Məhkəmə qərarları › İş №1(007)-361/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-361/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-361/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs - 15 avqust 2005-ci il tarixdə Bakı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 75, mənzil 45-də qeydiyyatda olmaqla yaşayan, 29 iyun 2022-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, təqsirləndirilən şəxs xx xxx 2006-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, 250 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, M.Füzuli küçəsi ev 25-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 37, mənzil 37-də yaşayan, 29 iyun 2022-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmiş və qəsdən zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır xəsarət yetirmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 06 iyun 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində, Heydər Əliyev adına Əyləncə və İstirahət parkında yerləşən “Bəri Bax” adlı kafenin yaxınlığında tanışları Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun əlində olan səsgücləndirici cihazı baxmaq üçün istəyib aldıqdan sonra Zərərçəkmiş şəxslə zarafat etmək məqsədilə həmin cihazı gizlətmələrinə sonuncunun haqlı olaraq irad bildirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özlərinin şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai yer olan həmin parkda digər şəxslərin narahatçılığına səbəb olmaqla, xuliqanlıq niyyəti ilə qəsdən yumruqla bir dəfə, ayağı ilə iki dəfə Zərərçəkmiş şəxs burun nahiyəsindən vuraraq sonuncuya sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid tənəffüs çətinləşməsi və burun belinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığından ibarət, Təqsirləndirilən şəxs2 isə üzərində olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı ov bıçağını silah qismində istifadə edərək həmin bıçaqla Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsindən bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarasından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 06 iyun 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində, Heydər Əliyev adına Əyləncə və İstirahət parkında yerləşən “Bəri Bax” adlı kafenin yaxınlığında tanışları Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun əlində olan səsgücləndirici cihazı baxmaq üçün istəyib aldıqdan sonra Zərərçəkmiş şəxslə zarafat etmək məqsədilə həmin cihazı gizlətmələrinə sonuncunun haqlı olaraq irad bildirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özlərinin şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai yer olan parkda digər şəxslərin narahatçılığına səbəb olmaqla Təqsirləndirilən şəxs1 xuliqanliq niyyəti ilə yumruqla bir dəfə, ayağı ilə iki dəfə qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsindən vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid tənəffüs çətinləşməsi və burun belinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığından ibarət, o isə üzərində olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı ov bıçağını silah qismində istifadə edərək həmin bıçaqla Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsindən bir dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ sağrı nahiyəsinin deşilmiş kəsilmiş yarasından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə3 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən parkda təsadüfi olaraq tanış olmuşlar, onunla heç bir ədavəti olmamış, münasibətləri normal olmuşdur. 06 iyun 2021-ci il tarixdə saat 20 radəiərində tanışı Təqsirləndirilən şəxs2, Şamil və Nurlan adlı şəxslərlə birlikdə Nizami rayonu “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında yerləşən Heydər Əliyev adına parkda gəzərkən Zərərçəkmiş şəxslə qarşılaşmışlar. Rəsuldan bir qədər kənarda bir neçə qız dayanmış, Rəsulun əlində isə səsgücləndirici olmuşdur. O, Rəsulun əlindəki səsgücləndiricini baxmaq üçün istəmiş, Rəsul səsgücləndiricini baxmaq üçün ona vermişdir. Rəsulun başı kənardan keçən bir şəxslə söhbətə qarışdığından o, əlindəki səsgücləndiricini yanında olan Rzaya verərək “götür, bunu gizlət, Rəsulla bir az zarafatlaşaq” demişdir. Rza səsgücləndiricini ondan almış, lakin Rzanın onu hara qoymasını görməmişdir. Bundan sonra Rəsul ona tərəf dönərək səsgücləndiricini qaytarmağını istəmişdir. O isə səsgücləndiricinin onda olmadığını, Rzaya verdiyini demişdir. Rəsul səsgücləndiricini Rzadan istədikdə Rza səsgücləndiricinin onda olmadığını demişdir. Rəsul da təkrarən ona baxaraq səsgücləndiricini ondan istəmişdir. O, səsgücləndiricini Rzaya verdiyini bir də demiş, Rza isə onda heç nə olmadığını demişdir. Bundan sonra Rəsul səsgücləndiricini ona verdiyini, onun da qaytarmalı olduğunu demiş və onunla qışqıraraq danışmağa başlamışdır. O, nəyə görə qışqırığını dedikdə, Rəsul onun ailə üzvlərinə qarşı söyüş söymüşdür. Həmin vaxt ətrafda kənar şəxslər olduğu üçün bu, ona pis təsir etmiş, ona görə yumruqla Rəsulun burun nahiyəsindən vurmuş, Rəsul arxaya getmiş, onun özü isə yerə yıxılmışdır. Bu zaman Rəsulun onun üstünə gəldiyini görmüş, yerdən qalxıb ona xüsusi fənd, yəni “bedro” işlətmək üçün Rəsulun boynunu qolunun altına salmış, lakin bu fəndi tətbiq edə bilməmiş, fırlanaraq dizi ilə Rəsulun burun nahiyəsindən iki dəfə vurmuşdur. Rəsul zərbənin təsirindən yerə yıxılmış, bu zaman ətrafa insanlar toplaşdığından o, qaçaraq oradan uzaqlaşmışdır. Bir qədər kənarda gözləməyə başlamış, bu zaman Rzanın tələsik ona tərəf gəldiyini görmüşdür. Rzadan nəyə görə tələsdiyini soruşduqda, Rza ona Rəsulu bıçaqla vurduğundan qaçdığını demişdir. Bundan sonra onlar yollarını ayırmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, yaşını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə3 zərərçəkmiş şəxsə dəymiş maddi ziyana görə 1000 manat pul düzəldib ödədiklərini və zərərçəkmiş şəxslə barışmağa cəhd göstərdiklərini, oğlu Əliqasım uşaq yaşında olduğundan törətdiyi əməlin cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyini dərk etmədiyini, onun bundan sonrakı hərəkətlərinə ciddi nəzarət edəcəyini, bir daha belə əmələ yol verməyəcəyini göstərmiş, həmin halları nəzərə alıb oğlunun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 iştirakı ilə verdiyi ifadəsində ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə saat təxminən 20 radəiərində tanışı Təqsirləndirilən şəxs1, Nurlan və Şamil adlı şəxslərlə birlikdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında olan Heydər Əliyev adına parkda gəzərkən parkın yaxınlığında yerləşən “Bəri Bax” adlı kafenin yaxınlığında ümumi tanışları Zərərçəkmiş şəxs görmüşlər. Rəsuldan bir qədər kənarda isə tanımadıları təxminən 15-17 yaşalarında bir neçə qız durmuşdur. Əliqasım onlardan öncə Rəsula yaxınlaşmışdır, qızlar isə bir qədər kənara çəkilmişlər. Əliqasım Rəsula məxsus səsgücləndiricini baxmaq üçün ondan istədiyindən Rəsul səsgücləndiricini Əliqasıma vermişdir. Həmin vaxt Rəsulun bir qədər kənarda kiminləsə salamlaşmağa başı qarışanda Əliqasım səsgücləndiricini ona ataraq “bunu gizlət, Rəsulla bir az zarafatlaşaq” demişdir. O, həmin səsgücləndiricini orada olan ağaclardan birinin kənarında gizlətmişdir. Bir qədər sonra Rəsul Əliqasıma baxaraq səsgücləndiricini qaytarmasını tələb etmiş, Əliqasım ona səsgücləndiricinin onda olmadığını demişdir. Bundan sonra Rəsul ondan səsgücləndiricinin onda olub-olmadığını soruşmuş, o, Rəsula səsgücləndiricinin onda olmadığını demişdir. Rəsul təkrar olaraq Əliqasımdan səsgücləndiricini qaytarmağını istəmiş, Əliqasım yenə də Rəsula səsgücləndiricinin onda olmadığını söyləmiş, bu zaman Rəsul əsəbi halda zarafatın mənasız olduğunu deyib səsgücləndiricini Əliqasıma verdiyini, onun da qaytarmalı olduğunu söyləmişdir. Həmin vaxt Əliqasım yumruğu ilə Rəsulun üz nahiyəsindən vurmuş, o, araya girərək onları ayırmaq istəmiş, daha sonra ətrafdan bir neçə şəxs yaxınlaşaraq onları ayırmağa çalışmışlar. Əliqasım təkrar olaraq Rəsulun üzərinə getmiş və dizi ilə iki dəfə Rəsulun burun nahiyəsindən vurmuşdur. Onları ayırmağa çalışdığı vaxt Rəsul ona ana söyüşü söydüyü üçün əsəbiləşib cibində olan bıçağı çıxararaq Rəsulun arxa hissəsindən bir dəfə vurmuş və oradan qaçaraq uzaqlaşmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, yaşını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 zərərçəkmiş şəxsə dəymiş maddi ziyana görə 1000 manat pul düzəldib ödədiklərini və zərərçəkmiş şəxslə barışmağa cəhd göstərdiklərini, oğlu Rza uşaq yaşında olduğundan törətdiyi əməlin cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyini dərk etmədiyini, onun bundan sonrakı hərəkətlərinə ciddi nəzarət edəcəyini, bir daha belə əmələ yol verməyəcəyini göstərmiş, həmin halları nəzərə alıb oğlunun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə1 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Nizami rayonunda “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən H.Əliyev adına parkada tək gəzintidə olduğu vaxt özünə aid smartfonu blutuz vasitəsi ilə təxminən 20 sm enində, 10 sm hündürlüyündə olan səsgücləndiriciyə qoşub aşağı səsdə musiqiyə qulaq asmışdır. Ondan bir qədər kənarda isə 2-3 nəfər tanımadığı təxminən 17-18 yaşlarında qızlar dayanmışlar. Bu zaman əvvəlki aylarda parkda təsadüfən tanış olduğu Əliqasım, Rza və Şamil adlı şəxsləri və adı ona sonradan məlum olan Nurlan adlı şəxsi görmüşdür. Onun həmin şəxslərlə münasibətləri normal olmuş, heç bir ədavəti olmamışdır. Əliqasım, Rza və digər şəxslər ona tərəf yaxınlaşıb salamlaşmışlar, əl verib görüşmüşlər. Əliqasım onun əlində olan səsgüclədiricini görüb baxmaq üçün istəmiş, o da həmin səsgücləndiricini baxması üçün Əliqasıma vermişdir. Bu zaman parkda onlardan bir qədər kənarda onun Emin adlı tanışı keçdiyindən, onunla Şamil Eminlə görüşüb hal-əhval etmişlər, sonra Emin sağollaşaraq getmişdir. Bundan sonra o, Əliqasıma tərəf baxıb, getmək istədiyindən səsgücləndiricini qaytarmasını demişdir. Əliqasım səsgücləndiricinin onda olmadığını, onu Rzaya verdiyini bildirmişdir. Ona görə Rzadan səsgücləndiricini qaytarmasını istəmişdir. Rza da səsgücləndiricinin onda olmadığını, ona heç kimin heç nə vermədiyini demişdir. Həmin səsgücləndirici həcmcə bir az böyük olduğundan onun cibə qoyulması mümkün olmamışdır. Bu şəbədən ətrafa baxıb onu yerə də qoymadıqlarını görüb təkrar Əliqasıma baxaraq səsgücləndiricini ona verdiyini, onun da qaytarmalı olduğunu demişdir. Bu zaman Əliqasım gülə-gülə istehza ilə təkrarən səsgücləndiricinin onda olmadığını, kiminsə səsgücləndiricini onun əlindən aldığını, kiməsə verdiyini deyib onu ələ salmağa başlamışdır. Buna görə o, əsəbləşərək onlara zarafatın mənasız olduğunu bildirib, səsgücləndiricini qaytarmasını istəmişdir. Bundan sonra Rza onun üstünə yüksək səslə qışqıraraq “bizə oğru demək istəyirsən, sənin səsgücləndiricin bizdə deyil” demişdir. O, Rzadan aşağı tonda danışmasını xahiş etdikdə, Əliqasım anidən onun burun nahiyəsindən yumruqla vurmuş, yumruğun təsirindən ani olaraq gözləri qaralmışdır. Daha sonra Əliqasım onun boynunu qolunun altına salıb ona güləş fəndi tətbiq etməyə çalışmış, lakin həmin fəndi tətbiq edə bilmədiyindən çevrilib başından tutaraq dizi ilə ardıcıl iki dəfə burnundan zərbə endirmişdir. O, yerə yıxılmış, özünə gəlib ayağa qalxmaq istədikdə Rza əlindəki bıçaqla onun sağ arxa, yəni sağrı nahiyəsindən bir dəfə bıçaqla vurmuş və bıçağı da götürüb qaçaraq getmişdir. Onların arasında baş vermiş mübahisəyə görə ətrafa çoxsaylı insanlar toplaşmışdır. Bundan sonra o, özündə hal tapıb telefonla atasına zəng edərək bu barədə məlumat vermiş, atası onun yanına gəlmiş və kömək edib onu Babək prospektində yerləşən “Medical Plaza” xəstəxanasına aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə1 qeyd olunanları təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, oğlu Rəsulun cərrahi əməliyyat olunmasına və digər xərclərə görə 2800 manat pul sərf etmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailə üzvləri hərəsi 1000 manat olmaqla cəmi 2000 manat maddi köməklik göstərmişlər, lakin qalan 800 manat pulu ona ödəməmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi, onun əynində olan şalvarın sağ yan cibində qınına salınmış, bozumtul rəngli tiyəsi olan 01 ədəd bıçaq və onun qını sübut əhəmiyyətli olduğu üçün götürülmüşdür. (i.v. 14) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 06 iyul 2021-ci il tarixli 523 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs tənəffüs çətinləşməsi və burun belinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı, sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlərdən sınıq bərk küt əşyanın, deşilmiş-kəsilmiş yara isə deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəxsin bildirdiyi şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yaranması mümkündür, dərəcəsinə görə burun sümüyünün yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyildir. (i.v. 31-32) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kriminalistik ekspertizasına dair 06 iyul 2021-ci il tarixli 3/1087 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır və soyuq silah hesab edilmir. (i.v. 33-36) - 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında, həmin parkda yerləşən “Bəri bax” adlı kafenin yaxınlığında baş vermişdir. İfadənin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin (atası) iştirakı ilə ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərmişdir. (i.v. 59) - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxx 2006-cı il tarixdə doğulmuşdur. (i.v. 63) - 14 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında, həmin parkda yerləşən “Bəri bax” adlı kafenin yaxınlığında baş vermişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsinin (anası) iştirakı ilə ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərmişdir. (i.v. 71-72) -Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 15 avqust 2005-ci il tarixdə doğulmuşdur. (i.v. 73) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X1” publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 14 aprel 2022-ci il tarixli 920 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərtdiyi əməl dövründə hər-hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. O, həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hal hazırda Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmur. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli və psixi inkişafına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, nümayişkaranəlik, sərbəstliyə və müstəqilliyə can atmaq, cəlbedici davranış edib ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (i.v. 97-101) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X1” publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 14 aprel 2022-ci il tarixli 921 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. O, həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmur. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli və psixi inkişafına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, səthilik, sadəlövhlük, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (i.v. 102-105) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X1” publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 19 aprel 2022-ci il tarixli 975 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan cinayət əməli törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs qeyd edilən cinayət əməli törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı edilən qanunazidd hərəkətlər zamanı şüur və davranışlarına təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ünsiyyətcil, adaptiv, hər kəslə yola gedən, konfliktə meyilli olmayan şəxsdir. Zərərçəkmiş şəxs yaş və əqli inkişaf xüsusiyyətlərinə görə onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarındadır. Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində situasiya (tanışları ilə arasında yaranmış mübahisə) ilə əlaqədar gərginlik, hirslilik kimi hallar əmələ gələ bilərdi. Hazırda onun emosional durumu norma səviyyəsindədir. Zərərçəkmiş şəxs hadisə zamanı yaş və əqli-intellektual inkişaf xüsusiyyətləri, həmçinin emosional vəziyyətində asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli-intellektual inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs hadisə ilə bağlı özündən uydurmağa meyillilik müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs əqli inkişafı, həmçinin idrak prosesslərinin xüsusiyyətləri normaya uyğundur, o, hadisə vaxtı baş verənləri adekvat olaraq qavramaq, düzgün təsvir etmək və bu barədə ifadə vermək iqtidarındadır. (i.v. 106-109) - 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrindən həmin Məcəllənin 127.2.3, 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 180.2.1 və 181.2.1-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 180.2.1, 181.2.1 və 228.4-cü maddələri ilə cinayət təqibi rədd edilmiş, Şamil, Nurlan və Emin adlı şəxslərin əməlində cinayət tərkibi olmadığından onlar barəsində cinayət təqibi rədd edilmiş, cinayət işi üzrə əldə olunmuş zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı, soyuq silah hesab edilməyən ov bıçağı və həmin bıçağın qını maddi sübut kimi tanınmış, məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus səsgücləndirici cihazın itməsi ilə bağlı cinayət işindən material ayrılmış və onun tapılması istiqamətində əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 24-cü polis şöbəsinə göndərilmişdir. (i.v. 113-123) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini, təqsirləndirilən şəxsləri, onların qanuni nümayəndələrini və müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 127.2.3, 221.2.1 və 221.3-cü maddələrinin sanksiyaları həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məsəlləsinin: 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 96) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 97) - 29 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 157-158) - 29 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 192-193) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən xuliqanlıq cinayətinin ictimai qaydaya və vətəndaşların rahatlığına qəsd edən, bəzi hallarda silah tətbiq edilməklə digər daha ağır cinayətlərin törədilməsi ilə nəticələnən təhlükəli və geniş yayılmış cinayət olması nəzərə alınmaqla məhkəmələrin diqqəti xuliqanlığa qarşı cəza tətbiqində mövcud nöqsanların aradan qaldırılması zəruriyyətinə cəlb edilmiş, 13-cü bəndi ilə isə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, hazırda da yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilərək onunla razılıq əldə olunmağa cəhd edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə az ağır cinayət törətməsini, həmin əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, hazırda da yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilərək onunla razılıq əldə olunmağa cəhd edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə az ağır cinayət törətməsini, həmin əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən isə həmin cəzalar qismən toplanılmaqla azadlığın məhdudlaşdırılması cəzasının qəti müddəti müəyyən edilməli, bu zaman azadlığın məhdudlaşdırılmasının yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilməsi ilə bağlı CM-nin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə cəza müddətinin hesablanması zamanı CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə, ona təyin edilməsi nəzərdə tutulan, təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunacaq cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməli olan cəzalar nəzərə alınmaqla, barələrində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs (onun qanuni nümayəndəsi) tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd bıçaq və onun qını məişətdə istifadəyə yararsız olduqlarından məhv edilməlidirlər; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından, vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CMnin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini, o cümlədən təhsil yerini dəyişməmək vəzifələri qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmaqla Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı, soyuq silah hesab edilməyən ov bıçağı və həmin bıçağın qını məhv edilsin. Məhkəmə məsrəfi olan 74 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı dövründə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 240 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 180 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar