Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-362/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədilə 01 fevral 2023-cü il tarixdə saat 08:30 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılmış X2 məxsus Şahid etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı 99- ED-746 dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından və avtomobilin açarının üzərində olmasından istifadə edib avtomobilə əyləşib mühərriki işə salaraq idarə edib talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, təkrarən talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədilə 04 fevral 2023-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən 3 saylı “Asan Kommunal”ın inzibati binasının qarşısında saxlanılmış X1 məxsus Zərərçəkmiş şəxs1 baş etibarnamə əsasında idarə etdiyi “Vaz 21099” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili qapısının açıq olmasından və avtomobilin açarının üzərində olmasından istifadə edib avtomobilə əyləşib mühərriki işə salaraq idarə edib talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 aya yaxın müddətdir ki, «kakos» və «patı» adlı narkotik maddələri ineksiya yolu ilə qəbul edir. xx.xx.2023-cü il tarixdə səhər saat 08:30 radələrində Montin qəsəbəsindən Keşlə qəsəbəsi istiqamətində piyada hərəkət etdiyi zaman, Keşlə qəsəbəsində yerləşən «Ruslan» marketin qarşısında mühərriki işlək vəzyyətdə olan qara rəngli “ KİA RİO” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapıları açıq vəziyyətdə olduğunu görmüş və sükan arxasına əyləşərək idarə edib oradan uzaqlaşmaq qərarına gəlmiş, daha sonra avtomobili idarə edib NZS qəsəbəsi istiqamətindən kənd Əhmədli qəsəbəsinə gəlmiş və sonda avtomobili Xalqlar dostluğunda yerləşən parkın yaxınlığında olan Binanın həyətində saxlayaraq avtomobildən enib oradan uzaqlaşmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Qara Qarayev prospektində gəzərkən T.Abbasov küçəsində yerləşən “Asan Kommunal” inziabti binasının qarşısına çatmış və orada qara rəngli “VAZ 2109” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş, daha sonra avtomobilin qapılarının açıq olduğunu müəyyən etmiş və avtomobilə əyləşərərək Günəşli qəsəsəbəsi istiqamətinə idarə etməyə başlamışdır. Sonda isə «Xalqlar Dostluğu» metrostansiyası yaxınlığında E.Süleymanov küçəsində avtomobili saxlamış açarını isə avtomobilin içərisinə qoyub Xalqlar Dostluğu metrosuna doğru hərəkət etmişdir. Avtomobillərə heç bir maddi ziyan dəyməmiş, avtomobilləri qaçırmaqda məqsədi ancaq onları idarə etmək olmuşdur. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının 9-u tarixindən Nizami rayonu T.Abbasov küçəsində yerləşən 3 saylı Asan Kommunalda Azərqaz İB-də mühəndisi vəzifəsində çalışır. 04 fevral 2023-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından çıxaraq baş etibarnamə ilə idarə etdiyi özünə məxsus olan qara rəngli VAZ 21099 markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nizamı rayonu T.Abbasov küçəsi 2442-cı məhəllə ev 120 ünvanında yerləşən 3 saylı "Asan Kommunal” idarəsinə gəlmiş və inzibati binan qarşısında avtomaşını saxlamağa yer olmadığından ilk öncə avtomobili Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən "Dominos Pizza” kafesinin qarşında saxlamış və işə getmişdir. Daha sonra saat 11:30 dəqiqədə avtomaşını ilk saxladığı yerdən götürərək iş yerinin qarşısına gətirmiş və inzibatı binanın qarşısında saxlayab binaya daxıl olmuşdur. Avtomaşını saxlayıb binaya daxıl olan zaman avtomaşının açarını avtomobilin üzərində saxlamış və işə getmişdir. Həmin gün saat 16:20 dəqiqədə mənə məxsus olan avtomobilin tanımadığı şəxs tərəfindən qaçırıldığını aşkar edərək dərhal bu barədə polisə məlumat vermişdir. Bundan sonra o, işlədiyi 3 saylı “Asan Kommunal”-n inzibati binasına yerləşdirilmiş müşahidə kameralarına baxmışdır. Həmin vaxt müəyyən etmişdir ki, tanımadığı şəxs ona məxsus avtomobilin sükanına əyləşərək idarə edib uzaqlaşır. Həmin gün saat 20 radələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq avtomobilimin tapıldığını bildirmişlər. Baş vermiş hadisə zamanı avtomobilindən hər hansı bir qiymətli əşya və predmet oğurlanmamış, avtomobilə maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, KİA RİO markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 2023-cü ilin yanvar ayının əvvəllərində o, özünə məxsus KİA RİO markalı **- ED-*** dövlət qeydiyyat nişanlı avtomobili depozit olaraq 100 manat verməklə günü 30 manata Şahid icarəyə vermişdir. 01 fevral 2023-cü il tarixdə ona məlum olmuşdur ki, ona məxsus KİA RİO markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid yaşadığı ünvanın yaxınlığında yerləşən «Ruslan» marketin qarşısından qaçırılmışdır. Baş vermiş hadisə zamanı avtomobilindən hər hansı qiymətli əşya və ya predmet oğurlanmamış, avtomobilə maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı Şahid məhkəməyə teleqramla müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının əvvəllərində o, Ağa adlı şəxsdən depozit olaraq 100 manat verib, KİA RİO markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili günü 30 manata icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. Gün ərzində işlədikdən sonra avtomobili kirayə yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilin giriş qapısının qarşısında dayandırmışdır. 01 fevral 2023- cü il tarixdə səhər saat 08:30 radələrində işə getmək üçün KİA RİO markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini işə salmışdır. Həmin vaxt mobil telefonunun mənzildə qaldığını görüb avtomobildən enərək avtomobilin mühərrikini işlək vəziyyətdə qoyub qapısını bağlamış və mənzilə getmişdir. Təxminən 5 dəqiqə sonra bayıra çıxan zaman avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını görmüşdür. Bundan dərhal bu barədə polisə məlumat vermişdir. 04 fevral 2023-cü il tarixdə polis əməkdaşları onunla əlaqə saxlayaraq bildirmişlər ki, avtomobili tapılıb. O, PŞnə gedərək avtomobilini polis əməkdaşlarından təhvil almışdır. Baş vermiş hadisə zamanı avtomobildən hər hansı bir qiymətli əşya və ya predmet oğurlanmamış, avtomobilə hər hansı bir maddi ziyan dəyməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 185.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 180.2.5-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR-sı Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, Salyan RM-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bununla da məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansısa şikayət və tələbləri yoxdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, peşmançılıq çəkməsini,vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd “KİA RİO” markalı **- ED-*** dövlət qeydiyyat nişanlı və bir ədəd “Vaz 21099” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı və 3 saylı “Asan Kommunal” inzibati binasında quraşdırılmış kamerada qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd «CD» disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 04 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “KİA RİO” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı və bir ədəd “Vaz 21099” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın və 3 saylı “Asan Kommunal” inzibati binasında quraşdırılmış kamerada qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd «CD» disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 126 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-362/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-362/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver