Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-36/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1985-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmri ilə satış nümayəndəsi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 2021-ci ilin iyun ayının 7dən 2021-cı ilin avqust ayının 5-dək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 3 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 9.359 manat 80 qəpik məbləğində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 07 iyun 2021-ci il tarixədək qalıq qalmış 11.739 manat 33 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 7.683 manat 50 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, 2.255 manat 42 qəpik dəyərində malları cəmiyyətin anbarına qaytarmış, 6.562 manat 17 qəpik dəyərində mallar öhdəliyində qalıq qalmış, həmin malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 4.598 manat 04 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-yə satış təmsilçisi vəzifəsinə təyin olunmuş, onunla rəsmi qaydada əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Satış təmsilçisi kimi vəzifəsi özünün tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini ona təhkim olunan post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərindən satılmış məhsulların pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmək olmuşdur. O, sifarişi post terminal vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin anbarına vermiş, bundan sonra anbardan həmin məhsulları qaimələr əsasında təhvil alaraq ona təhkim olunmuş ticarət obyektlərinə aparıb çatdırmışdır. Ticarət obyektlərinə məhsulları qaimə əsasında təhvil vermişdir. Məhsulları təhvil verdikdən sonra həmin məhsulların müqabilində nağd və ya nağdsız olması barədə post terminala məlumat daxil etmiş, malların satış pullarını mağazalardan toplayıb təhvil-təslim qəbzi vasitəsi ilə MMC-nin xəzinəsinə təhvil vermişdir. Zərərçəkmiş şəxs MMC-də keçirilmiş audit yoxlaması zamanı öhdəsində 4598 manat 04 qəpik məbləğində çatışmazlığın olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs MMC-yə dəymiş 4.598 manat 04 qəpik ziyanı tam ödəmişdir. Dəymiş ziyanın 25 faizi məbləğində pul vəsaitini də dövlət büdcəsinə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC ilə əmək münasibətlərində olan zaman ona təhkim olunmuş ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməmiş, 4598,04 manat məbləğində pulu mənimsəmişdir. Bununla bağlı audit yoxlaması keçirilmiş və Təqsirləndirilən şəxs öhdəsində 4.598 manat 04 qəpik məbləğində çatışmazlığın olması təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş zərər tamamilə ödənilmişdir. Hal-hazırda heç bir şikayət və tələbləri yoxdur. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş iddia ərizəsinin və dövlət rüsumunun ödənilməsi barədə qəbzin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-də inzibati məsələlər üzrə menecer vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-yə satış təmsilçisi vəzifəsinə təyin olunmuş, onunla rəsmi qaydada əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. 2021-ci ilin ortalarında Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq olması məlum olmuş və audit yoxlaması keçirilmişdir. Audit yoxlaması zamanı Təqsirləndirilən şəxs öhdəsində 4.598 manat 04 qəpik məbləğində çatışmazlığın olması təsdiq edilmişdir. 2021-ci ilin avqust ayının 3-də Təqsirləndirilən şəxs ona təhkim olunan avtomaşında olan malların təhvil verilməsi üçün şirkətin anbarının yerləşdiyi yerə gəlmişdir. Şirkətin digər satış təmsilçisinin şirkətə olan borcu ilə əlaqədar o və anbardar Fuad notariusda olan zaman Xəyal ona zəng edərək avtomaşınında olan malları təhvil vermək istədiyini bildirdikdə o, Xəyala gözləməsini demişdir. Onlar bir qədər sonra anbarın qarşısına gəlmişlər, Xəyala təhkim olunan avtomaşının bortunda olan malları Fuad qəbul etmiş, bununla əlaqədar qaytarma fakturaları tərtib edilmişdir. Həmin vaxt anbarda fəhlə işləyən Tərlan da orada olmuşdur. Tərlanın hər-hansı satış təmsilçisindən malları qəbul etmək səlahiyyəti olmamışdır. Xəyal malları Fuada təhvil verdikdən sonra avtomaşının açarını və şirkət tərəfindən verilən mobil telefonu ona təhvil vermişdir. Həmin vaxt o, Xəyala gözləməsini, öhdəliyində çatışmazlığın olub-olmadığını yoxladığını bildirsə də Xəyal ailə vəziyyəti ilə bağlı gözləyə bilməyəcəyini, səhərisi gün gələcəyini deyərək getmişdir. O, səhərisi gün Xəyala zəng edib çağırmış, Xəyal ona öz payına düşəni götürdüyünü, bir daha ona zəng edib narahat etməməsini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-də fəhlə işləmişdir. Xəyal ona təhkim olunmuş avtomaşınında olan malları təhvil vermək üçün şirkətin anbarının yerləşdiyi ünvana gəlmişdir. Həmin vaxt Rüfət və anbardar Fuad orada olmamışlar. Xəyal malları həyətə boşaltmış, o, Xəyalla birlikdə həmin malları sayaraq siyahıya yazmışlar. Fuad gəldikdən sonra şirkətin anbarı açılmış və o, Xəyalla birlikdə malları anbara daşımışdır. O, özünün yazdığı malların siyahısını Fuada təqdim etmişdir. Anbarda mallar yenilən sayılmış və Fuad malları təhvil almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçiləri Təqsirləndirilən şəxs, X12 və qeyriləri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının mənimsənilməsi faktları üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs, X1, X8 və X3 öhdəliyində xeyli miqdarda çatışmazlıqların aşkar edilməsi faktları üzrə cinayət işi ayrıca icraata ayrılmış, ayrılmış cinayət işinə ********* nömrə verilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin 07 iyun 2021-ci il tarixli, 22 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. - 07 sentyabr 2021-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan və həmin tarixli 54/04 nömrəli audit rəyindən görünür ki, audit yoxlaması zamanı Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2021-cu il tarixə 4.598 manat 04 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin direktoru X4 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən və tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs satış nümayəndəsi kimi MMC-dən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil vermək və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. - zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC zərərçəkmiş kimi, Nümayəndə Müseyb oğlu zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi kimi tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1781-9/9017 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, 1245C-21 nömrəli materialın 7-ci cildində i/v 3-4-də olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsində “11.2.İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: İmzası” qrafasındakı imza; i/v 5-də olan xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə “İşçi: Təqsirləndirilən şəxs” qrafasındakı imza; i/v 6-da olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 7-də olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 8-də olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 9-da olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 10-da olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 11-də olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 12-də olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 13-də olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 14-də olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 15-də olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 16-da olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 17-də olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında, i/v 18-də olan xx.xx.2021 -ci il tarixli malların təhvil qəbul aktında, i/v 19-da olan xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktında “Təhvil aldım” qrafalarındakı imzalar; i/v 46-da olan xx.xx.2021-ci il tarixli, i/v 48-də olan xx.xx.2021-ci il tarixli hazır məhsulların təhvil-qəbul aktlarında “Təhvil aldım” qrafalarındakı imzalar; i/v 62-də olan 49, 80 AZN məbləğə dair, i/v 63-də olan 9,50 AZN məbləğə dair, i/v 64-də olan 120,00 AZN məbləğə dair, i/v 65-də olan 25,00 AZN məbləğə dair, i/v 67-də olan 26,00 AZN məbləğə dair, i/v 68-də olan 191,20 AZN məbləğə dair, i/v 69-da olan 67,60 AZN məbləğə dair, i/v 70-də olan 100,00 AZN məbləğə dair, i/v 71-də olan 83,70 AZN məbləğə dair, i/v 72-də olan 336,00 AZN məbləğə dair kassalar arası köçürmə qəbzində “Təhvil verdim” qrafalarındakı imzalar; i/v 74-də olan xx.xx.2021-ci il tarixli, i/v 75-də olan xx.xx.2021-ci il tarixli, i/v 77-də olan xx.xx.2021-ci il tarixli, i/v 78-də olan xx.xx.2021-ci il tarixli hazır məhsulların təhvil-qəbul aktlarında “Təhvil aldım” qrafalarındakı imzalar; i/v 79-da olan 427,00 AZN məbləğə dair, i/v 80-da olan 188,90 AZN məbləğə dair, i/v 81-də olan 168,00 AZN məbləğə dair, i/v 82də olan 336,00 AZN məbləğə dair, i/v 83-də olan 208,40 AZN məbləğə dair, i/v 84-də olan 41,60 AZN məbləğə dair, i/v 85-də olan 174,40 AZN məbləğə dair, i/v 86-da olan 210,20 AZN məbləğə dair, i/v 87-də olan 226,00 AZN məbləğə dair, i/v 88-də olan 379,60 AZN məbləğə dair, i/v 89-da olan 234,90 AZN məbləğə dair, i/v 90-da olan 83,70 AZN məbləğə dair, i/v 91-də olan 120,00 AZN məbləğə dair, i/v 92-də olan 25,00 AZN məbləğə dair, i/v 93-də olan 100,00 AZN məbləğə dair, i/v 94-də olan 50,00 AZN məbləğə dair, i/v 95-də olan 90,00 AZN məbləğə dair, i/v 96-da olan 150,00 AZN məbləğə dair, i/v 97-də olan 191,20 AZN məbləğə dair, i/v 98-də olan 30,00 AZN məbləğə dair, i/v 99-da olan 67,60 AZN məbləğə dair, i/v 100-də olan 80,00 AZN məbləğə dair, i/v 101-də olan 49,80 AZN məbləğə dair, i/v 102-də olan 9,50 AZN məbləğə dair, i/v 103-də olan 74,90 AZN məbləğə dair, i/v 104-də olan 30,90 AZN məbləğə dair, i/v 105-də olan 21,00 AZN məbləğə dair, i/v 106-da olan 17,50 AZN məbləğə dair, i/v 107-də olan 8,60 AZN məbləğə dair, i/v 108-də olan 26,00 AZN məbləğə dair, i/v 109-da olan 74,90 AZN məbləğə dair kassalar arası köçürmə qəbzində “Təhvil verdim” qrafalarındakı imzalar; i/v 110-da olan xx.xx.2021-ci il tarixli, i/v 111-də olan ******* nömrəli, i/v 112-də olan xx.xx.2021-ci il tarixli, i/v 113-də olan xx.xx.2021- ci il tarixli, i/v 114-də olan xx.xx.2021-ci il tarixli qaimə-fakturalarda “Təhvil verdi” qrafalarındakı imzalar; i/v 121-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 122-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 123-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 124-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 125-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 126-da olan 1...07.2021-ci il tarixli aktda, i/v 127-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 128-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 129-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 130-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 131-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 132-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 133-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 134-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 136-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 137-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 138-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 139-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 141-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 142-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 143-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 144-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 145-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 146-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 147-də olan xx.xx.2021 -ci il tarixli aktda, i/v 148-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 149-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 150-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 151-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 152-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 153-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 154-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 155-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 156-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 157-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 158-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 159-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 160-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 163-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 165-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 166-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 167-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 168-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 169-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 170-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 171-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 173-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 174-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 175-də olan xx.xx.2021 -ci il tarixli aktda, i/v 176-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 177-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 178-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 179-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 180-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 181-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 182-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 183-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 184-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 185-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 186-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 187-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 188-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 189-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 190-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 191-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 192-də olan xx.xx.2021 -ci il tarixli aktda, i/v 193-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 195-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 196-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 197-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 198-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 199-da olan xx.xx.2021- ci il tarixli aktda, i/v 200-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 201-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 202-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 203-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 204-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 205-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 206-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 207-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 214-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 215-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 216-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 217-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 218-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 219-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 220-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 221-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 222-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 223-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 224-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 225-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 226-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 227-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 228-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 229-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 230-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 231-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 232-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 233-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 234-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 235-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 236-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 237-də olan xx.xx.2021 -ci il tarixli aktda, i/v 238-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 239-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 240-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 241-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 242-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 243-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 244-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 245-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 246-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 247-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 248-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 249-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 250-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 251-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 252-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 253-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 254-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 255-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 256-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 257-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 258-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 259-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 260-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 261-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 262-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 263-də olan tarixsiz aktda, i/v 264-də olan tarixsiz aktda, i/v 265-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 266-da olan tarixsiz aktda, i/v 267-də olan tarixsiz aktda, i/v 268-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 269-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 270-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 271-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 272-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 273-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 274-də olan 25.....2021-ci il tarixli aktda, i/v 275-də olan 25....2021-ci il tarixli aktda, i/v 276-da olan tarixsiz aktda, i/v 277-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 278-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 279-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 280-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 281-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 282-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 283-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 284-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 285-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 286-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 287-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 288-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 289-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 290-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 291-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 292-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 293-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 294-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 295-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 296-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 297-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 298-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 299-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 300-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 301-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 302-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 303-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 304-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 305-də olan tarixsiz aktda, i/v 306-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 307-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 308-də olan tarixsiz aktda, i/v 309-da olan tarixsiz aktda, i/v 310-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 311-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 312-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 313-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 314-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 315-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 316-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 317-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 318-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 319-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 320-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 321-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 322-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 323-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 324-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 325-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 326-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 327-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 328-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 329-da olan tarixsiz aktda, i/v 330-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 331-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 332-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 333-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 334-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 335-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 336-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 337-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 338-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 339-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 340-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 341-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 342-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 343-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 344-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 345-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 346-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 347-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 348-də olan xx.xx.2021-ci il tarixli aktda, i/v 349-da olan xx.xx.2021-ci il tarixli aktda, i/v 350-də olan xx.xx.2021-ci il tarixli aktda “Təqsirləndirilən şəxs” yazılarının qarşısındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 1245C-21 nömrəli materialın 7-ci cildində i/v 140-da olan xx.xx.2021-ci il tarixli aktda “Satış nümayəndəsi” qrafalarındakı imza, i/v 172-də olan xx.xx.2021-ci il tarixli aktda “Satış nümayəndəsi” qrafalarındakı imza, i/v 194-də olan ....08.2021-ci il tarixli aktda “Satış nümayəndəsi” qrafalarındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 26 iyul 2022-ci il tarixli, 4/1028 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş üzərində “kiberbot 158-395m..” yazıları ilə başlayıb, “.....57,80. 23,10.111” yazıları ilə bitən qəbzdəki əlyazmalar və imza Təqsirləndirilən şəxs tərəfindən yox, X2 tərəfindən yox, Şahid2 tərəfindən yox, Şahid1 tərəfindən yox başqa şəxs(şəxslər) tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3903 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan qaimələr, qərarın təsviri hissəsindəki məlumatlar, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli audit rəylərindən göründüyü kimi, Zərərçəkmiş şəxs MMC- üzrə X9 hesabında yaranmış çatışmazlıq 10,889,40 manat, Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq isə 4.598,04 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6061 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan qaimələr, qərarın təsviri hissəsindəki məlumatlar, üzləşdirmə aktları və xx.xx.2021-ci il tarixli audit rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq isə 4.598,04 manat məbləğində müəyyən edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - Zərərçəkmiş şəxs MMC-nin direktoru X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki,Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş zərər tamamilə ödənilmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur . - xx.xx.2023-cü il tarixli, 27013 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1150 manat dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 662 manat ekspertiza xərcinin 400 manatının Nizami Rayon Məhkəməsinin 1(007)- 25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs X7 tutulması nəzərə alınaraq, 262 (iki yüz altmış iki) manatı Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 105 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 630 (altı yüz otuz) manat (105x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 262 (iki yüz altmış iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 105 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 630 (altı yüz otuz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-36/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-36/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver