Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-394/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1957-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 1(007)- 78/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 «Mercedes Sprinter» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilini “BP” neft şirkətinə icarəyə verilib sonuncunun gəlir əldə etməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui istifadə edib bu adla Zərərçəkmiş şəxs1 09 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "Planet” şadlıq sarayının yaxınlığında 4.000 (dörd min) manat, 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 183B ünvanında yerləşən «Dost» mərkəzinin qarşısında 200 (iki yüz) manat, ümumilikdə 4200 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 “Socar” neft şirkətinə sürücü vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 15 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısında həmin dövrün rəsmi məzənnəsi ilə 1.190 manat təşkil edən 700 ABŞ dolları, 16 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısında 500 (beş yüz) manat, 16 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısında 50 (əlli) manat ümumilikdə 1740 manad nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin əvvəllərində maddi ehtiyacıyla bağlı ona pul lazım olmuşdur. Həmin vaxtlar o, əvvəllər tanıdığı, həmyerlisi Lalə adlı qadınla təsadüfən Bakı şəhəri, Nizami rayonunda yerləşən «8-ci kilometr» bazarı yaxınlığında görüşmüşdür. Söhbət zamanı Laləyə söyləmişdir ki, “BP” şirkətində müəyyən vəzifələrdə işləyən tanışları var, münasib adam olarsa həmin tanışlarının vasitəsi şirkətə işə düzəlməsinə kömək edə bilər. Sonra özünə məxsus mobil telefon nömrəsini Laləyə verib söyləmişdir ki, elə bir münasib adam tapa bilərsə ona zəng etsin. 2-3 gündən sonra Lalə ona zəng edib qohumunun “Mersedes-Sprinter” markalı avtomobilinin şirkət tərəfindən icarə götürülməsinin mümkün olub-olmadığını soruşmuşdur. O, Laləyə 4200 manat pulun müqabilində həmin işi həll edə biləcəyini bildirmişdir. Elə həmin gün Lalə ona zəng edib qohumuna onun telefon nömrəsini verəcəyini və həmin şəxslə danışmağını demişdir. Tezliklə ona Anar adlı bir nəfər zəng edib Lalə ilə danışdığını və avtomobilini şirkətə icarə vermək üçün onunla görüşmək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, “Planet” şadlıq sarayının qarşısında o, Anar ilə görüşmüşdür. O, Anardan 4000 manat və həmin işlə bağlı lazım olan sənədlərin surətlərini alıb bildirmişdir ki, avtomobili bir həftəyə şirkət tərəfindən reysə salınacaqdır. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində H.Əliyev prospektində yerləşən “Dost” mərkəzinin qarşısında Anarla görüşüb qalan 200 manatı da alıb söz vermişdir ki, 10 gün müddətinə Anarın avtromobili "BP” şirkəti tərəfindən icarə götürüləcəkdir. Anardan götürdüyü 4200 manat pul ilə borclarını qaytarmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə o, maddi ehtiyacıyla bağlı yenidən pul əldə etmək qərarına gəlmişdir. Həmin gün saat 11 radələrində ünvan 4 ünvanında “Ford” markalı avtomobilin arxasında meyvə satan bir oğlana yaxınlaşıb ondan bir qədər meyvə almış və yaxınlıqda dayanıb telefonda güya bir nəfəri “SOCAR”-da işə düzəltməklə bağlı söhbət etmişdir. Məqsədi həmin satıcıya söhbətini eşitdirib həmin şəxsi həmin məsələ ilə maraqlandırmaq olmuşdur. Çünki çoxları «SOCAR»-da işə düzlmək istəyir. Həqiqətən də o, telefonla danışıb qurtardıqdan sonra satıcı onu da “SOCAR”-da işə düzəlməsinə kömək etməyini ondan xahiş etmişdir. O, həmin sürücünün etibarını qazanmaq üçün həmin şəxsin şəxsiyyəti, doğulduğu rayon ilə maraqlandı və adını şhəmin şəxsə «Mirabbas Seyidov» kimi təqdim etmişdir. Sonradan adını bildiyi Tehrana söyləmişdir ki, 1700 manat pulun müqabilində onun “Socar” şirkətinə işə düzəlməsinə kömək edə bilər. Tehran razılıq verdikdən sonra söyləmişdir ki, deyilən pulu ona təcili çatdırsın. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında Tehran ilə görüb sonuncudan 700 ABŞ dollar və sənədlərinin surətlərini almışdır. Növbəti gün isə saat 13 radələrində həmin yerdə Tehrandan daha 500 manat almışdır. xx.xx.2022-ci il tarixdə Tehranla danışıb əlavə 170 manat lazım olduğunu deyən zaman Tehran ona cəmi 50 manat verə biləcəyi demişdir. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Tehranla görüşüb 50 manatı da almış və Tehrana söyləmişdir ki, növbəti gün «Socar»da işə çıxacaqdır. xx.xx.2022-ci il tarixdə Tehran ona zəng edən zaman işinin yubandığını bildirmiş, sonrakı günlər isə xəstə olduğunu, danışa bilmədiyini deyib telefonunu söndürmüşdür. Ona verilmiş suallar ətrafında cavab olaraq göstərmişdir ki, onun “BP” şirkətində işləyən heç bir tanışı yoxdur, məqsədi maddi ehtiyacıyla bağlı Zərərçəkmiş şəxs1 4200 manat pulu ələ keçirmək olmuşdur. Lalənin onun məqsədindən məlumatı olmayıb, Lalə hesab edirmiş ki, o, həqiqətən də qohumunu işə düzəldə bilər. Lalənin həmin işdə heç bir marağı olmamışdır. Onun “SOCAR” şirkətində işləyən heç bir tanışı yoxdur, məqsədi maddi ehtiyacıyla bağlı Zərərçəkmiş şəxs2 1740 manat pulunu ələ keçirmək olmuşdur. Sonda Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Lalə adlı qadın köhnə qonşusu olmuşdur. Lalə Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsində, 58 nömrəli məktəbin yaxınlığında yaşamışdır. Lalə ilə əvvəllərdən aralarında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətləri olmamışdır. Lalə onun işsiz olduğunu bilmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində məhəllədə Lalənin evinin yaxınlığında Lalə ilə görüşmüş, Lalə ona təklif etmişdir ki, öz adına olan “Mercedes Sprinter” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili “Bp” neft şirkətinə icarəyə verməkdə ona köməklik göstərəcəkdir. Bunun müqabilində o, 4000 manat şirkətə, 200 manat da sənədlərin düzəlməsi üçün Laləyə verməlidir. Lalənin dediyinə görə ona icarə haqqı kimi hər ay 2000 manat pul ödəniləcəkdir. O, razılıq verdikdən 2 gün sonra, yəni 2022-ci ilin fevral ayının 9-da təxminən saat 11 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “Planet” şadlıq şarayının yaxınlığında özünü ona İsmayıl kimi təqdim edən, sonradan adının Lətif olduğunu bildiyi şəxslə görüşmüş və Lalənin tapşırığı ilə Lətifə 4000 manat pul vermişdir. Lətif pulu qəbul edib bildirmişdir ki, avtomobilin bir həftəyə şirkət tərəfindən reysə salınacaqdır. Aradan 10 gün keçdikdən sonra 22 fevral 2022-ci il tarixdə təxminən saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Dost” mərkəzinin qarşısında Lətiflə yenidən görüşmüşdür. Bu zaman Lətif ona dedi ki, şirkətə sənədlərin hazırlanması məqsədilə 200 manat pul verməlidir. Lətifin dediklərinə görə onun avtomobili şirkətdə reysə çıxmalıdır. O, 10 gündən çox gözləsə də, heç bir xəbər çıxmamışdır. O, Lalənin istifadə etdiyi (070) ***-**-** və (050) ***-**-** mobil telefon nömrələrinə zəng edib işinin nə yerdə olması ilə maraqlandıqda Lalə ona telefonda demişdir ki, Lətifin telefonuna zəng çatmır. Bu zaman ona məlum olmuşdur ki, Lalə və Lətif onu aldadırlar. O, Lalədən pulunu tələb etmişdir. X9rdaşı oğlu kimi ona tədim etdiyi Şahin adlı şəxslə telefon əlaqəsi saxlamışdır. 2022-ci ilin fevral ayının 26-da, təxminən saat 11 radələrində Lalə ilə razılaşıb Xətai rayonu, Babək prospektində yerləşən “maşın bazarı” kimi tanınan yerdə Şahinlə görüşmüşdür. Həmin vaxt Şahin ona 2000 manat verərək bildirmişdir ki, Lətifin qızından almışdır. Lətifin özü isə burada yoxdur. O, pulu Şahindən götürmüşdür. Sonra Şahinə demişdir ki, «qalan 2200 manatım necə olacaqdır?». Şahin də cavabında ona demişdir ki, bu pulu Laləyə görə Lətifin qızından alıb gətirmişdir. O, oradan ayrılmışdır. O, qalan 2200 manatı Lalədən istədikdə Lalə hər dəfə ondan yanında Şahinə zəng edib demişdir ki, əmisi Lətif 2200 manatı da gətirib versin. Axırıncı dəfə Şahin telefonda demişdir ki, «özünüz bilərsiniz, buradan o tərəfi mənlik deyildir». Əmin olmuşdur ki, Laləgil onun qalan 2200 manat pulunu qaytarası deyildir. O, özü Şahinin istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsinə zəng edib bildirmişdir ki, «nəyə görə əmin Lətif gətirib mənim pulumu vermir». Bu zaman Şahin ona bildirdi ki, guya əmisi Lətifdən polis 1000 manat pul almışdır. Buna görə də Lətifi buraxıblar. Bundan sonra o, Bakı şəhəri Nizami RPİ-nin 23- cü Polis Bölməsinə yaxınlaşıb şikayət ərizəsi ilə müraciət etmişdir. O, Lalənin deməyi ilə Lətifə ümumilikdə 4200 manat pul vermişdir. Pulun 4000 manatını “Planet” şadlıq sarayının yaxınlığında tanışı Şahid yanında sonuncunun avtomobilində Lətifə əlbə-əl vermiş, 200 manat pulu isə “Dost” mərkəzinin qarşısında Lətifə verərkən yanlarında heç kəs olmamışdır. Yəni təklikdə vermişdir. O, Lətifə ümumilikdə 4200 manat pul vermişdir. Sonradan onun təkidi ilə həmin puldan ona 2000 manata qaytarılmış və 2200 manat pulu Lətifdədir. Sonda Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın qismən ödənildiyini, qalan pulun isə ödənilmədiyini, buna görə təqsirləndirilən şəxs bağışlamadığını və şikayətçi olduğunu bildirdi və ona dəymiş ziyanın ödənilməsini tələb etdi. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, fərdi olaraq yük avtomobilində sürücü işləyib dolanır. xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə və ərizə ilə Nizami RPİ-nin 25ci PŞ-nə müraciət etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında o, avtomobilinin arxasında Quba rayonundan satmaq üçün gətirdiyi alma məhsulunu satmışdır. Həmin gün saat 11 radələrində əvvəllər tanımadığı yaşlı bir kişi ona yaxınlaşıb alma aldıqdan sonra bir qədər onunla söhbət etmiş və aralarında münasibət yaratmışdır. Sonra həmin şəxs gedib təxminən 10 dəqiqən sonra ona yaxınlaşmışdır. Həmin şəxs mobil telefonla danışmış, həmin şəxsin telefon danışığından başa düşmüşdür ki, başqa birisini işə düzəltmək üçün danışır və telefonda həmin şəxsin hərbi biletinin olub-olmadığı ilə maraqlanır. Sonra həmin şəxs ona yaxınlaşıb söhbət etməyə başlamışdır ki, bacısı oğlu “SOCAR”-da yüksək vəzifədə çalışır və tanışını həmin şirkətdə işə düzəltmək istəyib, lakin dediyi adamın hərbi bileti olmadığı üçün iş əmələ gəlməyib. Sonra həmin şəxs ona özü barədə söhbət edib onun şəxsiyyəti ilə maraqlanmışdır. O, həmin şəxsə inanıb söyləmişdir ki, «mən də işsizəm və SOCAR-da sürücü kimi işləmək istəyərəm». Həmin şəxs yerli olduqlarını, Şahbuzlulardan razı olduğunu deyib əlavə etmişdir ki, bacısı oğlundan xahiş edəcək ki, onu işlə təmin etsin. Özünü ona Mirabbas Seyidov kimi təqdim edən həmin şəxs işə düzəlməyinin 1700 manata başa gələcəyini demişdir. O, razılıq verdikdən sonra həmin şəxs elə onun yanında barəsində danışdığı bacısı oğluna zəng etmişdir. Telefonda bacısı oğluna onun barəsində demişdir ki, pulu azdır, cəmi 1700 manat pul düzəldə bilər. Sonra həmin şəxsdən razılıq alıb ona söyləmişdir ki, qısa müddətdə lazımı sənədləri toplasın və 1700 manat pulu çatdırsın. Hətta ona tələsdirərək söyləmişdir ki, yük maşınını arxasını bağlayıb getsin, bir saatdan sonra onu “Planet” şadlıq sarayının yanında gözləyəcəkdir. O, həmin şəxsə inanıb maşının arxasında olan yekişləri götürüb maşının arxasına yığmış və təcili evə gedib pul axtarmağa başlamışdır. Beləliklə, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında həmin şəxsə görüşüb 700 ABŞ dolları pul və səxsiyyət vəsiqəsinin, hərbi biletinin, sürücülük vəsiqəsinin surətlərini çıxarıb həmin şəxsə vermişdir. Növbəti gün saat 13 radələrində həmin yerdə həmin şəxsə yaşayış yeri barədə arayış və 500 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə o, maşınının arxasında olan malları ucuz qiymətə tanışlarına paylamış və yeşikləri sahibinə qaytarmaq üçün Quba rayonuna getmişdir. Yolda həmin şəxs ona ***-***-**-** mobil nömrəsindən zəng edərək onun işi ilə bağlı təcili olaraq 170 manat lazım olduğunu demişdir. Həmin vaxt o, həmin şəxsə demişdir ki, «üzrərimdə cəmi 50 manat vardır». Həmin şəxsə razılaşmış və demişdir ki, onu əvvəlki yerdə gözləyir. Beləliklə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, özünü ona Mirabbas Seyidov kimi təqdim etmiş şəxslə görüşüb 50 manat da vermişdir. Həmin şəxs ona söyləmişdir ki, növbəti gün o, SOCAR-da işə çıxacaqdır. xx.xx.2022-ci il tarixdə o, həmin şəxsin mobil telefonuna zəng edən zaman ona söyləmişdir ki, işə həmin gün iş əmələ gəlməyib, xx.xx.2022-ci il tarixdə işə çıxacaqdır. xx.xx.2022-ci il tarixdə o, həmin şəxsə zəng edib işi ilə maraqlanan zaman ona bir-neçə saatdan sonra zəng edəcəyini demişdir. O, bir-neçə saatdan sonra həmin şəxsə zəng edən zaman sonuncu özü həkim adından danışaraq Mirabbas Seyidovun xəstə olduğunu, danışa bilmədiyini söyləmişdir. Həmin gündən sonra bir daha həmin şəxsin telefonuna zəng çatmamışdır. O, Mirabbas Seyidov tərəfindən aldandığını blib polisə şikayət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı həmin şəxsin əvvəllər dəfələrlə dələduzluq ciayətlərinə görə məhkum olunmuş 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 təxminən 20 ilə yaxındır ki, əvəllər qonşuluqda yaşadığından tanıyır. Həmin vaxtdan onların aralarında dostluq münqasibəti olmuşdur. Hazırda Anar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayır və Anarla o, əlaqəni kəsmişdir. Lalə adlı şəxsi də qonşuluqda yaşadığından tanıyır, lakin yaxın münasibəti yoxdur. 09 fevral 2022-ci il tarixdə, təxminən saat 10-11 radələrində o, yolda təsadüfən Anarla rastlaşmışdır. Həmin vaxtı Anar ona «Planet» şadlıq sarayının yaxınlığında Lalənin qohumu Lətiflə görüşüb pul verməli olduğunu bildirmişdir. Anarla onun arasında dostluq münasibətləri olduğu üçün o, etiraz etməmiş, Bakı şəhəri Xətai rayonunda yerləşən «Üç qardaş» adlı marketin yaxınlığında Anan avtomoblinə əyləşdirərək birlikdə «Planet» şadlıq sarayının yaxınlığına getmişlər. Həmin vaxtı Anar avtomobildə ön sağ oturacaqda əyləşmişdir. O, qeyd olunan ünvanda avtomobli saxlamışdır. Həmin vaxtı orada istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs onlarla salamlaşaraq avtomobilin arxa oturacağında əyləşmişdir. Anarla Lətif söhbət etmiş və Anar avtomoblin içərisində onun yanında 4.000 (dörd min) manat pulu sayıb əlbə-əl Lətifə vermişdir. Lətif də həmin pulu Anardan götürüb sayaraq cibinə qoymuş və bildirmişdir ki, Anara məxsus avtomobili təxminə bir həftə ərzində «Bp» şirkətinə icarə verməkdə köməklik edəcəkdir. Bundan sonra Lətif çıxıb getmiş və o, Anarla birlikdə yaşadığı məhəlləyə qayıtmışlar. Anar söhbət əsnasında bir daha bildirmişdir ki, özünə məxsus «Mercedes Sprinter» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili «Bp» net şirkətinə icarəyə verməkdə Lətif kömək edəcəkdir. Sonradan Anar ona bildirmişdir ki, bu məqsədlə Lətifə əlavə olaraq 200 manat pul verməklə Lətifə ümumilikdə 4.200 manat pul vermişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi ilə tanış olmuşdur. Mahiyiyyəti üzrə bildirir ki, o, Təqsirləndirilən şəxs tanımırmış, o, Lətifin qardaşı İsmayılı tanıyırmış. İsmayılın yaxşı imkanı vardır və rayonda hörmətli insandır. 2022-ci ilin əvvəllərində 8-ci km bazarının yanında təsadüfən Lətiflə qarşılaşmışdır. O, qardaşı İsmayıla çox oxşayırmış. Lətif, ona özünü İsmayıl kimi təqdim etmişdir. Lətifgil onların qonşu kəndlərindəndirlər. Onlar biraz söhbət etdikdən sonra onun nömrəsini götürmüşdür. Lətif ona bildirmişdir ki, Socarda baş mühasib işləyir. X1 Socarda işləyir. O, da düşünmüşdür ki, nə zamansa onun oğluna kömək olar. Lətif ona bildirmişdir ki, onun tanışları vardır və lazım olsa kiməsə işə düzəltməyə kömək edə bilər. Qonşusu Anar ona bildirmişdir ki, onu işə düzəltsin. O, isə ona bildirmişdir ki, onun yaxında qarşılaşdığı İsmayıl adlı tanışı vardır. O, Socarda işləyir və o, ondan soruşar görsün necəsə ona kömək edə bilərmi. O, Lətifə zəng etmişdir. Daha doğrusu o, zəng etdikdə düşünmüşdür ki, bu adam İsmayıldır. O, ona demişdir ki, həmin adamın maşını vardırsa həmin maşını ayı 2000 manatdan işləməyə sala bilər. O, onunla danışdıqdan sonra onun dediklərini Anara demiş və onun nömrəsini ona vermişdir ki, qalanını özün danış söhbət edin. Onun bunda başqa heç bir marağı olmamışdır. Sadəcə olaraq o, yaxşılıq etmək istəmişdir. Həmdə düşünmüşdür ki, İsmayıl onun oğluna sonra kömək edər. Lakin daha sonra isə Anar ona gəlib demişdir ki, onu aldadıblar, İsmayıl onun pulunu ələ keçirmişdir. Bundan sonra isə o, İsmayılın qardaşı oğlu İbrahimin oğlu Şahinin nömrəsini tapmış və ona demişdir ki, onun İsmayıl əmisi onun tanışını aldatmışdır və onun pulunu ələ keçirmişdir. O, isə bildirdi ki, İsmayıl əmisi o cür insan deyildir. Bunu etsə Lətif əmisi edəcəkdir. O, Şahindən xahiş etmişdir ki, pulun ödənilməsinə köməklik etsin ondan Anarın pulunu alsın. Bir müddət sonra isə Şahin gəlmiş və onun yanında Anara 2000 manat pul vermişdir və bunu edənin Lətif əmisi olmasını bildirdi. Onun bu işdə heç bir marağı olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Anarın ona 1100 manat borcu vardır, o, əlbəəl ona borc olaraq 1100 manat vermişdir. O, ondan 3-4 ildir ki, pulunu ala bilmir. O, Anardan pulunu tələb etmişdir. Həmçinin də Anar onu söyüb təhqir etmişdir ki, o, onu Lətiflə tanış etmişdir. Anar mobil telefonda onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. O da Anara bildirmişdir ki, ondan şikayət edəcəkdir. Ola bilsin ki, buna görə də onunda adını müraciətində göstərmişdir. Təqsirləndirilən şəxs ona heç bir pul verməmişdir. O, sadəcə olaraq Anara yaxşılıq etmək istəmişdir. Onun bundan başqa marağı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 03 may 2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs Anar Əgərov tərəfindən təqdim edilmiş bir ədəd CD diskə Təqsirləndirilən şəxs ilə birlikdə baxış keçirilmişdir. Diskə baxış zamanı diskdə olan 5 ədəd fayl olduğu müəyyən edildi. Həmin fayıllardan birincidə qadınla Lalə Məmmədova ilə Zərərçəkmiş şəxs1 arasında danışıq olmuşdur. Digər 4 ədəd fayılda isə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında olan danışıqdır. Həmin danışıqda İsmayıl deyə çığırılırlar. Təqsirləndirilən şəxs həmin səs yazısında İsmayıl adı ilə danışan şəxsin onun olduğunu o özünü həmin vaxtdı İsmayıl olaraq təqdim etdiyini bildirmişdir. - 18 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. - 18 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. - 09 mart 2022-ci il tarixli Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən tərtib edilmiş «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, H Heydər Əliyev prospekti 183B ünvanında yerləşən «Dost» mərkəzinin qarşısıdır. - 30 dekabr 2022-ci il tarixli Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən tərtib edilmiş «CD diskin təqdim edilməsi və götürülməsi barədə» protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə söhbət edərkən qeyd aldığı səs yazısı olan 01 ədəd «CD» diski təhqiqata təqdim etmişdir. Zərərçəkmiş şəxs1 təhqiqata təqdim etdiyi 01 ədəd «CD» disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. - 30 dekabr 2022-ci il tarixli Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən tərtib edilmiş «diskə baxış keçirilməsi barədə» protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan dialoqda Təqsirləndirilən şəxs Anar Əhmədova işinin həll olunacağına dair vədlər verməsi müəyyən olunur. - 22 noyabr 2022-ci il tarixli Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin təhqiqatısı, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanının qarşısıdır. Keçirilmiş baxışla əlaqədar foto şəkillər çəkilərək iş materilallarına əlavə edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 03 may 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi və.s qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 1(007)-78/2023 saylı hökmünün (hakim Rauf Əhmədov) surətindən görünür ki, Təqsirləndirilən şəxs, həmin hökmlə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Hazırkı cinayət işi materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 1(007)-78/2023 saylı cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı iş üzrə həbsdə olması nəzərə alınmaqla çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 56.1.2-ci maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli, həmin Məcəllənin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 1(007)-78/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət hazırkı cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-4188/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 55 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 530 manat (55x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X8 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 1(007)- 78/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki- 1(007)-78/2023 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 330 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-394/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-394/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver