Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-370/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 26 avqust 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç azyaşlı uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, MİK-8, ev 24/7, mənzil 20-də qeydiyyatda olmaqla yaşayan, 23 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 04 iyul 2021-ci il tarixdə saat saat 21:56 radələrində lizinq müqaviləsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Ravon R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində metronun “Netçilər” stansiyasından “Q.Qarayev” stansiyası istiqamətində hərəkət edib Q.Qarayev, 94 ünvanının qarşısında yerləşən piyada keçidinə yaxınlaşarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42ci maddəsinin 1 -ci hissəsinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni daim dəyişən yol şəraitinə nəzarət etməli, qarşısında nizamlanmayan piyada keçidi ilə piyadanın yolu keçməkdə olmasını nəzərə alaraq, avtomobili keçidə çatmadan dayandırmalı, piyadanın yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı olduğu halda, həmin tələbləri pozaraq, idarə etdiyi avtomobilin qarşısında nizamlanmayan piyada keçidi üzərilə piyadanın yolu keçdiyi vəziyyətdə idarə etdiyi avtomobili hərəkətə gətirərək piyada keçidi üzərində hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurub, ehtiyatsızlıqdan sonuncuya sağ diz oynağının lipohemartrozu, bağ və menisklərin zədələnməsi, oynaq kapsulunun cırılması və diz oynağının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağ qamış sümüyünün bayır kondilusun çökmə şəkilli yerdəyişən oynaqdaxili qapalı sınığı, sağ incik sümüyünün proksimal hissəsinin (başaltı hissəsi) yerdəyişməyən sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə hazırlıq iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı məhkəmə hazırlıq iclasında işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olması, cinayət işi üzrə məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, ittiham aktının prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödədiyini və onunla barışdığını göstərmiş, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödədiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını göstərmiş, onun barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 12 avqust 2021-ci il tarixli 670 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ diz oynağının lipohemartrozu, bağ və menisklərin zədələnməsi, oynaq kapsulunun cırılması və dız oynağının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağ qamış sümüyünün bayır kondilusun çökmə şəkilli yerdəyişən oynaqdaxili qapalı sınığı, sağ incik sümüyünün proksimal hissəsinin (başaltı hissəsi) yerdəyişməyən sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 04 iyul 2021-ci il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissəsinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə gerə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v. 31-32) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2021-ci il tarixli 8/1722 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Ravon” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 43-46) İşdə olan 15 avqust 2021-ci il tarixli qərardan və qəbzdən görünür ki, “Ravon” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə həllini tapana kimi saxlanılması üçün "xxxx" MMC-nin müdiri X1 təhvil verilmişdir. (i.v. 47-48) İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 56-57) İşdə olan 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təhlükəsizlik Xidmətinin TŞ 4-070 nömrəli videomüşahidə qurğusunun 1-ci və 2-ci kameralarının 04 iyul 2021-ci il tarixdə saat 21:57-dən 22:00-dək olan müddətdəki görüntülərinin olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 119) İşdə olan 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264 və 263-1.1-ci maddələrinin əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 124-127) Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Məhkəmənin hazırlıq iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, belə olan halda Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, işə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurulmuş maddi ziyanın ödənildiyini bildirərək təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış hadisənin görüntüləri olan bir ədəd CD disk saxlama müddəti ərzində cinayət təqibi materiallarında saxlanılmalı, “Ravon” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı "xxxx" MMC-nin müdiri X1 təhvil verilməsi nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsə vuduğu maddi ziyanı ödədiyinə və onunla barışdığına görə, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış hadisənin videogörüntüləri olan bir ədəd CD disk saxlama müddəti ərzində cinayət təqibi materiallarında saxlanılsın, “Ravon” markalı **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı "xxxx" MMC-nin müdiri X1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-370/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-370/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver