Məhkəmə qərarları › İş №1(007)-356/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-356/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-356/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, xüsusi ittihamçı X6, onun nümayəndəsi və vəkili-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, barəsində şikayət verilmiş X3, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xüsusi ittihamçı X6, X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X9, X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı X7 ona və amansızcasına qətlə yetirilmiş oğlu X11 qarşı AR CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri törədib. Belə ki, barəsində şikayət verilən şəxs-Tofiq Şahmuradov internet sosial şəbəkələrində yayılan çoxsaylı çıxışlarında onu və mərhum oğlu Elçin Quliyevi dövlətə xəyanət etməkdə, düşmənə işləməkdə, əsgər ölümünə səbəb olmaqda, sui-qəsdlər hazırlamaqda və bu kimi xüsusilə ağır cinayətlər törətməkdə ittiham edərək qəsdən onlara böhtan atmış, təhqir etmişdir. T.Şahmuradov bu qanunsuz əməllərini, yalan və böhtanlarını, “Facebook”da “hərbi xəbərlər” başlığı altında yaydığı yazıları vasitəsi ilə edib. Məsələn, Tofiq Şahmuradov “hərbi xəbərlər” başlığı altında “Facebook” da yazır “...Əvvəla dünən danışan qadının oğlu X4? Nə edib? Tərtərdə N saylı briqada maddi-texniki təminat tağımında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən, 2017-ci ilin mayında vətənə xəyanətə görə həbs edilən X13. Bu xəyanətkar istintaq prosesində müəmmalı şəkildə ölməsinə baxmayaraq, istintaq prosesində könüllü etirafları, vətənə xəyanətə görə tutulan digər xainlərin etiraflarına görə vətən xaini kimi tanınmış, istintaqın yekun qərarı ilə 274, 338.1, 338.2, 341.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətmiş və təqsirli bilinmişdir. Son günlər bu xainin anası avropada maliyyələşən kütləvi informasiya vasitələrinə çıxaraq oğlunun günahsız olduğunu iddia edərək, dövlətimizə, ordumuz haqqında şər-böhtan kompaniyası aparır və s...” Bundan başqa müxtəlif vaxtlarda oğlunun və onun şəkillərini yanaşı qoyaraq, hər ikisinin üstünə ‘‘Vətən xaini Quliyev Elçin” sözlərini yazmaqla onlara böhtan atmış və təhqir etmişdir. Onun oğlu X13 2017-ci ildə, şərti adı “Tərtər hadisələri” olan cinayət təqibi prosesində ermənilərə işləməkdə ittiham olunaraq, xüsusi vəhşiliklə və amansızlıqla, qəddarcasına verilmiş işgəncələr nəticəsində bir neçə gün içində qətlə yetirilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi göstərişi ilə 16 dekabr 2021-ci ildə yenilənmiş istintaq nəticəsində oğlunun təqsirsizliyi barədə qərar qəbul edilmişdir. O isə, övladını məhz vətənpərvərlik ruhunda, xalqına, Vətəninə sədaqət, sevgi ruhunda tərbiyə edən bir ana olaraq, oğlunun təqsirsizliyinə elə birinci gündən inandığı üçün, həmin vaxtdan da, oğlunun haqq və hüquqlarının müdafiəsi uğrunda mübarizə aparır. O, heç bir kanalda nə dövlətiə, nə də orduya qarşı heç bir kompaniya aparmamış, yalnız oğlunun günahsız olduğuna tam əmin olduğu üçün, təkbaşına, illərlə mübarizə aparmış və nəticə etibarı ilə oğlunun günahsız olduğu sübut edilib və bəraətini alıb. Lakin bu bağışlanmaz əməli ilə X7 ona - yeganə oğlu dəhşətli işgəncələrlə öldürülən, hər gün yarasının qaysağı qoparaq qanayan, oğul dağlı bir anaya və onun ailəsinə çox böyük mənəvi zərər vurub. O, 5 ildir cəmiyyətin Tofiq Şahmuradov kimi kəsimi tərəfindən vətən xaininin anası kimi, hər addımda bu cür insanların tənəli baxışlarını üzərində hiss etmişdir. Bütün bunlara səbəb isə məhz, Tofiq Şahmuradov və onun kimi, öz maraq və məqsədləri fonunda danışan insanlar olub. Əgər sual etsələr ki, özünü hərbi jurnalist kimi göstərən X1 və hansı məcburiyyətdən ona aidiyyatı olmayan işdən danışır, kimlərisə təhqir edir, yaxud böhtan atır? 2016-cı ildə baş tutan “aprel döyüşləri”ndə xüsusilə qəhrəmanlıqlar göstərmiş şanlı ordumuzun igid, rəşadətli əsgər və zabitlərinə qarşı 2017-ci ilin may ayından başlayaraq törədilmiş vəhşi və qəddar cinayət işindən hansı formada xəbərdardır, yaxud, həmin cinayətin iştirakçısıdırmı? Həmin cinayət işinin materialları ilə tanışdırmı? Onu kim vadar edir ki, qəhrəman vətən oğullarına “vətən xaini” damğası vursun? Ümumiyyətlə, onun bu işlərlə hansı şəkildə əlaqəsi var və günahsız olduqları halda vəhşicəsinə döyülərək və tikətikə, parça-parça edilərək öldürülmüş ogullara birbaşa “vətən xaini” damğası vuraraq, necə həqarət edə bilir, onları və valideyn olaraq onu tərbiyəsiz və əxlaqsız şəkildə necə söyür və söydürür? Hesab edir ki, bütün bu sualların Tofiq Şahmuradov tərəfindən cavablandırılması mümkünsüzdür. Lakin oğlu X10 günahsız olduğuna əmin olub, inandığı kimi, ona da inanır ki, T.Şahmuradov etdiyi böhtan və təhqirlər üçün, həmçinin, yuxarıda qeyd etdiyi suallar əsasında bir gün mütləq və mütləq cavab verməli olacaq. Lakin indiki halda, X7 “Facebook”da getmiş çıxışı ilə ona həm mənəvi, həm də maddi ziyan vurub. O, Tofiq Şahmuradovun ona vurduğu mənəvi ziyanı 50000 manat, oğluna vurduğu mənəvi ziyanı isə 100000 manat məbləğində qiymətləndirir. Təbii ki, bu məbləğlər onlara vurulmuş ziyanın real əvəzi deyil və heç bir məbləğ də bunu əvəz edə bilməz. Ancaq bu aşağılama, təhqir etmə prosesi, Tofiq Şahmuradovun milyonlarla insana yayılan bu yalan və böhtanlarının nəticələrini aradan qaldırmaq üçün, oğlunun vətən xaini olmadığını, özünün isə nümunəvi övlad böyütdüyünə insanları inandırmaq üçün ən azı 5 il boyunca da internet sosial şəbəkələrində, eləcə də müxtəlif saytlarda və kütləvi informasiya vasitələrində təbliğat aparmalıdır. Buna isə xeyli maddi vəsait lazımdır. Azərbaycan Respublikasının vətəndaşı X3 AR CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və ona 147.2-ci maddəsinin sanksiyasında göstərilən ən ağır cəza - 3 il azadlıqdan məhrum etmə cəzasının verilməsini, Tofiq Şahmuradovdan onun xeyrinə 150000 manatın tutulması haqqında qərar qəbul edilməsini, Tofiq Şahmuradovun üzərinə, onun və oğlu Elçin Quliyevin haqqında “Facebook” vasitəsi ilə yazıb yaydığı əsassız fikirlərini təkzib etmək vəzifəsinin və “X2, X8 və onun oğlu X11 attığım böhtana və haqlarında yaydığım yalana görə üzr istəyirəm” məzmunlu üzr istəmə vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X9 şikayətin dəlillərini müdafiə etmiş və şikayətin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 nümayəndəsi və vəkili Müdafiəçi2 şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X7 şikayətin dəlilləri ilə razılaşmayıb göstərmişdir ki, şikayətə sübut qismində əlavə edilən materialdan görünür ki, həmin material və məlumatlar 23 fevral 2019-cu il tarixdə hansısa saytın “herbi_xeberler” bölümündə paylaşılmışdır, müəllif də qeyd olunmamışdır. Habelə müəllif kimi təqdim olunan şəxsə aid olması güman edilən fotoşəkildəki o deyil. Buna baxmayaraq, şikayət onun barəsində verilmişdir. Onun adı isə “herbi_xeberler” deyil, Tofiq Şahmuradovdur. İstinad olunan yazıda qeyd olunanlar onun fikirləri deyil, onun sosial şəbəkə hesabında yayılmamışdır, onun cinayət məsuliyyətinə cəlb edilməsinə imkan verən hər hansı əsas, sübut mövcud deyildir. Sübut qismində təqdim olunan materiallara münasibətdə isə müddət ötürülmüşdür. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X3 vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, xüsusi ittihamçı X9 şikayətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş X7 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi barədə dəlillərini göstərməmiş, sübutlarını təqdim etməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə qeyd edir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, şikayətdə istinad olunan əməlin məhz X7 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və şikayətdə əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim edilməsi, xüsusi ittiham qaydasında şikayətin müraciət edilmiş məhkəməyə aidiyyətini və ya işin ərazi aidiyyəti üzrə hansı məhkəməyə aid olmasını müəyyən edən haldır. Bu səbəbdən də, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim olunması mütləq şərtdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bununla bağlı Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 299.3.1-ci maddələrinin tələbinə də əməl edilməmişdir. Şikayətdə istinad olunan əməlin X3 yaşadığı yer üzrə Bakı şəhəri Nizami rayonu ərazisində törədildiyi ehtimal edilərsə, bunun üçün zəruri şərtdir ki, yuxarıda istinad olunan tələblərə əməl edilmiş olsun. Yəni, əməlin X7 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməli və şikayətdə əsaslandırılmalıdır. Şikayətin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı nəzərə alınmalıdır ki, qanunvericilik məhz onu təsbit etmişdir ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə digər məlumatlarla yanaşı törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi (CPM-nin 293.3.2-ci maddəsi); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (CPM-nin 293.3.3-cü maddəsi) göstərilməli, daha sonra isə buna dair sübutlar təqdim olunmalıdır. Hansı ki, sübut qismində təqdim olunan, internet informasiya ehtiyatında yayılması ehtimal edilən material müəllifi göstərilməməklə və adı qeyd olunmayan internet saytının və ya digər sosial şəbəkə hesabının “herbi_xeberler” bölümündə (23 şubat 2019) dərc edilmişdir, bu internet saytının və ya digər sosial şəbəkə hesabının isə X5 aid, məxsus olması, böhtan və ya təhqir hesab olunan məlumatların müəllifinin həmin şəxs olması müəyyən deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X6 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Yuxarıda istinad olunan Plenum Qərarının 19-cu bəndinə əsasən izah edilmişdir ki, xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün müəyyən ağlabatan şərtlər (mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitələrində təkzib verilməsi, ondan üzr istənilməsi və sair) irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtlərə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsi haqqında qərarda əks olunmalıdır. Qərarın 21-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fıziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçı X9 barəsində şikayət verdiyi X3 ona 50000 manat məbləğində maddi, 100000 manat məbləğində isə mənəvi ziyan vurduğunu şikayətində qeyd etsə də, şikayətin nəticə hissəsində ümumi tutulmalı olan məbləği birlikdə, 150000 manat şəklində göstərmiş, həmin məbləğin hansı hissəsini maddi, hansı hissəsini mənəvi ziyan şəklində tələb etdiyini konkretləşdirməmişdir. Digər yandan məhkəmənin qənaətinə görə, xüsusi ittihamçı şikayətinin məhkəmə icraatının mümkün hesab edilməsindən sonra, məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verməli, bu zaman mülki iddianın verilməsi qaydasına və şərtlərinə əməl etməli (forma, məzmun, dövlət rüsumunun ödənilməsi və s.), eləcə də məhkəmə baxışının ittiham hökmünün çıxarılması ilə nəticələndiyi halda məhkəmənin ödənilməsini qərara alacağı ehtimal olunan ziyanın miqdarını müəyyən etməsi üçün təqsirləndirilən şəxsin əmlak vəziyyətinə dair də sübutlarını təqdim etməlidir. Hansı ki, baxılan şikayətə münasibətdə həmin qayda və tələblərə də əməl olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittihamçı X6, X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 06 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302.1.8 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X6, X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 06 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 36 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar