Məhkəmə qərarları › İş №1(007)-357/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-357/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-357/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 98A, mənzil 87 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 229.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah, hazırlamış, əldə etmiş və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə, gecə saat 02 radələrində icarə əsasında işlətdiyi, ünvan 2 ünvanında yerləşən suvener əşyalarının satışı mağazasında qum materialdan hazırladığı xüsusi formaya malik qablara qurğuşun əridərək tökməklə kustar üsulla beşbarmaq (kastet) tipində vurucu-əzici xassəyə malik olan, təyinatları üzrə istifadəyə yararlı soyuq silah hesab edilən 18 ədəd beşbarmaq formalı metal predmetləri satış məqsədi ilə qanunsuz olaraq hazırlayaraq əldə etmişdir, bundan başqa, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan şəxsdən soyuq silah hesab edilən 5 (beş) ədəd, içində zavod üsulu ilə hazırlanmış təyinatları üzrə istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik maçeta tipli bıçaqlar olan vurucu-əzici xassəyə malik, dəyənəklər tipində hazırlanmış vurucu-əzici və kəsici deşici xassələrə malik olan dəyənəklər-maçeta tipli, kombinə edilmiş boruformalı metal predmetləri qanunsuz olaraq satış məqsədilə əldə edərək işlətdiyi həmin mağazada saxlamış, 25 noyabr 2022-ci il tarixdə saat 15radələrində qeyd edilən ünvanda yerləşən mağazada qanunsuz olaraq hazırladığı 01 ədəd soyuq silah olan beşbarmaq formalı metal predmeti 50 manat pul müqabilində Şahid3 satmış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şahid3 tərəfindən həmin soyuq silah olan beşbarmaq formalı metal predmet könüllü olaraq Bakı şəhəri Xətai rayonu Yusif səfərov 45 ünvanda yerləşən Bakı şəhəri Baş Polis İdarəsinə təhvil verilmiş, bundan sonra xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri Baş Polis İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə icarə əsasında işlətdiyi, ünvan 5 ünvanında yerləşən mağazaya baxış keçirilən zaman oradan beşbarmaq (kastet) tipində vurucu-əzici xassəyə malik olan, təyinatları üzrə isifadəyə yararlı soyuq silah hesab edilən 17 ədəd beşbarmaq formalı metal predmetlər, 5 (beş) ədəd, içində zavod üsulu ilə hazırlanmış təyinatları üzrə istifadəyə yararlı olan bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik maçeta tipli bıçaqlar vurucu-əzici xassəyə malik, dəyənəklər tipində hazırlanmış vurucu-əzici və kəsici deşici xassələrə malik olan dəyənəklər-maçeta tipli, kombinə edilmiş boruformalı metal predmetlər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında yerləşən mağazanı təxminən 2022-ci ilin avqust ayından icarə əsasında işlədir. Həmin mağazada müxtəlif növ suvenir əşyalar, bıçaq, büjiteriya, saat, qolbaq, metaldan olan “katana-dubinka” adlanan xəncərlər, quruğuşun metalından hazırlanmış beşbarmaqların satışını həyata keçirir. Həmçinin, qeyd etdiyi əşyaların “Tik Tok" və “İnstagram” sosial şəbəkələrində “For_mens_baku” adlı səhifə yaradaraq orada elanını yerləşdirməklə satışını həyata keçirir. 25 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində iki nəfər mülki geyimdə olan şəxs işlədiyi mağazaya gələrək özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim etmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü polis əməkdaşlarına təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmiş və o, etiraz etməyib polis əməkdaşları ilə Baş idarəyə getmişdir. Baş İdarədə həmin tarixdə saat 15 radələrində Şahid3 beşbarmaq satıb-satmamağını sual etmişlər, o, həmin şəxsə 50 manata beşbarmaq satdığını bildirmiş və bununla bağlı izahat vermişdir. O, polis əməkdaşlarına söhbət zamanı işlətdiyi ünvan 2 ünvanında yerləşən mağazada da beşbarmaq, bıçaq və digər əşyalar olduğunu söyləmişdir. Həmin vaxt polis əməkdaşları ondan icarə əsasında işlətdiyi mağazaya onlar tərəfindən baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, mağazaya baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanında yerləşən işlətdiyi mağazaya getmişlər. Polis əməkdaşları mağazanın qarşısından keçən bir nəfər oğlanı və bir nəfər qadını mağazaya dəvət edib onlara mağazaya keçiriləcək baxışda hal şahidi qismində iştirak etmələrini təklif etmişlər və həmin şəxslər etiraz etməmişlər. Bundan sonra polis əməkdaşları ona mağazada qanunla daşınması, saxlanılması və ya satışı qadağan olunan hər hansı əşya və ya predimetin olub-olmamasını sual etmişlər. O, həmin vaxt mağazada olan qəhvəyi rəngli dolabın siyirməsini açaraq satışını həyata keçirdiyi 17 ədəd quruğuşun metalından hazırlanmış beşbaqmaqları təqdim etmişlər. Bundan sonra mağazada vitirinlərdə (rəflərdə) olan 7 ədəd ortadan qatlanar bıçağı, 51 ədəd içərisində bıçaq olan kəmər başlıqlarını, 5 ədəd “katana-dubinka” adlanan xəncərləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları qeyd olunan əşyaların iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyini ona izah edib orada fotoşəkillərini çəkib qablaşdırmaqla götürmüşlər. Bundan sonra protokol tərtib edilmişdir. O və digər iştirakçılar protokolu imzalamışlar. İcarə əsasında işlədiyi mağazadan aşkar edilərək götürülmüş 17 ədəd beşbarmağı qurğuşun metalından əridərək kustar üsulu ilə satıb qazanc əldə etmək məqsədilə özü hazırlamış və hər birinin satışını 40-50 manata həyata keçirmiş, digər əşyaları isə 2 ay əvvəl “katana-dubinka”ları Bakı şəhəri Sabunçu rayonunda yerləşən “Bit bazarı” adlanan yerdən tanımadığı şəxslərdən almış, bıçağın bir ədədini 5 manata, kəmər başlıqlarının bir ədədini 20 manata, “katana-dubinka”nın bir ədədini isə 50 manata satışını həyata keçirmiş, həmin əşyaların bir qismini satmış, yerdə qalan hissəsi isə mağazada qalmışdır. O, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində adının ona Soltan olduğunu bildirən şəxsə 50 manata bir ədəd beşbarmaq satmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini bildirdi və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 229.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, uşaq yaşlarından müxtəlif formalı bıçaqlar və digər kəsici alətlərə marağı olduğundan daima sosial şəbəkələrdə bıçaqların satışı ilə bağlı reklamları izləmişdir. Təxminən 23 noyabr 2022-ci il tarixdə o, «tik tok» və «instagram» sosial şəbəkəsində bıçaqların satışı ilə bağlı elan görüb, həmin elanada olan telefon nömrəsinə «vhatsapp» ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs telefonda ona adının Səməd olduğunu və bıçaq və digər kəsici alətləri satdığı mağazanın Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsincə yerləşdiyini bildirmiş və mağazaya gəlib bıçaqlara yerində baxmağı təklif etmişdir. O da 25 noyabr 2022-ci il tarixdə, saat 15:00- da həmin mağazaya getmişdir. Həmin mağazada vitrində çoxlu sayda müxtəlif ölçülü bıçaqların olduğunu görmüşdür. O, həmin bıçaqların bir neçəsi ilə maraqlanmış və satışda olan bir ədəd bıçaq onun xoşuna gəlmişdir. Səməd adlı satıcı həmin bıçağın satış qiymətinin 75 (yetmiş beş) manat təşkil etdiyini bildirmiş və həmin bıçağı ona 50 manata sata biləcəyini demişdir. Həmin vaxtı Səməd həmçinin satışda «beş barmaq» olduğunu bildirmiş və istəsə ona göstərə biləcəyini demişdir. Səmədin ona almağını təlkif etdiyi «beş barmaq» onu cəlb etdiyi üçün ona göstərməsini xahiş etmişdir. Səməd etiraz etməyib mağazada daxılın altındakı siyirməni açıb, orada olan beşbarmaqlan İna göstərmişdir. Həmin siyirmədə çoxlu sayda «beş barmaq» olduğunu görmüş və onlardar bir ədədi qara rəngli, üzərində müxtəlif rəngli saplardan toxunma olan «beş barmaq» onun xoşuna gəlmişdir. Səməd həmin «beş barmaq» adlanan əşyanı ona 50 manata satacağını bildirmişdir. O, Səməddən qiymətdə endirim etməsini xahiş etdikdə Səməd «beş barmaq» adlanan əşyaya endirim clmadığını, digər əşyalara endirim edə biləcəyini demişdir. O, Səmədə həmin mağazanın içərisində əlbə-əl 50 (əlli) manat pul verib «beş barmaq» adlanan əşyanı Səməddən alaraq mağazanı tərk edərək yaşadığı evə getmişdir. O, internetdə müxtəlif səhifələrdən və hazırda xatırlamadığı tanışlarından «beş barmaq» ilə maraqlanarkən ona məlum olmuşdur ki, «beş barmaq» adlanan əşyanı üzərində gəzdirmək qanunsuzdur. Buna görə də o, xx.xx.2022-ci il tarixdə həmin «beş barmaq» adlanan əşyanı özümlə götürüb Bakı şəhəri Baş Polis İdarəsinə getmiş, orada bununla bağlı ərizə ilə müraciət etmiş və həmin «beş barmaq» adlanan əşyanı könüllü olaraq polis əməkdaşlarıra təqdim etmişdir. Bununla bağlı protokol tərtib olunmuş, həmin protokol iştirakçılar və cnun tərəfindən imzalanmışdır. Bununla bağlı o, həmin idarədə ətraflı izahat vermişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o, yalnız bir dəfə, yəni 25 noyabr 2022-ci il tarixdə, saat 15.00-da Səmədin işlədiyi şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən mağazada Səməddən 50 manat pulun müqabilində «beş barmaq» adlanan əşya almışdır. Həmin əşyanın qanunsuz olduğunu bilərək, istifadə etmədən dərhal, həmin gün Bakı şəhəri Baş Polis İdarəsinə gedərək təhvil vermişdir. Şahid Bakı Şəhər BPİ-nin Cinayət Axtarış idarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 25 noyabr 2022-ci il tarixdə vətəndaş Şahid3 Bakı Şəhər BPİ-nə ərizə ilə müraciət edərək «instagram» və «Tik tok» sosial şəbəkəsində «Səməd» adlı şəxsin müxtəlif ölçülü bıçaqların satışı ilə məşğul olduğunu görüb, 25 noyabr 2022-ci il tarixdə sonuncunun bıçaqların satışını həyata keçirdiyi ünvan 6 ünvanında yerləşən mağazaya gedib 50 manat pul ödəməklə «Səməd» adlı şəxsdən bir ədəd beşbarmaq almış, beşbarmağı gəzdirməyin qanunsuz olması barədə məlumat əldə etdikdən sonra həmin əşyanı könüllü olaraq təhvil vermək qərarına gəlmiş və «Səməd» adlı şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan sonra Bakı Şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, Şahid4 və onun iştirakı ilə vətəndaş Şahid3 «Səməd» adlı şəxsdən aldığı qara rəngli, üzərində rəngli saplardan toxumalar olan beş barmağı könüllü surətdə təqdim etmiş və həmin beş barmaq tərəfindən götürülərək qablaşdırılmış və protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Keçirilmiş tədbirlər nəticəsində «Səməd» adlı şəxsin xx.xx.2000ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, subay, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov raycnu, X3 küçəsi, ev 98A, mənzil 87 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonuncu idarəyə dəvət olunaraq vermiş olduğu ilkin izahatında həmin xüsusatları təsdiq edərək icarə sasında işlətdiyi mağazada müxtəlif növ suvenir əşyalar, bıçaqlar, metaldan olan «ka:ana-dubinka» adlanan xəncərlər, qurğuşun materialdan hazırlanmış beş barmaqların sışı ilə məşğul olduğunu, 25 noyabr 2022-ci il tarixdə, saat 15:00-da Şahid3 50 manat pulun müqabilində bir ədəd beşbarmaq satdığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi mağazaya baxış keçirilməsinə etirazının olmamağına dair Bakı Şəhər BPİ-nə ərizə ilə müracit etmişdir. Bundar sonra xx.xx.2022-ci il tarixdə, saat 20:40-dan etibarən Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 6 ünvanında yerləşən mağazaya yollanmışar. Baxış keçirilməsi üçün oraya iki nəfər hal şahidi dəvət olunmuşdur. Hal şahidlərinə hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs mağazada olan qanunla saxlanması, daşınması və satışı qadağan edilmiş əşya və ya predmetləri könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs mağazada olan qəhvəyi rəngli dolabın siyirməsini açaraq 6 ədəd gümüşü rəngli metaldan olan «beşbarmaq» adlanan əşyanı, 7 ədəd sarı rəngli metaldan olan «beşbarmaq» adlanan əşyanı və 4 ədəd qara rəngli metaldan olan «beşbarmaq» adlanan əşyanı təqdim etmişdir. Ümumilikdə 17 ədəd həmin əşyanın beş barmaq olduğunu və həmin əşyaları satmaq üçün mağazada saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs mağazada divara bərkidilmiş piştaxta rəfə yaxınlaşıb rəfin üzərində düzülmüş 5 ədəd yaşıl və qara rənglərdən ibarət parça meterialından üzlükləri olan əşyaları təqdim edib həmin əşyaların «ktana-dubinka» olduqlarını bilcirmişdir. Həmin əşyalara baxış keçirilən zaman üzlükləri içərisində qara rəngli boru formalı əşyaların olması, açılan zaman isə hər birinin içərisində xəncərə bənzər kəsici-deşici alətlərin olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs rəflərə düzülmüş 51 ədəd boz rəngli parıltılı metaldan olan kəmər başlıqlarını təqdim etmiş və həmin əşyaların hər birinin üzərinə birləşdirilmiş kiçik ölçülü bıçağa bənzəyən əşyaların olması müəyyən olunmuşdur. Daha sonra 5 ədədinin tutacağı sarı rəngli, 2 ədədinin tutacağı isə qəhvəyi rəngli olan, orta hissədən qatlanan ümumilikdə 7 eded bıçağı təqdim etdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin əşyaların satışını həyata keçirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd «beşbarmaq», 5 ədəd «katana-dubinka», 51 ədəd kəmər başlıqlan və 7 ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Baxış və götürülmə aparılmasına dair protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Bakı Şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilmiş ifadələrindən görünür ki, onlar şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar anoloji ifadə vermişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 23 noyabr 2022-ci il tarixdə, təxminən saat 20 radələrində o, şəxsi işləri ilə əlaqədar ünvan 6 ünvanından piyada keçərkən polis əməkdaşları ona yaxınlaşıb adını qeyd etdiyi, lakin onun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs işlədiyi ünvan 6 ünvanında yerləşən mağazaya sonuncunun iştirakı ilə baxış keçirilməsi üçün hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O, buna etiraz etməyib iştirak etməyə razılıq vermişdir. Həmin vaxtı ondan başqa bir nəfər də onun kimi oraya hal şahidi qismində dəvət olunmuşdur. Bundan sonra ona və digər hal şahidinə hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs mağazada olan qanunla saxlanması, daşınması və satışı qadağan edilmiş əşya və ya predmetləri könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs mağazada olan qəhvəyi rəngli dolabın siyirməsini açaraq 6 ədəd gümüşü rəngli metaldan olan «beşbarmaq» adlanan əşyanı, 7 ədəd sarı rəngli metaldan olan «beşbarmaq» adlanan əşyanı və 4 ədəd qara rəngli metaldan olan «beşbarmaq» adlanan əşyanı təqdim etmişdir. Ümumilikdə 17 ədəd həmin əşyanın beş barmaq olduğunu və həmin əşyaları satmaq üçün mağazada saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs mağazada divara bərkidilmiş piştaxta rəfə yaxınlaşıb rəfin üzərində düzülmüş 5 ədəd yaşıl və qara rənglərdən ibarət parça meterialından üzlükləri olan əşyaları təqdim edib həmin əşyaların «ktana-dubinka» olduqlarını bildirmişdir. Həmin əşyalara baxış keçirilən zaman üzlükləri içərisində qara rəngli boru formalı əşyaların olması, açılan zaman isə hər birinin içərisində xəncərə bənzər kəsici-deşici alətlərin olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs rəflərə düzülmüş 51 ədəd boz rəngli parıltılı metaldan olan kəmər başlıqlarını təqdim etmiş və həmin əşyaların hər birinin üzərinə birləşdirilmiş kiçik ölçülü bıçağa bənzəyən əşyaların olması müəyyən olunmuşdur. Daha sonra 5 ədədinin tutacağı sarı rəngli, 2 ədədinin tutacağı isə qəhvəyi rəngli olan, orta hissədən qatlanan ümumilikdə 7 ədəd bıçağı təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin əşyaların satışını həyata keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd «beşbarmaq», 5 ədəd «katana-dubinka», 51 ədəd kəmər başlıqları və 7 ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs, onun və digər hal şahidinin iştirakı ilə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış və götürülmə apa'ilmasına dair protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Baxış və götürülmə zamanı mağazanın və Təqsirləndirilən şəxs təqdim etdiyi həmin əşyaların foto şəkilləri çəkilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar anoloji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxış tədqiq edilmiş: -Məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1676 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 5 (beş) ədəd, içində kəsici-deşici alətlər olan boruformalı metal predmetlər - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik maçeta tipli bıçaqlar və vurucu-əzici xassəyə malik olan dəyənəklər tipində hazırlanmış, vurucu-əzici və kəsici deşici xassələrə malik olan, dəyənək-maçeta tipli, kombinə edilmiş soyuq silahlardır və təyinatları üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş, vət. Təqsirləndirilən şəxs işlətdiyi mağazadan götürüldükləri qeyd olunan 17 (on yeddi) ədəd v əvət. Şahid3 könüllü təqdim etdiyi qeyd edilən 1 (bir) ədəd, cəmi 18 (on səkkiz) ədəd beşbarmaq formalı metal predmetlər - kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahlardırlar və təyinatları üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş, üzərlərinə bıçaqlar keçirilmiş 51 (əlli bir) ədəd toqqa formalı predmetlər - kustar üsulla hazıranmış, məişətdə istifadə edilən, bel kəmərinə birləşdirmək üçün nəzərdə tutulmuş predmetlərdirlər - toqqadırlar, onların üzərinə keçirilmiş bıçaqlar isə həmçinin kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarıdırlar, həmin toqqalar və bıçaqlar soyuq silah hesab edilmirlər və təyinatları üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş və şərti olaraq «1»-dən «7»-dək rəqəmlərlə işarələnmiş 7 (yeddi) ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarıdırlar, soyuq silah hesab edilmirlər və təyinatları üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş, eyni konsturksiyaya malik olan «2» və «3» rəqəmləri ilə işarələnmiş bıçaqlar (foto şəkil6) qatlanandırlar, tiyə və dəstək hissəsindən ibarət olub, açıq vəziyyətdə ümumi uzunluqları - 143 mm-dir. Həmin bıçaqların tiyələri bozumtul-parıltılı rəngli olmaqla metaldan hazırlanmışdır, bir tərəfləri küt, digər tərəfləri küt, digər tərəfləri kəsici, ucları batıcı xassəyə malikdir. Kəsici tərəfləri hər iki zlərindən itilənmişdir. Tiyələrin ucları küt və kəsici tərəflərin qövsvari formada bir-birinə doğru istiqamətlənərək birləşməsi nəticəsində əmələ gəlmişdir və orta xəttən aşağıda yerləşir. Tiyələrin küt tərəfləri daban hissələrindən başlayaraq 15 mm uzurluqda dalğavarimişarvari işlənmişdir və küt tərəflərində 04 ədəd təxminən düzxət formalı dəliklər vardır. Tiyələrin sol üzərində «Stainless» yazısı - zavod işarəsi həkk edilmişdir. Bıçaqların tiyələrinin orta xəttdən uzunluqları - 62 mm, orta hissəsində eni - 18 mm, maksimal qalınlıqları - 1,8 mm-dir. Bıçaqların dəstəklərinin əsası bozumtul-parıltılı rəngli metaldandır və tiyələrin davamı deyildir. Dəstəklərin səthinə qəhvəyi rəngli ağacaoxşar materialdan hazırlanmış üzlük qoyulub, hər üzdən 02 ədəd vintlə bərkidilmişdir. Dəstəklərin sol üzərində tiyəni açıb-bağlamaq və üstündə bağlı vəziyyətdə möhkəm saxlamaq üçün nəzərdə tutulan metal düyməciklər vardır. Onların üst orta hissələrində uzunluğu 27 mm, diametri 8 mm olan silindrik formalı, gümüşü-parıltılı rəngli, açılıb-bağlanan kiçik elektrik fonarı birləşdirilmişdir. Bıçaqların dəstəklərinin uzunluqları 81 mm, orta hissədə eni - 20 mm, orta hissədə qalınlıqları -14 mm-dir. Bıçaqların üzərində təyinatları üzrə istifadə olunmalarına mane ola biləcək zədə, nasazlıq yoxdur. Tədqiq edilən «2» və «3» rəqəmləri ilə işarələnmiş bıçaqların yuxarıda göstərilən zavod işarələrinə, ölçülərinə, konstruktiv əlamətlərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlümatlara əlasən belə müəyyən olunur ki, onlar, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarıdırlar, soyuq silah hesab edilmirlər və təyinatları üzrə istifadəyə yararlıdırlar. Təqdiqata təqdim edilmiş, eyni konstruksiyaya malik olan «4», «5» «6» və «7» rəqəmləri ilə işarələnmiş bıçaqlar qatlanandırlar, tiyə və dəstək hissədən ibarət olub, açıq vəziyyətdə ümumi uzunluqları - 143 mm-dir; -xx.xx.2022-ci il tarixli telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilərkən müəyyən olundu ki, həmin telefon qara rəngli «Samsung» markalı, «Galaxy A31» modellidir. Mobil telefonda olan «vhasapp» tətbiqinə baxış keçirilən zaman aşağıdakılar müəyyən olundu. Həmin telefonun vatsapp sosial şəbəkəsi +994-55-930-25- 08 mobil nömrəsi ilə yaradılmışdır. Vatsapp sosial şəbəkəsi daxil olduqda çoxulu sayda nömrələrlə beş barmaq satışının həyata keçirilməsi barədə yazışmalar vardır. Həmin yazışmmaların fotoları çıxarılaraq materiala əlavə edilmişdir. Həmçinin də mobil telefonun tiktok sosial şəbəkəsi olan proqramında @for_mens_baku05 profil vasitəsiylədə beş barmaqların satışının həyata keçirilməsi öz əksini tapmışdır. Foto şəkillər çəkilərək materiala əlavə edildi. Baxış zamanı Təqsirləndirilən şəxs həm vatsap, həm də tik tok sosial şəbəkəsi vasitəsiylə soyuq silah olan beşbarmağın satışını həyata keçirdiyini bildirmişdir. -xx.xx.2023-cü il tarixli 339 saylı Məhkəmə Psixatrik Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli törədən zaman anlaqlı olduğu və hazırkı vəziyyətdə psixi vəziyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. -25 noyabr 2022-ci tarixdə Bakı Şəhər BPİ-nin Cinayət Axtarış idarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid6 tərəfindən tərtib edilmiş «könüllü təqdim etmə haqqında» protokoldan görünür ki, 25 noyabr 2022-ci il tarixdə vətəndaş Şahid3 Bakı Şəhər BPİ-nə ərizə ilə müraciət edərək «İnstagram» və «Tik tok» sosial şəbəkəsində «Səməd» adlı şəxsin müxtəlif ölçülü bıçaqların satışı ilə məşğul olduğunu görüb, 25 noyabr 2022-ci il tarixdə sonuncunun bıçaqların satışını həyata keçirdiyi ünvan 6 ünvanında yerləşən mağazaya gedib 50 manat pul ödəməklə «Səməd» adlı şəxsdən bir ədəd beşbarmaq almış, beşbarmağı gəzdirməyin qanunsuz olması barədə məlumat əldə etdikdən sonra həmin əşyanı könüllü olaraq təhvil vermək qərarına gəlmiş və «Səməd» adlı şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan sonra Bakı Şəhər BPİ-nin Cinayət Axtarış idarəsinin baş əməliyyat müvəkkili, Şahid4 və iştirakı ilə vətəndaş Şahid3 «Səməd» adlı şəxsdən aldığı qara rəngli, üzərində rəngli saplardan toxumalar olan beş barmağı könüllü surətdə təqdim etdi və həmin beş barmaq tərəfindən götürülərək qablaşdırıldı və protokol tərtib edilərək iştirakçılar və mənim tərəfimdən imzalarla təsdiqləndi. -25 noyabr 2022-ci tarixdə Bakı Şəhər Baş Polis idarəsinin istintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən tərtib edilmiş «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:40-dan etibarən Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 6 ünvanında yerləşən mağazaya iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs mağazada olan qəhvəyi rəngli dolabın siyirməsini açaraq 6 ədəd gümüşü rəngli metaldan olan «beşbarmaq» adlanan əşyanı, 7 ədəd sarı rəngli metaldan olan «beşbarmaq» adlanan əşyanı və 4 ədəd qara rəngli metaldan olan «beşbarmaq» adlanan əşyanı təqdim etdi. Ümumilikdə 17 ədəd həmin əşyanın beş barmaq olduğunu və həmin əşyaları satmaq üçün mağazada saxladığını bildirdi. Sonra Təqsirləndirilən şəxs mağazada divara bərkidilmiş piştaxta rəfə yaxınlaşıb rəfin üzərində düzülmüş 5 ədəd yaşıl və qara rənglərdən ibarət parça meterialından üzlükləri olan əşyaları təqdim edib həmin əşyaların «katana-dubinka» olduqlarını bildirdi. Həmin əşyalara baxış keçirilən zaman üzlükləri içərisində qara rəngli boru formalı əşyaların olması, açılan zaman isə hər birinin içərisində xəncərə bənzər kəsici-deşici alətlərin olması aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs rəflərə düzülmüş 51 ədəd boz rəngli parıltılı metaldan olan kəmər başlıqlarını təqdim etdi və həmin əşyaların hər birinin üzərinə birləşdirilmiş kiçik ölçülü bıçağa bənzəyən əşyaların olması müəyyən olundu. Daha sonra 5 ədədinin tutacağı sarı rəngli, 2 ədədinin tutacağı isə qəhvəyi rəngli olan, orta hissədən qatlanan ümumilikdə 7 ədəd bıçağı təqdim etdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin əşyaların satışını həyata keçirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd «beşbarmaq», 5 ədəd «katana-dubinka», 51 ədəd kəmər başlıqları və 7 ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürüldü. Baxış və götürülmə aparılmasına dair protokol tərtib olunaraq ucadan oxundu və iştirakçılar tərəfindən imzalarla təsdiqləndi. Baxış və götürülmə zamanı mağazanın və Təqsirləndirilən şəxs təqdim etdiyi həmin əşyaların foto şəkilləri çəkildi. -25 noyabr 2022-ci tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən tərtib edilmiş «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Samsung Galaxy A31» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür və maddi subut olaraq tanınmışdır. -Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş - 18 (on səkkiz) ədəd beşbarmaq formalı metal predmetlər, 5 (beş) ədəd, içində kəsici-deşici alətlər olan boruformalı metal predmetlər maddi sübut kimi tanınaraq məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPl-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, iş üzrə maddi sübut kimi tanınmış 51 ədəd kəmər başlıqlı bıçaq və 07 ədəd qatlanan bıçaq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qaytarılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 229.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 74 (yetmiş dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, 18 ədəd beşbarmaq formalı metal predmet, 5 ədəd içində kəsici-deşici alətlər olan boru formalı metal predmet məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, 01 ədəd “Samsung Galaxy A31” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı və iş üzrə maddi sübut kimi tanınmış 51 ədəd kəmər başlıqlı bıçağın və 07 ədəd qatlanan bıçağın ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 229.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 44 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 264 manat (44x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 229.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 229.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə məhkəmə ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 74 (yetmiş dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, 18 ədəd beşbarmaq formalı metal predmet, 5 ədəd içində kəsici-deşici alətlər olan boru formalı metal predmet məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, 01 ədəd “Samsung Galaxy A31” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 51 ədəd kəmər başlıqlı bıçağın və 07 ədəd qatlanan bıçağın ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 44 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 264 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar