Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-354/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69 ünvanında yerləşən “Socar” Yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəllər bir yerdə işlədiyi Zərərçəkmiş şəxs borc adı ilə 190 manat istəyib almış və sonradan həmin pulun guya öz istifadəsində olan plastik bank kartı hesabında olduğunu və bankda problem oduğu üçün həmin pulu bank hesabından məxaric edib ona qaytara bilmədiyini deyib aldadaraq pulu bankdan məxaric etmək üçün bank hesabına pul köçürülməli olmasını bildirib bu məzmunda guya “Kapital Bank’rn operatorları tərəfindən yazılmış mesajlar tərtib edib göndərməklə Zərərçəkmiş şəxs inandıraraq, etibarından suiistifadə etməklə bu adla onun faktiki istifadəsində olmuş "xxxx" tərəfindən verilmiş **********127286 nömrəli kart hesabına Zərərçəkmiş şəxs tərəfindən 05 fevral 2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “Məryəm” marketdə quraşdırılmış “Millön” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 175 manat, 06 fevral 2022-ci il tarixdə saat 02:33-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69-da yerləşən “Socar” yanacaq doldurma məntəqəsində quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 80 manat, həmin tarixdə saat 03:26-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69-da yerləşən “Socar” yanacaq doldurma məntəqəsində quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 66 manat, həmin tarixdə saat 04:05-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69-da yerləşən “Socar” yanacaq doldurma məntəqəsində quraşdırılmış “Emanat ” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 100 manat, həmin tarixdə saat 06:10-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69-da yerləşən “Socar” yanacaq doldurma məntəqəsində quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 250 manat, həmin tarixdə saat 06:48-də ünvan 3-də yerləşən “Məryəm” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 200 manat, həmin tarixdə saat 07:10-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69-da yerləşən “Socar” yanacaq doldurma məntəqəsində quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 140 manat, həmin tarixdə saat 07:42-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69-da yerləşən “Socar” yanacaq doldurma məntəqəsində quraşdırılmış “Emanat ” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 200 manat, həmin tarixdə saat 10:19-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69-da yerləşən “Socar” yanacaq doldurma məntəqəsində quraşdırılmış “Emanat ” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 110 manat, həmin tarixdə saat 14:09-da Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi 15-də yerləşən “Saleh” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 150 manat, həmin tarixdə saat 18:31-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi 17 A-da yerləşən “Araz” marektdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 160 manat, həmin tarixdə saat 22 radələrində ünvan 4 ünvanının yaxınlığında mobil tətbiq vasitəsi ilə göndərilmiş 140 manat, xx.xx.2022-ci il tarixdə saat 00:20-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi 17 A-da yerləşən “Araz” marketdə quraşıdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 50 manat, həmin tarixdə saat 00:22-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir küçəsi 31-də yerləşən “Oba” marketdə quraşdırılmış “Kassam.az” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 250 manat, həmin tarixdə saat 00:34-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi 17 A-da yerləşən “Araz” marketdə quraşıdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 150 manat, həmin tarixdə saat 00:54-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir küçəsi 31-də yerləşən “Oba” marketdə quraşdırılmış “Kassam.az” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 250 manat, həmin tarixdə saat 02:45-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Yarış küçəsi 25-də yerləşən “Məryəm” marektdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 200 manat, həmin tarixdə saat 03:39-da ünvan 3-də yerləşən “Məryəm” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 200 manat, həmin tarixdə saat 05:23-də B akı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi 25də yerləşən “Məryəm” mareketdə quraşdırılmış “Emanat” aparatı vasitəsi ilə göndərilmiş 271 manat, həmin tarixdə saat 23:57-də ünvan 3-də quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 50 manat, xx.xx.2022-ci il tarixdə saat 00:00-da ünvan 3də yerləşən “Məryəm” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 40 manat, həmin tarixdə saat 04:09-da ünvan 3-də yerləşən “Məryəm” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 35 manat, həmin tarixdə saat 08:00-da ünvan 3-də yerləşən “Məryəm” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 100 manat, həmin tarixdə saat 10:05-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi ev 15-də yerləşən “Saleh” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 85 manat həmin tarixdə saat 11:29-da Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazınv küçəsi 17 A-da yerləşən “Araz” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə öndərilmiş 280 manat, həmin tarixdə saat 12:26-da Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ə.Sabir küçəsi 31-də yerləşən “Oba” marketdə quraşdırılmış “Kassam.az” ödomə terminalı vasitəsi vasitəsi ilə göndərilmiş 200 manat, həmin tarixdə saat 12:44-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ə.Sabir küçəsi 31-də yerləşən “Oba” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi vasitəsi ilə göndərilmiş 370 manat, həmin tarixdə saat 14:36-da Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi 17 A-da yerləşən “Araz” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 50 manat, həmin tarixdə saat 17:55-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ə.Sabir küçəsi 31-də yerləşən “Oba” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 650 manat, həmin tarixdə saat 20:04-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/G9-da yerləşən “Socar” yanacaq doldurma məntəqəsində quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 101 manat, xx.xx.2022-ci il tarixdə saat 02:01-də ünvan 3-də yerləşən “Məryəm” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 200 manat, həmin tarixdə saat 02:37-də ünvan 3-də yerləşən “Məryəm” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 70 manat, həmin tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ə.Sabir küçəsi 31-də yerləşən “Oba” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə göndərilmiş 150 manat, 34 manat, 20 manat. 20 manat, 25 manat, 100 manat, 40 manat, 100 manat, 150 manat, 30 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 6412 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ittihamın mahiyyətinə uyğun ifadə vermiş, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi, şikayəti və iddiası olmadığını, o cümlədən cinayət əməlinə görə dəymiş ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödədiyini göstərmiş, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edib və proses iştirakçılarını dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarında olan "xxxx" ASC-nin Baş ofisinin xx.xx.2023-cü il tarixli, 24190 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə xx.xx.2023-cü ildə 1607 (min altı yüz yeddi) manat pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, o cümlədən dövlət büdcəsinə dəymiş ziyanın iyirmi beş faizini ödəmişdir, belə olan halda CM-nin 72 və 73- 1.2-ci maddəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri iş üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 72, 73, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı və dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-354/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-354/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver