Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-355/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə, saat 15:39 radələrində X3 mülkiyətində olan, etibarnamə əsasında idarə etdiyi “Kia” markalı “Rio” modelli **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni, idarə etdiyi avtomobillə geriyə hərəkət edərkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələbləri pozub, idarə etdiyi avtomobili geriyə hərəkət etdirərkən həmin yolun sağ tərəfindən sol tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunun sağ mil sümüyünün aşağı 1/3-də yerdəyişən qapalı sınığı, sağ yanaq nahiyəsinin və sol sağrının yuxarı bayır nahiyəsinin qançırları, sağ dizin ön və bayır nahiyəsinin sıyrıqlarmdan ibarət ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə, saat 15:39 radələrində Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni Zərərçəkmiş şəxs qızma ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım avtomobili çağırmalı, zərərçəkən şəxs həyat üçün təhlükəli xəsarət aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bu tələbləri pozub yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yeridən qaçmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-EM-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsində müştəri götürmək üçün yolun sağ kənarında saxlayaraq, müştəri ilə telefonda danışmış, arxada dayanmış müştərini götürmək üçün nəqliyyat vasitəsini arxaya hərəkət edən zaman avtomobilin arxa hissəsi ilə piyadanı vurduğunu hiss etmişdir. Dərhal avtomobili saxlayaraq, vurduğu adının Məlahət olduğunu sonradan bildiyi piyada qadına yaxınlaşmışdır. Qadın qolunun qırıldığını deyərək qışqırırmış, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, avtomobildən su gətirib qadının əli-üzünü yumuşdur. Daha sonra qadına avtomobili kənara verib qayıdacağını deyərək avtomobilinə yaxınlaşmışdır. Hadisənin şokunda olduğu üçün və tutulmaqdan qorxduğundan avtomobillə vurduğu piyada qadına hər hansı bir tibbi yardım göstərmədən, tibbi yardım göpstərilməsi üçün TTYB-sı çağırmadan və hadisə barədə DİN-nə məlumat vermədən idarə etdiyi avtomobilə minib sürüb, oradan getmişdir. Bir neçə saat sonra ona polisdən zəng gəlmiş və piyadanı vurması ilə bağlı polisə çağrılmışdır. Hal-hazırda zərərçəkmiş şəxsə vurulmuş zərər tam ödənilmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hanısa şikayət və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindən “Heydər Əliyev” adma parkın kənarında olan səki ilə Q.Qarayev prospekti istiqamətində hərəkət edirmiş. Qarşı yola keçmək üçün orada olan bir istiqaməti avtomobil yolunu keçmək istəmişdir. Avtomobil yoluna diqqət edib, avtomobillərin gəlmədiyinə əmin olduqdan sonra yolu keçməyə başlamışdır. Birdən anidən sol tərəfindən qeydiyyat nişanını görmədiyi gümüşü rəngli “Kia” markalı avtomobil arxaarxaya hərəkət edərək onun sol tərəfindən vurmuşdur. Zərbədən sağ tərəfi üstə yıxılaraq xəsarət almış və ağrıdan qışqırmağa başlamışdır. Sağ qoluna baxdıqda qolunun qırıldığını başa düşmüşdür. Aldığı zərbədən sifətində və ayağında da xəsarətlər yaranmışdır. Hadisəni törədən sürücüsü avtomobildən düşərək ona yaxınlaşıb, telefonla danışdığı üçün onu görməyib ehtiyatsızlıqdan vurduğu deyib, onu vurduğuna görə üzr istəmişdir.O da həmin sürücüyə hadisə barədə polisə və xəstəxanaya məlumat verməyəcəyini deyərək, qolunun qırıldığını bildirərək, təcili olaraq onu xəstəxanaya aparmasını xahiş etmişdir. Sürücü ona su verib, avtomobili kənarə çəkib qayıdacağım bildirmişdir. Bundan sonra onun yanına kömək üçün yığışan tanımadığı şəxslər ona həmin sürücünün avtomobilinə əyləşib oradan uzaqlaşdığını bildirmişlər. O da tanımadığı şəxsdən xahiş edib, onun telefonu ilə həyat yoldaşına zəng etmiş, həyat yoldaşı Arif gəldikdən sonra TTYB zəng etmiş və 3 saylı Sabunçu rayon xəstəxanasına aparılmışdır. Bir neçə gün sonra hadisəni törədən adını sonradan bildiyi Ramal adlı şəxs yaşadığı evə qohumları ilə birlikdə gələrək, ondan hadisə ilə əlaqədar olaraq üzr istəmişdir. Hal-hazırda ona dəymiş ziyanı tam ödədiyi üçün Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində olan zaman Məlahət ona mobil telefonla zəng edərək, yolu keçmək istərkən minik avtomobilinin onu vurduğunu, avtomobilin sürücüsünün onu vurduqdan sonra avtomobilini sürüb getdiyini bildirərək, onu yanma çağırmışdır. O, Məlahətin təsvir etdiyi yerə, yəni ünvan 2 ünvanının qarşısına getdikdə Məlahətin səkidə oturduğunu, sol əli ilə sağ əlini tutduğunu görmüşdür. Məlahətdən nə baş verdiyini soruşduqda Məlahət ona C.Naxçıxanski küçəsindən “Heydər Əliyev” adma parkın kənarında olan səki ilə Q.Qarayev prospekti istiqamətində hərəkət edib, qarşı yola keçmək üçün oradakı bir istiqaməti avtomobil yolunu keçmək istərkən anidən sol tərəfindən arxaarxaya hərəkət edən gümüşü rəngli “Kia” markalı avtomobilin onu sol tərəfindən vuraraq yerə yıxdığını demişdir. Eləcə də Məlahət ona onu vuran avtomobilin sürücüsünün avtomobildən düşərək ona yaxınlaşıb, telefonla danışdığı üçün onu görməyib ehtiyatsızlıqdan vurduğuna görə üzr istədiyi bilmişdir. Məlahətin deməsinə görə həmin sürücüyə qolunun qırıldığını və təcili olaraq onu xəstəxanaya aparmağı xahiş edərək, hadisə barədə polisə və xəstəxanaya məlumat verməyəcəyini bildirmişdir. Bundan sonra onu vuran avtomobilin sürücüsü Məlahətə içməsi üçün su verib, avtomobili kənarə çəkib qayıdacağını deyərək, ondan kənarlaşmış və geri qayıtmamışdır. Məlatətin ətrafına toplaşmış səxslər onu vuran avtomobilin sürücüsünün avtomobilinə minərək, sürüb getdiyini demişlər. Bundan sonra Məlahət ətrafında olan şəxslərdən ona zəng etmələrini xahiş etmişdir. O, Məlahətin yanma gəldikdən sonra onun təcili tibbi yardıma ehtiyacı olduğunu görərək TTYB-na zəng etmişdir. Bir neçə dəqiqə sonra oraya gələn TTYB-sı Məlahətə ilkin tibbi yardım göstərdikdən sonra onu 3 saylı Sabunçu rayon xəstəxanasına aparmışlar. Xəstəxanada Məlahətin sağ mil sümüyünün sındığı müəyyən edilərək, lazımı tibbi yardım göstərilmişdir. Bir qədər sonra xəstəxanaya gəlmiş polis əməkdaşları Məlahətin göstərməsinə əsasən hadisə yerinə baxış keçirmişlər. Hadisədən bir neçə gün sonra hadisəni törədən adını sonradan bildiyi Təqsirləndirilən şəxs qohumları ilə birlikdə onun evinə gələrək, Məlahətdən hadisə ilə əlaqədar olaraq üzr istəmişlər. Sonrakı günlərdə Məlahətin müalicəsinə sərf etdikləri pul vəsaiti sürücü Ramal tərəfindən ödənildiyindən və Ramalın onlardan əməlinə görə üzr istədiyindən onunla barışmışlar. Hazırda sürücü Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbləri yoxdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 966 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyən edilmişdir ki, Zərərçəkmiş şəxs sağ mil sümüyünün aşağı 1/3-də yerdəyişən qapalı sınığı, sağ yanaq nahiyəsinin və sol sağrının yuxarı bayır nahiyəsinin qançırları, sağ dizin ön və bayır nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8/3020 nömrəli xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisələri üzrə ekspert rəyində müəyən edilmişdir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Rio” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tövsif edilmişdir. İş materillarına əlavə edilmiş ərizə və məhkəmə iclası zamanı verilmiş ifadəyə əsasən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd»inə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normasına əsasən Nizami Rayon Prokurorunun xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinə CM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, ittiham aktı Təqsirləndirilən şəxs CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə təsdiq olunmaqla cinayət işi baxılması üçün Nizami Rayon məhkəməsinə göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə isə hökm çıxarılmalıdır Belə ki, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 264-cü maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, himayəsində 1 övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış maddi sübut qismində tanınmış “KİA RİO” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4 təhvil verilməsi nəzərə alınmalı, baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materillarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülkki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay (bir il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat (səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış “KİA RİO” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4 verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-355/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-355/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver