Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-377/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “Xan Auto” adlı avtotəmir servisində əvvəllər həmin servisə şərik olan Şahid1 Cümşüd oğlunun arvadı Zərərçəkmiş şəxs tərəfindən servisin keçmiş adını və loqosunu divarlardan silmək istəyini bildirməsini bəhanə edərək Zərərçəkmiş şəxs ilə mübahisə edib, heç bir əsaslı səbəb olmadan ictimai yer olan həmin avtotəmir servisində digər işçilərin və müştərilərin yanında özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək avtotəmir servisində olan digər müştərilərin və işçilərin narahatçılığına səbəb olmaqla servisin normal iş fəaliyyətini pozaraq Zərərçəkmiş şəxs sifət nahiyəsindən iki dəfə əli ilə vuraraq, eyni zamanda saçından tutub dartmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol yanaq nahiyəsinin və sağ gözaltı nahiyənin hematomaları xəsarətlərini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 6 ünvanında yerləşən “Azart Auto” adlı servisi tanışı Şahid1 Cümşüd oğlu ilə birlikdə icarə əsasında işlətmişdir. Şahid1 Cümşüd oğlu onun 30 illik tanışıdır, o da onun kimi icarədardır. Fatma xanım Şahid1 Cümşüd oğlunun həyat yoldaşıdır. Fatma xanımın həyat yoldaşı ilə iş danışmış, iş bölgüləri olmuşdur. Servis daxilində şərik kimi işlərini görmüşlər. Hərənin ayrı kassası və iş bölgüsü olmuşdur. Daha sonra onlar bir binada fəaliyyət göstərə bilmədiklərindən ayrılmağa qərar vermişlər. Bu zaman bəzi problemlər baş vermişdir. Razılaşmışlar ki, mart ayının 1-dən Şahid1 Cümşüd oğlu binadan çıxsın, o qalsın. Lakin müddət mart ayının 6-dək uzanmalı olmuşdur. Həmin müddətdə müəyyən dəyişikliklər olmuşdur. Hadisə günü Fatma xanımla söhbətləri olmuşdur. Söhbət zamanı Fatma xanım provakasiya xarakterli danışmağa başlamış və onun onların işçilərini əllərindən aldığını iddia etmişdir. Sonra isə təhqirlərlə danışmağa başlamış, “bu servisi dağıdacam” və s. sözlər demişdir. Onu uşaqları ilə hədələmişdir. Bu zaman o, 9 aydır ki, bu məsələlərə dözsə də səbrsizlik etmiş, Fatma xanımın saçından tutub yolmağa başlamış, özünə yaraşmayan hərəkətlər etmişdir. Əli ilə iki dəfə onu vurmuşdur. Həmin vaxt orada o, Fatma və Arif olmuşdur. O, dayandığı yerdə heç kimi vurmamışdır, özünü sadəcə bir qadına əl qaldırmaqda təqsirli bilir. Söhbət üzr istəməkdən getmir, onun valideynlərini təhqir etmişlər. Həmin gündən bu günə o da stress, əsəb keçirmişdir. Hələ də stressdədir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Ariflə aralarında müqavilə olmuşdur. Bu ailə onun tanıdığı ailədir, ailəvi gəliş-gedişləri olmuşdur. Zərərçəkmiş şəxs ona demişdir ki, “mən vəkillə danışmışam, biz bu servisə pul yatırmışıq, biz bu servisi istəsək dağıda da bilərik”. Daha sonra yenidən bildirmişdir ki, “mən buranı rəngləyəcəyəm”. Servisin loqosunu silmək istəyəndə,o buna iradını bildirərək rəngləməyəcəyini, hal-hazırda burda nəsə etsə 102-ə məlumat verəcəyini bildirmişdir. Bu sözündən sonra zərərçəkmiş şəxs demişdir ki, “sənin iki balan var, birinin adını çək ki, kim sağ qalacaq”. Bu sözdən sonra zərərçəkmiş şəxsi vurmuşdur. Bunu deməsinə səbəb o olmuşdur ki, o, onlara demişdir ki, işlərini bitirib binadan çıxsınlar. Onları müştərilər ayırmışlar, orada işçilər də olmuşdur. Zərərçəkmiş şəxs onu sosial şəbəkələrdə təhqir edir. Səbrsiz olub xanıma əl qaldırdığına görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda blogerlik ilə məşğuldur. Təxminən 1 ildir ki, həyat yoldaşı Şahid1 Cümşüd oğlu Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 6 ünvanında yerləşən “Azart Auto” adlı servisi icarə əsasında işlədir. Təqsirləndirilən şəxs həyat yoldaşı Arifin əvvəllər sinif yoldaşı olduğu üçün aralarında yaxın münasibət olmuşdur. Elxan ilə həyat yoldaşı Arif şərik olaraq bu servisdə işləməyə başlamışlar. O da bloger olduğu üçün servisi sosial şəbəkələrdə paylaşaraq reklam etmişdir. Həyat yoldaşı ilə birlikdə servisdən çıxmağa qərar vermişlər. Elxan da servisin adını dəyişərək “Xan Auto” qoymuşdur. Bu zaman o və həyat yoldaşı divarda onlara məxsus olan loqoları silmək istədikdə Elxan bununla razılaşmayaraq loqoları silməyə icazə verməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə servisin içərisində masada əyləşərək o, Arif və Elxan oturaraq bu məsələni müzakirə etdikdə Elxana divarda olan rəsmləri siləcəyini bildirən zaman o rəsmlərin silinməyəcəyini demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elxan polis çağıracağını bildirdikdə onunla razı olduğunu bildirib ayağa qalxan zaman anidən Elxan ayağa qalxaraq üzərinə gəlib əli ilə sifət nahiyəsinə vurmuş, vurduqdan sonra saçından tutaraq nalayiq ifadələr işlədərək baş nahiyəsinə vurmuşdur. Sonradan həyat yoldaşı Arif onları ayırmağa çalışan zaman Elxan yenidən əli ilə sifət nahiyəsinə sillə ilə vurmuşdur. Bir qədər sonra servisdə işləyən işçilər gələrək onları ayırmışlar. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi övladları ilə hədələməmişdir. Təqsirləndirilən şəxs ondan heç bir üzr istəməmiş, qadına şiddət göstərmişdir. O, haqqını tələb edir, cəzasını çəksin. Məhkəmə baxışında Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşının yanında onun saçından tutaraq, 3 dəfə üzünə vurmuşdur. Həmin vaxt stol da aşmış, hər şey bir anda olmuş, həyat yoldaşı şokda olmuşdur. Elxan onun yoldaşını da vurmuşdur. Elxan söyüş söyüb təhqir etdikdən sonra həyat yoldaşı onun üzərinə getmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 20 ildən artıqdır ki, Təqsirləndirilən şəxs tanıyır və onunla əvvəldən münasibətləri olmuşdur. 1 ildən artıqdır ki, ünvan 2 ünvanda yerləşən avto servisi Elxanla birlikdə icarə əsasında işlətmişlər. Təxminən 1 aydan artıqdır ki, Elxanla söhbət edən zaman ona çıxmaq istədiyini və başqa yerə köçəcəyini söyləmişdir. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə işlədiyi avtoservisə gəlmiş, avtoservisdə Elxanla oturub söhbət etmək üçün əyləşmişlər. Söhbət edən zaman həyat yoldaşı Zərərçəkmiş şəxs Elxana divarda çəkilmiş rəsmi silməsini bildirən zaman Elxan silməyəcəyini, həmçinin servisdə olan əşyaları aparmayacaqlarını bildirdikdə həyat yoldaşı ilə Elxan arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Elxan ayağa qalxaraq nalayiq ifadələr işlədərək əli ilə həyat yoldaşını vurduqdan sonra o və sonradan gələn işçilər onları ayırmışlar. Mübahisə təxminən 10 dəqiqə ərzində davam etmişdir. Mübahisə zamanı servisdə olan müştərilər və işçilər olduğu üçün hadisəyə şahid olmuşlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 1 ildən artıqdır ki, ünvan 2 ünvanda yerləşən avtoservisdə usta işləyir. xx.xx.2025-ci il tarixdə, saat 20:30 radələrində işdə olan zaman səs-küy gəldiyini eşitmiş, bundan sonra iş yoldaşı Ellazı çağıraraq münaqişə baş verdiyini, yuxarı qalxmasını ona söyləmişdir. Ellazla birlikdə yuxarı qalxan zaman Fatma adlı qadınla Elxan adlı şəxsin münaqişə etdiklərini, münaqişə zamanı Elxanın qadını vurmasını görmüş və yaxınlaşıb onları ayırmışlar. Mübahisə təxminən 10 dəqiqə ərzində davam etmişdir, mübahisə zamanı servisdə olan digər tanımadığı işçilər və müştərilər olduğu üçün hadisəyə şahid olmuşdular. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 1 ildən artıqdır ki, ünvan 2 ünvanda yerləşən avtoservisdə menecer işləyir. xx.xx.2025-ci il tarixdə, saat 20:30 radələrində işdə olan zaman səs-küy gəldiyini eşitmiş, bir qədər sonra iş yoldaşı Vüsal onu çağıraraq münaqişə olduğunu söyləmişdir. Bundan sonra Vüsalla birlikdə servisdə yerləşən ikinci mərtəbəyə qalxan zaman Fatmanın Elxanla münaqişə etdiklərini, münaqişə zamanı Elxanın Fatmanı vurmasının şahidi olmuşlar. Bundan sonra iş yoldaşı Vüsalla birlikdə onları ayırmışlar. Mübahisə təxminən 10 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı servisdə olan digər tanımadığı işçilər və müştərilər olduğu üçün hadisəyə şahid olmuşdular. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 375 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Vət. Zərərçəkmiş şəxs sol yanaq nahiyəsinin və sağ gözaltı nahiyənin hematomaları olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü və xx.xx.2019-cu il təvəllüdlü iki övladı vardır. - məhkəmə baxışında təqdim edilmiş videogörüntülərə baxış zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs avtoservisdə Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu vurması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Xan Auto” adlı avtotəmir servisində əvvəllər həmin servisə şərik olan Şahid1 arvadı Zərərçəkmiş şəxs tərəfindən servisin keçmiş adını və loqosunu divarlardan silmək istəyini bildirməsi səbəbilə mübahisə etmişdir. Sonradan onun hərəkətləri ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərək ictimai yer olan həmin avtotəmir servisində digər işçilərin və müştərilərin narahatçılığına səbəb olmaqla servisin normal iş fəaliyyətini pozaraq Zərərçəkmiş şəxs sifət nahiyəsindən iki dəfə əli ilə vuraraq, eyni zamanda saçından tutub dartmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol yanaq nahiyəsinin və sağ gözaltı nahiyənin hematomaları xəsarətlərini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onu təhqir etməsi və övladları ilə hədələməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğuna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir. Buna görə də, məhkəmə hesab edir ki, ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-377/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-377/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver