Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-379/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1981-ci ildə Laçın rayonu, Bülüldüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən 12 fevral 2022-ci ildə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, Laçın rayonu, Bülüldüz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Xutor yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 fevral 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanında yerləşən «Köşk» adlı siqaret mağazasına gəlib, mağazaya bitişik olan tikilinin arxa tərəfində olan qapısının üst hissəsindəki lambirin materialını qopararaq həmin tikiliyə qanunsuz daxil olduqdan sonra mağazanı həmin tikili ilə ayıran şüşəli yeri sağ yumruğu ilə vurub sındıraraq mağazaya qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 3 manat 26 qəpik, ümumi dəyəri 489 manat olan 150 ədəd “W XStyle Silver” markalı siqaret qutusu, hər birinin dəyəri 3 manat 26 qəpik, ümumi dəyəri 163 manat olan 50 ədəd “W XS Silver” markalı siqaret qutusu, hər birinin dəyəri 3 manat 80 qəpik, ümumi dəyəri 163 manat 40 qəpik olan 43 ədəd “Sob KS White” markalı siqaret qutusu, hər birinin dəyəri 3 manat 80 qəpik, ümumi dəyəri 152 manat olan 40 ədəd “Sob KSSS White” markalı siqaret qutusu, hər birinin dəyəri 3 manat 60 qəpik, ümumi dəyəri 540 manat olan 150 ədəd “X3” markalı siqaret qutusu, hər birinin dəyəri 2 manat 80 qəpik, ümumi dəyəri 560 manat olan 200 ədəd “LD Comp White” markalı siqaret qutusu, dəyəri 2 manat 90 qəpik, ümumi dəyəri 118 manat 90 qəpik olan 41 ədəd “LD Club Platinum” siqaret qutusu, hər birinin dəyəri 2 manat 50 qəpik, ümumi dəyəri 625 manat olan 250 ədəd “Winch KSSS Silver” siqaret qutusu, hər birinin dəyəri 2 manat 40 qəpik, ümumi dəyəri 110 manat 40 qəpik olan 46 ədəd “X2” siqaret qutusu, hər birinin dəyəri 3 manat 80 qəpik, ümumi dəyəri 418 manat olan 110 ədəd “Kent 4” nazik siqaret qutusu, hər birinin dəyəri 2 manat 20 qəpik, ümumi dəyəri 165 manat olan 75 ədəd “Maqna Argo” siqaret qutusunu, mağazada piştaxtanın üzərində olan 1 ədəd 50 manat, 2 ədəd 20 manat, 4 ədəd 10 manat, 5 ədəd 5 manat, 15 ədəd də 1 manatdan ibarət, ümumi 170 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 3674 manat 70 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, təxminən 2015-ci il tarixdə oğurluq etdiyi üçün həbs olunmuş və 2018-ci ilin sonlarında həbsdən azad olunmuşdur. Bundan sonra özünü dolandırmaq üçün gündəlik işlərdə çalışmağa başlamışdır. 2023-cü ilin yanvar ayında Nərimanov RPİnin 17-ci PB-nin inzibati binasının arxa hissəsində həyət evləri olan ərazidə nömrəsini bilmədiyi evdə kirayədə qalmışdır. Həmin vaxtlar adını çəkdiyi binanın Nərimanov RPİ-nin 17-ci PB-nin inzibati binası olmasını bilməmişdir. Bunu sonradan öyrənmişdir. Həmin vaxtlar iş tapmadığı üçün pulu olmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 03 radələrində Nərimanov RPİ-nin 17-ci PB-nin inzibati binasının qarşısında, yolun digər tərəfində piyada hərəkətdə olarkən orada bir yüngül konstruksiya ilə tikilmiş üzərində “Köşk” yazılmış mağaza görmüşdür. Həmin mağazanın ətrafını dolanan zaman onun ətrafının bəzi yerlərinin tez qırılan plastik hissələrlə (lambirin) bağlanmasını müşahidə etmiş və ətrafda da kimsənin olmadığını görüb oraya daxil olmağın asan olması səbəbindən mağazanın arxa plastik və şüşəli qapısının üst hissəsindəki plastik hissələri (lambirin) qoparıb oradan mağazanın yan tikilisinə daxil olmuşdur. Həmin yerdə lazımsız kimi görünən əşyalar yığılmış və o da onlara əl vurmadan mazağanı həmin tikilidən ayıran divar və şüşəli yeri görmüşdür. Həmin şüşəli yeri sağ əli ilə yumruq vurmaqla sındırmışdır. Bu zaman sağ əli kəsilmiş və əlindən qan axa-axa şüşəli yerdən digər tərəfdəki piştaxtın önünə yığılmış siqaretləri elə oradan götürdüyü sellofan paketlərə yığmağa başlamışdır. Həmin şüşəsini sındırdığı yer balaca olmuş və həmçinin şüşələrin də sınmamış bəzi yerlərinin olması ehtimalını düşünüb sındırdığı yerdən mağazaya keçməmişdir. Bundan başqa orada həmin piştaxtın üzərində qabın içində nağd pul (bir ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, qalanları 10, 5 və 1 manatlıq olan) olmasını görmüş və onları götürüb cibinə qoymuşdur. Oradan mağazaya keçə bilmədiyi üçün sınmış şüşəli yerdən əli çatan yerlərdəki müxtəlif adda siqaretləri təxminən 6-7 ədəd sellofan paketə yığıb, mağazaya bitişik həmin tikilinin qapısının üst hissəsindəki yerdən, yəni içəriyə daxil olduğu yerdən çıxıb oradan getmişdir. Evə gedib oğurladığı pulları sayarkən 170 manat nağd pul, siqaretləri sayarkən isə 462 ədəd müxtəlif adda siqaretlər olmasını müəyyən etmişdir. Həmin siqaretlərin dəqiq neçə ədədinin hansı adda siqaret olmasını yadında saxlamasa da ümumilikdə 462 ədəd siqaret olması dəqiq yadındadır. Oğurlandığı siqaretlərin çoxu “blok” halında olmuş və həmin siqaretləri dəqiq xatırlamadığı üçün bir və ya iki ədəd sellofan paketə yığıb həmin gün səhər saatlarında Bərdə rayonuna getmişdir. Həmçinin oğurluq edərkən spirtli içkinin təsiri altında olmuşdur. Bərdə rayonuna çatarkən saat təxminən 12 radələri olmuş və o, oğurladığı siqaretləri Bərdə rayonunda avtovağzalının yaxınlığındakı siqaret satılan mağazaya, tanımadığı şəxsə verib, ona həmin siqaretlərin özünə məxsus olmasını, Bakı şəhərindən dostundan göndərilməsini, narahat olmamasını, oğurluq siqaretlər olmamalarını və onları ucuz qiymətə satmaq istədiyini demişdir. Satıcı da anladığı qədəri ilə orada oğlu ilə birlikdə işləmiş və o, siqaretlərə baxıb, onların hərəsini topdan satış qiymətindən 20 qəpik aşağı qiymətə ala biləcəyini demişdir. O da razılaşmış və satıcı siqaretləri özü sayıb, özü də qiyməti hesablayaraq son olaraq ona həmin siqaretləri 1030 manata alacağını demişdir. O da razılaşmış və siqaretləri ona verib 1030 manat pulunu alıb elə oradan da yenidən taksi ilə Bakı şəhərinə gəlmişdir. Həmin pullarla kirayə qaldığı evin pulunu, borclarını vermiş və qalan pulları da bir müddət zəruri xərclərinə sərf edib bitirmişdir. Bundan sonra o, kirayə qaldığı evi dəyişmiş və müxtəlif yerlərdən dəmir toplayaraq satmaqla məşğul olmağa başlamışdır. 25 mart 2023-cü il tarixdə isə polis əməkdaşları onu həmin oğurluq hadisəsində şübhəli olduğu üçün saxlayıb polis idarəsinə gətirmişlər. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş ziyanı tam ödəyərək onunla barışıq əldə etməsini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3-4 aydır ki, ünvan 1 ünvanında yerləşən siqaret satılan köşkü icarəyə götürərək işlətmişdir. O, hər ayın sonu və ya ayın əvvəli haqq hesab edərək mağazada qalan malları və alacağı malları müəyyən edir. 01 fevral 2023-cü il tarixdə mağazanı bağlayıb getməmişdən əvvəl mağazasında qalan malları və siqaretlərin sayını müəyyən etmişdir. Həmin vaxt mazağasında 3591 manat dəyərində müxtəlif adda siqaretlər olmuşdur. xx.xx.2023-cü səhər saatlarında mağazaya gələrkən orada mağazasına bitişik yerin qapısının üst hissəsinin plastik materialla (lambirin) örtülmüş yerinin sındırılmaqla həmin köməkçi hissəyə naməlum şəxsin daxil olaraq, oradan da onun mağazasını ayıran şüşəli yerin sındırılmaqla siqaretlərinin oğurlanmağını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və həyəcanlı olduğu üçün mağazasından “su”ların da oğurlanmasını desə də faktiki mağazasından su oğurlanmamışdır. Həmçinin piştaxtın üzərindən 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, 5 ədəd 5 manatlıq, 15 ədəd də 1 manatlıq, ümumi 170 manat nağd pulunun oğurlanmasını görmüşdür. O, mağazada qalan siqaretlərə baxarkən dağınıq halda 7 ədəd Sob KS White, 9 ədəd LD Club Platinum və 14 ədəd X2 siqaretin qalmasını müəyyən etmişdir. Həmin siqaretlərin də “Sob KS White”nın bir ədədinin qiyməti 3,80 manat olduğu üçün 26,60 manat, “LD Club Platinum” siqaretinin bir ədədinin qiyməti isə 2.90 manat olduğundan 26,10 manat, “X2” siqaretinin bir ədədinin qiyməti isə 2.40 manat olduğundan 33,60 manatdır. 3591 manat ümumi siqaretin qiymətindən 86 manat 30 qəpik çıxdıqda isə 3504 manat 70 qəpik ona oğurlanmış siqaretlərə görə, 170 manat isə nağd şəkildə, ümumilikdə 3674,70 manat maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxs P.H.Həmidov, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, buna görə də təqsirləndirilən şəxslə barışdığını və sonuncudan hər hansı şikayətinin və tələbinin olmadığını bildirmiş, göstərdiklərinin nəzərə alınmağını xahiş etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 02 fevral 2023-cü il tarixli protokoldan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanıdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 mart 2023-cü il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq etməklə oğurluq etdiyi köşkü, oraya daxil olduğu yeri, oğurladığı siqaretlərin yerini göstərmiş və bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23\321R nömrəli məhkəmə-molekulyar-genetik ekspertiza rəyində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarəyə işlətdiyi köşkdə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 01 ədəd qan nümunəsi Təqsirləndirilən şəxs (xx.xx.1981 Laçın r.) məxsusdur, (eyni yumurta əkizi istisna olmaqla). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 aprel 2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən 12 fevral 2022-ci ildə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru Nicat Bayramovun xx.xx.2023-cü il tarixli, 21-1/3-20844-20 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 1(011)-284/2021 saylı hökmü xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Məhkum Təqsirləndirilən şəxs “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən xx.xx.2022-ci ildə Penitensiar Xidmətin 7 saylı X1 Müəssisəsindən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Əlavə cəzanın əvvəli xx.xx.2022-ci il, əlavə cəzanın sonu xx.xx.2024-cü il tarixə hesablanmışdır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-1-ci maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, ona təyin edilmiş əlavə cəzanı çəkib qurtarmamış Təqsirləndirilən şəxs hazırkı cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.4, 67.1 və 67.5-ci maddələri tətbiq edilməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və bu zaman Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş 10 ay 17 gün hissəsi bu hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilməli və azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 18 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 mart 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti 02 iyun 2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin 02 iyun 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasınadək təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş, 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş 10 ay 17 gün hissəsi bu hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə toplanarkən, müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 19 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 114 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.4, 67.1 və 67.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş 10 ay 17 gün hissəsi tam birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 10 (on) ay 17 (on yeddi) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) ay 17 (on yeddi) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 19 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 114 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-379/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-379/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver