Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-377/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Aftandil qızının, Məhkəmə iclasının katibi: Mustafayev Əşrəf əli oğlunun, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Həbi oğlunun, Zərərçəkmiş şəxs: X1, Zərərçəkmiş şəxsin nümayəndəsi: X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1965-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev 71 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adasında nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə saat 15 radələrində ictimai yer olan ünvan 3 ünvanında yerləşən ”8-ci kilometr" bazarında işlədiyi "Zoo" mağazasında satdığı bir ədəd quş qəfəsini onun işlədiyi mağaza ilə üzbəüz yerləşən, Zərərçəkmiş şəxs işlədiyi 8 nömrəli mağazanın qarşısına qoymasına, sonuncunun haqlı olaraq etiraz etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydsizlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai yer olan həmin bazarda digər şəxslərin narahatçılığına səbəb olmaqla xuliqanliq niyyəti ilə qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sonuncuya sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qapalı yerinidəyişən sınığı, sağ tərəfdə burun belinin sıyrığından ibarət xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2000- ci ildən Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarında A1K 8 nömrəli mağaza ilə üzbəüz olan “Zoo" mağazası arvadı Şahid5 məxsusdur və o, həmin mağazada müxtəlif növ quş, balıq, qəfəs və yem satışı ilə məşğul olur. 2018-ci ildən işlədiyi mağaza ilə üzbəüz mağazada işləyən Zərərçəkmiş şəxslə aralarında mübahisə olmuş və dəfələrə bir-birlərindən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə şikayət etmişlər.10 aprel 2022-ci ildə saat 15 radələrində mağazada müştəriyə quş qəfəsi satarkən bir ədəd quş qəfəsini götürmüş, gün vurmasın deyə üzbəüz mağazanın qarşısına qoymuşdur. Həmin mağazada işləyən Zərərçəkmiş şəxs mağazasının qarşısına qoyulmuş quş qəfəsini götürmüş və onun mağazasının qarşısına qoyub bir söz demədən öz mağazasına getmişdir. O, mağazanın qarşısında olan quş qəfəsini götürmüş və yenə Zərərçəkmiş şəxs mağazasının qarşısına qoymuşdur. Zərərçəkmiş şəxs mağazasının qarşısında olan quş qəfəsini yenidən götürmüş və onun mağazasının qarşısına qoymuşdur. Daha sonra o, Zərərçəkmiş şəxs yaxasından tutmuş, Zərərçəkmiş şəxs də onun yaxasından tutmuş və onlar hər iki mağazanın qarşısında mübahisə etməyə başlamışlar. Həmin vaxtı Zərərçəkmiş şəxs qardaşı Məhəmməd Gülmalıyev mobil telefonla danışa-danışa aralarına girmiş və onları ayırmağa çalışmışdır. Bu zaman o, sol əli ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə vurmuşdur. Bu zaman görmədiyi şəxs onun sol gözünün üstündən və baş nahiyəsindən vurmuş və kənar şəxslər onları ayırmışlar. Hadisə baş verən zaman mağazanın qarşısından başqa şəxslərin keçdiyini də qeyd etdi. Hadisənin təsadüfi axarı zəminində, gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildən Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən bazarda AFK 8 nömrəli mağazanı icarəyə götürüb sənaye avandanlıqlarınım ehtiyat hissələrinin satışı ilə məşğul olur. Onun mağazası ilə üzbəüz "Zoo" mağazası yerləşir. Təqsirləndirilən şəxs həmin mağazada müxtəlif növ quş, balıq və ev eyvanlarının satışı ilə məşğul olur. 2018-ci ildən Təqsirləndirilən şəxsla aralarında mübahisə olmuş və həmin vaxtdan Təqsirləndirilən şəxsla münasibətləri yoxdur. O. 2020ci ilin sentyabr ayının axırları Qarabağ döyüşlərində iştirak etmək üçün könüllü müraciət edərək 44 günlük döyüşlərdən iştirak etmişdir. 25 dekabr 2020-ci ilin Azərbaycan Respubliasının Prezidenitinin sərəncamına əsasən “Füzuli rayonunun azad olunmasına", “Xocavənd rayonunun azad olunmasına" görə döş nişanı ilə və döyüşlərdən göstərdiyi qəhrəmanlığına görə “Şücaətə görə” döş medalı ilə təltif olunmuş və 2-ci Qarabağ döyüşlərində iştirak etdiyi üçün veterandır. 10 aprel 2022-ci ildə saat 15 radələrində o, mağazada olan zaman müşahidə kamerasından görmüşdür ki. Təqsirləndirilən şəxs mağazasından bir ədəd quş qəfəsi ilə çıxmış və onun işlədiyi mağazanın qarşısına gələrək quş qəfəsini mağazanın qarşısına qoyub öz mağazasına getmişdir. Bunu görən zaman mağazadan çölə çıxmış, onun mağazasının qarşısına Təqsirləndirilən şəxs tərəfindən qoyulan quş qəfəsini götürüb Təqsirləndirilən şəxs işlədiyi mağazanın qarşısına qoymuş və heç kimə bir söz demədən öz mağazasına qayıtmışdır. O. mağazada olan zaman müşahidə kamerasına baxanda görmüşdür ki, Təqsirləndirilən şəxs quş qəfəsini götürüb yenidən onun mağazasının qarşısına qoymuşdur. O, mağazadan çıxmış, mağazanın qarşısında olan quş qəfəsini götürmüş və Təqsirləndirilən şəxs mağazasının qarşısına qoymuşdur. Bu zaman Təqsirləndirilən şəxs ona tərəf gəlib sağ əli ilə yaxasından tutmuş və quş qəfəsinin niyə onun mağazasının qabağına qoyduğunu soruşmuşdur. Bu zaman qardaşı Məhəmməd mağazadan çıxmış onların arasına girib ayırmağa çalışmışdır. Həmin vaxtı gözləmədiyi halda Təqsirləndirilən şəxs sol əli ilə onun sağ göz nahiyyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs yumruğu onun sağ göz ətrafına və burun nahiyəsinə dəymişdir. O da sağ əli ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə vurmuşdur. Bu zaman qardaşı Məhəmməd Gülmalıyev və ətrafda olan şəxslər onları ayırmışlar. Bundan sonra o mağazaya qayıtmış və güzgüyə baxanda burun nahiyəsindən qan gəldiyini və burnunun sol tərəfə əyildiyini görmüş, sındığını anlamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyan tamamilə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, 2022-ci ilin yanvar ayından Bakı şəhəri. Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən bazarda AFK 9 nömrəli mağazada satıcı işləyir. Bildirdi ki, 10 aprel 2022-ci il tarixdə saat 15 radələrində mağazada müştəri yola salarkən mağazanın şüşəsindən görmüşdür ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs mübahisə edirlər, Zərərçəkmiş şəxs qardaşı Məhəmməd Gülmalıyev isə onların arasına girib ayırmağa çalışırmış. Bu zaman Təqsirləndirilən şəxs qəflətən sol əli ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən vurmuşdur. Məhəmməd Gülmalıyev qardaşı Zərərçəkmiş şəxs ayırıb öz mağazalarına aparmışdır. O, Zərərçəkmiş şəxs mağazasına gəlmiş və görmüşdür ki. Zərərçəkmiş şəxs burnundan qan gəlir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs satdığı quş qəfəsini Zərərçəkmiş şəxs mağazasının qarşısına qoymuş, Zərərçəkmiş şəxs həmin qəfəsi götürüb Təqsirləndirilən şəxs mağazasının qarşısına qoymuş, sonra Təqsirləndirilən şəxs yenidən quş qəfəsini Zərərçəkmiş şəxs mağazasının qarşısına qoymuşdur. Zərərçəkmiş şəxs həmin qəfəsi götürüb Təqsirləndirilən şəxs mağazasının qarşısına qoyduğu üçün, onlar arasında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs qəflətən Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, 2019-cu ildən Bakı şəhəri. Nizami rayonu, 8- ci kilometr qəsəbəsində yerləşən bazarda AFK 8 nömrəli mağazada köməkçi və satıcı işləyir. 10 aprel 2022-ci ildə saat 07:30-da mağazanı açıb işə başlamış, saat 15 radələrində müştəriyə mal vermək üçün "Kainat" ticarət mərkəzinə getmiş və gələndə görmüşdür ki, Zərərçəkmiş şəxs mağazadadır, burnu əyilib və bunundan qan gəlir. Nə baş verdiyini soruşduqda, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsla mübahisəsinin düşdüyünü, Məhəmməd Gülmalıyev onları ayırmaq istəyən zaman Təqsirləndirilən şəxs gözlənilmədən yumruqla Zərərçəkmiş şəxs gözünün üstündən və burun nahiyəsindən vurduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, 2000-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onların birgə nikahdan 6 övladı vardır. Əri Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarında "Zoo" mağazasında müxtəlif növ quş, balıq, qəfəs və yem satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs işlədiyi mağaza ilə üzbəüz mağazada Ziya Gülmaləyev və Məhəmməd Gülmalıyev ehtiyat hissələrinin satışı ilə məşğul olurlar. 2018-ci ildən əri Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında münasibətləri soyumuş, aralarında dəfələrlə mübahisə yaranmış və hətta şikayət ərizəsi ilə polisə müraciət etmişlər. 10 aprel 2022-ci ildə əri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, saat 15 radələrində işdə olan zaman müştərinin qəfəsini kölgədə düzəldərkən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu itələdiyi üçün, o da öz növbəsində Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Məhkəmə iclasında iştirak etməyən şahidlər, Şahid4 və X1 ibtidai istintaqda verdiyi ifadələr tədqiq edilmiş, onların məhkəmə iclasında iştirak etmiş şahidlərlə analoji məzmunda ifadə verdikləri müəyyən edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 257 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol gözaltı nahiyənin kiçikölçülü hematoma və səth yarası, sağ almaçıq nahiyəsinin sıyrığı, sol təpə nahiyəsinin şişkinlik halında əzilmələri olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 253 saylı, xx.xx.2022-ci il tarixli əlavə rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişən sınığı,sağ tərəfdə burun belinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əlavə edilmiş sənədlərin kresosurətinə əsasən Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublkası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 saylı sərəncamı ilə “Füzulinin azad olunması” və 25 dekabr 2020-ci il tarixli 2364 saylı sərəncamı ilə “Xocavəndin azad olunması”, eyni zamanda “Şücaətə Görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, evli olmasını, himayəsində 6 uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da 2 gün müddətində tutulmuşdur. Maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs yaxasındaan tutub əsaslı səbəb olmadan burun nahiyəsinə qəsdən vurması zamanı təhlükəsizlik kamerasının video görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış təhlükəsizlik kamerasının video görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi Həbi oğluna ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-377/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-377/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver