Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-390/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1951-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanda qeydiyyatda olmaqla, ünvan 2yan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30-da yaşadığı, ünvan 3 ünvanında övladı X2 ilə oğlu Hüseyn Vəlizadənin sonuncuya məxsus mənzildən qızıl-zinət əşyalarını gizli olaraq talamaqla oğurluq etməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı, qəsdən sol əlinin arxası ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq sonuncuya burun sümüyünün yerinidəyişməmiş qəlpəli sınığı ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarəti yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki ünvan 1ində qeydiyyatdadır, Nizami rayonu, R.Rüstəmov küçəsi 16 mənzil 31 ünvanında kirayədə yaşayır. Qızı Zərərçəkmiş şəxs onun kirayə yaşadığı Binanın 34-cü mənzilində kirayə yaşayır. xx.xx.2022-ci il tarixdə qızı Samirə ailəsinən birlikdə istirahətə Astara rayona gedən zaman Samirə onu da özü ilə aparmağı təklif etmişdir. O da səhhəti ilə əlaqədər qızı ilə getməmişdir. xx.xx.2022-ci il tarixdə saat 19.00 radələrində kirayə yaşadığı binada səs küy gəldiyini eşitmişdir. Yaşadığı 4-cü mərtəbədəki mənzilindən çıxaraq 5-ci mərtəbəyə qalxdıqda, qızı Samirənin rayondan gəldiyini gördükdə, nə məsələ olduğunu qızından soruşmuşdur və qızı ona qapının açılmadığını demişdir. O da tanışı olan dəmir qapı ustasına zəng etmişdir. Usta ona qapının şəkilini çəkib atmağını istəmişdir. O da qapının şəkilini çəkərək ustaya atmışdır. Usta şəkilə baxdıqda qapının açmağın mümkün olduğunu demişdir. Təxminən 20 dəqiqə keçməmişdir ki, usta gəlmişdir. Usta qapını açdıqdan sonra o qızı ilə birlikdə mənzilə daxil olmuşdur. Qızı sonradan yataq otağına keçdikdə qızıl-zinyət əşyalarının olmadığnı naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Sonradan qızı oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təxminən 10-15 dəqiqədən sonra polis əməkdaşları qızının kirayə yaşadığı mənzilə gəlmişlər. Polis əməkdaşları qızı Samirədən ərizə izahat almışlar. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı mənzilin qapısı döyülmüşdür. Qapını açdıqda polis əməkdaşlarının oğlu, Vəlizadə Hüseyinlə birlikdə olduqlarını görmüşdür. Nə məsələ olduğunu soruşduqda polis əməkdaşları ona məsələni izah etmişlər ki, qızı Samirənin evindən oğurluq edən naməlum şəxs oğlu Hüseyindir. Oğlu Hüseyin sanitar qovşağına keçərək, tavandan qırmızı rəngdə olan qutunu götürərək qutunu açdıqda qutunun içərisində qızı Samirənin evindən oğurlanan qızıllar olduğunu görmüşdür. Sonradan polis əməkdaşları oğlu Hüseyinlə birlikdə getmişlər. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində evdə tək olan zaman qapı döyülmüşdür, qapını açdıqda qızı Samirəni görmüşdür. Qızı Samirəni evə dəvət etmişdir. X3 mənzilindən oğurluq etdiyi üçün onu söyüb təhqir etməyə başlamışdır, o da əsəbləşərək özündən asılı olmayaraq sol əlinin arxası ilə bir dəfə burun nahiyəsinə sillə zərbəsi vurmuşdur. Sonradan qızı evdən çıxaraq getmişdir. Aralarında olan münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir və münaqişə zamanı kimsə olmamışdır. Qızı Samirə onu vurmamışdır və heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, atası Təqsirləndirilən şəxs onun kirayə yaşadığı binanın 31-ci mənzilində yaşayır. xx.xx.2022-ci il tarixdə ailəsi ilə birlikdə Astara rayonuna istirahətə gedən zaman atası Məmmədağaya da getməyi təklif etmişdir. Atası Məmmədağa özünün sağlamlığında narahatlıqlar hiss etdiyi üçün onlarla gələ bilməyəcəyini demişdir. O da ailəsi ilə birlikdə Astara rayonuna getmişdir. Bir müddət Astara rayonunda istirahət etdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Astara rayonundan çıxaraq Bakı şəhərinə yola düşmüşdür. Saat 19:00 radələrində ünvan 4 ünvanına gəldikdə, açarı çantasından çıxararaq yaşadığı mənzilin qapısını açmaq istədikdə qapını aça bilməmişdir. Elə həmin vaxt atası Məmmədağada onun yanına gələrək nə məsələ olduğunu soruşduqda atasına qapının kilidini aça bilmədiyini demişdir. Atası usta tanışı olduğunu demişdir və ustaya zəng edərək bu barədə məlumat vermişdir. Atası qapının şəkilini çəkərək ustaya mobil telefonu vasitəsi ilə göndərmişdir. Təxminən 10-15 dəqiqə sonra usta onun kirayə yaşadığı ünvana gəlmişdir. Usta qapının kilidini açdıqdan sonra o atası ilə birlikdə içəri daxil olmuşdur. Yataq otağına baxdıqda qızıl- zinət əşyalarının dolabda yerində olmadığını aşkar etmişdir. O da bundan sonra bu barədə DİNnin 102 xidmətinə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə keçmədi ki polis əməkdaşları yaşadığı mənzilə gəlmişlər. Oğurluq hadisəsi barəsində ərizə və izahat vermişdir. Sonradan atası kirayə yaşadığı mənzilə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində evdə olan zaman əri ona zəng edərək oğurluq hadiəsəsini ögey qardaşı Hüseynin etdiyini ona demişdir. O bundan sonra saat 20:30 radələrində atasının yaşadığı mənzilə getmişdir. O mənzilə daxil olduqda atasına oğurluq hadisəsinin ögey qardaşı tərəfindən edildiyini bildirmişdir. Bundan sonra atası ilə onun arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o ögey qardaşını söydükdə atası gözlənilmədən sol əlinin arxası ilə onun burun nahiyəsinə bir dəfə sillə zərbəsi vurmuşdur. O bundan sonra bu barədə atasına öz iradını bildirib yaşadığı evə qalxmışdır. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar Nizami RPİ-nin 24-ü PŞ-ə ərizə ilə müraciət etmişdir. Onların arasında olan münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Atası ilə onların arasında baş vermiş mübahisə zamanı evdə heç kim olmadığı üçün hadisəyə heç kim şahid olmamışdır. Baş vermiş münaqişə zamanı atası sol əlinin arxası ilə onun burun nahiyəsinə bir dəfə şillə ilə zərbə vurmuşdur. Hadisə atasının kirayə yaşadığı ünvan 5 ünvanında, mənzilin qonaq otağında baş vermiş və orada bitmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad etməklə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində ittiham irəli sürülmüş şəxsin müdafiəçisi Müdafiəçi vəsatətini müdafiə edərək, barəsində ittiham irəli sürülmüş şəxsi cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməlidirlər, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-390/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-390/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver