Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-39/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı X1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 16 avqust 1971-ci il tarixdə Qusar rayonunun Xuray kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Xuray kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev 29, mənzil 38-də yaşayan, 14 iyul 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 23 aprel 2023-cü il tarixdə saat 04 radələrində etibarnamə əsasında idarə etdiyi “Howo” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Babək prospektində yerləşən avtomobil bazarı istiqamətindən şəhərin mərkəzi istiqamətinə doğru soldan birinci hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda onunla eyni istiqamətdə “Mercedes Benz C220” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, həmin avtomobilin surətini azaltması və ya dayanması şəraitində avtomobilin sürətini azaldaraq ona çatmadan dayandırmalı və lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla ötüb keçməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Modern Hospital”ın qarşısında X1 idarə etdiyi “Mercedes Benz C220” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun birinci zolağında toqquşmuş, onun ehtiyyatsızlığı nəticəsində Fəxrəddin İsmayılov burun sümüyünün kökündə alının burun çıxıntısının köndələn sınığı, başın təpə nahiyəsinin əzilmiş yarasından ibarət dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, həmin avtomobilin ön sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs büzdüm sümüyü proeksiyasının və sol sağrının yuxarı iç kvadratını əhatə edən geniş həcmli hematoması ilə müşayiət olunan sol büzdüm sümüyünün çıxığı, sağ bazunun arxa səthinin qançırından ibarət dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, eləcə də “Mercedes Benz C220” markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində X2 12000 manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərdən X3 Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmış, mülki iddia məhkəmə tərəfindən qəbul olunaraq işlə birlikdə baxılmış, həmin zərərçəkmiş şəxs mülki iddiaçı, təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs qarşı hazırkı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır, mülki iddiası məhkəmə tərəfindən icraata qəbul olunaraq həmin şəxsin haqqındakı cinayət işi ilə birlikdə baxılmaqla həll edilməlidir, eyni zamanda o, mülki iddiaçı qismində, həmin şəxs isə mülki cavabdeh qismində tanınmalıdırlar. Belə ki, cinayət hadisəsinin baş verdiyi 23 aprel 2023-cü il tarixindən indiyədək mülki cavabdeh ona dəymiş maddi ziyan üzrə hər hansı ödəniş etməmiş, onunla barışıq əldə etmək üçün cəhd etməmişdir. Mülki cavabdehin bilavasitə təqsiri üzündən o, sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla yanaşı, mülkiyyətinə maddi ziyan dəymiş, mülkiyyəti olan nəqliyyat vasitəsindən məhrum olmuşdur. Hansı ki, həmin nəqliyyat vasitəsi, el arasında deyildiyi kimi, onun “çörək ağacı” idi, özünün və ailəsinin dolanacağını onunla işləyərək əldə etdiyi qazanc, gəlir hesabına təmin edirdi. Cinayət hadisəsi nəticəsində ona maddi ziyan dəyməsi və bunda məhz Təqsirləndirilən şəxs təqsirli olması, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, foto şəkilləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, o cümlədən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və işin digər faktiki halları ilə təsdiq olunmuş və sübuta yetirilmişdir. Dəymiş maddi ziyanın həcminə gəldikdə, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində həddindən artıq pis vəziyyətə düşərək deformasiyaya uğramış avtomobilinə baxış keçirilmiş, avtomobilin təmiri üçün görülməli işlər müəyyənləşdirilmiş, çəkilməli olan xərc hesablanmışdır. Belə ki, tərtib olunmuş qüsur aktına, arayışa əsasən ehtiyat hissələrinin alınması üçün məbləğ 8080 manat, görüləcək dəmirçi, rəngsaz, armatur, çilingər, elektrik, oturacaq təmiri və digər işlər üçün isə zəhmət haqqı qismində 3980 manat, ümumilikdə 12060 manat məbləğində maddi vəsaitə ehtiyac vardır. Bu zaman qeyd etmək zəruridir ki, ibtidai istintaq orqanı da verilmiş ittiham üzrə demək olar ki, həmin nəticəyə gəlməklə maddi ziyanı demək olar ki, həmin məbləğə uyğun - 12000 manat məbləğində qiymətləndirmişdir. Ona dəymiş maddi ziyanın həcmi, onun miqyasının böyüklüyü yuxarıda qeyd etdiyi iş materialları və bu sahədə mütəxəssisin tərtib etdiyi qüsur aktı ilə müşayiət olunur. Burada, qeyd etməyi və təqsirləndirilən şəxsə (mülki cavabdehə) xatırlatmaq yerinə düşər ki, ona dəymiş maddi ziyanı ödəyərək, barışıq əldə etdiyi halda, təqsirləndirilən şəxs bununla bağlı qanunvericiliyin ona tanıdığı imkandan istifadə edərək, cinayət məsuliyyətindən azad olunma imkanı əldə edə bilər. Əks halda, onun təqsirləndirilən şəxslə barışmaq fikri yoxdur, ona kifayət qədər ciddi cəza verilməsini və mülki iddiasının təmin olunmasını təkidlə və qanunun imkan verdiyi formada tələb edəcəkdir. Qeyd olunanlara əsasən bir daha hesab edir ki, mülki iddiası əsaslıdır və təmin edilməlidir, mülki iddia üzrə pul vəsaiti, bundan başqa mülki cavabdehin təqsiri üzündən mülki iddia verməli olduğuna görə ödədiyi dövlət rüsumunun və mütəxəssis tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilərək qüsur aktı üzrə ziyanın hesablanması üçün xərc qismində ödədiyi pulun əvəzi ona ödənilməlidir. Göstərdiklərinə əsasən, tərəfindən verilmiş mülki iddianın icraata qəbul edilərək cinayət işi ilə birlikdə baxılmasını, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə ümumilikdə 12060 manat məbləğində pulun, maddi zərərə uğramış nəqliyyat vasitəsinə baxış keçirərək maddi ziyanı hesablamaqla mütəxəssis rəyi - qüsur aktı tərtib edilməsi üçün çəkilmiş xərc qismində 239 manat məbləğində pulun, mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126,18 manat məbləğində pulun - onun xeyrinə tutulması barədə hökm (qərar) qəbul edilməsini xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, mülki iddianı isə qəbul etməyərək ifadəsində göstərmişdir ki, 23 aprel 2023-cü il tarixdə saat təxminən 04 radələrində etibarnamə ilə idarə etdiyi “Hovo” markalı dövlət qeydiyyat nişanı **-HN-*** olan yük avtomobili ilə Bakı şəhəri, Nizamı rayonu, Babək prospekti yol ötürücüsünün üstü ilə şəhər istiqamətində yolun sağdan birinci zolağı ilə təxminən 40-50 km/saat surətlə hərəkətdə olan zaman görmüşdür ki, Babək prospektində körpüdən ayrılan digər sağ yolda yolnəqliyyat hadisəsi baş vermişdir. O, bir anlıq həmin hadisəyə baxan zaman görmüşdür ki, yöl ötürücüsünün üstündə “Mersedes” markalı avtomobil dayanmışdır, dərhal idarə etdiyi yük avtomobilinin əyləcinə basaraq sükanı sola çəkmişdir ki, həmin avtomobillə toqquşmasınlar, buna baxmayaraq idarə etdiyi avtomobil ilə həmin avtomobilin arasında məsafə az olduğundan avtomobilinin qabaq sağ hissəsi “Mersedes” markalı avtomobilin arxa sol hissəsindən toqquşmuşdur. Hadisə zamanı “Mersedes” markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər. Təcili tibbi yardım stansiyasının əməkdaşları xəsarət alan şəxsə ilkin tibbi yardım göstərmişlər, polis əməkdaşları isə hadisəni rəsmiləşmişlər. Təqsirləndirilən şəxs əlavə sualları cavablandırarkən bildirmişdir ki, hadisə günün sübh çağı baş verdiyindən yolu görmə məhdudiyyəti olmuşdur, hadisədən sonra şok vəziyyətində olduğu üçün zərərçəkmiş şəxslərlə maraqlana bilməmiş, bundan 1 həftə sonra zərərçəkmiş şəxslərlə görüşmüş, onlara çəkdikləri zərərin əvəzini ödəməyi təklif etmişdir. Lakin zərərçəkmiş şəxslər çəkdikləri zərərin qarşılığında ondan yüksək məbləğ tələb etdikləri üçün onlara vurduğu zərərin əvəzini ödəməmişdir. O, sağlamlıqlarına dəymiş ziyana görə X2 1000 manat, Zərərçəkmiş şəxs 500 manat ödəyə bilər, zərərçəkmişlər isə onun təklifini qəbul etməmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşman olduğunu, birinci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranı olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı X3 ifadəsində göstərmişdir ki, 23 aprel 2023-cü il tarixdə saat təxminən 04 radələrində özünə məxsus olan “Mersedes” markalı dövlət qeydiyyat nişanı **-EM-*** olan avtomobil ilə, tanışı Zərərçəkmiş şəxsYaqub qızı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti yol ötürücüsünün üstü ilə şəhər istiqamətində yolun sağdan birinci zolağı ilə təxminən 40-50 km/saat sürətlə hərəkətdə olan zaman arxadan gələn yük avtomobili idarə etdiyi avtomobilin arxa hissəsindən zərbə ilə toqquşmuş, avtomobilinin qabaq hissəsi körpünün sol kənarına, sonra isə sağ kənarına dəyərək dayanmışdır. Hadisə zamanı o və Zərərçəkmiş şəxs xəsarət almışlar. Bundan sonra hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmiş, təcili tibbi yardım stansiyasının əməkdaşları onlara ilkin tibbi yardım göstərmişlər və onu X6 aparmışlar, orada həkimlər ona ilkin tibbi yardım göstərərək evə buraxmışlar. Hadisə zamanı avtomobilinə 12060 manat maddi ziyan dəymişdir. Maşını dağılmış vəziyyətdədir, onu təmir etməyi heç bir usta üzərinə götürmür, maşının motoru da dayanıb, maşın ümumiyyətlə işlək vəziyyətdə deyildir. O, səhhətinə dəymiş zərərlə bağlı heç nə tələb etməmişdir, bununla bağlı xərci özü çəkmişdir. Həmçinin çəkdiyi həmin xərci hesablamamışdır. Demişdir ki, ancaq maşınına dəymiş zərəri ödəsin. Təqsirləndirilən şəxsin müdafiəçisi deyir ki, o, peşmandır, lakin təqsirləndirilən şəxs bir dəfə olsun onu axtarmamışdır, təqsirləndirilən şəxsdən şikayətçidir. Himayəsində 3 uşağı var, 11 aydır işləmir. 11 aylıq işləməməsi ilə bağlı minimum əmək haqqı hesablanmaqla ona pul verilməsini istəyir. Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini, mülki iddiasının tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 aprel 2023-cü il tarixdə saat təxminən 04 radələrındə tanışı X1 idarə etdiyi, onun qabaq sağ oturacağnda əyləşdiyi “Mersedes” markalı dövlət qeydiyyat nişanı **-EM-*** olan avtomobildə hərəkətdə olmuşlar. Fəxrəddinin idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti yol ötürücüsünün üstü ilə şəhər istiqamətində yolun sağdan birinci zolağı hərəkətdə olan zaman arxadan gələn yük avtomobili Fəxrəddinin avtomobilinin arxa hissəsindən zərbə ilə toqquşmuşdur. Həmin vaxt Fəxrəddin xəsarət aldığı üçün hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər, təcili tibbi yardım stansiyasının əməkdaşları Fəxrəddinə ilkin tibbi yardım göstərərək Fəxrəddini və onu X6 aparmışlar. Həmin zaman onun da ağrıları olmuş, lakin düşünmüşdür ki, ciddi xəsarəti yoxdur. Ona görə də o, həkimə müraciət etməmişdir. Lakin hadisənin səhəri günü boyun və bel nahiyəsində şiddətli ağrılar olduğundan o, müayinə olunmaq üçün Travmatalogioya xəstəxanasına müraciət etmiş, orada həkimlər onu müayinə etmişlər. Müayinə zamanı ona büzdüm sümüyünün çıxığı və sol bazu oynağının əzilməsi diaqnozu qoymuşlar. Sualları cavablandırarkən zərərçəkmiş şəxs bildirmişdir ki, hadisəni törədən Təqsirləndirilən şəxs ona çəkdiyi zərərin əvəzi olaraq 500 manat pul təklif etmişdir, hansı ki, qəzadan sonra o, borc hesabına özünü müalicə etdirmiş, neçə ay işə gedə bilməmişdir, aylıq əmək haqqı 800 manat təşkil etmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs ona dəymiş zərərin qarşılığında 2000 manat pul verərsə, onunla barışar. Hazırkı vəziyyətdə sübutlarını təqdim edə bilməsə də, sağlamlığının müalicəsi üçün 2500 manat məbləğində xərc çəkmiş, həmin məbləği borc almışdır. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmədiyinə görə ondan şikayətçidir. Həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 23 aprel 2023-cü il tarixli 2/10253 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:00-da ayıq olduğu müəyyən edilmişdir. (i.v. 14) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 03 may 2023-cü il tarixli 397 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - büzdüm sümüyü proeksiyasının və sol sağrının yuxarı-iç kvadratını əhatə edən geniş həcmli hematoması ilə müşayiət olunan sol büzdüm sümüyünün çıxığı, sağ bazunun arxa səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsimndə göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin qismində baş vermiş yolnəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (i.v. 28-30) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 03 may 2023-cü il tarixli 376 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X1 almış olduğu xəsarətlər - burun sümüyünün kökündə alının burun çıxıntısının köndələn sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (i.v. 32-34) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 may 2023-cü il tarixli 8/1224 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Howo” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 35-38) -DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2014-cü il tarixdə “B” və “C” kateqoriyaları olan və 02 iyun 2024-cü il tarixədək etibarlılıq müddəti müəyyən edilmiş AC seriyalı, 322764 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük hüququna məhdudiyyət qoyulmamışdır. (i.v. 67) -"xxxx" MMC-nin 08 iyun 2023-cü il tarixli 12 nömrəli nöqsan (qüsur) aktından və arayışlarından, fotoşəkillərdən görünür ki, “Mercedes Benz C220 minik” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilmişdir, avtomobilin ehtiyyat hissələrinin alınması üçün 8080 manat, görüləcək dəmirçi, rəngsaz, armatur, çilingər, elektrik, oturacaq təmiri və digər işlər üçün zəhməthaqqı qismində 3980 manat olmaqla, ümumilikdə 12060 manat məbləğində maddi vəsaitə ehtiyac vardır. (i.v. 47, 183-188) -Qəbzlərdən görünür ki, mülki iddiaçı X3 maddi zərərə uğramış nəqliyyat vasitəsinə baxış keçirərək maddi ziyanı hesablamaqla mütəxəssis rəyi - qüsur aktı tərtib edilməsi üçün çəkilmiş xərc qismində 239 manat məbləğində (ümumi məbləğin 2%-i qismində) pulu "xxxx" MMC-yə, mülki iddianın verilməsi üçün dövlət rüsumunun əvəzi qismində 126,18 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. (i.v. 181-182) - 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, X1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması və Azərbaycan Respublikası İXM-nin 346-cı maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi rədd edilmiş, iş üzrə “Howo” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C220” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmışlar. (i.v. 77-80) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci və 3-cü bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidi; yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən maddənin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin 12 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmasından sonra hal-hazıradək icraatda olduğu müddətdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs ilə barışmamış və onlara dəymiş ziyanı ödəməmişdir, ona görə təqsirləndirilən şəxsin bu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 68) - 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 125-126) -Məhkəməyə təqdim edilmiş 31 avqust 2015-ci il tarixdə verilən 031426 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs müharibə veteranı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, mülki iddia ilə bağlı məsələyə ayrıca hüquqi qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobillərin məhkəməyədək icraat zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Məhkəmə mülki iddianın həlli ilə bağlı məsələlər üzrə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslərdən yalnız X3 məhkəmə baxışı zamanı mülki iddia vermiş, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə ümumilikdə 12060 manat məbləğində pulun, maddi zərərə uğramış nəqliyyat vasitəsinə baxış keçirərək maddi ziyanı hesablamaqla mütəxəssis rəyi - qüsur aktı tərtib edilməsi üçün çəkilmiş xərc qismində 239 manat məbləğində pulun, mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126,18 manat məbləğində pulun - onun xeyrinə tutulması barədə hökm (qərar) qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Həmin Qərarın 26-cı bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Yetkinlik yaşına çatmayanların vurduqları zərərə görə ödəmə MM-nin 1103 və 1104-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, baş vermiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxs X2 ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsi ilə yanaşı həmin şəxsin idarə etdiyi “Mercedes Benz C220” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ona (əmlakına) maddi ziyan da dəymişdir, lakin cinayət işinin ibtidai istintaqı zamanı maddi ziyan məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmədiyindən belə ekspertiza məhkəmə baxışı zamanı keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 yanvar 2024-cü il tarixli 9/8663 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12.500,00 manat olmuş, 1999-cu il buraxılışlı mühərrik həcmi 2151 sm3, “Mercedes Benz C220 CDİ minik” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri (təxminən 3750 manat) nəzərə alınmaqla nəzəri qaydada təxminən 8.750,00 (12500-3750) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyanın əvəzini, həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan mülki iddiaçıya ödəməmişdir. Hansı ki, Təqsirləndirilən şəxs təqsirlilik məsələsi yuxarıda göstərilən qaydada müəyyən edilmiş və həllini tapmışdır. Mülki iddia üzrə tutulmalı olan məbləğlə bağlı məhkəmə qeyd edir ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs X2 məxsus “Mercedes Benz C220 CDİ minik” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində zərərçəkmiş şəxsə 12000 manat məbləğində zərər dəymişdir, həmin mülki iddiaçı zərərin məbləğinin 12060 manat olmasına dair qüsur (nöqsan) aktı təqdim etməklə bu məbləğin onun xeyrinə tutulmasını tələb etmişdir, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən isə avtomobilin təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməmiş, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12500 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, ittihamda baş vermiş nəticə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsi ilə yanaşı zərərçəkmiş şəxsə məxsus əmlakın zədələnməsi ilə ona 12000 manat maddi ziyan dəyməsi kimi müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, ittihamdan fərqli olaraq, zərərin daha yüksək, 12500 manat məbləğində qəbul edilməsi üçün hüquqi əsaslar yoxdur, ona görə zərərin məbləği ittiham daxilində qəbul edilməli, vurulmuş maddi ziyana görə 8750 manat pul mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı X1 xeyrinə tutulmalıdır. Maddi ziyanın qalan məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mötəbər sübut qismində nəzərə alınmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 yanvar 2024-cü il tarixli 9/8663 nömrəli rəyində avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, 8750 manat real zərərdən başqa, müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olmasının istisna edilmədiyi göstərilmişdir. Ona görə məhkəmə hesab edir ki, mülki iddiaçıya, həmin rəyə uyğun olaraq, ona məxsus nəqliyyat vasitəsi avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamaq qalmış hissələrin dəyərindən çıxılmaqla (ümumilikdə müəyyən edilmiş ziayn məbləğindən artıq olmamaqla) qalan məbləğin mülki cavabdehdən tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia verə bilmək hüququ izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, mülki cavabdehin təqsirli hərəkəti səbəbindən maddi ziyanın hesablanaraq qüsur aktının alınması üçün ödənilmiş xərcin əvəzi qismində 239 manat, mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126,18 manat olmaqla, cəmi 9115,18 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Bununla bağlı mülki iddiaçıya müvafiq qaydada təkliflər edilməsinə, mülki cavabdehin işəgötürənini cəlb etməklə, eləcə də nəqliyyat vasitəsini avtoservis şəraitində söküb hissələri diaqnostika etdikdən sonra iddia tələblərini dəqiqləşdirməklə ayrıca mülki iddia verməmiş, mülki iddiasına hazırkı tələb daxilində baxılmasında təkidli olmuşdur. Bundan başqa, digər Zərərçəkmiş şəxs onun sağlamlığına vurulmuş zərərin aradan qaldırılması ilə bağlı xərclər çəkdiyini bildirsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X1 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 8750 manat pul, maddi ziyanın hesablanaraq qüsur aktının alınması üçün ödənilmiş xərcin əvəzi qismində 239 manat, mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126,18 manat olmaqla, cəmi 9115,18 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı X1 xeyrinə tutulsun. Mülki iddiaçı X2, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 yanvar 2024-cü il tarixli 9/8663 nömrəli rəyinə uyğun olaraq, ona məxsus nəqliyyat vasitəsi avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamaq qalmış hissələrin dəyərindən çıxılmaqla (ümumilikdə müəyyən edilmiş ziayn məbləğindən artıq olmamaqla) qalan məbləğin mülki cavabdehdən tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia verə bilmək hüququ izah edilsin. Zərərçəkmiş şəxs, ona dəymiş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia verə bilmək hüququ izah edilsin. Məhkəmə məsrəfi olan cəmi 145 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Maddi sübut qismində tanınmış “Howo” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz C220” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin məhkəməyədək icraat zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 18 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 108 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-39/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-39/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver