Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-356/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, ev 4/45-də qeydiyyatda olan və ünvan 1-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlamış və narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə satış məqsədi olmadan tanışı Şahid1 pulunu sonradan ödəmək şərtilə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla kirayədə yaşadığı ünvan 1 ünvanında Şahid2, Şahid1 və Şahid3 psixotrop maddə istehlak etmələri üçün şərait yaradaraq tiryəkxana təşkil edib, saxlamaqla həmin evdə özü, Şahid2, Şahid1 və Şahid3 qanunsuz olaraq əldə etib üzərilərində saxladıqları psixotrop maddə metamfetaminin bir qismini istehlak etdikdən sonra Nizami Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərarına əsasən Nizami Rayon Polis idarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində göstərilən tarixdə saat 13 radələrində qeyd edilən ünvan 1 ünvanında o, Şahid1, Şahid2 və Şahid3 ilə birlikdə saxlanılaraq üzərilərində yoxlama aparılarkən onun əynində olan qara rəngli şalvarın sol yan cibindən öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 01 ədəd bükümdə təmiz çəkisi 0,267 qram, xeyli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid2 əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,219 qram, xeyli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, Şahid3 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,309 qram, xeyli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, Şahid1 əynində olan qara rəngli idman üst geyiminin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,226 qram, xeyli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və həmin ünvanda olan masanın üzərindən içərisində heroin izləri olan 01 ədəd 2,5 ml-lik şpris və 02 ədəd ampula, içərisində psixotrop maddə metamfetamin izləri olan 04 ədəd metal borucuqlar və 04 ədəd 1 ml-lik şprislər aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-in 234.1 və 238.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, hər şey ittiham aktından göstərilən kimi olmuşdur. Özü narkotik vasitə istifadəçisidir. Evdə Kənanla birlikdə olmuş, daha sonra Zaur gəlmiş, birlikdə narkotik vasitə qəbul etmişlər. Əvvəllər belə bir hal olmamış, ilk dəfə olmuş, onun tiryəkxana təşkil etmək niyyəti olmamışdır. Həmçinin tiryəkxana təşkil etməmişdir. O, heç kimi çağırmamış, onların gəlməsi təsadüfi baş vermişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni təsadüfi tanış olduğu adamlardan alır. Kənanla birlikdə ünvan 2 ünvanında kirayə yaşayırlar. O, həmin evi 3 ay əvvəl tutmuş, təxminən 2 ay əvvəl də Kənanla «vasmoy»da tanış olmuş, onun da qalmağa ev axtardığını görmüş və onunla birlikdə qalmalarını ona təklif etmiş, Kənan da razı olmuşdur. O, Zauru bir müddətdir ki, tanıyır və 08.01,2025-ci il tarixdə, saat 10-11 radələrində Zaura zəng vurub ağrısı olduğunu, üstündə patı olub-olmadığını soruşmuşdur. Zaur da təşkil edə biləcəyini demişdir. O da evə gətirməsini demişdir. Təxminən 1 saat sonra Zaur Samir adlı şəxslə birlikdə onun yaşadığı ünvana gəlmişlər. Zaurdan patı gətirdiyini soruşanda o da gətirdiyini demişdir. O, Zaura demişdir ki, malı versin, pulunu sonra verəcək, Zaur da ona 1 büküm patı vermişdir. Zaur ona nisyə patı verdiyi üçün sonra ona 15 manat verəcəkmiş. Daha sonra Zaur bir büküm də yanında gələn Samirə vermiş və ona da demişdir ki, pulunu sonra verər. Bundan sonra Zaur və Samir evdə patı qəbul edə biləcəklərini ondan soruşmuş, o da razılıq vermiş, daha sonra onlar birlikdə patı qəbul etmişlər. O, Zaurdan aldığı patının yarısını istifadə etmiş, qalan yarısını isə saxlamışdır ki, başqa vaxtı istifadə edər. Daha sonra onların evinə İlhamə adlı Zaurun tanışı gəlmişdir, İlhamə Zaurdan patı istəmiş, lakin pulunun olmadığını, pulunu sonra verəcəyini demiş, Zaur ona da pulunu sonra vermək şərti ilə patı vermişdir. Həmin qadın ağrılarının olduğunu bildirmiş və patını evdə qəbul etməsi üçün ondan icazə istəmişdir. O da razılıq vermiş və həmin qadın da evdə patını qəbul etmişdir. Daha sonra Kənan evə gəlmiş, stolun üstündə şprislər və patı qəbul etmək üçün əşyaları görüb bilmişdir ki, evdə patı qəbul etmişlər. O, evdə patı qəbul edilməsinə narazılığını bildirmişdir. Daha sonra Kənan da Zaurdan patı istəmiş və pulunu sonra verəcəyini demişdir. Zaur Kənana da pulunu sonradan vermək şərti ilə bir büküm patı vermiş və Kənan da evdə patı qəbul eləmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində kirayə yaşadığı ünvan 3 ünvanında olan zaman sayını xatırlamadığı mülki geyimli şəxslər evə daxil olaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, daha sonra üzərilərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onun, Zaurun, Kənanın və İlhamənin üzərindən bükümlərdə patı, həmçinin evdən şprislər və narkotik qəbulunda istifadə olunan borucuqlar aşkar edilmiş və polislər tərəfindən qablaşdırılmışdır. Samir Zaurdan aldığı patının hamısını istifadə etdiyi üçün onun üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra onlar Nizami RPİ-yə dəvət olunmuş, bu barədə protokol tərtib edilmiş və onlar da protokolu imzalamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o uzun müddətdir ki, patı kimi tanıdığı narkitok vasitədən qəbul edir, sonuncu dəfə 1 gün bundan əvvəl qəbul etmişdir. Qəbul etdiyi psixotrop maddədir və onu onunla birlikdə saxlanılan Zaur adlı tanışından əldə edir. Həmin maddəni o, Ə.Hacıyev 79 ünvanında müxtəlif insanlarla çəkir və həmin evdə onunla birlikdə narkotik vasitiə istifadə etməyə onlara şərait yaradır. Evində narkotik vasitə istifadə etməyə şərait yaratdığı şəxslər narkotik vasitəni özləri ilə gətirir, tutulduqları gün isə onlara narkotik vasitəni Zaur satmışdır. O, heç kimdən pul almır, sadəcə hamısı narkotik istifadəçisi olduqlarından xahiş edirlər, o da razılaşır. Üzərindən başqa heç bir yerdə narkotik vasitə saxlamır, onun üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsusdur. O, narkotik vasitələrin satışı ilə məşğul deyil və istifadəsi üçün qəbul edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əlavə ifadəsində ilkin ifadəsində göstərdiklərinə qismən dəyişiklik edərək bildirmişdir ki, Zaur ona 1 büküm patı pay vermişdir. Daha sonra Zaur və Samir ondan evdə patı qəbul edə biləcəklərini soruşmuşlar. O da razılıq vermişdir. Daha sonra onlar birlikdə patı qəbul etmişlər. O, Zaurdan aldığı patının yarısını istifadə etmiş, qalan yarısını isə saxlamışdır ki, başqa vaxtı istifadə edər. Daha sonra onların evinə İlhamə adlı Zaurun tanışı gəlmişdir. Sonra Kənan evə gəlmiş və stolun üstündə şpirislər və patı qəbul etmək üçün əşyaları görüb bilmişdir ki, evdə patı qəbul etmişik. Kənan evdə patı qəbul edilməsinə narazılığını bildirmişdir. Bildirmişdir ki, o, həmin zaman patı qəbul etdiyi üçün bir qədər halı özündə deyilmiş, İlhamə və Kənanın patı qəbul edib-etmədikləri yadında deyil. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami Rayon Polis idarəsinin X2 əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, 08 yanvar 2025-ci il tarixdə Nizami Rayon Polis İdarəsinə Etibar adlı şəxsin kirayə yaşadığı ünvan 4 ünvanında yerləşən evdə tiryəkxana təşkil etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmçinin ünvanda zəruri tədbirlərin həyata keçirilməsi üçün məhkəmə qərarı alınmış, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 4 ünvanına daxil olaraq evdə tiryəkxana təşkil etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs və həmin evdə onunla birlikdə olan 3-4 nəfər kişi və 1 nəfər qadın tərəflərindən saxlanılmışdır. Mobil telefonla videoçəkiliş aparmaqla həmin şəxslərin üzərində qanunsuz əşya varsa, onu təqdim etmələrini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində olan bir ədəd bükümü təqdim etmiş, onun içərisində ağ rəngli kristal şəkilli maddə - metamfetaminə bənzər maddə olduğu görünmüşdür. Evin qapısı Təqsirləndirilən şəxs tərəfindən açılmış, onlara qarşı etiraz göstərilməmiş, zor tətbiq olunmamışdır. Evə baxış keçirilərkən otaqdakı masanın üzərində şpris və digər ləvazimatlar müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə ünvan 4 ünvanında aylıq 100 manat verməklə birlikdə kirayə qalır. 08 yanvar 2025-ci il tarixdə mənzildə ondan və Etibardan başqa Zaur adlı şəxs də olmuş, Zaur onlarla birlikdə yaşamamış, 2-3 saatlıq gəlmiş, həmçinin Zaurdan əlavə İlhamə adlı qadın da mənzildə olmuş, belə ki İlhamə Zaurun tanışı olmuş, onu aparmaq üçün mənzilə gəlmiş, lakin İlhamə gəldikdən bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişdir. Həmin gün nə onda, nə Zaurda narkotik vasitə olmamışdır. Narkotik vasitədən həmin günü Təqsirləndirilən şəxs istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami Rayon Polis idarəsinin X2 əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 08 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs kirayə götürdüyü ünvan 4 ünvanında yerləşən evdə tiryəkxana təşkil etmə barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, ünvanda zəruri tədbirlərin həyata keçirilməsi üçün məhkəmə qərarı alınmışdır. Keçirdikləri tədbirlər nəticəsində 08 yanvar 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 4 ünvanında yerləşən evdə tiryəkxana təşkil etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs və həmin evdə onunla birlikdə olan digər şəxslər saxlanılmışdır. Həmin şəxslər fərqli-fərqli ünvanlarda yaşayan tamam fərqli şəxslər olmuşdur. Mobil telefonla videoçəkiliş aparmaqla həmin şəxslərin üzərində qanunsuz əşya varsa, onu təqdim etmələrini təklif etmişlər, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində olan bir ədəd içərisində metamfetamin olan bükümü təqdim etmişdir. Evə baxış keçirilərkən otaqdakı masanın üzərində narkotik vasitə qəbul etmək üçün şpris, 4 ədəd narkotik vasitə istifadə etmək üçün metal borucuq, 2 ədəd içərisində narkotik vasitə qalığına bənzər maddə olan ampula aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər CM-in 177-ci maddəsi ilə və başqa maddələrlə məhkum olunmuş, azadlıqdan məhrum olunmuşdur. Sol əli yoxdur, 2-ci qrup əlildir. O, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni sosial şəbəkədə tanımadığı şəxslərdən alır, kartlarına pul göndərir və onlar da narkotiki qoyduqları ünvanın şəklini ona göndərir, o da həmin yerdən götürür. Sonuncu dəfə 8 yanvar 2025-ci il tarixdə, saat təxminən 10 radələrində keçmiş türmə yoldaşı Etibar ondan narkotik vasitə istəmiş və bildirmişdir ki, öz puluna alsın, gələndə pulunu verəcəklər. O da sosial şəbəkədə tanış olduğu iran vətəndaşından 40 manata patı almışdır. Həmin gün saat 11 radələrində lomkadan çıxmaq üçün tanışı Samirlə birlikdə Etibarın kirayə yaşadığı Nizami rayonu, Ə.Hacıyev küçəsi, 79 ünvanına getmişdir. Orada olan zaman tanışı İlhamə zəng vurmuş və ağrıları olduğunu, təcili patı lazım olduğunu demişdir. O da olduğu evin ünvanını ona demişdir ki, gəlib götürsün, İlhamə həmin ünvana gəlmişdir. O, üstündə olan patını Etibar, Kənan, İlhamə, Samir və özü arasında bölmüşdür. O, 1-2 gün sonra verdiyi patının pulunu Etibar, Kənan, İlhamə və Samirdən alacaqmış. Çünki əlində olan mal qurtarandan sonra yenə də mal lazım olacaq. Onlar patını evdə qəbul etmək üçün Etibardan icazə istəmiş, o da razı olmuş və birlikdə patını Etibarın kirayə qaldığı evdə qəbul etmişlər. Bildirir ki, o birinci dəfə idi ki, Etibarın evində patı qəbul etmiş, əvvəllər qəbul etməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Etibarın yaşadığı ünvan 3 ünvanında olan zaman sayını xatırlamadığı mülki geyimli şəxslər evə daxil olaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, daha sonra üzərilərində videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onun, Etibarın, Kənanın və ilhamənin üzərindən bükümlərdə patı aşkar edilmiş, polislər tərəfindən qablaşdırılmışdır. Samir ondan aldığı patının hamısını istifadə etdiyi üçün onun üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra onlar Nizami RPİ-yə dəvət olunmuş, bu barədə protokol tərtib edilmiş və onlar da protokolu imzalamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o uzun müddətdir ki, patı kimi tanıdığı narkitok vasitədən qəbul edir, sonuncu dəfə 1 gün bundan əvvəl qəbul etmişdir. Qəbul etdi psixotrop maddədir və onu sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə edir. Həmin maddəni o, Ə.Hacıyev 79 ünvanında Etibarla çəkmək üçün almış və Etibar da həmin evdə onlara narkotik vasitiə istifadə etməyə şərait yaratmışdır. Üzərindən başqa heç bir yerdə narkotik vasitə saxlamır, onun üzərindən aşkar edilmiş psixotrop maddə ona ona məxsusdur. O, narkotik vasitələrin satışı ilə məşğul deyil və öz istifadəsi üçün qəbul edir. Üstündə olan malı qurtarandan sonra yenə almaq üçün pul lazım olduğundan Etibar, Kənan, İlhamə və Samirə demişdir ki, 1-2 günə pulu çatdırsınlar ki, yenə patı ala bilsin. O, saxlanılarkən üzərində mobil telefon olmuş, +9***- ***-**-** mobil nömrədən istifadə edir və bundan başqa mobil nömrəsi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, təxminən 4-5 aydır ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni təsadüfi tanış olduğu adamlardan və Zaur adlı şəxsdən, 5-6 manat, 10 manata alır. xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində o, Zaura zəng vuraraq ağrıları olduğunu, patı lazım olduğunu, təşkil edib-edəməyəciyini soruşmuşdur. Zaur da demişdir ki, üstündə patı var və onu olduğu yerə, yəni Bakı şəhəri, Nizami rayonu Ə.Hacıyev küçəsi, 79 saylı evə çağırmışdır. O, həmin evə getmiş və görmüşdür ki, evdə Zaurdan başqa evin sahibi Etibar və tanımadığı başqa iki nəfər kişi də var. Həmin 2 kişi hallı vəziyyətdə uzanmış, onların az müddət əvvəl narkotik istifadə etdiklərini başa düşmüşdür. O, Zaurdan patı istəmiş və demişdir ki, pulunu bir neçə gündən sonra verəcək. O, Zaura 2 gündən sonra 10 manat verəcəkmiş. Zaur da ona bir büküm patı vermişdir. O, həmin bükümdəki patının bir hissəni qəbul etmək üçün evin sahibi, yəni adını sonradan bildiyi Etibardan icazə istəmiş, Etibar da razı olmuş və o, Zaurun verdiyi bükümdə olan patının bir hissəsini iyləmək yolu ilə qəbul etmiş, qalanını da əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlamışdır ki, başqa vaxt istifadə edər. Həmin evdə olan zaman, yəni xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində sayını xatırlamadığı mülki geyimli şəxslər evə daxil olaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, daha sonra üzərilərində videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onun, Zaurun, Etibarın, Kənanın üzərindən bükümlərdə patı aşkar edilmiş və polislər tərəfindən qablaşdırılmışdır. Daha sonra onlar Nizami RPİ-yə dəvət olunmuş, bu barədə protokol tərtib edilmiş və onlar da protokolu imzalamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o üzərindən 01 ədəd bükümdə aşkar olunmuş psixotrop maddə olan metamfetamini xx.xx.2025-ci il tarixdə Zaurdan nisyə 10 manata almış, pulunu 2 gün sonra verəcəkmiş. O, Zaurdan əvvəllər də patı almış, hər dəfə Zaura 5-6, 10 manat vermişdir. Üzərində başqa heç bir yerdə narkotik vasitə saxlamır, onun üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsusdur. Narkotik vasitələrin satışı ilə məşğul deyil, istifadəsi üçün qəbul edir. O, saxlanılarkən üzərində mobil telefon olmuş və +9***-***-**-** mobil nömrədən istifadə edir, bundan başqa mobil nömrəsi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin X2 baş əməliyyat müvəkkili Şahid4, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid6 və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid8 ibtidai istintaqa verdikləri ifadələrində şahidlər Şahid5 və Şahid7 ilə eyni məzmunlu ifadələr verərək onların göstərdiklərini təsdiq etmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/72 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi olan 5 ədəd paketdəki; -üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,267 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində “Şahid2 üzərindən aşkar edilmiş maddə (imza) K.Aİşarov” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,219 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində “Şahid3 üzərindən aşkar edilmiş maddə (imza) Şahid3” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,309 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində “Şahid1 üzərindən aşkar edilmiş maddə (imza) Şahid1” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,226 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində “ünvan 5 ünvanında aşkarlanmış maddi sübut..” yazısı və imzalar olan paketdə bir ədəd 2,5 ml-lik şprisin və iki ədəd şüşə ampulanın içərisində narkotik vasitə olan heroinin və 4 ədəd metal borucuqların içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və təqdim olunmuş 4 ədəd paketdə olan metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyidir. Həmin paketdə olan 4 ədəd 1 ml-lik şprisin içərisində narkotik vasitələrin və psixotrop maddələrin izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 və Şahid1 üzərilərindən aşkar edilərək götürülmüş metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2025-ci il tarixli, 1594 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSlS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 238.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər də dəfələrlə məhkum olunduğundan, hazırda da məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən və onun hazırki əməli cinayətin residivini yaratdığından ona CM-nin 234.1 və 238.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də cinayət əməli törətməyə görə dəfələrlə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmişdir. Lakin buna baxmayaraq onun yenidən cinayət əməli törətməsi onun islah olunmadığını, təyin olunmuş cəzalardan nəticə çıxarmadığını sübut etmiş olur. Beləliklə, qeyd olunan hal təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istisna edir. Belə ki, daha yüngül cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmanı qeyri-mümkün etmiş olacaqdır. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 05 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-11/2025 nömrəli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hökm çıxarıldığı hazırki vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı, heroinin izləri olan bir ədəd 2,5 ml-lik şpris, iki ədəd şüşə ampula, içərisində psixotrop maddə metamfetaminin izləri olan 4 ədəd metal borucuq və 4 ədəd 1 ml-lik şpris məhv edilməli, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və ünvan 1 ünvanına baxış keçirilən zamanı aparılmış video çəkilişin 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 30 iş saatı müddətinə bərabər olmaqla, 03 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 18 manat (3x6) məbləğində, 27 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 297 manat (27x11) məbləğində olmaqla, cəmi 315 (üç yüz on beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 08 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-də “F19x2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 114 manat məbləğin ¼ hissəsi, yəni 28.5 manat (iyirmi səkkiz manat 50 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,217 qram olan psixotrop maddəmetamfetamin, heroinin izləri olan 1 ədəd 2,5 ml-lik şpris, 2 ədəd şüşə ampula, içərisində psixotrop maddə metamfetaminin izləri olan 4 ədəd metal borucuq və 4 ədəd 1 ml-lik şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və ünvan 1 ünvanına baxış keçirilən zamanı aparılmış video çəkilişin 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 315 (üç yüz on beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-356/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-356/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver