Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-391/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1988-ci ildə Füzuli rayonu, Aşağı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədilə 06 dekabr 2022-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış, həmin vaxt taksi kimi fəaliyyət göstərən Maarif adlı şəxsin idarə etdiyi “Mercedes Benz” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq sərnişin qismində avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra ətrafda şəxslərin olmamasından və arxa oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs9 yuxuya getməsindən istifadə edərək avtomobilin ön oturacaqları arasında olan yerdən Zərərçəkmiş şəxs9 məxsus üzərində 5 (beş) manat dəyərində qoruyucu şüşəsi, arxa hissəsində 15 (on beş) manat dəyərində qoruyucusu, 10 (on) manat dəyərində ***-***-**-** və 10 (on) manat dəyərində ***-***-**-** mobil nömrələri olan, üzərində olan ***-***-**-** mobil nömrəsinin balansında 3 (üç) manatlıq və ***-***-**-** mobil nömrəsinin balansında 2 (iki) manatlıq konturu olan, tünd göy rəngli, 128 (yüz iyirmi səkkiz) GB yaddaşa malik 01 (bir) ədəd 1085 (min səksən beş) manat dəyərində “Xiaomi” markalı Redmi 11 Pro” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 1125 (min yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 19 dekabr 2022-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış, həmin vaxt taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs8 qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi “Mercedes Benz C180” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq sərnişin qismində avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra ətrafda şəxslərin olmamasından istifadə edərək avtomobilin ön alın şüşəsinə yapışdırılmış halda olan tutacağa qoyulmuş, Zərərçəkmiş şəxs8 məxsus üzərində 7 (yeddi) manat dəyərində qoruyucusu, 15 (on beş) manat dəyərində ***-***-**-** mobil nömrəsi olan, üzərində olan mobil nömrənin balansında 1 (bir) manatlıq konturu olan, gümüşü rəngli, 16 (on altı) giqabayt yaddaşa malik 01 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində “Xiaomi” markalı “Redmi S2” modelli mobil telefonu qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 423 (dörd yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 03 yanvar 2022-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanın qarşısında dayanmış, həmin vaxt taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs6 qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi “Opel Astra” markalı, 99- HT-645 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq sərnişin qismində avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra ətrafda şəxslərin olmamasından istifadə edərək avtomobilin ön alın şüşəsinə yapışdırılmış halda olan tutacağa qoyulmuş, Zərərçəkmiş şəxs6 məxsus üzərində 5 (beş) manat dəyərində ***-***- **-** və 7 (yeddi) manat dəyərində ***-***-**-** mobil nömrələri olan, üzərində olan ***-***- **-** mobil nömrəsinin balansında 5 (beş) manatlıq və ***-***-**-** mobil nömrəsinin balansında 8 (səkkiz) manatlıq konturu olan, qara rəngli, 128 (yüz iyirmi səkkiz) giqabayt yaddaşa malik 01 (bir) ədəd 500 (beş yüz) manat dəyərində “Xiaomi” markalı “Redmi Note 7” modelli mobil telefonu qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 525 (beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 17 yanvar 2023-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış, həmin vaxt taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs5 qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi “Mercedes Benz E220” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq sərnişin qismində avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra ətrafda şəxslərin olmamasından istifadə edərək avtomobilin avtomobilin sürətlər qutusunun yanında olan, Zərərçəkmiş şəxs5 məxsus 10 (on) manat dəyərində ***-***-**-** mobil nömrəsi olan, üzərində olan mobil nömrənin balansında 5 (beş) manatlıq konturu olan, qara rəngli, 64 (altmış dörd) giqabayt yaddaşa malik 01 (bir) ədəd 389 (üç yüz səksən doqquz) manat dəyərində “Samsung” markalı “Galaxy A13” modelli mobil telefonu qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 404 (dörd yüz dörd) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 28 yanvar 2023-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış, həmin vaxt taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs7 idarə etdiyi “Fiat Doblo” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq sərnişin qismində avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra ətrafda şəxslərin olmamasından istifadə edərək avtomobilin ön alın şüşəsinə yapışdırılmış halda olan tutacağa qoyulmuş, Zərərçəkmiş şəxs7 məxsus 5 (beş) manat dəyərində ***-***-**-** mobil nömrəsi olan, üzərində olan mobil nömrənin balansında 4 (dörd) manatlıq konturu olan, qara rəngli, 64 (altmış dörd) giqabayt yaddaşa malik 01 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində “Xiaomi” markalı “Redmi Note 8” modelli mobil telefonu qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 409 (dörd yüz doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 30 yanvar 2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış, həmin vaxt taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, 77-XB- 840 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq sərnişin qismində avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra ətrafda şəxslərin olmamasından istifadə edərək avtomobilin sürətlər qutusunun yanında olan, Zərərçəkmiş şəxs1 məxsus üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** mobil nömrəsi olan, üzərində olan mobil nömrənin balansında 1 (bir) manatlıq konturu olan, qara rəngli, 64 (altmış dörd) giqabayt yaddaşa malik 01 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində “Xiaomi” markalı “Redmi Note 6” modelli mobil telefonu qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 405 (dörd yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 03 fevral 2023-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış, həmin vaxt taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs4 etibarnamə əsasında idarə etdiyi “Dacia Logan” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomobilinin qapılarının açıq olmasından və sürücünün olmamasından istifadə edərək avtomobilin sürətlər qutusunun yanında olan, Zərərçəkmiş şəxs4 məxsus üzərində 05 (beş) manat dəyərində ***-***-**-** və 05 (beş) manat dəyərində ***-***-**-** mobil nömrələri olan, üzərində olan ***-***-**-** mobil nömrəsinin balansında 01 (bir) manatlıq və ***-***-**-** mobil nömrəsinin balansında 15 (on beş) manatlıq konturu olan, qara rəngli, 128 (yüz iyirmi səkkiz) giqabayt yaddaşa malik 01 (bir) ədəd 750 (yeddi yüz əlli) manat dəyərində “Xiaomi” markalı “Redmi Note 11 S” modelli mobil telefonu qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 776 (yeddi yüz yetmiş altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 05 fevral 2023-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış, həmin vaxt taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs3 qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi “Opel Vectra” markalı, 77- GR-852 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomobilin qapılarının açıq olmasından və sürücünün olmamasından istifadə edərək avtomobilin ön alın şüşəsinə yapışdırılmış halda olan tutacağa qoyulmuş, Zərərçəkmiş şəxs3 məxsus üzərində 04 (dörd) manat dəyərində ***-***-**-** mobil nömrəsi olan, üzərində olan ***-***-**-** mobil nömrəsinin balansında 01 (bir) manatlıq konturu olan, tünd boz rəngli, 64 (altmış dörd) giqabayt yaddaşa malik 1 (bir) ədəd 450 (dörd yüz əlli) manat dəyərində “Xiaomi” markalı “Redmi Note 10” markalı mobil telefonu qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 455 (dörd yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 07 fevral 2023-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış, həmin vaxt taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C220” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq sərnişin qismində avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra ətrafda şəxslərin olmamasından istifadə edərək avtomobilin sükanının yanında tutacağa qoyulmuş, Zərərçəkmiş şəxs2 məxsus üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** mobil nömrəsi olan, üzərində olan mobil nömrənin balansında 6 (altı) manatlıq konturu olan, açıq göy rəngli, 64 (altmış dörd) giqabayt yaddaşa malik 1 (bir) ədəd 600 (altı yüz) manat dəyərində “Samsung” markalı “A50” modelli mobil telefonu qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 610 (altı yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin dekabr ayının əvvəllərinə kimi Bakı və Sumqayıt şəhəri ərazilərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2022-ci ilin dekabr ayının əvvəllərindən isə işsizdir. Həmin vaxtlar tanışlarından bir neçə nəfərin internet vasitəsilə kazino oyunu oynadıqlarını və pul qazandıqlarını eşitmişdir. Belə ki, kazino oyununu oynamaq üçün internet vasitəsilə verilən hesaba pul yükləyirlər və yüklədikləri puldan daha çox pul qazanmaq imkanı yaranır. Lakin həmin pulu itirə də bilərlər. O da işsiz olduğu üçün həmin kazino oyununa girmək və bəxti gətirərsə, pul qazanmaq fikrinə düşmüşdür. Lakin üzərindəki pulu oyuna yüklədikdən sonra pulu qalmamışdır. Bu səbəblə o oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxtdan öncə oğurluq etməmişdir. Özü taksi fəaliyyəti ilə məşğul olduğu üçün taksi sürücülərinin mobil telefonları avtomobil salonuna qoyub sərnişin axtarmaq üçün avtomobildən uzaqlaşdıqlarını bilirmiş və taksi kimi istifadə olunan avtomobilərə yaxınlaşıb sürücülərin avtomobildə olmadıqları vaxt mobil telefonlarını götürmək qərarına gəlmişdir. Həmçinin, Koroğlu metrostansiyasının yaxınlığında taksi sürücülərinin çox olduğunu nəzərə alaraq orada olan taksilərdən oğurluq etməyi qərara almışdır. Bunun üçün, 06 dekabr 2022-ci il tarixdə təxminən saat 06 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə getmişdir. Orada bir nəfər sürücünün Xəzər rayonu, Binə qəsəbəsi istiqamətində müştəri axtardığını görüb ona yaxınlaşmış və Binə qəsəbəsinə getdiyini demişdir. Sürücü ona idarə etdiyi “Mercedes Benz” markalı, **-NT-*** dövlət qeydiyyatlı avtomobilində əyləşməyi bildirmiş və o da həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Avtomobilinin salonunda, ön sürücü və sərnişin oturacağının arasında qoltuqaltı adlanan yerdə bir ədəd “Xiaomi” markalı, “Redmi 11 pro” modelli mobil telefonu görmüşdür. Lakin arxa oturacaqda bir nəfər qadının olduğunu görüb həmin mobil telefonu götürməmişdir. Arxaya baxaraq qadına nəzər yetirdikdə qadının yatmış olduğunu görmüş və mobil telefonu götürüb avtomobildən enərək oradan uzaqlaşmışdır. Növbəti gün həmin mobil telefonu Nizami rayonu, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən telefon dükanlarının yanında tanımadığı bir nəfərə satmışdır. Belə ki, telefon dükanına daxil olan şəxsləri görüb onların maddi imkanları ilə bağlı mobil telefon ala bilmədiklərini təxmin edərək onlara yaxınlaşmış və üzərində olan mobil telefonu ucuz qiymət satdığını deyib onlara almağı təklif etmişdirdir. Oğurladığı həmin mobil telefonu da tanımadığı bir kişiyə 145 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 19 dekabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə getmişdir. Orada bir nəfər sürücünün Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində müştəri axtardığını görüb ona yaxınlaşmış və Ramana qəsəbəsinə getdiyini demişdir. Sürücü ona idarə etdiyi “Mercedes Benz C180” markalı, **-UH-*** dövlət qeydiyyatlı avtomobilində əyləşməyi bildirmiş və o da həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Avtomobilinin salonunda, ön alın şüşəsinə yapışdırılmış vəziyyətdə olan tutacaqda yerləşdirilmiş “Xiaomi” markalı, “Redmi S2” modelli mobil telefonu görüb götürmüş və şalvarının cibinə qoymuşdur. Həmin vaxt sürücü müştəri tapmaq məqsədilə “Ramana Ramana” deyib səslənmişdir. O bir neçə dəqiqə sonra avtomobildən enib oradan uzaqlaşmışdır. Növbəti gün həmin mobil telefonu Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən telefon dükanlarının yanında tanımadığı bir nəfərə satmışdır. Belə ki, telefon dükanına daxil olan şəxsləri görüb onların maddi imkanları ilə bağlı mobil telefon ala bilmədiklərini təxmin edərək onlara yaxınlaşmış və üzərində olan mobil telefonu ucuz qiymət satdığını deyib onlara almağı təklif etmişdir. Oğurladığı həmin mobil telefonu da tanımadığı bir kişiyə 90 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 03 yanvar 2023-cü il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə getmişdir. Orada bir nəfər sürücünün Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətində müştəri axtardığını görüb ona yaxınlaşmış və Buzovna qəsəbəsinə getdiyini demişdir. Sürücü ona idarə etdiyi “Opel Astra” markalı, **-HT-*** dövlət qeydiyyatlı avtomobilində əyləşməyi bildirmiş və o da həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Avtomobilinin salonunda, ön alın şüşəsinə yapışdırılmış vəziyyətdə olan tutacaqda yerləşdirilmiş “Xiaomi” markalı, “Redmi Note 7” modelli mobil telefonu görüb götürmüş və gödəkçəsinin cibinə qoymuşdur. Həmin vaxt sürücü müştəri tapmaq məqsədilə “Buzovnaya gedən” deyib səslənmişdir. O bir neçə dəqiqə sonra avtomobildən enib oradan uzaqlaşmışdır. Növbəti gün həmin mobil telefonu Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən telefon dükanlarının yanında tanımadığı bir nəfərə satmışdır Belə ki, telefon dükanına daxil olan şəxsləri görüb onların maddi imkanları ilə bağlı mobil telefon ala bilmədiklərini təxmin edərək onlara yaxınlaşmış və üzərində olan mobil telefonu ucuz qiymət satdığını deyib onlara almağı təklif etmişdir. Oğurladığı həmin mobil telefonu da tanımadığı bir kişiyə 130 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 17 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə getmişdir. Orada bir nəfər sürücünün Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində müştəri axtardığını görüb ona yaxınlaşmış və Ramana qəsəbəsinə getdiyini demişdir. Sürücü ona idarə etdiyi “Mercedes Benz E220” markalı, **-OT-*** dövlət qeydiyyatlı avtomobilində əyləşməyi bildirmiş və o da həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Avtomobilinin salonunda, yəni sürətlər qutusunun yanından “Samsung” markalı, “Galaxy A13” modelli mobil telefonu görüb götürmüş və şalvarının cibinə qoymuşdur. Həmin vaxt sürücü müştəri tapmaq məqsədilə “Ramana Ramana” deyib səslənmişdir. Mən bir neçə dəqiqə sonra avtomobildən enib oradan uzaqlaşmışdır. Növbəti gün həmin mobil telefonu Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən telefon dükanlarının yanında tanımadığı bir nəfərə satmışdır. Belə ki, telefon dükanına daxil olan şəxsləri görüb onların maddi imkanları ilə bağlı mobil telefon ala bilmədiklərini təxmin edərək onlara yaxınlaşmış və üzərində olan mobil telefonu ucuz qiymət satdığını deyib onlara almağı təklif etmişdir. Oğurladığı həmin mobil telefonu da tanımadığı bir kişiyə 120 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarıma xərcləmişdir. Bundan başqa, 28 yanvar 2023-cü il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə getmişdir. Orada bir nəfər sürücünün Xəzər rayonu, Yeni Qala qəsəbəsi istiqamətində müştəri axtardığını görüb ona yaxınlaşmış və həmin istiqamətdə getmək istədiyini demişdir. Sürücü ona idarə etdiyi “Fiat Doblo” markalı, **-CB-*** dövlət qeydiyyatlı avtomobilində əyləşməyi bildirmiş və o da həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Avtomobilinin salonunda, yəni ön alın şüşəsində olan tutacaqda yerləşdirdiyi “Xiaomi” markalı, “Redmi Note 8” modelli mobil telefonu görüb götürmüş və şalvarının cibinə qoymuşdur. Həmin vaxt sürücü müştəri tapmaq məqsədilə avtomobildən kənarda imiş. O bir neçə dəqiqə sonra avtomobildən enib oradan uzaqlaşmışdır. Növbəti gün həmin mobil telefonu Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən telefon dükanlarının yanında tanımadığı bir nəfərə satmışdır. Belə ki, telefon dükanına daxil olan şəxsləri görüb onların maddi imkanları ilə bağlı mobil telefon ala bilmədiklərini təxmin edərək onlara yaxınlaşmış və üzərində olan mobil telefonu ucuz qiymət satdığını deyib onlara almağı təklif etmişdir. Oğurladığı həmin mobil telefonu da tanımadığı bir kişiyə 100 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 30 yanvar 2023-cü il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə getmişdir. Orada bir nəfər sürücünün Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində müştəri axtardığını görüb ona yaxınlaşmış və Ramana qəsəbəsinə getdiyini demişdir. Sürücü ona idarə etdiyi “Toyota Prius” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilində əyləşməyi bildirmiş və o da həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Avtomobilinin salonunda, yəni sürətlər qutusunun yanından “Xiaomi” markalı, “Redmi Note 6” modelli mobil telefonu görüb götürmüş və gödəkçəsinin cibinə qoymuşdur. Həmin vaxt sürücü müştəri tapmaq məqsədilə “Ramana Ramana” deyib səslənmişdir. O bir neçə dəqiqə sonra avtomobildən enib Binə qəsəbəsi istiqamətində gedən taksiyə əyləşərək oradan Binə qəsəbəsində yaşayan xalasıgilə getmişdir. xx.xx.2023-cü il tarixdə tanışı Kamran ilə Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə görüşmüşlər. Kamranla söhbət edərkən sonuncuya istifadəsində olan mobil telefonu satmaq istədiyini demişdir. Kamran mobil telefona baxmaq istədikdə o, Kamrana oğurladığı mobil telefonu göstərmişdir. O, mobil telefona baxdıqda hansı qiymətə satmaq istədiyini soruşmuşdur. O, Kamrana 70-80 manata həmin mobil telefonu satmaq istədiyini demişdir. Kamranla qiymət barədə söhbət etdikdə 70 manata həmin mobil telefonu satmağı barədə razılaşmışdır. Kamran ona 70 manat pul vermiş, o da Kamrana Xiaomi” markalı, “Redmi Note 6” modelli mobil telefonu vermişdir. Həmin pulu internetdə kazino oyununa yükləmiş və uduzduğu üçün yenidən oynamaq qərarına gəlmişdir. Lakin pulu olmadığı üçün təkrar oğurluq etməyi qərara almışdır. Bundan başqa, 03 fevral 2023-cü il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə getmişdir. Orada olan “Renault Dacia markalı”, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olduğunu görmüşdür. Həmin avtomobilin salonunda, yəni sürətlər qutusunun yanından arasında “Xiaomi” markalı, “Redmi Note 11 S” modelli mobil telefonu görüb onu götürmüşdür və gödəkçəsinin cibinə qoyub oradan uzaqlaşmışdır. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında olan lombarda yaxınlaşmışdır. Lombarda işləyən Elvin adlı şəxsə oğurladığı “Xiaomi” markalı, “Redmi Note 11 S” modelli mobil telefonu təqdim edib həmin mobil telefonun özümə məxsus olduğunu və mobil telefonu girov qoyub 200 manat pul götürmək istədiyini demişdir. Elvin ondan şəxsiyyət vəsiqəsini istəmiş və o da Elvinə şəxsiyyət vəsiqəsini təqdim edib şəxsiyyət vəsiqəsinin surətinin üzərində qeyd aparmış və imza etmişdir. Bundan sonra o Elvinə həmin mobil telefonu təqdim etmiş və Elvin də ona 200 manat pul vermişdir. Həmin pulu internetdə kazino oyununa yükləmiş və uduzduğu üçün yenidən oynamaq qərarına gəlmişdir. Lakin pulu olmadığı üçün təkrar oğurluq etməyə qərar vermişdir. Bundan sonra, 05 fevral 2023-cü il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə getmişdir. Orada olan “Opel Vectra” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobildən sürücünün endiyini və müştəri axtardığını, həmçinin avtomobilin qapılarının açıq olduğunu görmüşdür. Həmin avtomobilə yaxınlaşıb salonda, yəni ön alın şüşəsinə yapışdırılmış halda tutacağa qoyulmuş “Xiaomi” markalı, “Redmi Note 10” modelli mobil telefonu görüb onu götürmüş və gödəkçəsinin cibinə qoyub oradan uzaqlaşmışdır. Oradan Binə qəsəbəsində yaşayan xalasıgilə getmişdir. Növbəti gün, yəni xx.xx.2023-ci tarixdə tanışı Kamran ilə Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə görüşmüşlər. Kamranla söhbət edərkən sonuncuya istifadəsində olan mobil telefonu satmaq istədiyini demişdir. Kamran mobil telefona baxmaq istədikdə o Kamrana oğurladığı mobil telefonu göstərmişdir. Kamran mobil telefona baxdıqda hansı qiymətə satmaq istədiyini soruşmuşdur. O Kamrana 100 manata həmin mobil telefonu satmaq istədiyini demişdir. Kamranla qiymət barədə söhbət etdikdə 80 manata həmin mobil telefonu satmağı barədə razılaşmşdır. Kamran ona 80 manat pul vermiş, o da Kamrana “Xiaomi” markalı, “Redmi Note 10” modelli mobil telefonu vermişdir. Həmin pulu internetdə kazino oyununa yükləmiş və uduzduğu üçün yenidən oynamaq qərarına gəlmişdir. Lakin pulu olmadığı üçün təkrar oğurluq etməyi qərara almışdır. Bunun üçün, 07 fevral 2023-cü il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə getmişdir. Orada bir nəfər sürücünün Xəzər rayonu, Yeni Qala qəsəbəsi istiqamətində müştəri axtardığını görüb ona Yeni Qala qəsəbəsinə getdiyini demişdir. Sürücü ona idarə etdiyi “Mercedes Benz” markalı, 44-CE- 285 dövlət qeydiyyat nişanlı avtomobilində əyləşməyi bildirmiş və o da həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Sürücü daha bir neçə müştəri tapmaq üçün avtomobildən uzaqlaşmış və həmin vaxt sürücü mobil telefonunu avtomobilimin salonunda, sükanın yanında yerləşən telefon tutacağına qoymuşdur. Sürücü oradan uzaqlaşan kimi o “Samsung” markalı, “A50” modelli mobil telefonu görüb onu götürmüş və gödəkçəsinin cibinə qoymuşdur. Həmin vaxt sürücü müştəri tapmaq məqsədilə səslənmişdir. O 1-2 dəqiqə sonra avtomobildən enib Buzovna qəsəbəsi istiqamətində gedən taksiyə əyləşərək orada yaşayan bacısıgilə getmişdir. Həmin mobil telefonu üzərində saxlamış və növbəti gün polis əməkdaşları onu saxlayan zaman həmin mobil telefon üzərində olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ilə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və şahid Zərərçəkmiş şəxs10 məhkəmə iclasının yeri və vaxtı barəsində müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının ortalarında “Kontakt Home” mağazasından “Xiaomi Redmi 11 pro” markalı mobil telefon almışdır. 06 dekabr 2023-cü il tarixdə saat təxminən 06 radələrində Koroğlu metrostansiyasının Piramida çıxışı tərəfə gedib Binə qəsəbəsi istiqamətində gedən taksi axtarmış və həmin vaxt Maarif adlı şəxsin idarə etdiyi “Mercedes” markalı, **- NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına əyləşmişdir. Həmin vaxt “Xiaomi Redmi 11 pro” markalı mobil telefonunu ön sərnişin oturacaqları arasında olan yerə qoymuşdur. Yuxulu olduğu üçün avtomobilə əyləşən kimi yatmış və biraz sonra oyanmışdır. Avtomobilin qapısının işığının yandığını gördüyü üçün avtomobilin qapısını bağlamışdır. Həmin vaxt mobil telefonumu götürmək istədikdə mobil telefonun orada olmadığını görmüşdür. O mobil telefonunu 1085 manata almışdır. Bundan sonra o Maarifə mobil telefonunu onun götürüb-götürmədiyini soruşduqda Maarif ona biraz əvvəl bir nəfər kişinin avtomobilə əyləşdiyini, daha sonra həmin şəxsin avtomobildən endiyini demişdir. O və Maarif təxmin etmişlər ki, onun mobil telefonunu həmin şəxs oğurlamışdır. Mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmuşdur. Bununla bağlı olaraq o DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurlanmış “Xiaomi Redmi 11 pro” markalı mobil telefonun ön hissəsində olan qoruyucu şüşənin qiyməti 5 manat, mobil telefonun arxa hissəsində olan qoruyucunun qiyməti 10, mobil telefonun üzərində olan 055- ***-**-** mobil nömrənin qiyməti 10 manat, ***-***-**-** mobil nömrənin qiyməti 10 manat, ***-***-**-** mobil nömrəsinin balansında 3 manat, ***- ***-**-** mobil nömrənin balansında isə 2 manat olmuş və nəticədə ona ümumilikdə 1125 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 Rahim oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayında “Maxi.az”-ın Bakıxanov qəsəbəsində yerləşən filialından “Samsung Galaxy A13” markalı mobil telefon almışdır. Təxminən 5-6 ildir ki, Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 17 yanvar 2023-cü il tarixdə saat təxminən 11 radələrində mülkiyyətində olan “Mercedes Benz E220” markalı, 90-OT- 824 dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospketi ilə Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində hərəkət etmişdir. Avtomobilini Koroğlu metrostansiyasının Piramida çıxışının yanında saxlayıb Ramana qəsəbəsinə müştəri axtarmağa başlamışdır. Avtomobilinin qapıları açıq vəziyyətdə olmuş və o, istifadəsində olan “Samsung Galaxy A13” markalı mobil telefonu surətlər qutusunun yanına yerləşdirmişdir. Təxminən bir neçə dəqiqə sonra geri qayıtdıqda avtomobilinə əyləşmiş və 389 manat dəyərində mobil telefonunun orada olmadığını görmüşdür. Mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi olmuşdur. Bununla bağlı olaraq o, Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Həmçinin o bildirmişdir ki, oğurlanmış “Samsung Galaxy A13” markalı mobil telefonun üzərində qoruyucu olmamış, mobil telefonun üzərində olan mobil nömrənin qiyməti 10 manat olmuş, həmin mobil nömrənin balansında isə 5 manat olmuş və nəticədə ona 404 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 Rahim oğlu 05 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdıqlarını, ona dəymiş ziyanın tam ödənildiyini, sonuncudan heç bir tələbi və şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə “Samsung” mağazasının Mərdəkan filialından “X4 7” markalı mobil telefon almışdır. 03 yanvar 2023-cü il tarixdə saat təxminən 11 radələrində mülkiyyətində olan “Opel Astra” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətində hərəkət etmişdir. Avtomobilini Koroğlu metrostansiyasının Piramida çıxışının yanında saxlayıb Buzovna qəsəbəsinə müştəri axtarmağa başlamışdır. Avtomobilimin qapıları açıq vəziyyətdə olmuş və o istifadəsində olan “X4 7” markalı mobil telefonu avtomobilin ön alın şüşəsində olan tutacağa yerləşdirmişdir. Sonradan adının Məmməd olduğunu öyrəndiyi şəxs, Buzovna qəsəbəsi istiqamətində gedəcəyini bildirib avtomobilinə əyləşmişdir. O həmin vaxt avtomobildən kənarda müştəri axtarmışdır. Bir neçə dəqiqə sonra geri qayıtdıqda avtomobilinə əyləşmiş və 500 manat dəyərində mobil telefonunun orada olmadığını görmüşdür. Mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmuşdur. Bununla bağlı olaraq arvadının mobil telefonu vasitəsilə DİN- nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə o Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurlanmış “X4 7” markalı mobil telefonun üzərində qoruyucu olmamış, mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrənin qiyməti 5 manat və ***-***-**-** mobil nömrənin qiyməti 7 manat, ***-***-**-** mobil nömrəsinin balansında 5 manat, ***-***- **-** mobil nömrənin balansında isə 8 manat olmuş və nəticədə ona ümumilikdə 525 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin may ayında “Kontakt Home” mağazasından “X4 8” markalı mobil telefon almışdır. 28 yanvar 2023-cü il tarixdə saat təxminən 19 radələrində idarə etdiyi “Fiat Doblo” markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə Xəzər rayonu, Yeni Qala qəsəbəsi istiqamətində hərəkət etmişdir. Avtomobilini Koroğlu metrostansiyasının Piramida çıxışının yanında saxlayıb Buzovna qəsəbəsinə müştəri axtarmağa başlamışdır. Avtomobilinin qapıları açıq vəziyyətdə olmuş və o istifadəsində olan “X4 8” markalı mobil telefonu avtomobilin ön alın şüşəsində olan tutacağa yerləşdirmişdir. Sonradan adının Məmməd olduğunu öyrəndiyi şəxs, Yeni Qala qəsəbəsi istiqamətində gedəcəyini bildirib avtomobilinə əyləşmişdir. O həmin vaxt avtomobildən kənarda müştəri axtarmışdır. Bir neçə dəqiqə sonra geri qayıtdıqda avtomobilinə əyləşmiş və 400 manat dəyərində mobil telefonunun orada olmadığını görmüşdür. Mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi olmuşdur. Bununla bağlı olaraq DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə o Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurlanmış “X4 8” markalı mobil telefonun üzərində qoruyucu olmamış, mobil telefonun üzərində olan olan mobil nömrənin qiyməti 5 manat olmuş, həmin mobil nömrəsinin balansında 4 manat olmuş və nəticədə ümumilikdə ona 409 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Neftçilər metrosu yaxınlığında yerləşən dükanların birindən “Xiaomi Redmi S2” markalı mobil telefon almışdır. 19 dekabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində mülkiyyətində olan “Mercedes Benz C180” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində hərəkət etmişdir. Avtomobilini Koroğlu metrostansiyasının Piramida çıxışının yanında saxlayıb Ramana qəsəbəsinə müştəri axtarmağa başlamışdır. Avtomobilinin qapıları açıq vəziyyətdə olmuş və o istifadəsində olan “Xiaomi Redmi S2” markalı mobil telefonu avtomobilin ön alın şüşəsində olan tutacağa yerləşdirmişdir. Sonradan adının Məmməd olduğunu öyrəndiyi şəxs, Ramana qəsəbəsi istiqamətində gedəcəyini bildirib avtomobilinə əyləşmişdir. O həmin vaxt avtomobildən kənarda müştəri axtarmışdır. Bir neçə dəqiqə sonra geri qayıtdıqda avtomobilinə əyləşmiş və 400 manat dəyərində mobil telefonumun orada olmadığını görmüşdür. Mobil telefonun üzərində 051- ***-**-** mobil nömrəsi olmuşdur. Bununla bağlı olaraq arvadının mobil telefonu vasitəsilə DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə o Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurlanmış “Xiaomi Redmi S2” markalı mobil telefonun üzərində qoruyucu olmamış, mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrənin qiyməti 15 manat olmuş, həmin mobil nömrənin balansında 1 manat olmuş və nəticədə ona ümumilikdə 423 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs8 14 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 4 il bundan əvvəl “X4 6” markalı mobil telefon almışdır. 30 yanvar 2023-cü il tarixdə saat təxminən 21 radələrində etibarnamə əsasında olan Toyota Prius markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində hərəkət etmişdir. Avtomobilini Koroğlu metrostansiyasının Piramida çıxışının yanında saxlayıb Ramana qəsəbəsinə müştəri axtarmağa başlamışdır. Avtomobilinin qapıları açıq vəziyyətdə olmuş və o istifadəsində olan “X4 6” markalı mobil telefonu surətlər qutusunun yanında qoymuşdur. Sonradan adının Məmməd olduğunu öyrəndiyi şəxs, Ramana qəsəbəsi istiqamətində gedəcəyini bildirib avtomobilinin ön sərnişin oturacağına əyləşmişdir. O həmin vaxt avtomobildən kənarda müştəri axtarmışdır. Bir neçə dəqiqə sonra Məmmədin avtomobilindən endiyini görmüş, düşünmüşdür ki, o başqa bir avtomobilə əyləşəcəkdir. Təxminən 4-5 dəqiqə sonra geri qayıtdıqda avtomobilinə əyləşmiş və 400 manat dəyərində mobil telefonunun orada olmadığını görmüşdür. Mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi olmuşdur. Bununla bağlı olaraq baş vermiş hadisə barədə məlumat vermək üçün o Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurlanmış “X4 6” markalı mobil telefonun üzərində qoruyucu olmamış, mobil telefonun üzərində olan mobil nömrənin qiyməti 4 manat olmuş, həmin mobil nömrənin balansında isə 1 manat olmuş və nəticədə ona ümumilikdə 405 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 2021-ci ilin aprel ayında “İrşad Telecom”-dan “X4 10” markalı mobil telefon almışdır. 07 fevral 2022-ci il tarixdə saat təxminən 20 radələrində etibarnamə əsasında olan Mercedes Benz C220 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə Xəzər rayonu, Yeni Qala qəsəbəsi istiqamətində hərəkət etmişdir. Avtomobilini Koroğlu metrostansiyasının Piramida çıxışının yanında saxlayıb Yeni Qala qəsəbəsinə müştəri axtarmağa başlamışdır. Avtomobilinin qapıları açıq vəziyyətdə olmuş və o istifadəsində olan “Samsung A 50” markalı mobil telefonu sükanın yanında olan telefon tutacağına yerləşdirmişdir. Sonradan adının Məmməd olduğunu öyrəndiyi şəxs, Yeni Qala qəsəbəsi istiqamətində gedəcəyini bildirib avtomobilinə əyləşmişdir. O həmin vaxt avtomobildən kənarda müştəri axtarmışdır. Bir neçə dəqiqə sonra geri qayıtdıqda avtomobilinə əyləşmiş və 600 manat dəyərində mobil telefonunun orada olmadığını görmüşdür. Mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi olmuşdur. Bununla bağlı olaraq onun oğlu Zaur Məmmədzadə DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə o Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurlanmış ““Samsung A 50” markalı mobil telefonun üzərində qoruyucu olmamış, mobil telefonun üzərində olan mobil nömrənin qiyməti 4 manat olmuş, həmin mobil nömrənin balansında isə 6 manat olmuşdur və nəticədə ona ümumilikdə 610 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 01 noyabr 2022-ci il tarixli ərizəsində göstərmişdir ki, ona dəymiş ziyanın tam ödənilmişdir. Heç bir tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 2021-ci ilin aprel ayında “İrşad Telecom”-dan “X4 10” markalı mobil telefon almışdır. 05 fevral 2022-ci il tarixdə saat təxminən 19 radələrində mülkiyyətində olan Opel Vectra markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospketi ilə Xəzər rayonu, Binə qəsəbəsi istiqamətində hərəkət etmişdir. Avtomobilini Koroğlu metrostansiyasının Piramida çıxışının yanında saxlayıb Binə qəsəbəsinə müştəri axtarmağa başlamışdır. Avtomobilimin qapıları açıq vəziyyətdə olmuş və o istifadəsində olan “X4 10” markalı mobil telefonu ön alın şüşəsində olan telefon tutacağına yerləşdirmişdir. Təxminən 3 dəqiqə sonra geri qayıtdıqda avtomobilinə əyləşmiş və 450 manat dəyərində mobil telefonunun orada olmadığını görmüşdür. Mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi olmuşdur. Bununla bağlı olaraq DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurlanmış “X4 10” markalı mobil telefonun üzərində qoruyucu olmamış, mobil telefonun üzərində olan mobil nömrənin qiyməti 4 manat olmuş, həmin mobil nömrənin balansında isə 1 manat olmuş və nəticədə ona ümumilikdə ona 455 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o 2022-ci ilin iyun ayında “İrşad Telecom”-dan “X4 11 S” markalı mobil telefon almışdır. 03 fevral 2022-ci il tarixdə saat təxminən 19 radələrində mülkiyyətində olan Dacia Logan markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospketi ilə Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində hərəkət etmiş. Avtomobilini Koroğlu metrostansiyasının Piramida çıxışının yanında saxlayıb Ramana qəsəbəsinə müştəri axtarmağa başlamışdır. Avtomobilinin qapıları açıq vəziyyətdə olmuş və o istifadəsində olan “X4 11 S” markalı mobil telefonu surətlər qutusunun yanında qoymuşdur. Bir neçə dəqiqə sonra geri qayıtdıqda avtomobilinə əyləşmiş və 750 manat dəyərində mobil telefonunun orada olmadığını görmüşdür. Mobil telefonun üzərində ***- ***-**-** və ***-***-**-** mobil nömrələri olmuşdur. Bununla bağlı olaraq DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurlanmış “X4 11 S” markalı mobil telefonun üzərində qoruyucu olmamış, mobil telefonun üzərində olan mobil nömrələrin hər birinin qiyməti 5 manat olmuş, ***-***-**-** mobil nömrəsinin balansında 15 manat olmuş, digər ***-***-**-** mobil nömrəsinin balansında isə 1 manat olmuş və nəticədə ona ümumilikdə 726 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 15 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti olmadığını bildirmişdir. Şahid Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 6-7 aydır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 74 ünvanında, yəni “Neftçilər” metrosu yaxınlığında yerləşən obyekti icarəyə götürərək orada lombard fəaliyyəti ilə məşğul olur. 04 fevral 2023-cü il tarixdə günorta saatlarında sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs obyektə gələrək mobil telefonu lombarda qoyub pul götürmək istədiyini ona demişdir. O mobil telefonun kimə məxsus olduğunu soruşduqda Məmməd mobil telefonun özünə məxsus olduğunu ona demişdir. Həmçinin, Məmməd maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra o mobil telefonu götürüb baxmışdır. Mobil telefona baxdıqda işlək olduğunu və görünüşün də yaxşı olduğunu görmüşdür. Məmməd ondan 250 manat pul qarşılığında mobil telefonu lombarda qoya biləcəyini demiş, o isə Məmmədə 180 manat verə biləcəyini demişdir. Biraz söhbət etdikdən sonra o Məmmədə 200 manat verməyə razılıq vermiş və “X4 11 S” markalı mobil telefonu götürmüşdür. Sənədləşmə işləri Məmmədin adına həyata keçirilmiş və pulu Məmməd götürmüşdür. Bundan sonra Məmməd oradan uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs ona verdiyi mobil telefonun oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş X1 münasibətdə baş vermiş hadisə metronun Koroğlu stansiyasının Piramida adlanan çıxışında baş vermişdir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri “Koroğlu” metrostansiyasının yanı, Piramidanın arxasında dayanmış Zərərçəkmiş şəxs8 məxsus avtomobilin yanı olmuşdur. İş materiallarında olan 03 yanvar 2023-cü il tarixli baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyası yerləşən ərazidir. İş materiallarında olan 29 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, M.Əliyev prospekti, Koroğlu metrostansiyasının Piramida adlanan çıxışının qarşısıdır. İş materiallarında olan 02 fevral 2023-cü il, 03 fevral 2023-cü il və 05 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus “Xiaomi” markalı “Redmi Note 10” modelli mobil telefonun, Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi” markalı “Redmi Note 6” modelli mobil telefonun, Zərərçəkmiş şəxs4 məxsus “Xiaomi” markalı “Redmi Note 11S” modelli mobil telefonun, Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı “A50” modelli mobil telefonun, Zərərçəkmiş şəxs8 məxsus “Xiaomi” markalı “Redmi S2” modelli mobil telefonun, Zərərçəkmiş şəxs7 məxsus “Xiaomi” markalı “Redmi Note 8” modelli mobil telefonun, Zərərçəkmiş şəxs6 məxsus “Xiaomi” markalı “Redmi Note 7” modelli mobil telefonun, Zərərçəkmiş şəxs5 məxsus “Samsung” markalı “Galaxy A13” modelli mobil telefonun və Zərərçəkmiş şəxs9 məxsus “Xiaomi” markalı “Redmi İİ pro” modelli mobil telefonun oğurlandığı yer ünvan 2 ünvanın, yəni Koroğlu metrostansiyasının “Piramida” çıxışının qarşısıdır. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli təqdimetmə, baxış və götürmə barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 02 ədəd mobil telefonları təqdim edərək həmin mobil telefonların birini 05 fevral 2023-cü il tarixdə “Opel Vectra” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobildən, digərini isə 07 fevral 2023-cü il tarixdə “Mersedes Benz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığını bildirmiş, buna görə Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd mobil telefonlar götürülmüş, təqdim olunan mobil telefonlara baxış zamanı, mobil telefonların birinin “Xiaomi” markalı “Redmi Note 10” modeli, digərinin isə “Samsung” markalı, “A50” modeli olması müəyyən edilmişdir. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerlərində yoxlanılarkən o, ifadəsində göstərilənləri hadisə yerlərində göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən mobil telefonları diqqətlə nəzərdən keçirib, ona məxsus oğurlanmış mobil telefonun “Samsung A50” markalı, arxa hissəsinin mavi rəngli olduğunu bildirərək tanımış və həmin mobil telefonu göstərmişdir. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilən mobil telefonları diqqətlə nəzərdən keçirib, ona məxsus oğurlanmış mobil telefonun “X4 10” markalı, arxa hissəsinin kamerasında zədə olduğunu bildirərək tanımış və həmin mobil telefonu göstərmişdir. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilən mobil telefonları diqqətlə nəzərdən keçirib, ona məxsus oğurlanmış mobil telefonun “X4 11S” markalı olduğunu bildirərək tanımış və həmin mobil telefonu göstərmişdir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli təqdimetmə, baxış və götürmə barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs10 “Xiaomi” markalı, “Redmi Note 11 S” modelli mobil telefonu təqdim edərək həmin mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən işlədiyi lombarda girov qoyulduğunu bildirmişdir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilən mobil telefonları diqqətlə nəzərdən keçirib, ona məxsus oğurlanmış mobil telefonun “X4 11S” markalı olduğunu bildirərək tanımış və həmin mobil telefonu göstərmişdir. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, Koroğlu metrostansiyasının yanıdır. İş materiallarında olan 03 mart 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs, hadisə yerini göstərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, ünvanın Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 117, Koroğlu metrostansiyasının Piramida çıxışı olduğunu bildirmişdir. İş materiallarında olan materialların məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 mart 2023-cü il tarixli, 9/1574 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcələri nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiymətləri təxminən “01 ədəd “Samsung” markalı “SM-A505F/DS(A50) modelli mobil telefon 180 manat, “Redmi” markalı “2201117SG (Note 11S)” modelli mobil telefon 350 manat, 01 ədəd “Redmi” markalı “M2101KAG (Note 10)” modelli mobil telefon 200 manat” kimi müəyyən olunmuşdur. İş materiallarında olan 07 mart 2023-cü il tarixli əşyanın təhvil verilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı, “A50” modelli mobil telefon ərizəsi əsasında ona təhvil verilmişdir. İş materiallarında olan 07 mart 2023-cü il tarixli əşyanın təhvil verilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus “Xiaomi” markalı, “Redmi Note 10” modelli mobil telefon ərizəsi əsasında ona təhvil verilmişdir. İş materiallarında olan 07 mart 2023-cü il tarixli əşyanın təhvil verilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 Əflatun oğluna məxsus “Xiaomi” markalı, “Redmi Note 1 İS” modelli mobil telefon ərizəsi əsasında ona təhvil verilmişdir. İş materiallarında olan 06 may 2023-cü il tarixli əşyanın təhvil verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı, “A50” modelli mobil telefon sonuncuya təhvil verilmişdir. İş materiallarında olan 06 may 2023-cü il tarixli əşyanın təhvil verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs3 məxsus “Xiaomi” markalı, “Redmi Note 10” modelli mobil telefon sonuncuya təhvil verilmişdir. İş materiallarında olan 06 may 2023-cü il tarixli əşyanın təhvil verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs4 məxsus “Xiaomi” markalı, “Redmi Note 11S” modelli mobil telefon sonuncuya təhvil verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə dəymiş maddi ziyanın qismən aradan qaldırılmış hesab olunması, zərərçəkmiş şəxslərə dəyən zərərin 06 mart 2023-cü il tarixli, 9/1574 nömrəli rəydə göstərilən kimi deyil, zərərçəkmiş şəxslərin özlərinin göstərdikləri kimi qəbul olunması, Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı, “A50” modelli mobil telefon, Zərərçəkmiş şəxs3 məxsus “Xiaomi” markalı, “Redmi Note 10” modelli mobil telefon və Zərərçəkmiş şəxs4 məxsus “Xiaomi” markalı, “Redmi Note 11S” modelli mobil telefon maddi sübut kimi tanınması qərara alınmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, V.U.Mehdiyevə, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs8 dəymiş ziyanı ödəyərək sonuncularla barışıq əldə etməsini iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(010)-381/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(010)-381/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 23-25 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 04 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2023cü il tarixli, 1(010)-381/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyatdadır, xx.xx.2023-cü il tarixədək cəzasından 01 ay 04 gününü çəkmiş və çəkilməmiş cəzası 10 ay 22 gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı, yəni xx.xx.2023-cü il tarixə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(010)-381/2023 saylı hökmü ilə təyin edilmiş cəzasının çəkilmiş hissəsi 01 ay 26 gün, çəkilməmiş hissəsi isə 10 ay təşkil edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli tutma protokolundan, təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə 10 fevral 2023-cü il tarixli qərardan, 10 fevral 2023-cü vəsatət və eyni tarixli təqdimatdan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarından və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 08 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 10 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş və həmin tarixdə, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qərarından, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 16 sentyabr 2023-cü il tarixli məktubundan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun haqqında seçilmiş polisin nəzarəti altına verilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmiş, 17 oktyabr 2023cü il tarixdə isə məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli, həmin Məcəllənin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs- hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 ay 02 gün və 1(010)-381/2023 saylı hökm üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və həmin hökm üzrə çəkilmiş 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, ümumilikdə 02 ay 04 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan başqa, CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı, “A50” modelli mobil telefon, Zərərçəkmiş şəxs3 məxsus “Xiaomi” markalı, “Redmi Note 10” modelli mobil telefon və Zərərçəkmiş şəxs4 məxsus “Xiaomi” markalı, “Redmi Note 11S” modelli mobil telefonun ibtidai istintaq zamanı həmin zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 90 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 540 manat (90x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(010)- 381/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla və hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxshazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 ay 02 gün və 1(010)-381/2023 saylı hökm üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və həmin hökm üzrə çəkilmiş 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, ümumilikdə 02 ay 04 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı, “A50” modelli mobil telefonun, Zərərçəkmiş şəxs3 məxsus “Xiaomi” markalı, “Redmi Note 10” modelli mobil telefonun və Zərərçəkmiş şəxs4 məxsus “Xiaomi” markalı, “Redmi Note 11S” modelli mobil telefonun ibtidai istintaq zamanı həmin zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 90 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 540 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-391/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-391/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver