Məhkəmə qərarları › İş №1(007)-365/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-365/2021

29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-365/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1981-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Müalicə Müəssisəsində Müalicə alan zaman “Cəzaçəkmə müəssisələrinin X13” ilə qadağan edilmiş əşya sayılan 1 ədəd “Samsung” markalı, “GT-İ9082i” modelli, “**********30069, **********30067” İMEİ kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş ********** saylı GSM danışıq kartları vasitəsi ilə 21.11.2020ci il tarixdən 21.01.2021-ci il tarixədək müxtəlif vaxtlarda tanışı Şahid7 istifadəsində olan ********** saylı, Şahid8 istifadəsində olan ********** saylı və ********** saylı, X11 istifadəsində olan ********** saylı və X12 istifadəsində olan ********** saylı mobil telefon nömrələrinə zənglər etməklə, həmçinin ********** saylı GSM danışıq kartları ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Şahid9 istifadəsində olan ********** saylı, Şahid10 istifadəsində olan ********** saylı, Şahid7 istifadəsində olan ********** saylı, Şahid8 istifadəsində olan ********** saylı nömrələrə yazılar, fotoşəkillər və səs yazıları göndərməklə istifadə etmiş və 21 yanvar 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində müəssisə əməkdaşları tərəfindən müalicə aldığı korpusda keçirilmiş axtarış-baxış zamanı həmin qadağan edilmiş əşya daxilində danışıq kartı ilə birlikdə, yatdığı çarpayıda olan balışın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Müalicə Müəssisəsində müalicə alan zaman sanitar qovşaqdan mobil telefon tapmışdır. O, həmin mobil telefonu götürüb özündə saxlayaraq gizlin istifadə etmişdir. Səhv etmişdir, əməlindən peşmandır. Məhkəmədən barəsində aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəis müavini Şahid1 ifadəsində göstərmişdir ki, 21 yanvar 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən müəssisə əməkdaşları tərəfindən məhkum Təqsirləndirilən şəxs yatdığı çarpayıda olan balışın içərisindən daxilində bir ədəd danışıq kartı olan mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. X2 ilkin izahatında həmin mobil telefon aparatının özünə məxsus olduğunu bildirmişdir. Araşdırma zamanı telefonun Vüqara məxsus olduğu müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4 Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, anasına məxsus idman geyimləri mağazasında ara-sıra satıcı kimi işləyərək anasına kömək edir. Mağazaya tanımadığı bir nəfər şəxs zəng edib idman geyimləri sifariş etmiş, lakin geyimləri götürməyə özünün gəlməyəcəyini, başqa adam göndərəcəyini bildirmişdir. Sonra tanımadığı şəxslər gəlib malları alıb aparmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Əsədov Zeynullah onun qardaşıdır. X1 zaman müəssisənin əməkdaşları tərəfindən axtarış aparılmış və mobil telefon aşkar edilmişdir. O, mobil telefonun kimdən aşkar edildiyini bilmir. Qardaşı ilkin izahatında mobil telefonun özünə məxsus olduğunu və onun mobil telefonu yoxlamadan gizlədərək keçirtdiyini bildirmişdir. Onun heç nədən xəbəri yoxdur, o, müəssisəyə mobil telefon keçirtməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Vüqar onun xalası oğludur. Vüqar mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayıb danışmışdır. İş üzrə Şahid7 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını bildirmişdir. Şahid7 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun zamandır tanıyır. Təxminən 2020-ci ilin dekabr ayında onun istifadəsində olan ********** saylı GSM nömrəsinə 012 ilə başlayan nömrədən zəng gəlmiş, özünü Vüqar Naxçıvanlı kimi təqdim etdikdən sonra Vüqarı xatırlamışdır. Vüqarla mobil telefon vasitəsi ilə danışdığını xatırlamır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 28.01.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - 21.01.2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 bölməsinin rəisi, ədliyyə mayoru Şahid2, ƏRİ üzrə rəis müavini, ədliyyə mayoru Şahid1, ƏB-nin böyük inspektoru, ədliyyə baş leytenantı Şahid4, RNŞ-nin nəzarətçisi, ədliyyə kiçik giziri Şahid3, hal şahidləri məhkumlar X9 və X3 iştirakı ilə 21.01.2021-ci il tarixdə saat 17:00 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatına əsasən keçirilmiş qəfləti axtarış-baxış tədbiri nəticəsində X5 bölməsində müalicə olunan məhkum Təqsirləndirilən şəxs yatdığı çarpayıda olan balışın içərisindən daxilində “Bakcell” mobil operatoruna məxsus (099) ***-**-** nömrəli sim kart olan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kompüter-texniki ekspertizasının 08.02.2021-ci il tarixli, 5/89 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş 01 ədəd daxilində danışıq kartı olan “Samsung” markalı, “GT-İ9082i” (X18) modelli “**********30069”, “**********30067” İMEİ nömrəli, “RF1D611X1TV” seriya nömrəli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, istifadə üçün yararlıdır. Mobil smartfonun daxilində 1 ədəd “********************” seriya nömrəli “Bakcell” mobil operatora məxsus “SİM” tipli danışıq kartı müəyyən edilmişdir. Tədqiq olunan bir ədəd “Samsung” markalı, “GT-İ9082i” (X18) modelli “**********30069”, “**********30067” İMEİ nömrəli mobil smartfonun yaddaşında müəyyən edilmiş SMS mesajlar, zənglər, kontaktlar, məlumat ilə fayllar (foto, video, audio), “WhatsApp” proqram tətbiqi ilə aparılmış yazışmalar müəyyən edilmişdir. Qeyd olunan məlumatlar və hesabat bir ədəd eskpert rəyinə əlavə edilmiş “DVD” diskə köçürülmüşdür. - maddi sübut kimi tanımaq haqqında 14.10.2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Samsung” markalı, “GT-İ9082i” modelli, “**********30069”, “**********30067” İMEİ kodlu mobil telefon aparatı və daxilində olan 01 ədəd “Bakcell” GSM kartı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 14.10.2019-cu il tarixli qərardan görünür ki, 6 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli, 1(007)-365/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 20.10.2007-ci il təvəllüdlü Allahverdiyeva Aylin adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X13 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29.12.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “mobil telefon” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 19.11.2021-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 79/2019 saylı, 15.01.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-346/2021 saylı, 20.10.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 20.10.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 346/2021 saylı, 20.10.2021-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-346/2021 saylı, 20.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-346/2021 saylı, 20.10.2021-ci il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni 20.10.2021-ci il tarixdən hesablanmalı; iş üzrə maddi sübut olan bir ədəd “Samsung” markalı, “GT-İ9082i” modelli mobil telefon və 1 ədəd “Bakcell” GSM kartı dövlət nəfinə müsadirə edilməli; iş üzrə maddi sübut olan 6 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 61,17 (altmış bir manat on yeddi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 90 (doxsan) manat (15x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-346/2021 nömrəli, 20.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 9 (doqquz) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “Samsung” markalı, “GT-İ9082i” modelli mobil telefon və 1 ədəd “Bakcell” GSM kartı dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə maddi sübut olan 6 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 61,17 (altmış bir manat on yeddi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızına 90 (doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar