Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-386/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxx 1981-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Nizami rayonu Əzim Əzimzadə küçəsi 23/39 nömrəli evə açıq vəziyyətdə olan giriş qapısından qanunsuz daxil olub qonaq otağında masanın üzərində olan pul kisəsindən 113 manat nağd pul, üzərində 10 manat dəyərində 055- ***-**-** nömrə olan 600 manat dəyərində “Redmi Note 12” markalı mobil telefonu, yataq otağında kompüter dəstinin üstünə qoyulmuş, içərisində 52 manat nağd pul, balansında isə 3 manat olan 2 manat dəyərində bir ədəd "xxxx" QSC-nin gediş kartı olan 15 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 795 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 22 yanvar 2025-ci il tarixdə saat təxminən 05 radələrində bir nəfər tanışını görmək məqsədilə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Əzim Əzimzadə küçəsinə getmiş, lakin həmin şəxsi tapa bilməmişdir. Əzim Əzimzadə küçəsində bir məhəlləyə daxil olmuş, həyətdə beş-altı ev olmuş, ətrafa nəzər yetirdikdə həyətdə olan evlərdən birinin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Ətrafa baxıb heç kəsin olmadığına əmin olduqdan sonra qapının ağzından əlini içəri salıb stolun üzərində olan mobil telefonu götürüb getmişdir. İttiham aktında yazılan 113 manat pulu və digər əşyaları götürməmişdir. Götürdüyü telefon köhnə model olmuş, ittiham aktında yazılan qədər dəyəri olmamışdır. Əgər onu istintaq dövründə həbs etməsəydilər, zərərçəkmiş şəxsin mobil telefonunu qaytara bilərdi. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 21 yanvar 2025-ci il tarixdə axşam saatlarında ailəsi ilə birlikdə evdə olmuşlar. 22 yanvar 2025-ci il tarixdə səhər saatlarında evin soyuq olduğunu hiss etmiş və yerindən qalxıb ətrafa nəzər yetirdikdə evin giriş qapısının yarımçıq vəziyyətdə açıq olduğunu görmüşdür. Həmin vaxt ailə üzvlərindən kiminsə qapını açıq qoyduğunu təxmin etmiş və qapını çəkib bağlayaraq yenidən yerində yatmışdır. Qapını bağlasa da kilidləməmişdir. Belə ki, uşaqlar həyətdəki sanuzel otağından gecələr istifadə edərkən qapının kilidini açıb-bağlaya bilmədiklərindən onlar demək olar ki, gecələr evin giriş qapısının kilidini bağlamırlar. 22 yanvar 2025-ci il tarixdə saat 10 radələrində həyat yoldaşı onu yuxudan oyadaraq qonaq otağındakı stolun üzərində olan pul kisəsindəki pulun olmadığını bildirmişdir. Onlar evdən oğurluq olduğunu təxmin edib evi ətraflı şəkildə nəzərdən keçirmişlər. Bu zaman qonaq otağındakı stolun üzərində olan içərisində 10 manat dəyərində mobil nömrə olan “Redmi Note 12” markalı mobil telefonun və ona məxsus pul kisəsindən 113 manat pulun, yataq otağında olan kompüter dəstinin, yəni prosessorun üzərinə qoyduğu ona məxsus başqa bir pul kisəsinin isə özünün oğurlandığını aşkar etmişdir. Yataq otağından oğurlanan 15 manat dəyərində olan pul kisəsinin içərisində 52 manat nağd pul, iş yerindən pulsuz verilən “Premium Bank”a aid əmək haqqı kartı, eləcə də 2 manat dəyərində və balansında 3 manat olan "xxxx"na aid nəqliyyat kartı olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 795 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti vardır. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə istədiyi azadlıqdan məhrum etmə cəzası ilə razıdır, məhkəmədən həmin cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 22 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək və 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək yaşadığı Nizami rayonu Keşlə qəsəbəsi Ə.Əzimzadə küçəsindəki 23/39 saylı evindən 113 manat pul və içərisində 52 manat pul, qatar və bank kartları olan pul kisəsi, eləcə də “Redmi” markalı mobil telefonun oğurlanması barədə şikayət etmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçiriləndən sonra müvafiq əməliyyat tapşırığına əsasən tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Qeyd olunan oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Küdəmir rayonu ərazisində saxlanılaraq 23-cü Polis Bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan ünvandan oğurluq hadisəsini törətdiyini səmimi etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Yaşadıqları evin giriş qapısı dəmirdəndir və qapıdan birbaşa evin qonaq otağına daxil olurlar. Qonaq otağından qarşı tərəfdə yalnız bir yataq otağı vardır. Mətbəx və sanuzel otaqları isə həyətdə yerləşir. 21 yanvar 2025-ci il tarixdə axşam ailə üzvləri ilə evdə olmuşlar və gecə saatlarında da yatmışlar. Uşaqlar həyətdəki sanuzel otağından gecələr istifadə edərkən evin giriş qapısının kilidini açıb-bağlaya bilmədiklərindən demək olar ki, gecələr evin giriş qapısının kilidini bağlamırlar. 22 yanvar 2025-ci il tarixdə saat 10 radələrində o, çörək almaq məqsədilə qonaq otağındakı stolun üstünə qoyduğu pul kisəsindən pul götürmək istədikdə pulun olmadığını görmüşdür. O dərhal həyat yoldaşı Əhmədi yuxudan oyadıb bu barədə ona demiş və qonaq otağındakı stolun üstünə qoyduqları pul kisəsinin içərisində olan 113 manat pulun olmadığını müəyyən etmişlər. Bundan sonra evdən oğurluq olmasını təxmin etmiş və evi ətraflı şəkildə nəzərdən keçirmişlər. Həmin vaxt qonaq otağındakı stolun üstündə üzərində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefonun və həmin stolun üstündəki həyat yoldaşı Əhmədə məxsus pul kisəsindən 113 manat pulun, yataq otağında girişdən sol tərəfdə olan kompüter dəstinin, yəni prosessorun üzərində qoyduqları həyat yoldaşı Əhmədə məxsus başqa bir pul kisəsinin isə özünün oğurlandığını bilmişlər. Yataq otağından oğurlanan pul kisəsinin içərisində 52 manat nağd pul, Əhmədin “Premium Bank”a aid əmək haqqı kartı, eləcə də "xxxx"na aid nəqliyyat kartı olmuşdur. Əhməd bildirmişdir ki, səhər saatlarında evin giriş qapısının yarımçıq açıq vəziyyətdə olmasını görüb qapını bağlamışdır. Odur ki, elə gecə saatlarında da evlərindən oğurluq olmasına əmin olmuşlar. Bundan sonra həyat yoldaşı DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Oğurlanmış “Redmi” markalı mobil telefonu 2022-ci ilin təxminən avqust ayında həyat yoldaşı Əhməd təzə vəziyyətdə “Kontakt Home” mağazasından kreditə 600 manata almışdır. Ümumiyyətlə sonradan Əhmədlə birlikdə hesablayaraq evlərindən edilmiş oğurluq nəticəsində onlara ümumilikdə 799 manat maddi ziyan dəyməsini müəyyənləşdirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə ünvanlanmış 22 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, 22 yanvar 2025-ci il tarixdə saat 02:00-dan saat 06:30 radələrinədək naməlum şəxs yaşadığı evə daxil olaraq 165 manat olmaqla evin giriş otağında stolun üzərində olan pul kisəsindən 113 manat və yataq otağında olan kompüter dəstinin prosessorunun üzərinə qoyduğu içərisində 52 manat pul, bir ədəd qatar kartı, hesabında 4 manat pul olan “Premium Bank”a aid əmək haqqı kartı olan pul kisəsini oğurlayıb. Həmin naməlum şəxsi müəyyən edib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. - diskə baxış keçirilməsi haqqında 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə saat 05:33 radələrində Nizami rayonu Keşlə qəsəbəsi Əzim Əzimzadə küçəsində yerləşən siqaret satılan köşkün qarşısından və saat 05:34 radələrində 4-cü Köndələn küçəsində yerləşən Keşlə dayanacağının yeraltı keçidindən keçməsi öz əksini tapmışdır. - sənədə baxış keçirilməsi haqqında 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 21 yanvar 2025-ci il tarixdən 28 yanvar 2025-ci il tarixədək daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına, eləcə də 21 yanvar 2025-ci il tarixdən 23 yanvar 2025-ci il tarixədək olan müddətin anten məlumatlarına baxış keçirilən zaman məlum olmuşdur ki, ***-***-**-** saylı nömrə 22 yanvar 2025-ci il tarixdə, saat 15:06-dan sonra aktiv olmuş və həmin saatda Bakı şəhəri Nizami rayonu Qara Qarayev ərazisində mobil operatorun anten dairəsinə düşmüşdür. ***-***-**-** saylı nömrə 22 yanvar 2025-ci il tarixdə, saat 23:53-ə qədər aktiv olmuşdur, aktiv olduğu sonuncu dəqiqədə Bakı şəhəri Nizami rayonu 8-ci km qəsəbəsi Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığında mobil operatorun anten dairəsinə düşmüşdür. - sənədə baxış keçirilməsi haqqında 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus **********13007 və **********13015 imei kodlu mobil telefonun 22 yanvar 2025-ci il tarixdən sorğu icra olunan günə qədər hansı mobil nömrə ilə işləməsi və həmin nömrənin kimə məxsus olması barədə verilmiş sorğuya "xxxx" şirkətindən daxil olmuş cavab məktubuna baxış keçirilən zaman məlum olmuşdur ki, **********13007 imei kodlu mobil telefon sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. **********13015 imei kodlu mobil telefonda 22 yanvar 2025-ci il tarixdən saat 15:06-dan 24 yanvar 2025-ci il tarix saat 22:26-ya qədər ***-***-**-** saylı nömrə, 12 fevral 2025-ci il tarixdən saat 23:36-dan isə ***-***-**-** saylı nömrə işləmişdir. ***-***-**-** saylı nömrə Təqsirləndirilən şəxs, digər nömrə isə X1 məxsusdur. - sübutların qiymətləndirilməsi haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, hadisə yerinin yaxınlığında olan müşahidə kameralarının görüntülərinin əks olunduğu “CD” formatlı disk, "xxxx" şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatların əks olunduğu “CD” formatlı disk və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus **********13007 və **********13015 imei kodlu mobil telefonun hadisədən sonra işlədiyi mobil nömrələrlə bağlı məlumatların əks olunduğu "xxxx" şirkətindən daxil olmuş 8 vərəq məlumat maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-nin 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Əflatun Səlimov tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraatın dayandırılması haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, 15 yanvar 2022-ci il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilərək cinayət işləri üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. 29 aprel 2022-ci il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilərək cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəsi altında davam etdirilmişdir. Fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən olunmadığına görə dayandırılmış, Təqsirləndirilən şəxs əməlinə xitam verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10 fevral 2025-ci il tarixli tələbnamədən və Kürdəmir Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 1(041)- 39/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi hazırkı cinayəti törədərkən Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 28 yanvar 2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 02 ədəd disk və Zərərçəkmiş şəxs məxsus **********13007 və **********13015 imei kodlu mobil telefonun hadisədən sonra işlədiyi mobil nömrələrlə bağlı məlumatların əks olunduğu "xxxx" MMC tərəfindən verilmiş 8 vərəq məlumat cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan ödənilməsə də onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 19 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 209 manat (19x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd disk və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus **********13007 və **********13015 imei kodlu mobil telefonun hadisədən sonra işlədiyi mobil nömrələrlə bağlı məlumatların əks olunduğu "xxxx" MMC tərəfindən verilmiş 8 vərəq məlumat cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs 19 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 209 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-386/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-386/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver