Məhkəmə qərarları › İş №1(007)-364/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-364/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-364/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1988-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Nizami küçəsi, döngə 1, ev 13-də qeydiyyatda olan, Bakı şəhəri Nəsimi rayonu, Şimalşitili küçəsi, ev 88-də yaşayan, 08 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 yanvar 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 07 aprel 2025-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, həmin tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamışdır. Belə ki, o, 08 yanvar 2025-ci il tarixdə ünvan 1 ünvanında Şahid1 pulunu sonradan ödəməsi şərti ilə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı psixotrop maddə metamfetaminin bir hissəsini istehlak etdikdən sonra Nizami Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərarına əsasən Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13 radələrində qeyd edilən ünvan 1 ünvanında saxlanılaraq üzərində yoxlama aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,309 qram xeyli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə aydır narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitəni təsadüfi tanış olduğu adamlardan və Zaur adlı şəxsdən, 5-6 manata, 10 manata almışdır. 08 yanvar 2025-ci il tarixdə, saat 10 radələrində o, Zaura zəng vuraraq ağrıları olduğunu, “patı” lazım olduğunu demiş, təşkil edib-etməyəcəyini soruşmuşdur. Zaur da demişdir ki, üstündə “patı” var və onu özünün olduğu yerə, yəni ünvan 2 saylı evə çağırmışdır. O, həmin evə getmiş və görmüşdür ki, evdə Zaurdan başqa evin sahibi Etibar və tanımadığı başqa iki nəfər kişi də var. Həmin 2 kişi hallı vəziyyətdə uzanmışlar, onların az müddət əvvəl narkotik istifadə etdiklərini başa düşmüşdür. O, Zaurdan “patı” istəmiş və demişdir ki, pulunu bir neçə gündən sonra verəcək. Zaura 2 gündən sonra 10 manat verəcəyi ilə razılaşmışlar və Zaur ona bir büküm “patı” vermişdir. O, həmin bükümdəki “patı”nın bir hissəni qəbul etmək üçün evin sahibi, yəni adını sonradan bildiyi Etibardan icazə istəmiş, Etibar da razı olmuş və o, Zaurun verdiyi bükümdə olan “patı”nın bir hissəsini iyləmək yolu ilə qəbul etmiş, qalanını da əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlamışdır ki, başqa vaxt istifadə edər. Həmin evdə olan zaman, yəni 08 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində sayını xatırlamadığı mülki geyimli şəxslər evə daxil olub özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, daha sonra üzərilərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onun, Zaurun, Etibarın, Kənanın üzərindən bükümlərdə “patı” aşkar edilmiş və polislər tərəfindən qablaşdırılmışdır. Daha sonra onlar Nizami rayon polis idarəsinə dəvət olunmuşlar, bu barədə protokol tərtib edilmiş və onlar da protokolu imzalamışlar. Əlavə olaraq göstərmişdir ki, o, üzərindən 01 ədəd bükümdə aşkar olunmuş psixotrop maddə olan metamfetamini 08 yanvar 2025-ci il tarixdə Zaurdan nisyə 10 manata almış, pulunu 2 gün sonra verməyə razılaşmışlar. O, Zaurdan əvvəllər də “patı” almış, hər dəfə Zaura 5-6 və ya 10 manat vermişdir. Üzərində başqa heç bir yerdə narkotik vasitə saxlamır, onun üzərindən aşkar edilmiş psixotrop maddə özünə məxsus olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul deyil, öz istifadəsi üçün almış və qəbul etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni sosial şəbəkədə tanımadığı şəxslərdən almışdır. Belə ki, o, həmin şəxslərin kartlarına pul göndərmiş və onlar da narkotiki qoyduqları ünvanın şəklini ona göndərmişlər, o isə həmin yerdən götürmüşdür. Sonuncu dəfə 07 yanvar 2025-ci il tarixdə gecə saat 3-də Samirlə birlikdə narkotik istifadə etməsi üçün Etibarın evinə getmişdir. Etibar Kənanla orada kirayə qalmışlar. Səhər saat 9-a işləmiş polislər gəlmiş, onları tutmuşlar. Üstləri yoxlanılan vaxt heç nə olmamışdır. Ona sənədlərə qol çəkdirib, narkotiki vermişlər. Çəkiliş etmişlər. Demişlər ki, “səni inzibati ilə buraxacağıq”. Cibinə qoymuşlar, amma o, “patı”dan heç vaxt istifadə etməmişdir. Onun istifadə etdiyi “kakos”dur. Yalandan deyirlər guya o, narkotik vasitəni nisyə vermişdir. Bu, qənddir, nədir, onu nisyə versin. O, bir gün əvvəl İran vətəndaşından Samirlə birgə 40 manata narkotik almışdır. İstifadə etmək üçün Etibargilə getmişlər, daha sonra da İlhamə gəlmişdir. Orada narkotik istifadə etmişlər. O, narkotik vasitəni Etibara pay vermişdir. İlhaməyə isə narkotik vasitə verməmişdir. İlhaməyə o, 5 manat taksi pulu vermişdir. Narkotikə görə pul söhbəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 yanvar 2025-ci il tarixdə Etibar adlı şəxsin kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən evdə tiryəkxana təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılmış araşdırmalarla həmin şəxsin ünvan 3 ünvanında qeydiyyatda olan X7 olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra tədbirin həyata keçirilməsi üçün ondan, narkotiklərlə mübarizə bölməsinin digər əməliyyat müvəkilləri Şahid3, Şahid4, Şahid5 və PPXB-nin polis nəfəri Şahid6 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirdikləri tədbirlər nəticəsində 08 yanvar 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən evdə tiryəkxana təşkil etməkdə şübhəli bilinən X7 və həmin mənzildə onunla birlikdə olan Şahid1, X13, Təqsirləndirilən şəxs və X12 tərəflərindən saxlanılmışdır. Onlara özlərini təqdim edib polis əməkdaşı olduqlarını, tiryəkxana təşkil etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirərək mənzili və üstlərini yoxlayacaqlarını demişlər. Yuxarıda adları qeyd olunan şəxslərin hər biri ayrı-ayrılıqda etiraz etməmişlər. Odur ki, mobil telefonla videoçəkiliş aparmaqla həmin şəxslərin üzərində qanunsuz əşya varsa onu təqdim etmələrini təklif etmişlər. İlk olaraq llhamə Qurbanova əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü və bir ədəd də “İnfinix” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmışdır. X22 əynində olan qara rəngli şalvarının sol yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü və bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüşdür. Etibar Babayevdən həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan X22in üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Etibar Babayevin təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra Şahid1 əynində olan qara rəngli idman üst geyiminin sağ yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü, bir ədəd “Mi” və bir ədəd “Samsung” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüşdür. Şahid1 həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü 08 yanvar 2025-ci il tarixdə, səhər saatlarında sosial şəbəkədən tanış olduğu İran vətəndaşından 40 manata aldığını bildirmişdir. Bundan sonra Şahid1 üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Şahid1 təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra Kənan Alşarov əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü, bir ədəd “Samsung” və bir ədəd də “İphone” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüşdür. Kənan Alşarovdan həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Kənan Alşarovun üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Kənan Alşarovun təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra Samir Məmmədovun üstü yoxlanılsa da, qanunsuz və sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet müəyyən edilməmişdir. Bundan sonra evə baxış keçirilmiş, otaqdakı masanın üzərində 5 ədəd narkotik vasitə qəbul etmək üçün şpris, 4 ədəd narkotik vasitə istifadə etmək üçün metal borucuq, 2 ədəd içərisində narkotik vasitə qalığına bənzər maddə olan ampula sübut əhəmiyyəti kəsb etdiyindən zərfə qoyulub qablaşdırılmışdır. Bundan sonra onlar Etibar Babayev, Şahid1, Təqsirləndirilən şəxs, Kənan Alşarov və Samir Məmmədovu polis idarəsinə aparmışlar, polis İdarəsində həmin şəxslərin üstlərinin və ünvan 2 ünvanında yerləşən evin yoxlanılması ilə bağlı protokol tərtib olunub toplanmış material maddi sübutlarla birlikdə təhqiqat şöbəsinə verilmişdir. Təqsirləndirilən şəxs saxlanılan və üzərinə baxış keçirilən zaman fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid5, Şahid2la eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid6 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, 08 yanvar 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanında keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Onlar evə daxil olmuşlar, evdə tiryəkxana təşkil etməkdə şübhəli bilinən Etibar Babayev və digərləri saxlanılmış, onlardan biri qadın olmuşdur. Onlara özlərini təqdim edib polis əməkdaşı olduqlarını, tiryəkxana təşkil etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirərək evi və üstlərini yoxlayacaqlarını demişlər. Saxlanılan şəxslərin hər biri ayrı-ayrılıqda etiraz etməmişlər. Odur ki, mobil telefonla videoçəkiliş aparmaqla həmin şəxslərin üzərində qanunsuz əşya varsa onu təqdim etmələrini təklif etmişlər. İlk olaraq Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü və bir ədəd də “İnfinix” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüş, Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmışdır. Sonra digərləri də üstlərində olan psixotrop maddə bükümlərini və mobil telefonlarını təqdim etmişlər, yalnız bir nəfərin üzərindən qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra saxlanılan şəxsləri polis idarəsinə aparmışlar, polis idarəsində həmin şəxslərin üstlərinin və ünvan 2 ünvanında yerləşən evin yoxlanılması ilə bağlı protokol tərtib olunub toplanmış material maddi sübutlarla birlikdə təhqiqat şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan və üzərinə baxış keçirilən zaman fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 13) - 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (İ cild, i.v. 1-9) - 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, barəsində əməliyyat-axtarış tədbiri keçirilən X1 yaşadığı ünvan 4 ünvanında tiryəkxana saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 08 yanvar 2025-ci il tarixdə, saat 13:00-da Ə.Hacıyev küçəsi, 79 ünvanında saxlanılan X5 və həmin ünvanda onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs, X13, Şahid1 və X8 hüquq və vəzifələri, o cümlədən tutulan andan etibarən müdafiəçiyə malik olmaq hüquqları izah edilmişdir. Həmin şəxslər saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənlərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanılan şəxslərin saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl saxlanılan şəxslərə paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri və psıxotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra saxlanılan şəxslərin üzərinə baxış keçirilmişdir. X6 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kristal şəkilli maddə və 1 ədəd “İnfinix” markalı mobil telefonu təqdim etmişdir. X2 üstü yoxlanılmış və üzərindən sübut əhəmiyyəti kəsb edən əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kristal şəkilli maddə qablaşdırılmış və 162 saylı mohurlə möhürlənmişdir. Mənzilə baxış keçirilən zaman 1 otaqlı evdəki masanın üzərində olan 5 ədəd narkotik vasitə qəbul etmək üçün şpris, 4 ədəd narkotik vasitə istifadə etmək üçün metal borucuq, 2 ədəd içərisində narkotik vasitə qalığına bənzər maddə olan ampula iş uçun subut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, baxış zamanı əhəmiyyəti üzrə digər əşya və predmet aşkar edilməmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin inzibatı binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxıl edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 01 ədəd DVD əlavə olunmuşdur. (İ cild, i.v. 28-31) - 08 yanvar 2025-ci il və 12 mart 2025-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən X3 narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi, eyni zamanda ünvan 2 ünvanında tiryəkxana təşkil etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X7, Təqsirləndirilən şəxs, X13 və Şahid1 08 yanvar 2025-ci il tarixdə, saat 13:00-da ünvan 2 ünvanında olan zaman saxlanılmış, daha sonra üstləri yoxlanılmış, hər birinin üzərindən öz demələrinə görə 01 ədəd psixotrop maddə hesab edilən metamfetamin götürülməsi raportla qeyd olunmuş, eyni zamanda Ə.Hacıyev küçəsi, 79 ünvanına baxış keçirilən zaman mənzildən 05 ədəd şpris, 04 ədəd metal borucuq, 02 ədəd içərisində narkotik vasitə qalığına bənzər maddə olan ampula götürülmüş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 05 ədəd ağ rəngli zərfə baxış keçirilmiş, zərflər bağlı vəziyyətdə olmuş, zərflərin üzərində 02 ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 162 № möhürlə möhürlənmiş vəziyyətdə olmuş, zərfin üzərində saxlanılan şəxslərin imzaları, həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq imza H.Asılanov, imza Şahid3 və imza Şahid5 yazıları yazılmışdır, zərflərin tamlığı pozulmamışdır. Daha sonra 01 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, X7, Təqsirləndirilən şəxs, X13 və Şahid1 onlardan psixotrop maddə aşkar olunması barədə bildirmələri əksini tapmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdıpr. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 01 ədəd DVD əlavə olunmuşdur. Həmin diskə müstəntiq tərəfindən 12 mart 2025-ci il tarixdə baxış keçirilərkən qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild, i.v. 40-41, İİ cild, 38-39) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 09 yanvar 2025-ci il tarixli 6/72 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №162”-li dairəvi möhür əksi olan 5 ədəd paketdəki, -üzərində “X3 üzərindən aşkar edilmiş maddə (imza) Babayev” yazısı və imzalar olan paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,267qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində: “X9 üzərindən aşkar edilmiş maddə (imza) K.Aİşarov” yazısı və imzalar olan paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,219 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,309 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində “Şahid1 üzərindən aşkar edilmiş maddə (imza) Şahid1 “ yazısı və imzalar olan paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,226 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində: “ünvan 5 ünvanında aşkarlanmış maddi sübut..” yazısı və imzalar olan paketdə, bir ədəd 2,5 ml-lik şpirisin və iki ədəd şüşə ampulanın içərisində narkotik vasitə olan heroinin və 4 ədəd metal borucuqların içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklində oduğu üçün heroinin və metomfetaminin təmiz çəkisini və təqdim olunmuş 4 ədəd paketdə olan metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Həmin paketdə olan 4 ədəd 1 ml-lik şprisin içərisində narkotik vasitələrin və psixotrop maddələrin izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş X7, Təqsirləndirilən şəxs, X13 və X4 üzərilərindən aşkar edilərək götürülmüş metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,309 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,259 qram olmuşdur. (Təqsirləndirilən şəxs münasibətdə, İ cild, i.v. 149-153) - 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,309 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,259 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və ünvan 6 ünvanına baxış keçirilən zamanı aparılmış video çəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus “İnfinix” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən maddi subut hesab edilməmiş və sahibinə qaytarılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı fakt müəyyən olunmadığı üçün əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməmiş, X7, Şahid1, X13 və Təqsirləndirilən şəxs ayrıayrılıqda müstəqil cinayətlər törətdikləri üçün cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, X9 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işləri ayrıca icraata ayrılmışdır. (İİ cild, i.v. 127-146) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 07 aprel 2025-ci il tarixli, 1925 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən Bakı şəhəri Narkoloji Mərkəzində “F192” diaqnozu ilə dispanser qeydiyyatdadır. (İİ cild, i.v. 207-208) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni ona satmış Şahid1 cinayət məsuliyyətinə cəlb olunaraq ona ittiham verilmiş, barəsində ayrıca icraata iş ayrılmışdır və həmin icraatda işə baxılmaqla əmələ hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 96) - 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (İ cild, i.v. 243-245) - 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 263-264) - 07 aprel 2025-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild, i.v. 188) - 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, onun Nizami RPİ-nin MSY-dən azad edilmişdir. (İİ cild, i.v. 203-204) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İ cild, i.v. 318) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladları X11 21 iyun 2009-cu il tarixdə, X10 11 iyun 2012-ci il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 yanvar 2025-ci il tarixdə tutulmuş, 10 yanvar 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 02 gün tutmada saxlanılmışdır. Daha sonra o, istintaqdan gizləndiyindən barəsində axtarış elan olunmuş, həmin qərarın icrası ilə bağlı 07 aprel 2025-ci il tarixdə saat 09:30-da tutulmuş, həmin gün saat 16:30-dan saat 17:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra, barəsində qətimkan tədbiri məsələsinə baxılaraq müstəntiq tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, həmin hissədə onun tutulma müddəti 01 gün kimi qəbul edilməlidir. Bununla da, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə tutulduğu ümumilikdə 03 gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə məhv edilməli, içərisində videogörüntülər 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci müvafiq hissədə, yəni ekspertiza tədqiqatının ümumilikdə 4 nəfər təqsirləndirilən şəxsdən aşkar olunmuş maddələr üzrə aparılması nəzərə alınmaqla, təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və onun Bakı şəhəri Narkoloji Mərkəzində (F192) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən hesablanaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 07 aprel 2025-ci il tarixdə axtarışda olan şəxs qismində tutulduğu 01 gün, cəmi 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 (altı) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun, həmçinin onun Bakı şəhəri Narkoloji Mərkəzində (F192) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,259 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 28,5 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 22 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 242 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar