Məhkəmə qərarları › İş №1(007)-369/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-369/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-369/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi : İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X5, X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin yanvar ayında qabaqcadan əlbir olduğu Habil Saatova müraciət edən Şəki rayon sakini Zərərçəkmiş şəxs8 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui- istifadə edərək Zərərçəkmiş şəxs12 müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs8 2022-ci ilin yanvar ayında qabaqcadan əlbir olduğu Habil Saatov vasitəsi ilə aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs8la razılaşmaqla sövdələşib, həmin niyyətlə qabaqcadan əlbir olduğu Habil Saatov vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Şəki rayonu Qoxmuq körpüsünün yaxınlığında 8.500 (səkkiz min beş yüz) manat pul vəsaitini Zərərçəkmiş şəxs8 alıb, xx.xx.2022-ci il tarixdə Neftçilər m/s yaxınlığında "xxxx" ASC-in yanında yerləşən çayxanada görüşləri zamanı aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Habil Saatov, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 məxsus cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X7, X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qax rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Qax rayon sakini Zərərçəkmiş şəxs3 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs3 müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə əlbir olduğu şəxslər vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini verməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Qax rayonunda qabaqcadan əlbir olduğu Bakir Abdullayev vasitəsi ilə aldatmaqla bildirərək Zərərçəkmiş şəxs3 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Bakir Abdullayev vasitəsi ilə 2022-ci ilin fevral ayında Qax rayon Çüdüllü kəndində 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X7, X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Laçın rayon sakini Zərərçəkmiş şəxs4 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs4 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Bakir Abdullayev vasitəsi ilə telefon danışıqlarında aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs4 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Cavid marketdə quraşdırılmış “eManat” terminalından Bakir Abdullayevin istifadəsində olan 416973******7732 saylı "xxxx" ASC-yə məxsus plastik karta köçürülmüş 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro- stansiyasının yaxınlığında bankomatdan nağdlaşdırmasından sonra, eyni tarixdə və eyni ünvanda görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, sonuncu işə qəbul olunmadığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan 3.000 (üç min) manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X7, X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs5 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs5 müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 13.000 (on üç min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında görüşləri zamanı BakirAbdullayev vasitəsi ilə aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs5 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Fikrət İsmayılov vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhər Nizami rayonu, Q.Qarayev prospekti 56 ünvanda yerləşən 30 saylı Notariat ofisində borc müqaviləsi əsasında 13.000 (on üç min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs5 alıb, eyni tarixdə və eyni ünvanda qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi 13000 (on üç min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X7, X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Zaqatala rayon sakini Zərərçəkmiş şəxs2 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs2 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 16.000 (on altı min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayev vasitəsi ilə Qax rayonunda aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Fikrət İsmayılov vasitəsi ilə 10 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında 6.000 (altı min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb, eyni tarixdə və eyni yerdə görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 6000 (altı min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, sonuncu işə qəbul olunmadığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan 10.000 (on min) manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 16.000 (on altı min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X6, X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı Zərərçəkmiş şəxs11 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin mart ayında qabaqcadan əlbir olduğu Habil Saatova müraciət edən Şəki rayon sakini Zərərçəkmiş şəxs7 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs11 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirməklə, onu müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Şəki rayonu, Baş Göynük kəndində Habil Saatov vasitəsi ilə Zərərçəkmiş şəxs7 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Habil Saatov vasitəsi ilə 2022-ci ilin mart ayında Şəki rayonu, Baş Göynük kəndində 7.500 (yeddi min beş yüz) manat pul vəsaitini Zərərçəkmiş şəxs7 alıb, qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro-stansiyasının yaxınlığında aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Habil Saatov, Fikrət İsmayılov və Nofəl Quliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus cəmi 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X7, X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı Zərərçəkmiş şəxs10 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin mart ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Şəki rayon sakini Zərərçəkmiş şəxs1 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs10 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, Zərərçəkmiş şəxs10 müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Bakir Abdullayev vasitəsi ilə aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, sonuncu övladı Zərərçəkmiş şəxs10 işə qəbul olunmadığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək pulu verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X7, X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Zaqatala rayon sakini Zərərçəkmiş şəxs9 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqlarıinam və etibardan sui-istifadə edərək Asiman Yusifovun işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, Asiman Yusifovun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 12000 (on iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Bakir Abdullayev vasitəsi ilə aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs9 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncu övladı Asiman Yusifovun işə qəbul olunmadığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək pulu verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 məxsus 12000 (on iki min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X6, X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayında qabaqcadan əlbir olduğu Habil Saatova müraciət edən Şəki rayon sakini Zərərçəkmiş şəxs6 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Fəxri Məmmədovun işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirməklə, Fəxri Məmmədovun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Şəki rayonunun Baş Göynük kəndində Habil Saaatov vasitəsi ilə Zərərçəkmiş şəxs6 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə qabaqcadan əlbir olduğu Habil Saatov vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində 9 500 (doqquz min beş yüz) manat pul vəsaitini Zərərçəkmiş şəxs6 alıb, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro-stansiyasının yaxınlığında “Xalqbank" ASC-nin yanında yerləşən çayxanada görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Habil Saatov, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus cəmi 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 67.4-cü maddəsinə əsasən, hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yuridiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və ya digər materiallar aiddir. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan sonuncu cinayət əməli Şəki rayonu ərazisində başa çatmışdır. Buna görə də hazırki cinayət işinə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Şəki Rayon Məhkəməsində baxılmalıdır. CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; CPM-in 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar