Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-355/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, işləməyən, ikinci qrup əlil, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu, Balandin küçəsi, ev 42-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, P.Həşimov küçəsi, ev 90-da yaşamış, 08 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 yanvar 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı psixotrop maddə metamfetaminin bir hissəsini 08 yanvar 2025-ci il tarixdə ünvan 1 ünvanında pulunu sonradan ödəmək şərti ilə Şahid1, Şahid2 və Şahid3 satmış, həmin gün qeyd olunan ünvanda Şahid1, Şahid2, Şahid3 və özü qanunsuz olaraq əldə edib üzərlərində saxladıqları psixotrop maddə metamfetaminin bir qismini istehlak etdikdən sonra Nizami Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərarına əsasən Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13 radələrində o, Şahid1, Şahid2, Şahid3 ilə birlikdə göstərilən ünvan 1 ünvanında saxlanılaraq üzərlərində yoxlama aparılarkən onun əynində olan qara rəngli idman üst geyiminin sağ yan cibindən öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən satış məqsədi ilə saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0,226 qram, xeyli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid1 əynində olan qara rəngli şalvarının sol yan cibindən ondan aldığı 01 ədəd bükümdə, təmiz çəkisi 0,267 qram, xeyli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid2 əynində olan tünd yaşıl rəngli godəkçənin sağ yan cibindən ondan aldığı 01 ədəd bükümdə təmiz çəkisi 0,219 qram, xeyli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən isə ondan aldığı 01 ədəd bükümdə təmiz çəkisi 0,309 qram, xeyli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni sosial şəbəkədə tanımadığı şəxslərdən alır, kartlarına pul göndərir və onlar da narkotiki qoyduqları ünvanın şəklini ona göndərir, o da həmin yerdən götürür. Sonuncu dəfə 07 yanvar 2025-ci il tarixdə gecə saat 3-də Samirlə birlikdə narkotik istifadə etməsi üçün Etibarın evinə gəlmişdir. Kənanla orada kirayə qalırlar. Səhər saat 9-a işləmiş polislər gəlmiş, onları tutmuşlar. Yoxlanılan vaxt üzərlərində heç nə olmamışdır. Onu polis əməkdaşları aldadaraq sənədlərə qol çəkdirib narkotiki vermişlər. Çəkiliş etmişlər, demişlər ki, “səni inzibati ilə buraxacağıq”. Həmin vaxt Samir də orada olmuş, lakin narkotiki öz üzərinə götürməmiş və onu buraxmışlar. Onun cibinə “patı”nı qoymuşlar, amma o, heç vaxt “patı”dan istifadə etməmişdir. Onun istifadə etdiyi “kakos”dur, yəni narkotik vasitə heroindir. Yalandan deyirlər guya o, narkotik vasitəni nisyə vermişdir. Bu, qənddir, nədir, onu nisyə versin. O, narkotiki bir gün əvvəl İran vətəndaşından Samirlə birgə 40 manata almışdır. İstifadə etmək üçün Etibargilə getmiş, daha sonra da İlhamə gəlmişdir. Orada narkotik istifadə etmişlər. O, narkotik vasitəni Etibara pay vermişdir. İlhaməyə isə narkotik vasitə verməmişdir. İlhaməyə o, 5 manat taksi pulu vermişdir. Nisyə pul söhbəti olmamışdır. O, heç kəsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 10 yanvar 2025-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmir. Əvvəllər CM-nin 177-ci maddəsi ilə və başqa maddələrlə məhkum olunmuş, azadlıqdan məhrum olunmuşdur. Sol əli yoxdur, 2-ci qrup əlildir. O, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni sosial şəbəkədə tanımadığı şəxslərdən alır, kartlarına pul göndərir və onlar da narkotiki qoyduqları ünvanın şəklini ona göndərir, o da həmin yerdən götürür. Sonuncu dəfə 08 yanvar 2025-ci il tarixdə, saat təxminən 10 radələrində keçmiş türmə yoldaşı Etibar ondan narkotik vasitə istəmiş və bildirmişdir ki, öz puluna alsın, gələndə pulunu verəcəklər. O da sosial şəbəkədə tanış olduğu İran vətəndaşından 40 manata “patı” almışdır. Həmin gün saat 11 radələrində “lomka”dan çıxmaq üçün tanışı Samirlə birlikdə Etibarın kirayə yaşadığı Nizami rayonu, Ə.Hacıyev küçəsi, 79 ünvanına getmişdir. Orada olan zaman tanışı İlhamə zəng vurmuş və ağrıları olduğunu, təcili “patı” lazım olduğunu demişdir. O da olduğu evin ünvanını ona demişdir ki, gəlib götürsün, İlhamə həmin ünvana gəlmişdir. O, üstündə olan “patı”nı Etibar, Kənan, İlhamə, Samir və özü arasında bölmüşdür. O, 1-2 gün sonra verdiyi “patı”nın pulunu Etibar, Kənan, İlhamə və Samirdən alacaqdı. Çünki əlində olan mal qurtarandan sonra yenə də mal lazım olacaqdı. Onlar “patı”nı evdə qəbul etmək üçün Etibardan icazə istəmişlər, o da razı olmuş və birlikdə “patı”nı Etibarın kirayə qaldığı evdə qəbul etmişlər. Birinci dəfə idi ki, o, Etibarın evində “patı” qəbul edirdi, əvvəllər qəbul etməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Etibarın yaşadığı ünvan 1 ünvanında olan zaman sayını xatırlamadığı mülki geyimli şəxslər evə daxil olaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, daha sonra üzərlərində videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onun, Etibarın, Kənanın və İlhamənin üzərindən bükümlərdə “patı” aşkar edilmiş, polislər tərəfindən qablaşdırılmışdır. Samir ondan aldığı “patı”nın hamısını istifadə etdiyi üçün onun üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra onlar Nizami RPİ-yə dəvət olunmuşlar, bu barədə protokol tərtib edilmiş və onlar da protokolu imzalamışlar. O, uzun müddətdir ki, “patı” kimi tanıdığı narkotik vasitədən qəbul edir, sonuncu dəfə bir gün bundan əvvəl qəbul etmişdir. Qəbul etdiyi psixotrop maddədir və onu sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə edir. Həmin maddəni o, Ə.Hacıyev küçəsi 79 ünvanında Etibarla çəkmək üçün almış və Etibar da həmin evdə onlara narkotik vasitə istifadə etməyə şərait yaratmışdır. Üzərindən başqa heç bir yerdə narkotik vasitə saxlamır, onun üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsusdur. O, narkotik vasitələrin satışı ilə məşğul deyil və öz istifadəsi üçün qəbul edir. Üstündə olan malı qurtarandan sonra yenə almaq üçün pul lazım olduğundan Etibar, Kənan, İlhamə və Samirə demişdir ki, 1-2 günə pulu çatdırsınlar ki, yenə patı ala bilsin. O, saxlanılarkən üzərində mobil telefon olmuş, +9***-***-**-** mobil nömrədən istifadə edir və bundan başqa mobil nömrəsi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra göstərmişdir ki, o, həmin ifadə ilə razı deyil, istintaq zamanı deyilən yerlərə imza etmişdir. Hazırda məhkəməyə verdiyi ifadəni təsdiq edir. Amma ona qarşı yol verilmiş qanunsuz hərəkətlərlə bağlı hər hansı orqana şikayət verməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun illər əvvəldən narkotik vasitə istifadə etmiş, narkotik vasitəni təsadüfi tanış olduğu adamlardan almışdır. O, ünvan 2 ünvanındakı evdə kirayə yaşamışdır. 08 yanvar 2025-ci il tarixəd tutulmazdan təxminən 2 ay əvvəl Şahid2la “vasmoy”da tanış olmuş, Kənanın qalmağa ev axtardığını görmüş və onunla birlikdə qalmasını təklif etmiş, Kənan da razı olmuşdur. 08 yanvar 2025-ci il tarixdə Zaur və Samir narkotik vasitə istifadə edə bilmələri üçün onların qaldığı evə gəlmişlər. Daha sonra İlhamə də gəlmişdir. Zaur orada heç kəsə narkotik vasitə satmamışdır. Amma orada hər kəs Zaurun verdiyi narkotik vasitədən istifadə etmişdir. Sonra polis əməkdaşları gəlmiş, onları aldadaraq İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tənbeh olunacaqlarını vəd edərək narkotik vasitəni boyunlarına qoymuşlar. Həmin vaxt Samir də orda olmuş, lakin narkotik vasitəni boynuna almamış və onu buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, Zaur ona istifadə edə bilməsi üçün narkotik vasitə vermişdir. Amma qarşılığında Zaur ondan pul almamış, pay olaraq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 08 yanvar 2025-ci il tarixdə axşam saatlarında Etibargilə narkotik vasitə istifadə edə bilmək üçün getmişdir. O, əvvəldən Təqsirləndirilən şəxs tanımış, Şahid1lə sonradan tanış olmuşdur. Həmin vaxt evdə 3 nəfər olmuşlar. O, narkotik vasitəni Zaurdan nisyə götürmüş, daha sonra 10 manat verəcəyinə söz vermişdir. O, əvvəlcədən Zaurla telefon vasitəsi ilə əlaqə saxlamış, narkotik vasitə olub-olmadığını soruşmuş, Zaur ona Etibargilə gedəcəyini, onun da ora gəlməsini, köməklik edəcəyini bildirmişdir. Zaurdan əvvəllər də narkotik vasitə almış, arabir pulla, arada isə pulsuz almışdır. Daha sonra polis əməkdaşları gəlmiş, üzərinə baxış keçirmiş və narkotik vasitə çıxmışdır. O, Zaurdan aldığı həmin narkotik vasitənin yarısını istifadə etmiş, yarısı da üzərində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 yanvar 2025-ci il tarixdə Etibar adlı şəxsin kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən evdə tiryəkxana təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılmış araşdırmalarla həmin şəxsin ünvan 3 ünvanında qeydiyyatda olan Şahid1 olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra tədbirin həyata keçirilməsi üçün ondan, narkotiklərlə mübarizə bölməsinin digər əməliyyat müvəkilləri Şahid5, Şahid6, Şahid7 və PPXB-nin polis nəfəri Şahid8 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirdikləri tədbirlər nəticəsində 08 yanvar 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən evdə tiryəkxana təşkil etməkdə şübhəli bilinən Şahid1 və həmin mənzildə onunla birlikdə olan Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 və X3 tərəflərindən saxlanılmışdır. Onlara özlərini təqdim edb polis əməkdaşı olduqlarını, tiryəkxana təşkil etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirərək mənzili və üstlərini yoxlayacaqlarını demişlər. Yuxarıda adları qeyd olunan şəxslərin hər biri ayrı-ayrılıqda etiraz etməmişdir. Odur ki, mobil telefonla videoçəkiliş aparmaqla həmin şəxslərin üzərində qanunsuz əşya varsa onu təqdim etmələrini təklif etmişlər. İlk olaraq Şahid3 əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü və bir ədəd də “İnfinix” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüşdür. Şahid3 həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Şahid3 üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Şahid3 təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmışdır. Sonra Şahid1 əynində olan qara rəngli şalvarının sol yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü və bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bukumu açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüşdür. Şahid1 həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Şahid1 üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Şahid1 təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman üst geyiminin sağ yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü, bir ədəd “Mi” və bir ədəd də “Samsung” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü 08 yanvar 2025-ci il tarixdə, səhər saatlarında sosial şəbəkədən tanış olduğu İran vətəndaşından 40 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra Şahid2 əynində olan tund yaşıl rəngli gödəkçənin sağ yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü, bir ədəd “Samsung” və bir ədəd də “İphone” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüşdür. Şahid2 həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Şahid2 üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Şahid2 təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra Samir Məmmədovun üstü yoxlanılsa da, qanunsuz və sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet müəyyən edilməmişdir. Bundan sonra evə baxış keçirilmiş, otaqdakı masanın üzərində 5 ədəd narkotik vasitə qəbul etmək üçün şpris, 4 ədəd narkotik vasitə istifadə etmək üçün metal borucuq, 2 ədəd içərisində narkotik vasitə qalığına bənzər maddə olan ampula sübut əhəmiyyəti kəsb etdiyindən zərfə qoyulub qablaşdırılmışdır. Artıq bundan sonra onlar Şahid1, Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 və Samir Məmmədovu polis idarəsinə aparmışlar, polis idarəsində həmin şəxslərin üstlərinin və ünvan 4 ünvanında yerləşən evin yoxlanılması ilə bağlı protokol tərtib olunub toplanmış material maddi sübutlarla birlikdə təhqiqat şöbəsinə verilmişdir. Qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmiş, onu döyən, incidən olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü təqdim etmişdir. Həmin şəxsin məhkəmədə qeyd etdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid5, Şahid6, Şahid7 və Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid8, Şahid4la eyni məzmunlu ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 13) - 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (İ cild, i.v. 1-9) - 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, barəsində əməliyyat-axtarış tədbiri keçirilən Şahid1 kirayə yaşadığı Nizami rayonu, Ə.Hacıyev küçəsi, 79 ünvanında tiryəkxana saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı 08 yanvar 2025-ci il tarixdə, saat 13:00-da Ə.Hacıyev küçəsi, 79 ünvanında saxlanılan Şahid1 və həmin ünvanda onunla birlikdə saxlanılan Şahid3, Şahid2, Təqsirləndirilən şəxs və X2 hüquq və vəzifələri, o cümlədən tutulan andan etibarən müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Həmin şəxslər saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənlərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanılan şəxslərin saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl saxlanılan şəxslərə paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra saxlanılan şəxslərin üzərinə baxış keçirilmişdir. Şahid3 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə metamfetaminə bənzər kristal şəkilli maddə və 1 ədəd “İnfinix” markalı mobil telefonu təqdim etmişdir. Sonra Şahid3 üstü yoxlanılmış və üzərindən sübut əhəmiyyəti kəsb edən əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kristal şəkilli maddə qablaşdırılmış və 162 saylı mohurlə möhürlənmişdir. Şahid1 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə metamfetaminə bənzər kristal şəkilli maddə və 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sonra Şahid1 üstü yoxlanılmış və üzərindən sübut əhəmiyyəti kəsb edən əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kristal şəkilli maddə qablaşdırılmış və 162 saylı mohurlə möhürlənmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman üst geyiminin sağ yan cibindən 1 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə metamfetaminə bənzər kristal şəkilli maddə, 1 ədəd “Mİ”, 1 ədəd “Samsung” markalı mobil telefonları təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərindən sübut əhəmiyyəti kəsb edən əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kristal şəkilli maddə qablaşdırılmış və 162 saylı mohurlə möhürlənmişdir. Şahid2 əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə metamfetaminə bənzər kristal şəkilli maddə, 1 ədəd “Samsung”, 1 ədəd “İphone” markalı mobil telefonları təqdim etmişdir. Sonra Şahid2 üstü yoxlanılmış və üzərindən sübut əhəmiyyəti kəsb edən əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kristal şəkilli maddə qablaşdırılmış və 162 saylı mohurlə möhürlənmişdir. X1 üzərindən sübut əhəmiyyəti olan əşya, predmet aşkar edilməmişdir. Mənzilə baxış keçirilən zaman 1 otaqlı evdə olan masanın üzərində olan 5 ədəd narkotik vasitə qəbul etmək üçün şpris, 4 ədəd narkotik vasitə istifadə etmək üçün metal borucuq, 2 ədəd içərisində narkotik vasitə qalığına bənzər maddə olan ampula iş üçün subut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, baxış zamanı əhəmiyyəti üzrə digər əşya və predmet aşkar edilməmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin inzibatı binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxıl edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxıl olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1 ədəd DVD əlavə olunmuşdur. (İ cild, i.v. 28-30) - 08 yanvar 2025-ci il və 12 mart 2025-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən Şahid1 narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi, eyni zamanda ünvan 2 ünvanında tiryəkxana təşkil etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə, saat 13:00da ünvan 2 ünvanında olan zaman saxlanılmış, daha sonra üstləri yoxlanılmış, hər birinin üzərindən öz demələrinə görə 01 ədəd psixotrop maddə hesab edilən metamfetamin götürülməsi raportla qeyd olunmuş, eyni zamanda Ə.Hacıyev küçəsi, 79 ünvanına baxış keçirilən zaman mənzildən 05 ədəd şpris, 04 ədəd metal borucuq, 02 ədəd içərisində narkotik vasitə qalığına bənzər maddə olan ampula götürülmüş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 05 ədəd ağ rəngli zərfə baxış keçirilmiş, zərflər bağlı vəziyyətdə olmuş, zərflərin üzərində 02 ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 162 №-li möhürlə möhürlənmiş vəziyyətdə olmuş, zərfin üzərində saxlanılan şəxslərin imzaları, həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq imza H.Asılanov, imza Şahid5 və imza Şahid7 yazıları yazılmışdır, zərflərin tamlığı pozulmamışdır. Daha sonra 01 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Şahid1, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs onlardan psixotrop maddə aşkar olunması barədə bildirmələri əksini tapmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdıpr. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 01 ədəd DVD əlavə olunmuşdur. Həmin diskə müstəntiq tərəfindən 12 mart 2025-ci il tarixdə baxış keçirilərkən qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild, i.v. 40-41, İİ cild, 38-39) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 09 yanvar 2025-ci il tarixli 6/72 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 162” №-li dairəvi möhür əksi olan 5 ədəd paketdəki, -üzərində “Şahid1 üzərindən aşkar edilmiş maddə (imza) Babayev” yazısı və imzalar olan paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,267qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində: “Şahid2 üzərindən aşkar edilmiş maddə (imza) K.Aİşarov” yazısı və imzalar olan paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,219 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində: “Şahid3 üzərindən aşkar edilmiş maddə (imza) Şahid3” yazısı və imzalar olan paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,309 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs “ yazısı və imzalar olan paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,226 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində: “ünvan 5 ünvanında aşkarlanmış maddi sübut..” yazısı və imzalar olan paketdə, bir ədəd 2,5 ml-lik şpirisin və iki ədəd şüşə ampulanın içərisində narkotik vasitə olan heroinin və 4 ədəd metal borucuqların içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklində oduğu üçün heroinin və metomfetaminin təmiz çəkisini və təqdim olunmuş 4 ədəd paketdə olan metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Həmin paketdə olan 4 ədəd 1 ml-lik şprisin içərisində narkotik vasitələrin və psixotrop maddələrin izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Şahid1, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs üzərilərindən aşkar edilərək götürülmüş metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,226 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,176 qram olmuşdur. (Təqsirləndirilən şəxs münasibətdə, İ cild, i.v. 148-151) - 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Mi” və “Samsung” markalı mobil telefonlara baxış keçirilmişdir. Baxış zamanı “Samsung” markalı mobil telefonda nömrə olmamış və həmin telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. Baxış zamanı məlum olmuşdur ki, “Mi” markalı mobil telefonda ***-***-**-** saylı nömrə vardır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə ***-***-**-** saylı nömrənin yazdığı pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesaj mətni aşkar edilmişdir: “pulsuz heç nə istəmirəm, pulum var aqrıyıram mənə 10uq ver”. Bundan başqa telefona baxış zamanı “WhatsApp” proqramına daxil olduqda Təqsirləndirilən şəxs müxtəlif şəxslərə narkotik vasitə dövriyyəsi ilə məşğul olması barədə çoxsaylı mesajlar göndərməsi və mesajlar qəbul etməsi müəyyən edilmişdir, iş üçün əhəmiyyət kəsb edən bütün yazışmaların və nömrələrin fotoşəkilləri 11 vərəqdə çəkilərək protokola əlavə edilmişdir. Mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. (İİ cild, i.v. 43-54) - 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** saylı mobil nömrəsinə 01 noyabr 2024-cü il tarixdən 09 yanvar 2025-ci il tarixədək daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına, eləcə də 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixədək olan müddətin anten məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə digər şəxsin yazdığı pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə dövriyyəsi ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesajlar aşkar edilmişdir: xx.xx.2024 16:40:59 1.1.**********67 1.1.**********59 Emi. Bu Ramin. Gelmyib. Olun yesi. Zəng vurur mene. Bir söz dyerdin mende soyuqda qalmişam burda. xx.xx.2024 16:46:03 1.1.**********67 1.1.**********59 Emi. Birsoz dyerdida. Soyuqdan oldum burda. xx.xx.2024 16:52:25 1.1.**********67 1.1.**********59 Ay emi. Elim ayaqm. Döndü. Bir kəlmə cavab deyinde. Vermyeceyse. Çxm gedim da burda bele qalmayım. xx.xx.2025 17:32:38 1.1.**********67 1.1.**********59 Pulsuz heçnə ısdemreme emo plum var agryram. İmkna varsa. Mənə. 10uq ver. (İİ cild i.v. 77) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 14 mart 2025-ci il tarixli 1593 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təstiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müayinə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 101-102) - 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,226 qram psixotrop maddə metamfetamin, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və ünvan 6 ünvanına baxış keçirilən zamanı aparılmış video çəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən maddi subut hesab edılməmiş və sahibinə qaytarılmış, Təqsirləndirilən şəxs məxsus “Mİ” markalı mobil telefon və həmin telefonun yaddaşından çəkilmiş narkotik satışı ilə bağlı yazışmaların və nömrələrin 11 vərəq fotoşəkilləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, mobil telefon saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və 11 vərəq fotoşəkillərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməmiş, cinayət işinin istintaqı zamanı zəruri və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etmə mənbəyini müəyyən etmək mümkün olmadığından bununla bağlı əməliyyat tədbirlərinin davam etdirilməsi üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir. (İİ cild, i.v. 127-146) -“Elektron məhkəmə” informasiya sistemində yoxlama məlumatlarından görünür ki, Şahid3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, məhkum edilmişdir, Şahid1 və Şahid2 barəsindəki cinayət işləri məhkəmənin icraatındadır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır, toplanaraq tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması, həmin maddənin bir hissəsini 08 yanvar 2025-ci il tarixdə ünvan 1 ünvanında pulunu sonradan ödəmək şərti ilə Şahid1, Şahid2 və Şahid3 satması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir, təqsirləndirilən şəxsə məhz bununla bağlı ittiham verilmişdir. Hansı ki, həmin ittiham təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır, müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə əsasızdır. Təqsirləndirilən şəxs həmçinin üstünün yoxlanılması zamanı üzərində aşkar edilmiş qalan 0,226 qram psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada və məqsədlə əldə etdiyini bildirmişdir, hansı ki, bu, qeydə alınmış videogörüntülərlə də öz təsdiqini tapmışdır. Şahid1, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminlərin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olmaları ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs hazırda, əməliyyat-axtarış tədbirləri zamanı ona təzyiq göstərildiyi qeyd etsə də, ibtidai istintaq mərhələsində belə təzyiqlər olması, onların davam etməsi barədə bildirməmiş, cinayət işi müstəntiqin icraatında olarkən istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra həmin statuslarda verdiyi ifadələrində özünü təqsirli bilməsə də, işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Şahid3 artıq məhkəmə hökmü ilə təqsirli bilinərək məhkum edilmişdir, digər şəxslərin barələrindəki cinayət işlərinin məhkəmə baxışı davam etdirilir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və s. barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Şahid1 və Şahid2 məhkəmədə verdikləri ifadələrinə gəldikdə, nəzərə alınmaldır ki, həmin şəxslər psixotrop maddənin qanunsuz yolla əldə edərək üzərlərində saxlama əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmələri ilə yanaşı onlar təqsirləndirilən şəxslə yaxın münasibətdə olan şəxslərdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 yanvat 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 120) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 yanvat 2025ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 256-258) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli qərarı ilə cəzasının şəkilməmiş 02 ay 26 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (İ cild. i.v. 315-317, İİ cild i.v. 1-7) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə məhv edilməli, içərisində videogörüntü olan 01 ədəd disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş, içərisində müvafiq məlumatlar olan 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci müvafiq hissədə, yəni ekspertiza tədqiqatının ümumilikdə 4 nəfər təqsirləndirilən şəxsdən aşkar olunmuş maddələr üzrə aparılması nəzərə alınmaqla, təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra ümumi çəkisi 0,176 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, içərisində videogörüntü olan 01 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş, içərisində müvafiq məlumatlar olan 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 28,5 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 186 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-355/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-355/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver