Məhkəmə qərarları › İş №1(007)-37/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-37/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-37/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2 Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3, “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) xx.xx.2022-ci il tarixli 01/K №-li nömrəli əmri ilə satış nümayəndəsi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli 01/22 nömrəli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə və satış nümayəndəsinin vəzifə təlimatına əsasən, müəssisənin anbarından satılması nəzərdə tutulan malları qəbul etdikdən sonra, malların satışından əldə olunmuş şirkətə aid pulların müştərilərdən alınıb şirkətin kassasına ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 05 yanvar 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 3 ünvanında yerləşən anbarından 05 yanvar 2022-ci il tarixli təhvil-təslim aktı ilə ona verilmiş “Lenova” markalı post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 25.904 manat 83 qəpik məbləğində, digər satış təmsilçilərindən isə 41.817 manat 05 qəpik məbləğində qida və qeyri-qida mallarını öz öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi pul vəsaitindən 11.799 manat 89 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, 14.907 manat 25 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan malları MMC-nin anbarına qaytarmış, öhdəsində olan ümumilikdə 41.014 manat 74 qəpik dəyərində mallardan 20.143 manat 34 qəpik dəyərində mallar ticarət obyektlərində faktiki qalıq qalmış, həmin malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 20.871 manat 40 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 05 yanvar 2022-ci il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-yə satış təmsilçisi vəzifəsinə təyin olunmuş, onunla rəsmi qaydada əmək və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi qeyri-qida məhsullarının (sabun, şampun, gigiyenik vasitələr və s.) ölkə ərazisində satışını həyata keçirməkdən ibarət olmuşdur. Satış təmsilçisi kimi vəzifəsi özü tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini ona təhkim olunan post terminal vasitəsilə MMC-nin anbarına yönəltməkdən, bundan başqa sifarişlər MMC-nin sürücüləri tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra həmin ticarət obyektlərinə gedib, satılmış məhsulların pullarını toplayıb, gətirib MMC-nin xəzinəsinə ödəmək olmuşdur. Satış təmsilçisi vəzifəsində işlədiyi müddət ərzində ona təhkim olunmuş ərazi üzrə ticarət obyektlərinə getmiş, orada çatışmayan məhsulları müəyyən etmiş, daha sonra sifarişi post terminal vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin anbarına vermişdir. Bundan sonra həmin məhsulları adlarını unutduğu sürücülər anbarda tərtib olunmuş qaimələr əsasında ona təhkim olunmuş ticarət obyektlərinə aparıb çatdırmışlar. Ticarət obyektlərinə məhsulları təhvil verərkən tərəfindən hər hansı qeydiyyat aparılmamış, məhsulları təhvil verdikdən sonra satış pullarını mağazalardan toplayıb, aparıb MMC-nin xəzinəsinə təhvil vermişdir. Ona təqdim edilmiş audit aktı və materiallarda olan mühasibatlıq sənədləri ilə razı olduğunu bildirərək göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi müddət ərzində, yəni, fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində MMC-nin anbarından post terminal vasitəsilə sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələri üzrə satmaq üçün 25.904 manat 83 qəpik məbləğində məhsulu öhdəsinə qəbul etmiş, həmin malları satış nöqtələrinə satılması üçün təhvil vermiş, satış təmsilçisi vəzifəsinə təyin olunarkən 41.817 manat 05 qəpik məbləğində digər satış təmsilçilərindən öhdəsinə mal qəbul etmiş, 14.907 manat 25 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan məhsul tərəfindən MMC-nin anbarına qaytarılmış, MMC-nin kassasına tərəfindən 11.799 manat 89 qəpik məbləğində satış pulu ödənmiş, öhdəsində xx.xx.2022-ci il tarixə 41.014 manat 74 qəpik məbləğində borc qalığı olduğundan, MMC-nin əməkdaşları tərəfindən ticarət obyektləri ilə invertarizasiya aparılmış və ticarət obyektlərində 20.143 manat 34 qəpik məbləğində təhvil verdiyi məhsulun qalması və ya ticarət obyektlərinin Zərərçəkmiş şəxs MMC-yə həmin məbləğdə borcunun qalması müəyyən edilmişdir. Bununla da, öhdəsində 20.871 manat 40 qəpik məbləğində çatışmazlığın qalması müəyyən edilmişdir ki, 02 iyun 2022-ci il tarixli audit prosedurlarının aparılmasına dair akt və materiallarda olan təhvil-təslim aktları, qaiməfakturalar, kassa mədaxil orderləri və digər mühasibatlıq sənədləri ilə razıdır. Hər hansı bir ticarət obyektində satılmamış məhsul yə ya toplamadığı satış pulları qalmamış, öhdəsində olan 20.871 manat 40 qəpik məbləğində çatışmazlığı inkar etməmiş, həmin məbləğdə satış pullarını hissə-hissə toplayıb özünün şəxsi ehtiyaclarına sərf etmiş, bunu da etiraf edib MMC-nin rəhbərliyinə bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə olan borcunu tam şəkildə ödəmiş və razılıq əldə etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, himayəsində 1 azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi kimi dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi qeyri-qida məhsullarının (sabun, şampun, gigiyenik vasitələr və S.) ölkə ərazisində satışını həyata keçirməkdən ibarət olmuşdur. Məhsullar maddi məsul şəxs olan satış təmsilçisi tərəfindən MMC-dən sifariş verilir, daha sonra MMC-nin anbarından sürücülər tərəfindən satış təmsilçisinin qeyd etdiyi ticarət obyektlərinə çatdırılır. X7 Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli 01/K №-li əmri ilə satış təmsilçisi vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə 01/22 nömrəli əmək müqaviləsi və tam maddi-məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən ona inanılıb tapşırılmış ticarət obyektlərinə özünün sifarişi əsasında çatdırılmış maddi qiymətli əmlakın satışından əldə etdiyi pul vəsaitlərini təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmuşdur. 04 fevral 2013-cü il tarixli 072757 saylı lisenziyaya əsasən fəaliyyət göstərən sərbəst auditor X4 tərəfindən Zərərçəkmiş şəxs MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 05 yanvar 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin satış nümayəndəsi X8 ilə qarşılıqlı hesalaşmaların auditi keçirilmiş və audit zamanı Təqsirləndirilən şəxs öhdəsində 20.871 manat 40 qəpik məbləğində çatışmazlıq aşkar edilmiş və bu barədə 02 iyul 2022-ci il tarixdə audit aktı tərtib edilmişdir. Belə ki, aparılmış audit zamanı 05 yanvar 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək olan dövr ərzində MMC-nin anbarından post terminal vasitəsilə sifariş əsasında Təqsirləndirilən şəxs dislokasiyasına daxil olan satış nöqtələri üzrə satmaq üçün 25.904 manat 83 qəpik məbləğində məhsul qəbul etməsi, 14.907 manat 25 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan məhsulu MMC-nin anbarına qaytarması, MMC-nin kassasına tərəfindən 11.799 manat 89 qəpik məbləğində satış pulu ödəməsi, satış təmsilçisi vəzifəsinə təyin olunarkən 41.817 manat 05 qəpik məbləğində digər satış təmsilçilərindən öhdəsinə mal qəbul etməsi müəyyən edilmişdir. Anar Mirzəyevin öhdəsində 41.014 manat 74 qəpik məbləğində borc qalığı olduğundan MMC-nin əməkdaşları tərəfindən ticarət obyektləri ilə invertarizasiya aparılmış və ticarət obyektlərində 20.143 manat 34 qəpik məbləğində təhvil verdiyi məhsulun qalması müəyyən edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs öhdəsində 20.871 manat 40 qəpik məbləğində çatışmazlığın qalması müəyyən edilmişdir. Satış təmsilçiləri elektron qaydada post-terminal vasitəsi ilə MMC-yə sifariş verdikdən sonra adlarına qaimələr tərtib edilmiş, satış təmsilçisinin sifarişi əsasında həmin mallar anbardan MMC-nin adlarını xatırlamadığı sürücülərinə təhvil verilmiş, sürücülər isə həmin məhsulları satış təmsilçilərinin qeyd etdikləri ticarət obyektlərinə aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs də eyni qaydada işlədiyi müddət ərzində vermiş olduğu sifarişlər əsasında məhsullar sürücülər tərəfindən anbardan qəbul edilib, bu barədə tərtib edilmiş qaimələrə imza etməklə, ticarət obyektlərinə aparılıb çatdırılmış, Təqsirləndirilən şəxs də məhsullar satıldıqca satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmişdir. Lakin, satış pulunu tam ödəmədiyinə görə öhdəsində 20.871 manat 40 qəpik məbləğində çatışmazlıq yaranmışdır. Heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti MMC-yə daxil olmamışdır. Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın yaranmasına səbəb onun ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməməsi olmuşdur, belə ki, Təqsirləndirilən şəxs MMC-nin anbarından onun sifarişi əsasında ticarət obyektlərinə göndərilmiş məhsulların müqabilində ticarət obyektləri tərəfindən ona ödənilmiş pul vəsaitlərini qəbul etmiş və ona etibar edilmiş həmin pul vəsaitlərininin bir qisimini MMC-nin kassasına ödəməmişdir. Təqsirləndirilən şəxs öhdəsində yaranmış çatışmazlığı MMC-də həyata keçirilmiş audit zamanı da etiraf etmiş, öhdəsindəki çatışmazlığın yaranmasına səbəb olaraq ticarət obyektlərindən ona inanılıb tapşırılmış və tərəfindən həmin ticarət obyektlərinə təhvil verilmiş malların satışından əldə olunan pul vəsaitlərini toplayıb, MMC-nin xəzinəsinə təqdim etmək əvəzinə öz şəxsi ehtiyaclarını sərf etdiyini göstərmişdir. Əlavə olaraq zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə olan borcunun tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən "xxxx" MMC-nin anbardar vəzifəsində işləyir. MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi qida və qeyri-qida məhsullarının (sabun, şampun, gigiyenik vasitələr, təbii şirələr və s.) ölkə ərazisində satışını həyata keçirməkdən ibarət olmuşdur. Məhsullar maddi məsul şəxs olan satış təmsilçisi tərəfindən MMC-dən sifariş verilmiş, daha sonra MMC-nin anbarından həmin məhsullar sürücülər tərəfindən satış təmsilçisinin qeyd etdiyi ticarət obyektlərinə çatdırılmışdır. Təxminən 2022-ci ilin ortalarında Təqsirləndirilən şəxs etdiyi satışdan xeyli kəsrin olmasından şübhələnmişlər, daha sonra MMC-nin daxilində aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs MMC-nin anbarından verdiyi sifariş əsasında ticarət obyektlərinə təhvil verilmiş malların satışından Təqsirləndirilən şəxs tərəfindən götürülmüş pul vəsaitlərinin ticarət obyektlərindən toplamasını, lakin MMC-nin kassasına mədaxil etməməsini müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli 01/K №-li əmri ilə satış təmsilçisi vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə 01/22 nömrəli əmək müqaviləsi və tam maddi-məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən ona inanılıb tapşırılmış ticarət obyektlərinə özünün sifarişi əsasında çatdırılmış maddi qiymətli əmlakın satışından əldə etdiyi pul vəsaitlərini MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmuşdur. 04 fevral 2013-cü il tarixli 072757 saylı lisenziyaya əsasən fəaliyyət göstərən sərbəst auditor X4 tərəfindən Zərərçəkmiş şəxs MMC ilə bağlanmış xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 05 yanvar 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin satış nümayəndəsi X8 ilə qarşılıqlı hesablaşmaların auditi keçirilmiş və audit zamanı Təqsirləndirilən şəxs öhdəsində 20.871 manat 40 qəpik məbləğində çatışmazlıq aşkar edilmiş və bu barədə 02 iyul 2022-ci il tarixdə audit aktı tərtib edilmişdir. Belə ki, aparılmış audit zamanı 05 yanvar 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək olan dövr ərzində MMC-nin anbarından post terminal vasitəsilə sifariş əsasında Təqsirləndirilən şəxs dislokasiyasına daxil olan satış nöqtələri üzrə satmaq üçün 25.904 manat 83 qəpik məbləğində məhsul qəbul etməsi, 14.907 manat 25 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan məhsulu MMC-nin anbarına qaytarması, MMC-nin kassasına tərəfindən 11.799 manat 89 qəpik məbləğində satış pulu ödəməsi, satış təmsilçisi vəzifəsinə təyin olunarkən 41.817 manat 05 qəpik məbləğində digər satış təmsilçilərindən öhdəsinə mal qəbul etməsi müəyyən edilmişdir. Anar Mirzəyevin öhdəsində 41.014 manat 74 qəpik məbləğində borc qalığı olduğundan MMCnin əməkdaşları tərəfindən ticarət obyektləri ilə İnvertarizasiya aparılmış və ticarət obyektlərində 20.143 manat 34 qəpik məbləğində təhvil verdiyi məhsulun qalması müəyyən edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs öhdəsində 20.871 manat 40 qəpik məbləğində çatışmazlığın qalması müəyyən edilmişdir. Satış təmsilçiləri elektron qaydada post-terminal vasitəsi ilə MMC-yə sifariş verdikdən sonra onun adına qaimələr tərtib edilmiş və sifarişi əsasında həmin mallar anbardan MMC-nin adlarını xatırlamadığı sürücülərinə təhvil verilmişdir. Sürücülər isə həmin məhsulları satış təmsilçilərinin qeyd etdikləri ticarət obyektlərinə aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində vermiş olduğu sifarişlər əsasında məhsulları sürücülər anbardan qəbul edib, bu barədə tərtib edilmiş qaimələrə imza edib, ticarət obyektlərinə aparıb çatdırmışlar. Təqsirləndirilən şəxs isə məhsullar satıldıqca satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmişdir. Lakin, satış pulunu tam ödəmədiyinə görə öhdəsində 20.871 manat 40 qəpik məbləğində çatışmazlıq yaranmış, heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə narazılığı və ya şikayəti MCC-yə daxil olmamışdır. Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın yaranmasına səbəb onun ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməməsi olmuş, belə ki, Təqsirləndirilən şəxs MMC-nin anbarından onun sifarişi əsasında ticarət obyektlərinə göndərilmiş məhsulların müqabilində ödənilmiş pul vəsaitlərini qəbul etmiş və ona etibar edilmiş həmin pul vəsaitlərininin bir qismini MMC-nin kassasına ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən Şahid1, bölgə müdiri vəzifəsində işləmiş Şahid4, daxili auditor vəzifəsində işləmiş Şahid3 Səbahəddin oğlu, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1087; 9/5190 saylı ekspert rəyinə əsasən məhkəməmühasibat ekspertizası üzrə - Təqsirləndirilən şəxs öhdəsində 20.871 manat 40 qəpik məbləğində satış pulundan çatışmazlıq müəyyən edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə - ekspertizaya təqdim edilmiş, iş materiallarının İ cildinin 14-cü səhifəsində 05 yanvar 2022-ci il tarixli, 01/22 nömrəli əmək müqaviləsinin aşağı hissəsində «İşçi» və «Bir nüsxəsini aldım» qrafalarında olan imza, 15ci səhifəsində 05 yanvar 2022-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təqsirləndirilən şəxs Anar» qrafasmın qarşısında olan imza, 16-cı səhifəsində 05 yanvar 2022-ci il tarixli təhvil-təslim aktının aşağında olan «Təqsirləndirilən şəxs Anar» qrafasmın qarşısında olan imza, 18-ci səhifəsində 05 yanvar 2022-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilənin «Təqsirləndirilən şəxs» qrafasmın aşağı hissəsində olan imza, 20-ci səhifəsində satış nümayəndəsinin vəzifə təlimatının aşağı hissəsində «Satış nümayəndəsi: Təqsirləndirilən şəxs» qrafasmın qarşısında olan imza, 23-24-cü səhifələrində izahatın aşağı hissəsində «Təqsirləndirilən şəxs» yazısısmn qarşısında olan imzalar, 27-33-cü səhifələrində aktın aşağı hissəsində «Satış təmsilçisi» qrafasmın qarşısında olan imzalar, 39-46-cı səhifələrdə cədvəlin 5-ci sütununda «Satış təmsilçisinin təstiq imzası» qrafasmın aşağı hissəsində olan imzalar, 47-49-cu səhifələrdə cədvəlin 9-cu sütununda «Təhvil verdi» qrafasmın aşağı hissəsində olan imza, Materialın İİ cildinin 23cü səhifəsində 07 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 58-ci səhifəsində 10 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 72-ci səhifəsində 11 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 104-cü səhifəsində 12 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 118-ci səhifəsində 13 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 134-cü səhifəsində 17 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 152-ci səhifəsində 19 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 169-cu səhifəsində 26 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 196-cı səhifəsində 29 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 203-cü səhifəsində 28 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil aldı» qrafasmın qarşısında olan imza, 207-ci səhifəsində 31 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 209-cu səhifəsində 28 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil aldı» qrafasmın qarşısında olan imza, 211-ci səhifəsində 28 yanvar 2022- ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil aldı» qrafasmın qarşısında olan imza, 212-ci səhifəsində 01 fevral 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 213-cü səhifəsində 29 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil aldı» qrafasmın qarşısında olan imza, 218-ci səhifəsində 01 fevral 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil aldı» qrafasmın qarşısında olan imza, 231-ci səhifəsində 03 fevral 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 266-cı səhifəsində 02 fevral 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil aldı» qrafasmın qarşısında olan imza, 347-ci səhifəsində 16 fevral 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 356-cı səhifəsində 16 fevral 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, Materialın İİİ cildinin 10-cu səhifəsində 02 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 12-ci səhifəsində 02 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 18-ci səhifəsində 05 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil aldı» qrafasmın qarşısında olan imza, 58-ci səhifəsində 23 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 59-cu səhifəsində 19 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 63-cü səhifəsində 25 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 68-ci səhifəsində 26 mart 2022ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 73-cü səhifəsində 26 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasmın qarşısında olan imza, 77-ci səhifəsində 25 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil aldı» qrafasının qarşısında olan imza, 125-ci səhifəsində 09 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 152-ci səhifəsində 13 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 165-ci səhifəsində 15 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 198-ci səhifəsində 06 may 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, Materialın İV cildinin 1-ci səhifəsində 06 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 2-ci səhifəsində 06 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 3-cü səhifəsində 07 yanvar 2022- ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 15-ci səhifəsində 10 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 24-cü səhifəsində 15 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 30-cıı səhifəsində 26 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 31-ci səhifəsində 26 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 44-cü səhifəsində 29 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 52-ci səhifəsində 31 yanvar 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 77-ci səhifəsində 05 fevral 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 84-cü səhifəsində 09 fevral 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 152-ci səhifəsində 19 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 160-cı səhifəsində 19 mart 2022- ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 170-ci səhifəsində 23 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 187-ci səhifəsində 23 mart 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 206-cı səhifəsində 02 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 217-ci səhifəsində 06 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 229-cu səhifəsində 06 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 239-cu səhifəsində 08 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 252-ci səhifəsində 15 aprel 2022- ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 277-ci səhifəsində 28 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 289-cu səhifəsində 30 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 297-ci səhifəsində 30 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, 303-cü səhifəsində 30 aprel 2022-ci il tarixli qəbzin aşağı hissəsində «Təhvil verdi» qrafasının qarşısında olan imza, Materialın V cildinin 2-ci səhifəsində 28 fevral 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 11-ci səhifəsində 31 mart 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 23-cü səhifəsində 28 fevral 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 37-ci səhifəsində 31 yanvar 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 45-ci səhifəsində 31 yanvar 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 53-cü səhifəsində 28 fevral 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 61-ci səhifəsində 31 mart 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 72-ci səhifəsində 31 mart 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 73-cü səhifəsində 31 mart 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 87-ci səhifəsində 15 fevral 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 90-cı səhifəsində 31 yanvar 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 103-cü səhifəsində 28 fevral 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 111-ci səhifəsində 31 mart 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 117-ci səhifəsində 31 mart 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza, 126-cı səhifəsində 30 aprel 2022-ci il tarixli qəbzin «Təhvil verdi» qrafasının aşağı hissəsində olan imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 05 yanvar 2022-ci il tarixli 01/K nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 05 yanvar 2022-ci il tarixli 01/22 nömrəli əmək və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs müəssisənin anbarından satılması nəzərdə tutulan malları və məhsulları qəbul etdikdən sonra, onların dəyərlərinin müəssisənin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 179.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyini, onun əsas etibarı ilə qulluq mövqeyinə görə ona olan inamdan istifadə edərək cinayət törətməsini nəzərə alaraq onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma saxlanılmasını qeyri-mümkün hesab edir və ona təqsirli bilindiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmasa da, həmin maddə ilə cəza təyin edərkən barəsində müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 5(007)-400/2022 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus “Ford Transit” yük markalı **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan AZ-İV 709322 seriyalı doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşağı vardır. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş zərər tam ödənilmiş, qeyd olunan səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 22 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs satış təmsilçisi vəzifəsində işləyərkən sifarişləri əsasında tərtib edilmiş satış və qaytarma fakturaları, kassa mədaxil orderləri, təhvil-təslim, tutuşdurma və borc aktları cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxsə dəymiş zərər tam ödənildiyindən və təqsirləndirilən şəxsə qarşı tələb və şikayət olmadığından Nizami rayon Məhkəməsinin 5(007)-400/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs məxsus “Ford Transit” yük markalı **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək 02 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 127 manat (bir yüz iyirmi yeddi manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs satış təmsilçisi vəzifəsində işləyərkən sifarişləri əsasında tərtib edilmiş satış və qaytarma fakturaları, kassa mədaxil orderləri, təhvil-təslim, tutuşdurma və borc aktları cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “Ford Transit” yük markalı **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 456 (dörd yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar