Məhkəmə qərarları › İş №1(007)-365/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-365/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-365/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülmüş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədilə 08 may 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137 saylı evin 15 nömrəli mənzilində qardaşı Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Ford" markalı “Transit” modelli **- FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını gizli olaraq götürüb ünvan 2 ünvanda yerləşən “Piranii Pub” restoranın qarşısında saxlanılmış həmin avtomobilin qapısını açarla açıb mühərriki işə salaraq nəqliyyat vasitəsini idarə etməklə ünvan 3 ünvanın qarşısına gətirərək talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmiş (qaçırmış), bundan sonra həmin ünvanda özgə əmlakını gizli olaraq talama məqsədilə avtomobilin açarı ilə yük yerini açıb qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oradan qardaşı Zərərçəkmiş şəxs1 məxsus hər biri 9 manat olan ümumilikdə 243 manat dəyərində 0,5 litr 27 ədəd “Ecoline” markalı şüşə butulkada olan arağı, hər biri 11 manat olan ümumilikdə 198 manat dəyərində 0,7 litr 18 ədəd “Ecoline” markalı şüşə butulkada olan arağı, hər biri 13 manat olan ümumilikdə 156 manat dəyərində 1 litr 12 ədəd “Ecoline” markalı şüşə butulkada olan arağı, hər biri 10 manat olan ümumilikdə 140 manat dəyərində 1,75 litr 14 ədəd “Ağsu Mirvari" markalı şüşə butulkada olan arağı, hər biri 8 manat olan ümumilikdə 128 manat dəyərində 0,5 litr 16 ədəd “Qradus” markalı şüşə butulkada olan arağı, hər biri 10 manat olan ümumilikdə 180 manat dəyərində 0,75 litr 18 ədəd “Qradus” markalı şüşə butulkada olan arağı, hər biri 0,67 manat olan ümumilikdə 53,6 manat dəyərində 0,5 litr 80 ədəd “Golden Graal” markalı şüşə butulkada olan limonat, hər biri 5 manat olan ümumilikdə 40 manat dəyərində 0,5 litr 8 ədəd “Zernovaya” markalı şüşə butulkada olan arağı, hər biri 8,5 manat olan ümumilikdə 34 manat dəyərində 0,7 litr 4 ədəd “Tombovskiy Volk” markalı şüşə butulkada olan arağı, hər biri 8,5 manat olan ümumilikdə 102 manat dəyərində 0,5 litr 12 ədəd “Sekret” markalı şüşə butulkada olan arağı, hər biri 10,5 manat olan ümumilikdə 94,5 manat dəyərində 0,7 litr 9 ədəd “Sekret" markalı şüşə butulkada olan arağı və hər biri 12,5 manat olan ümumilikdə 75 manat dəyərində 1 litr 6 ədəd “Sekret” markalı şüşə butulkada olan arağı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1444,1 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədilə 17 may 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 4 ünvanında yerləşən “Kompas” tədris mərkəzinin açıq olmasından istifadə edərək mərkəzə daxil olub orada otaqların birində masa üzərinə qoyulmuş, Zərərçəkmiş şəxs2 məxsus “Toyota” markalı “Camry” modelli **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını gizli olaraq götürüb, ünvan 5 ünvanında saxlanılmış avtomobilin qapısını açarla açıb mühərriki işə salaraq nəqliyyat vasitəsini idarə etməklə Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanın qarşısına gətirərək talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmiş (qaçırmış), bundan sonra həmin ünvanda təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə avtomobilin salonunda olan Zərərçəkmiş şəxs2 məxsus bir ədədi 15 manat olmaqla ümumi dəyəri 30 manat olan iki ədəd gün eynəyi, 01 ədəd 110 manat dəyərində qara rəngli gödəkçəni, 01 ədəd 100 manat dəyərində qara rəngli gödəkçəni, 30 manat dəyərində maşın təkərinə hava dolduran nasosu və ümumilikdə 30 manat dəyərində avtomobil ehtiyat hissəsinin gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2004-cü il tarixdən narkotik vasitə aludəçisidir. O, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 137 mənzil 15-də qardaşı və onun ailə üzvləri ilə birlikdə yaşayır. Qardaşı adını bilmədiyi firmada işləyir və spirtli və spirtsiz içkilərin satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün pul lazım olmuşdur. O, pul tapa bilmədiyinə görə ağlına gəlmişdir ki, şirkət tərəfindən qardaşına verilmiş olan avtomaşının yük yerində çoxlu miqdarda spirtli içkiləri oğurlayaraq satsın və bunun müqabilində narkotik vasitə alsın. O, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində evdən qardaşının şalvarının cibindən onun idarə etdiyi Ford Transit markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomaşının açarını götürərək avtomaşını qaçırmış, və ünvan 7 ünvanda yol kənarında olan obyektlərə həmin məsulları satmışdır.O, malı təklif etdiyi hər bir şəxsə firma işçisi olduğunu bildirmişdir. Kafedə ona 10 ədəd düşes üçün 8 manat, 2 ədəd araq üçün isə 6 manat pul verilib. Daha sonra isə yaxınlıqda yerləşən “Eleqand”şarab evinə getmişdir. Şarab evində spirtli içkilərin satışını təklif etmişdir. Həmin vaxt orada olan bir nəfər şəxsə 1 qutu, içərisində 6 ədəd olan 1 litrlik “Ecoline” markalı, 1 qutu, içərisində 6 ədəd olan 0,7 litrlik “Ecoline” markalı, 1 qutu, içərisində 6 ədəd olan 0,5 litrlik “Ecoline” markalı arağı 115 manata satmışdır. Daha sonra “QAZEL” markalı avtomaşından tanımadığı bir şəxsə hər birində 24 ədəd olan 2 qutu, yəni 48 ədəd limonad və 2 qutu müxtəlif markalı araq satmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Nizami rayonu B.Nuriyev 77 ünvanda yerləşən parkın ətrafında gəzərkən narkotik vasitə almaq üçün pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən də qeyd olunan ünvanda tədris mərkəzinə daxil olmuş, otaqlardan birində masanın üzərində olan maşın açarını götürmüş, çölə çıxmış və açarda olan düyməni basdıqda orada olan ağ rəngli “Toyota Camry” markalı avtomobilin qapılarının açıldığını görmüş, avtomobilə əyləşmiş, motoru işə salaraq avtomobili sürüb oradan uzaqlaşmışdır. Qeyd olunan avtomobili sürüb Nizami rayonu Ordubadi küçəsində saxlamışdır. Orada avtomobilin içərisində olan 2 ədəd qara rəngli gödəkcəni, 2 ədəd qara rəngli eynəyi, qutunun içərisində olan 1 ədəd avtomobil ehtiyyat hissəsini və 1 ədəd avtomobil təkərinin hava doldurucusunu götürmüş, avtomaşının açarını ayaq altına qoyub, piyada oradan uzaqlaşmışdır. Daha sonra oğurladığı ehtiyyat hissəsini, hava doldurucunu hər birini 10 manata satmışdır. Həmin şəxs ona hansı səbəbdən satdığını soruşmamışdır. 2 ədəd gödəkcəni tanımadığı şəxslərə, birini 5 manata, digərini isə 7 manata satıb həmin pula tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan avtomobili sürüb aparmaqda məqsədi həmin avtomobilin içərisindən oğurluq etmək olmuşdur. Törətmiş olduğu əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildən “Kompas” uşaq tədris mərkəzində texniki köməkçi kimi işləyir. Nizami rayonu Bəhruz Nuriyev küçəsi 77 ünvanında yerləşən “Tədris mərkəzi”–nə xx.xx.2022-ci il tarixdə saat təxminən 13:30 radələrində xalasının əri X1 ilə birlikdə ona məxsus ağ rəngli “Toyota Camry” markalı **-TL-*** dövlət nömrə nişanlı avtomaşınla gəlmişdir. Saat təxminən 14:30 radələrində avtomobilin Tədris mərkəzinin yaxınlığında yerləşən aptekin qarşısında saxlamış və obyektə daxil olmuşdur. Maşının açarlarını masanın üzərinə qoymuş, işlərini yekunlaşdırdıqdan sonra, açarların masanın üzərində olmadığını aşkar etmişdir. Daha sonra avtomaşını saxladığı yerə baxış keçirərkən, maşının naməlum şəxs tərəfindən qaçırıldığı ona bəlli olmuşdur.xx.xx.2022-ci il tarixdə avtomobili aşkar edilmişdir. Avtomobilinə baxış zamanı bir ədədi 15 manat olmaqla ümumi dəyəri 30 manat olan iki ədəd gün eynəyi, dəyəri 100 manat olan 1 ədəd qara rəngli gödəkcə, dəyəri 110 manat olan 1 ədəd qara rəngli gödəkcə, dəyəri 30 manat olan hava dolduran nasos, dəyəri 30 manat olan avtomobil ehtiyat hissəsinin yerində olmadığını aşkar etmişdir. Avtomaşına heç bir ziyan dəyməmişdir. Avtomobildə olan əşyaların naməlum şəxs tərəfindən oğurlanması nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid5 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev 70 ünvanında kiçik ərzaq mağazası işlədir. xx.xx.2022-ci il tarixdə mağazada olan zaman bir nəfər sonradan polis idarəsində adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşmış, özünü firma işçisi kimi təqdim etmiş, 6 ədəd arağı 18 manata Şahid5 satmışdır. Daha sonra polis əməkdaşları mağazaya yaxınlaşdıqda, həmin şəxsdən araq aldığını bildirmiş, 2 ədəd arağı polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir, digər 4 ədəd arağı isə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, fərdi qaydada mühasib işləyir. Həmçinin də Eleqand şarab evində də mühasib kimi fəaliyyət göstərir. Belə ki, həftənin bir neçə günü şərab evində mühasibatlıq işlərini aparır. İfadəsində bildirdi ki, təxminən 3 həftə əvvəl Eleqand şarab evində olan zaman əvvəllər görmədiyi və tanımadığı bir nəfər şəxs özünü “Ecolain” firmasının işçisi kimi təqdim etmiş, spirtli içki və meyvə şirəsi satdığını bildirmişdir. Həmin şəxsdən 3 ədəd 1 l-lik, 4 ədəd 07 l-lik və 7 ədəd 0,5 l-lik olmaqla cəmi 14 ədəd “Ecolain” spirtli içki almışdır. Həmin içkilərdən 7-ni polisə təqdim etmiş, qalanlarını isə dostları ilə içmişdir. Sonradan spirtli içkini ona satan adamın Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Əliyev X8 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs da onunla eyni mənzildə yaşayır. O, “Ford Transit" markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək fərdi qaydada yükdaşıma ilə məşğul olur. O, bir neçə gün ərzində müxtəlif topdan satış mağazalarından qəbul etdiyi içki məhsullarını idarə etdiyi avtomobilin yük yerinə yerləşdirmişdir. Həmin malların bir hissəsini müxtəlif mağazalara payladıqdan sonra qalan məhsulu avtomobildə saxlayırmış. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində qeyd olunan avtomobili həmişə olduğu kimi yaşadığı binanın yaxınlığında yerləşən “Pirani Pab” adlı kafenin qarşısında saxlayıb yaşadığı mənzilə getmişdir. Həmin vaxt avtomobilin yük yerində hər birinin qiyməti 9 manat olan 27 ədəd 0,5 litrlik Ecoline markalı araq, hər birinin qiyməti 11 manat olan 18 ədəd 0,7 litrlik Ecoline markalı araq, hər birinin qiyməti 13 manat olan 12 ədəd 1 litrlik “Ecoline” markalı araq, hər birinin qiyməti 10 manat olan 32 ədəd 1.75 litrlik “Ağsu Mirvarisi” markalı araq, hər birinin qiyməti 8 manat olan 16 ədəd 0,5 litrlik “Qradus” markalı araq, hər birinin qiyməti 10 manat olan 18 ədəd 0,75 litrlik “Qradus” markalı araq, hər birinin qiyməti 0.67 manat olan 140 ədəd 0,5 litrlik “Golden Graal” markalı düşes, hər birinin qiyməti 5 manat olan 9 ədəd 0,5 litrlik “Zernovaya” markalı araq, hər birinin qiyməti 7 manat olan 12 ədəd 0,7 litrlik “Zernovaya” markalı araq, hər birinin qiyməti 6 manat olan 2 ədəd 0,7 litrlik “Sultanbek” markalı araq, hər birinin qiyməti 2.30 manat olan 2 ədəd 0,75 litrlik “Kaqor” markalı çaxır, hər birinin qiyməti 4 manat olan 16 ədəd 0,5 litrlik “Novaya Ağsu” markalı araq, hər birinin qiyməti 5 manat olan 12 ədəd 0,7 litrlik “Novaya Ağsu” markalı araq, hər birinin qiyməti 8.5 manat olan 4 ədəd 0,7 litrlik “Tombovskiy Volk” markalı araq, hər birinin qiyməti 8.5 manat olan 12 ədəd 0,5 litrlik “Sekret” markalı araq, hər birinin qiyməti 10.5 manat olan 9 ədəd 0,7 litrlik “Sekret” markalı araq və hər birinin qiyməti 12.5 manat olan 10 ədəd 1 litrlik “Sekret” markalı araq olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı mənzildən çıxarkən şalvarının cibində saxladığı qeyd olunan avtomobilə aid açarın cibində olmadığını aşkar etmişdir. Bu zaman ona məlum olmuşdur ki, Rauf şalvarının cibindən avtomobilin açarını götürüb. Həmin vaxt Rauf evdə olmamışdır. O, dərhal mənzildən çıxıb avtomobili saxladığı ünvana getdikdə avtomobilin yerində olmadığını aşkar etmişdir. Bu zaman ona məlum olmuşdur ki, qeyd olunan avtomobil yük yerində olan içkilərlə birlikdə qardaşı Təqsirləndirilən şəxs tərəfindən qaçırılmışdır. Bundan sonra isə o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi "Ford Transit" markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin onunla eyni mənzildə yaşayan qardaşı Təqsirləndirilən şəxs tərəfindən qaçırılması barədə ərizə yazmışdır. Həmin gün saat 22:00 radələrində qeyd olunan avtomobilin Nizami rayonu Ə.Kürçaylı küçəsi 22 saylı binanın qarşısında olduğunu aşkar etmişdir. Avtomaşına heç bir zərər vurulmamışdır. Eyni zamanda avtomobilin qapıları bağlı olmuşdur. Bir qədər sonra qeyd olunan avtomobilə aid açarın yanacaq çəninin qapağının içərisində olduğunu aşkar etmişdir. Bundan sonra o, avtomobilin qapısını açıb salona baxış keçirmiş, avtomobilin salonunda heç bir dağıntı və ya müdaxilə aşkar etməmişdir. Bundan sonra o, avtomobilin yük yerinə baxış keçirərkən avtomobilin yük yerində olan 27 ədəd 0,5 litrlik “Ecoline” markalı arağın, 18 ədəd 0,7 litrlik “Ecoline” markalı arağın, 12 ədəd 1 litrlik “Ecoline” markalı arağın, 14 ədəd 1.75 litrlik “Ağsu Mirvarisi” markalı arağın, 16 ədəd 0,5 litrlik “Qradus” markalı arağın, 18 ədəd 0,75 litrlik “Qradus” markalı arağın, 80 ədəd 0,5 litrlik “Golden Graal” markalı düşesin, 8 ədəd 0,5 litrlik “Zernovaya” markalı arağın, 4 ədəd 0,7 litrlik “Tombovskjy Volk” markalı arağın, 12 ədəd 0,5 litrlik “Sekret” markalı arağın, 9 ədəd 0,7 litrlik “Sekret” markalı arağın və 6 ədəd 1 litrlik Sekret markalı arağın yerində olmadığını aşkar etmişdir. Ona məlum olmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs qeyd olunan avtomobili qaçıraraq yük yerində olan müxtəlif növ içkiləri oğurladıqdan sonra avtomobili aşkar etdiyi ünvanda saxlamışdır. Beləliklə qardaşı Rauf avtomaşının yük yerindən biri 9 manatolan ümumilikdə 243 manat dəyərində 0,5 litr 27 ədəd “Ecoline” markalı şüşə butulkadaolan arağı, hər biri 11 manat olan ümumilikdə 198 manat dəyərində 0,7 litr 18 ədəd“Ecoline” markalı şüşə butulkada olan arağı, hər biri 13 manat olan ümumilikdə 156 manat dəyərində 1 litr 12 ədəd “Ecoline” markalı şüşə butulkada olan arağı, hər biri 10 manat olan ümumilikdə 140 manat dəyərində 1,75 litr 14 ədəd “Ağsu Mirvari” markalı şüşə butulkada olan arağı, hər biri 8 manat olan ümumilikdə 128 manat dəyərində 0,5 litr 16 ədəd “Qradus” markalı şüşə butulkada olan arağı, hər biri 10 manat olan ümumilikdə 180 manat dəyərində 0,75 litr 18 ədəd “Cradus” markalı şüşə butulkada olan arağı, hər biri 0,67 manat olan ümumilikdə 53,6 manat dəyərində 0,5 litr 80 ədəd “Golden Graal” markalı şüşə butulkada olan limonat, hər biri 5 manat olan ümumilikdə 40 manat dəyərində 0,5 litr 8 ədəd “Zernovaya” markalı şüşə butulkada olan arağı, hər biri 8,5 manat olan ümumilikdə 34 manat dəyərində 0,7 litr 4 ədəd “Tombovskiy Volk" markalı şüşə butulkada olan arağı, hər biri 8,5 manat olan ümumilikdə 102 manat dəyərində 0,5 litr 12 ədəd “Sekret” markalı şüşə butulkada olan arağı, hər biri 10,5 manat olan ümumilikdə 94,5 manat dəyərində 0,7 litr 9 ədəd “Sekret” markalı şüşə butulkada olan arağı və hər biri 12,5 manat olan ümumilikdə 75 manat dəyərində 1 litr 6 ədəd “Sekret” markalı şüşə butulkada olan arağı oğurlamışdır. Ümumilikdə oğurlanmış içkilərin ümumi qiyməti 1444 manat 10 qəpik olmaqla oğurluq nəticəsində ona eyni məbləğdə maddi ziyan dəymişdir. Avtomaşından oğuranmış içkilər ona məxsus olmuşdur. Belə ki, o, həmin içkiləri götürən zaman öncədən pulunu ödəyib, daha sonra isə həmin içkiləri paylayırmış. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X4 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, avtomobil ehtiyatı hissələri mağazası işlədir. xx.xx.2022-ci il tarixdə o, mağazada olan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq 1 ədəd elektrikli nasos və avtomaşın ehtiyat hissəsi satdığını bildirmişdir. C.Babayev qeyd olunanları 20 manat ödəniş edərək almışdır. Sonradan polis əməkdaşları mağazay yaxınlaşdıqda həmin əşyaların oğurluq olduğunu bilmiş, polis əməkdaşlarına könüllü təhvil vermişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4961 saylı rəyinə əsasən bir ədəd 1 litrlik “Ekoline”markalı araq 13 manat, 1 ədəd 0,5 litrlik “Ekoline”markalı araq 9.0 manat, 1 ədəd 0,5 litrlik ”Sekret” markalı araq 8.50 manat, 1 ədəd 0,5 litrlik “Golden Graal” markalı limonad 0.60 manat, 1 ədəd istifadə olunmuş üzərində “Optelli” sözləri olan gün eynəyi 4 manat, 1 ədəd istifadə olunmuş üzərində markalanmaya dair heç bir qeydi olmayan gün eynəyi 2 manat, 1 ədəd istifadə olunmamış “Bushing CVT-3 GV0438” markalı avtomobil ehtiyat hissəsi 25 manat, 1 ədəd istifadə olunmuş “Mercedes Benz” markalı A********** seriyalı nasos 120 manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı malların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 182.10 (yüz səksən iki manat on qəpik) manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 185.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi xx.xx.2021-ci il tarixli “AMNİSTİYA” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, 7-ci bəndinə əsasən məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən eyni məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamani nəzərə alınmır. Məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir ziyan və tələbləri yoxdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, peşmançılıq çəkməsini,vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar