Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-389/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 28 avqust 1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Taynaq kəndində qeydiyyatda olmaqla yaşamış, 25 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2022-ci il tarixdə tutulmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 13 iyul 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 16 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyəti olmadığı halda, Zərərçəkmiş şəxs2 koronavirus xəstəliyinə yoluxmuş arvadı X3 müalicə etdirəcəyi, onun üçün xüsusi həkim ayrılmasını təmin edəcəyi və türk həkimin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Modul tipli xəstəxanasına gətirilməklə Amaliya Tağıyevaya tibbi yardım göstərilməsini təşkil edəcəyi ilə bağlı yalan vədlər verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 2021-ci ilin sentyabr ayında ünvan 1 ünvanında yerləşən “Ege Hospital”ın qarşısında 500 manat, 08 oktyabr 2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs2 qohumu Şahid1 tərəfindən onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid2 məxsus "xxxx" ASC-yə aid 4169 7413 4404 3474 nömrəli debet kartına köçürülmüş 3000 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən “Olimpik Star” idman kompleksinin yaxınlığında olan bankomatdan çıxarmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 3500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 3500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyəti olmadığı halda, Zərərçəkmiş şəxs1 koronavirus xəstəliyinə yoluxmuş övladı X4 müalicəsinin davam etdirilməsi üçün müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstəxanasından “Yeni Klinika” tibb müəssəsinə köçürülməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs1 27 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 142 ünvanında yerləşən “Yeni Klinika” adlı tibb müəssisəsinin qarşısında 5500 manat, həmin tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 172 ünvanında yerləşən “Bravo” marketin arxasında 500 manat, ümumilikdə 6000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 6000 manat - xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Tibb Universitetinin hərbi tibb fakültəsini bitirmiş, lakin bir akademik borcu qaldığı üçün diplom ala bilməmişdir. 2020-ci ilin iyun ayından oktyabr ayınadək olan müddət ərzində Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında reanimasiya şöbəsində “praktikant” kimi fəaliyyət göstərmişdir. Lakin akademik borcu olduğuna görə diplom ala bilməmiş və sonradan özü həmin xəstəxanadan çıxmışdır. Siyavuş və Zauru Emil adlı ümumi həkim tanışının vasitəsilə tanımışdır. Elvin adlı şəxsi isə 2014-cü ildə birlikdə hazırlığa getdikləri zaman tanımışdır və onunla aralarında normal münasibətləri vardır. Lakin sonradan bir-birini uzun müddət görməmişlər və 2021-ci ilin təxminən sonlarına doğru təsadüfən Elvini gördüyü zaman təkrar söhbətləşmişlər və münasibətləri yaranmışdır. 21 sentyabr 2021-ci il tarixdə tanışı və həkim kimi tanıdığı Şahid6 onunla əlaqə saxlayaraq Amaliya adlı bir tanışının olduğunu və həmin qadının “Covid-19” virusuna yoluxduğunu, hazırda Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında olduğunu bildirmiş və onun haqında məlumat almağı, kiməsə hörmət lazımdırsa öyrənib ona deməyini xahiş etmişdir. O da maraqlana biləcəyini demişdir. Bir az sonra Emil onun əlaqə nömrəsini Polad adlı şəxsə vermiş və həmin Polad adlı şəxs onunla əlaqə saxlamışdır. Orada işlədiyi üçün münasibəti yaranmış həkimlərlə əlaqə saxlayıb Amaliya xanım barədə maraqlanmış və Polada Amaliya xanımın vəziyyətinin ağır olduğu barədə məlumat vermişdir. Bundan sonra Polad bir tanışının vasitəsilə ona 500 manat pul göndərmiş və həmin pulun heç nəyə aidiyyəti olmadığını, bunu onun özü əziyyət çəkdiyi üçün göndərdiyini bildirmişdir. Polad kiməsə hörmət lazım olsa deməyini bildirmiş və ondan Amaliya xanıma xüsusi qulluq etməsi üçün kənardan həkim və ya tibb bacısı keçirməyin mümkün olub-olmadığını soruşmuşdur. O da tibb bacısı keçirməyin mümkün olduğunu, həkimi isə dəqiq maraqlanıb deyəcəyini bildirmişdir. Sonra heç kimlə maraqlanmadan 2000 manata tibb bacısı tapıb sırf Amaliya xanıma tibbi yardım göstərməsi üçün həmin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya keçirdə biləcəyini demişdir. Bundan sonra Siyavuş və Zaur onunla görüşüb Nərimanov rayonunda yerləşən “City Hospital” xəstəxanasının yaxınlığında 2000 manat pulu ona vermişlər. Onlara söz vermişdir ki, qısa müddət ərzində tibb bacısı tapıb Amaliya xanıma yardım göstərməsi üçün modul tipli xəstəxanaya göndərəcəkdir. Bundan sonra Polad ona “Whattsapp” proqramı vasitəsilə səs ataraq bildirmişdir ki, Dayaq adlı həkimlə əlaqə saxlamış, həmin həkim ona Amaliya xanımın vəziyyətinin kritik ağır olduğunu bildirmiş və demişdir ki, kənardan tibb bacısı gətirməyin heç bir köməyi olmayacaqdır. Həmin vaxt Polad aldığı 2000 manat pulu qaytarmağını bildirmiş, o da ertəsi gün 2000 manat pulu Poladın özünün göndərdiyi və əmisi olduğunu bildirdiyi ağ rəngli “VAZ 2104” markalı avtomobilin sürücüsünə qaytarmışdır. Həmin vaxt Polada 2000 manat pulu qaytardığını demiş və bir az sonra Polad onunla əlaqə saxlayıb 2000 manat pulun ona çatdığını bildirmişdir. Daha sonra Polad təkrar onunla əlaqə saxlayaraq Amaliya xanımın vəziyyətinin nisbətən yaxşılaşdığını bildirmiş və yenidən həm həkim, həm də tibb bacısı tapıb modul tipli xəstəxanaya Amaliya xanıma tibbi yardım göstərməsi üçün göndərə biləcəyini soruşmuşdur. O da bunun mümkün olduğunu bildirmişdir. Həmin vaxt 2000-3000 manat pul lazım olacağını demiş, Polad buna görə ondan kart nömrəsi istəmişdir. O da öz kartının müddəti bitdiyi üçün Elvinə zəng edib bank kartının müddətinin bitdiyini demiş və ona göndəriləcək pul üçün ondan kartını deməsini xahiş etmişdir. Elvin onu tanıdığı üçün özünə məxsus "xxxx"dan aldığı debet kartın şəklini ona atmışdır. O da həmin şəkli Polada atmış və bir az sonra Polad onunla əlaqə saxlayaraq 3000 manat pulu həmin karta göndərdiyini bildirmişdir. Elvinlə əlaqə saxlamış və Elvin bunu təsdiq etmişdir. Bundan sonra Elvinlə “Olimpik Star” əyləncə mərkəzinin yaxınlığında görüşmüşlər və həmin yerdə olan “Araz” marketin qarşısına quraşdırılmış “Kapital Banka”a məxsus bankomatdan Elvindən götürdüyü bank kartına yüklənmiş 3000 manat pulu 2000 manat və 970 manat olmaqla 2 dəfəyə çıxarmışdır. Bank özü bu iki əməliyyat üçün kart hesabından 30 manat pul çıxmışdır. Əvvəlcədən Elvin bu barədə soruşduqda ona bir nəfərin ona pul atdığını demiş, lakin kimin və hansı məqsədlə atdığı barədə məlumat verməmişdir. Həmin pulu Elvinin yanında bankomatdan çıxardıqdan sonra Elvinə olan 25 manat borcunun əvəzinə 50 manat pul vermişdir. Qalan pulu isə özündə saxlamış və öz ehtiyacları üçün xərcləmişdir. Yəni, həmin pulu Amaliya xanımın müalicəsi üçün xərcləməmişdir. Çünki Poladdan 3000 manat pul istəyən zaman öz ehtiyacları üçün xərcləyəcəyini nəzərdə tutmuşdur. Bundan təxminən 2-3 saat sonra isə Polad onunla əlaqə saxlayaraq Amaliya xanımın modul tipli xəstəxanada vəfat etdiyini bildirmiş və ona göndərdiyi 3000 manat pulu qaytarmasını demişdir. O da narahat olmamasını, ertəsi gün 3000 manat pulu ona qaytaracağını demişdir. Lakin artıq həmin pulu öz ehtiyacları üçün xərclədiyinə görə Polada 3500 manatı göndərə bilməmişdir. Bundan sonra 3500 manat pulun 2000 manatını 2021-ci ilin oktyabr ayının sonlarında Poladın ona verdiyi bank kartına atmış və Polad da bu faktı təsdiq etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 tanıyır, onunla “Semaşko” xəstəxanasında tanış olmuşdur. 2021-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs1 qızı Aytac Quliyevanın koronovirus xəstəliyi ilə əlaqədar “Yeni Klinika”ya yerləşdirmək adı ilə ümumilikdə 6000 manat pul almışdır. Həmin puldan 5500 manatını Zərərçəkmiş şəxs1 yeznəsi Şahid3 yanında, qalan 500 manat pulu isə Şahid3 Cabir və Şahid4 adlı qohumlarının yanında almışdır. Əvvəl Zərərçəkmiş şəxs1 qızı Aytacı “Yeni Klinika”ya yerləşdirmək adı ilə 12000 manat pul istəsə də o, həmin məbləğdə pulunun olmadığını bildirmiş, sonradan ona 8000 manat pul verməli olduğunu bildirərək həmin məbləğin müqabilində qızını “Yeni Klinika”ya yerləşdirəcəyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 ümumilikdə 5 və ya 6 min manat pul düzəldə biləcəyini bildirdikdə onunla razılaşmış və 6 min manat pulu ondan alaraq qızını “Yeni Klinika”ya yerləşdirəcəyinə inandırmışdır. Əvvəllər “Semaşko” xəstəxanasında dərs aldığı üçün orada tanışları olduğunu bildirib Zərərçəkmiş şəxs1 qızı Aytacın müalicəsində kömək edəcəyini bildirmiş, lakin ondan aldığı pulu da öz ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı pul vəsaitlərindən hər hansı digər şəxsə verməmiş, bu barədə heç kimin məlumatı da olmamışdır, həmin şəxslərə özünü həkim kimi deyil, həkim köməkçisi kimi təqdim etmiş və adlarını qeyd etdiyi xəstəxanalarda həkimləri tanıdığını bildirmişdir. Hərbi tibb fakültəsini bitirsə də, diplomunu ala bilmədiyindən rəsmi olaraq həkim kimi işləyə bilməmiş, ona görə peşə ixtisasına uyğun olaraq xəstəxanalarda həkimlərə kömək etmiş, universitetdə oxuduğu vaxt xəstəxanaya gedib-gəlmiş, ağ rəngli forma ilə xəstəxanaya girib-çıxmış, həkimlər onu tanımışlar. Tibb Universitetinin hərbi tibb fakültəsində oxuduğu zaman həmin formanı tələbə olduğu üçün ona universitetdə vermişlər. Həmin forma həkim formasına oxşar ağ rəngli forma olmuş, lakin əslində həkim forması olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin onunla barışdıqlarını, bir daha belə əməllərə yol verməyəcəyini göstərmiş, həmin halları nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə “Semaşko” xəstəxanasında yeznəsi Şahid3 vasitəsilə tanış olmuşdur, belə ki, qeyd etdiyi həmin şəxslər arasında qohumluq münasibətləri vardır, Yasin Siileymanzadə onun yeznəsi Şahid3 yeznəsi Cabir İskəndərovun bibisi oğludur. Onun qızı Aytac Quluzadə təxminən 2021-ci ilin oktyabr ayının ortalarında hamilə vəziyyətində koronavirus xəstəliyinə tutulduğundan onu “Semaşko” xəstəxanasının hamilə qadınlar üçün nəzərdə tutulan xüsusi korpusuna yerləşdirmişlər. Bundan sonra yeznəsi Nəcəf onu xəstəxanada öz qohumu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Yasinlə tanış olan zaman sonuncu ağ rəngli xüsusi həkim formasında olmuş, əynindəki ağ rəngli həkim formasının sol döş hissəsində üzərində “doktor Təqsirləndirilən şəxs” yazıları həkk olunmuş xüsusi döş nişanı olmuşdur. Həmçinin Yasinin boynundan ürək döyüntülərini ölçmək üçün istifadə olunan tibbi cihaz asılmışdır. Təqsirləndirilən şəxs yeznəsi Nəcəfin, sonuncunun yeznəsi Cabirin və Türkiyə Respublikası vətəndaşı olan Şahid4 adlı şəxsin yanında özünü ona həkim kimi təqdim edərək, X1 işlədiyini, həmçinin Zığ qəsəbəsində yerləşən koronavirus xəstələri üçün fəaliyyət göstərən Modul tipli xəstəxanada işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra sonuncu hər gün “Semaşko” xəstəxanasında qızı Aytaca baş çəkmək adı ilə 3-cü korpusa qalxaraq ona qızının vəziyyətinin yaxşı olmadığını demişdir. Yasin 3 gündən sonra ona bildirmişdir ki, 3-cü korpusun baş həkimi Aytacın vəziyyətinin yaxşı olmadığını, Aytacı “Yeni Klinika”ya köçürmək lazım olduğunu, bunun üçün ona kömək edə biləcəyini bildirmişdir. Daha sonra Yasin ona demişdir ki, “Yeni Klinika”nın baş həkimi ilə 12000 manat pulun müqabilində Aytacın ora köçürülməsini danışaraq razılaşdırmışdır. O da sonuncuya qeyd olunan məbləğdə pulunun olmadığını bildirmişdir. Bundan sonra Yasin həmin klinikanın baş həkimi ilə danışdığını, 8000 manat pula razılaşdığını bildirmişdir. Yasinə 5-6 min manat pula gücü çatdığını bildirmiş və Yasinlə razılaşmışlar. Həmin gün özünə məxsus 2000 ABŞ dollarını yeznəsi Nəcəfə vermiş, sonuncu Yasin və Cabirlə birlikdə “Semaşko” xəstəxanasının yanında yerləşən adını xatırlamadığı bankda həmin 2000 ABŞ dollarını milli valyutaya çevirərək gətirib ona vermişdir. O da qohumların dəstəyi ilə qalan pulu düzəldib ümumilikdə 5500 manat pulu taksi avtomobili ilə “Yeni Klinika”ya gedərkən yolda əlbəəl yeznəsi Nəcəfin yanında Yasinə vermişdir. Yasin 500 manat pulu da həmin gün verməli olduğunu bildirmişdir. Bundan sonra “Yeni Klinika”nın yanına çatmışlar, Yasin onlara bildirmişdir ki, həmin 5500 manat pulu “Yeni Klinika”nın baş həkiminə verib qayıdacaqdır. Yasini taksidə gözləmişlər, təxminən 15 dəqiqədən sonra o, qayıtmış və 5500 manat pulu baş həkimə verdiyini bildirmişdir. Həmin gün axşam saat 17 radələrində yeznəsi Nəcəf qohumları Cabir və Şahid4 yanında “Yeni Klinika”nın yanında Yasinə əlavə olaraq 500 manat pulu da əlbəəl vermişdir. İki gün sonra qızı Aytacın stasionar müalicə aldığı “Semaşko” xəstəxanasının 3cü korpusunun tibb bacılarından biri ona Aytacın vəziyyətinin getdikcə yaxşılaşdığını, belə olan halda iki günə Aytacın palataya köçürüləcəyini bildirmişdir. Bunu bildikdən sonra Yasinə bu barədə bildirib daha qızının başqa xəstəxanaya köçürülməsi zərurəti olmadığını demiş, ona verdikləri ümumilikdə 6000 manat pulunu geri istəmişdir. Yasin onu inandıraraq həmin pulu alıb geri qaytaracağını bildirmişdir. Pulunu geri istədikdən sonra Yasin “Semaşko” xəstəxanasında görünməmişdir. Yasinə hər dəfə zəng etdikdə o, müxtəlif bəhanələr gətirərək vaxt uzatmışdır. Ona görə yeznəsi Nəcəf qohumları Cabir və Şahid4la birlikdə “Yeni Klinika”nın baş həkiminin yanına gedərək ondan baş verənlər barədə soruşmuşlar. Lakin həmin klinikanın baş həkimi Təqsirləndirilən şəxs tanımadığını bildirmiş, həmçinin klinikanın videomüşahidə kameralarının yaddaşına baxanda müəyyən olunmuşdur ki, həmin tarixdə Təqsirləndirilən şəxs klinikaya daxil olaraq qısa müddət klinikada gəzişmiş, heç bir həkim otağına daxil olmadan klinikadan çıxmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir. Həmin maddi ziyan tamamilə ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində tanımışdır. 2021-ci ilin avqust ayının sonlarında həyat yoldaşı X5 “Covid-19” virusuna yoluxmuşdur, həmin vaxt o, Şamaxı rayonunda işlədiyi üçün qaynı Siyavuş bacısı Amaliyaya nəzarət etmişdir. Lakin sonradan Amaliyanın vəziyyəti ağırlaşdığı üçün onu təcili tibbi yardım vasitəsilə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirmişlər. Yasinlə bacanağı vasitəsilə tanış olmuş və qaynı Siyavuşla birlikdə ilk dəfə 21 sentyabr 2021-ci il tarixdə “Ege Hospital” klinikasında Yasinlə görüşmüşlər. Həmin vaxt Yasin özünü onlara həkim kimi təqdim edərək tanış həkimlərinin olduğunu və yoldaşına köməklik edə biləcəyini, tanışı olan hansısa savadlı həkimi modul tipli xəstəxanaya köçürmək lazım olduğunu bildirmişdir. O da Yasinə inanmış və 500 manat pulu Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 38 ünvanında yerləşən “Ege Hospital”ın qarşısında Yasinə əlbəəl vermiş, Yasin isə həmin modul tipli xəstəxanadan yoldaşına baxması üçün həkim ayrılacağını vəd vermişdir. Bundan sonra Yasin yoldaşına başqa həkim ayrılması, başqa xəstəxanadan yoldaşı üçün xüsusi həkim gətirilməsi, müxtəlif əməliyyatların edilməsi və bu kimi müxtəlif bəhanələrlə onları aldadaraq müxtəlif miqdarlarda pul almış, lakin verdiyi vədlərə əməl etməmiş, həmin pulları isə geri qaytarmışdır. Sonuncu dəfə 07 oktyabr 2021-ci il tarixdə Yasin onlarla əlaqə saxlayaraq həmin gün modul tipli xəstəxanaya başqa xəstə götürmək üçün getdiyini və yoldaşına da baş çəkdiyini, yoldaşının həmin modul tipli xəstəxanada öləcəyini, türk vətəndaşı olan bir tanış həkimin yoldaşını tam olaraq sağaldacağını deyib başqa klinikaya köçürməyi təklif etmişdir. Lakin bununla razı olmamışlar, çünki həmin klinika ilə əlaqə saxlamışlar və orada boş yer olmadığını bildirmişlər. Bundan sonra Yasin onlara təklif etmişdir ki, həmin türk həkimi modul tipli xəstəxanaya köçürsünlər və yoldaşını müalicə etsin. Həmin vaxt X9 Nazirliyində işləyən general rütbəli tanışı olduğunu və onun vasitəsilə həmin həkimi modul tipli xəstəxanaya sala biləcəyini, bunun üçün 3500 manat pul ödəməli olduqlarını onlara bildirmişdir. Özü və qaynı Siyavuş da buna razı olmuşlar. 08 oktyabr 2021-ci il tarixdə günorta saatlarında işdə olduğu üçün 3000 manat pulu qaynı Siyavuşa vermiş, Siyavuş gedib Qaraçuxur qəsəbəsində mağazalardan birində yerləşən “Milli Ön” aparatı vasitəsilə Yasinin dediyi bank kartına 3000 manat pulu köçürmüşdür. Yasin pulu aldığını bildirdikdən sonra həmin gün saat 18 radələrində həkimi “Yeni Klinika”dan götürüb modul tipli xəstəxanaya aparacağını və sonra özünün də həkimi geri klinikaya qaytaracağını bildirmiş, o da razılaşmışdır. “Komsomol” dairəsinə çatanda Yasinə zəng edərək evə getdiyini, nə vaxt desə gedib həkimi götürə biləcəyini demişdir. Lakin Yasin həkimin diplomunun lazım olduğunu və saat 18:00-dək həkimin Yasamal rayonunda evindən diplomunu götürüb gəlməyini demişdir. Onunla danışıb qurtardıqdan sonra qaynı Siyavuşa zəng etmiş, bu zaman Siyavuş ağlayaraq ona bildirmişdir ki, yoldaşı Amaliya modul tipli xəstəxanada vəfat etmişdir. Təkrar Yasinə zəng edib yoldaşının öldüyünü bildirmiş və pulu geri qaytarmasını demişdir. Yasin pulu qaytaracağını bildirsə də, müxtəlif bəhanələr gətirərək verdikləri ümumilikdə 3500 manat pulu qaytarmamışdır. Qaynı Siyavuşun 08 oktyabr 2021-ci il tarixdə “Milli Ön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs tanışı Şahid2 məxsus "xxxx" ASC-yə aid 4169 7413 4404 3474 nömrəli debet kartına köçürdüyü 3000 manat pul vəsaiti özünə məxsus olmuşdur, sadəcə işi ilə əlaqədar vaxt tapmadığı üçün həmin pulu qaynı Siyavuşa vermişdir ki, Yasinin dediyi bank kartına köçürsün. Siyavuş da 3000 manat pulu 08 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Bazar Store” mağazasının içərisində olan “Milli Ön” terminalı vasitəsilə qeyd olunan banka kartına göndərmişdir. Bundan başqa, yoldaşı Amaliyaya köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxs qeyd olunan pullardan başqa 2021-ci ilin sentyabr ayının sonlarında ayrı-ayrı vaxtlarda 450 və 2000 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs həmin 450 manat və 2000 manat pulları sonradan, təxminən 2021-ci ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində Şahid5 qaytarmış, sonuncu da həmin pulları ona vermişdir. Beləliklə, ona dəymiş maddi ziyanın məbləği 3500 manat olmuşdur. Həmin maddi ziyan tamamilə ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Aytac Quluzadə 2021-ci ilin oktyabr ayının ortalarında yaşadıqları Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində koronavirusa yoluxması səbəbindən Ağdaş rayonunda yerləşən xəstəxanaya yerləşdirilmişdir. Daha sonra Aytacın vəziyyəti ağır olduğu üçün onu 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən 1 nömrəli “Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirmişlər. Aytac həmin xəstəxanada təxminən 20 gün müddətində stasionar müalicə almışdır. Bu müddətdə uzaq qohumu Təqsirləndirilən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin Modul tipli xəstəxanasının həkimi kimi təqdim edərək onlara köməklik edəcəyini bildirmişdir. Aytac xəstəxanada stasionar müalicədə olduğu zaman Yasin mütəmadi olaraq onunla və qaynatası Zərərçəkmiş şəxs1 ilə əlaqə yaradaraq Aytacın vəziyyəti haqqında maraqlanmışdır. Aytac xəstəxanaya yerləşdirildikdən üç gün sonra Yasin qaynatası Səmədə bildirmişdir ki, Aytacın vəziyyətində irəliləyiş yoxdur, onu daha yaxşı xəstəxanaya köçürüb güclü müalicələr təyin etmək lazımdır. Yasin həmçinin “Yeni Klinika” ilə danışdığını və Aytacın həmin xəstəxanaya köçürülməsinin vacib olduğunu, lakin bunun müqabilində 8000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 isə Yasinə 8 min manat pulunun olmadığını, ona 5-6 min manat verə biləcəyini bildirmişdir. Yasin 6000 manat pulu tez müddətdə düzəltməyini, qalan 2000 manat pulu isə sonra verə biləcəyini qaynatasına bildirmişdir. Qaynatası ilə birlikdə Yasinlə razılaşmışlar və 27 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində özü, qaynatası Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs taksi ilə “Yeni Klinika”ya getmişlər. Klinikaya çatmağa az qalmış qaynatası Zərərçəkmiş şəxs1 5500 manat pulu taksidə onun yanında Yasinə vermiş, Yasin də bildirmişdir ki, 500 manat pulu da bu gün çatdırmaq lazımdır. Onlar “Yeni Klinika”nın qarşısına çatanda Yasin taksidən düşmüş və onlara klinikanın baş həkimi ilə görüşüb gələcəyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra Yasin qayıdaraq həmin pul məbləğini baş həkimə verdiyini bildirmişdir. Həmin vaxt Yasinə qəbz verməsini dedikdə o, bildirmişdir ki, qəbz yoxdur, sonra qəbzi alıb onlara verəcəkdir. Onlar da Yasinlə razılaşmışlar. Həmin gün saat 16 radələrində qohumları Cabir İskəndərov və X12 ilə birlikdə “Yeni Klinika”nın qarşısında Yasinlə görüşmüşlər və 500 manat pulu o, Yasinə əlbəəl vermişdir. Qeyd olunan məbləğdə pulları Yasinə verdikdən sonra Aytacın vəziyyəti yaxşılaşmağa başladığından “Semaşko” xəstəxanasından bildirmişlər ki, Aytacı heç bir yerə köçürməyə ehtiyac yoxdur. Bundan sonra Yasindən ona verdikləri 6000 manat pulu geri istədikdə o, bildirmişdir ki, ertəsi gün pulu baş həkimdən alıb onlara verəcəkdir. Lakin ertəsi gün də Yasin onlara pulu verməmişdir. Yasin həmin vaxtdan hər dəfə müxtəlif bəhanələr gətirərək qeyd olunan məbləğdə pulları onlara qaytarmamış, sonra isə bilmişlər ki, Təqsirləndirilən şəxs pulu onlardan aldıqdan sonra “Yeni Klinika”nın baş həkimi ilə görüşməmiş və pulu ona verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X5 doğma bacısı olmuşdur. Amaliya Zərərçəkmiş şəxs2lə ailə həyatı qurmuş və onların 3 övladı vardır. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində tanımışdır. 2021-ci ilin avqust ayının sonlarında bacısı Amaliya “Covid-19” virusuna yoluxmuş və həmin vaxt Zaur Şamaxı rayonunda işlədiyi üçün özü bacısına nəzarət etmişdir. Lakin sonradan Amaliyanın vəziyyəti ağırlaşdığı üçün onu təcili tibbi yardım vasitəsilə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirmişlər. Yasinlə də həmin ərəfələrdə bir tanışlarının vasitəsilə tanış olmuşlar və Zaurla birlikdə ilk dəfə “Ege Hospital” klinikasında Yasinlə görüşmüşlər. Həmin vaxt Yasin özünü onlara həkim kimi təqdim edərək tanış həkimlərinin olduğunu və Amaliyaya köməklik edə biləcəyini, tanışı olan hansısa savadlı həkimi modul tipli xəstəxanaya köçürmək lazım olduğunu bildirmişdir. Onlar Yasinə inanmışlar və Zaur 500 manat pulu Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 38 ünvanında yerləşən “Ege Hospital”ın qarşısında Yasinə vermiş, Yasin də həmin modul tipli xəstəxanadan bacısına baxması üçün həkim ayrılacağını vəd vermişdir. Bundan sonra Yasin bacısına başqa həkim ayrılması, başqa xəstəxanadan xüsusi həkim gətirilməsi, müxtəlif əməliyyatların edilməsi və bu kimi müxtəlif bəhanələrlə onları aldadaraq müxtəlif miqdarlarda pul almış, lakin verdiyi vədlərə əməl etməmiş və həmin pulları qaytarmışdır. Sonuncu dəfə 07 oktyabr 2021-ci il tarixdə Yasin onlarla əlaqə saxlayaraq həmin gün modul tipli xəstəxanaya başqa xəstə götürmək üçün getdiyini və bacısına da baş çəkdiyini, Amaliyanın həmin modul tipli xəstəxanada qalsa orada öləcəyini, türk vətəndaşı olan bir tanış həkimin bacısını tam olaraq sağaldacağını deyib başqa klinikaya köçürməyi təklif etmişdir. Lakin bununla razı olmamışlar, çünki həmin klinika ilə əlaqə saxlamışlar və orada boş yer olmadığını bildirmişlər. Bundan sonra Yasin onlara təklif etmişdir ki, həmin türk həkimi modul tipli xəstəxanaya köçürsünlər və bacısını müalicə etsin. Həmin vaxt Yasin onlara Fövqəladə Hallar Nazirliyində işləyən general rütbəli tanışının olduğunu və onun vasitəsilə həmin həkimi modul tipli xəstəxanaya sala biləcəyini, bunun üçün də 3500 manat pul ödəməli olduqlarını bildirmişdir. Özü və kürəkəni Zaur da razı olmuşlar. 08 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Zaur işdə olduğu üçün 3500 manat pulu ona çatdırmış və o, gedib Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Bazar Store” mağazasının içərisində olan “Milli Ön” aparatı vasitəsilə Yasinin dediyi, öz tanışı Şahid2 məxsus "xxxx" ASC-yə aid 4169 7413 4404 3474 nömrəli debet kartına 3000 manat pulu köçürmüşdür. Yasin pulu aldığını bildirdikdən sonra həmin gün saat 18 radələrində həkimi “Yeni Klinika”dan götürüb modul tipli xəstəxanaya aparacağını və sonra özü də həkimi geri klinikaya qaytaracağını bildirmiş, onlar da razılaşmışlar. Həmin gün modul tipli xəstəxanaya zəng etmiş, lakin oradan ona məlumat vermişlər ki, bacısı Amaliya artıq vəfat etmişdir. O, bu barədə Zaura bildirmiş, onlar Yasinlə əlaqə saxlayıb verdikləri ümumilikdə 3500 manat pulu qaytarmasını dedikdə, Yasin həmin gün pulun artıq generalın kartına oturduğunu bildirmiş, müxtəlif bəhanələr gətirərək verdikləri pulu qaytarmamışdır. Bundan sonra polisə müraciət etmişlər. Həmin 3500 manat pulun hamısı kürəkəni Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin əvvəllərində ölkə ərazisində pandemiya dövründə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında tanış olmuşdur. Həmin vaxt yaxın bir adamı koronovirus xəstəsi olmuş, həmin xəstəni sözügedən xəstəxanaya aparıb yerləşdirmişdir. Orada Təqsirləndirilən şəxs ilə tanış olmuş və Yasinin onun xəstəsinə də köməkliyi dəymişdir. Karantin dövründə Cəlilabad rayonundan ağır koronavirus xəstələrini həmin modul tipli xəstəxanaya göndərmişdir. Xatırlamadığı tarixdə çoxdan tanıdığı Şahid5 ona zəng edərək qeyd etdiyi modul tipli xəstəxanada ağır xəstəsinin olduğunu bildirib yaxşı həkim lazım olduğunu, qohumu olan Amaliya adlı xanımın vəziyyətinin ağır olduğunu demiş, ona köməklik göstərməsini, onun üçün yaxşı həkim tapmasını xahiş etmişdir. O da həmin xəstəxanada Yasini tanımışdır, çünki Yasin onun Cəlilabad rayonundan göndərdiyi xəstələrə köməklik etmişdir. Polad ondan Yasinin kim olduğunu soruşduqda sonuncunun həmin xəstəxanada stajor olduğunu, koronavirus xəstələri ilə bağlı həkimlərə kömək etdiyini, əlaqələrinin geniş olduğunu, onlara da kömək edə biləcəyini bildirmişdir. Polad Yasinlə əlaqə yaratmaq istədiyini dedikdə Yasinin mobil telefon nömrəsini ona vermişdir. Bir neçə gün sonra Polad ona zəng vurub bildirmişdir ki, koronavirus xəstəsi olan qohumu Amaliya Tağıyeva modul tipli xəstəxanada vəfat etmişdir, mərhum Amaliya Tağıyevaya köməklik göstərməsi üçün Yasinə pul vermişlər, Yasin həmin pulu qaytarmamışdır, ondan şikayət edəcəklər. Şahid5 Təqsirləndirilən şəxs verdiyi pulun miqdarını bilməmişdir, belə ki, Yasinlə Polad arasında olan pul məsələsindən, yəni pulun məbləğindən heç bir məlumatı olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2014-2015-ci illərdə onunla birlikdə təxminən 2 ay hazırlıq müddətində tanış olmuş və aralarında münasibət yaranmışdır. Lakin sonradan onu uzun müddət görməmişdir. Təxminən 6 ay bundan əvvəl (2022-ci ilin yanvar ayından 6 ay əvvəl) Nəsimi rayonu ərazisində işə getdiyi zaman Yasini görmüş və bir az söhbət etmişlər. Həmin vaxt Yasin hərbidə tibb sahəsində xidmət göstərdiyini, daha sonra isə tibb universitetinə “perevod” aldığını və tibb universitetində müalicə işi fakültəsini bitirdiyini, hazırda da rezidenturaya hazırlaşdığını bildirmişdir. Lakin Yasin ona bununla bağlı hər hansı bir sənəd və ya diplom göstərməmişdir. Yasin onun yaşadığı evə yaxınlıqda yaşadığını demiş və onu yaşadığı evə dəvət etmişdir. Yasinin yaşadığı “Olimpik Star” əyləncə mərkəzinin yaxınlığında yerləşən evə getmiş və orada bir az söhbət etmişlər. Bundan sonra bir neçə dəfə Yasinin yaşadığı həmin evə getmiş və söhbət etmişlər. 08 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Yasin öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ya ***-***-**-** nömrəsinə, ya da ***-***-**-** nömrəsinə zəng edərək öz istifadəsində olan bank kartının işləmədiyini bildirmiş və ondan öz istifadəsində olan bank kartının məlumatlarını ona göndərməyini, bir nəfərin onun kartına pul göndərəcəyini demiş və 15-20 dəqiqəlik onun bank kartını istəmişdir. O da Yasinə inandığı üçün razılaşmışdır. Yasin ondan istədiyi üçün özünə məxsus olan "xxxx"a məxsus olan və öz adına olan 4169 7413 4404 3474 nömrəli debet kartının fotoşəklini çəkib “Whatsapp” proqramı vasitəsilə Yasinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə atmışdır. Həmin vaxt onun qeyd etdiyi bank kartında pul olmamışdır. Bir az sonra, yəni 08 oktyabr 2021-ci il tarixdə saat 16:01 dəqiqədə onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə hesabında olan qeyd etdiyi plastik kartına 3000 manat pul mədaxil olması barədə mesaj gəlmişdir. Bundan sonra Yasin onunla əlaqə saxlayıb kartına pul gəlib-gəlmədiyini soruşmuş, o da 3000 manat pul gəldiyini bildirmişdir. Bundan sonra Yasinlə “Olimpik Star” əyləncə mərkəzinin yanında yerləşən “Araz” marketin qarşısında görüşmüşlər və orada Yasinə öz istifadəsində olan 4169 7413 4404 3474 nömrəli debet kartını vermişdir. Həmin vaxt Yasin onun yanında yaxınlıqda yerləşən “Araz” marketin qarşısındakı "xxxx"a məxsus bankomatdan birdəfəyə 3000 manat çıxarmaq mümkün olmadığı üçün əvvəlcə 2000 manat pul çıxarmış və bu əməliyyat üçün bank hesabından hər 100 manata 1 manat olmaqla cəmi 20 manat pul çıxmışdır. Sonra Yasin həmin kartında qalan cəmi 980 manat puldan 970 manat pul çıxarmış və yenə də bank hər 100 manata 1 manat olmaqla cəmi 10 manat pul hesabından çıxmışdır. Beləliklə də, Yasin onun qeyd etdiyi bank kartına gələn 3000 manat puldan 2970 manat pulu iki dəfəyə çıxarmış, 30 manat pıılu isə bank bu iki əməliyyat üçün özü çıxmış və onun kartının hesabında pul qalmamışdır. Pulu çıxardıqdan sonra Yasindən bu işin nə məsələ olduğunu, 3000 manat pulu kimin və hansı məqsədlə göndərdiyini soruşmuşdur. Yasin isə bu barədə sonra ona deyəcəyini bildirmiş və sağollaşıb getmişdir. Həmin gün axşam saatlarında Yasinlə İnqilab küçəsində yerləşən parkda görüşmüşlər və ondan yenə də bu pul məsələsi barədə soruşmuşdur. Yasin həmin vaxt ona bildirmişdir ki, Ağdam rayonu, Quzanlı kəndindən olan Hümbət adlı şəxs həmin 3000 manat pulu göndərmişdir ki, Yasin onu “Azərsun” şirkətinə müdir müavini kimi işə düzəltsin. Həmin vaxt Yasin bir türk tanışının olduğunu və bu işi həmin türk tanışının vasitəsilə həll edəcəyini bildirmişdir. Yasin həmin işi ona düzəltməyi də təklif etmiş, lakin o, pulunun olmadığını demişdir. Bundan bir neçə gün sonra Yasin onunla əlaqə saxlayıb bir nəfər “Covid-19” virusuna yoluxmuş xəstənin Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirmək üçün həmin xəstəxanaya gedəcəyini bildirmiş və ona da təklif etmişdir ki, birlikdə həmin xəstəxanaya getsinlər. O da razılaşmışdır. Bundan sonra görüşüb birlikdə Zığ qəsəbəsində yerləşən həmin modul tipli xəstəxanaya getmişlər. Yasin xəstəxanaya girməmişdən əvvəl ona kənarda gözləməyini bildirmişdir. Həm də onun adını öz mobil telefonunda “Elnur həkim” kimi qeyd etdiyini və xəstəxanada olan zaman ona zəng edəcəyini, onun telefonu açdıqdan sonra heç nə danişmamağını və onun guya Elnur həkimlə danışırmış kimi həzi suallar verib danışdıqdan sonra “adboy” verəcəyini bildirmişdir. O da Yasin tanışı olduğu üçün buna razılıq vermişdir. Sonra Yasin həmin modul tipli xəstəxananın içinə girmiş, o isə xeyli kənarda gözləməyə başlamışdır. Bir az sonra Yasin ona əvvəlcədən dediyi kimi zəng etmiş və Yasinin zəngini açmış, Yasin tibb sahəsinə aid bəzi suallar vermiş, lakin ona əvvəlcədən dediyi üçün heç nə danışmamış, sonuncu da ona ritorik suallar verərək guya hansısa həkimlə xəstə barəsində danışırmış kimi danışmışdır. Bir az danışdıqdan sonra Yasin özü “adboy” vermişdir. Təxminən bir saatdan artıq müddət keçdikdən sonra Yasin xəstəxanadan çıxıb gəlmişdir. Artıq ondan şübhələndiyi üçün bu məsələnin nə olduğunu soruşmuşdur. Yasin isə narahat olmamağını, heç bir problem olmadığını, əgər problem olarsa öz tanışları vasitəsilə bu problemi həll edəcəyini bildirmişdir. Bundan bir qədər sonra Yasinlə İnqilab küçəsindəki həmin parkda görüşən zaman Yasin ona etiraf etmişdir ki, kimisə “Azərsun” şirkətinə işə düzəltmək üçün deyil, Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən “Covid-19” virusuna yoluxmuş şəxslərin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada yatan bir nəfər qadına tibbi yardım göstərilməsi və həmin xəstəxanaya kənardan bir həkim salınaraq həmin xəstənin müalicə olunması üçün xəstə yaxınları tərəfindən onun kartına 3000 manat pul göndərilmiş, lakin sonradan həmin xəstə modul tipli xəstəxanada ölmüşdür. Bu vaxt Yasindən birlikdə həmin xəstəxanaya hansısa xəstəni yerləşdirmək üçün getdikləri zaman hansısa xəstənin yanından onunla “Elnur həkim” kimi danışdığı xəstə məsələsi olub-olmadığını soruşmuş, Yasin də həmin xəstə olduğunu bildirmişdir. Daha sonra ona müxtəlif nömrələrdən zənglər gəlməyə başlamışdır. Yasinə bu barədə dedikdə o, tanımadığı nömrələrə cavab verməməsini demişdir. Daha sonra polis əməkdaşları onunla əlaqə saxlamışlar və özü polisə gəlmişdir. Zərərçəkmiş şəxs2 və Şahid1 tanımır, kim olduqlarını da bilmir. Həmin şəxslərlə görüşməmiş, telefonla danışmamışdır. Yasin əvvəlcədən və yaxud da 3000 manat pul onun bank hesabına mədaxil olan zaman dələduzluq yolu ilə həmin pulu əldə etməsi barədə ona heç bir məlumat verməmişdir. Həmin pulu çəkdiyi gün Yasindən soruşanda o, demişdir ki, guya hansısa bir Ağdam rayonu, Quzanlı kəndində olan şəxsi “Azərsun” şirkətinə müdir müavini kimi işə düzəltmək üçün bu pul göndərilmişdir. Lakin sonradan Yasinlə birlikdə modul tipli xəstəxanaya getdikdə Yasinin onunla “Elnur həkim” kimi danışmasından sonra ondan şübhələnmiş və bu barədə ondan soruşduqda Yasin hər şeyi etiraf etmişdir. Yasin özü bu məsələni qaydasına qoyduğunu dediyindən sonradan bu barədə bildikdə polisə məlumat verməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Şahid1 oğlıı həm xalası oğlu, həm də qaynıdır, Zərərçəkmiş şəxs2 da bacanağıdır, o, 1999-cu ildə X5 ilə ailə həyatı qurmuşdur və bu nikahdan 3 övladı vardır. Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2021-ci ilin avqust ayının sonlarında Amaliya Tağıyeva “Covid-19” virusuna yoluxmuş və həmin vaxt Zaur Şamaxı rayonunda işlədiyi üçün Siyavuş bacısı Amaliyaya nəzarət etmişdir. Sonradan Amaliyanın vəziyyəti ağırlaşdığı üçün onu təcili tibbi yardım vasitəsilə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən FHN-nin modul tipli xəstəxanasına yerləşdirmişlər. Siyavuş bacısı Amaliyanın vəziyyəti ilə bağlı ona bildirərək ondan hər hansı tanışının olub-olmamasını, Amaliyanı hər hansı özəl xəstəxanaya keçirmək istədiklərini, bu məsələdə ona köməklik göstərməyini xahiş etmişdir. O, Cəlilabad rayon xəstəxanasında həkim işləyən Şahid6 adlı bir tanışına zəng edərək bildirmişdir ki, koronavirus xəstəliyinə yoluxmuş, FHN-nin modul tipli xəstəxanasıda müalicə olunan Amaliya Tağıyeva adlı qohumu var, onun vəziyyəti ağırlaşır, ona necə köməklik edə biləcəyini soruşmuş və ondan Amaliyanı hər hansı özəl xəstəxanaya yerləşdirməkdə köməklik göstərməsini xahiş etmişdir. Şahid6 az sonra ona zəng edərək Yasin Stileymanzadənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini ona vermiş, onunla əlaqə saxlaya biləcəklərini, həmin xəstəxanada praktikant olduğunu, koronovirus xəstələri ilə işlədiyini, əlaqələrinin geniş olduğunu, onlara köməklik edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə mobil telefonla əlaqə saxlayıb məsələnin mahiyyəti barədə ona bildirmiş və bundan sonra Siyavuşa bildirdikdən sonra Zərərçəkmiş şəxs2 qohumu Siyavuş ilə birlikdə gedərək Yasinlə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 38 ünvanında yerləşən “Ege Hospital”ın qarşısında görüşmüşlər. Yasin Amaliyanın vəziyyətinin ağır olduğunu, ona özəl baxım lazım olduğunu, tibb işçilərinə pul vermək lazım olduğunu bildirib Zərərçəkmiş şəxs2 500 manat məbləğində pul alaraq sonunculara, həmçinin onunla əlaqə saxlayaraq ona söz vermişdir ki, hər şey vaxşı olacaq, narahat olmağa ehtiyac yoxdur. X6 vəziyyəti yaxşılaşmadığından Yasinə zəng edib ondan Amaliya Tağıyevanı başqa xəstəxanaya köçürməyi xahiş etmişdir. Yasin ona bildirmişdir ki, “Yeni Klinika” adlı tibb müəssisəsinin rəhbəri ilə danışmış, ayrıca otaq ayırmışlar, bahalı tibbi aparat gətirmişlər, bunların müqabilində 2000 manat pul istəyirlər. Bundan sonra Zaur özü 2000 manat pul aparıb Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən Zərifə Əliyeva adına göz klinikasının yanında həmin 2000 manat pulu Yasinə vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs həmin 2000 manat pulu onun istifadəsində olan bank kartına göndərərək bildirmişdir ki, hələ Amaliya Tağıyevanı başqa xəstəxanaya köçürmək mümkün deyil. Bir neçə gün sonra yenidən Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, “Medi Club”la danışmış, xəstə Amaliya Tağıyevanı xüsusi təcili tibbi yardım maşını ilə aparacaqlar. Bu adla o, Zaurdan 450 manat pul da əlavə almışdır. Lakin bir neçə gün sonra Yasin ona zəng edərək bu məsələnin də alınmadığını bildirmiş və həmin 450 manat pulu onun bank kartına göndərmişdir. Qeyd olunan 2000 manat və 450 manat pulları xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 özünə əlbəəl qaytarmışdır. 2021-ci ilin oktyabr ayının 8-də saat 16 radələrində Siyavuş və özü birlikdə olduqları zaman Yasin ona zəng edərək generalla danışdığını, Türkiyədən həkim gəldiyini, həkimi xəstə Amaliya Tağıyevanın yanına salacağını, ona bahalı iynə vuracağını, bir neçə günə xəstənin sağalacağını və xəstəxanadan çıxacağını bildirmiş və bunun müqabilində 3500 manat pul istəmişdir. Yasin onu və Zauru bu adla inandırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 3000 manat pul düzəldib Səyavuşa vermiş, Səyavuş Qaraçuxur qəsəbəsində mağazalardan birində “Milli Ön” aparatı vasitəsilə Yasinin dediyi bank kartına 3000 manat pul göndərmişdir. Bundan sonra Yasinlə əlaqə saxlayaraq 3000 manat pulu göndərdiklərini bildirmişdir. Yasin klinikanın qarşısında olduğunu, narahat olmamalarını bildirmişdir. Təxminən 20 dəqiqə sonra xəstəxanadan Siyavuşa zəng edib Amaliya Tağıyevanın xəstəxanada vəfat etdiyini bildirmişlər. Bundan sonra Yasinə zəng edib xəstənin vəfat etdiyini, verdikləri 3500 manatı qaytarmasını bildirmişdir. Yasin isə bunun mümkün olmadığını, pulu generala verdiyini, generalın isə istirahətə getdiyini bildirib müxtəlif bəhanələrlə pullarını qaytarmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 dekabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən “Yeni Klinika” adlı tibb müəssisəsinin qarşısına Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 İsləndiyar oğlu qızı Aytac Quluzadənin müalicəsinin davam etdirilməsi üçün müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstəxanasından Bakı şəhəri, H.Əliyev prospekti, 142 ünvanında yerləşən “Yeni Klinika” adlı tibb müəssəsinə köçürülməsinə köməklik göstərəcəyini vəd verdiyindən ötrü Təqsirləndirilən şəxs qohumu Şahid3 ilə birlikdə 27 oktyabr 2021-ci il tarixdə həmin tibb müəssisəsinin qarşısında 6000 manat pul verdiyini bildirmişdir. (i.v. 16-19) - 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri üzrə törədilməsi müəyyən edilən cinayət əməllərində Təqsirləndirilən şəxs iştirakı müəyyən edildiyindən həmin cinayət işləri bir icraatda birləşdirilmiş və ********* statistik nömrə ilə istintaqı davam etdirilmişdir. (i.v. 150-151) - 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Şahid2 təqdim eldiyi özünə məxsus olan “X11 8” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, telefon qızılı rəngli, sensorlu telefondur, üzərində ***-***-**- ** və ***-***-**-** saylı iki mobil nömrə vardır. Həmin mobil telefonun içərisinə baxış keçirdikdə içərisində bir çox proqramların olması müəyyən edilmiş, həmin proqramlardan biri olan “Mesajlar” bölümünə daxil olduqda "xxxx" tərəfindən ***-***-**-** mobil nömrəsinə bir çox mesajın göndərilməsi məlum olmuşdur. Həmin mesajlara baxış keçirildikdə isə 08 oktyabr 2021-ci il tarixdə saat 16:01 dəqiqədə "xxxx" tərəfindən verilmiş və Şahid2 məxsus olan 4169 7413 4404 3474 nömrəli debet kartın hesabına 3000 manat pulun mədaxil olması, bundan 09 dəqiqə sonra isə, yəni saat 16:09 dəqiqədə həmin kartın hesabındakı 3000 manat puldan 2000 manat pulun məxaric edilməsi və hesabda 980 manat pul qalması, bir dəqiqə sonra, yəni 16:10 dəqiqədə isə həmin kartın balansındakı puldan 970 manat pul məxaric edilməsi və hesabda cəmi 0,33 manat pulun qalması ilə bağlı mesaj gəlmişdir. Eləcə də, həmin mobil telefonun “Whatsapp” proqramma daxil olduqda Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bir neçə dəfə ayrı-ayrı vaxtlarda "xxxx" tərəfindən verilmiş və Şahid2 məxsus olan 4169 7413 4404 3474 nömrəli debet kartın ön hissəsinin fotoşəkilinin atılması müəyyən edilmişdir. (i.v. 203) - 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, istintaq zamanı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədərkən onun hər hansı digər şəxslərlə cinayət əlaqəsinə girməsini müəyyən etmək mümkün olmamışdır, odur ki, həmin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən, həmin maddə ilə barəsində cinayət təqibinin başlanması rədd olunmuş, iş üzrə aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 koronavirus xəstəliyinə yoluxmuş arvadı Amaliya Tağıyevaya köməklik göstərəcəyi adı ilə 2021-ci ilin sentyabr ayının sonlarında ayrı-ayrı vaxtlarda 450 manat və 2000 manat pulunu almış, lakin vəd etdiyi köməkliyi göstərə bilmədiyi üçün cinayətkar niyyətini həyata keçirə bilməmiş, qeyd olunan məbləğdə pulları 2021-ci ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs2 qaytarmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan 450 manat və 2300 manat pul vəsaitlərini geri qaytarması zərərçəkmiş və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Odur ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə va aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 aldığı ayrı-ayrılıqda 450 manat və 2000 manat pullara münasibətdə cinayətkar niyyətini həyata keçirə bilmədiyindən qeyd olunan xüsusat nəzərə alınmaqla həmin məbləğdə pullar Təqsirləndirilən şəxs elan edilmiş ttihamda göstərilməmiş, istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 inandıraraq guya Ağdam rayonu, Quzanlı kəndində yaşayan hansısa bir şəxsi “Azərsun” şirkətinə müdir müavini kimi işə düzəldəcəyini və bunun müqabilində Şahid2 istifadəsində olan "xxxx" a məxsus 4169 7413 4404 474 nömrəli debet kartına 3000 manat məbləğində pul köçürüləcəyini bildirmiş, Şahid2 Təqsirləndirilən şəxs ilə aralarında yaranmış etibarlı münasibətlərə görə sonuncuya inanmış və həmin 3000 manat məbləğində pulun öz kartına köçürülməsinə razılıq vermişdir, göründüyü kimi, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə dələduzluq etməsindən ibarət cinayət əməlinin törədilməsində Şahid2 iştirakı müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuş, Şahid2 özünə məxsus "xxxx" a məxsus 4169 7413 4404 3474 nömrəli debet kartına Təqsirləndirilən şəxs xahişi ilə köçürülən 3000 manat pul vəsaitini sonuncunun dələduzluq niyyəti ilə əldə etməsindən məlumatsız olmuşdur. Odur ki, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuş, istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 həyat yoldaşı koronavirus xəstəliyinə yoluxmıış X3 müalicə etdirəcəyini, onun üçün xüsusi həkim ayrılmasını təmin edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 3500 manat pul vəsaitini ələ keçirmişdir. İş materiallarından göründüyü kimi, qeyd olunan cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs koronavirus xəstəsi olan X3 müalicə etdirmək, digər xəstəxanaya köçürmək və ya onun üçün xüsusi həkim ayırmaq üçün heç bir səlahiyyəti olmamışdır. Odur ki, X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Modul tipli xəstəxanasında “Covid-19” xəstəliyindən vəfat etməsi faktı üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 142.3-cü maddəsinin tərkibinin olması müəyyən edilmədiyindən barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində əmək müqaviləsi bildirişi ilə, həmçinin digər istintaq materialları ilə müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədərkən vəzifəli şəxs statusuna malik olmamış, həmçinin özünü vəzifəli şəxs kimi təqdim etməmişdir, ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308 və 310-cu maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 278-297) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, hər iki zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrarən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəyib zərərçəkmiş şəxslərlə barışıq əldə etsə də, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 47-48) - 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 61) - 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 01 ay 23 gün həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 106-111) - 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 207) - 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 238) -Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara dəymiş maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməklə onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 25 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə 02 gün tutmada saxlanılmış, bundan başqa, o, 13 iyul 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 16 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, hal-hazıra, yəni 30 noyabr 2022-ci il tarixədək 04 ay 17 gün həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 04 ay 19 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 13 iyul 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 17 (on yeddi) gün olmaqla, ümumilikdə 04 (dörd) ay 19 (on doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-389/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-389/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver