Məhkəmə qərarları › İş №1(007)-375/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-375/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-375/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2006-cı il tarixdə Şəki rayonunun Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Xırmandalı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, “UPD” qəsəbəsi, Rəşid Bağırov küçəsi ev 21-də yaşayan, 22 fevral 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, tanışı Şahid1 və Şahid2 ilə bir qrup şəxs halında birləşib 15 iyul 2023-cü il tarixdə saat 01 radələrində ictimai yer olan Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” restoranının qarşısında, həmin tarixdə saat 00:30 radələrində Şahid1 ofisiant işlədiyi “Monte Karlo” restoranının “VİP” zalında toy ziyafəti qutardıqdan sonra ayağı süfrəyə ilişdiyi üçün bir neçə boşqabın döşəməyə düşərək sınmasına həmin zalda aparıcı-müğənni işləyən Zərərçəkmiş şəxs irad bildirməsini bəhanə edib həmin vaxt Zərərçəkmiş şəxs restoranın qarşısında taksiyə əyləşməsini görüb əvvəlcə o və qrup üzvü Şahid2 Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunu söhbət etmək adı ilə taksidən düşürüb “Monte Karlo” şadlıq sarayının qarşısına dəvət etdikdən sonra özlərinin şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib o və Şahid2 qəsdən yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsinə bir neçə dəfə zərbələr vurmuş, Şahid1 isə üzərində olan təyinatı istintaqa məlum olmayan kəsici-deşici aləti silah qismində istifadə edərək həmin alətlə qəsdən Zərərçəkmiş şəxs bel nahiyəsinə iki dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gözətrafının qançırı, burun üst səthinin sıyrığı, bel nahiyəsinin periton boşluğuna nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin may-avqust aylarında Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayının “VİP” zalında həmkəndliləri Şahid2, Şahid1, Əligilin dayısı Salam Qədirovla birlikdə ofisiant işləmişdir. 2023-cü ilin aprel-may aylarında Nizami rayonunda yerləşən “Altun saray” şadlıq evində ofisinat işləmişdir. Həmin ərəfədə Zaur və Əli də onunla birlikdə işləmişlər. 10 iyul 2023-cü il tarixdə o, Zaur və Əli ilə birlikdə “Monte Karlo” şadlıq sarayında “VİP” zalında ofisinat işləməyə başlamışdır. 14 iyul 2023-cü il tarixdə o, işə getməmiş, Zaur və Əli isə işə getmişlər. 15 iyul 2023-cü il tarixdə saat 01 radələrində o, Həmin ərəfədə o, anası ilə birlikdə kirayə yaşadığı Xətai rayonu, UPD qəsəbəsi, Rəşid Bağırov küçəsindəki məhəllədə “Dönər” satılan yerdə olan zaman görmüşdür ki, Zaur “Monte Karlo” şadlıq sarayına tərəf gedir. O, Zaurdan hara getdiyini soruşmuş, Zaur ona demişdir ki, toy qurtarandan sonra ofisiantlar və musiqiçilər zalda yemək yeyən zaman orada boşqab yerə düşdüyü üçün müğənni-aparıcı Murad söyüş söydüyünə görə qardaşı Əli ilə aralarında mübahisə olmuşdur, indi o, Muraddan soruşmaq istəyir ki, niyə söyüş söyüb, sonra Əlini götürüb gələcəkdir. Bundan sonra Zaur Babək prospektinin əks tərəfinə keçib “Monte Karlo” şadlıq sarayının qarşısına getmişdir. O, isə həmin şadlıq sarayı ilə üzbəüz Babək prospektində əks tərəfdə durmuşdur. Təxminən 10 dəqiqə sonra Zaur və Əli “Monte Karlo” şadlıq sarayı tərəfdən gəlib Babək prospektini keçmişlər və Zaur Əlini evə yola salmışdır. Zaur yenindən Babək prospektinin əks tərəfinə keçərək “Monte Karlo” şadlıq sarayının qarşısına getmiş, o, isə şadlıq sarayı ilə üzbəüz Babək prospektinin əks tərəfində durmuşdur. O, duran zaman Muradın yanında olan bir nəfərlə birlikdə “Monte Karlo” şadlıq sarayından çıxıb Babək prospektinin kənarına gəlib gözləməyə başladıqlarını görmüşdür. Həmin vaxt Zaur “Monte Karlo” şadlıq sarayının qarşısından gəlib Babək prospektinin keçib yolun ortasında olan beton piltənin üstündə çatmışdır. O da olan beton piltənin üstünə getmiş və Zaura demişdir ki, Murad “Monte Karlo” şadlıq sarayının qarşısında Babək prospektinin kənarında durubdur. Özü qabaqda, Zaur isə arxasınca Babək prospektini keçib “Monte Karlo” şadlıq sarayının qarşısına getmişlər. Həmin vaxt Muradın Babək prospektinin kənarında dayanmış avtomobilin sağ qabaq oturacağında, Muradın yanında olan şəxsin isə avtomobilin sağ arxa oturacağında əyləşdiklərini görmüşdür. Zaur həmin avtomobilin sağ qabaq qapısına yaxınlaşmış və Murada demişdir ki, səni bir dəqiqə olar. Murad avtomobildə düşüb Zaurla söhbət edən zaman o, Zaurgildən 2-3 metr aralıda səkinin üzərində çönbəlib oturmuş, Zaur Muradla söhbət etməyə başlamışdır. Bundan sonra Zaur və Murad “Monte Karlo” şadlı sarayının “Antik” zalı ilə “VİP” zalının ortasına getmişlər və yenə orada durub söhbət etmişlər. Murad Zaurun qolundan tutduğu üçün o, Zaur və Muradın yanına getmişdir. O, Zauru kənara çəkmək istəyirmiş, bu zaman Murad onların ünvanına nalayiq söyüş söymüşdür. Murad söyüş söydüyü üçün o, Murada sillə vurmuşdur. Bundan sonra kənarda olan şəxslərdən biri onu, digəri isə Zauru kənara çəkib aparmışlar. Bu zaman görmüşdür ki, Əli Murada tərəf gəlir, Əli Murada hücüm edən zaman onu kənara çəkən şəxsin əlindən çıxmış və Əlini Muraddan ayırmaq üçün Əlinin yanına gəlmişdir. Əli Muradın arxasınca düşmüş və Murad “Monte Karlo” şadlıq sarayının “VİP” zalına qaçmışdır. Əli də Muradın arxasına qaçan zaman o da Əlinin arxasınca qaçmışdır ki, Əli Muradı vurmasın. Murad “VİP” zalına girəndən sonra qapını arxadan tutub saxlamış, Əli həmin zala girə bilməmişdir. Bundan sonra o və kənarda olan şəxslər Əlini sakitləşdirmişlər. Həmin vaxt Zaur onların yanına gəlmiş və evə getmələrini demişdir. Onlar üçü birlikdə “Monte Karlo” şadlıq sarayının qarşısından Babək prospektini keçərək evə getmişlər. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, məlum hadisə zamanı o, Muradı yumruqla vurmamış, sadəcə Zaurla Muradı ayırmışdır. Bu zaman söyüş söydüyü üçün Muradı sillə ilə vurmuşdur. O, Əlinin Muradın bel nahiyəsindən bıçaqla vurduğunu və ya Əlinin əlində bıçaq olmasını görməmişdir. Hadisə zamanı onun özü xəsarət almamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən özünü təqsirli bilməsə də, son sözlə çıxışında əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən toy ziyafətlərində aparıcı-müğənni kimi iştirak edib çörək pulu qazanır. 2023-cü ilin aprel ayından Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayında aparıcı-müğənni kimi fəaliyyətə başlamışdır. 14 iyul 2023-cü ildə saat 17 radələrində o, toy ziyafətində iştirak etmək üçün “Monte Karlo” şadlıq sarayına getmiş və hazırlıq işlərini görməyə başlamışdır. Həmin gün saat 18 radələridə şadlıq sarayının “VİP” zalında toy ziyafəti başlamış və qonaqlara ofisiantlar qulluq etmişlər. Həmin gün saat 23:58-də o, toy ziyafətini yekunlaşdırmış və bundan sonra o, Aytac adlı xanım müğənni, Hikmət adlı saz ifaçısı və üç nəfər fotoqraf öz stollarında əyləşib yeməyə başlamışlar. Həmin vaxt onların qarşısında olan stolda əyləşmiş üç ofisiantdan biri masanın üzərinə bir dəfə yumruq vurmuşdur. O, həmin masaya tərəf baxmış və ayağa qalxıb masaya yaxınlaşan zaman masaya yumruq vuran şəxs masanı çevirmişdir. Masanın üzərində olan bütün əşyalar döşəməyə dağılmışdır. O, həmin yerə yaxınlaşıb masanın çevirən ofisianta demişdir ki, “çörək qazandığınız yerdi, niyə belə hərəkət edirsiniz?” Onu tanıyan ofisiantlar ona yaxınlaşıb demişlər ki, “spirtli içki qəbul ediblər, sən qarışma”. Bundan sonra o, heç bir söz deməyib oradan uzaqlaşmış, baş inzibatçı Ehtiram müəllimə yaxınlaşıb maaşını almış və saz ifaçısı Hikmətin, xanım ifaçı Aytacın, nağara ifaçısı Musanın, sintezator ifaçısı Raminin, qoşa nağara ifaçısı Mehmanın maaşını vermişdir. Bundan sonra “Monte Karlo” şadlıq sarayının “Antik” zalında sintezator ifaçısı Rəvan onun yanına gəlmiş və o, evə getmək üçün taksi sifariş vermişdir. 15 iyul 2023-cü ildə saat 01 radələrində “Monte Karlo” şadlıq sarayının “VİP” zalı ilə “Antik” zalın arasında Babək prospektində yolun sağ tərəfinə taksi gəlmişdir. Rəvanla birlikdə taksiyə tərəf getmişlər, o, avtomobilin sağ qabaq oturacağında, Rəvan isə arxa sağ oturacağında əyləşmişlər. Avtomobil hərəkətə başlayan vaxt görmüşdür ki, zalda masanı çevirən zaman orada olan ofisiantlardan biri, 30 yaşlarında olan şəxs avtomobilin sağ qabaq qapısına yaxınlaşıb ona demişdir ki, “bir dəqiqə səni olar?” O, həmin şəxsə demişdir ki, “sabah görüşüb, danışarıq”. Həmin şəxs təkidlə demişdir ki, “avtomobildən düş, sənə sözüm var”. Bundan sonra o, avtomobildən yerə düşmüş və həmin şəxs ona demişdir ki, “şadlıq sarayının yan tərəfinə keçək, sənə sözüm var”. O, həmin şəxsə demişdir ki, “sözünü burada de, məni avtomobildə gözləyirlər”. Həmin şəxs də ona demişdir ki, “bir az kənara çəkilək, sənə sözüm var”. Bundan sonra həmin şəxslə “Monte Karlo” şadlıq sarayının “VİP” zalı ilə “Antik” zalının arasına getmişlər. Onunla söhbət edən şəxsdən spirtli içki iyi gəlmişdir. Bu zaman Rəvan və avtomobilin sürücüsü avtomobildən yerə düşmüşlər. Həmin vaxt hissə etmişdir ki, onu söhbətə çağıran şəxs onu yumruqla vurmaq istəyir. O, tez sol əli ilə həmin şəxsin sağ əlini tutub saxlamışdır. Bu zaman sol yan tərəfdən görmədiyi şəxs onu sol tərəfdən göz və burun nahiyəsinə iki dəfə yumruqla vurmuşdur. Həmin vaxt o, başını aşağı salmışdır. Onu söhbətə çağıran və sol yan tərəfdə onu yumuruqla vuran şəxs bir neçə yumruqla onun baş və bədən nahiyəsinə vurmuş və bu zaman hiss etmişdir ki, arxadan bel nahiyəsinə iki dəfə bıçaq vurulmuşdur. O, arxaya çönüb baxan zaman görmüşdür ki, zalda masaya yumruq vuran və masanı çevirən 25 yaşlarında olan şəxsdir. Həmin vaxt Rəvan və taksi sürücüsü ona tərəf gəlmişlər və o, tez şadlıq sarayının “VİP” zalına tərəf qaçmış, həmin vaxt onu bıçaqla vuran şəxs arxası ilə qaçaraq gəlmişdir. O, tez “VİP” zalın qapısını açıb içəri daxil olmuş və arxadan qapını tutub saxlamışdır ki, həmin şəxs içəri daxil olmasın. Bundan sonra “VİP” zalının inzibatçısı Aslan gəlmiş və onu öz avtomobili ilə Bakı şəhəri Sabunçu qəsəbəsində yerləşən X4 aparmış və onu qəbul şöbəsinə təhvil vermişlər. Ona ilkin tibbi yardım göstərilib reanimasiya şöbəsinə qaldırılmış, bel nahiyəsindən cərrahi əməliyyat olunmuşdur. Bundan sonra məlum olmuşdur ki, hadisə zamanı burnu sınıbdır. Sonra bilmişdir ki, ona qarşı qeyd olunan hərəkətləri edən Zaur və Əli adlı qardaşlar və onların tanışı Ümid adlı şəxslər olmuşdur, onu bıçaqla vuran isə Əli olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş, özünün barəsindəki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkum olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından o və qardaşı Zaur Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayında ofisiant işləməyə başlamışlar. 2023-cü ilin yanvar ayından o, Bakı şəhəri Xətai rayonu, “UPD” qəsəbəsində olan marketdə satıcı işləmiş və maaş az olduğu üçün həmin işdən çıxmışdır. 08 iyul 2023-cü il tarixdə o və qardaşı Zaur birlikdə iş axtarmaq üçün “Monte Karlo” şadlıq sarayına getmişlər və inzibatçı işləyən Aslana yaxınlaşıb işləmək istədiklərini bildirmişlər. Aslan razılıq vermiş və həmin gündən “Monte Karlo” şadlıq sarayında ofisiant işləməyə başlamışlar. 14 iyul 2023-cü il tarixdə saat 15-16 radələrində o və Şahid2 birlikdə “Monte Karlo” şadlıq sarayına getmiş və işə başlamışlar. Həmin gün saat 18 radələrində şadlıq sarayında toy ziyafəti başlamışdır. O, Şahid2 və digər ofisiantlarla birlikdə gələn qonaqlara xidmət etmişlər. Həmin gün saat 23:40 radələrində toy ziyafəti qurtarmış və bundan sonra musiqiçilər bir stolda, ofisiantlar isə 5-6 stolda əyləşib yemək yemişlər. Musiqiçilər bir stolda 6-8 nəfər əyləşmişlər, onunla Zaurun əyləşdikləri stolda 4-5 nəfər olmuşdur. Həmin vaxt onun ayağı stolun üzərində olan süfrəyə ilişmiş və stoldan bir ədəd boşqab döşəməyə düşüb qırılmışdır. Bu zaman musuqiçilərin stolunda əyləşmiş aparıcı-müğənni Murad ona demişdir ki, “niyə belə edirsiniz, qudurubsunuz, özbaşınalıq edirsiniz”. Həmin vaxt o və Zaur, Murada demişlər ki, ayağı süfrəyə ilişmiş və boşqab yerə düşüb qırılmışdır. Bundan sonra aralarında söz mübahisəsi olmuş və Zaur onu şadlıq sarayından çıxarıb Babək prospektinin əks tərəfinə aparmış, özü isə “Monte Karlo” şadlıq sarayına tərəf qayıdıb getmişdir. Təxminən 5-6 dəqiqə sonra görmüşdür ki, “Monte Karlo” şadlıq sarayının qarşısında kimsə dava edir və bərk səs-küy gəlir. Bundan sonra Babək prospektini keçib “Monte Karlo” şadlıq sarayının qarşısına gedən zaman avtotəmir sexinin yanından keçəndə yerdən kəsici və deşici metal parçası görüb götürmüş və şadlıq sarayının qarşısına getmişdir. Orada görmüşdür ki, Murad Zaurun üstünə gedib nalayiq söyüş söyür. kənarda olan şəxslər onları ayırmağa çalışırlar. Zaurun yanında Ümidi görmüşdür. Murad onu görən kimi onun da ünvanına nalayiq söyüşlər işlədib üstünə gəlmişdir. O da əlində olan kəsici və deşici metal parçası ilə Muradın qarın boşluğunun arxa tərəfinə iki dəfə zərbə vurmuşdur. Həmin vaxt Murad qaçıb “Monte Karlo” şadlıq sarayına girmiş və qapını arxadan bağlamışdır. O, Muradın dalınca qaçmış, lakin kənarda olan şəxslər və Ümid onu tutub saxlamış və əlində olan kəsici və deşici metal parçasını almağa çalışmışlar. Bundan sonra xatırlamadığı şəxs onun əlindən metal aləti alıb kənara atmışdır. Həmin vaxt Zaur və Ümid yanına gəlib onu kənara çəkmiş və sakitləşdirib evə aparmışlar. 15 iyul 2023-cü ildə saat 01:30 radələrində o və Zaur birlikdə Masallı rayonunun Xırmandalı kəndinə getmişlər. Həmin gün saat 09 radələrində ataları Zaura zəng vurub demişdir ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin polis işçiləri evə gəlmişlər, müğənni onlardan şikayət edibdir, Bakı şəhərinə gəlsinlər. 16 iyul 2023-cü il tarixdə Zaurla birlikdə Bakı şəhərinə gəlmişlər, yolda olan zaman öz aralarında razılaşmışlar ki, onun ürəyində problem olduğu üçün polisə gedəndə qardaşı Zaur Muradı vurduğunu bildirsin, o isə məsuliyyətdən azad olsun. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, toylarda sintezator alətində ifa edir, Zərərçəkmiş şəxs də bu işlə bağlı tanımışdır, belə ki, Murad da toylarda aparıcı-müğənni kimi fəaliyyət göstərmişdir. 15 iyul 2023-cü il tarixdə saat 00:30 radələrində Muradla birlikdə “Monte Karlo” şadlıq sarayının “VİP” zalının giriş qapısının qarşısına düşmüşlər. Murad “Uber” şirkətinə taksi sifariş vermiş, saat 00:50 radələrində taksi gəlib şadlıq sarayının qarşısında, Babək prospektində dayanmışdır. Muradla birlikdə taksiyə yaxınlaşmışlar, Murad avtomobilin sağ qabaq oturacağında, o isə arxa sağ oturacağında əyləşmişlər. Avtomobil hərəkətə başlayan vaxt şadlıq sarayının “VİP” zalında ofisiant işləyən Zaur sağ qabaq qapıya yaxınlaşıb Murada onunla bir dəqiqə işi olduğunu demişdir. Murad sabah görüşüb danışmalarını demiş, lakin Zaur təkidlə demişdir ki, avtomobildən düşsün, ona sözü var. Bundan sonra Murad avtomobildən yerə düşmüş və 3-4 metr kənara çəkilib söhbət etməyə başlamışlar. Həmin vaxt Zaurun yanına Ümid adlı şəxs də gəlmişdir. Zaur Murada demişdir ki, şadlıq sarayının yan tərəfinə keçsinlər. Murad isə demişdir ki, onu taksi gözləyir, nə sözün varsa, burda desin. Amma Zaur qırağa çəkilmələrini, orada söz deyəcəyii bildirmişdir. Həmin vaxt o, avtomobildən düşüb Muradın yanına getsə də onların söhbətinə müdaxilə etməmiş, sadəcə qulaq asmışdır. Muradla Zaur söhbət edə-edə “Monte Karlo” şadlıq sarayının “VİP” zalı ilə “Antik” zalın arasına getmişlər, o da Muradgilin arxasınca getmiş və təxminən 3 metr aralıda durmuşdur. Həmin vaxt Ümid Murad və Zaura yaxınlaşmış, o da Muradgilə yaxınlaşmışdır. Bu zaman Zaur və Ümid Muradı yumruqla vurmağa başlamışlar. O, Ümidi, kənarda olan tanımadığı şəxs isə Zauru kənara çəkən zaman Əli gəlib Muradın üstünə hücüm etmişdir. Həmin vaxt Ümid onun əlindən çıxıb Əli və Murada tərəf qaçan zaman o, Ümidin arxasınca qaçmışdır ki, onları ayırsın. Əli və Ümid Muradın üstünə hücüm edib vuranda Ümidi başqa şəxs tutub saxlamış, o da Əlini kənara çəkmək istəmişdir. Bu zaman Əli onu geri itələmiş və Murada tərəf qaçmışdır. Həmin vaxt Muradın üz nahiyəsi qanın içində olmuşdur. Murad “VİP” zalına tərəf qaçan zaman o, taksiyə tərəf gedib özünə və Murada məxsus əşyaları götürmüş və tez “VİP” zalına getmişdir. “VİP” zalında Muradın bel nahiyəsində iki ədəd bıçaq izi və bel nahiyəsindən qan gəldiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən restoranlarda mahnı oxuyur, 2016-cı ildən Muradı aparıcı-müğənni kimi tanıyır, həmin ildən birlikdə fəaliyyət göstərirlər. 2023-cü ilin aprel ayından isə Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayının “VİP” zalında mahnı oxumağa başlamışdır. 14 iyul 2023-cü il tarixdə saat 17 radələrində o, toy ziyafətində iştirak etmək üçün “Monte Karlo” şadlıq sarayına getmiş və hazırlıq işlərini görməyə başlamışdır. Həmin gün saat 18 radələrində şadlıq sarayının “VİP” zalında toy ziyafəti başlamışdır. Saat 23:58-də Murad toy ziyafətini yekunlaşdırmış və bundan sonra Murad, o, saz ifaçısı Hikmət və üç nəfər fotoqraf zalda öz stollarında əyləşib yeməyə başlamışlar. Həmin vaxt qarşı stolda əyləşmiş üç ofisiantdan biri masanın üzərinə bir dəfə yumruq vurub nalayiq söyüş söymüşdür. Onlar həmin masaya tərəf baxmışlar, Murad masaya yaxınlaşıb demişdir ki, “bu nə hərəkətdir, edirsiniz, çörək yediyiniz yerdir”. Bundan sonra Murad öz masasına qayıdıb gəlmişdir. Həmin vaxt masaya yumruq vuran ofisiant bir də söyüş söyüb masanı çevirmiş, masanın üzərində olan bütün əşyalar döşəməyə dağılmışdır. Murad ona demişdir ki, “siz evə gedin, söyüş söyülür”. Bundan sonra o, çantasını götürmüş, Murad onu zaldan yola salmış və o, zaldan çıxıb taksiyə əyləşərək evə getmişdir. Səhəri gün saat 18 radələrində ona məlum olmuşdur ki, Muradı 15 iyul 2023-cü ildə saat 01 radələrində “Monte Karlo” şadlıq sarayının qarşısında üç nəfər ofisiant döymüş və Muradın bel nahiyəsindən bıçaqla vurmuşlar. Bundan sonra o, Murada zəng vurub vəziyyətini soruşmuş, Murad demişdir ki, X3 müalicə alır və reanimasiyadan təzə çıxıbdır. Həmin gün o, toy ziyafətindən çıxıb Muradın yanına getmiş və vəziyyəti ilə maraqlanmışdır. Murad demişdir ki, Rəvanla evə getmək üçün taksi sifariş vermiş və taksiyə əyləşib getmək istəyən zaman ofisiantlardan biri onu çağırmış, həmin ofisinatla “Monte Karlo” şadıq sarayının qarşısında söhbət edən zaman bir nəfər kənardan yumruqla vurmuş və o, başını aşağı salan zaman bel nahiyəsindən onlardan biri bıçaqla vurmuşdur. Bundan sonra o, şadlıq sarayının “VİP” zalına qaçmış, sonra onu X4 gətirmişlər və bel nahiyəsindən cərrahi əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Zərərçəkmiş şəxs aparıcı-müğənni kimi tayır və həmin ildən birlikdə fəaliyyət göstərirlər. 2023-cü ilin aprel ayından Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayının “VİP” zalında saz alətində ifa edir. 14 iyul 2023-cü il tarixdə saat 17 radələrində o, toy ziyafətində iştirak etmək üçün “Monte Karlo” şadlıq sarayına getmiş və hazırlıq işlərini görməyə başlamışdır. Həmin gün saat 18 radələrində “Monte Karlo” şadlıq sarayının “VİP” zalında toy ziyafəti başlamış, saat 23:58də isə Murad toy ziyafətini yekunlaşdırmışdır. Bundan sonra Murad, xanım ifaçı Aytac və üç nəfər fotoqraf zalda öz stollarında əyləşib yeməyə başlamışlar. Həmin vaxt o, saz alətini yığmış və Muradgilin masasına yaxınlaşıb əyləşmək istəyən zaman qarşıda olan stolda əyləşmiş ofisiantlardan biri masanı çevirmiş, masanın üzərində olan bütün əşyalar döşəməyə dağılmışdır. Murad həmin masaya yaxınlaşıb masanın çevirən ofisianta demişdir ki, “çörək qazandığınız yerdi, niyə belə hərəkət edirsiniz?”. Orada olan ofisiantlardan biri demişdir ki, spirtli içki qəbul ediblər, qarışmasın. Bundan sonra Murad bir söz deməyib oradan uzaqlaşmışdır. Bir neçə dəqiqə sonra Murad ifaçıların zəhmət haqqını vermiş və o, 15 iyul 2023-cü il tarixdə saat 00:20 radələrində taksiyə əyləşib yaşadığı evə getmişdir. Sonradan Rəvandan məlumat almışdır ki, Murad bıçaqla vurulub. Həmin gün saat 02 radələrində o, X4 getmiş və orada məlum olmuşdur ki, Murad bel nahiyəsindən cərrahi əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin mart ayından Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayının baş inzibatçısı vəzifəsində işləyir. Həmin şadlıq sarayında “Antik”, “VİP” və “Şah” zalları vardır. O, həmin zallara nəzarət və sifarişlər qəbul edir. 14 iyul 2023-cü il tarixdə saat 11 radələrində “Monte Karlo” şadlıq sarayına getmişdir, həmin gün “VİP” zalında toy ziyafəti olmuşdur. “VİP” zalında ofisiantlar tərəfindən stolların üzərinə süfrələr sərilmiş, qablar və salatlar düzülmüşdür. Həmin gün saat 17 radələrində müğənni-aparıcı Zərərçəkmiş şəxs və digər musiqiçilər gəlib toy ziyafətinə hazırlaşmışlar. Saat 18 radələridə toy ziyafəti başlamış və ofisiantlar qonaqlara qulluq etmişlər. Saat 23:58-də Murad toy ziyafətini yekunlaşdırmış, bundan sonra Murad və digər musiqiçilər masada əyləşib yemək yeməyə başlamışlar. Həmin gün saat 00:20 radələrində o, inzibatçı Aslanı və aparıcı-müğənni Muradı otağına çağırmış və ofisiantların əmək haqqını vermək üçün Aslana və müsiqiçilərin əmək haqqını vermək üçün Murada pul vermiş, saat 00:45də isə çıxıb evə getmişdir. Həmin gün saat 01:20 radələrində Aslan ona zəng vurub demişdir ki, Muradı ofisiantlar döymüşlər və onlardan biri Muradı bıçaqla vurmuşdur. O, Aslana demişdir ki, Muradı xəstəxanaya aparsın. Saat 03 radələrində X4 getmiş və Muradın bel nahiyəsindən cərrahi əməliyyat olunduğunu bilmişdir. Hadisə barədə soruşanda Murad demişdir ki, toydan sonra masanın üzərində qab-qacaq yerə düşdüyü üçün ofisiantla söz mübahisəsi olmuş, sonra o, Rəvanla taksiyə əyləşib evə getmək istəyən zaman bir nəfər ofisinat onu çölə çağırmış və onunla söhbət edən zaman həmin ofisiantla birlikdə üç nəfər onu döymüşlər və bel nahiyəsinə iki dəfə bıçaqla vurmuşlar. Səhəri günü o, qab-qacaqları kim və neçə qırılması barədə öyrənmiş və məlum olmuşdur ki, Əli adlı ofisiantın ayağı süfrəyə ilişib və masanın üzərində olan qab-qacaq döşəməyə düşərək qırılımışdır. Həmin qab-qacağın qırılması nəticəsində ona 50-60 manat ziyan dəymişdir. Onun qab-qacağın qırılması nəticəsində dəymiş ziyanla bağlı şikayəti və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı dindirilmiş bəzi şahidlərin iştirakının təmin edilməsi mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 sözügedən ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından o və qardaşı Şahid1 Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayında ofisiant işləməyə başlamışdır. 2023-cü ilin yanvar ayından isə fərdi qaydada işləyib çörək pulu qazanmışdır. 08 iyul 2023-cü ildə o və qardaşı Zaur birlikdə iş axtarmaq üçün “Monte Karlo” şadlıq sarayına getmişlər və inzibatçı işləyən Aslan yaxınlaşıb işləmək istədiklərini bildirmişlər. Aslan razılıq verdikdən sonra həmin gündən “Monte Karlo” şadlıq sarayında ofisiant işləməyə başlamışlar. 14 iyul 2023-cü il tarixdə saat 15-16 radələrində o və Əli birlikdə “Monte Karlo” şadlıq sarayına getmiş və işə başlamışlar. Həmin gün saat 18 radələrində “Monte Karlo” şadlıq sarayında toy ziyafəti başlamış, saat 23:40 radələrində toy ziyafəti qurtarmışdır. Bundan sonra musiqiçilər bir stolda, ofisiantlar isə 5-6 stolda əyləşib yemək yemişlər. Musiqiçilər bir stolda 6-8 nəfər əyləşmişlər, o və Əli əyləşdikləri stolda 4-5 nəfər olmuşlar. Həmin vaxt Əlinin ayağı stolun üzərində olan süfrəyə ilişmiş və stolda bir ədəd boşqab döşəməyə düşmüşdür. Bu zaman musiqiçilərin stolunda əyləşmiş Murad Əliyə demişdir ki, “niyə belə edirsiniz, qudurubsunuz, özbaşınalıq edirsiniz”. Həmin vaxt o və Əli Murada demişlər ki, Əlinin ayağı süfrəyə ilişmiş və boşqab yerə düşmüşdür. Bundan sonra onlarla Murad arasında söz mübahisəsi olmuşdur. O, Əlini şadlıq sarayından çıxarıb Babək prospektinin əks tərəfinə aparmış, özü isə şadlıq sarayına tərəf qayıdıb gəlmişdir. Bu zaman görmüşdür ki, Murad taksiyə əyləşir. O, Murada yaxınlaşıb demişdir ki, “bir dəqiqə olar”. Murad avtomobildən düşüb onun yanına gəlmiş və o, Murada demişdir ki, “zalda bir anlaşılmazlıq oldu, o, bura çörək qazanmağa gəlibdir”. Murad demişdir ki, “siz camaatın əmlakını məhv edirsiniz”. O, cavab vermişdir ki, Əlinin ayağı süfrəyə ilişdiyi üçün boşqab döşəməyə düşmüşdür. Murad isə demişdir ki, “siz özbaşınalıq və qudurğanlıq edirsiniz”. O, Murada demişdir ki, “sən obyekt yiyəsi deyilsən, niyə belə danışırsan”. Həmin vaxt Murad onu geri itələmək istəyən zaman o, geri çəkilmiş və yerə yıxılmışdır. Sonra yerdən durub Muradın göz nahiyəsinə yumruqla vurmuşdur. Bundan sonra kənarda olan şəxslər onu Muraddan ayırmış və kənara çəkmişlər. Bu zaman qardaşı Əli Murada tərəf getmiş, Murad isə söyüş söymüşdür. O, görmüşdür ki, Əli Muradla dalaşır, ona görə Əlinin yanına getmiş və onu ayırıb aparmışdır. Həmin vaxt Əli ona demişdir ki, o, yerdən tapdığı kəsici-deşici alətlə Muradın bel nahiyəsindən vurmuşdur. 15 iyul 2023-cü il tarixdə saat 01:30 radələrində o və Əli birlikdə Masallı rayonunun Xırmandalı kəndinə getmişlər, həmin günü saat 09 radələrində ona atası zəng vurub demişdir ki, evə Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsindən gəlmişlər, Murad onlardan şikayət etmişdir, Bakı şəhərinə gəlsinlər. 16 iyul 2023-cü il tarixdə Əli ilə birlikdə Bakı şəhərinə gəlmiş və 23-cü polis bölməsinə getmişlər. Şahid6 sözügedən ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayından Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayının “VİP” zalında inzibatçı işləməyə başlamışdır. 14 iyul 2023-cü il tarixdə saat 12 radələrində o, “Monte Karlo” şadlıq sarayının “VİP” zalına gəlmiş, 20-25 nəfər ofisiant “VİP” zalında stolların üzərinə süfrələr sərmiş, qablar və salatlar düzmüşlər. Həmin vaxt hiss etmişdir ki, ofisiantlardan Zaur spirtli işki qəbul edib, ona demişdir ki, oradan getsin və bir də gəlməsin. Zaur demişdir ki, onsuz da o, qardaşı Əli ilə sabah Masallı rayonuna gedəcəklər. Zaur çıxıb getmiş, Zaurun qardaşı Əli isə ofisiantlarla işini davam etdirmişdir. Həmin gün saat 17 radələrində müğənni-aparıcı Zərərçəkmiş şəxs və digər musiqiçilər gəlib toy ziyafətinə hazırlaşmışlar. Saat 18 radələrində zalda toy ziyafəti başlamış və ofisiantlar qonaqlara qulluq etmişlər. Həmin gün saat 23:58-də Murad toy ziyafətini yekunlaşdırmış, bundan sonra Murad və digər musiqiçilər masada əyləşib yemək yeməyə başlamışlar. Bundan sonra ofisinatlar da 3-3, 5-5 masalarda əyləşib yemək yemişlər. Həmin vaxt o, ofisiantların maaşını almaq üçün baş inzibatçı Ehtiram müəllimin yanına getmişdir. O, Ehtiram müəllimlə otaqda ofisinatların maaşını hesablayan zaman “VİP” zalında səs-küy eşidib ora getmiş və görmüşdür ki, Muradla ofisiant işləyən Əli sözlə mübahisə edirlər, Əli qardaşı Zauru sakitləşdirir. O, Əlini Zaurla birlikdə zaldan çıxarmış və “gedin, bir də bura gəlməyin” demişdir. Bundan sonra o, Muradın yanına gəlmiş və nə olduğunu soruşmuşdur. Murad demişdir ki, ofisinatlardan biri masaya yumruq vurmuş və masanı çevirmişdir. O, zala baxmışdır ki, masa çevrilməyib. Bu barədə Murada demiş və həmin masanın ofisianntı Gündüz Ağayevdən soruşmuşdur ki, hadisə necə olub, Gündüz Ağayev demişdir ki, toy ziyafəti qurtardırqdan sonra o, masada olan boş qabları masanın bir küncünə yığmış, Əli ilə Murad sözlə mübahisə edərkən Əli masadan qalxan zaman ayağı masaya ilişib və masanın üzərində olan qablar döşəməyə tökülmüşdür. Bundan sonra o, ofisiantların pulunu vermiş və otağa qalxıb özlüyündə qeydiyyat aparmağa başlamışdır. 15 iyul 2023-cü il tarixdə saat 01 radələrində otaqda olan zaman ofisiantardan biri ona demişdir ki, şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs dava edir. O, şadlıq sarayının birinci mərtəbəsində olan foyeyə düşəndə görmüşdür ki, Zərərçəkmiş şəxs üz və bel nahiyəsində qan var. O, Zərərçəkmiş şəxs nə olduğunu soruşanda o, demişdir ki, onu “VİP” zalında mübahisə etdiyi ofisiant vurubdur. Bu barədə baş inzibatçı Ehtirama demiş, Ehtiram demişdir ki, tez Muradı xəstəxanaya aparsın. O, öz avtomobilində Rəvanla birlikdə Muradı X4 aparmış və onu qəbul şöbəsinə təhvil vermişlər. Zərərçəkmiş şəxs bel nahiyəsindən cərrahi əməliyyat olunmuşdur. Şahid7 sözügedən ifadəsində göstərmişdir ki, 2021-ci ildən Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayında mühafizəçi işləməyə başlamış və həmin tarixdən də şadlıq sarayında qalır. 14 iyul 2023-cü il tarixdə saat 12 radələrində ofisiantlar stolların üzərinə süfrələr sərməyə, qablar və salatlar düzməyə başlamışlar. Həmin gün saat 17 radələrində müğənni-aparıcı Zərərçəkmiş şəxs və digər musiqiçilər gəlib toy ziyafətinə hazırlaşmışlar. Saat 18 radələrində “VİP” zalında toy ziyafəti başlamış, saat 23:58-də Zərərçəkmiş şəxs toy ziyafətini yekunlaşdırmışdır. Saat 00:50 radələrində musiqiçilər və digər işçilər şadlıq sarayının “VİP” zalından çıxıb evə getmişlər. Saat 01 radələrində o, “VİP” zalının foyesində olmuş və çıxan işçilərə nəzarət etmişdir. Həmin vaxt o, zalın qarşısında səs-küy eşitmiş, çölə çıxmış və görmüşdür ki, şadlıq sarayının “VİP” zalı ilə “Antik” zalının ortasına 20-30 nəfər yığışıbdır. Həmin vaxt Zərərçəkmiş şəxs kütlənin içindən çıxıb “VİP” zalının girişinə tərəf qaçıb gəlmiş və qapını ötüb arxadan bağlamışdır. Bu zaman bir nəfər şəxs Zərərçəkmiş şəxs arxasınca qaçaraq gəlmiş və Əli adlı həmin şəxsin arxasınca gələn şəxslər onu sakitləşdirməyə çalışmışlar. Həmin vaxtı o, Zərərçəkmiş şəxs arxasınca qaçan şəxsdən 2-3 metr aralıda olmuşdur. Həmin şəxsi sakitləşdirib Babək prospektinin əks tərəfinə aparmışlar. Bundan sonra Zərərçəkmiş şəxs “VİP” zalından çölə çıxmışdır. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs məlum hadisə zamanı burnuna yumruq və belinə bıçaq vurmuşlar, “VİP” zalında inzibatçı işləyən Aslan Muradı xəstəxanaya aparmışdır. Şahid8 sözügedən ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdən o, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayının “VİP” zalında inzibatıçı işləməyə başlamışdır. 14 iyul 2023-cü il tarixdə saat 15-16 radələrində o, “Monte Karlo” şadlıq sarayının “VİP” zalına gəlmiş, 20-25 nəfər ofisiant “VİP” zalda stolların üzərinə süfrələr sərmiş, qablar və salatlar düzmüşlər. Saat 17 radələrində müğənni-aparıcı Zərərçəkmiş şəxs və digər musiqiçilər gəlib toy ziyafətinə hazırlaşmışlar, saat 18 radələrində toy ziyafəti başlamış, saat 23:58-də Zərərçəkmiş şəxs toy ziyafətini yekunlaşdırmış, bundan sonra Murad və digər musiqiçilər masada əyləşib yemək yeməyə başlamışlar. Bundan sonra ofisinatlar da 3-3, 5-5 masalarda əyləşib yemək yeməyə başlamışlar. Yemək yeyilib qutardıqdan sonra ofisiantlar “VİP” zalında stolda olan qabqaşığı yığışdırmışlar. Bundan sonra o, inzibatçı Şahid6 günlük maaşını alıb ikinci mərtəbədə foyedə pulu sayan zaman səs-küy eşitmişdir. Həmin səs-küy “VİP” zalının çıxışından gəlmişdir. O, “VİP” zalından küçəyə çıxan zaman görmüşdür ki, Muradı ofisiant işləyən, sonradan adını Əli və Zaur bildiyi iki qardaş döyürlər. Həmin vaxt Əli şalvarının arxa nahiyəsindən balaca bıçağı çıxarıb Muradın bel nahiyəsindən 1-2 dəfə vurmuş, əvvəllər ofisiant işləyən Ümid adlı şəxs Əlini ayırmaq üçün tutmuş, Murad tez “VİP” zalının qapısını açıb içəri daxil olmuş və qapını arxadan bağlamışdır. Bu zaman Əli Muradın arxasınca qaçıb “VİP” zalının qapısını açmağa çalışsa da qapını aça bilməmişdir. Ümid Əlini sakitləşdirməyə çalışmış, Ümid və şadlıq sarayının gözətçisi Fuad Əlini sakitləşdirib yola salmışlar. Bundan sonra “VİP” zalına gedən zaman görmüşlər ki, Muradın üz və bel nahiyəsində qan var. Kimsə təcili tibbi yardım satansiyasına yığıb məlumat vermiş, təxminən 10-15 dəqiqə gözləsələr də təcili tibbi yardım avtomobili gəlmədiyi üçün Şahid6 idarə etdiyi avtomobillə Muradı Rəvanla birlikdə xəstəxanaya aparmışdır. Bundan sonra o, evə getmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 6) - 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. (İ cild i.v. 1) - 15 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 12-15) - 27 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən şəkillər üzrə tanınmaya təqdim etmə istintaq hərəkəti həyata keçirilmiş, Şahid3 göstərmişdir ki, 15 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs yumruqla vuran şəxs 2 nömrə ilə şəkli nömrələnmiş Təqsirləndirilən şəxsdur. O, həmin şəxsi sifət cizgilərindən və üz quruluşundan tanımışdır. (İ cild i.v. 135-136) - 07 avqust 2023-cü il, 12 yanvar 2024-cü il, 15 yanvar 2024-cü il və 23 fevral 2024cü il tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası DİN-in X1 Xidməti tərəfindən göndərilmiş “DVD” diskə baxış zamanı müəyən edilmişdir ki, 15 iyul 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs və Şahid3 Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22 ünvanında taksiyə əyləşən zaman Şahid2 və Təqsirləndirilən şəxs taksiyə yaxınlaşırlar, Şahid2la Zərərçəkmiş şəxs “Monte Karlo” şadlıq sarayının qarşısına gəlirlər, Təqsirləndirilən şəxs və Şahid3 kənarda durur, Şahid1 da onların yanına gəlir, mübahisə yaranır, Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vururlar, Zərərçəkmiş şəxs onların əlindən çıxıb “Monte Karlo” şadlıq sarayının “VİP” zalına qaçır. (İ cild i.v. 146- 151, İİ cild i.v. 4-6, i.v. 10-12, 57-59) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 15 avqust 2023-cü il tarixli 705 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bel nahiyəsinin periton boşluğuna nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yarası, sol gözətrafının qançırı, burnun üst səthinin sıyrığı olmuşdur. Qeyd olunan deşilmiş-kəsilmiş yaralar iti kənara və şiş uca malik olan əşyanın (ola bilsin bıçağın) təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 15 iyul 2023-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (İ cild i.v. 204-207) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin əlavə məhkəmə-tibbi ekspertizasına dair 17 fevral 2024cü il tarixli 03/678 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı nahiyyənin, boynun sıyrıqları, sol gözün ağlı qişasının qansızması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür. Dərəcəsinə görə sol gözün ağlı qişasının qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ gözaltı nahiyyənin və boynun sıyrıqları həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 97-100) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin məhkəmə-trasoloji ekspertizasının 28 avqust 2023-cü il tarixli 3-16-16/2- 3/1202 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş maykanın arxa orta hissəsində, ətəyin aşağı son kənarından 180 mm yuxarıda 10 mm ölçüdə zədə, həmin zədədən 75 mm yuxarıda 10 mm ölçüdə zədə vardır. Həmin zədələr bir tərəfi kəsici ucu dəşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakteikdir. Belə predmetə oxşar bıçaq tiyələri də aiddir. (i.v. 209-210) - 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, içərisində hadisə zamanı qeydə alınmış videogörüntü olan bir ədəd DVD disk maddi sübut hesab edilib cinayət işinə əlavə edilərək saxlanılmışdır. (İİ cild i.v. 66-79) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 1(007)-197/2024 nömrəli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şahid2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, müəyyən edilmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə yönəlməklə, ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkətlərdə təzahür etmişdir, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən hadisə anının videogörüntüsü ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla da, məhkəmə hesab edir ki, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur, həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun ifadə versə də, sadəcə olaraq onun qənaətinə görə, bu hərəkətlərini xuliqanlıq hesab etmir, hansı ki, məhkəmə xuliqanlıq hadisəsini xarakterizə edən halların izahını yuxarıda qeyd etmişdir. Bununla yanaşı, sonda məhkəmə çıxışında təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olduğunu bəyan etmiş və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.2.1-ci maddələrinin sanksiyaları həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İ cild i.v. 170) - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2006-cl il tarixdə doğulmuşdur. (İİ cild i.v. 26) - 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 51-52) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 221.2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməli olan cəza nəzərə alınmaqla, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; baxılan işə münasibətdə maddi sübut yoxdur, içərisində hadisə yerinin görüntüləri olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; ekspertiza xərcinin tutulması üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 1(007)-197/2024 nömrəli hökmü ilə iş üzrə maddi sübut olan maykanın sahibi olan zərərçəkmiş şəxsə qaytarılması, ekeprtizanın keçirilməsinə sərf edilmiş pul vəsaitinin isə həmin iş üzrə təqsirləndirilən şəxslərdən tutulması məsələsi həll edilmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İçərisində baş vermiş hadisənin videogörüntüləri olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 45 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 270 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar