Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-392/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 2005-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 127.2.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ictimai borcunu yetirməsi ilə əlaqədar xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 65 saylı binanın girişinin ikinci mərtəbəsində qonşusu Şahid ilə sonuncunun ona binanın girişində pişiklərə yemək verməsinə irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Şahid üzərinə hücum etmək istəyən zaman bunu görən Şahid anası Zərərçəkmiş şəxs onu tutub qanunsuz hərəkətlərinin qarşısını alaraq ictimai borcunu yerinə yetirmək istəyərkən Zərərçəkmiş şəxs ictimai borcunu yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fovqündə qoyub, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib ayaq və əli ilə Zərərçəkmiş şəxs hər iki ayaq nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol ayağın bayır topuğunun natamam sınığı, sağ bazunun aşağı 1/3-nin ön səthinin və sağ budun orta 1/3-nin ön-bayır səthinin qançırları, sol ayağın bayır topuq nahiyəsinin şişkinlik halında əzilməsindən ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 2022-ci ilin sentyabr ayından ünvan 3 ünvanında anası Qanuni nümayəndə və qardaşı Taleh Atakişiyev ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs və sonuncunun ailəsini, həmçinin qızı Şahid qonşu kimi tanıyır, lakin həmin şəxslərlə nə onun, nə dəki, anasının münasibəti yoxdur. O və anası Elzadə baş vermiş hadisədən sonra Arzu və sonuncunun qızı Aydanı tanımışlar. 13 yanvar 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı mənzildə olarkən küçədən qışqırıq səsi eşitmiş və mənzilin qapısını açaraq çölə çıxmışdır. Həmin vaxt Arzu və qızı Aydan birinci mərtəbədən ikinci mərtəbəyə doğru istiqamətlənən pilləkənin üzərində dayanmışlar. O, Aydanın qışqırdığını görüb ondan nə baş verdiyini soruşmuşdur. Aydan ona pişiklərdən qorxduğunu demiş və buna görə o pişiyi “piş piş” səs çıxardaraq özünə tərəf çağırmışdır. Onun pişiklərdən xoşu gəlir və həmin pişiyi də görəndə yemek verir. O pişiyi çağırarkən pişik ona tərəf deyil pilləkən ilə Aydangilin yanından keçərək yuxarıya doğru getmişdir. Pişik yanından keçdiyi üçün Aydan təkrar uca səslə qışqırmışdır. O pişiyin arxasınca gedərək pişiyi aşağı düşürtmək istəmişdir. O yuxarı qalxanda pişik aşağı enmiş və o pişiyin arxasıyca aşağı enmişdir. Həmin vaxt Aydan təkrar qışqırmışdır. Bundan sonra Aydan yuxarı doğru qalxarkən onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Qarşılıqlı olaraq o da Aydanın ünvanına nalayiq ifadələr işlətmiş və həmin vaxt Aydana tərəf irəliləmişdir. Aydan qorxaraq yaşadığı mənzilə doğru irəliləmişdir. Aydanın anası Arzu onun qarşını kəsərək onun qızı Aydana tərəf getməyinə imkan verməmişdir. O Arzunun onu tutduğunu görüb onu buraxmağını bildirmiş, lakin Arzu onu buraxmamışdır. Binanın içərisi qaranlıq olduğu üçün o Aydanın hara getdiyini dəqiq görməmişdir. Lakin yuxarı qalxdığını bildiyi üçün Arzunun yanından keçib pilləkən ilə yuxarı doğru irəliləmişdir. Həmin vaxt o Arzunu vurmamış və ya başqa yolla Arzuya xəsarət yetirməmişdir. Arzunu keçdikdən sonra o yuxarı doğru irəliləmiş, lakin yuxarı mərtəbələrdə Aydanın olmadığını görüb təkrar geri dönmüşdür. Aydanın yaşadığı mənzildə olduğunu ehtimal edib mənzilin qapısını əliylə döyərək Aydanı səsləmişdir. Lakin Aydan qapıdan çıxmayaraq qapının arxasında onu söymüşdür. O bir neçə dəqiqə gözləyib Aydanın çölə çıxmadığını görmüş və oradan yaşadığı mənzilə getmişdir. Baş vermiş hadisə zamanı o, Zərərçəkmiş şəxs və Şahid xəsarət yetirməmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 35 ildir ki, ünvan 4 ünvanında, yəni 65 saylı binanın 3-cü mərtəbəsinin 23-cü mənzilində yaşayır. Hal-hazırda həmin ünvanda qızı Şahid ilə birgə yaşayır. Təqsirləndirilən şəxs və onun ailəsini tanımır. Belə ki, onların yaşadıqları, yəni 65 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzildə tez-tez kirayəşinlər dəyişir. Bu səbəblə o həmin mənzildə kimlərin yaşadıqlarını bilmir. Sözügedən hadisədən sonra yəni, ona xəsarət yetirdikdən sonra o Təqsirləndirilən şəxs və sonuncunun anası Qanuni nümayəndə tanımışdır. 13 yanvar 2023-cü il tarixdə saat 21 radələrində qızı Aydan evdə olduğu zaman növbəti gün səhər yemək üçün çörəyin olmadığını görüb çörək almaq üçün mənzildən çıxmışdır. Təxminin 10-15 dəqiqə sonra Aydan onun mobil telefonuna zəng edərək “ana binanın qarşısında pişik var. Qorxuram deyə binaya daxil ola bilmirəm. Düş məni yuxarı qaldır” demişdir. O da buna görə binanın qarşısına enib qızı Aydanı görmüş və orada olan pişiyi kənara getməyə məcbur etmişdir. Bundan sonra qızıyla birlikdə binaya daxil olmuşlar və birinci mərtəbədən yuxarı qalxarkən, pilləkanların üzərində olduqları zaman ortada yerləşən mənzildən bir nəfər qız, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qız çıxmışdır. Həmin vaxt Aysel onların arxasında olan pişiyə “piş piş” səslənərək yanına çağırmışdır. X3 “mən pişiklərdən qorxuram xahiş edirəm çağırma pişikləri” demişdir. Aysel Aydana “yaxşı edirəm” demiş və yuxarı mərtəbəyə doğru qalxmışdır. Qeyd etdiyi pişik də, onunla bərabər onların yanından keçərək yuxarı qalxdıqda Aydan Ayselə “ay xanım neynirsiz” demiş və Aysel Aydana “eşşək kimi anqırma” demişdir. Aydan bir neçə pilləkan yuxarı qalxdıqda Ayselə “bu nə danışıqdı danışırsan? Pişik bəsləmək istəyirsən evində bəslə. Bura binadır səndən başqa adamlar da yaşayır burda” demişdir. Həmin vaxt Aysel Aydana “yaxşı eleyirəm” demiş və onların yanından keçərək aşağı, yaşadıqları mənzilə tərəf enmişdir. İkinci mərtəbədə olarkən Aydan uca səslə ona “bu qıza baxe. Gör necə mədəniyyətsizdi. Pişik bəsləmək istəyir gedib evdə bəsləsin” demişdir. Bu sözləri eşidən Aysel Aydana müraciət edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Aydan Ayselə “nə deyirsənsə öz anana getsin” deyərək cavab vermişdir. Həmin vaxt o arxada, qızı isə öndəymişlər və Aysel sürətli şəkildə aşağıdan yuxarı doğru qalxmışdır. Aysel onun qızına ziyan yetirmək istəmişdir. Belə ki, onu keçib qızına yaxınlaşmaq istədikdə o Ayseli qoymamışdır. Qızı isə mənzilin qapısın açıb artıq mənzilə daxil olmaq istəmişdir. Bu zaman Aysel sağ ayağı ilə onun sol ayaq nahiyəsindən bir dəfə vurmuşdur. X1 tərəf buraxmadığını görüb Aysel sağ ayağından yumruqla bir dəfə vurmuşdur. Bundan sonra Aysel onun sol qolundan tutub dartmış və o, taqətini itirdiyi üçün əlini Ayseldən çəkmişdir. Aysel onu keçib cəld bir şəkildə binanın 5-ci mərtəbəsinə qalxmışdır. Orada tikinti işləri getdiyi üçün o təxmin etmişdir ki, Aysel oradan onlara xəsarət yetirmək üçün hansısa bir tikinti aləti götürür. Həmin vaxt qızı qorxduğu üçün ona tərəf gəlməmiş və mənzildə dayanmışdır. O, Ayselin yuxarı qalxdığını görüb dərhal mənzilə daxil olmuş və mənzilin qapısını bağlamışdır ki, Aysel içəri daxil ola bilməsin. Təxminən 1-2 dəqiqə sonra mənzilin qapısının bərk şəkildə döydüldüyünü eşitmişlər. Həmin vaxt Aysel “qapınızı qıracam, baltalayacam sizi” deyərək onların ünvanlarına nalayiq ifadələr işlətmişdir. Onlar nə edəcəklərini bilməmişlər və həmin vaxt qızı Aydan 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Baş vermiş hadisə zamanı orada Aysel və ondan başqa qızı Aydan olmuşdur. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 4 ünvanında anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və sonuncunun ailəsini tanımır. Belə ki, həmin şəxslərin yaşadıqları, yəni 65 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzildə tez-tez kirayəşinlər dəyişir. Buna görə də, o həmin mənzildə kimlərin yaşadıqlarını bilmir. O və anası Arzu baş vermiş cinayət hadisədən sonra Təqsirləndirilən şəxs və onun anası Qanuni nümayəndə tanımışlar. 13 yanvar 2023-cü il tarixdə saat 21 radələrində o evdə olduğu zaman növbəti gün səhər yemək üçün çörəyin olmadığını görüb çörək almaq üçün mənzildən çıxmışdır. Təxminən 10-15 dəqiqə sonra o yaşadığı binaya yaxınlaşıb içəri daxil olmaq istədikdə binanın qarşısında pişiyin olduğunu görmüşdür. O heyvanlardan qorxan deyil, lakin günün qaranlıq saatı olduğu üçün o pişiyi görüb qorxmuş və anasına zəng edərək “ana binanın qarşısında pişik var. Qorxuram deyə binaya daxil ola bilmirəm. Düş məni yuxarı qaldır” demişdir. Biraz sonra anası Arzu binanın qarşısına enib onu görmüş və orada olan pişiyi kənara getməyə məcbur etmişdir. Daha sonra o anasıyla biryerdə binaya daxil olmuşlar və pilləkanla yuxarı qalxarkən birinci mərtəbənin orta mənzilində sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qız çıxmışdır. Həmin vaxt Aysel onların arxasında olan pişiyə səslənərək yanma çağırmışdır. O bunu gördükdə Ayselə “mən pişiklərdən qorxuram xahiş edirəm çağırma pişikləri” demiş və Aysel ona “yaxşı edirəm” demişdir. Həmin anda Aysel yuxarı mərtəbəyə doğru qalxmışdır. Həmin pişik də, Aysel ilə bərabər onların yanlarından keçərək yuxarı qalxdıqda o Ayselə “ay xanım neynirsiz” demiş və Aysel ona “eşşək kimi anqırma” demişdir. Onlar bir neçə pilləkan yuxarı qalxdıqda o Ayselə “bu nə danışıqdı danışırsan? Pişik bəsləmək istəyirsən evində bəslə. Bura binadır səndən başqa adamlar da yaşayır burda” demişdir. Həmin vaxt Aysel ona “yaxşı eleyirəm” demiş və onların yanlarından keçərək aşağıya doğru, yəni yaşadıqları mənzilə tərəf enmişdir. İkinci mərtəbədə olarkən o uca səslə anası “bu qıza baxe. Gör necə mədəniyyətsizdi. Pişik bəsləmək istəyir gedib evdə bəsləsin” demişdir. Bu sözləri eşidən Aysel ona səslənərək, lakin anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin ifadələri hazırda deyə bilmir. Bundan sonra o Ayselə “nə deyirsənsə öz anana getsin” deyərək cavab vermişdir. Həmin anda Aysel sürətli şəkildə aşağıdan yuxarı doğru qalxmış və ona səslənirmiş. Aysel anasını keçib ona yaxınlaşmaq istədikdə o mənzilə daxil olub qorxduğu üçün çölə çıxmamışdır. Belə ki, Aysel həm çəki, həm də ki, boy cəhətdən böyük olduğu üçün o Ayseldən çəkinirmiş. Lakin görürmüş ki, Aysel anasını keçib ona tərəf gəlmək istəyir, lakin anası da Ayseli ona tərəf gəlməyə qoymurmuş. Həmin vaxt Aysel anasını vururmuş və anası da qışqırırmış. Biraz sonra Aysel anasını keçib cəld bir şəkildə binanın 5-ci mərtəbəsinə qalxmışdır. Orada tikinti işləri getdiyi üçün o təxmin etmişdir ki, Aysel oradan onlara xəsarət yetirmək üçün hansısa bir tikinti aləti götürür. Anası Ayselin yuxarı qalxdığını görüb dərhal mənzilə daxil olmuş və mənzilin qapısını bağlamışdır ki, Aysel içəri daxil ola bilməsin. Təxminən 1-2 dəqiqə sonra mənzilin qapısının bərk şəkildə döydüldüyünü eşitmişlər. Həmin vaxt Aysel “qapınızı qıracam, baltalayacam sizi” deyərək ünvanlarına nalayiq ifadələr işlədirmiş. Onlar nə edəcəklərini bilməmişlər və həmin vaxt o 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızma xəsarət yetirdiyi yer Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 65 saylı binanın ikinci mərtəbəsidir. - 11 mart 2023-cü il tarixli Üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. - İş üzrə təyin olunmuş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X2 Nizami rayon şöbəsindən alınmış məhkəmə- tibbi ekspertizasının 14 yanvar 2023-cü il tarixli 39 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ayağın bayır topuğunun natamam sınığı, sağ bazunun aşağı 1/3-nin ön səthinin və sağ budun orta 1/3-nin ön bayır səthinin qançırları, sol ayağın bayır topuq nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinaq edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və ya öx boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəmə hesab edir ki, hər hansı cinayət əməli törətməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1 və 127.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edilirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə həmin Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, Təqsirləndirilən şəxs həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 aprel 2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 58 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 348 (6x58) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs 58 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 348 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-392/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-392/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver