Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-389/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1975-ci ildə Balakən rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən şəhəri Vidadi küçəsi ev 30-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, fərdi tikilidə yaşayan və barəsində Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək ƏN PX-nin 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 mart 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən yarımtikili fərdi yaşayış evinin həyətinin daş hasarını aşıb keçməklə qanunsuz olaraq həyətyanı sahəyə daxil olub orada olan Zərərçəkmiş şəxs məxsus dəyəri 4 (dörd) manat 70 (yetmiş) qəpik təşkil edən 63 mm diametrli 01 (bir) ədəd dəmir dirəyi gizli olaraq taladıqdan sonra cinayətkar niyyətini davam etdirərək 05 mart 2023-cü il tarixdə 08 radələrində Zərərçəkmiş şəxs qızma məxsus ünvan 1 ünvanda yerləşən yarımtikili fərdi yaşayış evinin həyətinin giriş qapısının qıfılını istintaqa məlum olmayan alətlə sındırıb açaraq qanunsuz olaraq həyətyanı sahəyə və yarımtikiliyə daxil olub orada olan Zərərçəkmiş şəxs məxsus dəyəri 200 (iki yüz) manat təşkil edən 01 (bir) ədəd 2 tonluq həcmdə dəmir materialdan olan su çəni, ümumi dəyəri 30 (otuz) manat təşkil edən 200 litr həcmində 02 (iki) ədəd dəmir çəllək, ümumi dəyəri 90 (doxsan) manat təşkil edən 50 mm diametrli 4 metr uzunluğunda 20 (iyirmi) ədəd dəmir boru və ümumi dəyəri 13 (on üç) manat təşkil edən 02 (iki) kisə “Ağdağ” markalı gips tərkibli üzlük suvağı, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs qızma məxsus 337 (üç yüz otuz yeddi) manat 70 (yetmiş) qəpik dəyərində əmlakı gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qızma maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki. Nizami rayonu. Keşlə qəsəbəsində yerləşən fərdi tikilidə ailə üzvləri ilə birlikdə kirayə olaraq yaşayır, 1993-1995ci illərdə Qarabağ müharibəsində iştirak etmiş, müharibə veteranı olmaqla İİ qrup əlildir. Himayəsində 9 və 15 yaşlı iki övladı vardır. Hazırda usta fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 2023-cü ilin mart ayının əvvəllərində pula ehtiyacı yarandığından əvvəllər fəhlə işlədiyi həmin ünvandan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 04 mart 2023-cü il tarixdə saat 13 radələrində həmin ünvana yaxınlaşıb tikintidə istifadə olunub artıq qalmış metal qırıntılarını hasarın kənarından götürməklə küçə tərəfdə bir yerə yığıb həmin günün səhəri metal qəbulu yerinə verməyi planlaşdırmışdır. Həmin vaxt günorta saatları olduğundan ətrafda kənar şəxs, həmçinin ev sahibi olmamışdır. Bundan sonra həmin ərazini tərk edib yaşadığı ünvana getmiş, lakin orada gördüyü bir ədəd dəmir çən və iki ədəd dəmir materialdan olan boçkanı da növbəti gün dəvət edəcəyi yük avtomobilinin köməkliyi ilə oradan götürərək metal qəbulu yerinə verməyi qət etmişdir. Bu məqsədlə 05 mart 2023-cü il tarixdə saat 07:40 radələrində üzdən tanıdığı Şahid1 yaşadığı ünvanın yaxınlığında olarkən görmüş və ona yaxınlaşaraq hara getdiyini maraqlandıqda fəhlə kimi işləmək üçün getdiyini bildirmişdir. O, Şahid1 birlikdə fəhlə işi olan yerə getməyi xahiş etmiş, bundan öncə isə telefonunda danışıq üçün balans olmadığını bildirməklə Şahid1 “166” yük xidmətinə zəng vuraraq yük avtomobilini sifariş etməyi xahiş etmişdir. Həmçinin Şahid1 sifariş edəcəyi yük avtomobilinin “Monte Karlo” şadlıq sarayının yaxınlığına gəlməsini, sonradan isə yük avtomobili ilə birlikdə onun qeyd edəcəyi ünvana yaxınlaşmasını bildirmişdir. İslam Abbasoy da onun qeyd etdiyi kimi yük avtomobilini sifariş etməklə şadlıq sarayının yaxınlığında gözləməyə başlamışdır. 0, isə bu müddət ərzində həmin ünvana doğru hərəkət etmiş, həmin ünvana çatdıqdan sonra üzərində qıfıl olmayan həyət qapılarını aralayıb həmin yük avtomobilini gözləmiş, həmçinin İslamla əlaqə saxlayaraq harada olmalarını maraqlanıb ünvanı ona izah etmişdir. Yük avtomobili həmin ünvana çatdıqda göy rəngli böyük dəmir materialdan olan həyət qapısını açmış və onun işarəsi ilə sürücü yük avtomobilini həmin yarımtikili evin həyətyanı sahəsinə hərəkət etdirərək orada saxlamışdır. Şahid1 və sürücü avtomobildən düşdükdə o, gəldikləri ünvanın özünün işlədiyi yer olduğunu, obyektin sahibinin icazəsi ilə pul əvəzi olaraq bir ədəd çən, iki ədəd boçkanm, küçə tərəfdə hasarın kənarında olan əyilmiş metal qırıntılarının götürülməli olduğunu bildirmişdir. Odur ki, Şahid1 və sürücü də heç nədən şübhələnmədən həmin bir ədəd dəmir materialdan olan çəni və iki ədəd boçkanı avtomobilin özündə olan yükləmə vasitəsi ilə avtomobilin yük yerinə yüklədikdən sonra, həmin vaxt oradan aralanıb digər metal qırıntısını da hasarın kənarından götürüb geri qayıdaraq yük yerinə qoymuşdur. Bu vaxt o, iki kisə üzlük suvağı da avtomobilin yük yerinə qoyaraq bir ədədini çəkdiyi əziyyət qarşılığında İslama, digərini isə özünə götürdüyünü bildirmişdir. Daha sonra isə avtomobilə əyləşərək həmin dəmir materialları təhvil vermək üçün Keşlə qəsəbəsində yerləşən Ət Kombinatının həyətinə doğru getmiş, yolda gedərkən İslamın yaşadığı ünvanın yaxınlığında bir kisə suvağı qoyaraq yollarına davam etmişlər. Ət Kombinatında yerləşən metal qəbulu yeri işləmədiyindən oradan sifarişi dəyişməklə “Ulduz" metrostansiyasının yaxınlığındakı metal qəbulu yerinə doğru istiqamətlənmişlər. Həmin metal qəbulu yerinə çatdıqda o, özü orada işləyən şəxsə yaxınlaşmaqla gətirilən dəmir məmulatların özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Şahid1 isə sürücü ilə birlikdə avtomobilin yanında dayanmışdır. O, isə metal qəbulu məntəqəsinin işçisi ilə birlikdə içəri daxil olmuş və metalın qiymətini soruşduqda kiloqramının 42 qəpikdən qəbul olunduğunu öyrənmişdir. Həmin yüklər orada avtomobildən boşaldılmış, metalı qəbul edən şəxs dəmir metalların çəkisini ölçərək ümumilikdə 150 manat pul verə biləcəyini bildirmişdir. O, da metal qəbul edən şəxslə razılaşaraq 150 manat pulu qəbul edib, sifariş etdiyi yük avtomobilinin xərcini 50 manat olaraq ödəməklə yük avtomobilini yola salmışdır. Bundan sonra o, Şahid1la birlikdə metal qəbulu məntəqəsinin yaxınlığında olan kioskdan su və yemək üçün un məmulatları alıb, taksi ilə Şahid1 yol pulunu ödəməklə Keşlə qəsəbəsinə yola salmışdır. Həyətyani sahədən götürdüyü bir ədəd suvağı isə metal qəbulu yerinin yaxınlığında yük avtomobilindən götürüb özü ilə aparmaq istəsə də, sonradan fikrindən yayınmış və həmin yerin yaxınlığında bir qədər tərkibinin bərkimiş olduğunu görüb orada saxlamışdır. Həmin yerdən çıxdıqdan sonra dövlət qeydiyyat nişanı və markası yadında qalmayan taksi ilə yaşadığı ünvana getmişdir. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi tələbatları üçün istifadə etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, dəymiş zərəri ödəməyə hazır olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsində fəhlə qismində işləyir və gündəlik olaraq vətəndaşlar tərəfindən gətirilən dəmir, aliminum, mis və digər metalları çəkib, gününə uyğun təyin edilmiş məzənnə ilə kilosuna görə qəbul edib ödəniş edir. 05 mart 2023-cü il tarixdə saat 09 radələrində işdə olduğu zaman metal qəbulu məntəqəsinə evakuator tipli yük avtomobili yaxınlaşmış, həmin avtomobildən üç nəfər tanımadığı şəxslər düşmüşdür. Avtomobilin yük yerində bir ədəd çən, iki ədəd boçka və digər metal qırıntıları olmuşdur. Həmin şəxslərdən biri, yəni şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq həmin əmlakların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirərək metal qəbulunun hansı qiymətdən aparıldığını soruşmuşdur. O, da öz növbəsində dəmir metalın kilosunun 42 qəpikdən satın aldığını bildirdikdə Asif onunla razılaşmışdır. Həmin vaxt evakuator tipli yük avtomobilinin qurğusu vasitəsi ilə bir ədəd dəmir çən tərəziyə qoyulduqda çəkisinin 250 kiloqram olduğunu görmüşdür. Bundan başqa iki ədəd dəmir boçkalar da tərəzidə çəkildikdə çəkilərinin 20 kiloqram olduğunu bilmişdir. Digər metal qırıntılarını çəkdikdən sonra Təqsirləndirilən şəxs ümumilikdə 150 manat məbləğində pul ödəyib yuxarıda sadalanan dəmir əşyaları satın almışdır. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. Bildirirəm ki. Təqsirləndirilən şəxs və digər yanındakı şəxslər ona həmin dəmir əşyaların oğurluq olduqları barədə məlumat verməmişlər və o, bu barədə sonradan 23-cıı Polis Bölməsində izahat verərkən məlumat əldə etmişdir. Dəmir metalın bir kiloqramının hazırda alış qiyməti 45 qəpik təşkil etsə də, 05 mart 2023-cü il tarixdə 42 qəpik olmuşdur. O, Təqsirləndirilən şəxs 250 kiloqram çəkidə dəyəri 105 manat olan bir ədəd dəmir çən, 20 kiloqram çəkidə dəyəri 4 manat 80 qəpik olan iki ədəd dəmir boçka və 87 kilo çəkisi olan 36 manat 60 qəpik dəyərində dəmir metal qırıntıları qəbul etmişdir. Ümumlikdə o, Təqsirləndirilən şəxs 357 kiloqram dəmir metal qəbul etməklə ona 150 manat pul ödəniş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında özü üçün fərdi yaşayış evi tikdirir. Bir müddət əvvəl tikintidə istifadə olunması üçün müxtəlif tikinti materialları satılan mağazalardan dəmir və kauçuk borular, çəlləklər, sement, üzlük suvaq və.s satın alaraq yarısını evin içərisində, yarısını da evin həyətində yerləşdirmişdir. Sonuncu dəfə evdə təmir-tikinti işləri görüldükdən sonra təxminən 2023-cü ilin yanvar ayının 15-də evdən çıxmış və hadisə baş verənədək həmin evə getməmişdir. 05 mart 2023-cü il tarixdə qonşusu ona zəng edərək evdə ustaların olduğunu bildirdikdə, o, evdə işləməsi üçün usta göndərmədiyini bildirmişdir. Bundan sonra o tikdirdiyi fərdi yaşayış evinə oğrunun daxil olması barədə şübhələnmişdir. Onun vacib işləri olduğundan 14 mart 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən tikdirdiyi fərdi yaşayış evinə gəlib, həqiqətən də naməlum şəxs və ya şəxslər tərəfindən dəmir darvazanın qıfılının qırılaraq həyətə daxil olduqlarını, evindən oğurluq etdiklərini görmüş, bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək cinayət hadisəsi barədə məlumat vermişdir. Ona məxsus yarımtikili fərdi yaşayış evindən və onun həyətyani sahəsindən 20 mnı diametrlik 4000 kiloqram çəkiyə malik, hər bir tonunun qiyməti 1450 manat olan ümumi dəyəri 5800 manat dəmir armaturlar, 50 mm diametrlik 4 metr uzunluğunda hər bir metrinin qiyməti 4,50 manat olmaqla ümumi dəyəri 90 manat olan 20 ədəd dəmir borular, 63mm diametrlik hər bir ədədinin qiyməti 4,70 manat olmaqla ümumi dəyəri 235 manat olan 50 ədəd dəmir dirəklər, 25 mm diametrlik hər bir metrinin qiyməti 1,90 manat olmaqla ümumi dəyəri 190 manat olan 100 metr plastik borular, hər bir kubu 320 manat olan ümumi dəyəri 640 manat olan 2 m3 taxta materiallar, hər bir kisəsinin çəkisi 40 kiloqram olan qiymətinin isə 7,60 manat olan ümumi dəyəri 380 manat 50 kisə “Norm” markalı sementlər, hər bir kisəsinin çəkisi 25 kiloqram olan qiymətinin isə 6,50 manat olan 195 manat 30 kisə “Ağdağ” markalı gips tərkibli üzlük suvaqlar, hər bir ədədinin qiyməti 15 manat olan 200 litr həcmində ümumi dəyəri 150 manat 10 ədəd dəmir çəlləklər, bir ədəd 2 ton həcmində ümumi dəyəri 200 manat olan dəmir su çəni, bir ədəd ümumi dəyəri 150 manat olan kanalizasiya qapağı, hər bir ədədinin qiyməti 28 manat olan ümumi dəyəri 168 manat 6 ədəd divar kağızı və bir ədəd ümumi dəyəri 110 manat olan dəmir nərdivan oğurlanmış və bunun nəticəsində ümumilikdə ona 8308 manat maddi ziyan dəymişdir. O, hadisə zamanı ərizəsində təxmini qiymət göstərsə də, hadisədən sonra oğurlanmış əmlakların siyahısı, onları hansı qiymətdən aldığını və özünə dəyən maddi zərəri hesabladıqda məlum olmuşdur ki, ona dəymiş maddi ziyan 8308 manat təşkil edir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda anket məlumatında göstərilən ünvanda qeydiyyatdadır və həmin ünvanda iki azyaşlı övladı və həyat yoldaşı ilə birlikdi yaşayır. Əvvəllər Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda isə fəhləliklə məşğul olaraq ailəsini dolandırır. 05 mart 2023-cü il tarixdə saat 07:40 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən usta kimi üzdən tanıdığı şəxs ona yaxınlaşaraq hara getdiyini maraqlandıqda o fəhlə kimi işləmək üçün getdiyini bildirmişdir. Həmin şəxs onunla birlikdə fəhlə işi olan yerə getməyi xahiş etmiş, bundan öncə isə “166” yük xidmətinə özünə məxsus ***-***-**-** saylı “Azerfon” şəbəkəsində istifadə etdiyi nömrədən zəng vuraraq yük avtomobilini sifariş etməyini xahiş etmişdir. Həmin şəxs öz telefonunda danışıq üçün balans olmadığını bildirməklə zəng etməyi, sifariş edəcəyi yük avtomobilinin “Monte Karlo” şadlıq sarayının yaxınlığına gəlməsini, sonradan isə yük avtomobili ilə birlikdə qeyd edəcəyi ünvana yaxınlaşmalı olacağını bildirmişdir. O, həmin şəxsin dediyi kimi yük avtomobili sifariş etməklə şadlıq sarayının yaxınlığında gözləməyə başlamış, həmin şəxs isə bu müddət ərzində sonradan gedəcəyiz ünvana doğru hərəkətə başlamışdır. Yük avtomobili təyin olunan ünvana yaxınlaşdıqdan sonra o həmin avtomobilə əyləşmiş, bu vaxt həmin şəxsə məxsus hal-hazırda yadında qalmayan nömrədən ona zəng gələrək harada olmağını maraqlanmışdır. O isə artıq avtomobilə əyləşdiyini bildirmiş, həmin şəxs isə ona yolu izah etməklə avtomobili həmin ünvana sürdürmüşdür. Həmin ünvana çatdıqda göy rəngli böyük dəmir materialdan olan həyət qapısının açıq olduğunu görmüş və həmin şəxsin işarəsi ilə sürücü yük avtomobilini həmin yarımtikili evin həyətyanı sahəsinə hərəkət etdirərək orada saxlamışdır. O və sürücü avtomobildən düşdükdə həmin şəxs gəldiyimiz ünvanın özünün işlədiyi obyekt olduğunu, obyektin sahibinin icazəsi ilə pul əvəzi olaraq bir ədəd çən, iki ədəd boçkanm götürülməli olduğunu bildirmişdir. Odur ki, o və sürücü heç nədən şübhələnmədən həmin bir ədəd dəmir materialdan olan çəni və iki ədəd boçkanı avtomobilin yük yerinə avtomobilin özündə olan yükləmə vasitəsi ilə yerləşdirmişdir. Bu vaxt həmin şəxs bir anlıq həyətdən çıxaraq harasa gedib əlində dəmir parçası ilə geri qayıtmışdır. Daha sonra isə həmin şəxs iki kisə üzlük suvağı da avtomobilin yük yerinə qoyaraq bir ədədini çəkdiyi əziyyət qarşılığında ona, digərini isə özünə götürdüyünü bildirmişdir. Odur ki, avtomobilə əyləşərək həmin dəmir materialları təhvil vermək üçün Keşlə qəsəbəsində yerləşən Ət Kombinatının həyətinə doğru istiqamətlənmişlər. Yolda gedərkən onun yaşadığı ünvanın yaxınlığında bir kisə suvağı qoyaraq yollarına davam etmişlər. Ət Kombinatında yerləşən metal qəbulu yeri işləmədiyindən oradan sifarişi dəyişməklə “Ulduz” metrostansiyasınm yaxınlığındakı metal qəbulu yerinə doğru getmişlər. Həmin metal qəbulu yerinə çatdıqda həmin usta kimi tanıdığı şəxs özü orada işləyən şəxsə yaxınlaşmaqla gətirilən dəmir məmulatların özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmi, o isə avtomobilin yanında dayandığından həmin məmulatların neçəyə satılması barədə məlumat əldə edə bilməmişdir. Həmin yüklər orada avtomobildən boşaldılmış, sifariş etdiyikləri yük avtomobilinin xərci həmin usta tərəfindən ödəndikdən sonra həmin avtomobil oradan uzaqlaşmışdır. Bundan sonra onlar ikisi orada yaxınlıqda olan kioskdan su və yemək üçün un məmulatları alıb yaxınlıqdakı taksi ilə həmin şəxs danışıb yol pulunu ödəməklə onu Keşlə qəsəbəsinə yola salmışdır. Özünün isə oradan hara getməsi barədə məlumatı olmamış, sonradan isə onunla əlaqə saxlamamışdır. Usta kimi tanıdığı şəxs ona fəhləliyin əvəzində bir kisə suvaq vermiş, su və un məmulatları almış, eləcə də nağd pul vəsaiti verməmişdir. O, bir kisə suvağı isə öz yaşadığı evdə təmir işləri apardığından evin birinci mərtəbəsində yerləşən otağın divarına çəkmişdir. Sonradan isə polis əməkdaşları onu 23-cü polis bölməsinə dəvət etdikdə həmin götürülmüş dəmir məmulatlarının yarımtikilidən oğurlanması barədə məlumat əldə etmiş, həmin əşyaların sahibinin icazəsi olmadan götürülməsi barədə öncədən hər hansı bir məlumatı olmamış, həmçinin həmin usta kimi tanıdığı şəxsi üzdən tanısa da onunla hər hansı bir yaxın tanışlığı olmamışdır. Bundan başqa onun ailə üzvləri mənzilə gətirmiş olduğu suvağın haradan əldə olunması barədə məlumatları olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini sübuta yetirilməsi üçün əsas və yanakı sübutlar müəyyən edilmədiyindən, yalnız zərərçəkmiş şəxsin ərizə və izahatı əsasında ittiham elan edildiyindən, sonradan isə Təqsirləndirilən şəxs dindirmə protokolunda və Şahid1 ilə X3 şahid qismində istintaqa verdiyi ifadələrində cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs həmin yarımtikilidən dəyəri 4 (dörd) manat 70 etmiş) qəpik təşkil edən 63 mm diametrli 01 (bir) ədəd dəmir dirəyi gizli olaraq taladıqdan sonra cinayətkar niyyətini davam etdirərək 05 mart 2023-cü il tarixdə 08 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən yarımtikili fərdi yaşayış evinin həyətinin giriş qapısının qıfılını sındırıb açaraq qanunsuz olaraq həyətyanı sahəyə və yarımtikiliyə daxil olub orada olan Zərərçəkmiş şəxs məxsus dəyəri 200 (iki yüz) manat təşkil edən (bir) ədəd 2 tonluq həcmdə dəmir materialdan olan su çəni, ümumi dəyəri 30 (otuz) manat təşkil edən 200 litr həcmində 02 (iki) ədəd dəmir çəllək, ümumi dəyəri 90 (doxsan) manat təşkil edən 50 mm diametrrli 4 metr uzunluğunda 20 (iyirmi) ədəd dəmir boru və ümumi dəyəri 13 (on üç) manat təşkil edən 02 (iki) kisə “Ağdağ” markalı gips tərkibli üzlük suvağı oğurlanması müəyyən edildiyindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkib əlamətləri öz təsdiqini tapmadığından həmin hissə ona elan edilmiş ittihamdan xaric edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ərizəsində və izahatında göstərilən 10000 (on min) manat, zərərçəkmiş şəxs qismində dindirilərkən ümumilikdə 8308 (səkkiz min üç yüz səkkiz) manat dəyərində əmlaklarının gizli yolla talanıb ələ keçirilməsi faktının Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, həmçinin cari ilin yanvar ayının 15-dən mart ayının əvvəllərinə qədər olan dövr ərzində tikintisi davam etdirilən fərdi yaşayış evinin sahibsiz qalması səbəbindən, eləcə də həmin vaxt ərzində Təqsirləndirilən şəxs Amillədin oğlunun həmin ağır çəkiyə malik tikinti materiallarının təkbaşına oğurlaması, daşıması və aparması mümkün görünmədiyindən bununla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihama xitam verilmiş, həmin faktla bağlı Təqsirləndirilən şəxs Amillədin oğlunun barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, yuxarıda qeyd olunan dövr ərzində Zərərçəkmiş şəxs məxsus tikinti materiallarının naməlum şəxs və ya şəxslərdən tərəfindən gizli yolla talanması faktı üzrə həmin şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-istintaq hərəkətlərinin davam etdirilməsindən ötrü bu xüsusat üzrə hazırki cinayət işindən material ayrılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR-sı CM-nin 177.2.2,178.2.2, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay 01 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR-sı Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə hazırkı cinayəti məhkumluq ödənildikdən sonra törətmişdir. CM-nin 18.4.3-cü maddəsinə əsasən, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənilmiş və ya götürülmüş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində biri azyaşlı olmaqla 2 uşağının olmasını, Qarabağ müharibəsi iştirakçısı, müharibə veteranı və İİ qrup əlil olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə hazır olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazıradək həbsdədir. Beləliklə o, ibtidai istintaq dövründə 05 ay 19 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış videomüşahidə kameralarındakı videogörüntünün əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 05 ay 19 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 22 gün (bir il altı ay iyirmi iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerində olan videomüşahidə kameralarındakı videogörüntünün əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 162 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-389/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-389/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver