Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-388/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar rayonunun Bərgüşad kəndində qeydiyyatda olan, Ucar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarı ilə cəzadan 02 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, 18 avqust 2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 18 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını zərərçəkmiş şəxsin cibindən çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 fevral 2023-cü il tarixdə saat 15 radələrində “8-ci km bazarı”nın ünvan 1 ünvanında yerləşən hissəsində Zərərçəkmiş şəxs1 əynindəki qış paltosunun sol yan cibindən sonuncuya məxsus üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi, balansında 5 manat dəyərində danışıq dəqiqələri olan bir ədəd 635 manat dəyərində “İnfinix Note 11 Pro” markalı, 128 GB yaddaşlı, **********41556 və **********41564 İmei kodlu mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 650 manat miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 fevral 2023-cü il tarixdə saat 11 radəiərində “8-ci km bazarı”nın ünvan 2 ünvanında yerləşən hissəsində Zərərçəkmiş şəxs2 əynindəki gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi, balansında 5 manat dəyərində danışıq dəqiqələri olan bir ədəd 385 manat dəyərində “Redmi Note 11” markalı, 128 GB yaddaşlı, **********67608 və **********67616 İmei kodlu mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 400 manat miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 181.3.2 və 234.1-ci maddələri ilə məhkum olunmuş, 2022-ci ilin iyun ayında cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra işləyib pul qazanıb ailəsini saxlamaq üçün ara-sıra Bakı şəhərinə gəlib gündəlik fəhləlik edərək pul qazanmışdır. 04 fevral 2023-cü il tarixdə rayondan fəhləlik etmək üçün yenə Bakı şəhərinə gəlmiş, 05 fevral 2023-cü il tarixdə pulu olmadığına görə, həmyerlisi Maqsud adlı şəxsin oğlanlarından pul borc almaq məqsədi ilə onların işlədikləri “8-ci km bazarı”na getmişdir. Bazarda gəzib həmyerlilərini tapa bilməmiş, pula ehtiyacı olduğu üçün məcbur olub cibgirlik etmək qərarına gəlmişdir. Həmin gün saat 15 radələrində bazarın meyvə-tərəvəz satılan hissəsində əynində sarı rəngli palto olan qadının paltosunun sağ cibindən mobil telefonun bir hissəsinin kənara çıxdığını görüb oğurlaya biləcəyini düşünmüşdür. Həmin xanımı izləyərək sıxlıq olan yerdə həmin xanımın hiss etmədiyi anda mobil telefonunu onun cibindən oğurlayıb bazarı tərk etmişdir. Sonra Xəzər rayonu, Binə qəsəbəsində gündəlik fəhləlik edən fəhlələrin toplaşdığı yerə getmiş, həmin yerdə əvvəllər fəhlə işlədiyinə görə tanıdığı Ülvü adlı şəxsə mobil telefonu 55 manata satmışdır. Mobil telefon “İnfinix Note 11 Pro” modelli olmuşdur. Mobil telefon işlək vəziyyətdə olmuş və içərisində heç bir kod olmamışdır. Həmin gündən o, Bakı şəhərində müxtəlif ünvanlarda bir gecəlik evlərdə qalmış, gündüzlər isə fəhlə kimi iş tapıb işləmişdir. Lakin bir neçə gün fəhlə kimi iş tapa bilmədiyi üçün 12 fevral 2023-cü il tarixdə saat 10 radələrində yenə də vətəndaşların ciblərindən pul, mobil telefon və digər qiymətli əşya oğurlamaq məqsədi ilə “8-ci km bazarı”na getmişdir. Çünki həmin bazarda insan sıxlığı çox olduğu üçün orada oğurluq etmək daha əlverişli olmuşdur. Bazarı gəzərək toyuq məhsulları satılan yerdə kişi cinsindən olan kişinin mobil telefonla danışdıqdan sonra telefonu əynində olan gödəkçəsinin sağ cibinə qoyduğunu müşahidə etmiş, bundan sonra həmin kişini izləyərək, imkan olan kimi onun hiss etmədiyi anda mobil telefonu gödəkçəsinin cibindən oğurlayb bazarı tərk etmişdir. Həmin mobil telefon “Redmi Note 11” modelli olmuş, mobil telefonda sınıq yerləri olmamış və işlək vəziyyətdə olmuş, telefonda kod olmamışdır. Həmin mobil telefonu o, oğurladığı gün, yəni 12 fevral 2023-cü il tarixdə tanışı Hikmətə göstərərək özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Hikmət telefona baxış keçirtdikdən sonra özünə məxsus “Samsung A3” markalı mobil telefonu və 50 manat pul verə bilcəyini demişdir. O, oğurladığı mobil telefonları satdığı Ülvü və Hikmətə həmin telefonları oğurluq yolu ilə əldə etdiyini bildirməmişdir. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, maddi imkanı olmadığına görə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilmədiyini göstərmiş, ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12 fevral 2023-cü il tarixdə saat 10 radələrində evə bazarlıq etmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”na getmişdir. Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 ünvanında yerləşən “Bolluq” adlı toyuq mağazasının yanında özünə məxsus “Redmi Note 11” markalı mobil telefonu gödəkcəsinin cibindən çıxararaq nəvəsinə zəng etmişdir. Nəvəsi ilə danışdıqdan sonra mobil telefon aparatını əynində olan gödəkçənin sağ cibinə qoyaraq bazarlıq etməyə başlamışdır. Mağazanın qarşısında olarkən evə əlavə nəyin lazım olub-olmadığını soruşmaq üçün həyat yoldaşına zəng etmək istədikdə, mobil telefon aparatının cibində olmamasını aşkar etmişdir. O, mobil telefon aparatının nəvəsi ilə danışaraq cibinə qoyduqdan sonra oğurlandığını başa düşərək yol ilə keçən tanımadığı şəxsdən xahiş edib öz istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, lakin telefonuna zəng çatmamışdır. Ona görə həmin şəxsin telefonu ilə oğlu İlkinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermiş və oğluna yaşadığı ünvana getdiyini demişdir. Oğlu İlkin isə hadisə barədə zəng vuraraq DİN-in 102 xidmətinə məlumat vermişdir. O, “Redmi Note 11” markalı mobil telefonunu “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən telefon mağazalarının birindən 2023-cü ilin yanvar ayında 385 manata almışdır, mobil telefon **********67608 və **********67616 İmei kodlu olmuş, içərisində ***-***-**-** saylı, üzərində 5 manat danışıq kartı olan mobil nömrə olmuş və həmin nömrəni bir neçə il bundan əvvəl 10 manata almışdır. Ümumilikdə ona 400 manat məbləğində ziyan dəymişdir. Oğurluq hadisəsi törədilən zaman onun bu barədə xəbəri olmamış, yalnız yenidən zəng etmək üçün telefon aparatını cibindən götürmək istəyəndə yerində olmamasını gördüyü an bilmişdir. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır, polis idarəsinə çağırıldıqdan sonra onun mobil telefonunu əynindəki gödəkçədən oğurlayan şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyi üçün ondan şikayətçidir və pulunu ödəməsini tələb edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır, o, poçt vasitəsi ilə göndərdiyi teleqramlarında istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onsuz keçirilməsinə etiraz etmədiyini, dəymiş ziyanın ödənilmədiyini, çıxarılacaq hər hansı qərarla razı olduğunu göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 05 fevral 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı ünvandan çıxaraq yaxınlıqda yerləşən “8-ci km bazarı”na bazarlıq etmək üçün getmişdir. Bazarda ilk öncə geyimlər olan bölməyə daxıl olub orada bir ədəd idman çantasını aldıqdan sonra meyvə-tərəvəz satılan bölməyə keçmişdir. Orada meyvə-tərəvəz alan zaman əynindəki qış paltosunun cibində olan “İnfinix Note 11 Pro” markalı mobil telefon aparatına yaxın qohumundan zəng gəlmiş və o, telefon danışığını bitirdikdən sonra mobil telefonunu əynində olan paltonun sol yan cibinə qoymuşdur. Bazarda meyvə-tərəvəz bölümündə alış-veriş etdikdən sonra əlində olan sellofan torbalarla yaşadığı ünvana getmişdir. Təxminən saat 16 radələrində yaşadığı ünvan 4 ünvanına daxil olub əlində olan sellofan torbaları mənzilə qoymuş, həmin vaxt paltonun sol yan cibinə qoyduğu mobil telefon aparatının cibində olmadığını görüb oğurlandığını başa düşmüşdür. Təlaşlanaraq bu barədə qardaşı X2 məlumat vermiş və qardaşı DİN-in 102 xidmətinə məlumat vermişdir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, “İnfinix Note 11 Pro” markalı mobil telefonu “Baku Electronics” mağazalar şəbəkəsindən 2022-ci ilin sentyabr ayında 635 manata almışdır. “İnfinix Note 11 Pro”, 8 ram, 128GB markalı mobil telefonun **********41556 və **********41564 İmei kodlu olmuş, içərisində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin nömrəni bir neçə il əvvəl 10 manata almışdır. Nömrənin təxminən 5 manat danışıq limiti olmuşdur. Ümumilikdə ona 650 manat ziyan dəymişdir. Oğurluq hadisəsi törədilən zaman onun bu barədə xəbəri olmamış, yalnız yaşadığı evə çatdıqda telefon aparatını cibindən götürmək istəyən zaman yerində olmamasını gördüyü an bilmişdir. Oğurluq nəticəsində ona dəymiş ziyan ödənilmədiyindən və mobil telefonu qaytarılmadığından şikayətini davam etdirir. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədəvəti olmamışdır. Polis idarəsinə çağırıldıqdan sonra onun mobil telefonunu əynindəki paltodan oğurlayan şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı Binə qəsəbəsində taxta sexlərinin birində fəhiə işləyir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin əvvəllərində tanımışdır, onunla hər hansı dostluq və yaxın münasibəti olmamışdır. Lakin bir neçə dəfə Binə qəsəbəsidə bazarın qarşısında salamlaşaraq görüşmüşdür. Fəhləliklə məşğul olduğu üçün 05 fevral 2023-cü il tarixdə Binə qəsəbəsində bazarın qarşısında dayanmışdır. Təxminən axşam saatlarında Sadiq bir neçə nəfərə yaxınlaşaraq mobil telefon satdığını bildirmiş, ondan nə mobil telefon olduğunu soruşmuş, Sadiq pula ehtiyacı olduğundan özünə məxsus “İnfinix Note 11 Pro” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Mobil telefonun ekranın aşağı hissəsində və arxa hissəsində çat olduğu üçün Sadiqdən həmin mobil telefonu o, detal kimi 55 manata ala biləcəyini demişdir. Sadiq də onunla razılaşmışdır. O, Sadiqə 55 manat verərək mobil telefonu ondan almışdır. Özündə olan “İnfinix Note 11 Pro” markalı mobil telefon nasaz vəziyyətdə olduğuna görə Sadiqdən aldığı mobil telefonu hissələrə bölüb öz mobil telefonuna taxmışdır. Belə ki, özü əvvəllər mobil telefon satışı və təmiri mağazasında işlədiyi üçün mobil telefonları söküb quraşdırmağı bacarmışdır. Buna baxmayaraq, həmin detallar onun mobil telefonunda işləməmişdir. Bundan sonra həm Sadiqdən aldığı mobil telefon, həm də özünə məxsus olan mobil telefon yararsız hala düşdüyündən hər iki mobil telefonu zibil qutusuna atmışdır. Sadiq ona satdığı mobil telefonun oğurluq olması barədə məlumat verməmiş, Sadiqdən soruşduqda mobil telefonun özünə məxsus olduğunu, borcu olduğu üçün satdığını bildirmişdir, əgər Sadiqin satdığı mobil telefonun oğurluq olduğunu bilsəydi, həmin mobil telefonu almazdı. İbtidai istintaqı aparan müstəntiqin sübutların qiymətləndirilməsinə dair 08 may 2023-cü il tarixli qərarına əsasən Şahid2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısına 18 fevral 2023-cü il tarixdə verdiyi izahat iş üzrə sübut növü kimi tanınmışdır. Belə ki, müəyyən edilmişdir ki, həmin şəxs Bakı şəhəri Suraxanı RPİ-nin İŞnin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, yeri müəyyən olunmadığına görə haqqında axtarış elan edilmişdir, buna görə onun şahid qismində dindirilərək ifadəsinin alınması mümkün olmamışdır. Məhkəmə qeyd edilənləri nəzərə almış, sözügedən izahat məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 həmin izahatında göstərmişdir ki, gündəlik icarə haqqı əsasında etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Sadiqi iki aydır ki, avtomobilində əyləşdiyi müştəri qismində tanımışdır. 12 fevral 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvanda olan zaman Sadiq onun ev ünvanını bildiyi üçün evinə gələrək “Redmi Note 11” markalı mobil telefonu göstərərək özünə məxsus olduğunu, satmaq istədiyini bildirmişdir. O, həmin vaxt telefona baxış keçirdikdən sonra özünə məxsus “Samsung A3” markalı mobil telefonu və 50 manat pulu Sadiqə verib “Redmi Note 11” markalı mobil telefonu ondan almışdır. Həmin mobil telefonu baldızı X1 adına olan, lakin özü işlətdiyi ***-***-**-** saylı mobil nömrə ilə işlətmişdir. 14 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşı ona zəng edərək Sadiqdən aldığı mobil telefonu ondan istəmiş, o da mobil telefonu polis əməkdaşına vermişdir. Bildirmişdir ki, mobil telefonu Sadiqdən alan zaman Sadiq mobil telefonun oğurluq olmadığını, özünə məxsus olduğu üçün satdığını demişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 05 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 10-12) - 12 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 33-34) - 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.2 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. (i.v. 74) - 09 aprel 2023-cü il tarixli protokoldan görünür ki, işdə olan 01 ədəd disk məlumatlarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə 03 ədəd video fayl vardır. xx.xx.2023_hadisə.mp4 adlı fayla baxış keçirən zaman Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda Zərərçəkmiş şəxs1 ilə yan-yana müşahidə olunur. xx.xx.2023_1.mp4 adlı fayla baxış keçirən zaman Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda piştaxtalar arasında hərəkəti müşahidə olunmuşdur. xx.xx.2023_2.mp4 adlı fayla baxış keçirən zaman Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda Zərərçəkmiş şəxs1 izləməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, görüntülərdəki qadın cinsindən olan şəxs özü, onu izləyən və yanında olan kişi cinsindən olan şəxs isə sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxsdur. (i.v. 118) -Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 29 aprel 2023-cü il tarixli 54/2-7634/23 nömrəli məktubundan görünür ki, RPİ-nin istintaq şöbəsində Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi isintaq olunur. Şahid2 14 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 05 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin şəxsin üzərindən hər hansı bir mobil telefon aşkar olunmamış və istintaq orqanına da təqdim edilməmişdir. (i.v. 159) - 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şahid2 və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 164-172) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 63) - 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 92-93) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli tələbnamədən, qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.3-cü maddəsi ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə cəzadan 01 il 02 ay 18 gün vaxtından əvvəl şərti azad edilmiş; Ucar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarı ilə cəzadan 02 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, 18 avqust 2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 144-154) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 iyun 2007-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə ödənilmiş, Ucar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə isə ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır; 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda, məhkəmə hesab edir ki, Ucar Rayon Məhkəməsinin 20 may 2021ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edildikdən sonra Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, əməlində cinayətlərin residivi vardır. Ona görə məhkəmə həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 20 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları zərərçəkmiş şəxslərə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-388/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-388/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver