Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-393/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1997-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə “İnstagram” sosial şəbəkəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi səhifəsinə oxşar saxta “unibank.az” səhifəsi yaradaraq özünü həmin bankın rəsmi nümayəndəsi kimi təqdim etdikdən sonra bank xidmətləri ilə bağlı məsləhətlər almaq üçün “İnstagram” sosial şəbəkəsi vasitəsilə ona müraciət edən Zərərçəkmiş şəxs ilə danışaraq sonuncuya məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 5243-7544-4077-5896 hesab nömrəli “Ucard” kartına dair məxfi məlumatları, yəni kart sahibinin anket məlumatlarını, şəxsiyyət vəsiqəsinin fin kodunu, təvəllüdünü, mobil nömrəsini, kartın son səkkiz rəqəmini və digər zəruri məlumatları əldə edib həmin məlumatlar əsasında 21 avqust 2022-ci il tarixdə, saat 08:12 radələrində kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən yeni tikili binanın 149 nömrəli mənzilində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz istifadəsində olan “Xiaomi Redmi 9” markalı mobil telefon vasitəsilə internet üzərindən Zərərçəkmiş şəxs məxsus həmin bank kartından istifadəsində olan, onun cinayətkar niyyətindən xəbərsiz tanışı Şahid məxsus "xxxx" ASC-yə aid 416973******9468 hesab nömrəli kart hesabına 1770 manat pul vəsaitini köçürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin fevral ayında özünəməxsus olan “Xiaomi Redmi 9” markalı mobil telefonunda “İnstagram” sosial şəbəkəsində “unibank_official”, “leobank_az”, “albali_az” və “unibank.az” adlı səhifələr açmış, həmin səhifələrdə rəsmi elanlara aid fotoşəkillər paylaşmışdır. Müştərilər həmin səhifəyə yazaraq kredit istədikləri zaman onlardan özlərinə məxsus kartın ön üzündəki və arxa üzündəki rəqəmləri və kodunu istəyərək kartın hesabından pul götürmüşdür. Zərərçəkmiş şəxs kreditlə bağlı müraciət etmiş və o da ona hesabına müəyyən vəsait artırdıqdan sonra kredit verilə biləcəyini demiş, bundan sonra zərərçəkmiş şəxs hesabına pul əlavə etdikcə o da həmin pulu çəkmişdir. O, digər kartlardan götürdüyü pulları qonşusu olan Şahid kartına göndərmişdir. Elvinin onun niyyətindən xəbəri olmamış, Elvinə kartının bloklandığını demiş və kartı varsa ona verməsini xahiş etmişdir. Şahid ondan nə səbəbə kartını istədiyini soruşmuş, o da Elvinə yalandan internetdə online oyunlar oynadığını və həmin oyun hesablarına pul köçürməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və barışıq əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs Cabbarova (Niyazova) İradə Elxan qızı məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə verərək, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi verdiyi ifadəsini təsdiq etdiyini bildirərək səhhəti ilə əlaqədar və Gəncə şəhərində yaşadığı üçün məhkəmə iclaslarında iştirak edə bilməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Cabbarova (Niyazova) İradə Elxan qızı istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının əvvəllərində Gəncə şəhərində yerləşən "xxxx" ASC-nin Gəncə filialından kreditlə 3400 manat pul götürmüşdür. Həmin pul "xxxx" ASC tərəfindən verilmiş 5243-7544-4077-5896 nömrəli “Ucard” hesab kartında olmuşdur. Həmin 3400 manat pulun 1512 manatı "xxxx" ASC tərəfindən əvvəllər götürdüyü kredit borcuna çıxılmışdır. Bundan sonra "xxxx" ASC tərəfindən verilmiş 5243- 7544-4077-5896 nömrəli “Ucard” hesab kartında 1888 manat pul qalmışdır. Həmçinin həmin hesab kartında əlavə olaraq da 300 manat pul olmuşdur. Təxminən 2022-ci ilin avqust ayında Gəncə şəhərində yerləşən “Lifesport” mağazasından ona məxsus olan həmin "xxxx" ASC tərəfindən verilmiş 5243-7544-4077-5896 nömrəli “Ucard” hesab kartı ilə online qaydada, əlavə olaraq qalan 300 manatdan 125 manatlıq əşyalar almışdır. Daha sonra həmin əşyaları geri qaytarmış və 125 manat pul da eyni zamanda geri qaytarılmışdır. Daha sonra o, həmin mağazada 118 manatlıq "xxxx" ASC tərəfindən verilmiş 5243-7544-4077-5896 nömrəli “Ucard” hesab kart vasitəsilə online qaydada alışveriş etmiş və "xxxx" ASC tərəfindən verilmiş 5243-7544-4077-5896 nömrəli “Ucard” hesab kartında 1770 manat pul qalmışdır. Üzərindən təxminən iki gün keçdikdən sonra "xxxx" ASC tərəfindən verilmiş 5243-7544-4077-5896 nömrəli “Ucard” hesab kartında əlavə olaraq qalan 300 manatdan 125 manat pulun çıxarılması ilə bağlı ona bildiriş mesajı gəlmişdir. O, bundan sonra alış-veriş etdiyi “Lifesport” mağazasına zəng vuraraq kartından 125 manat pulun çıxarıldığını bildirmiş, mağazadan ona pulun kartından çıxarılması ilə heç bir aidiyyəti olmadığını qeyd etmişlər. Daha sonra o, "xxxx" ASC-nin qaynar xəttinə zəng etmiş və kartından 125 manat pulun xəbəri olmadan çıxarıldığını bildirmişdir. "xxxx" ASCnin operatoru ona aydınlaşdırıb xəbər veriləcəyini bildirmişdir. Bundan sonra o, “İnstagram” sosial şəbəkəsinə özünə məxsus olan “ya_ ali_ya_fatime” adlı hesabından “Unibank.az” saytının rəy bölməsinə kartından 125 manat pulunun çıxarılması barədə rəy yazmışdır. Daha sonra ona xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində “İnstagram” sosial şəbəkəsindən “Unibank.az” səhifəsindən mesaj gəlmişdir. Həmin şəxs ona özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim etmiş və ondan köməklik etmək adı ilə şəxsiyyət vəsiqəsinin fin kodunu, mobil nömrəsini və kartının son səkkiz rəqəmini istəmişdir. O da həmin şəxsə inanaraq həmin məlumatları vermişdir. Bundan sonra "xxxx" ASC tərəfindən verilmiş 5243-7544-4077-5896 nömrəli “Ucard” hesab kartından ilk öncə 1000 manat, daha sonra isə 770 manat çıxarılması ilə bağlı bildiriş mesajı gəlmişdir. Sonra o, “Unibank.az” səhifəsinə mesaj yazan zaman həmin səhifənin onu bloka atdığını müəyyən etmişdir. O, bundan sonra baş vermiş hadisə barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs Cabbarova (Niyazova) X1 şəhər 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. - qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsindəki “ya_ali_ya_fatime” adlı hesabından iş üçün əhəmiyyət kəsb edən yazışmalara baxış keçirilməsinə dair protokol və 06 ədəd fotoşəkil maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə əmlakını gizli talayaraq oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli, 21-1/3- 26382/3 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-157/2023 saylı hökmü xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixədək cəzasının çəkilməmiş hissəsi 1 il 5 ay 11 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-157/2023 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-157/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-157/2023 nömrəli hökmü ilə məhkum edildiyi cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 03 ay 2 gün həbsdə saxlanılmasının bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)- 157/2023 nömrəli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində “ya_ali_ya_fatime” adlı hesabındakı yazışmalara baxış keçirilməsinə dair protokol və 06 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 03 ay 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-157/2023 nömrəli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində “ya_ali_ya_fatime” adlı hesabındakı yazışmalara baxış keçirilməsinə dair protokol və 06 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-393/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-393/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver