Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-370/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X7, Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxsin hüquqi varisi: X1 Təqsirləndirilən şəxs: xx xxxxxx 1994-cü ildə Ağdaş şəhərində anadan olmuş Azərbaycan respublikası vətəndaşı. Azərbaycanlı, ota təhsilli, subay, işsiz, əvvəllər məhkumluğu olmamış, Ağdaş rayonunun Qoşaqovaq kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdə, saat 00:30 radələrində “Bİ”, “B”, “Cİ”, “C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, X8 məxsus “X10” markalı, yük modelli, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 50-55 km/sürətlə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85K nömrəli ünvan istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələbləri yerinə yetirməyərək yol hərəkəti qaydalarını pozub həmin yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ tərəfli iri ölçülü subdural hematoma, kəllədaxili yumşaq qişalar (sərt və yumşaq qişalar), sağ gicgah əzələsi və kəllənin dərialtı yumşaq toxumasına (sağ tərəfli) qansızma və dərialtı hematoma (şişkinlik halında əzilmə) ilə müşayiət olunan sağ gicgah sümüyünün kəllə əsasına (orta kəllə çuxuruna) küçən sınığı, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol iç və sağ bayır topuqətrafı sahənin şişkinlik halında əzilməsi və sıyrıqları, hər iki çiynin yuxarı səthi, sol mil-bilək nahiyəsinin arxa səthi və sağ təpə-gicgah nahiyəsinin (şişkinliyin üzərində) qançırarı, bel nahiyəsinin sıyrıqlarmdan ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən baş beynin toxumasına qansızma və subdural hematoma Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayının sonlarında iş tapmaq məqsədilə Bakı şəhərinə gəlmişdir. Təxminən 2 ildir ki, Mübariz Əsədovu və onun qardaşı Şahid tanıyır. Mübariz və İlhamın tikinti işləri görən çoxlu sayda tanışları olduğu üçün həmin şəxslər hər hansı məhsulu bir yerdən digər yerə aparmağı xahiş edirmişlər. Bundan sonra İlham və ya Mübariz ilə birlikdə sifarişləri bir ünvandan digər ünvana çatdırırmışlar. Həm fəhləlik edir, həm də Mübarizə məxsus “X14 ” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. O, 22 iyun 2022-ci il tarixdə o qeyd etdiyi avtomobil barəsində etibarnamə əldə etmişdir. 01 iyul 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində o, “X14” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindən Abşeron rayonu Masazır qəsəbəsi istiqamətdə hərəkətdə edirmiş. Avtomobilin arxa oturacağında İlham uzanıbmış. O, Nizami rayonu, Babək prospekti ilə təxminən 50-55 km/saat surətlə hərəkətdə olarkən ünvan ünvanda yerləşən “Modern Hospital’a təxminən 20 metr qalmış yolun orta hissəsi ilə irəlilədiyini görmüşdür. Həmin şəxs yolun sağ hissəsindən sol hissəsinə doğru yavaş bir şəkildə irəliləyirmiş. O, həmin şəxsi görən anda avtomobili iki zolaqlı yolun nisbətən sol hissəsi ilə idarə edirmiş. Həmin şəxsi gördükdə onu vurmamaq üçün ayağını əyləcə basmış və avtomobili yolun sol hissəsinə çəkmişdir. Bu zaman həmin şəxs avtomobilin ön hisəssinin sağ tərəfinə dəymiş və yerə yıxılmışdır. O və İlham dərhal avtomobildən enib həmin şəxsi təxminən 5-10 metr irəlidə olan “Modern Hospital”a yerləşdirmişlər. Zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşı imiş. Qardaşı, o və anası Dilşad Allahverdiyeva bir yerdə yaşamışlar. Qardaşı Arzu əvvəllər bəzi yerlərdə işləmiş, son zamanlar isə işləmirmiş. Qardaşı Arzu 30 iyun 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evi tərk etmiş və həmin vaxt özünə məxsus mobil telefonu evdə qoymuşdur. Arzu evdən çıxarkən dostu ilə görüşəcəyini və günorta saatlarında evə qayıdacağını bildirmişdir. Lakin həmin gün axşam saatlarında qardaşı evə gəlməmişdir. O və anası qardaşının dostu ilə bir yerdə olduğunu, bəlkə də dostunun onun üçün bir iş tapdığını düşünmüş və gözləməyə qərar vermişlər. Lakin qardaşı Arzudan xəbər olmadığı üçün o, 02 iyul 2022-ci il tarixdə qardaşının itdiyi barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə getmiş və bu barədə məlumat vermişdir. 06 iyul 2022-ci il tarixdə saat 12 radələrində ev telefonuna zəng gələrək qardaşının yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı onlara dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxsin cəzalanmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı X6 vasitəsilə tanımışdır. Təxminən 2022-ci ilin iyun ayının sonları Bəhman iş tapmaq üçün Bakı şəhərinə gəlmişdir. Bəhman özü Ağdaş rayonunda yaşayır, lakin orada iş tapa bilmədiyi üçün qardaşına müraciət etmişdir. Qardaşı Mübariz də Bəhmana iş tapa biləcəyini demişdir. Bəhmanm Bakı şəhərində qalmağa evi olmadığı üçün o, Mübarizin ailəsi ilə birlikdə yaşadığı mənzildə qalırmış. Gəldiyi vaxtdan bir neçə gün sonra Mübariz, Bəhman və o birlikdə işləməyə başlamışlar. Mübariz və onun tikinti işləri görən çox sayda tanışları olduğu üçün həmin şəxslər hər hansı məhsulu bir nöqtədən digər nöqtəyə aparmağı xahiş edirlər. Bəhman da, o və Mübariz ilə birlikdə sifarişləri bir ünvandan digər ünvana çatdırırmışlar. Bəhman həm fəhləlik edir, həm də qardaşının mülkiyyətində olan “X14” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. 01 iyul 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində Bəhman “X14” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindən Abşeron rayonu Masazır qəsəbəsi istiqamətdə hərəkətdə edirmiş. O, yorğun olduğu üçün avtomobilin arxa oturacağında uzanmışdır. Anidən avtomobilin nəyəsə dəydiyini eşitmiş və dərhal uzandığı yerdən qalxmışdır. Həmin vaxt Bəhman avtomobildən enmiş, o da Bəhmandan sonra avtomobildən enmişdir. Təcili tibbi yardımla əlaqə saxlayıb, həmin şəxsi təxminən 5-10 metr irəlidə olan “Modern Hospital” a yerləşdirmişlər. Həmçinin, o, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almamışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 117 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı sağ tərəfli iri ölçülü subdural hematoma, kəllədaxili yumşaq qişalar (sərt və yumşaq qişalar), sağ gicgah əzələsi və kəllənin dərialtı yumşaq toxumasına (sağ tərəfli) qansızma və dərialtı hematoma (şişkinlik halında əzilmə) ilə müşayiət olunan sağ gicgah sümüyünün kəllə əsasına (orta kəllə çuxuruna) küçən sınığı, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol iç və sağ bayır topuqətrafı sahənin şişkinlik halında əzilməsi və sıyrıqları, hər iki çiynin yuxarı səthi, sol mil-bilək nahiyəsinin arxa səthi və sağ təpə-gicgah nahiyəsinin (şişkinliyin üzərində) qançırarı, bel nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə piyada qismində baş vermiş yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərini daşıyır və baş beyin toxumasına qansızma və subdural hematoma baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxuması və qişalara qansızma olmuşdur. Ölüm ci il tarixdə saat 02:47-də Modern Hospitalda baş vermişdir ki, bu da meyitdə gedən ilkin dəyişikliklərdə öz təsdiqini tapır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,6 % qatılıqda etil spirti aşkar edilmişdir, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Tədqiqat zamanı metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1949 nömrəli ekspert rəyindən görünür ki, “X15” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, cinayətin törədilməsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu tibb müəssisəsinə aparmışdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi M.Allahverdiyevanın ərizəsinə əsasən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan əsgər Təqsirləndirilən şəxs verilmiş xidməti xasiyyətnamə ilə mənəvi və işgüzar keyfiyyətləri müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 iyun 2013-cü il tarixli əmri ilə X9 “Azərbaycan Respublikası Silahli Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İş materiallarında olan AVMVİB-nin 70772 saylı vəsiqəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasınin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Vətən Müharibəsi X4 Ağdaş rayon şöbəsində üzv kimi qeydiyyatdadır. İş materiallarında olan medalların vəsiqəsinin kserosürəti ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2369 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli 2363 nömrəli sərəncam ilə “Zəngilanın azad olunmasına görə”, 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli sərəncam ilə “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli 2371 nömrəli sərəncam ilə “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə köməklik göstərməsi, tibb müəssisəsinə aparılması, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, həmçinin Vətən müharibəsi iştirakçısı olması və qeyd edilən medallarla təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “X14111” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “X14111” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 222 (iki yüz iyimi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-370/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-370/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver