Məhkəmə qərarları › İş №1(007)-367/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-367/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-367/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi:X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Cavad oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsl: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Ağdam rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, orta təhsilli, Ağdam rayonu, Ağdamkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cavad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyun 2022ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın dəmir jalüzünün üzərində olan qıfılını, özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb açdıqdan sonra, mağazanın pəncərəsinin şüşəsini həmin dəmir parçası ilə qıraraq, əlini pəncərədən içəri salıb pəncərəyə yaxın rəfdə şəffaf rəngli sellofanın içində saxlanılan Zərərçəkmiş şəxs məxsus 6000 (altı min) manat nağd pul vəsaitinini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 6000 (altı min) manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 21 iyun 2022-ci il tarixdə anasının işlədiyi, Nizami rayonunda yerləşən 8-ci km bazarında yerləşən təndirxana ilə üzbəüz yerləşən mağazadan siqaret almaq üçün ora yaxınlaşmışdır. Həmin vaxt, ondan öncə olan müştəri alış-veriş üçün verdiyi pulun xırdalanmasını gözləyərkən orada satıcının pəncərəyə yaxın hissədə olan rəfdən sellofanda olan pul vəsaitini götürüb xırdalamağını görmüşdür. Həmin müştəridən sonra özünə siqaret alıb, mağazadan uzaqlaşmışdır. Bir qədər sonra maddi vəziyyəti zəif olduğundan, həmçinin anasının xəstəliyi ilə bağlı pul vəsaitinə ehtiyacı olduğundan həmin mağazada olan pul vəsaitini oğurlamaq qərarına gəlmişdir. Mağaza bağlandıqdan sonra, saat 01 radələrində ətrafda kənar şəxslərin olmadığını görüb, öncədən özü ilə gətirdiyi dəmir parçası ilə asma qıfılı qırmaq qərarına gəlmişdir. Əlində olan dəmir parçası ilə qıfılı qırıb bir qədər kənara atmış və jalüzü yuxarı qaldırmışdır. Alışveriş edən zaman sellofanda gördüyü pul vəsaitini, şüşəsini qırdığı yerdən əlini içəri salmaqla götürmüşdür. Evə gedərkən yolda pulu saymağa başlamış, ümumilikdə 2611 (iki min altı yüz on bir) manat pul olduğunu müəyyən etmişdir. O, həmin pulların bir qədər kiçik əsginaslarla, yəni beş və bir manatlıqlarla olan hissəsini yaşadığı ünvana qoymaq, digər hissəsini isə öz şəxsi ehtiyacları üçün xərcləmək qərarına gəlmişdir. Odur ki, yaşadığı ünvana çatdıqdan sonra mənzildə olan anası və qardaşı Mehmana bu barədə heç nə demədən, özünün yatdığı divanın üzərində olan döşəyin altına həmin ələ keçirdiyi 5 və 1 manatlıq əsginaslarla olan, ümumilikdə 1111 (bir min yüz on bir) manat pul vəsaitini qoymuşdur. Digər onda qalan hissəsini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan isə polis əməkdaşlarının onu axtarması, həmçinin yaşadığı ünvandan həmin pul vəsaitinin anası tərəfindən müəyyən edilərək polis əməkdaşlarına verilməsi barədə məlumat alıb, 24-cü Polis Şöbəsinə yaxınlaşmış və ehtiyacları ucbatından etdiyi oğurluq əməlini səmimi etiraf etmişdir Törətmiş olduğu əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, dəymiş zərəri ödəməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində işlərini yekunlaşdırıb, mağazanın giriş qapısının üzərində olan jalüzü çəkib qapını asma qıfılla bağlayaraq getmişdir. Həmin vaxt mağazanın kənar bir hissəsində pəncərəyə yaxın rəfin üzərində, şəffaf sellofanın içində müxtəlif əsginaslardan ibarət olan 6000(altı min) nağd pul vəsaiti var imiş. Həmin pul vəsaiti gündəlik alqı-satqı nəticəsində toplanmışdı. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində işə gəldikdə mağazanın qapısının qıfılının qırıldığını, plastik hissədən olan yerin pəncərəsinin şüşəsinin də sındırıldığını, orada olan ümumilikdə 6000 manat nağd pul vəsaitinin oğurlandığını aşkar etmişdir. Daha sonra polisə bu barədə məlumat vermişdir. Daha sonra, zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, təxminən 15 ilə yaxındır ki, Nizami rayonunda yerləşən 8-ci km bazarında yerləşən təndirxanada işləyir. 22 iyun 2022-ci il tarixdə, iş yerində olduğu zaman Zərərçəkmiş şəxs mağazasından pul vəsaitinin oğurlandığını, həmin hadisədə şübhəli şəxsin Elmir olduğunu eşitmişdir. Odur ki, Elmirlə bağlı şübhələr onu narahat etdiyindən yaşadığı ünvana getməklə mənzili axtarmağa başlamış və otaqda olan divanın üzərindəki döşəyin altında iki ədəd bağlamada 5 və 1 manatlıq əsginaslarla pul vəsaitinin olduğunu görmüş, pul vəsaitini 24-cü PŞ-də təhqiqatçıya təqdim etmiş, ümumilikdə 1111 (bir min yüz on bir) manat olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmədə müəyyən edildi ki, vurulmuş ziyan ödənilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və işə əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 2249,60 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli və Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli məktublarından belə qənaətə gəlmək olur ki, Təqsirləndirilən şəxs tərəfindən cərimə cəzası icra edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cərimə cəzasını ödəməmiş (cəzasını çəkib qurtarmamış) yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, peşmançılıq çəkməsini, dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 184 ədəd 5 manat, 191 ədəd 1 manatlıq pul əsginasının, ümumilikdə 1111 manat pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, eləcə də Nizami RPİ-nin saxlanc yerində saxlanılan 1 ədəd qıfıl və bir ədəd dəmir parçası məhv edilməlidir Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 6 ay (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasının çəkilməmiş 2.249,60 (iki min iki yüz qırx doqquz manat altmış qəpik) manat hissəsi tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə əsas cəza və 2.249,60 manat cərimə növündə əlavə cəza təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 iyul 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə aşkar edilərək maddi sübut kimi tanınmış 1111( min yüz on bir) manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Nizami RPİ-nin saxlanc yerində saxlanılan 1 ədəd dəmir parçası və 1 ədəd qıfıl məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar