Məhkəmə qərarları › İş №1(007)-36/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-36/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-36/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçilər X1 və X2 iştirakları ilə, təqsirləndirilən şəxs - 08 avqust 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ev 41, mənzil 4-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 02 ay 09 gün hissəsi 06 ay azaldılmış, 14 iyul 2022ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 22 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2023cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 05 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,302 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Nizami Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 3(007)-52/2023 nömrəli qərarı ilə barəsində olan axtarışla bağlı 22 iyul 2023-cü il tarixdə saat 16 radələrində Nizami RPİ-nin 25-ci polis şöbəsinin polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanında yerləşən metronun “Neftçilər” stansiyasının girişində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilib şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,302 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olduğunu qəbul edir. Onun adına tanımadığı şəxs tərəfindən şirkət açılmış, bununla bağlı vergi borcu yaranmışdır. Barəsində axtarış elan olunsa da, onun heç bir məlumatı olmamışdır. Həmin məsələni araşdırmaq məqsədi ilə 22 iyul 2023-cü il tarixdə saat 16 radələrində Nizami rayonu ərazisinə gəlmiş və metronun “Neftçilər” stansiyasına daxil olduqda metropoliten işçiləri onun adını vahid məlumat axtarış sisteminə yazanda axtarışda olduğu müəyyən edilmişdir. Bir neçə dəqiqə ərzində digər polis əməkdaşları gəlmiş və metrostansiyada üzərinə axtarış keçirmişlər. Lakin onun üzərindən heç nə aşkarlanmamışdır. Sonra polis əməkdaşları onu “Nizami” metrostansiyasının girişində yerləşən Bakı Metropolitenində polis idarəsinə aparmışlar. Orada üzərində şəxsi axtarış aparmışlar, lakin qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra onu 25-ci polis şəbəsindən gələn şəxsə təhvil vermişlər. 25-ci polis polis şöbəsində ona müxtəlif təzyiqlər göstərilmişdir. Onu narkotik vasitəni götürməyə, sonra videoçəkilişlə aparılacaq şəxsi axtarış zamanı könüllü olaraq təqdim etməyə məcbur etmişlər. Polis əməkdaşlarının təzyiqlərinə dözə bilməyib bunu qəbul etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşlarının ona zorla verdikləri narkotik vasitəni əynindəki ağ rəngli şalvarın sağ yan cibində olan gümüşü rəngli paketə bükülü halda 01 ədəd bükümdə çıxararaq təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmədiyindən ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 24 iyul 2023-cü il tarixdə müdafiəçisinin və tərcüməçinin iştirakları ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2017-2018-ci illərdən narkotik vasitələrin aludəçisidir. Onun adına tanımadığı şəxs tərəfindən şirkət açılmış və bununla bağlı vergi borcu yaranmışdır. Barəsində axtarış elan olunsa da, onun heç bir məlumatı olmamışdır. Həmin məsələni araşdırmaq məqsədi ilə 22 iyul 2023-cü il tarixdə saat 16 radələrində Nizami rayonu ərazisinə gəlmiş və metronun “Neftçilər” stansiyasına daxil olduqda metropoliten işçiləri onun adını vahid məlumat axtarış sisteminə yazdıqda axtarışda olduğu müəyyən edilmişdir. Bir neçə dəqiqə ərzində digər polis əməkdaşları onu metrodan götürüb polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gələrkən polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni həmin gün səhər saatlarında Nərimanov rayonu ərazisindən tapdığını bildirmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, sonra razılığı əsasında üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki ağ rəngli şalvarın sağ yan cibində olan gümüşü rəngli paketə bükülü halda 01 ədəd bükümdə “şüşə” kimi tanıdığı narkotik vasitə sayılan metamfetamini çıxararaq təqdim etmiş və sonra bütün olanları danışmışdır. Atası vəfat etdikdən sonra anası ilə birlikdə yaşadığını bildirmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, narkotik maddələrin aludəçisi olduğundan mütəmadi olaraq narkotik maddələr qəbul edir və üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. Narkotik vasitənin istifadəsi, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı vardır. O, narkotik vasitəni öz istifadəsi üçün almış, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Üzərində olan bir bükümdə narkotik vasitəni saxlandığı gün saat 11 radələrində Nərimanov rayonunda, metronun “Nəriman Nərimanov” stansiyasının çıxışının yaxınlığında yerləşən parkdakı ağacın altından tapmışdır. Polislər onu saxlayarkən heç bir müqavimət göstərməmiş, saxlanılarkən polislər tərəfindən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. Qeyd etdiyi cinayət əməlindən başqa heç bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. Onu “Neftçilər” metrostansiyasında saxlamış, həmin yerdə üzərində şəxsi axtarış keçirmişlər, lakin üzərindən qanunsuz heç nə aşkarlanmamışdır. Onu metrostansiyada saxlayıb üzərinə axtarış keçirən polis əməkdaşının adı Şahid2dur. Həmin polis əməkdaşı bundan sonra onu polis bölməsinə aparmışdır. Narkotik vasitəni ona bölmədə vermişlər. Bu şəxs əməliyyatçı Şahid2 olmuşdur. O, narkotik vasitə istifadəçisidir, bunu qəbul edir, lakin polis əməkdaşı tərəfindən saxlanılanda üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona təzyiq göstərdikləri üçün narkotik vasitəni qəbul etmişdir. Polis bölməsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsini və əslində üzərində narkotik vasitənin olmamasını qorxduğu üçün müdafiəçisi Müdafiəçi bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla ədavəti olmamışdır. 22 iyul 2023-cü il tarixdə saat 16 radələrində Azərbaycan Respublikası DİNnin Bakı Baş Polis İdarəsinə bilavasitə tabe olan Metropolitendə polis idarəsinin əməkdaşları tərəfindən metronun “Neftçilər” stansiyasının girişində mülki axtarışla bağlı saxlanılan Təqsirləndirilən şəxs onun tərəfindən Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib saxlamasına dair əsaslı şübhələr yarandığından Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasının xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd “LG” markalı mobil telefonu, ev açarını, içərisində 1 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi olan parça qabı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülü halda içərisində tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, saxlandığı gün yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddəyə bənzər ağ rəngli kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Nizami RPİ-nin 25-ci PŞnin sahə inspektoru Şahid1 tərəfindən videoçəkiliş aparılmışdır. Şahid2 sualları cavablandırarkən qeyd etmişdir ki, o, 22 iyul 2023-cü il tarixdə 25-ci polis şöbəsi üzrə əməliyyat qrupunda olmuşdur. Təqsirləndirilən şəxs metronun “Neftçilər” stansiyasının girişində təhvil alıb gətirdikdən sonra onun üzərində şəxsi axtarış 25-ci polis şöbəsində keçirilmiş, həmin vaxt videoçəkiliş aparılmış və vəkil də iştirak etmişdir. Təqsirləndirilən şəxs bu zaman müqavimət göstərməmiş, təqsirləndirilən şəxsi də döyən, incidən olmamışdır. Təqsirləndirilən şəxsin özü əməlini etiraf etmiş, üzərindəki narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzündə yara izləri olmuşdur, yara izlərindən də aydın olmuşdur ki, təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, bu səbəbdən təqsirləndirilən şəxsi şöbəyə aparmış, orada üzərinə şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs 25-ci polis şöbəsinə gətirmək üçün əməliyyat müvəkkili olaraq o, tək getmiş, onunla birlikdə bir polis nəfəri-sürücü olmuşdur. Narkotik vasitəni təqsirləndirilən şəxsə o və ya digər polis əməkdaşı verməmişdir, narkotik vasitə onun öz üzərindən çıxmışdır, vəkili də şəxsi axtarışda iştirak etmişdir. Ona görə təqsirləndirilən şəxsin bildirdikləri özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin polis sahə inspektoru Şahid1 aidiyyəti hissədə Şahid2la eyni məzmunlu ifadə vermiş, sualları cavablandırarkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid2 tərəfindən 22 iyul 2023-cü il tarixdə 25-ci polis şöbəsinə gətirilmişdir, o, yalnız təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş, videoçəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəsini özü könüllü olaraq təqdim etmiş, tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsində polis nəfəri-sürücü vəzifəsində xidmət edir. 25-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 göstərişi əsasında 22 iyul 2023-cü il tarixdə Bakı Baş Polis İdarəsinə bilavasitə tabe olan Metropolitendə polis idarəsinin əməkdaşları tərəfindən metronun “Neftçilər” stansiyasının girişində mülki axtarışla bağlı saxlanılan şəxsi gətirmək üçün birlikdə getmişlər və qeyd olunan ünvanda sonradan adını bildiyi Təqsirləndirilən şəxs təhvil alaraq gətirib Nizami RPİ-nin 25-ci polis şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində polis idarəsində polis nəfəri vəzifəsində xidmət edir. 22 iyul 2023-cü il tarixdə saat təxminən 16 radələrində metronun “Neftçilər” stansiyasının girişində sonradan tanıdığı Təqsirləndirilən şəxs yoxlayarkən onun mülki axtarışda olduğunu müəyyən etmişdir. Rəhbərliyə məruzə edərək Təqsirləndirilən şəxs adlı şəxsin mülki axtarışda olduğunu, metrostansiyada yoxlayarkən onun mülki axtarışda olmasını müəyyənləşdirdiyini bildirmişdir. Bundan sonra ərazi üzrə Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə məlumat verilmiş və 25-ci PŞ-nin polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs aparmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində polis idarəsinin ictimai təhlükəsizlik bölməsinin bölmə rəisi vəzifəsində xidmət edir. Bakı Metropoliteninin stansiyalarında təhlükəsizlik məqsədi ilə mütəmadi yoxlama aparılır. 22 iyul 2023-cü il tarixdə vətəndaş Təqsirləndirilən şəxs Bakı Metropolitenində polis idarəsinin əməkdaşı X6 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasına səbəb, yoxlamalar zamanı onun mülki axtarışda olduğunun müəyyənləşdirilməsi olmuşdur. Onlarda qayda belədir ki, vətəndaş saxlanılanda hansı rayonun qeydiyyatıdırsa həmin rayonun polis şöbəsinə təhvil verilir. Təqsirləndirilən şəxs metropolitenin əməkdaşları tərəfindən iki dəfə, birinci dəfə “Neftçilər” metrostansiyasında, ikincində isə “Nərimanov” mütrostansiyasında saxlanılmışdır. 22 iyul 2023-cü il tarixdə “Neftçilər” metrostansiyasında saxlanarkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmiş, Bakı Metropolitenində polis idarəsinin əməkdaşları tərəfindən məruzə olunaraq Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 həmin şöbənin rəisinə ünvanlanmış 22 iyul 2023-cü il tarixli raportundan görünür ki, 22 iyul 2023-cü il tarixdə Bakı Baş Polis İdarəsinə bilavasitə tabe olan Metropolitendə polis idarəsinin əməkdaşları tərəfindən metropolitenin “Neftçilər” stansiyasının girişində mülki axtarışla bağlı saxlanılan ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumatla əlaqədar Nizami rayonu metronun “Neftçilər” stansiyasına daxil olaraq həmin şəxsi Nizami RPİ-nin 25-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis şöbəsinə gələn zaman şəxsin özünü qəribə və sərxoş aparması ilə əlaqədar verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Odur ki, saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs barəsində müvafiq hərəkətlər keçirilməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. (i.v. 2) - 22 iyul 2023-cü il və 09 avqust 2023-cü il tarixli protokollardan görünür ki, 22 iyul 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin polis əməkdaşları tərəfindən PŞ-nə gətirilmiş, həmin gün saat 16:25-də Azərbaycan Respublikası DİN-nin Bakı Baş Polis İdarəsinə bilavasitə tabe olan Metropolitendə polis idarəsinin əməkdaşları tərəfindən metronun “Neftçilər” stansiyasının girişində mülki axtarışla bağlı saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və istifadəsində şübhələr yarandığından onun paltarında, əşyalarında və ya bədənində iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçının şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyul 2023-cü il tarixli qərarına əsasən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd “LG” markalı mobil telefonu, ev açarını, içərisində 1 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi olan parça qabı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülü halda içərisində tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin “şüşə” kimi tanıdığı narkotik vasitə metamfetamin olduğunu, həmin gün yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitəyə bənzər ağ rəngli kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Qeyd olunan zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 09 avqust 2023-cü il tarixdə hal şahidlərinin iştirakı ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 29-30, 91) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 iyul 2023-cü il tarixli 3-16-16/2- 6/3980 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,302 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,302 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 1,252 qram qalıq qalmışdır. (i.v. 38-41) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 10 avqust 2023-cü il tarixli 5113 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 98-99) - 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən qeydə alınmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD disk sübut növü kimi qəbul olunaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etdiyi şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxs barəsində material ayrılmış və araşdırma aparılması üçün Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 1,302 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatdan sonra qalıq qalmış 1,252 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. (i.v. 93-98) -Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin verdiyi sorğuya cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis idarəsindən daxil olmuş 17 noyabr 2023-cü il tarixli 3-13-44-13/2-12899/2023 nömrəli məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs mülkü hüquqi öhdəlikdən yayındığı üçün Nizami RPİ-nin axtarışında olduğuna görə 22 iyul 2023-cü il tarixdə Bakı Metropolitenində polis idarəsinin əməkdaşları tərəfindən metronun “Neftçilər” stansiyasında saxlanılmış və ərazi aidiyyəti üzrə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarına “Neftçilər” stansiyasında təhvil verilmişdir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 3cü, 21-ci maddəsinin 32-ci bəndinə və İXM-nin 92-ci maddəsinə əsasən polis əməkdaşları tərəfindən cinayət törətməkdə şübhəli bilinən şəxs yaxalandıqda və yaxud inzibati xəta törətmiş şəxsdə inzibati xətanın törədilməsində alət və yaxud inzibati xətanın bilavasitə obyekti olmuş predmetin aşkar edilməsi məqsədi ilə onun üzərində şəxsi axtarış aparma, əşyalarını yoxlama həyata keçirilir. Mülki öhdəliklərdən yayındığına görə axtarışda olan şəxslər qeyd edilən kateqoriyalara aid edilmədikləri üçün belə şəxslər “Metroda” müəyyən edildikdə, saxlanılaraq şəxsiyyətlərinin təsdiqlənməsi istiqamətində operativ tədbirlər görülərək dərhal aidiyyəti üzrə ərazi polis orqanlarına təhvil verilməsi təmin edildiyindən zərurət yaranmadığı halda barələrində şəxsi axtarış aparılmır. Eyni zamanda qeydə alınmış videogörüntülər 1 ay müddətində arxivləşdirildiyinə görə 22 iyul 2023-cü il tarixdən hal-hazıradək xeyli müddət keçdiyindən görüntülər silindiyi üçün həmin videogörüntünün CD diskə köçürülməsi və məhkəməyə təqdim edilməsi mümkün deyildir. -Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin verdiyi sorğuya əsasən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis idarəsinin “Şəhər, Rayon, X7 gətirilmiş şəxslərin qeydiyyatı kitabı” məhkəməyə gətirilmiş, cinayət prosesi iştirakçıları ilə birlikdə həmin kitabın 22 iyul 2023-cü il tarixə aid hissəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin tarix üçün Bakı Metropolitenində polis idarəsinə gətirilmiş şəxslərin siyahısında Təqsirləndirilən şəxs adı yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı müdafiəçinin (həmin müdafiəçi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasında, üzərində şəxsi axtarış aparılmasında, eləcə də ibtidai istintaq zamanı həyata keçirilmiş prosessual və istintaq hərəkətlərinin həyata keçirilməsində və hazırda məhkəmədə işə baxılmasında iştirak etmişdir) iştirakı ilə üzərində olan psixotrop maddəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Hansı ki, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün izlənilməsi zamanı Təqsirləndirilən şəxs “şüşə” kimi tanıdığı narkotik vasitəni təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin ifadəsində və müdafiə tərəfinin vəsatətlərində irəli sürülən dəlillərin, o cümlədən 22 iyul 2023-cü il tarixdə saxlanıldıqdan sonra təqsirləndirilən şəxsin metropolitenin “Neftçilər” stansiyasının daxilində yerləşən xidməti otaqlara və ya ünvan 5 ünvanında yerləşən inzibati binasına aparılıb-aparılmaması və digər məsələlərin yoxlanılması ilə bağlı hərtərəfli araşdırma aparılmış, həmin dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis idarəsindən daxil olmuş 17 noyabr 2023-cü il tarixli 3-13-44-13/2- 12899/2023 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs mülkü hüquqi öhdəlikdən yayındığı üçün Nizami RPİ-nin axtarışında olduğuna görə 22 iyul 2023-cü il tarixdə Bakı Metropolitenində polis idarəsinin əməkdaşları tərəfindən metronun “Neftçilər” stansiyasında saxlanılmış və ərazi aidiyyəti üzrə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarına “Neftçilər” stansiyasında təhvil verilmişdir. Mülki öhdəliklərdən yayındığına görə axtarışda olan şəxslər “Metroda” müəyyən edildikdə, saxlanılaraq şəxsiyyətlərinin təsdiqlənməsi istiqamətində operativ tədbirlər görülərək dərhal aidiyyəti üzrə ərazi polis orqanlarına təhvil verilməsi təmin edildiyindən zərurət yaranmadığı halda barələrində şəxsi axtarış aparılmır. Eyni zamanda qeydə alınmış videogörüntülər 1 ay müddətində arxivləşdirildiyinə görə 22 iyul 2023-cü il tarixdən hal-hazıradək xeyli müddət keçdiyindən görüntülər silindiyi üçün həmin videogörüntünün CD diskə köçürülməsi və məhkəməyə təqdim edilməsi mümkün deyildir. Eyni zamanda Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis idarəsinin “Şəhər, Rayon, X7 gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın məhkəməyə gətirilməsi təmin edilmiş, cinayət prosesi iştirakçıları ilə birlikdə həmin kitabın 22 iyul 2023-cü il tarixə aid hissəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin tarix üçün Bakı Metropolitenində polis idarəsinə gətirilmiş şəxslərin siyahısında Təqsirləndirilən şəxs adı yoxdur. Həmin faktın araşdırılması ilə əlaqədar dindirilmiş şahidlərin ifadələri ilə də müdafiə tərəfinin irəli sürdüyü dəlillər təkzib olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar tutmadan azad edildikdən sonra azadlıqda olmuş, ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara və ya məhkəmə nəzarəti qaydasında şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən tutulmuşdur. (i.v. 27) - 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 64-66) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 13 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 68) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 avqust 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 02 ay 09 gün hissəsi 06 ay azaldılmışdır. (i.v. 80-82, 85-90) -Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin 02 oktyabr 2023-cü il tarixli 3-16-17/31/2-3943/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 4(005)- 192/2024 nömrəli qərarından görünür ki, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında 01 ay 25 gün həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzadan 14 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra, məhkumluğu ödənilmədən 22 iyul 2023-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaqı aparan müstəntiq ittiham aktında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın müəyyən olunmadığını göstərsə də, yuxarıda qeyd olunduğu kimi bu nəticənin səhv olduğu müəyyən edilmişdir, ona görə həmin müddəa ittiham aktından xaric edilməklə nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 22 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cari iş üzrə hökmün çıxarıldığı vaxtdan hesablanmalıdır. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulması və hazıradək həbsdə olması törətdiyi digər cinayət əməli ilə bağlı iş üzrə olduğundan baxılan iş üzrə cəza müddətinə hesablanmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, hökmün icrasını təmin etmək məqsədi ilə, həbs qətimkan tədbiri ilə əvəz edilməli, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, hökmün icrasını təmin etmək məqsədi ilə, həbs qətimkan tədbiri ilə əvəz edilsin, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxsndan aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 1,252 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 50 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar