Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-376/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2, onun nümayəndəsi və vəkili-fərdi qaydada faəliyyət göstərən vəkil Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1, onun müdafiəçiləri-Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Əsgərov (əslində Ağayev) Yusif Musa oğlunun, onun müdafiəçiləri-Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri, Əsgərov (əslində Ağayev) Yusif Musa oğlunun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X9, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri, Əsgərov (əslində Ağayev) Yusif Musa oğlunun Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abıyeva Zümrüd (Zümrüd Yağmur) ölkədə tanınmış yazıçıdır. Həmçinin qadın hüquqlarının müdafiəçisidir. X2 qızı 16 yaşlı, 11-ci sinif şagirdi X7 25 avqust 2020-ci ildə gecə saat 3-dən sonra Bakı şəhəri, Yasamal rayonu, Rastropoviç küçəsi 18-də yerləşən xalası X3 məxsus evdə xalası oğlu 27 yaşlı X17 tərəfindən təcavüz edilib. X17 16 yaşlı X7 onu aldadaraq içki içirdib. Həmin içkini içdikdən sonra Sənay huşunu itirib və Sənayı köməksiz vəziyyətə salan Əsgər onu zorlayıb. Sənay bildirir ki, o, həmin içkini içdikdən sonra ümumiyyətlə, baş verdiyini anlamayıb. Yadında qaldığı 2-3 epizod olub. Səhər yuxudan ayılanda özünü və xalası oğlunu paltarsız, xalası oğlunu onun yanında lüt uzandığını, özünü qan içində görüb. Ağlamağa və qışqırmağa başlayıb. Xalası oğlu X17 ona təcavüz etdiyini boynuna alıb. Cinayət işinin başlanması 27 avqust 2020-ci ildə Səbail rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etdik. 11 sentyabr 2020-ci ildə yetkinlik yaşına çalmayan, xx.xx.2004-cü il təvəllüdlü X5 xalası oğlu X17 tərəfindən zorlanması ilə bağlı Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə fakta görə cinayət işi başlanıldı. xx.xx.2020-ci il tarixli qərarla X12 iş üzrə zərərçəkmiş şəxs, anası X4 isə qanuni nümayəndəsi qismində tanındı. 15 oktyabr 2021-ci ildə Baş Prokuror Kamran Əliyevin nəzarəti ilə iş araşdırılması üçün istintaq idarəsi müstəntiq Teymur Qarayevə verildi. 19 oktyabr 2021-ci il tarixdə X17 Azərbaycan Respublikası CMnin 149.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 21 oktyabr 2021-ci il tarixli qərarla X17 Azərbaycan Respublikası CM-nin 149.2.3-cii maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X10 barəsində əvvəli 19 oktyabr 2021-ci il tarixindən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə X17 CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilindi və 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildi. Bu müddət ərzində təqsirləndirilən şəxsin anası və bacısı sosial şəbəkələrdə “Əsgərə Azadlıq” adlı səhifə açıb, həmin səhifədə Sənay və anasını, Sənayın bacısını və vəkillərini nalayiq sözlərlə təhqir edir, iş materiallarını yayır, təhdid edirlər. 25 oktyabr 2021-ci ildə Sürəyya Ağayeva və əri X26 TV-nin efirində jurnalist Cavanşir Abbaslının hazırladığı verilişdə Sənay Qəhrəmanlı və Zümrüd Abıyeva barədə təhqir və böhtan xarakterli ifadələr işlədiblər. Verilişin adı: Zümrüd Yağmurun bacısı studiyaya gəldi və Qəhrəmanlı ailəsini dəhşətli faktlarla suçladı! “Şərdir!” Veriliş 51 dəqiqə 12 saniyə olub. Verilişi 19 minə yaxın insan izləyib. Üstəlik veriliş sosial şəbəkələrdə də paylaşılıb. X15 aşağıdakı ifadələrlə təhqir və böhtana yol verib: 3:20 dəqiqədə S.A-Selcan atasını ittiham elədi, ana atanı şantaj elədi, ata qızını şantaj elədi, ata qızının Qubadakı otellərdə şəkillərini paylaşırdı. 4:05 dəqiqədə S.A-mənim əlimdə çox təsadüfən elə bil ananın (Zümrüd) bir stol arxasında çörək yediyi zaman, bir qazandan, bir stol süfrədən ərinin (Fuad Qəhrəmanlı) səs yazısını yazıb santaj məqsədilə saxladım səs yazısı var. 5:06 dəqiqədə S. A.-məndə vvhatsup yazısı var ki, onların kağız üzərində boşanmıs olduğudu, onların bir yerdə oldugu yazılıb. 5:24 dəqiqədə-C.A-onlar onda evli kimi qalıb. 5:25 dəqiqədə S.A.-bəli. Fikir verirsinizsə, Zümrüd familiyasını da dəyisməyib. O yazıda fakt “mən sənin ərinəm şəriətdə”. O yazı var... 5:49 dəqiqədə S.A.-onlar öz aralarında vəzifə bölgüsü edirlər. hakimiyyət çevirirlər. 5:58 dəqiqədə C.A.-Fuad bəy həbsdən çıxdıqdan sonra? 5:59 dəqiqədə S.A.-Bəli. hakimiyyəti çevirirlər. Bilirsiniz hansı vaxtıdır? Boşanmamışdan qabaq? 6:10 dəqiqədə C.A.-Səhv etmirəmsə ötən ilin avqustunda boşanıblar. 6:12 dəqiqədə S.A.-Bəli. Boşanmamışdan, bir yerdə olanda onu yazıb. Fuadı santaj məqsədilə yazıb. 6:21 dəqiqədə S.A.-paylaşıldı amma tam yox. Məndə 3 dəqiqə 3 saniyə səs yazısı var onların. Həmin orda bir stol arxasında çörək yeyirlər vəzifə bölüşdürürlər. Biri prezident olur Əli Kərimlini qoymur gəlməyə, o birisi isə birinci xanım olur. 6:43 dəqiqədə C.A-ledi? 6:45 dəqiqədə S.A.-bəli, ledi olmaq istəyir. 6:52 dəqiqədə Zümrüd Abıyeva və Fuad Qəhrəmanlının səs yazısı paylanılır. 9:11 dəqiqədə C.A.-dinlədiniz, vəzifə bölgüsü aparırlar. Fuad bəy Azərbaycan prezidenti olmaq istəyir. Həyat yoldaşı. o zaman həyat yoldası idi, təbii ki indi boşanıblar Zümrüd xanım isə birinci vitse prezident. Ledi olmaq istəyir, bir sözlə. 9:37 dəqiqədə S.A.-mən sizə təsdiq etmək istəyirəm ki, onların boşanması belə nə qədər yalandı. 10:51 dəqiqədə S.A.-16 yaşlı qızın vəkillə nə işi vardı gecənin bir vaxtı? 11:37 dəqiqədə S.A.-deyir ki, vəkil qoyub. Vəkil elə öz evlərinə aparaydı da. Mənim evimə niyə gətirirdi? Bəlkə yalan deyirəm, qardaş? 11:49 dəqiqədə S.A.-o biri qız getdi xaricə. Dalınca pul getməliydimi? Qız ordan çıxdı efirə, o oynu çıxartdı. Qrantlar yığıldımı, qardaşım? Yığıldı. 12:23 dəqiqədə S.A.-Bu qız, gedəndən sonra bu oyunu çıxartdı. İndi Zümrüd yaxşı qrantlar yığır, iki qızına göndərsin. 14:03 dəqiqədə C.A.-..hətta sizin yaxınlarınız tərəfindən mənə deyildi ki, Sənay Yağmur siz də məni bağışlayın, həmin vaxta qədər bakirəliyi pozulub. 14:11 dəqiqədə S.A.-Bəli.. 16:40 dəqiqədə S.A.-..gecə saat 11-də Sənay yoxdur. Sənayı gəzirdi Zümrüd Sənay yoxdu. Sənay hansısa otellərə girib çıxırdı. Sənayın girdiyi otellərin adı var. Mən burdan açıqlaya bilmərəm. İstintaq işində var. Onun nümayəndəsini də çağırıb dindiriblər. Zümrüd biləndə ki qızı otellərə girib çıxıb, bilmirəm hansı yollarla, ora polis göndərdi. Mənim qızım bir də otelə girsə, sizin oteli bağlatdıracam. Getsinlər otelin direktorudurmu, müdiridirmi. onu da danışdırsınlar, dindirsinlər. Zümrüd mənə səs yazısı atıb. Özləri həmişə deyir ki, biz içki içmirik. Amma Zümrüd özü deyir ki, sən həmişə içəndə atanın sənə təcavüzündən danışırsan. O da istintaq materiallarının içərisində var. 17:37 dəqiqədə C.A.-hansı formada təcavüzdən söhbət gedir? 17:39 dəqiqədə S.A.-Bilmirəm. Təcavüzdürsə, təcavüzdür. 18:36 dəqiqədə S.A.-həmin hadisənin səhərisi günü, bir qohum çəkib. 18:38 dəqiqədə C.A.-dəyərli izləyicilər, baxın, Zümrüd xanım və qızıdır. Alış-verişə çıxıblar. Sürəyya xanım iddia edir ki, həmin hadisənin səhərisi günüdür. 18:45 dəqiqədə S.A.-Bəli. 18:52 dəqiqədə C.A.-videoya da baxanda görürük ki, təcavüz edilmiş qıza bənzəmir. 19:03 dəqiqədə C.A.-Siz bunu necə əldə etmisiniz? 19:05 dəqiqələrdə S.A.-Təsadüfən ailə dostumuz tərəfindən çəkilib. Onları tanıyan, bizi tanıyan ki. Onlar bilirdilər belə hadisənin bas verdiyini yaxın adamlarımız. Ki siz deyirsiniz belədir, bunlar burda kef edirlər. 19:18 dəqiqələrdə C.A.- Həmin günün səhərisi? 19:19 dəqiqələrdə S.A.-Bəli. 26:14 dəqiqələrdə C.A.-iki dəfə xitam verilmə məsələsindən danışır. Bu hansı məsələdir? 26:19 dəqiqələrdə S.A.-ilk işi elə bil Səbail rayon polis idarəsinə vermisdilər. Ordan Yasamala keçdi iş. Yasamal prokuraturası. Yasamal Məhkəməsi və Bakı səhər prokurorluğu işə xitam verdi. Onlar apelyasiya məhkəməsi qaldırıblar. Mediadan qaralama kampaniyasından, çünki onlara lazımdır axı qız gedib ora. Onlara lazımdır ki, qrandlar toplansın, pullar alınsın. Mən sizə bir şey göstərmək istəyirəm. Hansı ki, Zümrüd bayaq göstərdiniz ki, bu iş mediaya sızmasın. Burda da yazılıb. 12 qasım, keçən il noyabr ayında mənə zəng gəldi. *** *** ** **. Mən onu getkontakta vurdum. Ülviyyə Xəlil adına çıxdı. O mənə yazdı (mesajı oxuyur). Mənə zəng etdi. Mən bloka atdım. 27:37 dəqiqələrdə C.A.-dəhşət, cinayətdir. Bəs siz soruşmadınız ki, nə puldur? 27:39 dəqiqələrdə S.A.-Xeyr. Mən bilirdim, mənə demişdilər ki, əvvəl-axır o sizdən pulu istəyəcək. Amma ona görə biz heç barmağımızı da tərpətmədik. İşin dalıyca da getmədik. 28:45 dəqiqələrdə S.A.-Kapital bankdan zəng etdilər. Mən oğlum yaxşı ki atasıyla getdi. Həyətdə Zümrüd, iki jurnalist hərəsi bir tərəfdə dayanıb çəkir. Zümrüdün qızı hücum çəkmişdilər. Oğlum o dəqiqə 102-yə zəng eləmişdi. Onun boyun-bogazını cırmaq-cırmaq eləmişdilər. Bunlar ata-bala evə gəlmədən şikayət etmişdilər. Kurtkası indi də durur. Düymələri yox idi. Sənay edib. Bilirsiniz, nətəhərdir? Qardaşım, mən bütün hamıya müraciət edirəm. Onları tanıyan bütün ailələrə. Qaldırsınlar onların ailəsinin keçmişini də, mənim ailəmin keçmişini də. Yoldaşım həkim, mən müəlliməyəm, qızım həkimdir. Oğlum da Uludağ Universitetini bitirib və proqramlaşdırma üzrə ixtisas alıb. Yəni bizim ailənin də keçmişini qaldırsınlar, onların ailəsinin də keçmişini qaldırsınlar. Görsünlər ki, kim kimdir. Görün Zümrüdün bir dəfə əmək kitabçası olubmu? Varmı onun əmək kitabçası? Nəylə dolanır? Maşın sürür. Burdan vurur, Gürcüstandan çıxır. Burda bəyənmir, qızlarına Gürcüstanda İELTS testi etdirir. Azərbaycandakını bəyənmir. Hansı pulların hesabına? Belə şantajın hesabına. 30:19 dəqiqələrdə C.A.-Siz deyirsiniz ki, tək siz deyilsiniz, başqaları da var? 30:21 dəqiqələrdə S.A.-Bəli, mən onu deyirəm. Mən heç vaxt araşdırmamışam. Konkret mən bilirəm ki, şəxsən onu eləyən, mənim oğlumun üstünə gələn, bilirsiz nə təhərdir, iki jurnalist gətiriblər. Sonra mən sizə deyim. Hadisələr zamanı 102-də var. Səbail polis idarəsi onu necə itirdilər, uşağın xəsarət almasını necə bilirdilərsə, bizə xətm gəldi. O məktub burda durur. 30:58 C.A.-Siz deyirsiniz ki, bu şəxsin aidiyyat orqanları ilə əlaqəsi var? 31:02 S.A.-Bilmirəm. Amma xahis edirəm, araşdırılsın. Bu hadisə olanda, biz evdə necə qala bilmirdik. Evə kamera qoydurduq, qapının açarını dəyişdirdik. Onun ətrafında özünə məxsus banda ki var, bizim ev həyət evidir, fırlanırdılar. Gah bir gecə 3 dənə oğlan. Anam evdə idi, təcili yardım çağırdıq. Təzyiqi 180-ə qalxmışdı, əlimizdə hər bir məlumat var. 102-yə də gedib məlumat. Zümrüddən şikayətimiz 102-yə gedib. Biz deyirdik ki, bəlkə bunlarla bitib qurtara. Amma nə bitdi, nə qurtardı. Deyir ki, iqtidar mənim 16 yaşındakı qızımdan qisas alır. Deməli, özləri mənə zəng ediblər, gəliblər mənim evimə. Qızının telefonunda mənim oğlumun bir dənə mesajı yox. Mənim oğlum bir dəfə buna zəng etməyib. Özü mənə zəng edib ki, qızım getsin sizə. Sonra da deyir ki, mənim qızımın stəkanına Əsgər hardansa narkotik tapıb, hansı ki o narkotik də ekspertdə çıxmayıb, narkotik tapdırıb atdırıb, onu da iqtidarla əlbir olub edib, polis gətirib verib. Özü acıq-askar yaydıqlarında deyir. Yəni onu mən yalan danışmıram. Deyir ki, iqtidar mənim 16 yaşındakı qızımdan qisas alır. Deyir, oğlumun hakimiyyətlə iş birliyi var. Mənim oğlumun hakimiyyətlə nə iş birliyi ola bilər? Mən oğlum çox sakit, mədəni, ətrafdakı insanlardan soruşun, heç kəslə işi olmayan, indiyə kimi polisdə nə onun haqqında, nə onun etdiyi şikayət olmayıb. 33:45 dəqiqələrdə S.A.-Hadisə oldu, bunlar bizə zəng elədilər ki, bunun qızı bizdən çıxıb gedib yenə otelə. oteldən gedib evlərinə. Gedib anasına deyib ki, məni Əsgər belə, özü də bir yerdə kofe içiblər, deyə-gülə ayrılıblar. TŞ kameralarından görüntülər də çıxdı. Kofe içmişik, ayrılmışıq. Mənə deyib ki, bizim evdə internet tutmur, mən gəlib sizin evdə konfransa qoşulmalıyam. Konfransa qoşulmayıb, gedib. Sonra oğlum zəng elədi ki, mən evdən çıxıram, sənə açar lazımdırsa, mən acarı verim, deyib yox. mən evimizə gedirəm. Evlərinə gedəndən sonra anası mənə səs atdı ki, Sənay ağlayırdı. Mən də dedim, görən, Sənay niyə ağlayır. Sonra bunlar elə hərəkət etdilər ki, inandırmaq qabiliyyətləri güclüdür də, mən sənə deyim. Mən oğluma inanmadı. Mən oğluma dedim ki, get özünü öldür. Mən şəhərə gəldim, hadisələr 2-3 günün içində açıldı. Mən gördüm ki, mənim oğlum tamamilə şərin içindədi. Nə təhər qurublar, nə təhər qoşublarsa, onlar onun professionalıdır. Bunu mənə demək ağırdı. O mənim doğma bacımdır. Amma artıq mən onu bacı hesab etmirəm. 35:20 dəqiqələrdə S.A.-onunla təmasa keçmək tamamilə əbəsdir. O pul istədi. 35:30 dəqiqələrdə C.A.-Konkret məbləğ istədi? 35:31 dəqiqələrdə S.A.-Konkret məbləğ deməmişdi. 35:39 dəqiqələrdə C.A.-Pulu necə istəmişdi? 35:40 dəqiqələrdə S.A.-Bilmirəm, görmürsünüz, yazıb ki, ona çatası pul var. O, Ankaraya köçmək istəyirdi. Deyirdi mən dil bilmirəm Ankarada yaşamaq istəyirəm. Ankaradakı evlərinin şəkillərini atırdı. 30-50 min dollar civarında evlər idi. Hətta mən deyirdim, mənim imkanım olsa, mən sənə o evi alaram. Kaş mənim elə imkanım olardı ki, mən sənə onu edə bilərdim. 36:53 dəqiqələrdə S.A.-bir dəfə Zümrüd mənə dedi ki, Əsgər nə yaxşı oğlandı. Dedim niyə? Dedi, heç gözünün ucu ilə Sənaya baxmır. Bunlar mənim başımın altına yastığı qoyurdular, qardaşım. Başa düşdünüz? Mən də oglumla fəxr etdim. Həm də bacısı idi. Amma oğlum sonradan mənə dedi ki, mən yorulub gitara çalanda o qız mənfi şeylər edirdi. Mən fikir vermirdim. Hətta bizə gələndə oğlum deyir ki, soyunub, bundan paltar istəyib. Oğlum da paltar gətirib. O da deyib ki, mayka uzundur, olar, mən maykada qalım, sortik geyinməyim? Başa düşürsünüz? Yəni bu planlı surətdə mənim uşağımın başına gətirilən hadisədir. 38:58 dəqiqələrdə C.A.-ekspertiza rəyi çıxarılıbmı? 39:00 dəqiqələrdə S.A.-Zümrüd hamısını özünə sərf edən kimi. 39:04 dəqiqələrdə C.A.- Ekspertiza rəyində oğlunuzun adıdır? 39:06 dəqiqələrdə S.A.-Bəli, amma bir şey tapılmayıb. Zümrüd özünə sərf edəni paylaşıb, sərf etməyəni paylaşmayıb. Ondan xəbəriniz olsun yəni ki, Zümrüd nələr edib. O qızların keçmişindən danışmaq istəyirəm. Sənayın keçmişindən danışmaq istəyirəm. Sizə hamınıza demək istəyirəm ki, Sənay o məlum plakatı qaldıran qızlardan biri. 39:37 dəqiqələrdə C.A.-Hansı plakat idi, nədən söhbət gedir? 39:39 dəqiqələrdə S.A.-Feministlərin içində mən feminist təşkilatına, qadın hüquqlarına pis baxmıram. Yəni mən özüm də qadınam, aydındırmı? Yəni üzr istəyirəm, mən müəlliməyəm, elə olur ki, gün ərzində 5 sinifin qarşısına çıxıram. Hər sinifdə 30 nəfər olsa, gün ərzində 150 nəfərin qarşısına çıxıram. Mən biologiya müəllimiyəm. Məlum plakat var idi e, “mən kimə istəsəm verərəm”, həmin plakatı qaldıran qızlardan biri idi. Yəni onun üçün heç bir problem yoxdur. Metroda şey yapışdırıb, mensturasiya prosesi barədə. Bunu polisə çağırıblar, onu da ələ salır. Özü paylaşır ki, polis utanır.. burda var. Polis deyir utanır. Ayda bir dəfə olan şey və anama zəng edib deyir ki, milli dəyərlərimizə qarşı qızınız əks hərəkətlər edir, ha ha ha. Bunu o yazıb. Sənayın öz keçmişi budur. Sənay instaqramdan Avropaya açılan kimi içki şüşələri əlində, bakallar əlində açıq-saçıq şəkillər paylaşır. Həmin səhifəni Sənay bağlayıb. Şəkilləri də guya siliblər. ... siz fikir verirsinizmi, o boşanıb, amma Abıyeva familyasına qayıda bilmir. Çünki bir bacının yasında, toyunda, gəldi yasa biz onu göndərdik. Hərə bir tərəfdə işləyir. Heç kim istəmir ki, kimsə Zümrüd onun bacısı olduğunu bilsin. Hamı mənə dedi, sus, mediadır, heç nə olmayacaq. Zümrüd sakitləşəcək. Əsgər günahsızdır. Hamı mənə bunu dedi. 43:27 dəqiqələrdə S.A.- …Zümrüd ailə dəyərlərini qiymətləndirən olmayıb. Zümrüd üçün olmaz deyilən bir məhfüm yoxdu. Zümrüd üçün hər şey olar. Mənim oğlum tutulandan sonra Zümrüd hədə-qorxu gəlir ki, media mənim əlimdədir, onu buraxa bilməzsiniz. Hər şey olur onun üçün. 43:54 dəqiqələrdə S.A.-Fuadla danışmamışam, amma Zümrüd özü onla 1 dəfə də boşanma ərəfəsinə çatmışdılar. Onunla mənim yoldaşım onla danışdı. Zümrüd psixoloji müalicə götürürdü, hətta onunla da Zümrüd qızım həkim olduğu üçün mənim evimdə qaldı. Psixoloji problemləri var idi. Mənim yoldaşım danışdı ki, böyük yeznədir buyur Yusif. 44:24 dəqiqələrdə Y.A.-Dedim niyə bu vəziyyətə gəlib çıxmısız da, qısa, konkret Fuad dedi ki, o ruhi xəstədir, normal insan deyil, mənlə onun ki, tutsun. Ondan sonra o müalicələri aldı. Başı uçmuşdu uje onun. Başı yerində deyildi. 48:20 dəqiqələrdə S.A.-..onun qızları oturub xaricdə dövlətin əleyhinə çıxışlar edirlər. Mən sizə deyim. Dövlətin, xalqın əleyhinə. mən sizə deyim. Zümrüdün özünün siyasi fəaliyyəti, siyasi duruşu, bir çox hadisələrdə, əri də həbsdə olanda kiminsə şəklini döşünə vurub gəzdirmək. siz araşdırın, əri də içəridə idi. Araşdırın. 48:50 dəqiqələrdə C.A.-Siyasi məhbus idi? 48:55 dəqiqələrdə S.A.-Siyasi məhbus deyildi, dövlət çevrilişində adı hallanırdı. İranla əlaqədar. Taleh Bağırzadənin şəklini döşünə vurub gəzdirirdi, ərinin şəklini vurmurdu. X11 Zümrüd Abıyevanı hakimiyyəti zorla dəyişməkdə, şantaj etməkdə və dövlət əleyhinə şüarlar səsləndirməkdə ittiham edib. Cinayət Məcəlləsinin 278-ci maddəsinə görə hakimiyyətin ələ keçirilməsi xüsusilə ağır cinayətdir. Müsahibələrdən görünür ki, Sürəyya Ağayeva və Yusif Ağayev aşkar şəkildə Zümrüd Abıyevanın şərəf və ləyaqətini ləkələyir, onları təhqir edir və ağır və xüsusilə ağır cinayətdə ittiham edir. Üstəlik, belə təhqiredici ifadələr facebook sosial şəbəkələrində davamlı olaraq S.Ağayeva tərəfindən paylaşılıb. Yaydığı məlumatların doğru olduğunu sübut etmək vəzifəsi birbaşa Sürəyya və Yusif Ağayevin üzərindədir. Belə ki, onlar Zümrüd Abıyevanın hakimiyyəti devirmək, ruhi xəstə olmasını, dövlət əleyhinə çağırışlar etməsini, şantaj etməsini sübut etməlidirlər. Sözügedən müsahibə TV Müsavat adlı KİV-də verilib və yayılıb. Sözügedən KİV Yeni X28na aiddir. X28 Bakı səhəri, R.Rüstəmov küçəsi, 2528-ci məhəllə, 44“d”-də qeydiyyatdan keçib. Hazırkı müsahibə birbaşa qəsdlə Zümrüd Abıyevanın və qeyrilərinin şərəfini, ləyaqətini ləkələmək, onları nüfuzdan salmaq məqsədi ilə qərəzli məqsədlə və qisasçılıq zəminində yayılıb. Qeyd edilməlidir ki, hər iki təqsirləndirilən şəxs heç bir sübuta və dəlilə istinad etmədən yaydığı məlumatların yalan olduğunu bildiyi halda vicdansız davranıb, qəsdən hərəkət edərək məqalədə göstərilən ifadələri Zümrüd Abıyevanın şərəfini, ləyaqətini ləkələmək və onu nüfuzdan salmaq üçün yayıblar. Üstəlik, X22 Abıyevanı ağır və xüsusilə ağır cinayətlərdə də ittiham edib. Sözügedən müsahibə 25 oktyabr 2021-ci ildə yayılıb. Böhtan cinayətinin məlumatın yayıldığı andan bitmiş hesab olunduğundan, Ağayeva Sürəyyanın törətdiyi böhtan cinayəti 25 oktyabr 2021-ci il tarixdə baş verib. Beləliklə, X8 25 oktyabr 2021-ci ildə yalan və böhtan olduğunu bilə-bilə TV Müsavat kanalında. Selcan atasını ittiham elədi, ana atanı şantaj elədi, ata qızını şantaj elədi, ata qızının Qubadakı otellərdə şəkillərini paylaşırdı, mənim əlimdə çox təsadüfən elə bil ananın (Zümrüd) bir stol arxasında çörək yediyi zaman, bir qazandan, bir stol süfrədən ərinin (Fuad Qəhrəmanlı) səs yazısını yazıb şantaj məqsədilə saxladığı səs yazısı var, məndə vvhatsup yazısı var ki, onların kağız üzərində boşanmış olduğudu, onların bir yerdə olduğu yazılıb. Fikir verirsinizsə, Zümrüd familiyasını da dəyişməyib O yazıda fakt “mən sənin ərinəm şəriətdə”. O yazı var...onlar öz aralarında vəzifə bölgüsü edirlər, hakimiyyət çevirirlər. Bəli, hakimiyyət çevirirlər. Bilirsiniz, hansı vaxtıdır? Boşanmamışdan qabaq? Bəli. Boşanmamışdan, bir yerdə olanda onu yazıb, Fuadı şantaj məqsədilə yazıb. paylaşıldı amma tam yox. Məndə 3 dəqiqə 3 saniyə səs yazısı var onların. Həmin orda bir stol arxasında çörək yeyirlər vəzifə bölüşdürürlər. Biri prezident olur Əli Kərimlini qoymur gəlməyə, o birsi isə birinci xanım olur. bəli, İedi olmaq istəyir. dinlədiniz, vəzifə bölgüsü aparırlar, Fuad bəy Azərbaycan prezidenti olmaq istəyir. Həyat yoldaşı, o zaman həyat yoldaşı idi, təbii ki indi boşanıblar Zümrüd xanım isə birinci vitse prezident. Ledi olmaq istəyir, bir sözlə. mən sizə təsdiq etmək istəyirəm ki, onların boşanması belə nə qədər yalandı. o biri qız getdi xaricə. Dalınca pul getməliydimi? Qız ordan çıxdı efirə, o, oynu çıxartdı. Qrantlar yığıldımı, qardaşım? Yığıldı. Bu qız gedəndən sonra bu oyunu çıxardı. İndi Zümrüd yaxsı qrantlar yığır. iki qızına göndərsin. gecə saat 11-də Sənay yoxdur. Sənayı gəzirdi Zümrüd Sənay yoxdu. Sənay hansısa otellərə girib çıxırdı. Sənayın girdiyi otellərin adı var. Mən burdan açıqlaya bilmərəm. İstintaq işində var. Onun nümayəndəsini də çağırıb dindiriblər, Zümrüd biləndə ki qızı otellərə girib cıxıb, bilmirəm hansı yollarla, ora polis göndərdi. Mənim qızım bir də otelə girsə, sizin oteli bağlatdıracam. Getsinlər otelin direktorudurmu, müdiridirmi, ona da danışdırsınlar, dindirsinlər. Zümrüd mənə səs yazısı atıb, özləri həmişə deyir ki, biz içki içmirik. Amma Zümrüd özü deyir ki, sən həmişə içəndə atanın sənə təcavüzündən danışırsan. O da istintaq materiallarının içərisində var. həmin hadisənin səhərisi günü, bir qohum çəkib. Təsadüfən ailə dostumuz tərəfindən çəkilib. Onları tanıyan, bizi tanıyan ki. Onlar bilirdilər belə hadisənin baş verdiyini yaxın adamlarımız. Ki siz deyirsiniz belədir, bunlar burda kef edirlər. ilk işi elə bil Səbail rayon polis idarəsinə vermişdilər. Ordan Yasamala keçdi iş. Yasamal prokuraturası, Yasamal Məhkəməsi və Bakı səhər prokurorluğu işə xitam verdi. Onlar apellyasiya məhkəməsi qaldırıblar. Mediadan qaralama kampaniyasından, çünki onlara lazımdır axı qız gedib ora. Onlara lazımdır ki, qrantlar toplansın, pullar alınsın. Mən sizə bir şey göstərmək istəyirəm. Hansı ki, Zümrüd bayaq göstərdiniz ki, bu iş mediaya sızmasın. Burda da yazılıb, 12 qasım, keçən il noyabr ayında mənə zəng gəldi. *** *** ** **. Mən onu getkontakta vurdum. Ülviyyə Xəlil adına çıxdı. O, mənə yazdı (mesajı oxuyur). Mənə zəng etdi. Mən bloka atdım. Xeyr. Mən bilirdim, mənə demişdilər ki, əvvəl-axır o sizdən pulu istəyəcək. Amma ona görə biz heç barmağımızı da tərpətmədik. İşin dalıyca da getmədik. Kapital bankdan zəng etdilər. Mən oğlum yaxşı ki, atasıyla getdi. Həyətdə Zümrüd, iki jurnalist hərəsi bir tərəfdə dayanıb çəkir. Zümrüdün qızı hücum çəkmişdilər. Oğlum o dəqiqə 102-yə zəng eləmişdi. Onun boyun-boğazını cırmaq-cırmaq eləmişdilər. Bunlar ata-bala evə gəlmədən sikayət etmişdilər. Kurtkası indi də durur. Düymələri yox idi. Sənay edib. Bilirsiniz nətəhərdir? Qardaşım, mən bütün hamıya müraciət edirəm. Onları tanıyan bütün ailələrə. Qaldırsınlar onların ailəsinin keçmişini də, mənim ailəmin keçmişini də. Yoldaşım həkim, mən müəlliməyəm, qızım həkimdir. Oğlum da Uludağ Universitetini bitirib və proqramlaşdırma üzrə ixtisas alıb. Yəni bizim ailənin də keçmişini qaldırsınlar, onların ailəsinin də keçmisini qaldırsınlar. Görsünlər ki, kim kimdir. Görün Zümrüdün bir dəfə əmək kitabçası olubmu? Varmı onun əmək kitabçası? Nəylə dolanır? Maşın sürür. Burdan vurur, Gürcüstandan çıxır. Burda bəyənmir, qızlarına Gürcüstanda İELTS testi etdirir. Azərbaycandakını bəyənmir. Hansı pulların hesabına? Belə şantajın hesabına. Bilmirəm. Amma xahis edirəm, araşdırılsın. Bu hadisə olanda, biz evdə necə qala bilmirdik. Evə kamera qoydurduq. qapının açarını dəyişdirdik. Onun ətrafında özünəməxsus banda ki var, bizim ev həyət evidir, fırlanırdılar. Gah bir gecə 3 dənə oğlan. Anam evdə idi, təcili yardım çağırdıq. Təzyiqi 180-ə qalxmışdı, əlimizdə hər bir məlumat var. 102-yə də gedib məlumat. Zümrüddən şikayətimiz 102-yə gedib. Biz deyirdik ki, bəlkə bunlarla bitib qurtara. Amma nə bitdi, nə qurtardı. Deyir ki, iqtidar mənim 16 yaşındakı qızımdan qisas alır. Deməli, özləri mənə zəng ediblər, gəliblər mənim evimə. Qızının telefonunda mənim oğlumun bir dənə mesajı yox. Mənim oğlum bir dəfə buna zəng etməyib. Özü mənə zəng edib ki, qızım getsin sizə. Sonra da deyir ki, mənim qızımın stəkanına Əsgər hardansa narkotik tapıb, hansı ki o narkotik də ekspertdə çıxmayıb, narkotik tapdırıb atdırıb, onu da iqtidarla əlbir olub edib, polis gətirib verib. Özü acıq-askar yaydıqlarında deyir. Yəni onu mən yalan danışmıram. Deyir ki, iqtidar mənim 16 yaşındakı qızımdan qisas alır. Deyir, oğlumun hakimiyyətlə iş birliyi var. Mənim oğlumun hakimiyyətlə nə iş birliyi ola bilər? Mən oğlum çox sakit, mədəni, ətrafdakı insanlardan soruşun, heç kəslə işi olmayan, indiyə kimi polisdə nə onun haqqında, nə onun etdiyi şikayət olmayıb. Hadisə oldu, bunlar bizə zəng elədilər ki, bunun qızı bizdən çıxıb gedib yenə otelə. oteldən gedib evlərinə. Gedib anasına deyib ki, məni Əsgər belə, özü də bir yerdə kofe içiblər, deyə-gülə ayrılıblar. TŞ kameralarından görüntülər də çıxdı. Kofe içmişik, ayrılmışıq. Mənə deyib ki, bizim evdə internet tutmur, mən gəlib sizin evdə konfransa qoşulmalıyam. Konfransa qoşulmayıb, gedib. Sonra oğlum zəng elədi ki, mən evdən çıxıram, sənə açar lazımdırsa, mən acarı verim, deyib yox. mən evimizə gedirəm. Evlərinə gedəndən sonra anası mənə səs atdı ki, Sənay ağlayırdı. Mən də dedim, görən, Sənay niyə ağlayır. Sonra bunlar elə hərəkət etdilər ki, inandırmaq qabiliyyətləri güclüdür də, mən sənə deyim. Mən oğluma inanmadım. Mən oğluma dedim ki, get özünü öldür. Mən şəhərə gəldim, hadisələr 2-3 günün içində açıldı. Mən gördüm ki, mənim oğlum tamamilə şərin içindədi. Nə təhər qurublar, nə təhər qoşublarsa, onlar onun professionalıdır. Bunu mənə demək ağırdı. O, mənim doğma bacımdır. Amma artıq mən onu bacı hesab etmirəm. onunla təmasa keçmək tamamilə əbəsdir. O pul istədi. Bilmirəm, görmürsünüz, yazıb ki, ona çatası pul var. O, Ankaraya köçmək istəyirdi. Deyirdi mən dil bilmirəm Ankarada yaşamaq istəyirəm. Ankaradakı evlərinin şəkillərini atırdı. 30-50 min dollar civarında evlər idi. Hətta mən deyirdim, mənim imkanım olsa, mən sənə o evi alaram. Kaş mənim elə imkanım olardı ki, mən sənə onu edə bilərdim. bir dəfə Zümrüd mənə dedi ki, Əsgər nə yaxşı oğlandı. Dedim niyə? Dedi, heç gözünün ucu ilə Sənaya baxmır. Bunlar mənim başımın altına yastığı qoyurdular, qardaşım. Başa düşdünüz? Mən də oğlumla fəxr etdim. Həm də bacısı idi. Amma oğlum sonradan mənə dedi ki, mən yorulub gitara çalanda o qız mənfi şeylər edirdi. Mən fikir vermirdim. Hətta bizə gələndə oğlum deyir ki, soyunub, bundan paltar istəyib. Oğlum da paltar gətirib. O da deyib ki, mayka uzundur, olar, mən maykada qalım, sortik geyinməyim? Başa düşürsünüz? Yəni bu planlı surətdə mənim uşağımın başına gətirilən hadisədir. Bəli, amma bir şey tapılmayıb. Zümrüd özünə sərf edəni paylaşıb, sərf etməyəni paylaşmayıb. Ondan xəbəriniz olsun yəni ki, Zümrüd nələr edib. O qızların keçmişindən danışmaq istəyirəm. Sənayın keçmişindən danışmaq istəyirəm. Sizə hamınıza demək istəyirəm ki, Sənav o məlum plakatı qaldıran qızlardan biri. Feministlərin içində mən feminist təşkilatına, qadın hüquqlarına pis baxmıram. Yəni mən özüm də qadınam, aydındırmı? Yəni üzr istəyirəm, mən müəlliməyəm, elə olur ki, gün ərzində 5 sinifin qarşısına çıxıram. Hər sinifdə 30 nəfər olsa, gün ərzində 150 nəfərin qarşısına çıxıram. Mən biologiya müəllimiyəm. Məlum plakat var idi e, “mən kimə istəsəm verərəm”, həmin plakatı qaldıran qızlardan biri idi. Yəni onun üçün heç bir problem yoxdur. Metroda şey yapışdırıb, mensturasiya prosesi barədə. Bunu polisə çağırıblar, onu da ələ salır. Özü paylaşır ki, polis utanır.. burda var. Polis deyir utanır. Ayda bir dəfə olan şey və anama zəng edib deyir ki, milli dəyərlərimizə qarşı qızınız əks hərəkətlər edir, ha ha ha. Bunu o yazıb. Sənayın öz keçmişi budur. Sənay instanqramdan Avropaya açılan kimi içki şüşələri əlində, bakallar əlində açıq-saçıq şəkillər paylaşır. Həmin səhifəni Sənay bağlayıb. Şəkilləri də guya siliblər. ... siz fikir verirsinizmi, o boşanıb, amma Abıyeva familyasına qayıda bilmir. Çünki bir bacının yasında, toyunda, gəldi yasa biz onu göndərdik. Hərə bir tərəfdə işləyir. Heç kim istəmir ki, kimsə Zümrüd onun bacısı olduğunu bilsin. Hamı mənə dedi, sus, mediadır, heç nə olmayacaq. Zümrüd sakitləşəcək. Əsgər günahsızdır. Hamı mənə bunu dedi. Zümrüd ailə dəyərlərini qiymətləndirən olmayıb. Zümrüd üçün olmaz deyilən bir məhfum yoxdu. Zümrüd üçün hər şey olar. Mənim oğlum tutulandan sonra Zümrüd hədə-qorxu gəlir ki, media mənim əlimdədir, onu buraxa bilməzsiniz. Hər şey olur onun üçün. Fuadla danışmamışam, amma Zümrüd özü onla 1 dəfə də boşanma ərəfəsinə çatmışdılar. Onunla mənim yoldaşım onla danışdı. Zümrüd psixoloji müalicə götürürdü, hətta onunla da Zümrüd qızım həkim olduğu üçün mənim evimdə qaldı. Psixoloji problemləri var idi. Mənim yoldaşım danışdı ki, böyük yeznədir buyur Yusif. onun qızları oturub xaricdə dövlətin əleyhinə çıxışlar edirlər. Mən sizə deyim. Dövlətin, xalqın əleyhinə. mən sizə deyim. Zümrüdün özünün siyasi fəaliyyəti, siyasi duruşu, bir çox hadisələrdə, əri də həbsdə olanda kiminsə şəklini döşünə vurub gəzdirmək. siz araşdırın, əri də içəridə idi. Araşdırın. Siyasi məhbus deyildi, dövlət çevrilişində adı hallanırdı. İranla əlaqədar. Taleh Bağırzadənin şəklini döşünə vurub gəzdirirdi, ərinin şəklini vurmurdu. İfadələrini işlətməklə Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törədib. X23 aşağıdakı ifadələri işlətməklə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib: 44:24 dəqiqələrdə Y.A.-Dedim niyə bu vəziyyətə gəlib çıxmısız da. qısa, konkret Fuad dedi ki, o ruhi xəstədir, normal insan deyil, mənlə onun ki, tutsun. Ondan sonra o müalicələri aldı. Başı uçmuşdu uje onun. Başı yerində deyildi. Göstərilənlərə əsasən, X1 (xx.xx.1968-ci ildə Masallı rayonunda doğulub (Ş.V. N AA3330541), Beyləqan rayonu, SMD 4 ünvanında yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, X13 (xx.xx.1953, Masallı rayonu, Bakı şəhəri, Yasamal rayonu, L.Rostropoviçlər küçəsi, ev 16) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X9 və onun nümayəndəsi (vəkil) Nümayəndə şikayətin dəlillərini müdafiə etmiş, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X23 şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin vəkili Müdafiəçi1 göstərmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs müvafiq müsahibəni özü şərh edib və ittiham edir, X10 barəsindəki hökm isə qanuni qüvvəyə minməmişdir, ekspertiza rəyləri düzgün deyildir, hökm yanlış çıxarılmışdır. İstinad olunan X11 heç kimi ittiham etməmişdir. İttiham mücərrəd ola bilməz, o, konkret olmalıdır. Siyasi görüşə gəldikdə, Zümrüd Abıyeva müxalif fikirli şəxsdir, bu, açıq-aydındır. Yusif Ağayev isə bildirir ki, münaqişə vaxtı o, Fuada zəng vurmuşdur ki, yoluna qoysunlar, Fuad Zümrüd barəsində ruhi xəstə ifadəsini işlətmişdir, yəni bu, Yusif Ağayevin öz fikirləri olmamışdır. Ümumiyyətlə, verilmiş şikayət 3 əsasla icraata götürülməməlidir: 1) dövlət əleyhinə çıxışlar edirlər ifadəsi Zümrüd Abıyevanın qızları barəsində deyilmişdir, ona görə Zümrüd Abıyeva buna görə şikayət vermək hüququ olan şəxs deyil; 2) irəli sürülmüş ittiham əsassızdır; 3) cinayətin əlamətləri yoxdur. Göstərilənlərə əsasən şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 vəkili Müdafiəçi3 göstərmişdir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və həyat yoldaşı siyasi xadimdirlər, onlar siyasi məsələlər barədə danışa bilərlər, barəsində şikayət verilmiş şəxslər isə onların haqqında öz fikirlərini bildirə bilərlər, hesab edir ki, bu müsahibədə cinayət əməli hesab olunacaq fikirlər səsləndirilməmişdir. Qeyd olunanları və “Yeni Müsavat”ın hüquqi ünvan üzrə Xətai rayonunda qeydiyyatda olduğunu nəzərə alaraq, şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X16 vəkili Müdafiəçi2 sübut qismində təqdim edilmiş müsahibənin görüntülərinə sonadək baxdığını, həmin müsahibə zamanı hüquqlarını müdafiə etdiyi şəxsin kiməsə böhtan atmadığını və təhqir etmədiyini, yalnız xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin əri Fuadın sözlərini dediyini göstərmiş, bu əsasla və “Yeni Müsavat” hüquqi ünvan üzrə Xətai rayonunda qeydiyyatda olduğundan, şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət müraciət edilmiş məhkəməyə aid olmadığından və prosessual qanunvericiliyinin tələblərinə uyğun olmadığından, şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə qeyd edir ki, şikayətə əsasən törədilməsi ehtimal olunan cinayət əməli 25 oktyabr 2021-ci il tarixdə “Yeni X28”na aid olan “TV Müsavat” adlı kütləvi informasiya vasitəsində gedən verilişdə səslənən fikirlərlə törədilmiş hesab olunur, bu barədə müsahibə həmin məkanda yayımlanmışdır. Hansı ki, şikayətə görə, “həmin verilişdə, müsahibə zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər heç bir sübuta və dəlilə istinad etmədən, yaydıqları məlumatların yalan olduğunu bildikləri halda vicdansız davranıb, qəsdən hərəkət edərək məqalədə göstərilən ifadələri X2 şərəfini, ləyaqətini ləkələmək və onu nüfuzdan salmaq üçün yaymışlar, X22 Abıyevanı ağır və xüsusilə ağır cinayətlərdə ittiham etmiş, Yusif Əsgərov isə ona böhtan atmış, təhqir etmişdir”. Azərbaycan Respublikası CM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”ndan çıxarışdan görünür ki, “Yeni Müsavat qəzeti” redaksiyası (VÖEN **********, qanuni təmsilçi X24) digər kommersiya təşkilatı formasında ünvan 4 ünvan üzrə qeydiyyata alınmışdır. İnternet saytlarında “Yeni Müsavat qəzeti”nə aid məlumatlar bölməsində, eləcə də “Vikipediya”da əksini tapan məlumatlarda qeyd olunmuşdur ki, “TV Müsavat” Youtube kanalı olmaqla həmin qəzetin əlavəsidir, ümumilikdə onlar “Yeni X28”na aiddirlər. Xüsusi ittiham qaydasında şikayət vermiş X2 şikayətində istinad etdiyi, kütləvi informasiya vasitələrində kütləvi nümayiş etdirilmiş, internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli, ağır cinayət törətməkdə ittiham olunduğunu hesab etdiyi məlumatlar hüquqi ünvanı ünvan 5 əlavəsi kimi fəaliyyət göstərən “TV Müsavat” Youtube kanalında yayımlanmış veriliş vasitəsi ilə efirə getdiyindən, bu kimi xarakterli şikayətlərə kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalı olduğundan, məhkəmə hesab edir ki, hazırkı şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aidiyyəti yoxdur, şikayətə həmin məhkəmə tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası CPM-nin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Lakin məhkəmə baxılan şikayətin tərtibi və məhkəməyə təqdim olunması zamanı müvafiq prosessual pozuntulara yol verildiyini nəzərə alaraq, gələcəkdə lüzumsuz vaxt itkisinə səbəb olmamaq, aidiyyəti məhkəmənin isə iş yükünü artırmamaq üçün belə qənaətə gəlmişdir ki, şikayət aidiyyəti məhkəməyə göndərilməməli, onun icraata qəbulundan imtina edilməli və müvafiq nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət edilməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən kimi hesab olunan və cinayət məsuliyyətinə cəlb olunması tələb edilən şəxslərdən biri X6 təqdim edilmişdir, hansı ki, istər şikayətə əlavə edilmiş MAPS arayışı, istərsə də hazırlıq iclasında şəxsiyyətinin müəyyən edilməsi zamanı müəyyən edilmişdir ki, həmin şəxs əslində X18r, lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin barəsində şikayət verdiyi və məsuliyyətə cəlb olunmasını tələb etdiyi şəxs X23 deyildir, ona görə o, hazırda baxılan şikayətə münasibətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən kimi qəbul oluna bilməz. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Hansı ki, şikayətə sübut qismində əlavə olunmuş “TV Müsavat” kanalında yayımlanan müsahibənin əks olunduğu 1 ədəd DVD diskdə həmin müsahibənin hansı tarixdə alındığı və ya yayımlandığı qeyd olunmamışdır, internet səhifəsindən 25 oktyabr 2021-ci il tarixinə dair çıxarış təqdim olunsa da, bu tarixin həqiqi tarix olduğu və məhz şikayətdə istinad olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədildiyi tarixi göstərdiyi yoxlanılmalıdır, hansı ki, belə təsdiqedici, mötəbər sübutlar şikayət verən şəxs tərəfindən təqdim olunmalıdır. Şikayətə sübut qismində əlavə olunmuş “TV Müsavat” kanalında yayımlanan müsahibənin stenoqramına gəldikdə isə, bu stenoqramın kim tərəfindən çıxarıldığı, müsahibədə səslənən fikirlərlə, bəyan edilən ifadələrlə eynilik təşkil edib-etmədiyi müəyyən deyil, stenoqramın aidiyyəti sahədə fəaliyyət göstərən mütəxəssis tərəfindən çıxarılmış və təsdiq olunmuş versiyası (mətni) şikayətə əlavə olunmamışdır. Bundan başqa, məlumdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş X9 barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası CMnin 147.1, 147.2 və 148-ci maddələri, Əsgərov (əslində Ağayev) Yusif Musa oğlunun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma; 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – həmin maddələrdə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş X9 şikayətdə “TV Müsavat” kanalında 25 oktyabr 2021-ci il tarixdə yayımlanan müsahibədə səslənən, ümumilikdə təqdim etdiyi ifadələrin, məlumatların məhz hansının onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan, məhz hansının onu ağır və xüsusilə ağır cinayətdə ittiham edən böhtan xarakterli məlumat olduğunu, eyni zamanda belə ifadə və məlumatların məhz hansının onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumat olduğunu göstərməmiş, bunları ümumi mətndən ayırmamış və ya mətn daxilində fərqləndirməmişdir. Belə nöqsana yol verilməsi isə gələcəkdə şikayətin məhkəmənin icraatına qəbul edildiyi halda istər müvafiq ekspertiza keçirilərkən, istərsə də araşdırmanın sonunda yekun məhkəmə aktı çıxarılarkən ziddiyyətli halın yaranmasına səbəb olacaq haldır. Bundan əlavə, X9 şikayətin verildiyi tarixi (il, ay və gün) göstərib şikayəti imzalasa da, həmin hissədə qanunvericilin tələbinə tam əməl etməyib şikayətin verildiyi yeri göstərməmişdir. Bununla da, X2 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayət Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olmamaqla onun məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası CMnin 147.1, 147.2 və 148-ci maddələri, X13 Azərbaycan Respublikası CM-nin 147.1 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında (onların müqavilə əsasında vəkili prosesə qoşulanadək) müdafiəçilər dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclaslarında iştirak etmişlər. Vəkillərin göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Digər vəkil Müdafiəçi1 qeyd olunan şəxslərin hüquqlarının müdafiəsi üçün müqavilə əsasında vəkil qismində prosesdə iştirak etdiyindən ona münasibətdə həmin məsələlərin müzakirəsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302.1.8 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri, X13 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 60 manat, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Əsgərov (əslində Ağayev) Yusif Musa oğluna 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 60 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-376/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-376/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver