Məhkəmə qərarları › İş №1(007)-373/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-373/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-373/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Aftandil qızı Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Goranboy rayonu, Civəzadə 9 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə saat 02:30 radələrində orta dərəcəli sərxoş vəziyyətdə keçmiş arvadı Zərərçəkmiş şəxs müalicə olunduğu, ünvan 3 ünvanında yerləşən X1 İnstutuna gələrək Zərərçəkmiş şəxs ona azyaşlı övladlarını göstərməməsini bəhanə edərək, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib tibbi işçilərinin və digər xəstələrin dincliyini pozub onların narahatçılığına səbəb olan qərəzli hərəkətlər edib səs-küy salaraq xəstəxananın normal iş rejimini pozub, Zərərçəkmiş şəxs qaldığı 6 saylı otağa daxil olaraq, üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəxt bıçağını silah qismində istifadə edərək, həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs üz və bədən nahiyyələrindən bir neçə dəfə vuraraq sonuncuya döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 3 ədəd deşilmiş-kəsilmiş yarası, alnın ön səthi və sol göz qapağının ön səthinin səthi kəsilmiş yaralarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqlarından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirərərək qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 1996-cı ildə rəsmi evlənmiş və birgə nikahdan 1 qız və 3 oğlan övladları olmuşdur. Təxminən 1il bundan öncə münasibətləri gərginləşmiş, daim evdə söz-söhbət olmuşdur. Bu səbəbdən 2021-ci ilin may ayında boşanmaq üçün Goranboy rayon məhkəməsinə müraciət etmişlər və nəticədə birgə nikahdan olan 4 övladı analarının himayəsinə verilməklə məhkəmə qətnaməsi ilə ayrılmışlar. Təxminən 2022-ci il fevral ayında o, keçmiş arvadı Bəsdi ilə əlaqə saxlamış və Bakı şəhəri, Nizami rayonunda kirayə mənzil tutmuş və yenidən ailəsi ilə birlikdə orada yaşamışlar. Keçmiş arvadı Bəsdi xəstə olduğundan səhhətinin pisləşməsi ilə əlaqədar olaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi X4 İnstutuna müalicə məqsədilə getmişdir. O, kirayə yaşadığı ünvanda övladları ilə birlikdə qalmışdır. Arvadı Zərərçəkmiş şəxs xəstəxanada müalicə aldığı müddət ərzində o, hər gün gedib arvadına baş çəkərək səhhəti ilə maraqlanmışdır. Lakin təxminən 13 iyun 2022-ci il tarixdə Bəsdi ilə telefonla danışan zaman, onun spirtli içki içməsinə görə aralarında mübahisə başlamış, bundan sonra arvadı övladlarını da götürərək Nizami rayonunda kirayədə qaldıqları ünvandan getmişdir. Hadisə baş verən gün, yəni xx.xx.2022-ci il tarixdə 00:30 radələrində o, keçmiş arvadı Bəsdi ilə telefon vasitəsilə əlaqə saxlamış və azyaşlı övladı olan Musanı görmək istədiyini arvadına bildirmişdir. Bəsdi ona övladını göstərməyəcəyini bildirmişdir. O, Bəsdi ilə telefonda bu barədə mübahisə etmiş və evdə spirtli içki qəbul etmişdir. Əsəbi olduğundan evdən mətbəx biçağını götürərək, keçmiş arvadının müalicə aldığı Nizami rayonunda yerləşən Elmi X4 İnstutuna getmiş, 06 nömrəli otağa daxil olmuş, bu zaman həmin otaqda qalan Bəsti ilə aralarında yenidən mübahisə başlamış və nəticədə Bəsdinin kürək nahiyyəsindən evdən gətirdiyi bıçaqla bir neçə zərbə vurmuşdur. O, keçmiş arvadını bıçaqla vuran zaman xəstəxanada onun yatdığı otaqda digər şəxslər də olmuş, lakin o, həmin şəxslərin heç birini tanımamışdır. Həmçinin Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman o, sərxoş vəziyyətdə olduğu üçün, həm də Zərərçəkmiş şəxs sözləri onu əsəbləşdirdiyindən bu əməli törətmişdir. Onun bıçaqla xəstaxanaya getməkdə məqsədi Zərərçəkmiş şəxs öldürmək olmamışdır. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, onunla faktiki olaraq bir evdə yaşadığını, birgə nigahdan 1-i azyaşlı olmaqla 4 uşaqlarının olmasını, zərərçəkənin ondan şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında övladları ilə birlikdə yaşayır. Bildirmişdir ki, 1996-cı il tarixdən, keçmiş əri Təqsirləndirilən şəxs ilə 2021-ci ilin təqribən noyabr ayınadək rəsmi nigahda olmuş və nikah dövründə dörd övladı dünyaya gəlmişdir. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə boşanmışlar. Təqribən 2022ci ilin fevral ayında övladlarına görə Təqsirləndirilən şəxslə rəsmi olmasa da qeyri-rəsmi olaraq barışmışlar və Bakı şəhəri, Nizami rayonunda, Q.Qarayev prospekti, Ə.Kürçaylı küçəsində kirayə yaşamağa başlamışlar. 20 ilə yaxındır ki, vərəm xəstəliyindən əziyyət çəkmiş və xəstəliyinin artması səbəbindən 27 may 2022-ci il tarixdə X14 Xəstəliklər İnstutunda müalicə almaq məqsədi ilə orada qalmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat təqribən 00:30 radələrində keçmiş əri Təqsirləndirilən şəxs ona zəng etmiş, aralarında mübahisə başlamışdır. Sonra Təqsirləndirilən şəxs dəfələrlə ona zəng etsə də, telefonu açmamışdır. Saat təxminən 02:30 radələrində olduğu xəstəxanada palatada yatarkən palatanın qapısı açılmış və Təqsirləndirilən şəxs o və digər xəstələrin yatdığı palataya daxil olmuşdur. O, Şükürü gördükdə dərhal yatdığı palatadan dəhlizə çıxmış, tibb bacıları olan otağa daxil olmuş və orada olan tibb bacısına bu barədə məlumat vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs palatadan çıxaraq oradan uzaqlaşmışdır. O, yenidən öz yatdığı 06 saylı palataya daxil olmuş təxminən 5-10 dəqiqə keçmiş dəhlizdən səs küy gəldiyini eşitmiş və Təqsirləndirilən şəxs səsi qulağına gəlmiş, dərhal otağın qapısını açıb dəhlizə çıxmaq istəyərkən Şükür otağa daxil olmuş, onu özünə tərəf çəkib qucaqlamış və əlində olan bıçaqla kürək nahiyyəsindən 03 dəfə zərbə endirmişdir. Təqsirləndirilən şəxs onu öldürmək fikri olmadığını, hazırda təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, onun cəzalandırılmamasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində işləyir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində xidmət aparan zaman idarədən məlumat daxil olduqdan dərhal sonra Elmi X4 İnstiitutuna getmişdir. Ora yaxınlaşan zaman artıq hadisə baş vemiş, Təqsirləndirilən şəxs isə xəstəxananın qarşısında, mühafizəçinin yanında dayanmışdır. Daha sonra Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə təhvil verildiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. Nizami Rayon Mühafizə İdarəsi Elmi Tədqiqat X2 mühafizəsini təmin edir və həmin İnstituta mühafizə xidmətinə mülki əməkdaşlar çıxır. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02: 40 radələrində Elmi Tədqiqat X2 yaxınlığında iş yoldaşı Şahid2 ilə xidmət aparan zaman idarədən onlara Elmi X4 İnstitutunda bir nəfər şəxsin arvadını bıçaqla vurmasını, dərhal həmin obyektə yaxınlaşmaları barədə məlumat verilmişdir. Onlar dərhal Elmi X4 İnstitutuna yaxınlaşmışlar və orada bir nəfər şəxsin arvadına bıçaqla xəsarət yetirməsi onlara məlum olmuşdur. Onlar həmin şəxsi saxlayaraq aparıb Nizami RPİ-nin 25-ci PŞ-nə təhvil vermişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Onlar həmin şəxsi növbətçi hissəyə təhvil verib öz xidmətlərinə davam etmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı istintaqda verdiyi ifadəsi elan olunan Şahid3 bildirmişdir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 2017-ci il tarixdən Nizami rayon Mühafizə İdarəsində mülki mühafizəçi kimi işə başlamış və həmin tarixdən Elmi X4 İnstutunda mühafizəçi işləyir. xx.xx.2022-ci il tarixdə növbətçilik cədvəlinə uyğun olaraq gecə növbəsində olan zaman təxminən saat 02:40 radələrində tibb bacısının dəhlizdən onu səslədiyini eşitmiş və binanın ikinci mərtəbəsində səs küy olmasını eşidib dərhal yuxarıya ikinci mərtəbəyə qalxmış və orada yadında qalmayan xəstələrin istiqamət verməsi ilə 06 saylı palataya qaçmış otağa daxil olarkən bir nəfər orta yaşlarında olan kişinin qadını özünə tərəf sıxdığını görmüş və dərhal həmin şəxsi aralamış, aralayan zaman qadının yerdə oturmasını görmüş və kürək nahiyyəsindən bıçaqlanması ona məlum olmuşdur. Həmin şəxsi xəstəxanadan bayıra qapının ağzına çıxarmış, qaçmaması üçün onun yanında durmuş və dərhal polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, bıçaqla xəsarət alan qadın onun mühafizəçi işlədiyi xəsəxanada müalicə alan şəxslərdən olan Zərərçəkmiş şəxsdır, onu bıçaqlayan şəxs isə keçmiş əri Təqsirləndirilən şəxsdir. Məhkəmə istintaqı zamanı Şahid5 məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı istintaqda verdiyi ifadəsi elan olunan Şahid5 bildirmişdir ki, 2006-cı il tarixdən Elmi X4 İnstutunda tibb bacısı kimi işləyir. 2007-ci il tarixdən isə “AKOVS” şöbəsində tibb bacısı işləyir. Təxminən 20 gün müddətində Zərərçəkmiş şəxs o, çalışdığı şöbədə müalicə alaraq həmin şöbədə qalmışdır. xx.xx.2022ci il tarixdə növbətçilik cədvəlinə uyğun olaraq gecə növbəsində olan zaman təxminən saat 02:30 radələrində tibb bacılarının xidməti otağında olarkən birdən qapı açılmış və Zərərçəkmiş şəxs həyacanlı otağa daxil olaraq, ona keçmiş ərinin içkili olduğunu və onun yatdığı otağa gələrək mübahisə etməsini bildirmişdir. O, otaqdan dərhal dəhlizə çıxmış, Zərərçəkmiş şəxs ərinin orada olmadığını görmüşdür. O, Zərərçəkmiş şəxs öz yatdığı 06 saylı palataya yola salmış və dəhlizin qapısını içəridən bağlamışdır. Təxminən 5-10 dəqiqə keçmiş o, dəhlizdə olan zaman bir nəfər orta yaşlarında kişinin dəhlizinin qapısını açaraq dəhlizə daxil olmasını görmüş, həmin zaman səsə xəstəxanada yatan digər xəstələrdə narahat olaraq dəhlizə çıxmışlar. O, həmin kişinin Zərərçəkmiş şəxs keçmiş əri olduğunu anlamışdır. Həmin şəxs qaçaraq Zərərçəkmiş şəxs yatmış olduğu 06 nömrəli palataya tərəf getmişdir. O, dərhal aşağı mərtəbəyə enərək mühafizəçini səsləmiş və növbətçi həkimə məlumat vermişdir. O, yuxarıya yenidən qalxdıqda isə artıq mühafizəçisi, qeyd edilən Zərərçəkmiş şəxs ərini 06 saylı palatadan bayıra çıxartmış, dərhal Zərərçəkmiş şəxs olduğu palataya getmiş və görmüşdür ki, Zərərçəkmiş şəxs kürək nahiyyəsindən bıçaqla xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən aparılmış məhkəmə tibb ekspetizası nəticəsində verilmiş 05 iyul 2022-ci il tarixli, 574 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 3 ədəd deşilmiş-kəsilmiş yarası, alnın ön səthi və sol göz qapağının ön səthinin səthi kəsilmiş yaraları, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları olmuş, qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş və səthi kəsilmiş yaralar kəsici-deşici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın; sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci tarixdə yaranması mümkündür, dərəcəsinə görə deşilmiş-kəsilmiş yaraslar ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya, digər xəsarətlə isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1727 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o. öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 438/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AA N-3857088 saylı İD adlı şəxsiyyətinin təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurəti, bu sənədin kserosurətinə əsasən onun qan qrupu: 0(1).-,Ekspertizaya təqdim edilmiş bir ədəd don və bir-birindən ayrılmış bıçağın dəstəyi və tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni, don üzərindəki ləkələrdə həmçinin alfa,beta aqlyutinləridə alındı. H antigeni Oalfa, beta(İ) qrupunu əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan məhkəmə-tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 353-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs qızma məxsus donun arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd və arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş bıçaq kəskin deformasiyaya uğradığı, yəni bıçağın tiyəsi dəstəkdən tamamilə ayrıldığı üçün ekseprtizaya təqdim olunmuş donun üzərində olan zədələrin təqdim edilmiş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs Cüma qızına məxsus donun arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd və arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 03 ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üstüstə düşürlər. Zərərçəkmiş şəxs Cüma qızının bədənində olan digər xəsarətlər - alnın səthi və sol göz qapağının ön səthinin səthi kəsilmiş yaraları; sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları bədənin açıq nahiyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Zərərçəkmiş şəxs Cüma qızının bədənində olan deşilmiş-kəsilmiş və kəsilmiş xəsarətlər (döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 03 ədəd deşilmiş-kəsilmiş yarası; alnın səthi və sol göz qapağının ön səthinin səthi kəsilmiş yaraları) barəsində təqdim olunmuş iş materiallarında onların xətti ölçülərindən başqa, digər xüsusiyyətləri barədə (yara uclarının və yara kanalının xüsussiyyətləri) konkret olaraq heç bir məlumat göstərilmədiyi üçün bu xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib- yetirihnəməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Zərərçəkmiş şəxsnm bədəninin sağ bazunun yuxarı 1/3-nin bayır səthində olan sıyrıqları isə hər hansı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan onun təyinatını dəyişən heç bir düzəliş edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs qardaşı xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.1993-ü il tarixdə Azərbaycan Respubliikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən xx.xx.1993-cü il tarixdən X5 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, AZ-İİİ №831736 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X10 adlı övladı vardır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, AZ-İ №764618 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X11 adlı övladı vardır. İş materiallarında olan xx.xx.1997-ci il tarixli, XX-ЖГ 294994 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il təvəllüdlü X7 adlı övladı vardır. İş materiallarında olan xx.xx.1999-cu il tarixli, AZ-İ № 076202 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu təvəllüdlü X8 adlı övladı vardır. Cinayət işi üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, dəyən ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onun cəzalanmasını istəmir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, onunla faktiki bir evdə yaşadığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, birgə nikahdan 1-i azyaşlı olmaqla 4 uşağının olmasını, həmçinin qardaşı X3 xx.xx.1993-cü il tarixdə “Şəhid” olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxs, təqsirini səmimi etiraf edir, əməlindən səmimi peşmandır, CMnin 221.3-cü maddəsi üzrə səhhətinə xəsarət yetirilmiş şəxs Zərərçəkmiş şəxs onun barəsində şikayəti və ya tələbi yoxdur, onunla barışmışdır və faktiki bir evdə yaşayır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkildiyi müddətdə ailəsinin həyat şəraitinə də pis təsir edəcəkdir, ailəsinin həyat şəraitinin ağırlaşmasına da səbəb olacaqdır. Onun ailə başçısı olması nəzərə alınaraq arvadının da ailə başçısız qalmasına gətirib çıxaracaqdır. Halbuki, cəza təyini məsələsində humanizm prinsipinə əməl edilməlidir və CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Bu cür təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan bir ədəd qara rəngli üzərində ağ gülləri paltar və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 ay 22 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 8 ay 8 gün ( bir il səkkiz ay səkkiz gün ) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 il (üç il) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə İcra Şöbəsinə həvalə edilsin və Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, həbsdən dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınan bir ədəd qara rəngli üzərində ağ gülləri olan paltar və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizaami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar