Məhkəmə qərarları › İş №1(007)-386/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-386/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-386/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 05 avqust 1993-cü il tarixdə Cəlilabad rayonunun Bəcrəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir uşağı olan, işləməyən, Cəlilabad rayonunun Bəcrəvan kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 05 il 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 79-cu maddəsi tətbiq edilməklə, 13 avqust 2013-cü il təvəllüdlü azyaşlı qızı on dörd yaşına çatanadək, həmin azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış, 18 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 18 yanvar 2024-cü il tarixdə tanışı Mamedova Kamaladan (Şahid1 Famil qızı) satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,195 qram olan psixotrop maddə metamfetamini əlaə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 20 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon polis idarəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram və 0,1 qram olmaqla ümumi təmiz çəkisi 0,195 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 il olar ki, narkotik vasitə olan metamfetamindən istifadə edir. Mamedova Kamalanı bir neçə il olar ki, tanıyır. Tanışı olan Mamedova Kamala (Şahid1 Famil qızı) ilə birlikdə kirayədə yaşamışlar. Bir müddət əvvəl, Kəmalə ona bir bükümdə olan narkotik vasitə verərək söylədiyi yerə qoymağını xahiş etmiş, o da, Kəmalənin xahişini yerinə yetirmişdir. Bunun əvəzində Kəmalə ona pulsuz bir bükümdə psixotrop maddə metamfetamin vermişdir. 18 yanvar 2024-cü il tarixdə saat təxminən 20:00-da ünvan 4 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis işçiləri ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami rayon polis idarəsinə getməyi təklif etmişlər. Şübhə yaranmasın deyə o, polis əməkdaşlarının təklifini qəbul etmiş və onlarla birlikdə getmişdir. İdarədə vəkil dəvət olunaraq onun iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquqları izah edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə matemfetamin olduğunu, həmin maddəni Mamedova Kamalanın ona pulsuz olaraq verdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Ondan aşkar edilən büküm açılıb baxılmış və içərisində narkotik maddə metamfetamin olması görünmüşdür. Daha sonra həmin bükümlər qablaşdırılmış və protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır, ondan aşkar edilən psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etmişdir, yəni tanışı Kəmalə ona vermişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsində olarkən ona qarşı təzyiq göstərilməmiş, incidilməmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmanlıq çəkdiyini, himayəsində azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 18 yanvar 2024-cü il tarixdə Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinə “Aygün” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra “Aygün” adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 18 yanvar 2024-cü il tarixdə “Aygün” adlı şəxsin yaşadığı ünvan 5 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 20:00 radələrində həmin ünvanın yaxınlığında “Aygün” adlı şəxsə oxşar bir şəxsin piyada hərəkət etdiyi müəyyən olunmuşdur. Həmin şəxs saxlanılarkən özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami rayon polis idarəsinə aparılmışdır. İdarənin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofanda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni tanışı “Kəmalə” adlı şəxsdən pulsuz olaraq əldə etdiyini bildirmişdir. Həmin bükümləri açdıqda içərisində spesifik iyə malik, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni otaq yoldaşı “Kəmalə” adlı şəxsin pulsuz olaraq ona verdiyini, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə zamanı video çəkiliş aparılmışdır. Qeyd olunan bu prosedurlar zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən də ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid3lə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Mamedova Kamalanın (Şahid1 Famil qızı) iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs ilə birlikdə kirayədə yaşamışdır. Təxminən 2-3 il olar ki, narkotik vasitə olan metamfetamindən istifadə edir. O, Əli adlı İran İslam Respublikası vətəndaşını bir neçə müddət olar ki, tanıyır. Əlinin vasitəsilə əldə etdiyi narkotiki özü istifadə edərək narkotikə olan ehtiyacını ödəmişdir. Belə ki, təxminən bir neçə gün əvvəl Əlidən kart hesabı vasitəsilə 50 manat müqabilində Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında Əlinin təyin etdiyi yerdən götürməklə narkotik vasitə almışdır. Bir neçə dəfə Əlidən narkotik vasitə və psixotrop maddə almışdır. Hər dəfə də Əlinin dediyi kart hesabına pul köçürmüş, sonra ona narkotik atmış, o, gedib götürmüşdür. Əldə etdiyi narkotikin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini bir neçə dəfə tanışlarına istifadə üçün vermişdir. Elə olmuşdur ki, narkotik almaq üçün verdiyi pulu çıxartmağa görə həmin şəxslərdən pulunu alıb vermiş, elə də olmuşdur ki, pulunu almamışdır. Bir dəfə, təxminən tutulmamışdan 10 gün əvvəl tanışı Təqsirləndirilən şəxs dediyi yerə aparıb qoymaq üçün narkotik vasitə vermişdir. Həmin vaxt Aygünlə getmişdir. Aygün onun dediyi yerə narkotiki qoymuşdur. Həmin vaxt Aygünə istifadəsi üçün pulsuz olaraq narkotik vasitə vermiş, Aygün də həmin narkotiki qəbul etmişdir. Aygünün pulu olmadığı, həm də rəfiqəsi olduğu üçün özünün narkotikindən Aygünə də pulsuz olaraq vermişdir. 18 yanvar 2024-cü il tarixdə axşam saatlarında Aygün harasa gedərkən ondan psixotrop maddə istəmiş, o da, Aygünə iki büküm, az miqdarda metamfetamin vermişdir. Aygün getmişdir. Həmin gün pişiklərə yem almaq üçün bayıra çıxmış, saat təxminən 22:00-da ünvan 4 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis işçiləri ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-nə getməyi təklif etmişlər. Şübhə yaranmasın deyə polis əməkdaşlarının təklifini qəbul etmişdir. Nizami RPİnə polis əməkdaşları ilə birlikdə gəlmişdir. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində sağ ayağında olan qara rəngli corabın iç tərəfindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümdə matemfetamin olduğunu və həmin maddəni İran vətəndaşı olan Əlidən aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin o, yaşadığı ünvanda da narkotik vasitə olduğunu bildirmişdir. Ondan aşkar edilən büküm açılıb baxılmış və içərisində narkotik maddə metamfetamin olması görünmüşdür. Daha sonra həmin bükümlər qablaşdırılmış və protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Əlavə suallara cavab olaraq bildirmişdir ki, ondan aşkar edilən narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. Yaşadığı ünvana baxış keçirilən zaman aşkar olunan 04 ədəd şəffaf sellofanda hər birinin ayrı-arılıqda təmiz çəkiləri 0,313 qram, 0,09 qram, 0,106 qram və 0,092 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofanda və 04 ədəd kağız kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,846 qram, 0,240 qram, 0,15 qram, 0,213 qram və 0,167 qram olmaqla çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı İran Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən əldə etmiş, əvəzində 50 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs onun İran Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən narkotik vasitə və psixotrop maddə əldə etdiyini, həmin narkotik vasitələrdən bir qismini özü istifadə etdikdən sonra, qalan hissəsini tanışlarına pulsuz və bəzən də pul müqabilində verdiyini bilmişdir. Evindən aşkar edilmiş tərəzini əldə etdiyi narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etmişdir. Kirayə yaşadığı mənzilə baxış keçirilən zaman o, masanın kənarında olan sellofan torbanın altındakı içərisində psixotrop maddə olan ağ rəngli kağız bükümü əlinə götürüb polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları həmin bükümü də qəhvəyi rəngli plastik qabın isərisinə qoymağını demişlər. O da, həmin kağız bükümü qeyd etdiyi qabın içərisinə qoymuşdur. O, İran Respublikasının vətəndaşı olan Əli adlı şəxsin göstərişi ilə heç bir yerə narkotik vasitə qoymamış və bunun müqabilində Əli ona pulsuz narkotik vasitə göndərməmişdir. O, pulunu verib narkotik vasitə almışdır. Təxminən 10 gün əvvəl öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə marixuananın bir qismini tanışının götürməsi üçün lazımi yerə qoyan zaman Aygündən onunla getməsini xahiş etmişdir. Aygün onunla razılaşmışdır. Həmin vaxt onunla getdiyinə görə Aygünə bir büküm psixotrop maddə vermişdir. Aygün də həmin gün verdiyi narkotiki istifadə etmişdir. Sonradan bir-iki dəfə Aygünə istifadəsi üçün narkotik vasitə vermişdir. Sonuncu dəfə də onlar saxlanılan gün Aygün ondan psixotrop maddə istəmiş, rəfiqə olduqlarını nəzərə alaraq Aygünə pulsuz olaraq iki bükümdə, az miqdarda metamfetamin vermişdir. Polis idarəsində sorğu sual zamanı əvvəllər onun dediyi yerə narkotik vasitə qoyduğu üçün Aygünə istifadəsi məqsədilə pulsuz olaraq narkotik vasitə verdiyini qeyd etmişdir. Lakin Aygünün üzərindən aşkar edilmiş metamfetamini onun xahişi ilə dediyi yerə narkotik vasitə qoyduğu üçün verdiyini bildirməmişdir. Bu işə görə Aygünə on gün əvvəl narkotik vermişdir. Əvvəllər heç vaxt polisə düşməmiş, həbs olunan ərəfədə çox həyəcanlı olmuşdur. Ola bilsin əvvəl ifadə verərkən fikrini düz başa sala bilməmişdir. Hazırda verdiyi ifadə tam həqiqətə uyğundur. Aygün onun yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını bilməmişdir. Aygün onun narkotiki nə vaxt, necə, kimdən əldə etdiyini görməmişdir. Aygün istifadəsi üçün narkotik lazım olanda ondan istəmiş, o da, rəfiqə olduqlarını, pulunun olmadığını bildiyi üçün Aygünə əksər hallarda təmənnasız vermişdir. Aygün cəmi bir dəfə onun dediyi yerə narkoik vasitə yerləşdirmişdir, həmin vaxt o da, Aygünün yanında olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 18 yanvar 2024-cü il və 19 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, 18 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən, RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinərək ünvan 5 ünvanının qarşısında saxlanılaraq idarəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuş və o, üstünə şəxsi axtarış keçrilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış başlanmazdan əvvəl üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş və hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofanda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ondan aşkar olunan psixotrop maddəni tanışı “Kəmalə” adlı şəxsdən pulsuz olaraq aldığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılıb baxılan zaman içərisində spesifik iyə malik ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aparılmış videoçəkiliş diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Protokol iştirakçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmiş, baxış zamanı heç bir əlavə və etiraz daxil olmamışdır. (i.v. 33-34, 85) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2024-cü il tarixli 3-16- 16/2-7/98-6/349 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr” yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram və 0,1 qram olmaqla, ümumi çəkisi 0,195 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim dilmiş, üzərində “Mamedova Kamala (Şahid1 Famil qızı) üzərindən aşkar olunmuş maddələr” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 0,203 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Mamedova Kamala yaşadığı mənzildən aşkar olunanlar...” yazı və imzalar olan zərfdə 4 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qr. 0,09 qr, 0,106 qr və 0,092 qram olmaqla, ümumi çəkisi 0,601 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş həmin zərfin içərisində olan bir ədəd şəffaf sellofanda və 4 ədəd kağız kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,846 qr, 0,240 qr, 0,15 qr, 0,213 qr və 0,167 qram olmaqla, ümumi çəkisi 3,616 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bir ədəd qara-gümüşü rəngli elektron tərəzinin üzərində və 4 ədəd içərisində izlər olan şüşə predmetlərin daxilində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onların çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Mamedova Kamaladan (Şahid1 Famil qızı) aşkar olunmuş metamfetaminlər ilə Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 0,195 qram olmuş, tədqiqata ümumi 0,06 qram sərf edilmiş, 0,135 qram qalıq qalmışdır. (i.v. 68-72) - 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.1ci maddəsinə tövsif edilmişdir. (i.v. 87-88) - 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram və 0,1 qram olmaqla, ümumi çəkisi 0,195 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,06 qram sərf edildikdən sonra 0,135 qram qalığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. (i.v. 170-171) - 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə “Aygün” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 18 yanvar 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 174-175) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 06 aprel 2024-cü il tarixli 2260 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 216-217) - 13 may 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Mamedova Kamalanın (Şahid1 Famil qızının) əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən barələrində həmin maddə üzrə cinayət təqibinin aparılmasına xitam verilmiş, cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, ********* nömrəli cinayət işinin materiallarından Mamedova Kamalanın (Şahid1 Famil qızının) Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair yeni cinayət işi ayrıca icraata ayrılmış, iş üzrə Mamedova Kamalanın (Şahid1 Famil qızının) barəsində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin bütün tərkib əlamətləri üzrə cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş DVD disk mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs Mamedova Kamalanın (Şahid1 Famil qızının) əldə etdiyi narkotik vasitələrin mənbəyi ilə bağlı material ayrılmış və araşdırma aparılması üçün Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir. (i.v. 231-248) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni əldə etdiyi mənbə, şəxslə bağlı ayrıca icraata cinayət işi ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 22) - 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 04 ay həddində müəyyən edilmiş, həbsetmənin əvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 122-128) -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, anası Təqsirləndirilən şəxs olan X4 13 avqust 2013-cü il tarixdə doğulmuşdur. (i.v. 138) -X2 iltizamından görünür ki, o, qızı Təqsirləndirilən şəxs övladı, nəvəsi X3 öz himayəsinə götürməyə, nəvəsinin onunla yaşamasına heç bir etiraz etmir. (i.v. 137) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 05 il 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 79-cu maddəsi tətbiq edilməklə, 13 avqust 2013-cü il təvəllüdlü azyaşlı qızı on dörd yaşına çatanadək, həmin azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. (i.v. 156-157, 192-205) Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının uşağının on dörd yaşına çatanadək təxirə salındığı dövr ərzində qəsdən az ağır cinayət törətdiyindən, həmin təxirə salmanın Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən ləğv edilməsi, qəti olaraq təyin edilmiş və çəkilməmiş 05 il 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli Qərarına görə, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Qərarda o da qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 18-ci maddəsində müəyyən olunmuşdur ki, residivin yaranmasını şərtləndirən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsidir. Qanunverici cinayətlərin residivinin yaranmasını qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən təyin edilmiş cəzanın real çəkilməsi ilə şərtləndirməmişdir. Cinayət Məcəlləsinin 18.4-cü maddəsində residivin müəyyən olunması zamanı nəzərə alınmayan hallar təsbit edilmişdir. Həmin maddəyə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edildiyi və ya təxirə salındığı hallarda həmin şəxslərin cəzanı real olaraq çəkməməsi səbəbindən statuslarında yaranmış qeyri-müəyyənliklə bağlı müraciətedənin mövqeyinə dair qeyd olunmalıdır ki, onlar törətdikləri əmələ görə təyin edilmiş cəzanı real olaraq çəkməsələr də, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər hesab olunurlar. Belə ki, hər iki halda barələrində, ilk növbədə, ittihamedici hökm çıxarılmaqla təqsirləndirilən şəxslər cinayət qanunvericiliyi ilə müəyyən edilmiş cəzaya məhkum edilir və hökmün qanuni qüvvəyə minməsi ilə məhkum edilmiş şəxs statusunu əldə edirlər. Lakin məhkəmə onların azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasını mümkün hesab etdiyindən və ya himayəsində olan azyaşlı uşağın mənafeyi baxımından barələrində şərti məhkum etmə və ya cəzanın çəkilməsinin təxirə salınması barədə qərar qəbul edir. Odur ki, bu institutların azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü kimi qiymətləndirilməsi həmin institutların mahiyyətinə və məqsədinə uyğun gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 2021-ci il 30 aprel tarixli Qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarına dəyişiklik edərək qeyd etmişdir ki, residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan-islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Bir daha vurğulanmalıdır ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Sınaq müddəti və ya cəzanın çəkilməsinin təxirə salındığı dövr üçün qanunvericiliyin əsas tələbi məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsi, uşağın təlim-tərbiyəsi ilə məşğul olması, habelə yeni hüquq pozuntusu törətməkdən çəkinməsi ilə bağlıdır. Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda, cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, qəsdən cinayət törətməyə görə faktiki olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əməlinə dövlət tərəfindən mənfi mənəvi-hüquqi qiymət verilmiş şəxsin cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Bununla da, Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cinayətlərin residivinin müəyyən edildiyini nəzərə alaraq, həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun cəzanın çəkilməsinin təxirə salındığı dövrdə qəsdən az ağır cinayət əməli törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaçəkmənin təxirə salınması Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən ləğv edilməli, həmin hökmlə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə qəti olaraq təyin olunmuş və çəkilməmiş 05 il 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2 və 56.1.3-cü maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlincə cinayətlərin residivi müəyyən olunsa da, azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən, o, təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci (iki təqsirləndirilən şəxsə münasibətdə keçirilməsi nəzərə alındıqda, 88 manatın yarısı) təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaçəkmənin təxirə salınması Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən ləğv edilsin, həmin hökmlə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə qəti olaraq təyin olunmuş və çəkilməmiş 05 (beş) il 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,135 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 44 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar