Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-372/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Fatma Məmmədovanın, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs: xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Y.Nəsirov küçəsi, ev 4, mənzil 1-də qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gələrək, həmin vaxt qeyd edilən banka məxsus bankomatdan 139 manat pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs6 yaxınlaşaraq sonuncunun özünə məxsus, "xxxx" ASC-nə aid 5103 0714 2333 6060 nömrəli bank kartını bankomata daxil etməsini bilib Zərərçəkmiş şəxs6 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək, bankomatda nasazlıq olmasını, digər bankomatdan istifadə etməsini bildirib, sonuncunun kartını bankomatdan çıxarıb oradan uzaqlaşmasından istifadə edərək, elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 139 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 139 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 fevral 2022-ci il tarixdə saat 15:42 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gəlib, həmin vaxt qeyd edilən banka məxsus bankomatdan 670 manat pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs5 yaxınlaşaraq, sonuncunun özünə məxsus, "xxxx" ASC-nə aid 4182 4957 8046 9445 nömrəli bank kartını bankomata daxil etməsini bilib Zərərçəkmiş şəxs5 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək, bankomatda nasazlıq olmasını, digər bankomatdan istifadə etməsini bildirib, sonuncunun kartını bankomatdan çıxarıb oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 670 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 670 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 mart 2022-ci il tarixdə saat 15:05 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi 45-də yerləşən “Mediland” Hospitalın qarşısındakı "xxxx" ASC-yə aid bankomatın qarşısına gəlib həmin vaxt qeyd edilən banka məxsus bankomatdan arvadı X4 məxsus, "xxxx" ASC-nə aid 5103 0714 9046 3250 nömrəli əmək haqqı kartından 606 manat pul çıxarmaq istəyən Şahid2 yaxınlaşaraq, sonuncunun həmin kartı bankomata daxil etməsini bilib Şahid2 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək bankomatda pul olmamasını bildirib sonuncunun kartı bankomatdan çıxarıb oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 606 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 606 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 mart 2022-ci il tarixdə saat 23:15 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gəlib həmin vaxt qeyd edilən banka məxsus bankomatdan arvadı Zərərçəkmiş şəxs7 məxsus "xxxx" ASC-nə aid 5103 0714 8113 2435 nömrəli bank kartının hesabında olan 265 manat puldan 200 manatını çıxartmış Şahid3 yaxınlaşaraq bankomatda qalan pulun da çıxarılmasının vacib olmasına, əks təqdirdə reklam kampaniyaları barədə elanların gələcəyinə inandırıb, sonuncunun bank kartını yenidən bankomata daxil etməsinə nail olduqdan sonra bankomatın avans bölməsinə daxil olub 150 manat məbləğində avans verilməsi ilə bağlı əməliyyatı icra etdikdən sonra kartı bankomatdan çıxarıb Şahid3 geri qaytardıqdan sonra sonuncunun həmin yerdən uzaqlaşmasından istifadə edərək, elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan avans olaraq çıxmış 150 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 mart 2022-ci il tarixdə saat 19:33 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gəlib həmin vaxt qeyd edilən banka məxsus bankomatdan anası Zərərçəkmiş şəxs4 məxsus "xxxx" ASC-nə aid 5103 0714 2144 7406 nömrəli əmək haqqı kartından 1059 manat pul çıxarmaq istəyən Şahid1 yaxınlaşaraq sonuncunun həmin kartı bankomata daxil etməsini bilib Şahid1 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək bankomatda pul olmamasını bildirib sonuncunun kartı bankomatdan çıxarıb oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 1059 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 1059 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gəlib həmin vaxt qeyd edilən banka məxsus bankomatdan 1000 manat pul çıxarmaq istəyən X2 yaxınlaşaraq sonuncunun özünə məxsus, "xxxx" ASC-nə aid 5103 0714 1089 2000 nömrəli bank kartını bankomata daxil etməsini bilib Nataliya Kalininanın bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək bankomatda pul olmamasını bildirib sonuncunun kartını bankomatdan çıxarıb oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 1000 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Nataliya Kalininaya 1000 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 may 2022-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gəlib həmin vaxt qeyd edilən banka məxsus bankomatdan 960 manat pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncunun özünə məxsus, "xxxx" ASC-nə aid 6768 6771 7946 4205 nömrəli bank kartını bankomata daxil etməsini bilib Zərərçəkmiş şəxs2 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək bankomatda nasazlıq olmasını, digər bankomatdan istifadə etməsini bildirib sonuncunun kartını bankomatdan çıxarıb oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 960 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 960 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 may 2022-ci il tarixdə saat 16:37 radələrində ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gəlib həmin vaxt qeyd edilən banka məxsus bankomatdan qardaşı X6 adına olan "xxxx" ASC-nə aid 4169 7377 0557 4347 nömrəli bank kartının hesabından özünə aid pulu çıxarmaq istəyən Zərərçəkmiş şəxs8 yaxınlaşaraq bankomatdan böyük məbləğdə pulun birdəfəlik çıxarılmasının mümkün olmamasına inandırıb sonuncunun kart hesabından 250 manat pul çıxardıqdan sonra bank kartını yenidən bankomata daxil etməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs8 bankomatdan təkrar pul götürməyin mümkün olmadığını bildirib sonuncunun kartı bankomatdan çıxarıb həmin yerdən uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış, Zərərçəkmiş şəxs8 məxsus 2000 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 iyun 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gəlib həmin vaxt qeyd edilən banka məxsus bankomatın qarşısında dayanmış Zərərçəkmiş şəxs1 bankomat vasitəsilə 100 ABŞ dolları məbləğində xarici valyutanı milli valyuta ilə əvəz etmək istəməsini bilib sonuncunu bunun üçün xarici valyuta ilə yanaşı bank kartını da bankomata daxil etməyin vacib olmasına inandırıb köməklik etməyi təklif edərək Zərərçəkmiş şəxs1 sonuncuya məxsus "xxxx" ASC-nə aid 5103 0715 1682 1903 nömrəli bank kartını alıb bankomata daxil etdikdən sonra bankomatda nasazlıq olmasını bildirb həmin bank kartını 100 ABŞ dolları məbləğində pul ilə birlikdə Zərərçəkmiş şəxs1 geri qaytardıqdan sonra sonuncunun həmin yerdən uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 1080 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1080 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən "xxxx"a aid bankomatların qarşısında dayanmış, bankomata yaxınlaşan şəxslər, hesab kartlarını bankomata daxil etdikdən sonra həmin şəxslərə yaxınlaşaraq bankomatda proqramın yeniləndiyini bildirərək, onlara kömək edə biləcəyini bildirmişdir. Həmin şəxslər ona inandıqda o, bankomata yaxınlaşıb “tam məbləğ” düyməsini basıb kart sahibinə bankomatda pul olmadığını bildirərək aldatmış və özü kənara çəkilmişdir. Həmin şəxslər ona inanaraq bankomatdan kənarlaşıb digər bankomata yaxınlaşdıqdan sonra o, “tam məbləğ” düyməsini basdığı bankomata yaxınlaşaraq, qeyd olunan şəxslərə məxsus hesab kartının balansından çıxan nağd pulları oğurlayaraq ərazidən uzaqlaşmışdır. O, eyni üsulla ittiham aktında qeyd olunan zərərçəkmişlərə məxsus kartlarda olan vəsaiti ələ keçirdiyini, oğurladığı pulları isə X10 və X8 ilə birlikdə xərclədiklərini qeyd etdi. 18 may 2022-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, onun oğurluq cinayətləri törətməkdə şübhəli olduğunu bildirərək, Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, qeyd etdiyi oğurluq cinayətlərini törətməyə onu X10 və X8 təhrik etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus, "xxxx" tərəfindən verilmiş 6768 6771 7946 4205 saylı hesab kartında olan 960 manat pul vəsaitini nağdılaşdırmaq üçün Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən "xxxx" filialının önündə olan bankomat aparatına yaxınlamış, bankomata kartını daxil edib şifrəni, sonra isə nağdılaşdırmaq istədiyi məbləği yazmışdır. Bir qədər sonra ekrana iki seçimli yazı yazılmışdır. Həmin seçimlərdən biri imtina etmək, digəri isə davam etmək olmuşdur. Bu yazı ekranda yazılan vaxt onun yanında olan təxminən 20-25 yaşlarında bir kişi ona bankomatda problem olmasını demiş və “imtina et” seçimini edərək digər bankomatda pulu çıxarmağı təklif etmişdir. O da, ekranda olan “imtina et” seçimini etmişdir. Bir qədər sonra bankomat onun kartını geri qaytarmış, o, kartını götürüb digər bankomata daxil edib şifrəni yazmışdır. Həmin vaxt onun mobil telefonuna müştərisi olduğu bank tərəfindən mesaj gəlmişdir. Mesajda hesabından 960 manat pulun çıxarılması göstərilmişdir. Bir qədər əvvəl ona bankomatda problem olduğunu deyib, ondan kartı başqa bankomatda yoxlamasını istəyən şəxsin onu aldadaraq bankomatdan çıxan 960 manat pulu ələ keçirdiyini başqa düşmüşdür. Həmçinin qeyd etdi ki, ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində özünə məxsus, "xxxx" tərəfindən verilmiş 5103 0714 1089 2000 saylı bank kartına köçürülmüş maaşını çıxartmaq məqsədilə Nizami rayonu, B.Nuriyev küçəsi 10A ünvanında yerləşən "xxxx"a məxsus bankomata yaxınlaşıb, bankomata kartını daxil edib şifrəni, sonra isə nağdılaşdırmaq istədiyi 1085 manat məbləği yazmışdır. Bir qədər sonra ekrana hazırda yadında qalmayan yazı yazılmışdır. Həmin vaxt o, «imtina etmək» düyməsini basmışdır. Bu zaman təxminən 20 yaşlarında bir oğlan ona yaxınlaşaraq bankomatın 1000 manatdan artıq pul vermədiyini, bu səbəbdən də 1000 manat yazmağını demişdir. O, yenidən bank kartını bankomata daxil edib kodu yığmış və 1000 manat məbləği yazmışdır. Oğlan isə həmin zaman ondan bir qədər kənarda dayanmışdır. Ani olaraq onun diqqəti yayınmışdır. Bu zaman bankomatdan kartı çıxmış, lakin pul çıxmamışdır. O, bankomatın işləmədiyini fikirləşib yaxınlıqda olan digər bankomata yaxınlaşmışdır. Həmin anda onun istifadəsində olan mobil telefona balansında pul olmadığı barədə SMS gəlmişdir. Sonradan mobil tətbiqdəki proqrama baxdıqda 30 aprel 2022-ci il tarixdə kartından 1000 manat nağd pul çıxarıldığını öyrənmişdir. Bu zaman ona bankomatdan pul çıxarmaqda kömək etmiş həmin şəxsin onu aldadaraq bankomatdan çıxan 1000 manat pulu ələ keçirdiyini başqa düşmüşdür. Həmçinin qeyd etdi ki, ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə saat 15:42-də özünə məxsus, "xxxx" tərəfindən verilmiş 4182 4957 8046 9445 nömrəli bank kartında olan 670 manat pul vəsaitini nağdlaşdırmaq üçün Nizami rayonu, B.Nuriyev küçəsi 10A ünvanında yerləşən "xxxx" filialının önündə olan bankomat aparatına yaxınlaşıb, bankomata kartını daxil edib şifrəni yığmış və bu zaman kartın balansında 670 manat pul olduğunu görmüşdür. Bankomatdan istifadə edə bilmədiyi üçün yaxınlıqda olan, əvvəllər tanımadığı, təxminən 18 yaşında olan bir oğlan ona köməklik etmişdir. Oğlan ona bankomatın işləmədiyini demiş, o, «İmtina» düyməsini basaraq kartını geri götürmüşdür. Təxminən 1-2 dəqiqə sonra yenidən kartını digər bankomata daxil etsə də, bankomatdan istifadə etməyi bacarmadığı üçün yenidən kartını bankomatdan çıxarıb getmişdir. Bir qədər sonra bankomatdan pul çıxarmaqda ona köməklik etmiş cavan oğlanın o, bankomatdan uzaqlaşdıqdan sonra bankomatın verdiyi 670 manat pulu götürdüyünü başa düşmüşdür. Həmçinin qeyd etdi ki, ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Nizami rayonunda yerləşən 109 saylı tam orta məktəbdə müəllimə işləyir, ona verilən əmək haqqını "xxxx"a aid bank kartı vasitəsi ilə bankomatdan əldə edir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında "xxxx"-a aid 5103 0714 9046 3260 nömrəli bank kartını balansında olan özünə məxsus 606 manat məbləğində pulu çıxarmaq üçün həyat yoldaşı Şahid2 vermişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında həyat yoldaşı ona zəng vuraraq, bank kartında pul olmadığını demişdir. Daha sonra onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən "xxxx"-ın fiialına getmişlər. Filialda araşdırma aparıldıqdan sonra ona məxsus bank kartından 606 manat məbləğində pulun oğurlandığını müəyyən etmişlər. Həmçinin qeyd etdi ki, ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, onun cəzalandırılmasını xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 mart 2022-ci il tarixdə saat 23:15 radələrində həyat yoldaşına məxsus bank kartında olan 265 manat pul vəsaitini nağdlaşdırmaq üçün Nizami rayonu, B.Nuriyev küçəsi 10A ünvanında yerləşən "xxxx" filialının önündə olan bankomat aparatına yaxınlaşıb, bankomata kartı daxil edib, şifrəni yığmış və kartda olan puldan 200 manat çıxartmışdır. Bu zaman onun arxasında dayanmış əvvəllər tanımadığı, təxminən 18 yaşında olan bir oğlan ona kartda qalıq qalmış 65 manatı da çıxarmağını, əks təqdirdə reklam kompaniyası adı ilə həmin pulun çıxarılacağını bildirmişdir. O, oğlana inanıb kartını bir daha bankomata daxil edib şifrəni yığmış və bir qədər kənara çəkilmişdir. Oğlan bankomata yaxınlaşıb bir neçə düyməni basmış və sonra bankomatdan çıxan kartı götürüb ona qaytararaq bir daha reklamların gəlməyəcəyini bildirmişdir. O, bankomatdan bir qədər aralandıqdan sonra kartdan 150 manat pul çıxarılması barədə mobil telefonuna mesaj göndərilmişdir. Bu zaman bankomatdan pul çıxarmaqda ona köməklik etmiş cavan oğlanın o, bankomatdan uzaqlaşdıqdan sonra bankomatın verdiyi 150 manat pulu götürdüyünü başa düşmüşdür. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X8 çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, taniyir. Onunla yaxın münasibəti olmasa da, qonşu həyətlərdə yaşamışlar. Ağamirin oğurluq hadisəsi törətməsi barədə heç bir məlumatı olmamış, bu barədə Suraxanı RPİ-nin müvafiq bölməsində də öz ifadəsini vermişdir. İş üzrə şahid qismində dəvət edilmiş X7 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Belə ki, AR-sı DİN Biləsuvar rayon PŞ-nin Səmədabad PB-dən daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən X1 Nazirliyinin müvafiq hərbi hissəsində əsgərlikdə xidmət apardığı üçün onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını, onunla barışmadıqlarını, onlara dəymiş zərərin ödənilmədiyini bildirmişlər. İş üzrə Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 tərəfindən təqdim edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekpertizasının xx.xx.2022-ci il tarixli 1601 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-də istintaqı aparılmış cinayət işi üzrə AR-sı CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Hazırkı cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-il tarixdən hesablanmaqla 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan "xxxx"dan götürülmüş 8 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 29 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan "xxxx"dan götürülmüş 8 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim: Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-372/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-372/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver