Məhkəmə qərarları › İş №1(007)-38/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-38/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-38/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və X2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs1 Məhərrəməli oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsi, ev 33A/3 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1994-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4a yaşayan, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12.06.2020-ci il tarixdə saat 17 radələrində işlədiyi ünvan 6 ünvanında yerləşən “Gastrobar” kulinariya mağazasında, kassirin sanitar qovşağa getməsindən istifadə edərək piştaxtanın üzərində olan kassa aparatının aşağı hissəsində yerləşən, saxlanc yeri hesab olunan rəfi üzərində olan açarla açıb, xanalarda olan müxtəlif əskinazlardan ibarət ümumilikdə 1025 manat nağd pulu gizli olaraq talayaraq mağazanın müdiri Zərərçəkmiş şəxs2 ümumilikdə 1025 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24.07.2020-ci il tarixdə saat 09 radələrində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat verməsi üçün Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 7 ünvanında yerləşən “Az-Qranata” firma mağazasının qarşısında dayanmış, o isə həmin mağazanın açıq olmasından və mağaza sahibinin çölə çıxaraq avtomobilinə yaxınlaşmasından istifadə edib mağazaya daxil olaraq kassa aparatının qoyulduğu dolabın üstündən, Zərərçəkmiş şəxs1 məxsus içərisində 550 manat nağd pul, bir ədəd 300 manat dəyərində “Samsung A3” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olan əl çantasını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 850 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Şahbazlı X1 İbrahim Abil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24.07.2020-ci il tarixdə saat 09 radələrində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat verməsi üçün Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 7 ünvanında yerləşən “Az- Qranata” firma mağazasının qarşısında dayanmış, Təqsirləndirilən şəxs2 isə həmin mağazanın açıq olmasından və mağaza sahibinin çölə çıxaraq avtomobilinə yaxınlaşmasından istifadə edib mağazaya daxil olaraq kassa aparatının qoyulduğu dolabın üstündən, Zərərçəkmiş şəxs1 məxsus içərisində 550 manat nağd pul, bir ədəd 300 manat dəyərində “Samsung A3” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olan əl çantasını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 12.06.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən "Gastrobar" kulinariya mağazasına gələrək iş axtardığını bildirmiş, mağazanın sahibi Zərərçəkmiş şəxs2 onu fəhlə kimi, işləri öyrənmək üçün işə götürmüşdür. Həmin gün saat 17:40 radələrində mağazanın kassirinin sanitar qovşağa getdiyini və mağazada ondan başqa digər şəxsin olmadığını görüb kassanın aşağı hissəsində olan pulların toplandığı rəfi açmış, xanalarda olan müxtəlif əskinazlardan ibarət ümumilikdə 1025 manat nağd pulu götürərək əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra əynində olan önlüyü çıxarıb sellofan torbaya qoymuş və mağazanı tərk edərək oradan uzaqlaşmışdır. 24 iyul 2020-ci il tarixdə səhər saat 08 radələrində mağazaya getmək üçün yaşadığı evi tərk etmişdir. Suraxanı rayonu ərazisində 5-6 gün əvvəl tanış olduğu Təqsirləndirilən şəxs1 ilə rastlaşmışdır. Hüseyn ona pul əldə etmək üçün cinayət əməli törətməyi təklif etmişdir. O, əvvəlcə razılaşmasa da, sonradan Hüseyn ilə razılaşmışdır. Bu məqsədlə ikisi birlikdə “Qara Qarayev” metrostansiyasının yaxınlığına gəlmişlər. Saat təxminən 09:00 radələrində ünvan 7 ünvanında yerləşən “Az-Qranata” firma mağazasının qarşısından keçərkən mağazanın sahibinin mağazadan çıxıb avtomobilinə yaxınlaşdığını görmüşlər. Bir-iki dəqiqə mağazanın sahibinin hərəkətlərini kənardan izləmişlər. Mağazanın sahibi avtomobilinə əyləşib nə isə etmişdir. Hüseyn ona mağazaya daxil olub pulları götürməsini təklif etmişdir. Özü isə mağazanın yaxınlığında dayanıb mağazanın sahibi və ya digər şəxs gələrsə ona məlumat verəcəyini bildirmişdir. O, Hüseynlə razılaşmış, Hüseyn mağazanın yaxınlığında mağazanın sahibinin avtomobilindən bir qədər aralıda dayanmış, o isə mağazaya daxil olmuşdur. Mağazada heç kimin olmadığına əmin olduğundan kassa aparatına tərəf keçmişdir. Kassa aparatının qarşısında olarkən dolabın üzərində tünd qəhvəyi rəngli əl çantasını görmüşdür. Həmin əl çantasını götürərək içərisinə baxmadan əynində olan cins şalvarının sağ arxa cibinə qoyub dərhal mağazanı tərk etmişdir. Mağazadan başqa heç nə götürməmişdir. Mağazadan çıxan kimi avtomobillərin arasından keçib qaçaraq oradan uzaqlaşmışdır. Hüseyn də onun arxasınca qaçaraq gəlmişdir. “Qara Qarayev” metrostansiyasının yaxınlığında taksi saxlayıb Qaraçuxur qəsəbəsinə yollanmışlar. Qaraçuxur qəsəbəsinə çatdıqda o, oğurladığı əl çantasını çıxarıb içərisindən 6 manat götürüb gediş haqqını sürücüyə vermişdir. Avtomobildən düşdükdən sonra o, cibində olan əl çantasını çıxarıb Hüseyn ilə birlikdə çantanın içərisinə baxmışlar. Əl çantasının içərisində 520 manat nağd pul, bir ədəd “Samsung A3" markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olmuşdur. Hüseyn mobil telefonunun olmadığını bildirərək telefonu istəmiş, mobil telefonu Hüseynə vermişdir. Çantada olan pulu aralarında bölüşdürmüşlər. Hüseyn əl çantasını da ona verməsini demiş, o, əl çantasını Hüseynə vermişdir. Hüseyn telefonu və pulu əl çantasının içərisinə qoyub əlində saxlamışdır. Bir neçə metr oradan aralandıqda ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb karantin rejimi ilə əlaqədar sənədlərini tələb etmişlər. Hüseyn və o, sənədlərini polis əməkdaşlarına təqdim etmişlər. Polis əməkdaşları icazələrinin olmadığını müəyyən etdikdən sonra onlara cərimə yazacaqlarını demişlər. Söhbət zamanı polis əməkdaşları Hüseynin əlinin üzərində xəsarət olduğunu və hər ikisinin tərlədiyini görərək onlardan şübhələnib Hüseynin əlində saxladığı əl çantasının kimə məxsus olduğunu soruşmuşlar. Hüseyn əl çantasını açdıqda polis əməkdaşları Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqələrini və mobil telefonu görmüşlər. Polis əməkdaşları onları Suraxanı RPİ-nin 32-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində mağazadan oğurladığı əl çantasını telefon, sənədlər və pullar ilə birlikdə tam olaraq polis əməkdaşlarına təhvil vermişlər. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti yoxdur. Əməlindən peşmandır. Anası ağır xəstə olduğundan, maddi imkanı ağır olduğundan məcbur olub oğurluq etmişdir. Atası 2-ci qrup əlildir. Məhkəmədən ailə vəziyyətini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 24 iyul 2020-ci il tarixdə səhər saat 08:30 radələrində Suraxanı rayonu ərazisində 5-6 gün əvvəl tanış olduğu Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. O, İbrahimə pul əldə etmək üçün cinayət əməli törətməyi təklif etmişdir. İbrahim əvvəlcə razılaşmasa da sonradan onunla razılaşmışdır. Bu məqsədlə ikisi birlikdə “Qara Qarayev” metrostansiyasının yaxınlığına gəlmişlər. Saat təxminən 09:00 radələrində ünvan 7 ünvanında yerləşən “Az-Qranata” firma mağazasının qarşısından keçərkən mağazanın sahibinin mağazadan çıxıb avtomobilinə yaxınlaşdığını görmüşlər. Bir-iki dəqiqə mağazanın sahibinin hərəkətlərini kənardan izləmişlər. Mağazanın sahibi avtomobilinə əyləşib nə isə etmişdir. O, İbrahimə mağazaya daxil olub pulları götürməsini təklif etmişdir. Özü isə mağazanın yaxınlığında dayanıb mağazanın sahibi və ya digər şəxs gələrsə ona məlumat verəcəyini bildirmişdir. İbrahim onunla razılaşmış, o, mağazanın yaxınlığında mağazanın sahibinin avtomobilindən bir qədər aralıda dayanmış, İbrahim isə mağazaya daxil olmuşdur. Bir neçə dəqiqə keçmiş İbrahim mağazadan çıxıb avtomobillərin arasından keçib qaçaraq oradan uzaqlaşmışdır. O da İbrahimin arxasınca qaçmışdır. “Qara Qarayev” metrostansiyasının yaxınlığında taksi saxlayıb Qaraçuxur qəsəbəsinə yollanmışlar. Qaraçuxur qəsəbəsinə çatdıqda İbrahim oğurladığı əl çantasını çıxarıb içərisindən 6 manat götürüb gediş haqqını sürücüyə vermişdir. Avtomobildən düşdükdən sonra İbrahim cibində olan əl çantasını çıxartmış və birlikdə çantanın içərisinə baxmışlar. Əl çantasının içərisində 520 manat nağd pul, bir ədəd “Samsung A3” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olmuşdur. O, mobil telefonunun olmadığını bildirərək telefonu istəmiş, İbrahim mobil telefonu ona vermişdir. Çantada olan pulu aralarında bölüşdürmüşlər. O, İbrahimə əl çantasını da ona verməsini demiş, İbrahim əl çantasını ona vermişdir. O, telefonu və pulu əl çantasının içərisinə qoyub əlində saxlamışdır. Bir neçə metr oradan aralandıqda ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb karantin rejimi ilə əlaqədar sənədlərini tələb etmişlər. İbrahim və o, sənədlərini polis əməkdaşlarına təqdim etmişlər. Polis əməkdaşları icazələrinin olmadığını müəyyən etdikdən sonra onlara cərimə yazacaqlarını demişlər. Söhbət zamanı polis əməkdaşları əlinin üzərində xəsarət olduğunu və hər ikisinin tərlədiyini görərək onlardan şübhələnib əlində saxladığı əl çantasının kimə məxsus olduğunu soruşmuşlar. O, əl çantasını açdıqda polis əməkdaşları Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, mobil telefonu görmüşlər. Polis əməkdaşları onları Suraxanı RPİ-nin 32-ci PŞ-nə dəvət etmişlər. Əməlindən peşmandır. Məhkəmədən əməliyyat olunmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İşi ilə əlaqədar məhkəməyə gələ bilmədiyindən məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 12.06.2020-ci il tarixdə saat 17:41-də müdiri olduğu “Gastrobar” kulinariya mağazasının kassasından 1025 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Mağazada quraşdırılmış nəzarət-müşahidə kameralarının görüntülərinə baxış keçirən zaman kassada olan pulların həmin gün işçi kimi işə götürdüyü Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını müəyyən etmişdir. Əvvəlcə İbrahimin cinayət məsuliyyətinə cəlb olunmağını istəmədiyindən hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. İbrahim ilə danışıb oğurladığı pulları geri qaytarmasını bildirmişdir. İbrahim törətdiyi əməli etiraf etmiş və bir neçə günə oğurladığı pulları tam olaraq qaytaracağına söz vermişdir. Lakin İbrahim onun sözlərinə məhəl qoymayıb vədinə əməl etməyərək oğurladığı pulları geri qaytarmadığından o, hadisə barədə ərizə ilə Nəsimi RPİ-nin 22-ci PŞ-nə müraciət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qarşı şikayəti yoxdur. Məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə köməklik edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, təxminən 15 il olar icarə əsasında ünvan 7 ünvanında yerləşən ərzaq mağazasını, hazırda da həmin mağazanı “Az-Qranata” firma mağazası kimi işlədir. 24.07.2020-ci il tarixdə saat 08:30-da mağazanı açdıqdan sonra yolun kənarında saxladığı, etibarnamə əsasında idarə etdiyi “Mitsubishi” markalı avtomobilin qapısını açıq vəziyyətdə saxlayıb salonda təmizlik işləri aparmışdır. Mağazada heç kim olmadığından arabir avtomobilinin içərisindən mağazaya baxmışdır. Təxminən saat 09:00 radələrində avtomobilinin arxa tərəfindən tanımadığı bir oğlanın qaçaraq uzaqlaşdığını görmüşdür. Bir neçə saniyə onun arxasınca baxdıqdan sonra işlədiyi mağazaya daxil olmuşdur. Mağazada heç kim olmamışdır. Piştaxtalarda olan məhsulların səliqəsi pozulmamışdır. Piştaxtalara göz gəzdirdikdən sonra kassa aparatının qoyulduğu dolaba yaxınlaşmışdır. Kassada olan pulları yoxlamışdır. Kassada olan təxminən ümumilikdə 800 manat pulun yerində olduğunu görmüşdür. Bu zaman dolabın üzərinə qoyduğu, içərisində 550 manat nağd pul, bir ədəd 300 manat dəyərində “Samsung A3" markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olan əl çantasının oğurlandığını aşkar etmişdir. Mağazadan digər heç nə oğurlanmamışdır. Bundan sonra mağazadan çıxıb mağazanın ətrafında bir qədər binaların arası ilə qaçmış, heç bir şübhəli şəxs görməmişdir. Oğurlanmış əl çantasında mağazanın açarları da oğurlandığından, qayıdıb mağazanın yanında olan binanın mühafizəçisindən müvəqqəti olaraq qıfıl alıb qapını kilidləyərək idarə etdiyi avtomobil ilə Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, mağazadan oğurluq etmiş şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Mağazadan oğurlanmış əl çantası, ona məxsus şəxsiyyət və sürücülük vəsiqələri, mobil telefon və 544 manat nağd pul polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. 6 manat pul isə xərclənmişdir. İş üzrə Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2015-ci ildən DİO-da, həmin vaxtdan da ÇPA-da xidmət edir. 24 iyul 2020-ci tarixdə polis serjantları Şahid2 və X6 ilə birlikdə Suraxanı rayonu ərazisində xidmət aparan zaman saat təxminən 09:30 radələrində əvvəllər tanımadığı sonradan adlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxslərə yaxınlaşmış və karantin rejimi ilə əlaqədar sənədlərini tələb etmişlər. Həmin şəxslər sənədlərini təqdim etdikdə onların zəruri icazələrinin olmadığını müəyyən etmişlər. Bu səbəbdən də onlara cərimə yazılacağını demişlər. Söhbət zamanı həmin şəxslərdən birinin, yəni Hüseynin əlinin üzərində xəsarət olduğunu və hər iki şəxsin tərlədiyini görərək onlardan şübhələnmişlər. Hüseynin əlində saxladığı əl çantasının kimə məxsus olduğunu soruşmuşlar. Hüseyn əl çantasını açdıqda çantanın içərisində Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqələrini və mobil telefonu görmüşlər. Həmin sənədlərin kimə məxsus olmasını soruşduqda onlar heç bir tutarlı cavab verə bilməmişlər. Şifahi sorğu zamanı hər iki şəxs Nizami rayonu ərazisində yerləşən mağazalardan birindən həmin əl çantasını oğurladıqlarını səmimi etiraf etmişlər. Bu səbəbdən həmin şəxsləri Suraxanı RPİ-nin 32-ci PŞ-nə dəvət etmişlər. Hər iki şəxsi əşyaları ilə birlikdə raportla PŞ-nə təhvil verdikdən sonra xidmətlərinə davam etmək üçün getmişlər. Əlavə olaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir zor tətbiq edilmədiyini qeyd etmişdir. İş üzrə Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 istintaq zamanı Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 24.07.2020-ci il tarixli qərardan görünür ki, “Az-Qranata” firma mağazasından oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 26.07.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 28.07.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 01 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 01.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin dəyişdirilməsi haqqında 01.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 04 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 06.08.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. - cinayət işinə materialın birləşdirilməsi haqqında 18 avqust 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-dən daxil olmuş 22-ci PŞ-də vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material ********* saylı cinayət işinə birləşdirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01.09.2020-ci il tarixli, 9/2868 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “GT-İ9192” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq hazırkı orta bazar qiyməti təxminən 50.00 manat müəyyən olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 11.09.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 14 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında 14.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 15.09.2020-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 18.09.2020-ci il tarixli qəbzdən görünür ki, 544 manat pul, “Samsung A3” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olan əl çantası maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmış, oğurluq hadisəsinin görüntülərinin əks olunduğu 2 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 1025 manat pulunu oğurlaması, bundan başqa Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 850 manat məbləğində əmlakını oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 850 manat məbləğində əmlakını oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 15.10.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 18.11.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.09.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 326.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəza 3 il sınaq müddəti verilməklə şərti tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 28.10.2013-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 15.10.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını, evli olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 24.07.2020-ci il tarixdən 26.07.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2ı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 04.08.2020-ci il tarixdən 06.08.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 18.11.2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 544 manat nağd pul, “Samsung A3” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, əl çantası Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardım 60 iş saatı müddətinə bərabər olduğundan 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı, müdafiəçi X5 tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardım 10 iş saatı müddətinə bərabər olduğundan 60 (altmış) manat (10x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24.07.2020-ci il tarixdən 26.07.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2ı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04.08.2020-ci il tarixdən 06.08.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18.11.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 544 manat nağd pul, “Samsung A3” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, əl çantası Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 360 (üç yüz altmış) manat əmək haqqı, Təqsirləndirilən şəxs1 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 60 (altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar