Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-379/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr, ev 54, mənzil 11-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, V.Əliyev küçəsi, ev 8-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanının yaxınlığında tanışı X3 10 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,226 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhər Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs kimi saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin inzibatı binasına gətirilmiş, idarədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,226 qram qəhvəyi rəngli toz şəkillə maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Nizami rayonu, B.Nuriyev küçəsində olmuş, həmin vaxt uşaqlıq dostu olan Emin İsaxanlı ilə rastlaşmışdır. Emin İsaxanlı da narkotik vasitə istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Nizami rayonu, B.Nuriyev küçəsi 10 ünvanının yaxınlığında Eminlə birlikdə, tanımadığı şəxsdən hərəsi bir büküm narkotik vasitəni 10 manat müqabilində almışlar. Bundan sonra Eminlə ayrılmışlar və ayrı-ayrı istiqamətlərdə getmişlər. Elə bu zaman saat 20:00 radələrində Nizami rayonu, B.Nuriyev küçəsi 10 ünvanının qarşısında olduğu zaman üç nəfər mülki geyimdə polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-nə getməyini təklif etmişlər. O da həmin şəxslərlə Nizami RPİ-nə getmişdir. İdarədə ona bildirmişlər ki, üzərində narkotik maddə olmasında şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib vəkil dəvət etmişlər. Müdafiəçi1 adlı vəkil gəldikdən sonra onun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra əynində olan cins şalvarının sağ yan kiçik cibində saxladığı 1 ədəd şəffaf polietilenə bükülmüş bükümü masanın üzərinə qoyaraq bükümün içərisindəki spesifik iyə malik olan maddənin “Heroin” olduğunu, əvvəllər tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində heroin olan 01 (bir) ədəd bükümü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. Hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs və Emin İsaxanlının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emin İsaxanlı və Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında saxlanılmış və həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, Nizami RPİ-nə dəvət etmişlər. Emin İsaxanlı və Təqsirləndirilən şəxs onlara etiraz etməyərək birlikdə Nizami RPİ-nə gəlmişlər. Daha sonra təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirildikdə qəhvəyi rəngli toz şəkilli kütlənin olması müəyyən edilmişdir. həmin heroini 10 aprel 2022-ci il tarixdə tanışı Emin İsaxanovla birlikdə Zamik adlı şəxsdən hər biri 10 manat sonuncuya verməklə bir bükümdə narkotik vasitə olan heroini özü, bir bükümü isə Emin İsaxanlı almış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs götürülən 1 ədəd şəffaf polietilen sellofana bükülmüş narkotik maddə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 ədəd bağlamada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış aparılmasına dair təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol şəxsi axtarışda iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid Nizami RPİ-nin CAŞ-nın inspektoru, polis serjantı Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Nizami RPİ-nin CAŞ-nın inspektoru, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, X7 və Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdən etibarən xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, həmin şəxslərlə aralarında hər hansı münasibət, habelə ədavət və düşmənçilik yoxdur. 10 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Emin İsaxanlının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında NMB-nin əməliyyat müvəkkili Şahid1 idarə rəisinə raportla məruzə edərək təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etdikdən sonra Emin İsaxanlı və Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanmasından ötrü Şahid1 rəhbərliyi altında Nizami RPİ-nin NMB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 aprel 2022-ci il tarixdə, saat 20:00-da saxlanılaraq Nizami RPİ-nə gətirilmiş ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində 0,226 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd olunan tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emin İsaxanlı və Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında saxlanılmış və həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb sonuncuları müvafiq araşdırma aparılması məqsədi ilə Nizami RPİ-nə dəvət etmişlər. Emin İsaxanlı və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Nizami RPİ-nə gəlmişlər. Nizami RPİ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması TŞ-nin baş təhqiqatçısı, polis mayoru Emil Hacıyevə həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı sonuncu ona təqdim olunmuş vəkillərin siyahısından Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsini istədiyindən sonuncu dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış «Samsung» markalı videokameradan istifadə olunmaqla bu barədə iştirakçılar xəbərdar edildikdən sonra həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirildikdə qəhvəyi rəngli toz şəkilli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümdə narkotik vasitə heroindir, həmin heroini 10 aprel 2022-ci il tarixdə tanışı Emin İsaxanovla birlikdə Zamik adlı şəxsdən hər biri 10 manat sonuncuya verməklə bir bükümdə narkotik vasitə olan heroini özü, bir bükümü isə Emin İsaxanlı almış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs götürülən 1 ədəd şəffaf polietilen sellofana bükülmüş narkotik maddə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 ədəd bağlamada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış aparılmasına dair təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol şəxsi axtarışda iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Protokol tərtib edilərkən iştirakçılar, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid Nizami RPİ-nin CAŞ-nın inspektoru, polis baş leytenantı Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 istintaqda Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2024 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 162” dairəvi möhür əksi və “...imzalar” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfin içərisində kağız bükümdəki təmiz çəkisi – 0,226 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir ( heroinin təmiz çəkisi 0,226 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq-0,176 qram) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 3225 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Beləliklə, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 ay (yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 ay 28 gün (altı ay 28 gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam», “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat (doxsan) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.176 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 90(doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-379/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-379/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver