Məhkəmə qərarları › İş №1(007)-359/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-359/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-359/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində aparılmış, ittiham aktı Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən təsdiq olunaraq, aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq orqanı tərəfindən verilmiş ittihama görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə olarkən, müayinə üçün Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin 2-ci vərəm şöbəsində müvəqqəti saxlanılarkən “X1 İntizam Qaydaları” ilə həbsdə saxlanılanlar üçün qadağan olunmuş əşya hesab edilən daxilində danışıq kartı olmayan, işlək vəziyyətdə, “Hope” markalı, “BM750” modelli “**********00158” imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş və xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən alınmış əməliyyat məlumatının yoxlanılması məqsədilə keçirilmiş qəfləti axtarış-baxış tədbirləri zamanı əşyaların saxlama anbarında olan özünə məxsus idman çantasının içərisində gizlətdiyi həmin qadağan edilmiş mobil telefon aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı şifahi vəsatət verərək, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində məhkumlara qadağan olunmuş mobil telefonu naməlum mənbədən əldə edərək özündə saxladığını və gəzdirdiyini, bununla da cinayətin törədilmə yerinin Bakı şəhərinin Xəzər rayonu hesab olunduğunu göstərmiş, ona görə cinayət işinin hazırlıq iclası mərhələsində baxılması üçün aidiyyəti üzrə həmin rayonun məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Təqsirləndirilən şəxs törətdiyi digər cinayət əməlinə görə barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasında saxlanıldığı üçün hazırlıq iclasına gətirilməsi mümkün olmamışdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, təqsirləndirilən şəxsin iştirakı olmadan aidiyyətlə bağlı məsələnin müzakirəsini mümkün saymışdır. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işinin aidiyyəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil, ona görə dövlət ittihamçısının vəsatəti təmin olunaraq, iş aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti törətdiyi yer Bakı şəhərinin Xəzər rayonunun ərazisi hesab olunmaqla, həmin yerin yurisdiksiyasına uyğun olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Bununla yanaşı məhkəmə hazırkı halda Azərbaycan Rspublikası CPM-nin 300.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilmədiyini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin icraatında olan cinayət işi üzrə həbsdə olmasını nəzərə alaraq, hesab edir ki, qətimkan tədbiri ilə bağlı məsələ üzrə hər hansı qərar qəbul edilməsinə əsas yoxdur, bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Məhkəmə hesab edir ki, cinayət işinin adiyyəti məhkəməyə göndərilməsi barədə qərar CPM-nin 300.1.4-cü maddəsinin müddəalarına uyğun tənzimləndiyindən və CPMnin 300.5-ci maddəsinin təsiri altına düşmədiyindən hazırkı qərardan şikayət verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 05 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin icraatında olan cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə 05 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə dövlət hesabına təyin edilmiş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar