Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-381/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, xüsusi ittihamçı X5, barəsində şikayət verilmiş X3 iştirakları ilə, xüsusi ittihamçı X5, barəsində şikayət verilmiş X6 qarşı xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X13, barəsində şikayət verilmiş X6 qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26.06.2021-ci il tarixdə sosial şəbəkədə yoldaşı ilə söz-söhbəti olduğu üçün qəmli video paylaşmışdı və həmin videoya medyummelek2021 profili ilə bir xanım rəy yazaraq falçı olduğunu və fala baxdığını bildirdi və ona pulsuz fala baxacağını deyərək Whatsapp nömrəsini götürdü, orada danışdılar, ona səs atdı, səs başlayanda qardaş deyərək müraciət edirdi, səs yazısına diqqətlə qulaq asdıqda guya yoldaşını yanına qaytaracağını bildirdi, daha sonra o, səs atdıqda bu duanın 100 150 manata yazdığını bildirdi və söz verirdi ki, yoldaşını sənin yanına geri qaytaracam və yoldaşının, özünün, o cümlədən övladının şəkillərini istədi, o da atdı və bir necə gün sonra dedi ki, yazdığı duanı gəlib götürərsən, lakin 100 manat pul, lobya və digər kənd məhsulları da verərsən. O, hal-hazırda imkanı olmadığını bildirdi, o isə bildirdi ki, nəyə gücün çatır, onu verərsən və adını, harada yaşadığını soruşduqda bildirdi ki, adı X7r, Nizami rayonu, Xalqlar dostluğu, Elşən Süleymanov 148A ünvanında yaşayır və ona dedi ki, telefon işlətdiyini, fala baxdığını əri bilmir və ərindən boşandığını bildirdi, ona dedi ki, Xalqlar dostluğunda binaların yanına gəl və duanı uşaqla göndərir və dedi ki, imkanın olanda mənə kənd məhsulları göndərərsən. O, həmin şəxsin dediyi əraziyə getdi, maşın düzəldən yerin yanından Siyaqut şadlıq evinin yanından qalxdı, duanı uşaq gətirib verdi və o, qayıtdı. Üzərindən 1 gün keçdikdən sonra zəng etdi. Onu da əlavə edir ki, ancaq Whatsapp zəngi vasitəsi ilə danışırdılar, zəng edib danışanda bildirirdi ki, əri onu təmin etmir, əri ona baxmır, geyim almır, uşaqlara baxmır. O, sual verdi ki, deyirdin axı ərimlə boşanmışam, dedi hə, boşanmışam, amma boş ver və 02.07.2021-ci il tarixdə o, zəng edərək bildirdi ki, pul da, dediyin məhsullar da hazırdı, o isə ona bildirdi ki, bu gün cümə günü olduğu üçün əri maşının sideyniklərini yuyub, işə getmir, telefonu gizli işlətdiyim üçün gizlədəcəm və 05.07.2021-ci il tarixdə açacam, məndən xəbər gözlə, 2 gün whatsappa girmədi. 05.07.2021-ci il tarixdə yazdı ki, ərim məni bezdirir və mən boşanacam, sən dediyim məhsuları və pulu 07.07.2021-ci il tarixdə göndər. O, həmin tarixdə lobya, halva, bamiya günorta göndərdi, axşama yaxın zəng etdi ki, hələ ki, gəlib çatmayıb və ona 2 saat vaxt verdi ki, hardasa çatsın, əri evə gələcək, götürə bilməcək. O, bir daha dedi ərinə qarşı belə etmə, o isə bildirdi ki, ərim kişi deyil və o da bildirdi ki, mənim şəxsi maşınım deyil, rayondan Bakıya gedən-gələn maşındır, şofer saat 21:00-da karobkanı verdikdən sonra zəng etdi ki, karobkanı uşaqlar götürdü və sağollaşdılar. Yoldaşı anasıgildən gəldi və İlhamə Balaşova ondan tələb etdi ki, yoldaşınla danışım, o, etiraz etdi, təxmini üzərindən 2-3 gün keçdikdən sonra bildirdi ki, bacım cərrahi əməliyyat olunmalıdır, lakin əməliyyata imkanı olmadığını bildirdi. O isə, Təbibdə tanışı olduğunu bildirdi və bacısının əməliyyatı üçün Təbibdə olan dostundan xahiş etdi, lakin X11 bacısı əməliyyat olduqdan sonra bildirdi ki, bacımın əməliyyat olunmasına köməklik etdiyini heç vaxt əri, ya digər qohumlar bilməsin. Bacısı cərrahi əməliyyat olundu və İlhamə Balaşova ona minnətdarlığını bildirdi, onu da qeyd etdi ki, yoldaşınla məni danışdır, mən yoldaşına bir az ağıl verim. Danışanda denən ki, psixoloqdur, əgər danışmasa, məndən incimə sözlərini işlətdi. Yoldaşı danışdı və yoldaşı bildirdi ki, məni və ailəmi narahat etmə. O isə, bu sözə güldü və bir necə gün sonra ona bildirdi ki, mən səninlə sevgili olmaq istəyirəm. O isə, etiraz etdikdə, bildirdi ki, sənə yazıb verdiyim duamda mənə bağlanasan, sevəsən deyə yazmışam. O, duanı tullayacağını bildirdikdə, tullasan cinlər səni rahat buraxmayacaq deyirdi və o da qorxusundan üstündən tullamadı və ona dedi ki, sən razılaş, ya mən boşanacam, mənimlə evlənəcəksən, ya da ki, həyatını dualarla məhv edəcəm. O, bildirdi ki, 1998-ci il təvəllüdlüdür və ailəlidir, İlhamə isə bildirdi ki, övladlarına və qohumlarına deyəcəm ki, sənin 30 yaşın var və hərbiçisən. X21 yaza-yaza durduğu üçün ailəsində söz-söhbət oldu və yoldaşı onunla boşanma qərarına gəldi. 30.09.2021-ci il tarixdə onu özlərinə dəvət etdi, o isə, dəvəti rədd etdi. Ona bildirdi ki, narahat olma, ərimin gmailinə “Cihazımı tap” programı ilə baxıram və buna görə evimdə rahat səninlə görüşə biləcəm. O, yenidən təklifi rədd etdi. Səs yazısından da göründüyü kimi ona bildirdi ki, narahat olma, sən gəl naviqatorla baxacam, ərim gəlsə, səni qonşunun podvalına salacam. Ərim və Mirsaleh adlı oğlum Biləcəridə maşın almağa gediblər dedi və ona 1 saat vaxt verdi və gəlməyəcəyi tədbirdə onu şantaj edəcəyini bildirdi və ona əməl cadu edərək öldürəcəyini dedi. O, qorxusundan Nizami rayonu, Xalqlar dostluğu, Elşən Süleymanov 148A ünvanına getdi, onu həyətə salıb qapını bağladı və səs yazısında da bildirir ki, gəlsə, oğlum Mübariz gələcək və ona da demişəm ki, ruh çağırıram, sən çöldə gözlə. Onu evin girişindən sol tərəfdə yerləşən ağ qapılı otağa apardı, gözlərinə inanmadı, stolun üzərində müxtəlif rəngli şamlar, dini kitablar və kompüterdə isə ərinin yerini görsədən proqramla ərinin harada olduğuna baxırdı. O, İlhamə ilə cinsi əlaqədə olmadı və o həyətdən çıxmaq istədi. Lakin qapını bağlayıb açarı götürmüşdü. O, İlhamə Balaşovaya belə etmə, ərin yazıqdır dedikdə, o, bildirdi ki, ərim oğlum Mübarizi həkimə aparmır, uşağın balacalıqdan problemi var, bəlkə sən aparasan dedi, o isə, etiraz etdikdə, sənin başına oyun acaram dedi və bildirdi ki, oğlum Mübarizə axşam demişəm ki, səni gəlib məktəbdən Murad götürəcək. Gəlib götürəndə müəllimə denən ki, əmimdir cümlələri dedi və ona 1 stəkan çay verdi. O, evdən çıxdı və ona Whatsapp vasitəsi ilə zəng etdi, bildirdi ki, get məktəbə, Mübarizi götür, məktəbdə Mübariz müəllimə deyəcək ki, əmimdir, əgər uşağı oradan götürüb həkimə aparmasan, bax səni şantaj edəcəm, evini yıxacam dedi, o da İlhamənin oğlu oxuyan məktəbə getdi və X1 aşağıdan, mühafizəçi onu direktor yazılan otağa apardıqda X14 vasitəsi ilə ona zəng etdi ki, direktorun katibəsinə telefonu ver, danışım, Elmirə zəng etməsinlər. Direktorun katibəsinə bildirdi ki, uşağı həkimə aparacaq, ona görə uşağa icazə ver və katibə ilə sağollaşdıqdan sonra ona məktəbdə ərizə yazdırdılar ki, həqiqətən də X2 ilə əlaqədar olaraq həkim müayinəsinə gedir. Ərizəni yazdı və İlhamə Balaşova yenidən onu whatsappda yığdı, o, bildirdi ki, bu belə olmaz, ərinə qarşı belə etmə, o isə ona bildirdi ki, mənim bütün zibil işlərimi övladlarım bilir, işlətdiyim nömrə də rəfiqəmin adınadır, sən əgər mən deyənləri etməsən, səni hər kəsin içində başına oyun acacam cümləsi işlətdi. O, məktəbin həyətində gözlədi, Balaşov Mübariz gəldi və onlar Akademik M.Qasımov adına Respublika klinik xəstəxanasına saat 11:30-da getdilər, İlhamə Balaşova ona səs ataraq bildirdi ki, saat 15:00 kimi müayinədən qayıdarsız, çünki Elmir elə bilsin ki, uşaq məktəbdədir. O, Balaşov Mübarizi qeyd etdiyi xəstəxanada nevroloqa və baş EEQ müayinəsindən keçirmiş və saat 14:20-də metro ilə Mübarizi Peşə məktəbinin həyətinə qədər gətirdi, X21 bildirdi ki, Elmir gəlib, içib yatır, telefonu söndürüb gizlədirəm və sağollaşdı. Bir necə gün danışmamaq istədi, X17 səhəri gün zəng etdi, zəng edəndə Aşkım ömrüm cümlələri işlədirdi. O cümlədən balaca oğlu Mirsaleh Balaşov da onunla telefonda danışırdı və ona Şoşi deyərək müraciət edirdi. İlhamə Balaşova onunla danışanda bildirirdi ki, valdeyinləri rəhmətə gedib və qardaşı da rəhmətə gedib, valdeyinlərinin şəkillərini göndərməyə başladı və sonradan öz şəkillərini də göndərdi. Yoldaşı evdə olanda yazırdı və bildirirdi ki, yoldaşım yataq otağındadır, mən isə uşaqların otağındayam. O, deyirdi belə etmə, ərin yazıqdır, deyirdi ərim baxmır, nəvaziş,qayğı görsətmir, uşaqlara baxmır, evə bazarlıq etmir. Bir müddət danışdıqdan sonra isə oktyabr ayının necəsi olduğu tam yadımda deyil, ona bildirdi ki, ərim Rəşad adlı qohumum və balaca oğlumla birlikdə 17.10.2021-ci il tarixdə Fizuli rayonuna nar yığmağa gedəcək, bəlkə bizə gələsən. O, etiraz etdi və yenidən şantajla, o cümlədən digər əməl-cadu ilə hədələdi. Onu da qeyd edir ki, o, Göygöl şəhərində Anama ərazilərin minalardan təmizlənməsi agentliyində mina axtaran kursunda oxuyurdu, ordan da çıxmağının səbəbi İlhamə Balaşova ilə bağlıdır. Çünki dərsdə olanda da tez-tez zənglər edirdi, oxumağa qoymurdu və dərsdə olduğu müddətdə də hər dəqiqə zəng edirdi, ona bildirdi ki, əgər 17.10.2021-ci il tarixdə gəlməsən, ya səni şantaj edəcəm, yada ki, özümü öldürüb səni tutduracam. O, 16.10.2021-ci il tarixdə Göygöl şəhərindən Gəncə şəhərinə, ordan isə avtobusla Bakı şəhərinə gəldi və ona deyirdi ki, Xalqlar Dostluğu metrosunun yanında olanda zəng et. Ora çatanda zəng etdi və özlərinə dəvət etdi, küçələrinə çatanda bildirdi ki, gözlə, qapının qlazokundan çölə baxım, əgər adam olsa, sakit içəri gir. O, çatıb qapını acıb girdi və özü qapını bağladı, ona yemək, kompot süzdü, özü də oturdu və təxmini 5 dəqiqə sonra qapı döyüldü. X19 gəldi, görüşdü və X4 Balaşova bildirdi ki Murada dayı deyərsən və mən Elmirlə boşanıb Muradla evlənəcəm. O, orada əsəbləşəndə Mübarizi ağ qapılı otağa keçirdi ki, keç ora və ona dedi ki, bax, 1998-ci il təvəllüdlü olduğunu uşaqlar bilməsin, guya sənin 30 yaşın var. Onu axşama kimi orada saxladı və o, İlhamə ilə heç vaxt cinsi əlaqədə olmamışdır. X9 danışanı xalası, o cümlədən ərinin dayısı gəlini var, Gülü adlı, onun da məlumatı vardı və İlhamə Balaşova xalasına, o cümlədən Gülü adlı şəxsə bildirmişdi ki, Elmirlə boşanıb Muradla evlənəcəm, xalasına isə yaşını 30 bildirmişdir və deyirdi ki, xalamla danışanda denən ki, 30 yaşım var və hərbidə işləyirəm, onsuz ona heç kim böyüklük edə bilmir. Xalası İmişli rayonunda yaşayır. Bu cümlələri dedikdən sonra bildirdi ki, bax ha, mən deyəndən çıxsan, səni şantaj edəcəyəm və ona bildirdi ki, mənim əlimdə adam öldürmək heç nədir, çünki mən ruhlarım vasitəsi ilə edirəm. Onu qorxudaraq bildirdi ki, 28.10.2021-ci ildə əri Füzuli rayonuna X20 il mərasiminə gedəcək və 27.10.2021-ci il tarixdə axşam saatlarında evdən çıxacaq, onu yenidən dəvət etdi, o, Şəki rayonunda idi, gəlməyəcəyini bildirdi, ona bildirdi ki, övladına əməl edib öldürəcək və deyirdi ki, bax ha, sənə deyirəm, polis, digər dövlət orqanları kişilərin sözünə inanmır, əgər məndən harasa şikayət etsən, səni şərləyəcəm. O, 27.10.2021-ci il tarixdə Şəkidən avtobusla Bakıya getdi və evlərində balaca oğlu Mirsaleh Balaşov var idi, qapını acdı, onu qarşıladı və qapını örtdü, ona cinsi əlaqə təklif etsə də, o, təklifi rədd edirdi. Bir az söhbət etdikdən sonra o, gətmək istədiyini bildirdi, İlhamə isə ona qal, hara gedirsən dedi, o isə qalmayacağını və onu narahat etməməyini bildirdi, ona dedi ki, yaxşı get, amma sabah gəl və məni həkimə apar. 28.10.2021-ci il tarixdə səhər saat 91-0 aralığında ona kompüterlərindən şəkil atdı ki, ərim hələ də Füzuli rayonu Zobucuk kəndindədir. 2 nömrə işlədirdi, 2si də rəfiqəsinin adına idi, sim nömrəsi *** *** ** **, cin nömrəsi isə 055 *** ** ** idi və bir gün scren edib atmışdır ki, cin nömrəsi məşhur türk falçıları olan Mayerizn Mələkləri qrupunun üzvüdür. 25.09.2021-ci il tarixdə isə ona dərman reseptini göndərmişdir ki, ərim almır. 28.10.2021-ci il tarixdə İlhamə Balaşovanın çağırışı ilə onlara getdi. Balaşov Mirsaleh evdə idi və X21 bildirdi ki, ərim hər zaman deyir ki, sən boşansan, qanımı üstünə tökəcəm və buna görə də veşlərimi yığmışam, uşaqları da götürüb xalamın evinə gedəcəm cümlələrini dedi və rəfiqəsini çağırdı ki, mən xəstəxanaya gedirəm, sən Mirsalehlə qalan əşyaları yığ və ona bildirdi ki, sən məndən əvvəl qapıdan çıx. Yenə qapının qlazokundan baxdı və o, çıxdı qabaqda getdi, özü isə arxadan gəlirdi. Peşə məktəbinin həyətində ona arxadan dayan cümləsi dedi və o, dayandı. Ona bildirdi ki, səni əməl-cadularımla ələ almışam və qohumlarıma, o cümlədən bacıma da demişəm ki, Murad hərbçidir və 30 yaşı var. Həm də İmişlidə olan xalası da onunla whatsapp vasitəsi ilə əlaqə saxlayırdı, bildirirdi ki, Elmir İlhaməyə yaxşı baxmır. 28.10.2021-ci il tarixdə X10 Mir Qasımov adına Respublika klinik xəstəxanasına getdilər nevroloq, o cümlədən psixiatr müayinəsindən keçdi və evlərinə geri qayıdanda Xalqlar Dostluğu metrosunda düşdülər, ona bildirdi ki, sən qabaqda get, mən arxadan gəlirəm. Peşə məktəbinin həyətinə kimi belə getdilər və peşə məktəbinin həyətində bildirdi ki, Mirsalehə zəng et, qapıdan baxsın ki, küçədə kimsə var, ya yox. Mirsaleh qapıdan baxıb heç kim olmadığını bildirdi, onlar isə peşə məktəbinin həyətindən qalxdılar evlərinə doğru. Bir az yol getdikdən sonra ona İlhamə bildirdi ki, 2 gündən sonra, yəni 30-u səhər saat 06:00-da övladları ilə birlikdə 3-cü mikrorayon, 3-cü Alatava, mənzil 212A ünvanında yaşayan xalamın evinə gedəcəyəm və qohumlara bəhanə edəcəm ki, guya fala baxırdım, məni tutacaqlar, ona görə evdən çıxıram, əgər mənimlə evlənməsən, səni şantaj edəcəyəm. Evə getdilər, rəfiqəsi çay süzdü, içdilər, sonra isə İlhamə xalası qızı ilə danışdı və ərinin telefonuna nəsə olduğu üçün Füzuli rayonundan çıxıb-çıxmadığını bilmək üçün İlhamə Mirsalehə dedi ki, rəfiqəsinin nömrəsi ilə Mübarizə zəng etdi ki, hardasız, gəlirsiz, yoxsa yox. O da təzə çıxdıqlarını bildirdi və o, yemək də yeyib çıxıb getdi. Lakin rəfiqəsi bildirdi ki, burada oturacam, sən get, o, çıxıb getdi. 30.10.2021-ci il tarixdə səhər saat 06:50-də ona İlhamə yazdı ki, mən uşaqlarla çıxıram və dediyim ünvana gedirəm, xalasının ünvanına getdi və təxmini saat 10:30-da ona zəng edərək bildirdi ki, Elmir zəng edib ki, uşaqları aparmağa gəlirəm və ona bildirdi ki, xalam qızına zəng et, denən ki, xalam da evdə yoxdur, qızlar da işə gedib, Elmir gələcək, evdə tək olacam. O, xalası qızına yazdı və xalası qızı ona səs atdı ki, İlhaməyə denən uşaqları başa salsın ki, Elmir gəlsə, desin ki, biz anamızı istəyirik, həmin səs yazısı indi də onda durur. O, səsi İlhaməyə göndərdi, İlhamə xalasıgildə olanda onunla danışırdı, xalası soruşanda deyirdi ki, bacımla danışıram və İlhamə xalasının evində ünvan 2 ünvanında 2 gün qaldı, həmin 2 gün ərizində onun rəfiqəsi ona səs atmışdır ki, İlhamə ilə danışmaq istəyirəm və İlhamənin onunla danışmaq istəmədiyini bildirdi və ona İlhamə barəsində səs atdı ki, sən İlhaməni yaxşı tanımırsan, o səndən əvvəl də 1 evli kişi ilə danışıb və öz ərinin qohumu ilə sevgili kimi danışıb. O, bu sözləri İlhaməyə dedi və onu da dedi ki, İhamə məndən əvvəl 2 nəfəri zibilə salmısan, məni zibilə salma, dedi balalarımın canına and olsun ki, səninlə evlənmək fikrindəyəm. Sonra İlhamənin xalası qızı İlhamənin rəfiqəsinə səs atdı ki, İlhaməni narahat etmə və yenidən rəfiqəsi ona səs ataraq bildirdi ki, o, məndən istifadə edib, mənə gül vermişdi ki, sevdiyin oğlana qovuşacaqsan və budu bədə düzəltmişdi. Rəfiqəsinin də ona göndərdiyi səs yazısı onda durur. 31.09.2021-ci il tarixdə İlhamə ona zəng edərək bildirdi ki, kirayə ev tutmalıyıq və sən də mənimlə qalmalısan. O, yenidən etiraz etdi və o, dedi ki, xalama demişəm ki, fala baxdığım klentin evində qalacağam. Məni həmin ünvana küçənin giriş hissəsinə dəvət etdi və onlar birlikdə kirayə axtarmağa getdilər. O, İlhaməyə yolda bildirdi ki, məni qorxu içərisində saxlayırsan, belə etmə, o isə, ona sus sən, mənim dediyimi etməsən, başına oyun açacam cümləsini yenə işlətdi və yolda dedi ki, kirayə tapanda ev sahibinə deyəcəm ki, sən mənim qardaşımsan, ailə olaraq yaşadığımızı bildirməyəcəm. Papanin adlanan ərazidən 8 Noyabr metrosuna yaxın yerdən kirayə tapdılar 1 otaq 150 manata və orada qonşulara bildirdi ki, biz bacı-qardaşıq, ondan 140 manat pul aldı, 10 manat da özü pul qoydu və xalasının evindən əşyalarını gətirib yığdıqdan sonra axşam 8 Noyabr metrosunun yanında yerləşən Rahat marketdən bazarlıq etməyə getdilər. Bazarlıq edib qayıdanda qonşulara bildirdi ki, bu mənim 2-ci həyat yoldaşımdır və o, orada qalmayacağını bildirdikdə, bax, səni şantaj edəcəm, bütün qohumlarının içində başın aşağı olacaq sözlərini deyirdi. Amma fala baxdığı kitablar xalasının evində idi, əri uşaqlarla danışmaq üçün zəng edirdi, lakin uşaqlarla danışmağa qoymurdu. 30.10.2021-ci il tarixdə xalası evində olanda ona bildirdi ki, ərindən boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmək üçün onunla getməyini xahiş etmişdir və o, 30.10.2021-ci il tarixdə 20 Yanvar ərazisinə düşəndə xəbər etdi ki, Nəsimi Rayon Məhkəməsinin önündə oğlu Mirsalehlə gözləyir və o da ora getdi. Məhkəmə binasına daxil olub polis əməkdaşından boşanma üçün ərizə yazılmağı soruşduqda, polis əməkdaşı bildirdi ki, həftənin bazar ertəsi günü məhkəmə işləyir, onlar bazar ertəsi yenə Nəsimi Rayon Məhkəməsinə yaxınlaşdılar, məhkəmədən bildirdilər ki, Ərzurum şadlıq evinin yanında mediasiya xidmətinə yaxınlaşın. İlhamə ona bildirdi ki, Bakını yaxşı tanamıram, ora da mənimlə gedək. 01.11.2021-ci il tarixdə mediasiya xidmətinə getdilər, İlhamə orada ərizə yazdı və o, İlhaməyə bildirdi ki, mən səninlə yaşaya bilmərəm, o isə bildirdi ki, sən məni qoyub getsən, özümü öldürəcəm. Yoldaşı İhaməyə hədə-qorxu gələn səs yazıları göndərdiyi üçün 04.11.2021-ci il tarixdə Nizami rayonu 24-cü polis bölməsinə ərindən şikayət üçün getdi və orada özünün dediyinə görə ərinin tanışı olduğu üçün şikayətə baxılmadı. 04.11.2021-ci il tarixdə X22 Nazirliyinin 102 qaynar xəttinə çıxaraq ərindən şikayət etdi və şikayətini Nəsimi rayonu 20-ci polis bölməsinə göndərildiyini 102 qaynar xətti bildirdi və 20-ci polis bölməsinə böyük oğlu Mübarizlə izahat yazmağa getdi. Əri öz qohumları Gülü xanımgildə olarkən İlhaməyə səs atırdı ki, Elmir bizdədir, ağlayır, bu sözləri deyir, yəni ki, Gülü xanım Elmirin nə danışdığını İlhaməyə vp vasitəsi ilə çatdırırdı. 11.11.2021-ci il tarixdə mediasiya xidmətinə İlhaməylə birlikdə getdilər və mediatoru orada tapa bilmədilər. 09.11.2021-ci il tarixdə İlhamə Balaşova 19-cu poliklinika ilə danışaraq uşaqların tibbi kitabçasını götürməsi üçün uşaqların həkimi sərf etmirsə, onun da adı İlhamə idi, danışdı ki, yanına Murad adında oğlan gələcək, övladlarımın tibbi kitabçasını ona verərsən və onu göndərdi ki, uşaqlarımın tibbi kitabçasını al, o, alıb qayıtdı 12.11.2021-ci il tarixdə səhər saat 08:00-da əri ilə danışıb işə getdi və oğlu Mübariz evdə idi. O, evə geri qayıtdıqda veşlərin yığıldığını və hərbi bileti, o cümlədən 50 manat pulunun orada olmadığını gördü. Mübarizə zəng etdi, zənginə cavab vermədi və 12.11.2021-ci il tarixdə İlhamədən heç bir xəbər olmadığı üçün İmişlidə olan xalasına zəng etdi, o da İlhamənin dayısına, bacısına zəng edərək İlhamənin onlarda olub-olmadığı ilə maraqlandı və orada olmadığını ona bildirdi. 13.11.2021-ci il tarixdə Gülü adlı qohumu ona səs ataraq İlhamənin dayısı evində olduğunu bildirdi, o, xalasına yenidən zəng etdi, xalası isə İlhamənin orada olmadığını bildirdi və 13.11.2021-ci il tarixdə günorta saatlarında onu Nəsimi rayonu 20-ci polis bölməsinin əməkdaşları polis bölməsinə apardılar, orada Balaşova İİhamə övladları ilə birlikdə gələrək yanında da Gülü adlı həmin qadın vardı, Nəsimi rayonu 20-ci polis bölməsinə ondan şikayət etdi və üstünə şər-böhtan ataraq bildirdi ki, guya o, İlhamənin oğlu Mübarizi hərbi xidmətdən saxlatmaq adı ilə 850 manat pulunu almışdır və guya ölümlə hədələmişdir. Həmin barədə Nəsimi rayonu 20-ci polis bölməsi araşdırma apardı və İlhamənin dedikləri həqiqətə uyğun olmadığı üçün cinayət işinin başlanılması rədd edildi. İlhamə Balaşova hal-hazırda E.Süleymanov 148A ünvanında əri Balaşov Elmirlə qalır və İlhamə Balaşovanın etdiklərindən ərinin məlumatı olmadığını düşünür. O, 12.11.2021-ci il tarixdən sonra Nevrotik hal xəstəliyini tapmışdır və psixoloji sarsıntılar yaşayır, ona görə ki, İlhamə Balaşova ona hədə-qorxu gələrək bildirib ki, mən səni cadudualarımla öldürəcəm və mənim barədə harasa şikayət etsən, qanımı üstünə tökəcəm. O, X3 həbs edilməsini istəmir, çünki valdeyinləri, qardaşı rəhmətə gedib və öhdəliyində 2 azyaşlı övladları var. Sadəcə olaraq X3 ona vurduğu mənəvi zərərin və maddi olaraq ona ödənməsini, o cümlədən hərbi biletinin ona qaytarılmasını və Nəsimi rayonu 20-ci polis bölməsinə onun barəsində həqiqətə uyğun olmayan şər və böhtan xarakterli məlumatlar yaydığı, şərəf və ləyaqətini yalan məlumatlarla alçaltdığı üçün X11 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən X11 barəsində cərimə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X13 şikayətlə eyni məzmunlu izahat vermiş, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X11 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, xüsusi ittihamçı X13 şikayət vermiş şəxs kimi özü haqqında məlumatları (doğulduğu ili, yaşayış yerini və məşğuliyyət növünü, vəzifəsini), törədilmiş cinayət barədə məlumatları (yəni, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin şəxsiyyəti ilə bağlı zəruri məlumatları, yaşayış yerini və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini, şikayətdə göstərdiyi cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (onların soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi barədə məlumatları, şikayətin verildiyi yeri göstərməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə qeyd edir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, şikayətdə istinad olunan əməlin məhz X11 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və şikayətdə əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim edilməsi, xüsusi ittiham qaydasında şikayətin müraciət edilmiş məhkəməyə aidiyyətini və ya işin ərazi aidiyyəti üzrə hansı məhkəməyə aid olmasını müəyyən edən haldır. Bu səbəbdən də, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim olunması mütləq şərtdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bununla bağlı Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 299.3.1-ci maddələrinin tələbinə də əməl edilməmiş, X13 şikayətində törədilməsi ehtimal edilən cinayətin törədildiyi yerini göstərməmişdir. Şikayətin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı nəzərə alınmalıdır ki, qanunvericilik məhz onu təsbit etmişdir ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə digər məlumatlarla yanaşı törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi (CPM-nin 293.3.2-ci maddəsi); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (CPM-nin 293.3.3-cü maddəsi) göstərilməli, daha sonra isə buna dair sübutlar təqdim olunmalıdır. Hansı ki, X5 şikayətində belə məlumatlar öz əksini tapmamışdır, törədilməsi ehtimal edilən əməlin tarixini göstərən və müəyyən edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X5 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq, şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittihamçı X5 “Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən X3 cərimə olunması” barədə şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302.1.8 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X5 “Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən X3 cərimə olunması” barədə şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-381/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-381/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver