəkərək azadlığa buraxılmışdır. Bundan sonra Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış, Nizami rayonu “8-ci km bazarı”nda arabaçı işləyib pul qazanaraq özünü dolandırmışdır. Lakin maddi cəhətdən çətinliyi olduğundan oğurluq etmək fikrinə gəlmişdir. 22 fevral 2022-ci il tarixdə saat 02 radələrində Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında olarkən orada siqaret köşkü olduğunu görmüş, köşkə yaxınlaşdıqda içərisində satıcı olmadığını bilmişdir. Dirsəyi ilə köşkün şüşəsini sındıraraq sındırdığı həmin yerdən köşkə daxil olmuşdur. Həmin vaxt içkili olmuşdur. Köşkün içərisində olan rəfin altında stəkanın içərisindən qəpikləri götürüb cibinə boşaltmış, sonra soyuducudan bir neçə ədəd “Red bull” enerji içkisi və spirtli içkilər götürmüş, bundan sonra köşkün içərisində olan müşahidə kamerasını görüb həmin kameranı çəkib yerindən qopararaq cibinə qoymuşdur. Köşkə daxil olduğu yerdən çıxıb kirayədə yaşadığı “8-ci km bazarı” yaxınlığında yerləşən evə getmişdir. Köşkə girməkdə məqsədi siqaret oğurlamaq olmuş, lakin həmin köşkdə siqaret olmadığı üçün qeyd etdiyi qəpik pulları, içkiləri və müşahidə kamerasını götürmüşdür. Müşahidə kamerasını sonradan “Neftçilər” metrostansiyası yaxınlığında ağaclıq yerə atmışdır. Köşkdən götürdüyü içkiləri özü içmiş, qəpik pulları isə şəxsi ehtiyacları üçün sərf etmişdir. 22 fevral 2022-ci il tarixdə saat 03 radələrində sərxoş halda Nizami rayonu, Q.Qarayev prospektində tək gəzən zaman maddi sıxıntıları olduğundan yolun kənarında olan köşkdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə köşkün dəmir barmaqlıqlarını sındırıb içəriyə daxil olmuş, köşkün içində olan zaman kibrit vasitəsilə siqaret yandırıb kibriti söndürmədən yerə atmış, bundan sonra köşkdən “Vinston X style boz kompakt” markalı üç qutu siqaret götürüb köşkdən çıxmışdır. Oradan kirayədə yaşadığı evə getmiş, həmin gün səhər saatlarında həmin köşkün yanından keçən zaman köşkün içərisindəki mallarla birlikdə yandığını görmüşdür. Bu zaman xatırlamışdır ki, köşkdə oğurluq edən zaman kibritlə siqaret yandırıb kibriti yana-yana yerə atmışdır, başa düşmüşdür ki, nəticədə köşkdə yanğın baş vermişdir. Köşkdən oğurladığı siqaret qutularını “8-ci km bazarı”nda tanımadığı şəxsə 30 manata satmışdır. 2022-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə “8-ci km bazarı”ndan aşağı istiqamətdə Nizami rayonu, C.ünvan 5 ünvanında yerləşən “Elmir” marketi və yanında olan meyvə-tərəvəz yerini görmüş, meyvə-tərəvəz yerinin qapısının plastik olduğunu görüb təpiklə iki dəfə həmin qapıya vurub açmış və içəri daxıl olmuşdur. Dükanın içində baxıb girişin sol tərəfində piştaxta üzərində kağız karobkanm içində olan kağız pul əskinazlarını və həmin piştaxtanın sağ tərəfində olan piştaxtanın ən yuxarı rəfində üst-üstə yığılan qəpiklərdən ibarət xatırlamadığı miqdarda pulu da götürüb əynində olan gödəkçənin sol yan cibinə qoymuşdur. Dükana baxan zaman görmüşdür ki, dükanın giriş qapısı ilə üzbəüz qarşı divarda market tərəfə deşik var və həmin deşiyə fanerka qoyularaq bağlanmışdır. Əli ilə həmin fanerkanı dartıb çıxartmışdır. Baxanda görmüşdür ki, “Elmir” marketə tərəf giriş acıqdır, lakin market tərəfdən həmin deşiyin qarşısına bir soyuducu qoyulmuşdur. Meyvə-tərəvəz dükanı tərəfdən “Elmir” market tərəfdə olan soyuducunu marketə tərəf itələmiş, həmin yerdən marketə daxil olmuşdur. Marketdə kassa olan yerə yaxınlaşmış, orada əlinə keçən siqaretləri iki balaca sellofana yığmışdır. Marketdə vitrin soyuducunun üzərində isə 1 manat pul və 10, 20, 50 qəpiklərdən ibarət dəmir pul nişanlarını götürmüşdür. Pulları yenə əynində olan gödəkcənin sol cibinə qoymuşdur. Sellofana yığdığı siqaretləri də götürüb gəldiyi qayda ilə küçəyə çıxmışdır. Oradan “8-ci km bazarı” tərəfə getmiş, oğurladığı pullardan səhər vaxtı özünə yemək alıb yemiş və araba götürüb işə başlamışdır. Siqaretləri həmin vaxt saysa da hal-hazırda həmin oğurladığı siqaretlərin miqdarını xatılamır, siqaretləri bir sellolana yığıb arabanın bir tərəfinə qoymuşdur. Həmin gün təxminən saat 09 radələrində onu polis əməkdaşları saxlamışlar. Arabada həmin siqaretlərin nə olduğunu sorğu edən zaman, marketdən oğurladığını etiraf etmişdir. Oradan onu 24-cü polis şöbəsinə aparmışlar. Bundan başqa, 25 fevral 2022-ci il tarixdə Şahid ünvan 6 ünvanında görüb ondan əlindəki qutu siqaretləri və elektron qəlyan olan qara sellofan paketi bir neçə saatlıq saxlaması üçün xahiş etmiş və ona bildirmişdir ki, qayıdıb həmin paketi götürəcək. Qasım da ona etiraz etməmiş, paketin içərisində nə olduğunu soruşmadan bir neçə saatlıq saxlamaq üçün onunla razılaşmışdır. Lakin Şahid onun siqaretləri oğurluq yolu ilə əldə etdiyindən məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməllərindən səmimi peşmandır, lakin hesab edir ki, dəymiş maddi ziyanın məbləğləri müstəntiq tərəfindən şişirdilmişdir. Maddi ehtiyaclarına görə qeyd olunan oğurluqları etmişdir, maddi imkanı olmadığına görə dəymiş zərərləri ödəyə bilməmişdir. Barəsində aşağı həddə, yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 80 ünvanının qarşısındakı avtobus dayanacağının yanında yerləşən “Elmir” kimi tanınan mağazanın yanında olan meyvə tərəvəz dükanını sahibi Aqil adlı şəxsdən icarəyə götürərək fəaliyyət göstərmiş, mağazanı gün ərzində səhər saat 06:30-dan axşam saat 21:00-dək işlətmişdir. 25 fevral 2022-ci il tarixdə təxminən saat 21 radələrində dükanı bağlayaraq, yaşadığı ünvana getmişdir. 25 fevral 2022-ci il tarixdə təxminən saat 07 radələrində yaşadığı ünvandan çıxaraq işlədiyi yerə gəlmişdir. Mağazanı açmaq istədikdə giriş qapısının üzərində olan qıfılın sındırılması yolu ilə içəriyə kiminsə daxil olmasını başa düşmüşdür. Dükana ətraflı olaraq baxmış və özünə aid olan təxminən 150 manata yaxın, şəffaf sellofanın içərisində olan qəpiklərlə dolu pulun və əlavə olaraq təxminən 250 manata yaxın pulun olmamasını, naməlum şəxs tərəfindən oğurlanmasını bilmişdir. Həmin pullar tünd göy rəngdə olan ayaqqabı qutusunun içərisində, həmin qutu isə mağazanın içərisində olan piştaxtanın üzərində olmuşdur. İşlədiyi dükanla “Elmir” marketin arasında olan divarın ortasında ölçüsü təxminən 40x20 santimetr olan açıq nəfəslik olmuşdur. Ora baxdıqda həmin nəfəsliyin arxasında, marketin divar hissəsində yerləşən soyuducunun aşmasını görmüş, həmin mağazaya kiminsə müdaxilə edərək oradan oğurluq etməsini başa düşmüşdür. Oğurluq hadisəsi ilə bağlı ona təxminən 400 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanının qarşısındakı avtobus dayanacağının yanında yerləşən “Elmir” kimi tanınan mağazanı 2019-cu ilin yayı ərəfələrində sahibi Aqil adlı şəxsdən icarəyə götürərək işlətmişdir. Həmin mağazanı gün ərzində səhər saat 07:00dan gecə saat 02:00-dək işlədir. 25 fevral 2022-ci il tarixdə də təxminən saat 02 radələrində mağzanı bağlayaraq, Səbail rayonunda yerləşən, “Malakan park”ının yaxınlığında olan pərəkəndə satış dükanından tütün məhsullarını almaq məqsədi ilə öz idarə etdiyi “Mercedes” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək idarə edib getmişdir. Həmin mağazadan tütün məhsullarını əldə edəndən sonra, təxminən saat 03:30 radələrində fəaliyyət göstərdiyi marketin qarşısına gələrək aldığı tütün məhsullarını mağazanın içərisinə qoymaq istəmişdir. Lakin yorğun olduğundan mağazanı açmayaraq oranı tərk edib yaşadığı ünvana getmişdir. Həmin tarixdə təxminən saat 06:30 radələrində yaşadığı ünvandan çıxaraq “Neftçilər” metrostansiyası istiqamətinə getmiş, qonşuluqda yaşayan Nurəddin adlı şəxs ona zəng edərək bildirmişdir ki, dükanın ətrafında qonşu dükanı işlədən şəxslər bildirmişlər ki, ona məxsus olan mağazanın içərisinə tanımadığı şəxs daxil olub oğurluq edərək hadisə yerini tərk etmişdir. Bunu dedikdə dərhal fəaliyyət göstərdiyi dükana gələrək, ön hissəsinin dəmir jaliizlə örtülü və açarla bağlı olduğunu görmüşdür. Yanındakı mağazaya bitişik olan digər mağazanın arası ilə gedən divarın qapısının yanında yerləşən ölçüsü təxminən 40x20 santimetr olan açıq nəfəslik olmuşdur, ora baxdıqda kiminsə həmin nəfəsliyin arxasında, yəni onun fəaliyyət göstərdiyi mağaza tərəfində olan “Coca-Cola” şirkətinə məxsus soyuducunu yıxaraq onun işlətdiyi mağazaya daxil olmasını və ayaq izlərini görmüşdür. Mağazanın ön hissəsinə keçdikdə jalüzü açaraq içəriyə daxil olmuşdur. Mağazadakı məhsullardan 4 manata olan 95 ədəd qutu “Sobraniya” siqareti, 3,70 manata olan 75 ədəd qutu “Kent” siqareti, 3,50 manata olan 83 ədəd qutu “Vinston” siqareti, 25 manata olan 21 ədəd elektron qəlyan, 3,70 manata olan 40 ədəd qutu “Davidoff” siqareti, 9,0 manata olan 8 ədəd qutu “Parlament” siqareti, 8 manata olan 7 ədəd qutu “Marlboro” siqareti, 5, 10, 20 və 50 dəyərində olan qəpiklərlə ümumilikdə 65 manat olan pulun olmamasını və naməlum şəxs tərəfindən oğurlanmasını bilmişdir. Hadisədən sonra 25 fevral 2022-ci il tarixdə saat 07:27-də DİN-in 102 zəng məlumat mərkəzinə müraciət etmişdir. Araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs mağazaya oğurluq məqsədilə daxil olarkən oradakı əşyaları və digər məhsulları yerə dağıtması nəticəsində ona təxminən 100 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində ziyanın məbləğinin 487,30 manat kimi göstərilməsi ilə razı deyil, belə ki, mağazadan oğurlanmış siqaretlərin sayı ekspertizaya təqdim edilmiş siqaretlərin sayından dəfələrlə çox olmuşdur. Ona görə də hesablamasına görə hadisə nəticəsində ona ümumilikdə 1814 manat maddi ziyan dəymişdir. Lakin Təqsirləndirilən şəxs vurdğu maddi ziyanı ödəməmişdir, ona qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 46 ünvanında yerləşən köşkü təxminən 3-4 ildir ki, icarə əsasında işlədir. 22 fevral 2022-ci il tarixdə səhər saatlarında işlətdiyi köşkə gəldikdə köşkün pəncərəsinin şüşəsinin sındırıldığını görmüşdür. Köşkə daxil olduqda köşkdə oğurluq hadisəsinin baş verdiyini hiss etmişdir. İlk əvvəl qəpik pulların qoyulduğu siyirməni açdıqda orada olan qəpik pullarının yerində olmadığını görmüşdür. Siyirmədə onun təxminən 40 manat məbləğində müxtəlif dəyərli qəpik pulları olmuşdur. Bundan sonra, köşkdə olan mallara baxış keçirmiş və “Red bull” enerji içkilərinin olduğu rəfə baxdıqda enerji içkilərinin də yerində olmadığını müəyyən etmişdir. Həmin oğurlanmış “Red bull” enerji içkilərinin ümumilikdə qiyməti 40 manatdır. Bundan başqa, köşkdə ümumi qiyməti 20 manat məbləğ təşkil edən iki ədəd elektron qəlyanlarının da yerində olmadığını görmüşdür. Həmin elektron qəlyan aparatlarının bir ədədinin qiyməti 10 manat təşkil edir. Köşkə baxış keçirərkən rəfin üzərində olan videomüşahidə kamerasının da oğurlandığını aşkar etmişdir. Həmin videomüşahidə kamerasının qiyməti 100 manat təşkil edir. Oğurluq hadisəsi ilə bağlı ona ümumilikdə 200 manat məbləğində maddi ziyan dəymişdir. Lakin oğurluq etmiş Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir, ona görə həmin şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 46 ünvanında yerləşən köşkü 2021-ci ildən şifahi razılıq əsasında işlətmiş, köşkdə müxtəlif adda siqaretlərin, suların, şirələrin, enerji içkilərinin, müxtəlif adda şirniyyatların satışını həyata keçirmişdir. 22 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində həmişəki kimi köşkün elektrik şəbəkəsini ana blokdan söndürüb köşkü bağlamış və evə getmişdir. 23 fevral 2022-ci il tarixdə köşkdə yanğın baş verməsi barədə bilmişdir. Köşkdə ümumilikdə 21129 manat dəyərində tütün məhsulları və içkilər olmuşdur. Köşkün yanması nəticəsində köşk özü və içərisində olan mallar və əşyalar yanaraq yararsız vəziyyətə düşmüşdür. Gecə köşkü bağlayıb evə gedəndə elektrik şəbəkəsini ana blokdan ayırdığı üçün yanğının baş verməsində kənar şəxslərin rolunun olduğunu bilmişdir. Köşkdə həmçinin qaz sobası, qaz balonu və ya bunun kimi hər hansı yanğına səbəb ola biləcək predmetlər olmamışdır. İlkin izahatında köşkün yandırılmasında bacısı Sevda Əliyeva ilə qeyri-rəsmi ər-arvad münasibətində olan Türkiyə Respublikası vətəndaşı Abdulrəhman Kəskin adlı şəxsdən şübhələndiyini qeyd etsə də, sonradan polis şöbəsində araşdırma zamanı yanğının həmin şəxs tərəfindən deyil, Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Köşkündə yanğın hadisəsi baş verməmişdən əvvəl ona məxsus 01 ədəd kreslo, 01 ədəd elektrik sobası, 01 ədəd üzərində “Coca-Cola” firmasının reklamı olan özünə məxsus soyuducu olmuşdur. Köşkündə yanğın hadisəsi nəticəsində hər şey yararsız hala düşdüyündən hər hansı əşyanın oğurlanıb-oğurlanmamasını dəqiq müəyyən edə bilməmişdir. Hadisə nəticəsində işlətdiyi köşkdə olan 1106 manat dəyərində 36 qutu “W XStyle Silver” markalı, 930 manat dəyərində 30 qutu “W XS Silver” markalı, 776 manat dəyərində 22 qutu “Sob KSSS Blue” markalı, 880 manat dəyərində 25 qutu “Sob KSSS Blue” markalı, 493 manat dəyərində 14 qutu “Sob KSSS Black” markalı, 846 manat dəyərində 24 qutu “Sob KSSS White” markalı, 430 manat dəyərində 17 qutu “LD Comp Wite” markalı, 217 manat dəyərində 8 qutu “LD Club Platinium” markalı, 271 manat dəyərində 12 qutu “X14” markalı, 113 manat dəyərində 5 qutu “Winch KSSS Silver” markalı, 583 manat dəyərində 19 qutu “W XStyle Dual” markalı, 446 manat dəyərində 13 qutu “X21” markalı, 552 manat dəyərində 18 qutu “W XStyle Caster” markalı, 420 manat dəyərində 13 qutu “Kent Nano-1” markalı, 230 manat dəyərində 10 qutu “Rothmans Silver” markalı, 235 manat dəyərində 7 qutu “NEO Boost Red” markalı, 260 manat dəyərində 8 qutu “X15” markalı, 138 manat dəyərində 6 qutu “X22 Sunset” markalı, 456 manat dəyərində 15 qutu “W XS One” markalı, 83 manat dəyərində 4 qutu “Winch KS Blue” markalı, 238 manat dəyərində 10 qutu “X23” markalı, 420 manat dəyərində 16 qutu “LD X12” markalı, 510 manat dəyərində 18 qutu “LD Club Platinium” markalı, 448 manat dəyərində 14 qutu “X4” markalı, 175 manat dəyərində 7 qutu “DAV Reach Silver” markalı, 96 manat dəyərində 6 qutu “Kingston Silver” markalı, 365 manat dəyərində 20 qutu “X24” markalı, 420 manat dəyərində 14 qutu “Sob KS Blue” markalı, 320 manat dəyərində 12 qutu “Sob KSSS Blue” markalı, 612 manat dəyərində 30 qutu “Kent 4” markalı, 552 manat dəyərində 17 qutu “Kent 8” markalı, 362 manat dəyərində 11 qutu “Kent Nano 4” markalı, 366 manat dəyərində 16 qutu “X25 Silver” markalı, 185 manat dəyərində 8 qutu “X26. Nights” markalı, 1186 manat dəyərində 30 qutu “Sobranie Blue” markalı, 358 manat dəyərində 20 qutu “Bakı” markalı, 295 manat dəyərində 14 qutu “West Silver KS” markalı, 344 manat dəyərində 17 qutu “X16 KS” markalı, 212 manat dəyərində 12 qutu “Viceroy N- Series White” markalı, 690 manat dəyərində 35 qutu “Magna” markalı, 388 manat dəyərində 18 qutu “X3” markalı, 314 manat dəyərində 13 qutu “Davidoff” markalı, 402 manat dəyərində 17 qutu “Rothmans Demi” markalı, 175 manat dəyərində 7 qutu “DAV Reach Purple” markalı, 155 manat dəyərində 10 qutu “Kingston” markalı, 170 manat dəyərində 9 qutu “Kingston nano” markalı, 248 manat dəyərində 14 qutu “Magna Nano” markalı, 67 manat dəyərində 4 qutu “Qarabağ” markalı siqaretlər, 86 manat dəyərində 10 kaset “Coca-Cola Pet 2 lt”, 164 manat dəyərində 14 kaset “Coca-Cola Pet 1 lt 1X12”, 170 manat dəyərində 10 kaset “Coca-Cola Pet 0,5 lt 1X24”, 130 manat dəyərində 11 kaset “Coca-Cola qutu 0.33 lt 1X12”, 50 manat dəyərində 4 kaset “X27.Ananas qutu 0,33”, 75 manat dəyərində 8 kaset “Sprite Pet 0,5 lt 1X12”, 96 manat dəyərində 10 kaset “X11tu 0,33 lt”, 148 manat dəyərində 13 kaset “X5 0,5 lt 1X12”, 134 manat dəyərində 12 kaset “X6 0,5 lt 1X12”, 134 manat dəyərində 12 kaset “X18 0,5 lt 1X12”, 98 manat dəyərində 12 kaset “X13 0,5 lt”, 179 manat dəyərində 13 kaset “X9 200 ml”, 85 manat dəyərində 9 kaset “X10 200 ml”, 66 manat dəyərində 7 kaset “X19 200 ml”, 71 manat dəyərində 7 kaset “Fanta Portağal qutu 0,33 lt”, 39 manat dəyərində 5 kaset “X18 0,3 lt” növündə içki məhsulları, ümumilikdə 21839 manat dəyərində əmlakı yanaraq məhv olmuşdur. Yanğın hadisəsi nəticəsində ona ümumilikdə 21839 manat məbləğində maddi ziyan dəymişdir. Eyi zamanda Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 03 radələrində işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 46 ünvanında yerləşən köşkə daxil olduğu zaman oradan oğurladığı “Vinston X style boz kompakt” markalı üç qutu siqaretin cəmi məbləği təxminən 85 manat təşkil etmişdir. Hadisəni törətmiş Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir, ona qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən köşkü 01 aprel 2018-ci il tarixdə "xxxx" ASC ilə aralarında bağlanmış müqavilə əsasında köşkçü kimi xidmət göstərməkdən ötrü öhdəliyinə götürmüşdür. Həmin tarixdən qeyd etdiyi köşkü işlətmişdir. Xəstə olduğu üçün işlədə bilmədiyindən 2021-ci ildən həmin köşkü şifahi razılıq əsasında ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 işlətmək üçün vermişdir. 23 fevral 2022-ci il tarixdə qeyd etdiyi köşkdə yanğın baş verməsi barədə məlumatı olmuşdur. Həmin köşkdə ona məxsus hər hansı inventar olmamışdır. Baş vermiş yanğın hadisəsi nəticəsində ona ümumilikdə 7000 manat məbləğində maddi ziyan dəymişdir. Ekspertizanın rəyində dəymiş ziyanın məbləğinin 1800 manat göstərilməsi ilə razı deyil, həmin məbləğ düzgün hesablanmamışdır, baş vermiş yanğın hadisəsi nəticəsində ona ümumilikdə 7000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin maddi ziyan ona ödənilməmişdir, ona görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun ünvan 6 ünvanında işlətdiyi anbara yaxınlaşaraq əlində olan qara rəngli sellofan paketi ona göstərib həmin paketi bir neçə saatlıq onun anbarında saxlamağı ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs tanımasa da, onun həmin qara sellofan paketi anbarında saxlamağına etiraz etməmişdir. Təqsirləndirilən şəxs həmin paketi onun yanında qoyub getdikdən sonra bir daha geri qayıtmamışdır. Bir neçə gün həmin paketi öz anbarında saxlasa da, paketin ağzı bağlı olduğundan paketin içərisində nə olduğunu bilməmişdir. 01 mart 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər və polis şöbəsinin təhqiqat bölməsində Təqsirləndirilən şəxs anbarında saxlamaq üçün ona verdiyi içərisində 07 qutu nazik “X20 SLims” markalı, 09 qutu nazik “Davidoff Classic” markalı, 07 qutu kompakt “Davidoff Reach” markalı, 06 qutu qalın “Kent 8” markalı, 07 qutu göy, “Kent 6 Crystal” markalı, 06 qutu qara, nazik, “Kent 4” markalı, 02 ədəd boz, “Kent crystal” markalı, 03 qutu nazik, “Kent feel” markalı, 02 qutu qara, nazik “Kent 4 select” markalı; 03 qutu göy, qalın, “Sobranie” markalı, 06 qutu qara, qalın, “Sobranie” markalı, 04 qutu göy, nazik, “Sobranie” markalı, 05 qutu qara, nazik, “Sobranie” markalı, 02 qutu nazik, “X7” markalı, 01 qutu qalın, “Sobranie less smoke smell” markalı, 01 qutu “Sobranie caster blend” markalı, 09 qutu kompakt, “Winston caster” markalı, 08 qutu boz kompakt, “Winston X style” markalı, 06 qutu göy kompakt, “Winston X style” markalı, 05 qutu boz, nazik “Winston XS” markalı, 07 qutu ağ, nazik “Winston XS” markalı, 07 qutu göy, “Winston X style Dual” markalı, 02 qutu göy, nazik “Winston XS” markalı siqaretlər və 04 ədəd “TYT max” markalı elektron qəlyan olan qara rəngli sellofan paketi təhqiqat şöbəsində Təqsirləndirilən şəxs barəsində aparılan araşdırma ilə əlaqədar təhqiqatçıya təqdim etmişdir. Polis şöbəsində olduğu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin qara rəngli sellofan paketin içərisində olan adlarını qeyd etdiyi siqaretləri Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Nizami rayonu, C.Naxçıvanski küçəsi 80 ünvanında yerləşən “Elmir” marketdən oğurlamaqla cinayət yolu ilə əldə etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi köşkə qanunsuz yolla daxil olaraq oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 26 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, qeyd olunan ünvan Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşir. Həmin yer tütün məhsullarının və enerji içkilərinin satışı ilə məşğul olan, üzərində Tabac, Tütün və Coffee yazılan 2-3 kvadratmetrlik obyektdir. Obyektin bir giriş qapısı vardır. Obyektin sağında dərzi sexi yerləşir. Arxa hissəsində yaşayış binaları vardır. Obyektlə üzbəüz mağaza vardır. Obyektə giriş qapısının yanında olan şüşənin sındırılması yolu ilə daxil olunmuşdur. Naməlum şəxs obyektdən müşahidə kamerasını, 40 manatlıq qəpik, 2 ədəd qəlyan aparatı və müxtəlif markalı enerji içkiləri oğurlamışdır. (i.v. 7-10) - 23 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, baxış keçirilən yer Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanda yol kənarında yerləşən köşkdür. Həmin köşkün içərisi bir otaqdan ibarətdir. Köşkün üzəri, qapısı və əsas korpus hissəsi dəmir materialla üzlənmişdir. Üzərində dəmir barmaqlıqlar vardır. Köşk içərisində olan əşyalarla birlikdə yandırılmışdır. Köşkün və içərisində olan əşyaların tamamilə yararsız vəziyyətə düşdüyü gözlə görünür. Köşkün ətrafında yaşayış binaları, iaşə və ticarət obyektləri yerləşir. Ətrafında ağaclar və avtomobil yolu, piyadalar üçün nəzərdə tutulan səki vardır. Həmin köşk ticarət obyekti kimi fəaliyyət göstərmişdir. (i.v. 23- 24) - 26 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin istintaq şöbəsinə verilmişdir. (i.v. 30) - 27 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi köşkə qanunsuz yolla daxil olaraq təkrarən oğurluq edilməsi faktlarına görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 34) - 20 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 icarə müqaviləsi əsasında işlətdiyi köşkə təkrar olmaqla və Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi köşkə qanunsuz yolla daxil olaraq oğurluq edilməsi faktlarına görə başlanmış ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, cinayət işində ********* nömrəsi saxlanılmışdır. (i.v. 31-32) - 25 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1, ekspert-kriminalistin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə Nizami rayonu, C.ünvan 10 ünvanda yerləşən marketdə baş vermişdir. Marketin sol tərəfində hündür mərtəbəli yaşayış binası vardır. Qarşı tərəf piyadalar üçün nəzərdə tutulan səkidən ibarətdir. Marketin ön hissəsində dəmir barmaqlıqlar var. Giriş qapısı ağ rəngli plastik qapıdan ibarət olan, sol hissəsində pəncərəyə yapışdırılmış qırmızı rəngli plakat üzərində sarı rəngli Çörək yazısı vardır. Obyektin içərisində qapı altında kardondan hazırlanmış qutu və beş mərtəbəli piştaxtalar var. Obyektin sol divarında üst tərəfdə şüşəli nəfəslik vardır. Altında piştaxtada müxtəlif cür qapalı şüşə balonlarda yeyinti məhsulları və qara rəngli qutuların içərisində müxtəlif cür meyvə-tərəvəz, üst piştaxtada isə bir neçə ədəd çörək vardır. (i.v. 40-41) - 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, “Elmir” adlı marketdə baş vermiş oğurluq faktını özündə əks etdirən bir ədəd CD diskdə olan 04 ədəd fayla Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: birinci fayl açıldıqda mağazaya oxşar otaq görüntülənir. Otağın sol tərəfində siqaretlər, spirtli içkilər, ərzaq məhsulları və sair ərzaq məhsullarının olduğu görünür. Ekranın yuxarı sağ küncündə xx.xx.2022, 04:34:51 yazısı görünür. Bir qədər sonra ekranın sağ tərəfində vitrin aşır, əşyalar yerə dağılır, bir nəfər şəxsin otağa daxil olduğu görünür. Həmin şəxsin əynində qara rəngli şalvar, boz rəngli gödəkçə, başında boz rəngli papaq, ağız nahiyəsində tibbi maska var. Həmin şəxs müşahidə kamerasının istiqamətini dəyişir, buna baxmayaraq həmin şəxsin hərəkətləri görüntülənir. Görüntüdən tam aydın olmayan müəyyən siqaret qutuları və digər əşyaları götürdüyü sellofan paketə yığır. İkinci fayl açıldıqda qeyd olunan şəxs və həmin mağazada olan hərəkətlərin davamı olduğu görünür. Həmin şəxs vitrindən bir neçə ədəd dəftəri götürərək vərəqlərin arasını axtarır, daha sonra vitrində olan markası bilinməyən siqaretləri sellofan paketə yığmağa davam edir. Üçüncü fayl açıldıqda qeyd olunan şəxsin mağazadakı hərəkətlərinin davamı görünür. O, marketdən götürdüyü sellofan paketləri açaraq vitrində olan siqaretləri həmin paketlərə doldurur. Dördüncü görüntüdə həmin şəxsin mağazada olan hərəkətlərinin davam etməsi görünür. O, vitrindən markası bilinməyən siqaretləri sellofan paketə doldurur və paketlərin ağzını bağlayır. Bundan sonra həmin şəxs siqaretlə dolu sellofan paketləri qara rəngli sellofan paketə yerləşdirir. Daha sonra ekran qaralır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 görüntüdə olan otağın onun icarə əsasında işlətdiyi, Nizami rayonu, C.ünvan 10 ünvanda yerləşən “Elmir” adlı mağazasının olduğunu bildirir. Görüntüdə olan şəxsin isə xx.xx.2022-ci il tarixdə qeyd olunan mağazadan oğurluq edən şəxs olduğunu bildirir. Zərərçəkmiş şəxs2 sonuncu faylda ekranın qaralmasını oğurluq edən şəxsin müşahidə kamerasının naqilini kəsib yararsız hala salması ilə izah edir. (i.v. 48) - 25 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2, ekspert-kriminalistin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə Nizami rayonu, C.ünvan 10 ünvanda yerləşən marketdə baş vermişdir. Marketin sol tərəfində hündür mərtəbəli yaşayış binası var. Qarşı tərəli piyadalar üçün səkidən ibarətdir. Marketin ön hissəsi dəmir barmaqlıqdan ibarətdir. Yuxarı tərəfdə sarı rəngli lövhədə qırmızı hərflərlə “Elmir” market sözləri yazılıb. Marketin sağ və sol tərəfləri ticarət obyektləridir. Marketin giriş qapısı ağ rəngli plastik materialdandır. Marketə daxil olduqda sağ və sol tərəfdə müxtəlif ərzaq və qeyri-qida məhsulları yerləşdirilmişdir. Giriş qapısı ilə üzbəüz içki məhsulları saxlanılan iki ədəd Coca-Cola şirkətinə məxsus, bir ədəd markasız soyuducu vardır. Market dağınıq vəziyyətdədir. Soyuducunun arxasında qonşu marketə açıq hissə, marketdə müşahidə kamerası vardır. (i.v. 49-51) - 26 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus Nizami rayonu, C.ünvan 11 ünvanda yerləşən mağazalara Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan mağazaları təqdim edərək 25 fevral 2022-ci il tarixdə saat 04 radələrində həmin mağazalara daxil olaraq meyvə-tərəvəz mağazasından qəpik pulları, “Elmir” marketdən isə müxtəlif növ siqaretlər və elektron siqaretlər oğurladığını, eyni zamanda oğurluq etmək məqsədi ilə “Elmir” marketə daxil olduqdan sonra mağazanın daxilində quraşdırılmış müşahidə kamerasının istiqamətini dəyişdirdiyini bildirmişdir. (i.v. 56-60) - 25 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi “Elmir” marketdən oğurladığı 130 ədəd “10” qəpiklik, 55 ədəd “20” qəpiklik pullar, bir ədəd sarı rəngli elektron qəlyan, bir ədəd ağ rəngli qutuda olan “Sobranie caster” markalı siqaret, bir ədəd ağ və qırmızı rəngli qutuda olan “Marlboro” markalı siqaret götürülmüşdür. (i.v. 62-63) - 27 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN Zərflər üçün № 164 möhürü ilə möhürlənmiş bir ədəd sellofan paket açıldıqda içərisində ağ rəngli şəffaf sellofan paket, bir ədəd sarı rəngli elektron qəlyan, bir ədəd ağ rəngli qutuda “Sobranie caster” markalı siqaret, bir ədəd qırmızı rəngli qutuda “Marlboro” markalı siqaret olması müəyyən edilmişdir. Ağ rəngli şəffaf sellofan paketin içərisində olan dəmir pul nişanları sayıldıqda 130 ədəd “10” qəpik, 55 ədəd “20” qəpik olmaqla ümumilikdə 185 ədəd dəmir pul nişanlarının olduğu müəyyən olunmuşdur. Bundan başqa, bir ədəd sarı rəngli elektron qəlyana baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin qəlyanın üzərində “hawaii”, “XL”, “TYT”, “N” məzmunlu zavod üsulu ilə müxtəlif şriftlərlə yazılmış yazılar vardır. Bir ədəd qırmızı rəngli qutuda “Marlboro” markalı və bir ədəd ağ rəngli qutuda “Sobranie caster” markalı siqaretlərə baxış keçirilərkən “Sobranie caster” markalı siqaret qutusunun ağzının açıldığı və içərisində 08 ədəd siqaret olduğu müəyyən olunmuşdur. (i.v. 86) - 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, 25 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Nizami rayonu, C.ünvan 12 ünvanında yerləşən “Elmir” marketdən oğurluq edən Təqsirləndirilən şəxs qeyd olunan marketdən oğurladığı siqaretləri saxlamaq üçün verdiyi ünvan 6 ünvanında fərdi işləyən Şahid içərisində 04 ədəd “TYT MAX” elektron siqaretlər, 09 ədəd qəhvəyi rəngli “Davidoff”, 07 ədəd ağ rəngli “Davidoff”, 02 ədəd göy rəngli “Davidoff”, 14 ədəd qara rəngli nazik “Winston”, 07 ədəd nanəli kompakt “Winston”, 23 ədəd sadə kompakt “Winston”, 06 ədəd qara rəngli nazik “Kent”, 05 ədəd nazik nanəli “Kent”, 09 ədəd kompakt “Kent”, 06 ədəd qalın “Kent”, 02 ədəd ağ rəngli qalın “Sobranie”, 03 ədəd göy rəngli qalın “Sobranie”, 06 ədəd qara rəngli qalın “Sobranie”, 05 ədəd nazik qara rəngli “Sobranie”, 04 ədəd göy rəngli nazik “Sobranie” və 02 ədəd ağ rəngli nazik “Sobranie” markalı siqaretlər olan qara rəngli sellofan paketi könüllü təqdim edərək 25 fevral 2022-ci il tarixdə Əmrah adlı şəxsin həmin paketi ona saxlamaq üçün verdiyini bildirmişdir. (i.v. 131) - 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN Zərflər üçün № 164 möhürü ilə möhürlənmiş bir ədəd sellofan paket açıldıqda içərisində 07 qutu nazik “Davidoff Gold S1 SLims” markalı, 09 qutu nazik “Davidoff Classic” markalı, 07 qutu kompakt “Davidoff Reach” markalı, 06 qutu qalın “Kent 8” markalı, 07 qutu göy, “Kent 6 Crystal“ markalı, 06 qutu qara, nazik, “Kent 4” markalı, 02 ədəd boz, “Kent crystal” markalı, 03 qutu nazik, “Kent feel” markalı, 02 qutu qara, nazik “Kent 4 select” markalı, 03 qutu göy, qalın, “Sobranie” markalı, 06 qutu qara, qalın, “Sobranie” markalı, 04 qutu göy, nazik, “Sobranie” markalı, 05 qutu qara, nazik, “Sobranie” markalı, 02 qutu nazik, “X7” markalı, 01 qutu qalın, “Sobranie less smoke smell” markalı, 01 qutu “Sobranie caster blend” markalı, 09 qutu kompakt, “Winston caster” markalı, 08 qutu boz kompakt, “Winston X style” markalı, 06 qutu göy kompakt, “Winston X style” markalı, 05 qutu boz, nazik “Winston XS” markalı, 07 qutu ağ, nazik “Winston XS” markalı, 07 qutu göy, “Winston X style Dual” markalı, 02 qutu göy, nazik “Winston XS” markalı siqaretlər və 04 ədəd “TYT max” markalı elektron qəlyan olması müəyyən olunmuşdur. (i.v. 132) -Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 28 fevral 2022-ci il tarixli 011-2289-1222 nömrəli məktubundan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında hadisə yerindən götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 15 ədədi xx.xx.1993 (xx.xx.1992)-cü ildə Lənkəran rayonunda (Bakı şəhəri) anadan olmuş Təqsirləndirilən şəxs (X8) oğlunun sol əlinin böyük, şəhadət (02 dəfə), orta (02 dəfə), adsız (03 dəfə) və çeçələ barmaqları, sağ əlinin ovuc və sol əlinin ovuc (05 dəfə) əksləri ilə eynilik müəyyən etmişdir. (i.v. 139-141) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 may 2022-ci il tarixli 9/3105 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 24 adda siqaretlərin 2022-ci ilin fevral ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 487,30 manat müəyyən edilir. (i.v. 204-207) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə-yanğın-texniki, məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyul 2022-ci il tarixli 10/38xx-xx/3896-9/4342 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən köşkdə baş vermiş yanğının mənbəyi, köşkün daxilində döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək köşkün bütün hissələrinə yayılmışdır. Hadisənin baş vermə şəraitinə, yanğının mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən cihaz və avadanlıqların olmadığına, təqdim edilmiş elektrik naqillərinin üzərində qəza hallarının aşkar edilmədiyinə və mənbə zonasında yaranmış termiki təsir izlərinin xarakterinə əsasən yanğın, kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Həmin köşkdə yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1800,00 manat məbləğində olduğu müəyyən olundu. Qərarın təsviri hissəsində göstərilən 66 adda malların ümumilikdə 23 fevral 2022-ci il tarixə orta bazar qiyməti təxminən 21906,75 manat müəyyən edilir. (i.v. 215-220) - 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı şəxsiyyəti tam müəyyən edilməyən bir nəfər şəxsin gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən köşkün yanında bir neçə dəqiqə müşahidə aparması, sonra köşkə daxil olması müəyyən olunmuşdur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs videogörüntülərdə əks olunan şəxsin özü olduğunu bildirmişdir. (i.v. 223) - 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğundan iş üzrə cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 187.1-ci maddələrinə tövsif olunmuş, əməlində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin maddə ilə barəsində cinayət işinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etməsindən ibarət cinayət əməlinin törədilməsində Şahid iştirakı müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd olunmuş, cinayət işinin materiallarına əlavə edilmiş ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 işlətdiyi ərzaq mağazasının videomüşahidə görüntüləri ilə Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə saat 04:34 radələrində həmin mağazaya daxil olarkən orada olan əşyaları və içki məhsullarını yerə dağıtması müəyyən olunmuşdur, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunan oğurluq hadisəsi zamanı mağazasındakı əşyaların və digər məhsulların yerə dağıdılması nəticəsində ona 100 manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 icarə müqaviləsi əsasında işlətdiyi ərzaq mağazasına qanunsuz olaraq daxil olub oradan oğurluq etməsi faktı üzrə əməlində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsinin tərkib əlamətinin olması müəyyən edilmədiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd olunmuş, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən köşkə daxil olduğu zaman oradan 85 manat dəyərində olan “Winston X style boz kompakt” markalı üç qutu siqaretdən əlavə digər əşya və ya predmet əldə etməsini təsdiq edən hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır, odur ki, qeyd olunan xüsusat üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir, Şahid Təqsirləndirilən şəxs ona saxlamaq üçün verdiyi qara rəngli sellofan paketin içərisində olan siqaretlərin cinayət yolu ilə əldə edildiyindən xəbərsiz olmuşdur, odur ki, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuş, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Zərərçəkmiş şəxs2 götürülmüş “Elmir” marketdə baş vermiş oğurluq hadisəsini qeydə alan videokamerasının görüntülərinin əks olunduğu 01 ədəd CD disk və Zərərçəkmiş şəxs4 götürülmüş videomüşahidə kamerasının görüntülərinin əks olunduğu 01 ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuş, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs götürülmüş 130 ədəd “10” qəpik, 55 ədəd “20” qəpik, bir ədəd sarı rəngli elektron qəlyan, içərisində 8 ədəd siqaret olan bir ədəd ağ rəngli qutuda “Sobranie caster” markalı siqaret, bir ədəd qırmızı rəngli qutuda olan “Marlboro” markalı siqaret maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü maddi sübutların saxlama kamerasına təhvil verilmiş, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Şahid götürülmüş 07 qutu nazik “X20 SLims” markalı, 09 qutu nazik “Davidoff Classic” markalı, 07 qutu kompakt “Davidoff Reach” markalı, 06 qutu qalın “Kent 8” markalı, 07 qutu göy, “Kent 6 Crystal” markalı, 06 qutu qara, nazik, “Kent 4” markalı, 02 ədəd boz, “Kent crystal” markalı, 03 qutu nazik, “Kent feel” markalı, 02 qutu qara, nazik “Kent 4 select” markalı, 03 qutu göy, qalın, “Sobranie” markalı, 06 qutu qara, qalın, “Sobranie” markalı, 04 qutu göy, nazik, “Sobranie” markalı; 05 qutu qara, nazik, “Sobranie” markalı, 02 qutu nazik, “X7” markalı, 01 qutu qalın, “Sobranie less smoke smell” markalı, 01 qutu “Sobranie caster blend” markalı, 09 qutu kompakt, “Winston caster” markalı, 08 qutu boz kompakt, “Winston X style” markalı, 06 qutu göy kompakt, “Winston X style” markalı, 05 qutu boz, nazik “Winston XS” markalı, 07 qutu ağ, nazik “Winston XS” markalı, 07 qutu göy, “Winston X style Dual” markalı, 02 qutu göy, nazik “Winston XS” markalı siqaretlər və 04 ədəd “TYT max” markalı elektron qəlyan maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi edilənədək saxlanılmasından ötrü maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v. 228-243) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3 və 187.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əmlakın yanaraq məhv edilməsi nəticəsində ehtiyatsızlıqdan ziyan vurduğu ziyanın dəyərini zərərçəkmiş şəxsə ödəməmiş və barışıq əldə etməmişdir, ona görə də təqsirləndirilən şəxsin CM-nin 73-1.1-ci maddəsində göstərilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 15 saylı cəzaçəkmə müəssisəsinin 28 yanvar 2022-ci il tarixli 23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 29) - 27 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 77) - 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 125-128) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 23 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 mart 2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzası 07 il 09 ay həddində müəyyən edilmiş, 09 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cti hissəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. (i.v. 145-147, 225-227) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi 28 yanvar 2022-ci il tarixdə cəzanın sonu ilə azad edildiyi gündən iki il keçmədən, 22 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək olan müddətlərdə yenidən qəsdən cinayət törətdiyinə görə onun məhkumluğu ödənilməmiş hesab olunur, əməlində Azərbaycan Respublikası CM-nin 18.1ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət, onun Azərbaycan Respublikası CM-nin 187.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır, ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 01 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, maddi sübut qismində tanınmış pullar, elektron qəlyan və siqaretlər hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin qərarı əsasında Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, iş materiallarına əsasən həmin müddət 41 iş saatı müddətinə bərabər tutulduğundan və təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 187.1-ci maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 27 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 130 ədəd “10” qəpiklik və 55 ədəd “20” qəpiklik pullar Zərərçəkmiş şəxs1, içərisində 8 ədəd siqaret olan bir ədəd ağ rəngli qutuda “Sobranie caster” markalı, bir ədəd qırmızı rəngli qutuda olan “Marlboro” markalı, 07 qutu nazik “X20 SLims” markalı, 09 qutu nazik “Davidoff Classic” markalı, 07 qutu kompakt “Davidoff Reach” markalı, 06 qutu qalın “Kent 8” markalı, 07 qutu göy, “Kent 6 Crystal” markalı, 06 qutu qara, nazik, “Kent 4” markalı, 02 ədəd boz, “Kent crystal” markalı, 03 qutu nazik, “Kent feel” markalı, 02 qutu qara, nazik “Kent 4 select” markalı, 03 qutu göy, qalın, “Sobranie” markalı, 06 qutu qara, qalın, “Sobranie” markalı, 04 qutu göy, nazik, “Sobranie” markalı; 05 qutu qara, nazik, “Sobranie” markalı, 02 qutu nazik, “X7” markalı, 01 qutu qalın, “Sobranie less smoke smell” markalı, 01 qutu “Sobranie caster blend” markalı, 09 qutu kompakt, “Winston caster” markalı, 08 qutu boz kompakt, “Winston X style” markalı, 06 qutu göy kompakt, “Winston X style” markalı, 05 qutu boz, nazik “Winston XS” markalı, 07 qutu ağ, nazik “Winston XS” markalı, 07 qutu göy, “Winston X style Dual” markalı, 02 qutu göy, nazik “Winston XS” markalı siqaretlər, bir ədəd sarı rəngli elektron qəlyan və 04 ədəd “TYT max” markalı elektron qəlyan Zərərçəkmiş şəxs2 qaytarılsın. Məhkəmə məsrəfi hesab olunan cəmi 300 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 41 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 246 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar