Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-359/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Mehdiyeva Günel Tariyel qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1994-cü ildə Lənkəran rayonunun Haftoni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs qızı Şahid4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının 112 qaynar xəttinə operator vəzifəsinə işə düzəlməsində köməklik edəcəyi vədi ilə aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 08 mart 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 7000 manat, 28 mart 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 7000 manat, ümumilikdə 14000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid5 onun dostudur. Şahid4 isə dostu Əliyə görə tanımışdır. Günay Əli ilə tələbə yoldaşı olmuşdur. 2021-ci ilin fevral ayından dostu Əli ondan Günayı FHN-ə işə düzəltməyi xahiş etmişdir. Əli ona Günayı işə düzəldəcəyi təqdirdə ona 15000 manat pul verəcəklərini demişdir. 2021-ci ilin mart ayında o, Əbülfətlə tanışlıq məqsədilə Nizami rayon İcra Hakimiyyətinin yaxınlığında görüşmüşdür. O, Günayı FHN-nin Böhran İdarəsinin 112 qaynar xəttinə operator vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. O, 2021-ci ilin mart ayının 8-də Nizami rayonu, Naxçıvanski küçəsi 51 ünvanında Əbülfətdən 7000 manat pulu almışdır. Bir həftə sonra o, Əbülfətə zəng edib Günayın işə düzəlməsi üçün lazım olan sənədlərin notarial qaydada təsdiqlənmiş surətlərini istəmişdir. Əbülfət də həmin sənədləri toplayıb ona vermişdir. Həmin 7000 manat pulu dəqiq xatırlamadığı tarixdə X3 Binəqədi rayonu ərazisində yerləşən “Elmar” marketin yanında görüşüb vermişdir. Bundan sonra mart ayının 28-də Nizami rayonu, C.Naxçıvanski küçəsi 51 ünvanında Əbülfət, Güllü, Nurqələm, Bəhmən görüşmüşlər. Həmin vaxt qalan 7000 manat pulu ona vermişlər. Həmin 7000 manat puldan 5000 manat pulu X5 rayonu “Elmar” marketin yanında görüşüb vermişdir. Həmin puldan 2000 manatını isə özü üçün götürmüş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Karantin ərəfəsində X4 ilə əlaqə saxlamaq mümkün olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən barəsində olan cinayət işi ürə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 onun əmisioğludur. Şahid3 dostu, Şahid1 arvadı, Şahid4 isə qızıdır. Şahid5 qızı Günayın tələbə yoldaşıdır. Təqsirləndirilən şəxs isə Əlinin dostudur. Günay Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Günayın istəyi ilə onu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istəmişlər. Bunun üçün müxtəlif əlaqələr axtarmış, lakin mümkün olmamışdır. Buna baxmayaraq Günay onlara Əli adlı tələbə yoldaşı olduğunu, Əlidən onu FHN-ə işə düzəltməyi xahiş etdiyini bildirmişdir. Əli isə Günayı işə düzəltməkdə yaxın dostu Turalın köməklik edəcəyini bildirmişdir. O, Günayın təkidi ilə Əli ilə danışmışdır. Əli ona Günayı FHN-ə işə düzəltməyin mümkün olduğunu, telefonda ona Tural adlı yaxın dostunun olmasını, onun atası Ərəstunun FHN-də Hospitalda cərrah işlədiyini bildirmişdir. Həmçinin, Turalın özü də FHN orqanlarında işləyir. O isə Əlinin bu sözlərinə etibar edərək Turalla görüşmək istədiyini demişdir. Əli Turalın nömrəsini ona vermişdir. O, Turala zəng etmiş və onunla görüşmək barədə qərarlaşmışlar. Onlar onunla təxminən 2021-ci ilin fevral ayının sonunda Nizami rayon İcra Hakimiyyətinin yaxınlığında görüşmüşlər. Görüş zamanı Tural özünü ona təqdim edərək FHN-nin Mülki Müdafiə Qoşunlarında işlədiyini və hazırda FHNnin Akademiyasında oxuduğunu bildirmişdir. Tural ona Günayı FHN-nin Böhran İdarəsində 112 qaynar xəttə işə düzəldə biləcəyini demişdir. Bir neçə gündən sonra Tural zəng edərək Günayın şəxsiyyət vəsiqəsinin surətinin lazım olduğunu və gəlib götürəcəyini demişdir. O da Tural ilə razılaşmışdır. Bir neçə gündən sonra Tural ilə təkrar olaraq İcra Hakimiyyətinin yanında görüşmüşlər. O da Turala şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Tural ona Günayın işinin düzəlməsi üçün 150000 manat pul verilməsini bildirmişdir. O isə Turala məsləhətləşib xəbər edəcəyini qeyd etmişdir. Bundan sonra evə gəldikdə evdə ailə üzvləri ilə bu barədə demiş və evdə olan zaman Əliyə zəng etmişdir. Əliyə olanlar barədə məlumat vermiş, Əli isə onu gözlədiyini dəqiqləşdirib bir söz deyəcəyini bildirmişdir. Bir az keçmiş Əli ona zəng edərək Turalın 14000 manat pula Günayı FHN-ə işə düzəldəcəyini, pulun yarısının indi vermələrini, yarısını da Günay işə çıxanda verə biləcəyini demişdir. Beləliklə, 2021-ci ilin mart ayının 7-də evdə olan zaman o, əmisioğlu Nurqələmə zəng edərək qızını tələbə yoldaşı Əlinin tanışı Tural vasitəsilə Fövqəladə Hallar Nazirliyində Böhran İdarəsinə işə düzəltdiyini və bunun üçün Turalın 14000 manat pul istədiyini, eyni zamanda Nurqələmin həmin vaxtı yanında olmasını istədiyini bildirmişdir. Nurqələm onunla razılaşmışdır. 08 mart 2021-ci il tarixində yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 51 ünvanında yerləşən yaşayış binasının həyətində əmisioğlu Nurqələm, o, Əbülfət, Güllü, Günay və Nurqələmin dostu Bəhmən birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt o, Turala 7000 manat nağd pul vermişdir. Tural isə ona 2021-ci ilin mart ayının sonuna qədər X6 Nazirliyində Böhran İdarəsinə işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra Tural qəbz yazaraq əgər iş düzəlməsə 2021-ci ilin iyunun axırında pulu geri qaytaracağına söz vermişdir. Həmin qəbzə o, Bəhmən və Tural imza etmişlər. Eyni zamanda Tural qalan 7000 manat pulu isə işin düzəlməsinə az qalmış alacağını deyərək pulu hazır etmələrini bildirmişdir. Bir neçə gün sonra 2021-ci ilin mart ayının dəqiq xatırlamadığı tarixdə o, Nurqələmə zəng etmişdir. X1 zəng etdiyini deyərək Turalın ona işin hazır olduğunu, əgər Günayın aprel ayında işə çıxmasını istəyirsə təcili olaraq 2 günə ona 7000 manat pul çatdırmalı olduğunu dediyini bildirmişdir. O, Nurqələmə evdə pulun olmadığını qeyd edərək ondan Günayın işini düzəltmək üçün 7000 manat borca pul istəmişdir. Nurqələm isə onunla razılaşmışdır. O, Nurqələmin evinə gedib ondan 7000 manat borca pul almışdır. 2021-ci ilin mart ayında yaşadıqları binanın qarşısında o, və arvadı Güllü Tural ilə görüşərək ona 7000 manat pul vermişdir. Təxminən bir neçə gün sonra 2021-ci ilin aprel ayında o, Turala zəng edib işin düzəlib-düzəlmədiyini soruşduqda Tural hələ düzəlmədiyini bildirmişdir. Bundan bir neçə gün sonra Nurqələm də ondan Günayın işini soruşduqda o da düzəlmədiyini demişdir. Nurqələm isə ona Turalı iyun ayının sonuna qədər gözləməsini, əgər alınmasa pulunu tələb edəcəyini demişdir. Beləliklə iyun ayının sonunda Günayın işinin düzəlməməsini gördükdə Turala zəng edib pulu tələb etmişdir. Tural isə pulu qaytarmağa söz versə də pulu qaytarmamışdır. O, Tural barəsində Nizami RPİ-nin 24-ü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid1 Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 08 mart 2021-ci il tarixində Nurqələm ona zəng edib demişdir ki, onu əmisioğlu Əbülfətin yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 51 ünvanına aparsın. O isə taksi sürücüsü olduğu üçün Nurqələmi qeyd edilən ünvana aparmışdır. Həmin ünvanda yerləşən binanın həyətində o, Əbülfət, Güllü, Günay və dostu Nurqələm birlikdə sonradan tanıdığı Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt Əbülfət Turala 7000 manat pul vermişdir. Tural isə Əbülfətə 2021-ci ilin mart ayının sonuna qədər qızı X6 Nazirliyində Böhran İdarəsinə işə düzəldəcəyinə söz vermişdir. Tural qəbz yazaraq əgər iş düzəlməsə 2021-ci ilin iyunun axırında pulu geri qaytaracağına söz vermişdir. Həmin qəbzdə onun da imzası olmuşdur. Eyni zamanda Tural qalan 7000 manat pulu isə işin düzəlməsinə az qalmış onlardan alacağını deyərək pulu hazır etmələrini bildirmişdir. Bundan sonra Tural çıxıb getmişdir. Sonradan o bilmişdir ki, Əbülfət ikinci dəfə 7000 manat pulu Turala vermiş, lakin Tural verdiyi vədə əməl etməmiş, eyni zamanda Əbülfətdən almış olduğu ümumilikdə 14000 manat pulu geri qaytarmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanaraq istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurması faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - ittiham elan etmək üçün şəxsin tutulması və onun barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulmuş və cinayət prosesini həyata keçirən orqandan gizlənməsini nəzərə alaraq barəsində axtarış elan edilmişdir. - axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və Nizami RPİ-nin MSY-dan azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2023-cü il tarixli, 5422 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 3500 manat dövlət nəfinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona vurulmuş ziyan tamamilə ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədən ərizənin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənildiyindən, onunla barışıq əldə edildiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi əməl üzrə zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 65 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 390 (üç yüz doxsan) manat (65x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 390 (üç yüz doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-359/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-359/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver