Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-37/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1975-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Şəhid H.Əliyev küçəsi ev 2, mənzil 14-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Çayka” müalicə mərkəzinin binasında yaşayan, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, daşımaqla saxlamışdır. Belə ki, o, 2020-ci ilin may ayının ortalarından Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 38 ünvanında yerləşən “8-ci km ticarət bazarı”nın yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,619 qram tünd qəhvəyi rəngli qətrana bənzər xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib saxlayaraq daşımış, xx xxx 2020-ci il tarixdə saat 15:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 saylı ünvanda saxlanılaraq ünvan 3 saylı ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli pencəyin sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,619 qram qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, eləcə də bir ədəd bükümdə şəxsi istehlak miqdarından az, yəni 0,101 qram tünd qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə aludəçisidir, narkotik vasitənin əsasən heroin və tiryək növlərindən istifadə edir. Narkotik vasitələri çəkmək yolu ilə, yəni falqa üzərində yandırıb çəkməklə qəbul edir. O, 2016-cı ildə cəzaçəkmə yerindən azad olunduqdan sonra yenə də narkotik vasitələrdən istifadə etmişdir. Şahid1 təxminən 2 il olar ki, tanımışdır, belə ki, Namiqlə təsadüf nəticəsində tanış olmuşdur. Namiqin narkotik vasitə istifadəçisi olubolmamasını bilməmişdir. Namiqin evinə gedib gəmiş, lakin onunla narkotik vasitə istifadə etməmiş və onun narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda, müxtəlif yerlərdən və müxtəlif şəxslərdən alır. Şahid1 ona heç zaman narkotik vasitə satmamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 15:30 radələrində o, Namiqin evinə getmək istəmişdir. Çünki təxminən 2 gün əvvəl o, Namiqin evində olarkən orada özünə məxsus çantasını qoymuşdur. Çantasının içərisində əhəmiyyətli bir şey olmamışdır. O, Namiqin yaşadığı ünvan 2 saylı binanın qarşısına gələrək binanın girişinə daxil olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək ona özünü təqdim etməsini təklif etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getməsini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşdıqdan sonra onlarla birlikdə 24-cü PŞ-nə getmiş və orada polis əməkdaşları çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış və götürmə aparılacağını bildirərək bu barədə onun münasibətini soruşmuşlar. O, razılaşdıqdan sonra polis əməkdaşları ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa çıxarıb təqdim etməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq təxminən 10 gün əvvəl tanımadığı şəxsdən 20 manata Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığından aldığı bir bükümdə olan narkotik vasitə heroini və uzun müddətdir ki, özündə qalan bir ədəd bükümdə narkotik vasitə tiryəki əynində olan boz rəngli pencəyinin sağ yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim edərək həmin bükümdəkilərin birinin narkotik vasitə olan heroin, digər bükümdəkinin narkotik vasitə olan tiryək olmasını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Polis əməkdaşları onun təqdim etdiyi iki ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitələr qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş, o, protokolun və zərfin üzərini imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, həyat yoldaşının xəstə olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə 24-cü Polis Şöbəsinə Ülvi adlı şəxsin narkotik vasitələri əldə etmə, daşıma, istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat PŞ-nin rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirləri keçirilməsinə dair razılıq əldə edildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar əsasında əməliyyat qrupu üzvlərinin tərkibi müəyyən edilmişdir. Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ülvi adlı şəxsin Nizami rayonu, C.Naxçıvanski küçəsində olması müəyyən edilmiş və əməliyyat qrupu üzvləri ilə birlikdə saat 15:30 radələrində ünvan 2 saylı ünvanın qarşısına gəldikdə xarici əlamətləri Ülvi adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin binanın girişinə daxil olmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə əməliyyat məlumatı daxil olması barədə məlumatlandıraraq onu 24-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq onlarla birlikdə PŞ-nə gəlmişlər. 24-cü PŞ-nin təhqiqatçısının xidməti iş otağında Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, videoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmamasını bildirdikdən sonra, ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda və bir ədəd yaşıl rəngli kağıza bükülmüş halda olan iki ədəd bükümləri təqdim edərək, bir ədəd şəffaf rəngli sellofanda olan bükülüdəkinin narkotik vasitə tiryək, bir ədəd yaşıl rəngli kağıza bükülmüş halda içərisində qəhvəyi rəngli toz halında spesifik iyə malik narkotik vasitə kimi tanıdığı heroin olmasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Şahid3la oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanımışdır, belə ki, Ülvi ilə təsadüf nəticəsində tanış olmuşlar. Ülvinin narkotik vasitə istifadəçisi olub-olmamasını bilməmişdir. Bundan sonra Ülvi onun evinə gedib-gəlmişdir. O, heç zaman Ülvi ilə narkotik vasitə istifadə etməmiş və Ülvi də onun narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. O, Ülviyə heç zaman narkotik vasitə satmamışdır. Özü narkotik vasitəni şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda müxtəlif yerlərdən və müxtəlif şəxslərdən almışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 17:40 radələrində o, yaşadığı evdə olan zaman mənzilin qapısı döyülmüş, qapını açdıqda polis əməkdaşları özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələri əldə etməyi, saxlamağı barədə məlumat daxil olmasını bildirərək ondan evində axtarış və götürmə aparılması barədə icazə istəmişlər. Polis əməkdaşları ilə razılaşaraq evində axtarış aparılması barədə razılıq ərizəsi vermiş, bundan sonra polis əməkdaşları onun iştirakı ilə mənzildə axtarış aparmağa başlamışlar. Axtarış aparan zaman mənzilin otağında dolabda olan dəmir qabdan 4 ədəd bükümdə, ikisi heroin, ikisi isə metamfetamin olan bükümlər aşkar edilmişdir. Daha sonra isə otaqda olan masa üzərində 1 ədəd açıq vəziyyətdə və 2 ədəd qablaşdırılmış vəziyyətdə 1 ml-lik şprislər aşkar edilmişdir. O, polis əməkdaşlarına həmin bükümlərdən ikisində narkotik vasitə olan heroin, ikisində isə metamfetamin olmasını bildirmişdir. Şpritsləri isə özü narkotik vasitələrin istifadəsində istifadə etdiyini bildirmişdir. Bundan sonra mənzildə bir ədəd qara rəngli çanta aşkar edilmiş və polis əməkdaşları ondan həmin çantanın kimə məxsus olmasını soruşduqda, o, polis əməkdaşlarına həmin çantanın tanışı olan Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş bükümlər və şprislər ayrı-ayrı qablaşdırılmış, o, zərflərin üzərini imzası ilə təsdiq etmişdir. Bundan sonra 24-cü PŞ-nə getmişlər, orada protokol tərtib edildikdə, o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Şəxsi axtarış və götürmə haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 16:05-də 24-cü Polis Şöbəsinin inzibati binasında şəxsi axtaış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılmaı qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, həmin vaxt o, heç bir etiraz bildirmədən əynində olan boz rəngli pencəyin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda və bir ədəd yaşıl rəngli kağıza bükülmüş halda olan iki ədəd bükümləri təqdim edərək bir ədəd şəffaf rəngli sellofanda olan bükülüdəkinin narkotik vasitə tiryək, bir ədəd yaşıl rəngli kağıza bükülmüş halda içərisində qəhvəyi rəngli toz halında spesifik iyə malik narkotik vasitə kimi tanıdığı heroin olmasını, həmin maddələri şəxsi istifadə üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı digər əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş maddələr isə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. (i.v. 19-20) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/884 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” əl yazıları olan zərfdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 0,101 qram tünd qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,619 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; Bu zərfdəki heroin kütləsi ilə 2№-li zərfdəki təmiz çəkisi 0,174 qram olan heroin kütləsi (Şahid1 mənzilindən aşkar edilmiş) xarici əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə əsasən öz aralarında uyğunluq təşkil edirlər. Heroin və tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0.101 qram, tədqiqata 0.04 qram sərf edilmiş, 0.061 qram qalıq qalmışdır, tiryəkin təmiz çəkisi 0.619 qram, tədqiqata 0.1 qram sərf edilmiş, 0.519 qram qalıq qalmışdır, (i.v. 32-36) -Videogörüntüyə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Hüseyn Quliyev tərəfindən şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda və bir ədəd yaşıl rəngli kağıza bükülmüş halda olan iki ədəd bükümləri təqdim edərək, bir ədəd şəffaf rəngli sellofanda olan bükülüdəkinin narkotik vasitə tiryək, bir ədəd yaşıl rəngli kağıza bükülmüş halda içərisində qəhvəyi rəngli toz halında spesifik iyə malik narkotik vasitə kimi tanıdığı heroin olmasını bildirir. (i.v. 83) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair xx xxxx 2020-ci il tarixli 2012 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 110-111) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,101 qram narkotik vasitə heroin və 0,619 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq, heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 0,061 qramı və narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı qalıq çəkisi 0,519 qramı, bir ədəd CD maddi sübut kimi tanınmış, narkotik vasitələr maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, CD disk cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından, cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış, bu mənbənin müəyyən edilməsi məqsədi ilə Nizami RPİ-nə göndərilmişdir. (i.v. 115-119) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. X1 xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə saat 15:50-də tutulmuşdur. (i.v. 16) -Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda Nizami RPİ İstintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 74-75) -Bakı şəhəri Nizami RPİ İstintaq şöbəsinin müstəntiqinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 76) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X5 Rayon Xalq Məhkəməsinin xx xxxxxxx 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 104-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 1994-cü il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-2ci maddəsinə əsasən 05 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, Yevlax Rayon Xalq Məhkəməsinin xx xxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1998-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəsinə əsasən 09 ay 27 gün əməyə mütləq cəlb edilməklə şərti azad olunmuş, xx xxxxxx 1999-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1998-ci il tarixli Amnistiya Qərarına əsasən azad olunmuş, Bakı Şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93- 3-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 95-97) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə xx xxxxx 2014-cü il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin az ağır cinayət hesab olunan 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2016-cı il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xx xxx 2020-ci il tarixdə yenidən cinayət əməli törətmiş Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Bu halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış 0.061 qram narkotik vasitə heroin və 0.519 qram narkotik vasitə tiryək məhv olunmalı; maddi sübut olan bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 32 iş saatı müddətində olmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olub və məhkəmə iclasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətində olmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış - Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış 0.061 qram narkotik vasitə heroin və 0.519 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X3 192 manat əmək haqqı, iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-37/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-37/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver