Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-371/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İbrahimov Behruz Balakişi oğlunun, müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Xudayar oğlunun və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1990-cı il tarixdə Ağsu rayonunun Podar-Çöl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1999-cu ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 9 ay 28 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 17 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 2 ünvanında saxlanılan Zərərçəkmiş şəxs5 Ağəli oğluna məxsus “Toyota Prado” markalı, **- XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini vurub sındırdıqdan sonra o, avtomobilin qapısını açıb salonuna daxil olaraq ön oturacaqların arxa tərəfində olan 01 ədədinin dəyəri 125 manat olmaqla, ümumilikdə 250 manat dəyərində 02 ədəd monitoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 Ağəli oğluna ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 3 ünvanında saxlanılan Zərərçəkmiş şəxs4 məxsus “KİA SORENTO” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ şüşəsini vurub sındırdıqdan sonra o, avtomobilin qapısını açıb salonunda olan 300 manat dəyərində 01 ədəd “X12 Orcid” markalı ətri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2A ünvanının qarşısında saxlanılan X2 məxsus “Land Rover” markalı, **-LE-*** markalı avtomobilin sol qabaq şüşəsini vurub sındırdıqdan sonra o, avtomobilin qapısını açıb salonundan dəyəri 300 manat olan 01 ədəd “Hermes” markalı, 100 ml həcmli kişi ətrini gizli olaraq talayıb, zərərçəkmiş şəxs X2 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 5 ünvanının qarşısında saxlanılan Zərərçəkmiş şəxs7 məxsus “Jeep Wrangler” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön yan şüşəsini vurub sındırdıqdan sonra o, avtomobilin qapısını açıb salonundan dəyəri 300 manat olan 01 ədəd “Chanel” markalı 100 ml həcmli kişi ətrini, içərisində 300 manat dəyərində 01 ədəd üzərində “X13 T8200760 Cartier” və 100 manat dəyərində 01 ədəd üzərində “X13 ******* Cartier” sözləri həkk olunmuş eynəklər olan 50 dəyərində qırmızı rəngli qabı və 100 manat dəyərində 01 ədəd "xxxx" MMC-yə məxsus **********14617 İMEİ kodlu “Wifi” cihazını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 6 ünvanının qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus “Kia Rio” markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan şüşəsini vurub sındırdıqdan sonra o, avtomobilin qapısını açıb salonunda olan 300 manat dəyərində 01 ədəd “Huawei” markalı planşeti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 7 ünvanında saxlanılan X5 məxsus “Hyundai Sonata” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ və sol yan şüşələrini vurub sındırdıqdan sonra o, avtomobilin qapısını açıb salonunda olan 200 manat dəyərində 01 ədəd “Samsung" markalı “SM- J610FN” modelli mobil telefonu gizli olaraq talayıb, zərərçəkmiş şəxs X5 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 04:50 radələrində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 8 ünvanında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus “Hyundai İX 35” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini vurub sındırdıqdan sonra o, avtomobilin qapısını açıb salonunda olan 200 manat nağd pulu və 110 manat dəyərində 01 ədəd üzərində “L’ Homme Yvessaintlaurent” sözləri olan 100 ml həcmli qadın ətrini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 310 (üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində aralarında olan cinayətkar razılığa əsasən o, əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 2 ünvanında saxlanılan Zərərçəkmiş şəxs5 Ağəli oğluna məxsus “Toyota Prado” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini vurub sındırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobilin qapısını açıb salonuna daxil olaraq ön oturacaqların arxa tərəfində olan 01 ədədinin dəyəri 125 manat olmaqla, ümumilikdə 250 manat dəyərində 02 ədəd monitoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 Ağəli oğluna ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində aralarında olan cinayətkar razılığa əsasən o, əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 3 ünvanında saxlanılan Zərərçəkmiş şəxs4 məxsus “KİA SORENTO” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ şüşəsini vurub sındırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobilin qapısını açıb salonunda olan 300 manat dəyərində 01 ədəd “X12 Orcid” markalı ətri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində aralarında olan cinayətkar razılığa əsasən o, əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2A ünvanının qarşısında saxlanılan X2 məxsus “Land Rover” markalı, **-LE-*** markalı avtomobilin sol qabaq şüşəsini vurub sındırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobilin qapısını açıb salonundan dəyəri 300 manat olan 01 ədəd “Hermes” markalı 100 ml həcmli kişi ətrini gizli olaraq talayıb, zərərçəkmiş şəxs X2 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində aralarında olan cinayətkar razılığa əsasən o, əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 5 ünvanının qarşısında saxlanılan Zərərçəkmiş şəxs7 məxsus “Jeep Wrangler” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön yan şüşəsini vurub sındırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobilin qapısını açıb salonundan dəyəri 300 manat olan 01 ədəd “Chanel” markalı, 100 ml həcmli kişi ətrini, içərisində 300 manat dəyərində 01 ədəd üzərində “X13 T8200760 Cartier” və 100 manat dəyərində 01 ədəd üzərində “X13 ******* Cartier" sözləri həkk olunmuş eynəklər olan 50 manat dəyərində qırmızı rəngli qabı və 100 manat dəyərində 01 ədəd "xxxx" MMC-yə məxsus **********14617 İMEİ kodlu “Wifi” cihazını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində aralarında olan cinayətkar razılığa əsasən o, əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 6 ünvanının qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus “Kia Rio” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan şüşəsini vurub sındırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobilin qapısını açıb salonunda olan 300 manat dəyərində 01 ədəd "Huawei” markalı planşeti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək aralarında olan cinayətkar razılığa əsasən xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində o, əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 7 ünvanında saxlanılan X5 məxsus “Hyundai Sonata” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ və sol yan şüşələrini vurub sındırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobilin qapısını açıb salonunda olan 200 manat dəyərində 01 ədəd “Samsung” markalı, “SM-J610FN” modelli mobil telefonu gizli olaraq talayıb, zərərçəkmiş şəxs X5 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə saat 04:50 radələrində aralarında olan cinayətkar razılığa əsasən o, əvvəlcədən özü ilə götürdüyü “sveça” ilə ünvan 8 ünvanında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus “Hyundai İX 35” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini vurub sındırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobilin qapısını açıb salonunda olan 200 manat nağd pulu və 110 manat dəyərində 01 ədəd üzərində “L” Homme Yvessaintlaurent” sözləri olan 100 ml həcmli qadın ətrini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 310 (üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, imkansızlıqdan oğurluq etmişlər, oğurluğu onun təklifi ilə etmişlər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişlər, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur, evlidir, iki övladı vardır. Ailə vəziyyətini nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs2 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə 7-8 aydır ki, dostu Fikrətin vasitəsilə Bakı şəhərində tanış olmuşdur. Təqsirləndirilən şəxs1 İmişli rayonundan olsa da, onların yaşadığı küçədə həyət evində kirayə qalır. Onun Təqsirləndirilən şəxs1 ilə əvvəllər aralarında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər olmamışdır. Əksinə onların aralarında dostluq münasibətləri vardır. İşsiz olduğundan maddi etiyaclarını ödəmək məqsədilə xx.xx.2024-cü il tarixdə dostu Fəridlə razılığa gələrək Bakı şəhərinin ərazisində avtomobillərdən oğurluq etmək qərarına gəlmişlər. Onlar birlikdə xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində yoldan təsadüfən keçən taksi ilə Bakı şəhəri, Nizami rayonunun ərazisinə gəlmişlər. ünvan 2 ünvanına gəlib çıxaraq onlar tanımadıqları sürücüyə yol haqqı kimi 6 manat verib taksini yola salmış, “Bakcell Arena”nın yaxınlığındakı binanın qarşısına gəlib orada ətraflarına boylanaraq heç kimin olmadığını və sakitçilik olduğuna əmin olduqdan sonra saxlanılan “Toyota Prado” markalı avtomobilə yaxınlaşmışlar. Bu zaman Fərid özü ilə gətirdiyi “sveça” ilə avtomobilin sol ön hissəsinin şüşəsini sındırmış, o, isə sınmış şüşədən avtomobilin içərisinə daxil olub avtomobilin içərisinə nəzər yetirdikdə avtomobildə hər hansısa qiymətli əşyanın və ya hər hansısa məbləğdə nağd pulun olmadığını, lakin ön oturacaqların arxasında 02 ədəd monitorun olduğunu görmüş və hər iki monitoru yerindən çıxarıb Fəridə vermişdir. Fərid də həmin monitorları göy rəngli sellofan torbaya qoymuşdur. O, avtomobildən çıxaraq Fəridlə birlikdə ərazidən uzaqlaşmışdır. Onlar monitorların olduğu sellofan torbanı bir neçə məhəllə aralıda xatırlamadığı yerdə ağacın dibində gizlətmişlər. Bu günə qədər də monitoları gizlətdikləri yerdən götürə bilməmişlər. Çünki ərazi onun dəqiq yadında qalmamış və buna görə də o, ərazini göstərə bilməmişdir. Bundan başqa o, 24 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində Fəridlə birlikdə piyada gəzə-gəzə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasından yuxarı istiqamətdə gedib Nizami rayonu, R.Rüstəmov küçəsi 72 ünvanına gəlmişlər. Hər tərəf qaranlıq olmuşdur. O, həmin ünvanda da ətraflarına boylanaraq heç kimin olmadığını və sakitçilik olduğuna əmin olduqdan sonra saxlanılan “KİA Sorento” markalı avtomobilə yaxınlaşmış, bu zaman Fərid özü ilə gəzdirdiyi “sveça” vasitəsilə avtomobilin ön sağ şüşəsini sındırmışdır. O, sınmış şüşədən içəri avtomobilə daxil olmuş, Fərid isə kənarda dayanıb ətrafa boylanmışdır ki, kənar şəxslərdən kimsə gəlsə, ona xəbər versin. O, avtomobilin içərisinə nəzər yetirdikdə avtomobilin ön tərəfində avtomobilə qoyulmuş 01 ədəd “Tom Ford” markalı, qızılı rəngli qabda kişi ətri olduğunu görmüş və həmin ətri götürüb Fəridə vermişdir. Fərid də ətri ondan alıb şalvarının cibinə qoymuşdur. Bundan başqa, o, avtomobildən heç nə götürməmişdir. Bundan sonra o, avtomobildən çıxmış və birlikdə oradan uzaqlaşmış, geri Bakı şəhəri, Yasamal rayonuna qayıtmışlar. Ətri Fərid kirayə qaldığı ünvanda saxlamış və Fəridin özü Nizami RPİ-nin 24cü Polis şöbəsində təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, içərisindən oğurluq etdikləri “Kia Sorento” markalı avtomobil Zərərçəkmiş şəxs4, “Toyota Prado” markalı avtomobil isə Zərərçəkmiş şəxs5 Ağəli oğluna məxsusdur. Onun hər iki şəxslə də əvvəllərdən heç bir tanışlığı olmadığından aralarında da heç ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər olmamışdır. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində oğurluq etmək məqsədilə Fəridlə birlikdə Bakı şəhəri, Yasamal rayonundan tanımadıqları taksi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən üzərində “Badamlı” yazısı olan binanın qarşısına gəlib orada taksidən düşərək yol haqqını sürücüyə ödədikdən sonra taksi çıxıb getmişdir. Onlar birlikdə avtomobillərdən oğurluq etmək məqsədilə əraziyə gəldikləri üçün sözügedən ərazidə piyada gəzə-gəzə xx.xx.2025-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 2A saylı binanın qarşısına gəlib çıxmışlar. Onlar əvvəlcə ətraflarına boylanaraq heç kimin olmadığına və sakitçilik olduğuna əmin olmuş, sonra orada saxlanılan sahibsiz “Land Rover” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Bu zaman Fərid həmişə üzərində gəzdirdiyi “sveça” ilə həmin avtomobilin qabaq sol yan şüşəsini vurub sındırdıqdan sonra o, şüşəsi sınmış həmin yerdən əl atıb qaranlıqda həmin avtomobildən 01 ədəd qara rəngli dəri materialdan olan pul qabını və 01 ədəd “Hermes” markalı kişi ətrini götürmüşdür. Pul qabını o, özündə saxlamış, həmin kişi ətrini isə Fəridə vermişdir. Daha sonra “Land Rover” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobillə eyni ərazidə saxlanılan digər avtomobilə, yəni “Porsche Cayenne” markalı, ** HD *** markalı avtomobilə yaxınlaşmışlar. Artıq 01:20 radələri olmuş, yenə onlar ətraflarına boylanmışlar ki, birdən ərazidə kənar şəxs və ya şəxslər gələ bilər. Lakin heç kəs olmamış, hər tərəf qaranlıq olmuşdur. Onlar buna əmin olduqdan sonra Fərid əlindəki “sveça” ilə həmin avtomobilin sol qabaq yan şüşəsini vurub sındırmışdır. O, şüşənin sınmış pəncərəsindən başını avtomobilə salıb avtomobildə axtarış etsə də, lakin avtomobildə hər hansısa əşya və ya məbləğdə pul olmadığından həmin avtomobildən oğurluq edə bilməyib tez bir zamanda ərazidən uzaqlaşıb getmişlər. Bundan başqa, onlar Bakı şəhəri, Nərimanov rayonu, Sülh döngəsi 2 ünvanından piyada gəzə-gəzə gəlib xx.xx.2025-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nərimanov rayonunun ərazisində “Nərimanov” metrostansiyasının yaxınlığındakı “Life Center” ticarət mərkəzinin qarşısına gəlmiş və Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ЗА saylı binanın qarşısında saxlanılan “Jeep Wrangler" markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobili görmüşlər. Bu zaman həmişə olduğu kimi onlar ətraflarına boylanaraq heç kimin olmadığına və sakitçilik olduğuna əmin olduqdan sonra Fərid üzərində gəzdirdiyi “sveça” ilə həmin avtomobilin qabaq sol yan şüşəsini vurub sındırmışdır. Bundan sonra o, avtomobilin sınmış şüşə yerindən içərisinə boylanmışdır. Bu zaman o, əl atıb avtomobilin qoltuqaltı saxlanc yerindən içərisində 02 ədəd kişi gün eynəyi olan 01 ədəd qırmızı rəngli qabı, 01 ədəd 100 ML “Chanel” markalı kişi ətrini və 01 ədəd "xxxx" MMC-yə aid “Wifi” aparatını oğurlayıb Fəridə vermişdir. Fəridə də həmin əşyaları üzərində gəzdirdiyi 01 ədəd qara rəngli idman çantasına qoymuşdur. Bundan sonra onlar ərazidən uzaqlaşıb yoldan təsadüfən keçən taksi ilə Yasamal rayonuna yaşadıqları ünvana gəlib çıxmışlar. Bütün bunlardan başqa onlar oğurluq etmək məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində yoldan təsadüfən keçən taksi ilə Bakı şəhəri, Nizami rayonunun ərazisinə gəlmişlər. Onlar Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsinə çatdıqda tanımadıqları sürücüyə yol haqqı kimi 7 manat verib taksini yola salmış və gəzə-gəzə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 16A ünvanının qarşısına gəlmişlər. Onlar oğurluq etmək məqsədilə həmin ünvanda saxlanılan “Kia Rio” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb ətraflarına boylanaraq heç kimin olmadığına və sakitçilik olduğuna əmin olduqdan sonra Fərid özü ilə gətirdiyi “sveça” ilə avtomobilin qabaq sol yan şüşəsini vurub sındırmışdır. Daha sonra o, avtomobilin sınmış şüşə yerindən əl atıb avtomobilin arxa oturacağından 01 ədəd “Huawei” markalı planşeti götürüb Fəridə vermişdir. Fərid də həmin planşeti ondan götürüb özü ilə gəzdirdiyi qara rəngli idman çantasına qoymuşdur. Onlar həmin avtomobildən bir ədəd planşetdən başqa heç bir qiymətli əşya və ya hər hansısa məbləğdə pul oğurlamamışlar. Oğurladıqları planşeti də onlar üzərlərində götürüb piyada gəzə-gəzə digər küçəyə, yəni Nizami rayonu, Özbəkistan küçəsinə gəlmişlər. Artıq saat 04 radələrində onlar Nizami rayonu, Özbəkistan küçəsi, 8 ünvanında saxlanılan "Hyundai Sonata” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb ətraflarına boylanmışlar. Ərazidə heç kəsin olmadığına və sakitçilik olduğuna əmin olduqdan sonra Fərid özü ilə gətirdiyi “sveça” ilə avtomobilin əvvəlcə qabaq sol, sonra sağ yan şüşəsini vurub sındırmışdır. Yenə də razılaşdıqları kimi o, sınmış şüşənin yerindən avtomobilin içərisinə boylanaraq qabaq sağ oturacaq tərəfdən 01 ədəd işlənmiş “Samsung” markalı mobil telefonu götürüb Fəridə vermişdir. Fərid həmin mobil telefonu “Kia Rio" markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları 01 ədəd “Huawei” markalı planşetin olduğu qara rəngli həmin idman çantasına qoymuşdur. Axırıncı dəfə də 27 oktyabr 2024-cü il tarixdə, saat 04:50 radələrində onlar oğurluq etmək məqsədilə yenidən Bakı şəhəri, Nizami rayonu ərazisinə tanımadıqları taksi ilə gələrək yolda düşüb piyada gəzə-gəzə Bakı şəhəri, ünvan 13 ünvanının qarşısında sahibsiz “Hyundai İX35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görüb birlikdə həmin avtomobilə yaxınlaşmışlar. Sözügedən ərazidə kənar şəxs və ya şəxslərin olmadığına və sakitçilik olduğuna əmin olduqdan sonra Fərid yenə də özü ilə gətirdiyi “sveça” ilə avtomobilin qabaq sağ yan şüşəsini vurub sındırmışdır. Bu dəfə də o, avtomobilin şüşəsinin sınmış yerindən əl ataraq avtomobilin içərisində axtarış edib həmin avtomobilin sürətlər qutusunun yanından 2-3 manat dəyərində olan qəpikləri, 01 ədəd üzərində “L’ Homme Yvessaintlaurent” sözü yazılmış qadın ətrini götürmüş və onları Fəridə vermişdir. Fərid qəpik pulları və həmin qadın ətrini ondan alıb həmin vaxt əynində olan papaqlı idman gödəkçəsinin cibində gizlətmişdir. Bundan sonra onlar ərazidən uzaqlaşıb yoldan təsadüfən keçən taksi ilə Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə küçəsinə gəlib çıxmışlar. Onlar yol haqqını ödəyib taksini yola salmış və hərə öz evinə çıxıb getmişdir. Hər üç avtomobildən oğurladıqları əşyalar və 2-3 manat dəyərində qəpiklər Fəriddə qalmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, “Land Rover” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü 01 ədəd işlənmiş 100 ML “Hermes” markalı kişi ətrini Fəridə vermiş, 01 ədəd qara rəngli dəri materialdan olan pul qabını isə o, özündə saxlamışdır. Elə həmin gün, yəni 25 oktyabr 2024-cü il tarixdə o, yaşadığı binanın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində olarkən açıb pul qabının içərisinə baxdıqda içərisində sürücülük və şəxsiyyət vəsiqələri, 04 ədəd “Kapital Bank”a aid olan plastik kartları, veteranlıq vəsiqəsi olmuşdur. Lakin içərisində pul olmadığından o, həmin bank kartlarını və sənədləri pul qabı ilə birlikdə yol kənarına tullamışdır. Konkret olaraq onların avtomobildən hər hansısa sənədi və bank kartlarını oğurlamaq, haradasa istifadə etmək niyyətləri olmamışdır. Pul qabını oğurlayarkən də o, içərisində hər hansısa məbləğdə pul olduğunu düşünmüşdür. O, sonradan bilmişdir ki, “Hermes” markalı kişi ətrini Fəridin özü istifadə etmişdir. Buna görə də onları istintaq oranına təqdim edə bilməyəcəklər. “Jeep Wrangler” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları əşyalardan içərisində 02 ədəd kişi gün eynəyi olan 01 ədəd qırmızı rəngli qabı və 01 ədəd "xxxx" MMC-yə aid “Wifi” aparatını Fərid 30 oktyabr 2024-cü il tarixdə Nərimanov RPİ-nin 24-cü Polis şöbəsinin polis əməkdaşlarına təqdim etmişdir. 01 ədəd 100 ML “Chanel” markalı kişi ətri də onun bildiyinə görə Fərid tərəfindən istifadə edilmişdir. Onlar “Porsche Cayenne” markalı, ** HD *** markalı avtomobilə oğurluq etmək məqsədilə yaxınlaşmışlar. Onların pula ehtiyacları olduğundan hesab etmişlər ki, avtomobildə bəlkə 20-30 məbləğində pul olar. Lakin hər hansısa məbləğdə pul olmadığından və qiymətli əşya olmadığından onlar sözügedən avtomobildən heç nə oğurlaya bilməmişlər. Fərid Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 16A ünvanının qarşısında saxlanılan “Kio Rio” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobildən onların oğurladıqları 01 ədəd “Huawei” markalı planşeti onun özündən eşitdiyinə görə kirayə qaldığı evin yaxınlığında ağacın dibində gizlətmiş, sonradan gedib götürmək istəsə də, planşeti axtarıb tapa bilməmişdir. "Hyundai Sonata” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları 01 ədəd üzərində heç bir nömrə olmayan 01 ədəd işlənmiş “Samsung” markalı mobil telefonu və “Hyundai İX35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları 01 ədəd üzərində “L’ Homme Yvessaintlaurent” sözü yazılmış qadın ətrini Fərid Nizami RPİ-nin 24-cü Polis Şöbəsində polis əməkdaşına təqdim etmiş, sonuncu avtomobildən oğurlanan 2-3 manat dəyərində olan qəpik pulları isə ehtiyacları üçün xərcləmişdir. Çox sonradan ona məlum olmuşdur ki, oğurluq etdikləri avtomobillərdən "Kio Rio” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil Lalə adlı qadına, “Hyundai Sonata” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobil Rauf adlı, “Hyundai İX35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil Nazim adlı şəxslərə məxsusdur. Həmin şəxslərlə də onun əvvəllərdən heç bir tanışlığı olmadığından aralarında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər olmamışdır. Nazim adlı şəxsə məxsus “Hyundai İX35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildə 200 manat deyil, 2-3 manat dəyərində qəpik pul olmuşdur. Həmin qəpiklərdən və 01 ədəd üzərində “L’ Homme Yvessaintlaurent” sözü yazılmış qadın ətrindən başqa onlar həmin avtomobildən heç nə oğurlamamışlar. Onlar yalnız Bakı şəhəri, Nizami və Nərimanov rayonlarının ərazisində oğurluq hadisəsi törətmişlər. Axırıncı dəfə onlar 28 oktyabr 2024-cü il tarixdə, saat 04:50 radələrində ünvan 14 ünvanının qarşısında adı sonradan ona Nazim kimi məlum olan şəxsə məxsus “Hyundai İX35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmişlər. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları onu və Fəridi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində saxlayarkən yanlarında Fikrət və Murad adlı tanışları olsa da, oğurluq hadisələrini Fəridlə birlikdə ikisi törətmişlər. Fikrət və Muradın onların törətdikləri oğurluq hadisələrinə heç bir aiddiyyəti və bağlılığı olmamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, borcu olduğundan oğurluq etmişdir, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişlər, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır, 15 yaşından 8 il həbsdə olmuşdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, 2014-cü ildə İmişli rayonunda yerləşən 5 nömrəli tam orta məktəbdə oxumuş, təhsilini Azərbaycan dilində almışdır. O, həqiqi hərbi xidmət keçməmiş, 2016-cı il tarixdən məhkumluq həyatı yaşamış, subaydır. Hal-hazıra kimi də o, heç yerdə işləməmişdir. Təqsirləndirilən şəxs2 ilə 7-8 aydır ki, dostu Fikrətin vasitəsilə Bakı şəhərində tanış olmuşdur. Alik də onun kirayə yaşadığı evin yerləşdiyi küçədə bina evində qalır. Onun Aliklə əvvəllər aralarında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər olmamış, əksinə onların aralarında dostluq münasibətləri vardır. İşsiz olduğundan maddi ehtiyaclarını ödəmək məqsədilə dostu Alikin təklifi ilə razılaşdığı üçün onlar birlikdə xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində yoldan təsadüfən keçən taksi ilə Bakı şəhəri, Nizami rayonunun ərazisinə oğurluq etmək məqsədilə gəlmişlər. Onlar ünvan 15 ünvanına gəlib çıxmış və tanımadıqları sürücüyə yol haqqı kimi 6 manat verib taksini yola salmış, “Bakcell Arena"nın yaxınlığındakı binanın qarşısına gəlib orada ətraflarına boylanaraq heç kimin olmadığını görüb sakitçilik olduğuna əmin olduqdan sonra saxlanılan “Toyota Prado” markalı avtomobilə yaxınlaşmışlar. Bu zaman o, özü ilə gətirdiyi “sveça” ilə avtomobilin sol ön hissəsinin şüşəsini sındırmışdır. Alik isə sınmış şüşədən avtomobilin içərisinə daxil olub avtomobilin içərisinə nəzər yetirdikdə avtomobildə hər hansısa qiymətli əşyanın və ya hər hansısa məbləğdə nağd pulun olmadığını, lakin ön oturacaqların arxasında 02 ədəd monitorun olduğunu görüb hər iki monitoru da yerindən çıxararaq ona vermişdir. O, həmin monitorları sellofan torbaya qoymuşdur. Alik avtomobildən çıxaraq onlar birlikdə ərazidən uzaqlaşmışlar. Onlar monitorların olduğu sellofan torbanı bir neçə məhəllə aralıda xatırlamadıqları yerdə ağacın dibində gizlətmişlər. Bu günə qədər də monitorları gizlətdikləri yerdən götürə bilməmişlər. Çünki ərazi dəqiq onların yadında qalmadığı üçün xatırlaya bilməmişlər. Buna görə də o, ərazini göstərə bilməyəcəkdir. Sonradan ona məlum olmuşdur ki, "Toyota Prado” markalı avtomobil Zərərçəkmiş şəxs5 məxsusdur. Onun Zərərçəkmiş şəxs5lə əvvəllərdən tanışlığı olmadığından aralarında heç bir ədavət, düşmənçilik və ziddiyətli münasibətlər də olmamışdır. Bundan başqa o, 24 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində Aliklə birlikdə piyada Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasından yuxarı istiqamətdə gedib Nizami rayonu, R.Rüstəmov küçəsi, 72 ünvanına gəlmişlər. Hər tərəf qaranlıq olmuşdur. Onlar həmin ünvanda da ətraflarına boylanaraq heç kimin olmadığına və sakitçilik olduğuna əmin olduqdan sonra saxlanılan “Kia Sorento” markalı avtomobilə yaxınlaşmışlar. Bu dəfə də o, özü ilə gəzdirdiyi “sveça” vasitəsilə avtomobilin ön sağ şüşəsini sındırmış, Alik sınmış şüşədən içəri avtomobilə daxil olmuşdur. O, isə kənarda dayanıb ətrafa boylanmışdır ki, kənar şəxslərdən kimsə gəlsə, Alikə xəbər versin. Alik avtomobilin içərisinə nəzər yetirdikdə avtomobilin ön tərəfində avtomobilə qoyulmuş 01 ədəd “Tom Ford” markalı, qızılı rəngli qabda kişi ətri olduğunu görüb götürmüş və həmin ətri ona vermişdir. O, da ətri Alikdən alıb şalvarının cibinə qoymuşdur. Bundan başqa Alik avtomobildən heç nə götürməmişdir. Bundan sonra Alik avtomobildən çıxmış və onlar birlikdə oradan uzaqlaşmışlar. Onlar geri Bakı şəhəri, Yasamal rayonuna qayıtmışlar. Ətri satmamış və o, yaşadığı ünvanda saxlamışdır. O, həmin ətri Nizami RPİ-nin 24-cü Polis şöbəsində təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, içərisindən oğurluq etdikləri “Kia Sorento” markalı avtomobil Zərərçəkmiş şəxs4 məxsusdur. Onun Zərərçəkmiş şəxs4la əvvəllərdən heç bir tanışlığı olmadığından aralarında heç ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər də olmamışdır. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, təxminən saat 23 radələrində oğurluq etmək məqsədilə Aliklə birlikdə Bakı şəhəri, Yasamal rayonundan tanımadıqları taksi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən üzərində “Badamlı” yazısı olan binanın qarşısına gəlib orada taksidən düşərək yol haqqını sürücüyə ödədikdən sonra taksi çıxıb getmişdir. Onlar birlikdə avtomobillərdən oğurluq etmək məqsədilə əraziyə gəldikləri üçün sözügedən ərazidə piyada gəzə-gəzə xx.xx.2025-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 2A saylı binanın qarşısına gəlib çıxmışlar. Onlar əvvəlcə ətraflarına boylanaraq heç kimin olmadığına və sakitçilik olduğuna əmin olmuşlar. Sonra onlar orada saxlanılan sahibsiz “Land Rover” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Bu zaman o, həmişə üzərində gəzdirdiyi “sveça” ilə həmin avtomobilin qabaq sol yan şüşəsini vurub sındırdıqdan sonra Alik avtomobilin şüşəsi sınmış, həmin yerdən içərisinə əl atıb qaranlıqda həmin avtomobildən 01 ədəd qara rəngli dəri materialdan olan pul qabını və 01 ədəd “Hermes” markalı kişi ətrini götürmüşdür. Pul qabını Alik özündə saxlamış, həmin kişi ətrini isə ona vermişdir. Daha sonra “Land Rover” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobillə eyni ərazidə saxlanılan digər avtomobilə, yəni “Porsche Cayenne” markalı, ** HD *** markalı avtomobilə yaxınlaşmışlar. Artıq 01:20 radələri olardı onlar yenə ətraflarına boylanmışdır ki, birdən ərazidə kənar şəxs və ya şəxslər gələ bilər. Lakin heç kəs olmamış, hər tərəf qaranlıq olmuşdur. Onlar buna əmin olduqdan sonra o, əlindəki “sveça” ilə həmin avtomobilin sol qabaq yan şüşəsini vurub sındırmışdır. Alik şüşənin sınmış pəncərəsindən başını avtomobilə salıb avtomobildə axtarış etsə də, avtomobildə hər hansısa əşya və ya məbləğdə pul olmadığından həmin avtomobildən oğurluq edə bilməyib tez bir zamanda ərazidən uzaqlaşıb getmişlər. Bütün bunlardan başqa, onlar Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, ünvanından piyada gəzə-gəzə gəlib xx.xx.2025-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nərimanov rayonunun ərazisində “Nərimanov” metrostansiyasının yaxınlığındakı “Life Center” ticarət mərkəzinin qarşısına gəlmişlər. Onlar Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ЗА saylı binanın qarşısında saxlanılan “Jeep Wrangler” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobili görmüşlər. Bu zaman onlar həmişə olduğu kimi ətraflarına boylanaraq heç kimin olmadığına və sakitçilik olduğuna əmin olduqdan sonra o, üzərində gəzdirdiyi “sveça” ilə həmin avtomobilin qabaq sol yan şüşəsini vurub sındırmışdır. Bundan sonra Alik avtomobilin sınmış şüşə yerindən içərisinə boylanmışdır. Bu zaman Alik əl atıb avtomobilin qoltuqaltı saxlanc yerindən içərisində 02 ədəd kişi gün eynəyi olan 01 ədəd qırmızı rəngli qabı, 01 ədəd 100 ML “Chanel” markalı kişi ətrini və 01 ədəd "xxxx" MMC-yə aid “Wifi” aparatını oğurlayıb ona vermişdir. O, da üzərində gəzdirdiyi 01 ədəd qara rəngli idman çantasına qoymuşdur. Bundan sonra onlar ərazidən uzaqlaşmışlar. Onlar yoldan təsadüfən keçən taksi ilə Yasamal rayonuna yaşadıqları ünvana gəlib çıxmışlar. Bundan başqa o, işsiz olduğundan maddi ehtiyaclarını ödəmək məqsədilə xx.xx.2024-cü il tarixdə dostu Alikin təklifi ilə razılaşaraq Bakı şəhərinin ərazisində avtomobillərdən oğurluq etmək qərarına gəldiyi üçün onlar birlikdə xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində yoldan təsadüfən keçən taksi ilə Bakı şəhəri, Nizami rayonunun ərazisinə gəlmişlər. Onlar Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsinə gəlib çıxdıqda tanımadıqları sürücüyə yol haqqı kimi 7 manat verib taksini yola salmış və gəzə-gəzə ünvan 18 ünvanda saxlanılan “Kia Rio" markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb ətraflarına boylanaraq heç kimin olmadığına və sakitçilik olduğuna əmin olduqdan sonra o, özü ilə gətirdiyi “sveça” ilə avtomobilin qabaq sol yan şüşəsini vurub sındırmışdır. Daha sonra Alik avtomobilin sınmış şüşə yerindən əl atıb avtomobilin arxa oturacağından 01 ədəd “Huawei” markalı planşeti götürüb ona vermişdir. O da planşeti Alikdən götürüb özü ilə gətirdiyi göy rəngli sellofan torbaya qoymuşdur. Onlar həmin avtomobildən bir ədəd planşetdən başqa heç bir qiymətli əşya və ya hər hansısa məbləğdə pul oğurlamamışlar. Oğurladıqları planşeti də üzərlərində götürüb onlar piyada gəzə-gəzə digər küçəyə, yəni Nizami rayonu, Özbəkistan küçəsinə gəlmişlər. Artıq saat 04 radələri olmuşdur. Bu zaman onlar Nizami rayonu, Özbəkistan küçəsi, 8 ünvanında saxlanılan “Hyundai Sonata” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb ətraflarına boylanmışlar. O, ərazidə heç kəsin olmadığına və sakitçilik olduğuna əmin olduqdan sonra özü ilə gətirdiyi “sveça” ilə avtomobilin qabaq əvvəlcə sol, sonra sağ yan şüşəsini vurub sındırmışdır. Yenə də razılaşdıqları kimi Alik sınmış şüşənin yerindən avtomobilin içərisinə boylanaraq qabaq sağ oturacaq tərəfdən 01 ədəd işlənmiş “Samsung” markalı mobil telefonu götürüb ona vermişdir. O, həmin mobil telefonu “Kia Rio” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı 01 ədəd “Huawei” markalı mobil telefonun olduğu göy rəngli sellofan torbaya qoymuşdur. Daha sonra onlar yollarına davam edib piyada gəzə-gəzə saat 04:50 radələrində ünvan 19 ünvanının qarşısında onlar sahibsiz "Hyundai İX35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görüb Aliklə birlikdə həmin avtomobilə yaxınlaşmışlar. Onlar sözügedən ərazidə kənar şəxs və ya şəxslərin olmadığına və sakitçilik olduğuna əmin olduqdan sonra o, özü ilə gətirdiyi “sveça” ilə avtomobilin qabaq sağ yan şüşəsini vurub sındırmışdır. Bu dəfə də Alik avtomobilin şüşəsinin sınmış yerindən əl ataraq avtomobilin içərisində axtarış edib həmin avtomobilin sürətlər qutusunun yanından 2-3 manat dəyərində olan qəpikləri və 01 ədəd üzərində “L’ Homme Yvessaintlaurent” markalı qadın ətrini götürmüşdür. Götürülmüş pulları və 01 ədəd qadın ətrini ona vermişdir. O, həmin qadın ətrini və qəpik pulları həmin vaxt əynində olan papaqlı idman gödəkçəsinin cibində gizlətmişdir. Bundan sonra onlar ərazidən uzaqlaşıb yoldan təsadüfən keçən taksi ilə Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə küçəsinə gəlib çıxmışlar. Onlar yol haqqını ödəyib taksini yola salmış və hərə öz evinə çıxıb getmişdir. Hər üç avtomobildən oğurladıqları əşyalar və 2-3 manat dəyərində qəpiklər onda qalmışdır. O, kirayə qaldığı evə gedərkən “Kia Rio” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları 01 ədəd “Huawei” markalı planşeti küçədə yolun kənarında ağacın arxa dib hissəsində gizlətmiş ki, gəlib götürər. Lakin o, sonradan həmin yerdən planşeti götürə bilməmiş və orada axtarsa da tapa bilməmişdir. Buna görə də o, həmin planşeti Nizami RPİ-nin 24-cü Polis şöbəsində təhqiqata təqdim edə bilməmişdir. “Hyundai İX35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları “L’ Homme Yvessaintlaurent” markalı qadın ətrini və “Hyundai Sonata” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları üzərində heç bir mobil nömrə olmayan 01 ədəd işlənmiş “Samsung” markalı mobil telefonu birlikdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsində olarkən təhqiqata təqdim etmişdir. "Hyundai İX35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları 2-3 manat dəyərlərində qəpikləri isə öz ehtiyaclarına xərcləmişdir. Çox sonradan ona məlum olmuşdur ki, oğurluq etdikləri avtomobillərdən “Kio Rio” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil Lalə adlı qadına, “Hyundai Sonata” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobil Rauf adlı, “Hyundai İX35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil Nazim adlı şəxslərə məxsusdur. Həmin şəxslərlə də onun əvvəllərdən heç bir tanışlığı olmadığından aralarında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Alik “Land Rover” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü 01 ədəd işlənmiş 100 ML “Hermes” markalı kişi ətrini ona vermiş, 01 ədəd qara rəngli dəri materialdan olan pul qabını isə özündə saxlamışdır. Elə həmin gün, yəni 25 oktyabr 2024-cü il tarixdə yaşadığı binanın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində olarkən Alik onun yanında açıb pul qabının içərisinə baxdıqda içərisində sürücülük və şəxsiyyət vəsiqələrinin, avtomobilin texniki qeydiyyat şəhadətnaməsinin, 04 ədəd “Kapital Bank"a aid olan plastik kartların, veteranlıq vəsiqəsinin olduğunu görmüşdür. Lakin sonradan o, bilmişdir ki, Alik içərisində pul olmadığından həmin bank kartlarını və sənədləri pul qabı ilə birlikdə yol kənarına tullamışdır. Konkret olaraq avtomobildən hər hansısa sənədi və bank kartlarını oğurlamaq, haradasa istifadə etmək niyyətləri olmamışdır. Pul qabını oğurlayarkən də içərisində hər hansısa məbləğdə pul olduğunu düşünmüşlər. “Hermes” markalı kişi ətrini isə onun özü istifadə etmişdir. Buna görə də onları istintaq oranına təqdim edə bilməmişlər. Lakin “Jeep Wrangler" markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları əşyalardan içərisində 02 ədəd kişi gün eynəyi olan 01 ədəd qırmızı rəngli qabını və 01 ədəd "xxxx" MMC-yə aid “Wifi” aparatını 30 oktyabr 2024-cü il tarixdə Nərimanov RPİ-nin 24-cü Polis Şöbəsinin polis əməkdaşlarına təqdim etmişdir. 01 ədəd 100 ML “Chanel” markalı kişi ətrini də özü istifadə etmişdir. Buna görə də həmin ətri də o, təqdim edə bilməmişdir. Onlar “Porsche Cayenne” markalı, 99HD012 markalı avtomobilə oğurluq etmək məqsədilə yaxınlaşmışlar. Onların pula ehtiyacları olduğundan hesab etmişlər ki, avtomobildə bəlkə 20-30 məbləğində pul olar. Lakin hər hansısa məbləğdə pul olmadığından və qiymətli əşya olmadığından heç nə oğurlaya bilməmişlər. Həmçinin Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları onu və Aliki Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində saxlayarkən yanlarında Fikrət və Murad adlı tanışları olsa da, oğurluq hadisələrini Fəridlə birlikdə ikisi törətmişlər. Fikrət və Muradın onların törətdiyi oğurluq hadisələrinə heç bir aiddiyyəti və bağlılığı olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Kia Rio” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və özü də idarə edir. O, avtomobili həmişə saat 17 radələrindən növbəti gün saat 08 radələrinədək Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 16A ünvanının qarşısında saxlayır. Axırıncı dəfə isə o, özünə məxsus həmin avtomobili 26 oktyabr 2024cü il tarixdə saat 23 radələrində həmişə olduğu kimi Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 16A ünvanının qarşısında saxlamış, 27 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində avtomobilinə yaxınlaşan zaman avtomobilinin ön sol şüşəsinin kənar şəxs və ya şəxslər tərəfindən hər-hansısa alətlə vurulub sındırıldığını görmüşdür. Bu zaman o, avtomobilində oğurluq hadisəsinin baş verdiyini anlamış və avtomobilin salonundan üzərində heç bir mobil nömrə olmayan və İMEİ kodunu bilmədiyi 01 ədəd “Huawei” markalı planşetin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmiş və bu barədə məlumat vermiş, sonra da Nizami RPİ-nin 25-ci Polis şöbəsinə yaxınlaşıb şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə olunub, onlara qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində idarə etdiyi “Jeep Wrangler” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 20 ünvanının qarşısında saxlayıb evinə keçmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində avtomobilinə yaxınlaşıb idarə etmək istədikdə avtomobilinin sağ qabaq yan şüşəsinin naməlum şəxs tərəfindən sındırıldığını görüb avtomobilində oğurluq hadisəsinin baş verməsindən şübhələnmişdir. Buna görə də o, avtomobilinin salon hissəsinə nəzər yetirdikdə salondan ona məxsus 01 ədəd dəyəri 300 manat olan 100 ML “Chanel” markalı kişi ətrinin, içərisində 01 ədəd dəyəri 300 manat və 01 ədəd dəyəri 100 manat olmaqla 02 ədəd “Cartier” markalı gün eynəyi olan 50 manat dəyərində olan qırmızı rəngli qabın, 01 ədəd dəyəri 100 manat olan "xxxx" MMC-yə məxsus **********14617 İMEİ nömrəli “Wifi” cihazının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O, avtomobilində oğurluq hadisəsinin baş verməsinə tam əmin olduqdan sonra bu barədə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi zamanı ona ümumilikdə 850 manat məbləğində maddi ziyan dəymişdir. Ona məxsus “Jeep Wrangler” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 01 ədəd qabaq sağ yan şüşəsinin sındırılması nəticəsində avtomobilinə 700 manat məbləğində maddi ziyan vurulmuşdur. Onun avtomobilindən 01 ədəd dəyəri 300 manat 100 ML “Chanel” markalı kişi ətrindən başqa ona məxsus içərisində 01 ədəd dəyəri 300 manat və 01 ədəd dəyəri 100 manat olmaqla 02 ədəd “Cartier” markalı gün eynəyi olan 50 manat dəyərində 01 ədəd qırmızı rəngli qab, 01 ədəd dəyəri 100 manat olan "xxxx" MMC-yə məxsus **********14617 İMEİ nömrəli “Wifi” cihazı oğurlanaraq ona ümumilikdə 850 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona vurulan ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Hyundai Sonata” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən kreditlə aldığından kredit bitənə kimi şirkətin adında qalmış, 2024-cü ilin sentyabr ayından hal-hazıra kimi də həmin avtomobili etibarnamə əsasında o, idarə etsə də, avtomobil ona məxsusdur. Belə ki, o, 2023-cü ilin avqust ayından 2024-cü ilin noyabr ayının axırlarınadək Bakı şəhərində işlədiyi üçün həmin müddət ərzində ünvan 21 ünvanında kirayə yaşamışdır. Avtomobilini də həmişə kirayə qaldığı ünvanın qarşısında saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində də avtomobilini ünvan 23 nömrəli binanın qarşısında saxlamışdır. xx.xx.2024cü il tarixdə, saat 09 radələrində avtomobilinə yaxınlaşıb idarə etmək istədiyi zaman avtomobilinin qabaq sağ və sol yan şüşələrinin kənar şəxs və ya şəxslər tərəfindən hərhansısa alətlə vurulub sındırıldığını aşkar etdikdə avtomobilində oğurluq hadisəsinin baş verdiyini hesab etmiş, dərhal Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məlumat verdikdən sonra o, avtomobilinin salon hissəsinə baxış keçirdikdə avtomobilindən 200 manata aldığı 01 ədəd işlənmiş içərisində heç bir nömrə olmayan mobil telefonunun oğurlandığını aşkar etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun avtomobilindən yalnız 200 manata aldığı 01 ədəd işlənmiş, içərisində hər hansısa bir mobil operatora aid nömrə olmayan “Samsung” markalı mobil telefon oğurlanmış, nəticədə də ona ümumilikdə 200 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsində avtomobilinin qabaq sağ yan və sol olmaqla 02 ədəd şüşəsi sındırılmış və nəticədə avtomobilinə usta haqqı ilə birlikdə 600 manat dəyərində ziyan vurulmuşdur. Sadəcə olaraq o, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində Nizami rayonu, Özbəkistan küçəsi 8 ünvanının qarşısında saxladığı özünə məxsus “Hyundai Sonata” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib işə getmək istədikdə avtomobilinin qabaq sağ və sol yan şüşələrinin kənar şəxs və ya şəxslər tərəfindən hər-hansısa alətlə vurulub sındırıldığını, həmçinin də avtomobilində olan özünə məxsus 01 ədəd işlənmiş "Samsung” markalı mobil telefonun oğurlanmasını aşkar etmişdir. Həmin vaxt o, baş vermiş oğurluq hadisəsində konkret olaraq kimisə şübhəli bilməmiş və şəxsiyyətləri də ona məlum olmamışdır. Buna görə də o, ilkin izahatında bu barədə konkert olaraq heç nə deyə bilməmişdir. O, düşünmüşdür ki, oğurluq hadisəsi xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrindən həmin tarixdə saat 09 radələrinədək avtomobilinin çöldə sahibsiz qaldığı həmin müddət ərzində baş vermişdir. Sonradan o, öyrənmişdir ki, həmin oğurluq hadisəsini törədənlər Fərid və Alik adlı şəxslərdir. Onun hər ikisi ilə də əvvəldən tanışlığı olmadığından heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətləri olmamışdır. Oğurlanan 01 ədəd “Samsung” mobil telefonunun Nizami RPİ-nin 24-cü Polis şöbəsində saxlanılarkən həmin şəxslər tərəfindən polis şöbəsinə təhvil verildiyini o, sonradan bilmişdir. Onun avtomobilinə dəymiş maddi ziyanla bağlı heç kəs tərəfindən ödəniş edilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, ona vurulan ziyan ödənilmişdir, şikayəti yoxdur. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Hyundai İX35” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır və özü də idarə edir. Həmin avtomobili o, həmişə saat 20 radələrindən növbəti gün saat 10 radələrinədək yaşadığı ünvan 14 saylı binanın qarşısında yol kənarında saxlayır. 27 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində ona məxsus “Hyundai İX35” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili həmişə olduğu kimi işdən gələndə yaşadığı ünvan 14 saylı binanın qarşısında yolun kənarında saxlayıb evinə getmişdir. 28 oktyabr 2024-cü il tarixdə, saat 09 radələrində də avtomobilə yaxınlaşıb idarə edib işə getmək istədikdə avtomobilinin sağ qabaq yan şüşəsinin kənar şəxs və ya şəxslər tərəfindən hər-hansısa alətlə vurulub sındırıldığını və içərisindəki əşyaların dağınıq vəziyyətə salındığını görmüşdür. Bu zaman o, avtomobilində oğurluq hadisəsinin baş verdiyini başa düşmüş və avtomobilinin içərisinə nəzər yetirdikdə avtomobilindən dəyəri 110 manat olan markasını sonradan xatırladığı 01 ədəd “L’ Homme Yvessaintlaurent” markalı qadın ətrinin və avtomobilin sürətlər qutusunun yanına qoyduğu 200 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonra da Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə yaxınlaşıb şikayət ərizəsi ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi zamanı avtomobilindən 200 manat nağd pul və dəyəri 110 manat olan 01 ədəd qadın ətri oğurlanaraq ona ümumilikdə 310 manat məbləğində maddi ziyan vurulmuşdur. Baş vermiş oğurluq hadisəsində avtomobilinin 01 ədəd ön sağ yan şüşəsi sındırılmış və nəticədə avtomobilinə usta haqqı ilə birlikdə 200 manat dəyərində ziyan vurulmuşdur. Sadəcə olaraq o, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində ünvan 14 saylı binanın qarşısında yolun kənarında saxladığı özünə məxsus “Hyundai İX35” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobili idarə etmək istədikdə avtomobilinin ön sağ yan şüşəsinin kənar şəxs və ya şəxslər tərəfindən hər hansısa alətlə vurulub sındırıldığını, həmçinin də avtomobilin sürətlər qutusunun yanına qoyduğu 200 manat nağd pulunun və 01 ədəd qadın ətrinin oğurlanmasını aşkar etmişdir. O, hesab etmişdir ki, oğurluq hadisəsi xx.xx.2024-cü il tarixdə saat 18 radələrindən xx.xx.2024-cü il tarixədək sahibsiz qaldığı həmin müddət ərzində törədilmişdir. Həmin vaxt o, baş vermiş oğurluq hadisəsində konkret olaraq kimisə şübhəli bilməmiş və şəxsiyyətləri də ona məlum olmamışdır. Buna görə də ilkin izahatında bu barədə konkert olaraq heç nə deyə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini törədənlər Fərid və Alik adlı şəxslərdir. Onun hər ikisi ilə də əvvəldən tanışlığı olmadığından heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətləri olmamışdır. Fərid və Alik adlı həmin şəxslərin yalan danışdıqlarını, həqiqətən də oğurluq hadisəsi baş verməmişdən əvvəl onun avtomobilində 01 ədəd dəyəri 110 manat olan markasını sonradan xatırladığı “L’ Homme Yvessaintlaurent” markalı qadın ətrindən başqa 200 manat pul olmuşdur. Qadın ətri və 200 manat nağd pul da oğurlanaraq ona ümumilikdə 310 manat dəyərində maddi ziyan vurulmuşdur. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona vurulan ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, həmişə olduğu kimi xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində özünə məxsus “Kia Sorento” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 22 ünvanının qarşısında saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 07:20 radələrində işə getmək məqsədilə avtomobilinə yaxınlaşıb idarə etmək istədikdə avtomobilinin ön sağ şüşəsinin kənar şəxs tərəfindən müdaxilə edilərək hər hansısa alət və ya vasitə ilə sındırılmasını görüb avtomobilində naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq hadisəsinin törədilməsini hesab etmişdir. O, avtomobilin sükan tərəfdən qapısını açıb avtomobilə diqqət yetirdikdə avtomobilin saxlanc yerindən özünə məxsus 01 ədəd 100 ML “X12 Orcid” markalı kişi ətrinin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, polis orqanlarına müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobilindən oğurluq edərək ona maddi ziyan vuranlar Alik və Fərid adlı şəxslərdir. Hər iki şəxslə də əvvəllər onun heç bir tanışlığı olmadığından heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətləri olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 300 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobilin qabaq ön şüşəsi sındırıldığından onun avtomobilinə dəymiş maddi ziyanın məbləği 145 manat, usta xərci isə 60 manat təşkil etmişdir. Onun avtomobilində ümumiyyətlə pul və ya bahalı əşya olmamışdır. Qeyd etdiyi kimi avtomobilinin saxlanc yerindən 300 manat dəyərində 01 ədəd 100 ML “X12 Orcid” markalı kişi ətrindən başqa heç bir məbləğdə pul, bahalı əşya və ehtiyat hissə oğurlanmamışdır. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona vurulan ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxındır ki, “Binə Ticarət Mərkəzi”ndə kişi geyimlərinin satışı ilə məşğul olur. “Toyota Prado” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil onun anası X1 adına olsa da, avtomobil ona məxsusdur və avtomobili etibarnamə ilə o, idarə edir. O, avtomobilini həmişə ünvan 15 ünvanında binanın arxasında saxlayır. xx.xx.2024-cü il tarixdə, saat 21:15 radələrində işdən gələrkən də avtomobilini sözügedən ərazidə saxlayıb evinə getmişdir. 24 oktyabr 2025-ci il tarixdə, saat 07:30 radələrində o, avtomobilinə yaxınlaşıb idarə edərək işinin arxasınca getmək istədiyi zaman avtomobilinin 01 ədəd qabaq sol yan şüşəsinin kənar şəxs və ya şəxslər tərəfindən bərk əşya ilə vurulub sındırıldığını görmüş, avtomobildə oğurluq hadisəsinin baş verməsindən şübhələndiyi üçün avtomobilinin içərisinə baxdıqda ön oturacaqların arxasında olan 02 ədəd monitorun çıxarılaraq oğurlandığını aşkar etmişdir. Bundan sonra o, bu barədə polis orqanlarına müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobilindən oğurluq edərək ona maddi ziyan vuranlar Alik və Fərid adlı şəxslərdir. Həmin şəxslərlə əvvəldən tanışlığı olmadığından onların aralarında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, monitorun bir ədədinin dəyəri 125 manat olmaqla, 02 ədəd monitor oğurlanmış, nəticədə ona ümumilikdə 250 manat məbləğində maddi ziyan vurulmuş, ona dəymiş maddi ziyanla bağlı heç kəs ödəniş etməmişdir. Onun avtomobilində oğurluq hadisəsi törədilərkən avtomobilinin 01 ədəd qabaq sol yan şüşəsi sındırıldığından dəymiş maddi ziyanın məbləği 200, usta xərci isə 100 manat təşkil edir. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona vurulan ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Land Rover” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil arvadı X3 adına olsa da, avtomobil ona məxsusdur. Həmin avtomobili o, etibarnamə əsasında idarə edir. Həmişə olduğu kimi o, özünə məxsus “Land Rover” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobili 25 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 2A nömrəli binanın qarşısında həyətdə saxlayaraq evinə getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində avtomobilinə yaxınlaşıb sükan arxasında əyləşmək istədikdə avtomobilinin sürücü tərəfdən sol qabaq şüşəsinin kənar şəxs və ya şəxslər tərəfindən bərk əşya ilə vurulub sındırıldığını görüb dərhal avtomobildə oğurluq hadisəsinin baş verməsindən şübhələndiyi üçün Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Dərhal əraziyə polis əməkdaşları gəlmiş və polis əməkdaşları tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Bu zaman o, avtomobilinin saxlanc yerindən içərisində 01 ədəd avtomobilin texniki qeydiyyat şəhadətnaməsinin, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələrinin, 04 ədəd “Kapital Bank”a aid özünə məxsus bank kartlarının, 01 ədəd veteranlıq vəsiqəsi olan 25 manat dəyərində qara rəngli dəri materialdan pul qabının, dəyəri 300 manat olan 01 ədəd 100 ML “Hermes” markalı kişi ətrinin oğurlandığını aşkar etmişdir. Ona həmin oğurluq hadisəsi zamanı 325 manat dəyərində maddi ziyan vurulmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, dərhal hesab nömrələrini bağlatdırdığı üçün onun bank kartlarından heç bir məbləğdə pul çıxarıla bilməmiş və buna cəhd edilməmişdir. Bununla bağlı onun heç bir şikayət və tələbi olmamışdır. Oğurluq hadisəsi törədilərkən onun avtomobilinin 01 ədəd sol qabaq yan şüşəsinin sındırılması nəticəsində avtomobilinə usta xərci ilə birlikdə ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurulmuşdur. İlkin oğurluq hadisəsi baş verən vaxt avtomobilində baş vermiş oğurluq hadisəsini törədən şəxslərin konkret olaraq şəxsiyyətləri ona məlum olmadığı üçün o, bu barədə izahatında heç nə göstərməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Alik və Fərid adlı şəxslər törətmişlər. Həmin şəxslərlə ümumiyyətlə heç vaxt heç yerdə üz-üzə gəlməmiş, heç bir tanışlığı olmadığından heç bir ədavət, düşmənçiliyi və ziddiyyətli münasibətləri də olmamışdır. Dəymiş maddi ziyanla bağlı ona heç kəs tərəfindən heç bir ödəniş edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - könüllü təqdim etmə və baxış keçirmə, götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən içərisində əşyalar olan üzərində ağ rəngli boya ilə “PARS” sözü yazılmış 01 ədəd qara rəngli parça materialdan hazırlanmış idman çantası təhqiqata təqdim edilmiş, həmin idman çantasına baxış zamanı onun içərisində 01 ədəd işlənmiş qara rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd üzərində “X12 Orcid” sözləri olan 100 ml həcmli, 01 ədəd üzərində “L’Homme Yvesaintlaurent” sözləri olan 100 ml həcmli ətirlər, 01 ədəd "xxxx" MMC-yə məxsus **********14617 İMEİ nömrəli “Wifi” cihazı, 01 ədəd üzərində “X13 T8200760 Cartier” sözləri olan eynək, 01 ədəd üzərində “X13 ******* Cartier” sözləri olan eynək, 01 ədəd üzərində “Cartier” sözləri olan eynək üçün nəzərdə tutulmuş qırmızı rəngli qab olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, çantanın içərisində olan əşyaları 24 oktyabr 2024-cü il tarixdən 28 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərinin Nizami və Nərimanov rayonlarının ərazisində müxtəlif avtomobillərdən oğurlamışlar. - əşyanı tanınmaya təqdim etmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ona tanınmaya təqdim olunmuş müxtəlif markalı ətirləri nəzərdən keçirib içərisindən soldan 2-ci sırada qoyulmuş 01 ədəd qızılı rəngli üzərində “X12 Orcid” sözləri olan 100 ml olan ətri göstərərək xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində ünvan 22 ünvanında saxladığı “Kia Sorento" markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobildə qoyub getdiyi və oradan oğurlanmış özünə məxsus ətir olduğunu, həmin ətri xarici əlamətlərinə görə, görünüşünə, markasına və qabının rənginə görə tanıdığını bildirmişdir. - əşyanı tanınmaya təqdim etmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 ona tanınmaya təqdim olunmuş müxtəlif növ əşyaları nəzərdən keçirib içərisindən 01 ədəd üzərində “X13 T8200760 Cartier” sözləri olan eynəyi, 01 ədəd üzərində “X13 ******* Cartier” sözləri olan eynəyi, 01 ədəd üzərində “Cartier” sözləri olan eynək üçün nəzərdə tutulmuş qırmızı rəngli qabı və 01 ədəd "xxxx" MMC-yə məxsus **********14617 İMEİ nömrəli “Wifi” cihazını göstərərək həmin əşyaları xx.xx.2024cü il tarixdə, saat 03 radələrində ünvan 5 saylı evin qarşısında saxladığı “Jeep Wrangler” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobildə qoyub getdiyini və oradan oğurlanmış özünə məxsus əşyalar olduğunu, ona təqdim edilən əşyaları xarici əlamətlərinə görə, görünüşünə, markasına və rənginə görə tanıdığını bildirmişdir. - əşyanı tanınmaya təqdim etmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona tanınmaya təqdim olunmuş eyni növ mobil telefonları nəzərdən keçirib içərisindən soldan 1-ci sırada qoyulmuş 01 ədəd işlənmiş, qara rəngli, üz ekranı çatlamış “Samsung” markalı mobil telefonu göstərərək həmin telefonu 27 oktyabr 2024-cü il tarixdə saat 04 radələrində ünvan 23 ünvanında saxladığı “Hyundai Sonata” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobildə qoyub getdiyini və oradan oğurlanmış özünə məxsus mobil telefon olduğunu, ona təqdim edilən mobil telefonu xarici əlamətlərinə görə, görünüşünə, markasına və rənginə görə tanıdığını bildirmişdir. - əşyanı tanınmaya təqdim etmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona tanınmaya təqdim olunmuş müxtəlif markalı ətirləri nəzərdən keçirib içərisindən orta sırada qoyulmuş 01 ədəd üzərində “L’ Homme Yvesaintlaurent” sözləri olan 100 ml həcmli şəffaf rəngli ətir şüşəsini göstərərək həmin ətri 27 oktyabr 2024cü il tarixdə saat 04:50 radələrində ünvan 24 ünvanında özünə məxsus “Hyundai İX 35” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildə qoyub getdiyini və oradan oğurlanmış özünə məxsus ətir olduğunu, ona təqdim edilən ətri xarici əlamətlərinə görə, görünüşünə, markasına və qabının rənginə görə tanıdığını bildirmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-311/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/824 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 1. 01 ədəd istifadədə olmuş, normal vəziyyətdə “Samsung” markalı, “SM-J610FN” modelli mobil telefon-65,0 manat, hal-hazırda ekranı zədəli vəziyyətdə-30,0 manat; 2. 01 ədəd üzərində “X12 Orchid” sözləri olan 100 ml həcmli ətir-istifadə olunmamış orijinal olduğu halda-396,0 manat; 3. 01 ədəd üzərində “L’ Homme Yvesaintlaurent” sözləri olan 100 ml həcmli ətir istifadə olunmamış orijinal olduğu halda-200,0 manat; 4. 01 ədəd istifadədə olmuş "xxxx" MMC-yə məxsus **********14617 İMEİ nömrəli “Wifi” cihazı-50,0 manat; Ekspertiza tədqiqatına təqdim 01 ədəd üzərində “X13 T ******* Cartier” sözləri olan eynəyin, 01 ədəd üzərində “X13 ******* cartier” sözləri olan eynəyin və 01 ədəd üzərində “Cartier” sözləri olan eynək üçün nəzərdə tutulmuş qırmızı rəngli qabın yeni və istifadədə olmuş vəziyyətdə, həmçinin 01 ədəd “X11” sözləri olan 100 ml həcmli ətrin və 01 ədəd üzərində “L’ Homme Yvesaintlaurent” sözləri olan 100 ml həcmli ətrin istifadədə olunmuş vəziyyətdə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. - maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Tom Ford” markalı ətir, içərisində 2 ədəd “Cartier” markalı gün eynəyi olan 1 ədəd qırmızı rəngli qab, 01 ədəd "xxxx" MMC-yə məxsus **********14617 İMEİ “Wifi” cihazı, 01 ədəd üzərində “L” Homme Yvesaıntlaurent” markalı ətir, 01 ədəd üzərində ağ rəngli boya ilə “Pars” sözü həkk olunmuş qara rəngli idman çantası maddi sübut qismində tanınmış, saxlanılması üçün 01 ədəd “Tom Ford” markalı ətir Zərərçəkmiş şəxs4, içərisində 2 ədəd “Cartier” markalı gün eynəyi olan 1 ədəd qırmızı rəngli qab, 01 ədəd "xxxx" MMC-yə məxsus **********14617 İMEİ nömrəli “Wifi” cihazı Zərərçəkmiş şəxs7, 1 ədəd “Samsung” markalı mobil telefon zərərçəkmiş şəxs X5, 01 ədəd üzərində “L” Homme Yvesaıntlaurent” markalı ətir Zərərçəkmiş şəxs3 qaytarılmış, 01 ədəd üzərində ağ rəngli boya ilə “Pars” sözü həkk olunmuş qara rəngli idman çantası saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. -elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, xx.xx.2020-ci il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü iki övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-446/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-64387/2025 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-446/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində hökm və hökmün icrasına dair hakimin göstərişi xx.xx.2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs2 idarənin qeydiyyatına alınmamışdır. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 2 il 6 ay təşkil edir. Göründüyü kimi 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 2 il 6 ay çəkilməmiş cəzası qalmışdır. Əvvəllər barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, evli olmasını, himayəsində iki azyaşlı övladının olmasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-446/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Xəmmədli X6 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 9 ay 28 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Göründüyü kimi ağır cinayət törətmiş Təqsirləndirilən şəxs1 cəzadan azad olunduğu vaxtdan altı il keçmədiyindən məhkumluğu ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə məhkum olunduğu əməli yetkinlik yaşına çatmamış törətdiyindən xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 10 ay 6 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 17 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli, həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; cinayət işi üzrə maddi sübut olan- 01 ədəd “X12 Orchid” markalı ətir Zərərçəkmiş şəxs4, içərisində 2 ədəd “Cartier” markalı gün eynəyi olan 1 ədəd qırmızı rəngli qab, 01 ədəd "xxxx" MMCyə məxsus **********14617 İMEİ nömrəli “Wifi” cihazı Zərərçəkmiş şəxs7, 01 ədəd “Samsung” markalı mobil telefon zərərçəkmiş şəxs X5, 01 ədəd “L’ Homme Yvesaıntlaurent” markalı ətir Zərərçəkmiş şəxs3 qaytarılmış hesab olunmalı; Bakı şəhəri Nizami RPİ-də saxlanılan 01 ədəd üzərində ağ rəngli boya ilə “Pars” sözü həkk olunmuş qara rəngli idman çantası hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 qaytarılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs2, 25 manatı Təqsirləndirilən şəxs1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı hər iş saatı üçün 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 440 (dörd yüz qırx) manat əmək haqqı, Təqsirləndirilən şəxs1 37 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 407 (dörd yüz yeddi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-446/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs2 qəti cəza 2(iki) il 5(beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 10 ay 6 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 3 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 17 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “Samsung” markalı mobil telefonun, 01 ədəd “X12 Orchid” markalı ətrin, içərisində 2 ədəd “Cartier” markalı gün eynəyi olan 1 ədəd qırmızı rəngli qabın, 01 ədəd "xxxx" MMC-yə məxsus **********14617 İMEİ nömrəli “Wifi” cihazının, “L’ Homme Yvesaıntlaurent” markalı ətrin sahiblərinə qaytarılması nəzərə alınsın, 01 ədəd üzərində ağ rəngli boya ilə “Pars” sözü həkk olunmuş qara rəngli idman çantası hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs2, 25 manatı Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 440 (dörd yüz qırx) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 37 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 407 (dörd yüz yeddi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-371/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-371/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver