Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-383/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Respublika Xəstəxanasına mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 tərəfindən Salyan şəhəri, Yusif Qasımov küçəsində yerləşən “Univermaq” ticarət mərkəzində olan “Milli ön” terminalından ona məxsus "xxxx" ASC-yə aid karta köçürülmüş 200 manat, 2022-ci ilin yanvar ayının ortaları ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs1 1500 manat, 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 tərəfindən Salyan şəhəri, Yusif Qasımov küçəsində yerləşən “Univermaq” ticarət mərkəzində olan “Milli ön” terminalından ona məxsus "xxxx" ASC-yə aid karta köçürülmüş 50 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1750 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Respublika Xəstəxanasına mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 24 aprel 2022-ci ildə ünvan 2 ünvanda yerləşən avtovağzalda 700 manat, 26 aprel 2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 19 nömrəli ünvanda yerləşən "xxxx" ASC-nin Qara Qarayev filialının qarşısında 1150 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1850 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs3 övladı Şahid “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin Mühafizə şöbəsində mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla 17 may 2022-ci ildə Zərərçəkmiş şəxs3 tərəfindən Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında olan “Milli ön” terminalından ona məxsus "xxxx" ASC-yə aid karta köçürülmüş 1000 manat, 18 may 2022-ci ildə ünvan 4 ünvanda yerləşən “Naxış” kafesinin qarşısında Zərərçəkmiş şəxs3 oğlu Şahid vasitəsi ilə ona göndərdiyi 200 manat, 19 may 2022-ci ildə Zərərçəkmiş şəxs3 tərəfindən Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında olan “Milli ön” terminalından ona məxsus "xxxx" ASC-yə aid karta köçürülmüş 200 manat, 23 may 2022-ci ildə Zərərçəkmiş şəxs3 ünvan 5 ünvanda 600 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 2000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Mərkəzi Respublika Xəstəxanasına mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 1750 manat pul vəsaitini ələ keçirmiş, Zərərçəkmiş şəxs2 Mərkəzi Respublika Xəstəxanasına mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 1850 manat pul vəsaitini ələ keçirmiş, Zərərçəkmiş şəxs3 övladı Şahid “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin Mühafizə şöbəsində mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2000 manat pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onlarla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ziyanla bağlı heç bir tələbi və şikayəti yoxdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Yolunun uzaq olması ilə bağlı məhkəmə prosesində iştirak etməməyinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2020-2021-ci ildə həqiqi hərbi xidmətdə olan zaman Təqsirləndirilən şəxs onun əsgər yoldaşı olmuş və onunla normal münasibətdə olmuşdur. Zərərçəkmiş şəxs2 7-8 ildir ki, tanıyır və münasibəti normaldır. O, Təqsirləndirilən şəxsla əsgərlik xidmətindən sonra əlaqə saxlamışdır. 2021-ci ilin dekabr ayında əsgər yoldaşı Təqsirləndirilən şəxs onunla “WhatsApp” proqramı vasitəsi ilə yazışan zaman ona Respublika Xəstəxanasına mühafizəçi lazım olduğunu, istəsə onu oraya işə düzəldə biləcəyini yazmışdır. O da razı olduğunu, onsuzda iş tapa bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs danışacağını yazmışdır. O, Təqsirləndirilən şəxs bu işin qiymətinin neçə manat olduğunu yazmışdır. Təqsirləndirilən şəxs da bu işin qiymətinin 2000 manat olmasını yazmışdır. O, Təqsirləndirilən şəxs yazmışdır ki, onun hazırda o qədər pulu yoxdur. Təqsirləndirilən şəxs da 200 manat göndərməsini, sənədlərini hazırlayana qədər pulu düzəltməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs razılıq vermiş və Təqsirləndirilən şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə "xxxx" ASC-yə aid kartın şəkilini göndərmiş və 200 manat göndərməsini yazmışdır. O, həmin kartın üzərində kimin adının yazıldığına fikir verməmiş və həmin gün Salyan şəhərində yerləşən “Avtovağzal” binasının arxasında univermaqda olan “Milli ön” terminalından Təqsirləndirilən şəxs göndərdiyi karta 200 manat köçürmüş və qəbzin şəklini Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Təqsirləndirilən şəxs ona sağlamlıq haqqında arayış, yaşayış yeri üzrə arayış və xasiyyətnamə almasını bildirmişdir. O da qeyd olunan sənədləri yığmış və bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs demişdir ki, sənədləri və 1500 manatı Bakı şəhərinə gətirsin, ona versin ki, onun işlərini həll etsin. 2022-ci ilin yanvar ayının ortalarında borc-xərc edib 1500 manat toplamış və topladığı sənədləri götürüb Bakı şəhərinə gəlmişdr. Təqsirləndirilən şəxs ona demişdir ki, Bakı şəhəri, Nizami rayonu metrosunun “Qara Qarayev” stansiyasının yaxınlığına gəlsin görüşsünlər. O, tək Bakı şəhəri, Nizami rayonu metrosunun “Qara Qarayev” stansiyasının yaxınlığına gəlmiş və Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt ondan və Təqsirləndirilən şəxs başqa heç kim olmamış, Təqsirləndirilən şəxs ona onun yaşadığı evə getməsini demişdir. O, Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evin yaxınlığına gəlmiş və Təqsirləndirilən şəxs sənədləri və 1500 manat pulu vermişdir. Təqsirləndirilən şəxs ona Salyan rayonuna getməsini, çağıranda gəlməsini demişdir. 2022-ci ilin yanvar ayının axırları Təqsirləndirilən şəxs ona zəng vurub sığorta olunması üçün onun kartına 50 manat pul göndərməsini demişdir. Həmin günü o, Salyan şəhərində yerləşən “Avtovağzal” binasının arxasında univermaqda olan "Milli ön” terminalından Təqsirləndirilən şəxs göndərdiyi karta 50 manat köçürmüş və qəbzin şəklini Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. 18 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs ona zəng vurub Bakı şəhərinə gəlməsini, işə çıxacağını demişdir. O, Bakı şəhərinə gəlib Təqsirləndirilən şəxsla görüşmüş və Təqsirləndirilən şəxs metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan evində bir gün qalmışdır. 19 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs ona demişdir ki, xəstəxanada bir nəfər mühafizə işi yeri var, kimi məsləhət görür ki, onu mühafizəçi kimi işə düzəltsin. O, Zərərçəkmiş şəxs2 məsləhət görmüş və bu barədə Zərərçəkmiş şəxs2 zəng vurub demişdir. Zərərçəkmiş şəxs2 razılıq vermiş və Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs2la mobil telefon ilə danışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 demişdir ki, istəsə mühafizəçi kimi işə düzəldər və bu işin xərci 2000 manatdır. 20 aprel 2022-ci ildə ona və Təqsirləndirilən şəxs məlum olmuşdur ki, Şirvan şəhərində yaşayan əsgər yoldaşları Elmin Qarayevin anası ölmüşdür. Təqsirləndirilən şəxs ona demişdir ki, Şirvan şəhərinə yasda iştirak etməyə getsinlər. O da Təqsirləndirilən şəxs demişdir ki, birinci yaşadığı Salyan rayonu, Kürqaraqaşlı kəndində çörək yeməyə, sonra Şirvan şəhərinə getsinlər. 20 aprel 2022-ci ildə o, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərindən Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşadığı evə gəlib çörək yemiş, Şirvan şəhərinə gedib yasda iştirak etmiş və yenidən Salyan rayonu, Kürqaraqaşlı kəndinə qayıdıb gəlmişlər. Həmin gün o, Təqsirləndirilən şəxsla birikdə Zərərçəkmiş şəxs2la görüşmüş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilkin olaraq pul istəmiş, Zərərçəkmiş şəxs2 1-2 günə düzəldib verəcəyini demişdir. 24 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs Salyan şəhərindən Bakı şəhərinə getmək üçün avtovağzala aparmış və həmin günü Zərərçəkmiş şəxs2 gəlmiş və Təqsirləndirilən şəxs avtovağzalda xəstəxanada mühafizəçi kimi işə düzəlmək üçün onun yanında 700 manat pul vermişdir. Təqsirləndirilən şəxs 700 manat pulu alıb demişdir ki, Zərərçəkmiş şəxs2la 2-3 günə Bakı şəhərinə gəlsinlər və Mərkəzi Xəstəxanada mühafizəçi kimi işə çıxacaqlar. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. 2-3 gündən sonra Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, Zərərçəkmiş şəxs2la Bakı şəhərinə gəlsinlər, işlər düzəlir. Bundan sonra o, Zərərçəkmiş şəxs2la görüşmüş və Təqsirləndirilən şəxs dediklərini ona demişdir. Həmin gün o, Zərərçəkmiş şəxs2la birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində olan zaman o, Təqsirləndirilən şəxs zəng vurub harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, Bakı şəhəri, Nizami rayonu metrosunun “Qara Qarayev” stansiyasının yaxınlığında olan evdədir, həmin evə gəlsinlər. O, Zərərçəkmiş şəxs2 demişdir ki, Təqsirləndirilən şəxs evini tanıyır və Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinə getmiş və həmin gecəni Təqsirləndirilən şəxs evində qalmışlar. 26 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qalan pulu verməsini, pul lazım olduğunu demişdir. 26 aprel 2022-ci ildə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində olan "xxxx" ASC-nin Qara Qarayev filialına kreditə pul götürmək üçün getmişlər. Sonradan o da İlkinlə Əmrahın yanına getmiş və Zərərçəkmiş şəxs2 demişdir ki, 1150 manat "xxxx"ASC-dən kredit götürmüş və həmin vaxt Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 1150 manatı onun yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 1150 manatı alıb demişdir ki, 2-3 günə işə çıxacaqlar. Həmin ərəfədə o və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs evində qalmışlar. Təxminən 5-6 gündən sonra Təqsirləndirilən şəxs bir vərəq göstərmiş, həmin vərəqdə onun və Zərərçəkmiş şəxs2 adı yazılmış, guya o və Zərərçəkmiş şəxs2 Mərkəzi Xəstəxanada mühafizəçi kimi işə düzəlmişlər. Təqsirləndirilən şəxs demişdir ki, mühafizənin rəisi onun dostudur, hələlik işə getməsinlər, adları işdə gedir, bir aydan sonra da maaşı alacaqlar. Bir ay o və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs evində qalmışlar. 24 may 2022-ci ildə Təqsirləndirilən şəxs ona demişdir ki, anası xəstədir, təcili pul lazımdır, “Samsung Galaxsi A32” markalı mobil telefonu lombarda girov qoysun, pul götürsünlər, o, 2-3 günə onun mobil telefonunu lombarddan götürüb qaytaracaqdır. O, Təqsirləndirilən şəxs razılıq vermiş, onunla birlikdə Bakı şəhəri, Nizami rayonu metrosunun “Neftçilər” stansiyasının yaxınlığında olan lombarda getmiş və o, özünə məxsus “Samsung Galaxy A32” markalı mobil telefonu girov qoyub bir ay müddətinə 170 manat götürüb Təqsirləndirilən şəxs vermişdir. 27 may 2022-ci ildə Təqsirləndirilən şəxs evdən çıxmış və demişdir ki, 10 dəqiqəyə evə gələcəkdir. 28 may 2022-ci ildə o və Zərərçəkmiş şəxs2 görmüşlər ki, Təqsirləndirilən şəxs evə gəlməmişdir və onlar artıq başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldatmışdır. Bundan sonra o və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs evinin qapısını bağlamış, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gedib Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. Həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ev kirayədir, özünün evi deyildir. Bundan sonra o, Zərərçəkmiş şəxs2la birlikdə Salyan rayonuna getmiş və o, borc-xərc edib 200 manat düzəltmiş və Bakı şəhərinə gəlib özünəməxsus mobil telefonu girovdan çıxarmışdır. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram göndərərək bildirmişdir ki, Nizami RPİ-nin İŞ-də aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəni təsdiq edir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə oğlu Şahid ona demişdir ki, əsgər yoldaşı Təqsirləndirilən şəxs ona zəng vurub dayısıoğlunun “SOCAR” şirkətinin mühafizə şöbəsinin rəhbəri olduğunu, onun yanında bir nəfər mühafizəçi yerinin boşaldığını, maaşın 700-800 manat olduğunu, onu 2000 manata işə düzəldəcəyini, tez qərarını verməsə 17 may 2022-ci ilə kimə işə adam götürəcəklərini bildirmişdir. O, oğlu Şahid qardaşı Cavid Heydərov evə gələndə məsləhətləşmələrini demişdir. Həmin günü saat 21 radələrində oğlu Cavid Heydərov evə gəlmiş və oğlu Cavid Heydərova bu barədə danışmışdır. Bundan sonra oğlu Cavid Heydərov “WhatsApp” proqram vasitəsi ilə oğlu Şahid əsgər yoldaşı Təqsirləndirilən şəxsla danışmış və Təqsirləndirilən şəxs eyni qaydada oğlu Cavid Heydərova iş barəsində demişdir. Bu danışıqdan sonra Cavid Heydərov demişdir ki, Təqsirləndirilən şəxs danışığından xoşu gəlməmişdir, ona pul verməsinlər. O, oğlu Şahid pulu düzəltməyi, 18 may 2022-ci ildə qardaşı Cavid Heydərovla birlikdə aparıb vermələrini demişdir. Oğlu Şahid əsgər yoldaşı Təqsirləndirilən şəxs bu barədə demişdir. Təqsirləndirilən şəxs demişdir ki, 17 may 2022-ci ilə kimi tez pulu vermək lazımdır, yoxsa işə adam götürəcəklər. Bundan sonra o, məcbur olub qohumdan və tanışdan 1000 manat borca pul almış və 17 may 2022-ci ildə, saat 12 radələrində Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında olan terminaldan Təqsirləndirilən şəxs göndərdiyi "xxxx"ASC-yə aid karta 1000 manat pulu köçürmüşdür. Oğlu Şahid bu barədə əsgər yoldaşı Təqsirləndirilən şəxs demiş və qəbzin şəklini Təqsirləndirilən şəxs “WhatsApp” proqram vasitəsi ilə göndərmişdir. Təqsirləndirilən şəxs niyə 1000 manat göndərdiklərini soruşmuşdur. Oğlu Şahid demişdir ki, sabah Bakı şəhərinə gəlib qalan pulun bir hissəsini verəcəklər. Bundan sonra o, yenə qohumdan və tanışdan 200 manat borca pul almış və oğlu Şahid vermişdir ki, 18 may 2022-ci ildə oğlu Cavid Heydərovla Bakı şəhərinə gedən zaman Təqsirləndirilən şəxs versinlər. 18 may 2022-ci ildə oğlu Şahid və oğlu Cavid Heydərov Bakı şəhərinə getmişlər və həmin günü qayıdıb gəlmişlər. Oğlu Şahid demişdir ki, pulu əsgər yoldaşı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da demişdir ki, onun işi düzəlir. 19 may 2022-ci ildə Təqsirləndirilən şəxs oğlu Şahid zəng vurub demişdir ki, 200 manat pulu təcili göndərsin, işin hazır olmasına lazımdır, qalan 600 manat pulu Bakı şəhərinə gələndə gətirərlər. O, yenə qohumdan və tanışdan 200 manat borca almış və həmin pulu 19 may 2022-ci ildə, saat 18 radələrində Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında olan terminaldan Təqsirləndirilən şəxs göndərdiyi "xxxx"ASC-yə aid karta 200 manat pulu köçürmüşdür. Oğlu Şahid bu barədə əsgər yoldaşı Təqsirləndirilən şəxs demiş və qəbzin şəklini Təqsirləndirilən şəxs “WhatsApp” proqram vasitəsi ilə göndərmişdir. Təqsirləndirilən şəxs demişdr ki, pul çatmışdır və 23 may 2022-ci ildə Bakı şəhərinə gələrlər, həm qalan pulu gətirərlər, həm də Şahid işləyəcək yeri göstərəcəkdir. 22 may 2022-ci ildə o, yenə qohumdan və tanışdan 600 manat borca almışdır. 23 may 2022-ci ildə o və oğlu Şahidla birlikdə Bakı şəhərinə gəlmişlər və oğlu Şahid əsgər yoldaşı Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, anası ilə birlikdə Bakı şəhərinə gəlmişlər, gəlsin görüşsünlər. Təqsirləndirilən şəxs demişdir ki, işdən çıxa bilmir, saat 21-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində olan metronun “Qara Qarayev” stansiyasının yaxınlığında görüşsünlər. Oğlu Şahid əsgər yoldaşı Təqsirləndirilən şəxsla razılaşmış və həmin günü saat 21 radələrində o və oğlu Şahidla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun “Qara Qarayev” stansiyasının çıxışının yanına gəlib Təqsirləndirilən şəxs gözləmişlər. Təqsirləndirilən şəxs oğlu Şahid zəng vurub demişdir ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan Azər Manafov küçəsi, 22 nömrəli evin arxa tərəfinə gəlsin. Bundan sonra o və oğlu Şahidla birlikdə deyilən ünvana gəlmiş, Təqsirləndirilən şəxs da gəlmiş, oğlu Şahid Təqsirləndirilən şəxs ona təqdim etmiş və o, Təqsirləndirilən şəxs 600 manat pulu zərfdə vermişdir. Təqsirləndirilən şəxs demişdir ki, ehtiyac yoxdur. Şahid Bakı şəhərində qalsın, o, Şahid 28 may 2022-ci ildə SOCAR şərkətinin mühafizə şöbəsnə işə aparacaq və onu təqdim edəcəklər. O, Təqsirləndirilən şəxs oturub ətraflı söhbət etmələrini desə də, Təqsirləndirilən şəxs işdən icazə alıb gəldiyini, tez getməli olduqlarını, tələsdiyini demiş və tez çıxıb getmişdir. Səhəri günü o, Ucar şəhərinə gəlmiş, oğlu Şahid isə Bakı şəhərində qalmışdır. Bundan sonra o, oğlu Şahid bir neçə dəfə zəng vurub Təqsirləndirilən şəxsla görüşdüyünü soruşmuşdur. Oğlu Şahid demişdir ki, Təqsirləndirilən şəxs onun zənglərinə cavab vermir. Bundan sonra o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadıb və 2000 manat pulunu ələ keçiribdir. 28 may 2022-ci ildə o, istifadəsində olan ***-***-**-** nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub Təqsirləndirilən şəxs barəsində məlumat vermişdir. Bundan sonra onu Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə dəvət etmişlər və o, 30 may 2022-ci ildə Bakı şəhərinə gəlib həmin şöbəyə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 7-8 ildir tanıyır və onunla münasibəti normaldır. 21 aprel 2022-ci ildə Zərərçəkmiş şəxs1 əsgər yoldaşı Təqsirləndirilən şəxs ilə onu Salyan rayonu, Kürqaraqaşlı kəndində tanış etmiş və onlar söhbət edən zaman Təqsirləndirilən şəxs ona demişdir ki, Zərərçəkmiş şəxs1 Mərkəzi Xəstəxanada mühafizəçi vəzifəsinə düzəldir, istəyirsənsə sənidə mühafizəçi vəzifəsinə işə düzəltsin. O, Təqsirləndirilən şəxs demişdir ki, bu işin qiyməti nədir ? Təqsirləndirilən şəxs ona demişdir ki, bu işin qiyməti 2000 manatdır. O, Təqsirləndirilən şəxs demişdir ki, 2-3 günə pul düzəltsin, 700-800 manat verər. 24 aprel 2022-ci ildə o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə Salyan şəhərində yerləşən avtovağzalda onu xəstəxanada mühafızəçi vəzifəsinə işə düzəltmək üçün 700 manat pul vermişdir. Təqsirləndirilən şəxs 700 manat pulu alıb demişdir ki, Zərərçəkmiş şəxs1la 2-3 günə Bakı şəhərinə gələrsiniz və Mərkəzi Xəstəxanada mühafizəçi kimi işə çıxarsınız. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. 2-3 gündən sonra Zərərçəkmiş şəxs1 onunla görüşmüş və demişdir ki, Bakı şəhərinə gedək, Təqsirləndirilən şəxs çağırıb, işə çıxacaqlar. Həmin gün axşam tərəfi o, Zərərçəkmiş şəxs1la Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində olan zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, hardasan ? Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 demişdir ki, Bakı şəhəri, Nizami rayonu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan evdədir, onun yaşadığı evə gəlin. Zərərçəkmiş şəxs1 demişdir ki, o, Təqsirləndirilən şəxs evini tanıyır və o, Zərərçəkmiş şəxs1la birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinə getmiş və həmin gecəni Təqsirləndirilən şəxs evində qalmışlar. 26 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs ona demişdir ki, qalan pulu ver, pul lazımdır. 26 aprel 2022-ci ildə o, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində olan "xxxx"ın Qara Qarayev filialından 1150 manat kreditə götürmüş və həmin günü Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 1150 manatı Zərərçəkmiş şəxs1 yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 1150 manatı alıb demişdir ki, 2-3 günə işə çıxacaqsınız. Həmin ərəfədə o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs evində qalırmışlar. Təxminən 5-6 gündən sonra Təqsirləndirilən şəxs bir vərəq göstərmiş və həmin vərəqdə onun və Zərərçəkmiş şəxs1 adı yazılmış, guya o və Zərərçəkmiş şəxs1 Mərkəzi Xəstəxanada mühafizəçi kimi işə düzəlmişlər. Təqsirləndirilən şəxs demişdir ki, mühafizənin rəisi onun dostudur, hələlik işə getməyin, adınız işdə gedir, bir aydan sonra maaşınızı alacaqsınız. Bir ay o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs evində qalmışlar. 27 may 2022-ci ildə Təqsirləndirilən şəxs evdən çıxmış və demişdir ki, 10 dəqiqəyə evə gələcək. 28 may 2022-ci ildə o və Zərərçəkmiş şəxs1 görmüşlər ki, Təqsirləndirilən şəxs evə gəlmədi, onlar artıq başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldadıbdır. Bundan sonra o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs evinin qapısını bağlamış, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25- ci Polis Şöbəsinə gedib Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanaraq istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirib maddi ziyan vurması faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - cinayət işinin başlanaraq istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirib maddi ziyan vurması faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - cinayət işinin başlanaraq istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirib maddi ziyan vurması faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işinin icraata qəbul edilməsi və vahid icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında cinayət işi üzrə ibtidai istintaq davam etdirilmişdir. - cinayət işinin icraata qəbul edilməsi və vahid icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında cinayət işi üzrə ibtidai istintaq davam etdirilmişdir. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 25 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2023-cü il tarixli, 23601 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1400 manat dövlət nəfinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs və onun müdafiəçisi zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənildiyindən, onlarla barışıq əldə edildiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına, onlara dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 68 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 408 (dörd yüz səkkiz) manat (68x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 68 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 408 (dörd yüz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-383/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-383/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver