Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-39/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci ildə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3-cü qrup əlil, məhkumluğu olmayan, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 övladı Şahid Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 5000 manat pul alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 xəstəliyi ilə əlaqədar təqaüd verilməsində köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq, bu adla 2021-ci ilin avqust ayının ortalarında ünvan 2 ünvanında yerləşən “Araz” marketin qarşısında 500 manat, həmin gün ünvan 2 ünvanında yerləşən “Bravo” marketin içərisində 1000 manat, ümumilikdə isə 1500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 1500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 29 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 oğlu Şahid FHN-in Yanğından Mühafizə Xidmətinə yanğın söndürən vəzifəsinə işə götürülməsində köməklik edəcəyini vəd verib onunla Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında görüşərək Zərərçəkmiş şəxs1 5000 manat pul alsa da ona söz verdiyi işi düzəltməmişdir. Bundan əlavə, 2021-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs2 xəstəliyi ilə əlaqədar təqaüd verilməsində köməklik edəcəyini vəd verib ünvan 3 ünvanında yerləşən “Bravo” marketin qarşısında Zərərçəkmiş şəxs2la görüşərək ondan 1500 manat pul almış və sonuncuya söz verdiyi kimi onun üçün xəstəliyi ilə əlaqədar olan təqaüd məsələsini həll etməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödəyərək onlarla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, “Əbülfəz Qarayev” adına xəstəxanada tibb bacısı işləyir. 2019-cu ildə işlədiyi xəstəxanada oğlu Şahid işsiz olması ilə əlaqədar söhbət edən zaman xəstələrdən biri qohumu Reyhan adlı xanımın telefon nömrəsini ona verərək bildirmişdir ki, qohumudur, tanışları var, əlaqə saxlasın, bəlkə kömək edə bilər. O da həmin Reyhan adlı xanımla əlaqə saxlamış, Reyhan isə ona bildirmişdir ki, tanıdığı Anar adlı şəxs var, bəlkə o, düzəldə bilər. Reyhan adlı qadın Anar adlı şəxsin ***-***-**-** telefon nömrəsini ona vermişdir. Həmin telefon nömrəsi ilə əlaqə saxlamış, Anar adlı şəxsə elə telefonda oğlunun işə düzəlmə məsələsini demişdir. Elə həmin vaxt Anar ona demişdir ki, oğlunu “Socar” şirkətinə operator vəzifəsinə işə düzəldə bilər. Lakin işin düzəlməsi üçün 3000 manat pul istəmişdir. 2019-cu ilin avqust ayının ortalarında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən “Məmmədyarov” dairəsinin yanında Təqsirləndirilən şəxslə görüşüb oğlu Ramizin “Socar” şirkətində işə düzəlməsi üçün 3000 manat pulu Anara vermişdir. Həmin vaxtı Anar demişdir ki, 15 günə iş düzələcək. Lakin 01 ay keçmiş, iş düzəlməmiş və Anar 2019-cu ilin oktyabr ayının ortalarında pulu qaytarıb demişdir ki, işi düzəldə bilməmişdir. O da pulu götürüb daha bir söz deməmişdir. Lakin, təxminən 15 gün sonra Təqsirləndirilən şəxs özü ona zəng edərək bildirmişdir ki, oğlu Ramizi FHN-nin Yanğından Mühafizə Xidmətinə yanğın söndürən vəzifəsinə işə düzəldə bilər və bu işin düzəlməsi üçün 5000 manat pul lazımdır. Həmçinin Anar ona demişdir ki, ***-**** manat arası məvacib alacaq. O, Anara demişdir ki, həmin məbləğ hal-hazırda yoxdur, bir neçə günə düzəldə bilər. Həmin vaxt 3000 manat pulu olmuş, çatışmayan 2000 manatı axtarmağa başlamışdır. Həmin müddət ərzində Anar bir neçə dəfə də telefon vasitəsi ilə onunla əlaqə saxlayıb pulu tez düzəltməyini, işin əldən çıxa biləcəyini demişdir. O da 29 noyabr 2019-cu il tarixdə “Azərbaycan Beynalxalq Bankı”ndan 2000 manat pulu kredit götürüb, elə həmin gün saat 15 radələrində Nizami rayonu, “Koroğlu” metrostansiyası yaxınlığında görüşüb 5000 manat pulu, Ramizin şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin surətini və əmək kitabçasının surətini sənədləri ilə birlikdə Ramizin işinin düzəlməsi üçün Anara vermişdir. Anar həmin vaxtı ona demişdir ki, oğlunun işi 15 günə düzələcək. Lakin həmin vaxtdan 3 ay keçmiş, Anar işi düzəltməmişdir. O da zəng edəndə Anar hər dəfə müxtəlif bahənələr demişdir. Bankdan pulu götürən zaman fikirləşmişdir ki, oğlu Ramizin işi tez düzələr və krediti rahat ödəyə bilərlər. Krediti ödəyə bilmədiyi üçün və Anara artıq inanmadığından pulunu tələb etmişdir. Anara demişdir ki, 2000 manat pulu kredit götürmüş və ödəyə bilmir. Anar yenə pulu verməmək üçün müxtəlif bəhanələr deməyə və vaxt istəməyə başlamışdır. 2020-ci ilin iyun ayında Anarla Nizami rayonu “Koroğlu” metrostansiyası yaxınlığında görüşmüşlər. Orada Anar ona 1000 manat pulu vermişdir. Bundan sonra isə Anar onun “Azərbaycan Beynalxalq Bankı”nda olan kreditinə 4 ay 250 manat pul ödəmişdir. Lakin bundan sonra Anarın onlara 3000 manat pul borcu qalmış, həmin 3000 manatı isə qaytarmamışdır. Ona görə də ondan şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, buna görə də onunla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, bina 14, mənzil 18 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ümumi tanışlarının vasitəsi ilə tanımış, onun əlaqələrinin geniş olduğunu, banklardan kredit düzəltmək, kimlərisə işlərə düzəltmək imkanları olduğunu bilmişdir. Təqsirləndirilən şəxs hətta oğlu Xəyal Quluzadəyə pula ehtiyacı olduğundan 2021-ci il tarixdə iyul ayında Rabitə Bankdan kredit götürülməsinə görə köməklik etmişdir. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxslə Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “Araz” marketin yaxınlığında olan çayxanada görüşən zaman ona bildirmişdir ki, ürək əməliyyatı olmuş və ağır şəkər xəstəsidir. Xəstəliklə bağlı təqaüdün ona düşməsini Anardan maraqlanmış, Anar bildirmişdir ki, ona xəstəliklə əlaqədar təqaüd verilməsi məsələsini düzəldə bilər, lakin, həmin işin düzəlməsi üçün 1500 manat qabaqcadan, 1500 manat iş düzələndən sonra vermək lazımdır. O da demişdir ki, bir neçə günə pulu düzəldib Anara verəcək. Həmin vaxti Anar ona demişdir ki, pulu verən zaman xəstəliklərlə bağlı sənədlərin surətini də verər. Bir neçə gün sonra təxminən avqust ayının ortalarında Anarla zəngləşmişlər və pulu hazırladığını bildirmişdir. Həmin gün Anarla R.Rüstəmov küçəsində yerləşən “Araz” marketin qarşısında görüşmüşlər, cibində olan 500 manat pulu verib və yaxınlıqda olan “Bravo” marketin içində yerləşən “Kapital” bankın post terminalında həyat yoldaşı Almas Quliyevanın adına olan üzərində gəzdirdiyi “Kapital” bank kartında olan 1000 manat pulu da çıxardıb elə orada Anara ümumilikdə 1500 manat pulu və xəstəlik ilə əlaqədar olan sənədlərin surətini də vermişdir. Anar pulu və sənədləri alıb demişdir ki, özü ona hara yaxınlaşmalı olduğunu xəbər edəcək. Lakin hər dəfə Anardan işini maraqlananda sonuncu demişdir ki, xəbər edəcək və hər dəfə bir bəhanə gətirmişdir. 2021-ci ilin noyabr ayında pulunu istəmiş, Anar yenə pulu verməyib müxtəlif bəhanələr gətirmiş, hal-hazıra qədər Anar pulunu qaytarmamışdır. Həmin pul özünə məxsus olmuşdur. Öz adına bank kartı olmadığına görə pulunu həyat yoldaşı Almas Quliyevanın kartına yükləyib saxlamışdır. Anar ona vəd verib inandırmışdır ki, ona xəstəliyi ilə bağlı pensiya düzəldəcək. Lakin, Anar onu aldadıb ona pensiya düzəltməmiş, eləcə də ondan almış olduğu pulu qaytarmamışdır. Həyat yoldaşı Almas Quliyevanın adına olan “Kapital” bank kartından 1000 manat məbləğində pulu nağdlaşdırıb Təqsirləndirilən şəxs verməyi barədə həyat yoldaşı Almas Quliyevanın məlumatı olmamışdır. Almas Quliyevaya məxsus həmin bank kartı hər zaman onun üzərində olur deyə həyat yoldaşına məlumat vermədən həmin 1000 manat pulu kartdan çıxarıb nağdlaşdırmaqla Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona ziyanın guya ödənilməsi barədə barışıq ərizəsi yazmasını xahiş etmiş və ona söz vermişdir ki, qısa müddətdə ziyanı qaytaracaq. Lakin, yenə də verdiyi vədə əməl etməmişdir. Sonda Ə.Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın tam ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X1 xx.xx.2022-ci il tarixli, 744 saylı məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, Şamaxı rayonu, İləmyəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdikləri ifalərini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişlər. İş materiallarından görünür ki, 22 fevral 2022-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 22 fevral 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarında olan 23 fevral 2022-ci tarixdə iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs2 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 23 fevral 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 3, 4 və 34-cü bəndlərinə əsasən, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 vurulmuş zərəri tam şəkildə ödəyərək barışıq əldə etməsini, Zərərçəkmiş şəxs2 vurulmuş zərəri qismən ödəməsini və üçüncü qrup əlillik dərəcəsinin olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2011-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 avqust 2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma protokolundan, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 fevral 2022-ci il tarixdən 21 fevral 2022-ci il tarixədək tutulduğu 02 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla və təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 49 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 294 (49x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 fevral 2022-ci il tarixdən 21 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 49 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 294 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-39/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-39/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver