Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-374/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1994-cü ildə Zərdab rayonu, Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşamış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində ünvan 4 ünvanda yerləşən “Laçın" Ticarət mərkəzindəki, Zərərçəkmiş şəxs2 məxsus qızıl zinət əşylarının satışı köşkünə müştəri qismində gəlib əvvəlcə sonuncudan baxmaq adı ilə qızıl zinət əşyaları alıb həmin vaxt Zərərçəkmiş şəxs2 diqqətinin yayınmasında istifadə edərək 01 ədəd, 750 əyyarlı olan 6.70 qram çəkidə 1,21 karat birliyantı olan qadın üçün nəzərdə tutulmuş ağ qızıldan 850 manat dəyərində üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 850 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində ünvan 6 ünvanda yerləşən “Laçın" Ticarət mərkəzindəki Zərərçəkmiş şəxs1 məxsus qızıl zinət əşylarının satışı köşkünə müştəri qismində gəlib, həmin mağazada satıcı işləyən Şahid1 əvvəlcə baxmaq adı ilə qızıl zinət əşyaları alıb həmin vaxt Şahid1 diqqətinin yayınmasında istifadə edərək 750 əyyarlı, 7.37 qram çəkidə 2.40 karat birliyantı olan 2006 manat dəyərində bir ədəd ağ rəngli italiyan qızılından üzüyü və 750 əyyarlı, 4.66 qram çəkidə 0,50 karat birliyantı olan 612 manat dəyərində bir ədəd ağ rəngli italiyan qızılından üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2618 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 17 fevral 2023-cü il tarixdə, təxminən saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Laçın” ticarət mərkəzinin 3-cü mərtəbəsində qızıl zinət əşyaları satılan sıraya sol tərəfə daxil olaraq həmin sırada yerləşən piştaxtanın birinə yaxınlaşıb qardaşının nişanlısı üçün qızıl dəst və anası üçün 01 ədəd qızıl üzük almaq istədiyini söyləmiş, bu vaxt qızıl-zinət əşyalarının satışı ilə məşğul olan şəxs ona piştaxtada olan qızılları təqdim etmişdir. O, bir neçə qızıl-zinət dəstinə baxmış və şəkilləri çəkib guya anasına göndərmişdir ki, baxıb seçim etsin. Bundan sonra qızıl üzüklərə baxmağa başlamış, həmin vaxt satıcının fikrinin onda olmadığını görüb 02 ədəd qadın üçün nəzərdə tutulmuş qızıl üzüyü gizli şəkildə götürmüş və cibinə qoymuşdur. Bir müddət üzüklərə baxdıqdan sonra satıcıya təklif çölə çıxıb siqaret çəkməyi təklif etmiş, bundan sonra guya anası ona zəng edib göndərdiyi şəkillərin içərisindən 01 ədəd qızıl dəsti bəyəndiyini söyləmiş, o, həmin qızıl dəstlərin birinin şəkilini satıcıya göstərib qablaşdırmasını xahiş etmiş, satıcı içəriyə daxil olan kimi isə dərhal hadisə yerindən uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə "Laçın" ticarət mərkəzindən gizli şəkildə oğurladığı 01 ədəd qadın üçün nəzərdə tutulmuş 750 əyyar qızıl üzüyü metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən "lombarda” girov qoyub 490 (dörd yüz doxsan) manat pul götürmüş, üzüyü girov qoyan zaman üzüyün oğurluq olmasını bildirməmişdir. Həmin 490 (dörd yüz doxsan) manat pul ilə evin kirayə haqqını ödəmiş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 15 mart 2023-cü il tarixdə, təxminən saat 16 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən kafelərin birində oturub çay içən zaman maddi vəziyyətinin yaxşı olmaması və pula ehtiyacının olması səbəbindən Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinə gedib qızıl oğurlamaq qərarına gəlmişdir. Orada biraz gəzib nəzər yetirdikdən sonra qızıl satan xanıma yaxınlaşıb qızılların qiyməti ilə maraqlanmış, xanıma razılığa gələrsə qızıl almaq istədiyini bildirmişdir. Daha sonra o, satıcı xanıma Rusiya Federasiyasında yaşadığını, lakin orada gedən müharibəyə görə Azərbaycan Respublikasına gəldiyini, qızılı isə anasıgil üçün almaq istədiyini bildirmiş və qızıl seçməkdə ona köməklik etməyini xahiş etmişdir. Satıcı xanım piştaxtanın alt hissəsindən qızıl qutularını çıxarıb onun seçməsi üçün şüşə piştaxtanın üzərinə qoymuş və birlikdə seçim etmişlər. O, həmin satıcıya qardaşının yaxın zamanda toyu olacağını demiş, qardaşının gələcək arvadı üçün briliant qaşlı komplekt seçməyə başlamışlar. O, həmin komplekti seçərkən adını Nazilə kimi demiş şəxsin başının qarışıq olmasından istifadə edib satıcının xəbəri olmadan şüşə piştaxtanın üzərində olan qızıl qutusundan 02 ədəd briliant qaşlı qızıl üzüyü götürüb cibinə qoymuş, onlar seçim etdikdən sonra o, Nazilədən həmin komplekti qablaşdırmağını xahiş etmişdir. Daha sonra o, ondan anası və arvadı üçün də üzük seçməyi xahiş etmişdir. Üzüklərə baxdıqdan sonra 04 ədəd qızıl üzüyü seçib kənara qoymuşdur. Kənara qoyduğu üzüklərin şəklini çəkib anasına göndərmək istədiyini və anası seçim etdikdən sonra alacağını Naziləyə bildirmiş, o, özünü üzüklərin şəkillərini çəkmiş kimi göstərib Naziləyə anasından cavab gələnə qədər çölə çıxıb siqaret çəkib geri qayıdacağını demişdir. Daha sonra Nazilənin yanında dayanan adını bilmədiyi şəxsə çölə çıxıb birlikdə siqaret çəkib geri qayıtmağı təklif etmiş, həmin şəxslə birlikdə çöldə olarkən həmin şəxsi aldadaraq guya anasından cavab gəldiyini deyib, seçdiyi qızıl dəsti hazırlamasını həmin şəxsdən xahiş edib, özünündə kartdan pul çıxardacağını bildirmişdir. Həmin şəxs içəri keçdikdən sonra o, oradan uzaqlaşıb çıxıb getmişdir. Onun qızıl götürdüyünü heç kim görməmişdir. O, oğurladığı qızıl üzüklərin bir ədədini 420 manata xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «H.M Gold» mağazasına satmış, digər qızıl üzüyü isə 320 manata xx.xx.2023-cü il tarixdə həmin mağazaya satmışdır. O, qızılları satan zaman onların oğurluq olmasını bildirməmiş və qızılların özünə məxsus olmasını demişdir. Ondan qızılları lom qiymətinə almışlar, yəni qızılı çəkisinə görə almış, alarkən qaşları nəzərə alınmamışdır. Qızılları təktək satmağının səbəbi ondan ibarət olmuşdur ki, qızılların oğurluq olması şübhə doğurmasın. Əldə etdiyi pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin, törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 Zabir oğlu ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən «Laçın» ticarət mərkəzinin qızıl sırasında qızıl satışı obyekti işlədir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 16 radələrində satıcısı Şahid1 işdə olan zaman işlədiyi qızıl piştaxtasına bir nəfər müştəri qismində yaxınlaşan tanımadığı şəxs qızılların qiyməti ilə maraqlanmaq istədiyini, razılığa gələrsə, qızıl almaq istədiyini bildirmişdir. Daha sonra həmin şəxs satıcı Şahid1 başını qarışıqlığından istifadə edərək dəyəri 2006 manat olan 750 əyyarlı, 7.37 qram ağ rəngli italyan qızılı olan və 2.40 karat birliyantı olan bir ədəd qızıl üzüyü və dəyəri 612 manat olan 750 əyyarlı 4.66 qram ağ rəngli italyan qızılı olan və 0,50 karat birliyantı olan bir ədəd qızıl üzüyü götürmüşdür. Hadisə nəticəsində iki ədəd qızıl üzük oğurlanmış və ona ümumilikdə 2.618 manat ziyan dəymişdir. Hal-hazırda ona vurulmuş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən ünvan 8 ünvanda yerləşən “Laçın" t/m-də qızıl zinət əşyalarının satışı ilə məşğul olur. "Laçın" t/m-nin 3-cü mərtəbəsində yerləşən 13 nömrəli piştaxtada qızıl-zinət əşyaları satır. xx.xx.2023-cü il tarixdə, o, işlətdiyi piştaxtaya əvvəlcədən tanımadığı bir nəfər müştəri qismində olan şəxs yaxınlaşıb anası, arvadı və balaca qızı üçün qızıl zinət əşyaları almaq istədiyini demiş, o, həmin şəxsə piştaxtada satdığı qızıl zinət əşyalarını təqdim etmiş, bu zaman həmin şəxs ondan içməyə su istəmiş, o isə qonşu sırada qızıl satan iş yoldaşından həmin şəxs üçün su gətirmişdir. Həmin şəxs bir neçə ədəd qızıl üzüklərə baxıb bəyənmiş və həmin qızıl zinət əşyalarının bir neçəsini qablaşdırmağını xahiş etmişdir. Bundan sonra həmin şəxsin telefonuna zəng gəlmiş, ona telefonla danışıb geri qayıdacağını demiş, lakin bir müddət keçdikdən sonra o, həmin şəxsi tapa bilməmiş və sonradan qızıl-zinət əşyalarının içərisindən 01 ədəd 750 əyyar 6.70 qram çəkidə 1.21 kart birliyant qaşı olan qadın üçün nəzərdə tutulmuş ağ qızıl üzüyün olmadığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona 850 manat maddi ziyan dəymiş, həmin şəxs 01 ədəd qızıl üzüyü naməlum şəraitdə oğurlamışdır. Bu barədə o, hüquq mühafizə orqanlarına xəbər verməmiş, çünkü ilk öncə utanmışdır ki, onu belə aldadıblar, lakin sonradan həmin şəxsin cəzasız qalmaması üçün tapılıb barəsində müvafiq tədbir görülməsi üçün polisə müraciət etmişdir. O, qızılların oğurlanmasını ilk öncə görməmiş, sonradan kameraya baxdıqda görmüşdür. Həmin müştəri getdikdən sonra o, şübhələməmiş və qızılları saymağa başladıqda qızılların yerində olmadığını aşkar etmişdir. Ona ümumilikdə 850 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona vurulmuş ziyanın ödənilmədiyini qeyd edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildrimiş, təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 9 ildir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən «Laçın» ticarət mərkəzinin qızıl sırasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə işdə olarkən satıcı işlədiyi qızıl piştaxtasına bir nəfər müştəri qismində yaxınlaşan tanımadığı şəxs qızılların qiyməti ilə maraqlanmaq istədiyini, razılığa gəlinsə, qızıl almaq istədiyini, Rusiya Federasiyasında yaşadığını, Mingəçevir şəhərinə qohumunun yas yerinə gəldiyini, qızılı isə anasıgil üçün almaq istədiyini bildirmiş və qızıl seçməkdə köməklik etməyini istəmişdir. O, piştaxtanın alt hissəsindən qızıl qutularını çıxarıb seçmək üçün şüşə piştaxtanın üzərinə qoymuş və sonra həmin müştəri ilə birlikdə seçim etmişdir. Müştəri qardaşının yaxın zamanda toyu olacağını deyib qardaşının gələcək arvadı üçün briliant qaşlı komplekt seçmiş və seçim etdikdən sonra o, həmin komplekti götürüb öz yanına qoymuşdur. Daha sonra həmin şəxs anası və arvadı üçün üzük seçmələrini istəmiş və üzüklərə baxdıqdan sonra 04 ədəd qızıl üzüyü seçib kənara qoymuş, seçdiyi qızıl üzüklərin şəklini çəkib anasına göndərmək istədiyini deyib anası seçim etdikdən sonra alacağını bildirmişdir. O razı olduqdan sonra müştəri seçilən qızıl üzüklərin şəkillərini çəkib deməsinə görə anasına vatsap vasitəsi ilə göndərmiş və anasından cavab gələnə qədər çölə çıxıb siqaret çəkib geri qayıdacağını demişdir. Daha sonra həmin müştəri kənarda dayanan tanışı Rzaya çölə çıxıb birlikdə siqaret çəkib geri qayıtmağı təklif etmiş, onlar birlikdə çölə çıxarkən müştərinin seçdiyi komplekt və 04 ədəd qızıl üzüklər onun yanında qalmışdır. Təxminən 5-6 dəqiqə keçdikdən sonra Rzanın tək geri qayıtdığını görmüş, müştərinin hara getdiyini soruşduqda, Rza cavabında müştərinin qızılları alması üçün bankdan pul çıxartmağa getdiyini bildirmişdir. Bir neçə saat keçdikdən sonra müştərinin gəlmədiyini görüb qızılları almaq fikrindən yayındığını düşünmüşdür. xx.xx.2023-cü il tarixdə axşam saatlarında satışda olan qızılların hesabını apararkən ümumilikdə dəyəri 2618 manat olan 02 ədəd briliant qaşlı qızıl üzüklərin yerində olmadığını görmüş, dərhal müşahidə kameralarına baxdıqda, xx.xx.2023-cü il tarixdə müştəri qismində yaxınlaşan həmin naməlum şəxsin onun başının qarışıq olmasından istifadə edərək 02 ədəd briliant qaşlı üzüyü - dəyəri 2006 manat olan 750 əyyarlı 7.37 qram ağ rəngli italyan qızılı olan və 2.40 karat birliyantı olan bir ədəd qızıl üzüyü və dəyəri 612 manat olan 750 əyyarlı 4.66 qram ağ rəngli italyan qızılı olan və 0,50 karat birliyantı olan bir ədəd qızıl üzüyü götürmüşdür. Buna görə də o, dərhal polisə gedərək ərizə ilə müraciət etmişdir. O, qızılların oğurlanmasını görməmiş, sonradan kameraya baxdıqda görmüşdür. Nəticədə dəymiş zərər 2.618 manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə «Laçın» ticarət mərkəzində qızıl sırasında satıcı işləyən Nazilə xanımın yanında oturub söhbət edən zaman bir nəfər tanımadığı şəxsin kənardan dayanıb Nazilə xanımın satıcı işlədiyi şüşə piştaxtanın altında olan qızıllara baxdığını görmüş, Nazilə xanımdan həmin şəxsin kim olduğunu soruşub, müştəri ilə maraqlanmağını demişdir. Daha sonra oradan uzaqlaşıb zərgər yerinə getmiş, təxminən 40 dəqiqə keçdikdən sonra Nazilə xanımın onu çağırdığını görüb Nazilə xanıma yaxınlaşdıqdan sonra Nazilə xanım kömək etməyini ondan xahiş etmişdir. O da Nazilə xanıma kömək edib qızıl qutularını yenidən şüşə piştaxtanın altına qoymuş, daha sonra Nazilə xanımdan qızıl almaq istəyən müştəri ona birlikdə çölə çıxıb siqaret çəkməyi təklif etmişdir. O da həmin şəxsə siqaret çəkən insan olmadığını dedikdə, həmin şəxs israrla birlikdə çölə çıxmağı ondan xahiş etmiş, o, həmin şəxslə birlikdə çölə çıxdıqdan sonra, həmin şəxs telefonla danışmağa başlamışdır. Həmin şəxs telefon ilə danışdıqdan sonra ona arvadı ilə danışdığını deyib, arvadının dəyəri 1200 manat olan briliant qaşlı qızıl üzüyü bəyəndiyini, üzərində nağd pulunun olmadığını, banka gedib kartdan pul çıxardıb geri qayıdacağını bildirmişdir. O da geri qayıdıb Nazilə xanımın yanına getmiş, Nazilə müştərinin hara getdiyi soruşduqda o, cavabında Naziləyə müştərinin ona üzərində qızılları almaq üçün nağd pul olmadığını deyib kartından pul çıxarmağa getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ildən ünvan 10 ünvanında yerləşən X1 məxsus olan “Lombart” kredit təşkilatının bölmə rəhbəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə işdə olan zaman bir nəfər müştəri qismində filiala daxil olaraq pula ehtiyacının olduğunu və bu səbəbdən də özünə məxsus olan 01 ədəd birliyant qaşlı 750 əyyarlı ağ qızıl qadın üzüyünü girov qoyub pul götürmək istədiyini bildirmiş, o, həmin üzüyün təmizliyini yoxladıqdan sonra qızıl tərəzisində çəkmiş və üzüyün 6.7 qram olmasını müəyyən etmişdir. Həmin üzüyü girov götürmək üçün lazım olan qanuni sənədləşmələr aparıldıqdan sonra qızılı 73 manatdan hesablayıb Təqsirləndirilən şəxs 490 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Mehdilinin ödəniş vaxtı olmasına baxmayaraq ödəniş edilmədiyi üçün xx.xx.2023-cü il tarixdə Mehdinin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, Mehdi telefona cavab verərək xx.xx.2023-cü il tarixdə lombarda yaxınlaşaraq ödəniş edəcəyini bildirsə də, sonradan gəlməmişdir. Hal-hazırda isə qızıl müddəti keçdiyinə və ödəniş edilmədiyinə görə satışa çıxarılmış və satılmışdır. Onun qızılın oğurluq olması barədə heç bir məlumatı olmamış, həmin şəxs üzüyü verən zaman üzüyün özünə məxsus olmasını bildirmişdir. O, üzüyün oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında yerləşən «Butik №1, H.M Gold Qızıl» mağazasının sahibidir. Orada qızılların alqı-satqısı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə işdə olarkən bir nəfər tanımadığı, sonradan adını bildiyim Təqsirləndirilən şəxs içəri daxil olaraq pula ehtiyacı olduğu üçün özünə məxsus olan 01 ədəd birliyant qaşlı üzüyünü satmaq istədiyini bildirmişdir. O, həmin qızılın təmizliyini yoxladıqdan sonra ilkin olaraq almaq istəməmişdir. Çünki qızılın əyyarı yaxşı deyilmiş, belə ki, yerli zərgərlərin düzəltdiyi qızılın əyarı aşağı olur, bu da həmin növdə qızıl olmuşdur. Həmçinin üzüyün birliyantları belqiyski qaşlar olmuşdur. Onlar çox ucuz olur. Onlar qızılı aldıqda yalnız qızılı nəzərə alır. Qaşları çünki heç bir şey etmək mümkün olmur. Daha sonra isə həmin şəx problemləri olduğunu və buna görə də ailəsinin qızılını satdığını bildirdiyindən o, həmin şəxsdən qızılı almaq qərarına gəlmiş və qızılı çəkib, əyyarını yoxlayaraq həmin qızıla 420 manat pul vermişdir. O, həmin şəxsdən qızılı alan zaman şəxsiyyət vəsiqəsinin sürətini çıxartdırararaq üzərində imzasını etmiş və o, 420 manat pulu həmin şəxsə verdim. Qızıl alınan zaman qaşlarını çıxardıqdan sonra qızılın çəkisi müəyən edilir və pulunu verir. O, qızılın qaşını təxmini olaraq çəkidən çıxıb pulunu vermişdir. O, qızılın oğurluq olmasını bilməmişdir. Daha sonra isə xx.xx.2023cü il tarixdə həmin şəxs yenədə onun mağazasına gəlmiş və bildirmişdir ki, pula ehtiyacı olduğundan evdən gətirdiyi özünə məxsus olan bir ədəd üzüyüdə təqdim etmişdir. O, qızılı götürüb çəkmiş, əyyarını yoxlatmış, sonra isə həmin şəxsin şəxsiyyət vəsiqəsinə yazılaraq qeyd edildikdən sonra 320 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, qızılların oğurluq olmasını bilməmişdir. O, həmin müştəridən soruşduqda ki, həmin şəxs qızılların öz ailəsinə məxsus olduğunu bildirmişdir. Ona verilmiş suallar ətrafında cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı qızılları aldığım axşamı doğratdırıb, əridib və zərgərlərə satışını etmişdir. Həmin qızıllar hal hazırda ortada yoxdur. İş materiallarında olan 31 mart 2023-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 1-ci diskə baxış zamanı diskdə olan 2 ədəd görüntünü birincisində görsənir ki, video xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeydə alınır və bir nəfər kişi cinsindən olan şəxs qızıl satışı həyata keçirən qadınla danışır və qadının başı qatışıq olmasından istifadə edərək qızıllardan götürür və əlində sıxaraq gizlədir. Digər görüntüdə də həmin şəxsin qadınla söhbəti öz əksini tapmışdır. Həmin video görüntülər “Laçın” ticarət mərkəzində qeydə alınmışdır. Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özünün olduğunu və həmin vaxtda o iki ədəd qızılı gizli olaraq götürüb oradan uzalaşdığını bildirmişdir. 2-ci diskə baxış keçirilən zaman isə orada 11 ədəd fayl olduğu müəyyən edilmişdir. Həmin fayllarda əks olunan qara gödəkcə, qara papaq və cins şalvarda olan şəxsin xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Laçın Ticarət mərkəzində və küçələrdə olan görüntüsü vardır. Təqsirləndirilən şəxs bildirdi ki, həmin video görüntü xx.xx.2023cü il tarixdə qeydə alınmış və həmin görüntüdə olan şəxs odur. Qeyd olunan tarixdə 01 ədəd qızıl üzüyü oğurlamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. AR CM-nin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivinin müəyyən eilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 02 gün ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli 2023-cü ilin fevral və mart ayında törətmişdir. Beləliklə, o, hazırkı cinayəti əvvəlki hökm olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Abşeron Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin sonuncu cümləsi müəyyən edilmiş müddəaya uyğun oğlaraq onun həmin iş üzrə 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət vahid və ardıcıl müddət kimi nəzərə alınaraq, cəmi 02 gün hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)- 157/2023 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisələrini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(005)-71/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, onun həmin iş üzrə 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək həbsdə olduğu müddət vahid və ardıcıl müddət kimi nəzərə alınaraq, cəmi 02 (iki) gün hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 31 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış oğurluq hadisələrini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-374/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-374/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver